Press "Enter" to skip to content

PAYTAXTDA HAVA ÇİRKLİLİYİNİN SƏBƏBLƏRİ – Qarşısını necə almaq olar

Təşviqləndirici üsullarla insanlar arasında velosipeddən istifadə genişləndirilməlidir. Məsələn, bu yaxınlarda Belçika hökuməti işə velosipedlə gedən vətəndaşlara hər kilometrə görə 0,27 avro (təxminən 50 qəpik) pul ödəyəcəyini açıqlayıb.

Ayaq tərləməsinin səbəbi və qarşısını necə almaq olar?

Bütün sirr ayaqlardakı tər vəzisində cəmlənir. Maraqlıdır ki, tərin özü demək olar ki, heç bir qoxuya malik deyil.

Bunun səbəbi tərləmə prosesində sürətlə artan bakteriyalardır. Bakteriyalar dərinin səthindəki toxumaları parçalayır və beləliklə xoşagəlməz iy yaranır.

Bu proses isti havalarda və fəal fiziki iş zamanı güclənir. Həddan artıq tərləməyə həyəcan, qorxu, stress və ya sevgi hisslərinin yaşanması səbəb ola bilər.

Bəzən ayaqlar çox tərlədikdə böyük problemlərlə üzləşmək olur. Yalnız şəxs deyil, bu problemdən ətrafdakılarda narahat ola bilirlər.

Belə bir xoşagəlməz haldan qaçmaq üçün nə edilməlidir?

Tövsiyyələr:

Ayağınız çox tərli olduqda, aşağıda qeyd olunan məsləhətlər problemin qarşısını almağa kömək edə bilər:

  • Formalin məhlulu ilə (10%) ayaqları silmək faydalı olacaqdır. Ayaqlarınız yuyulduqdan sonra yatağınıza getmədən öncə ayaqlarınızı formalin məhlulu ilə silin. Bu prosedur həftədə 3-4 dəfə təkrarlanır. Ayaq barmaqlarını isə formalin məhluluna isladılmış tamponla silmək olar;
  • Dezinfeksiya məhulunu (10%li) odekolon ilə isladıb istifadə edə bilərsiniz;
  • Kalium permanqanatın əlavə olunması ilə isti vanna qəbul edib ayaq tərləməsinin qarşısını ala bilərsiniz;
  • Ayaqlar daha çox ayaqqabıda tərləyirsə, ayaqqabı içliyi çıxarılaraq qurumağa buraxılmalıdır. Yaxşı olardı ki, iki cüt ayaqqabı içliyindən əvəzlənərək istifadə olunsun.

Sağlam olun!

PAYTAXTDA HAVA ÇİRKLİLİYİNİN SƏBƏBLƏRİ – Qarşısını necə almaq olar?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hava çirkliliyi hər il dünyada 7 milyon insanın ölümünə səbəb olur. Müasir dövrdə antropogen fəaliyyətin artması hava çirkliliyi məsələsini qlobal bir problemə çevirib. Bu gün insanlar hər yerdə hava çirkliliyinə məruz qala bilərlər, xüsusilə də böyük şəhərlərdə. Hava çirkliliyi ilk növbədə insanların və digər canlıların sağlamlığına təsir göstərə, ekoloji tarazlığın pozulmasına və zamanla canlıların yaşayış sahələrinin kiçilməsinə səbəb ola bilər.

Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Çirkli hava səbəbindən ölkədə qeydə alınan insan ölümləri ilə bağlı statistika aparılmasa da, Dövlət Statistika Komitəsi (DSK) ara-sıra havaya atılan zərərli qazlara dair hesabatlar dərc edir. Məsələn, bu yaxınlarda DSK-nin paylaşdığı məlumatda bildirilir ki, 2022-ci ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2021-ci illə müqayisədə 50,4 min ton artaraq, ümumilikdə 930,6 min tona yüksəlib. Avtomobillərdən atılmış zərərli maddələrin həcminin 6,7 faiz, stasionar mənbələrdən atılmış maddələrin həcminin isə 1,1 faiz artdığı bildirilir.

Azərbaycanın ən çirkli şəhəri Bakıdır

Azərbaycanın ən çirkili 3 bölgəsi – Bakı, Sumqayıt və Gəncə hesab olunur. Beynəlxalq hesabatlara görə, Azərbaycanda ən çirkli ərazi Abşeron yarımadasıdır.

“Numbeo” portalında yer alan “Çirklənmə indeksi – 2022” adlı hesabatda isə Azərbaycan şəhərlərindən yalnız paytaxt Bakının adı qeyd olunub. Bakı çirklənmə səviyyəsinə görə, 353 şəhər arasında 74-cü sırada qərarlaşıb. Paytaxtımızın çirklənmə indeksi 75,61 faiz olub.

Bakıda ən çirkli hava “Neftçilər” metrostansiyası ətrafındadır

Müvafiq qurumların paytaxtda apardığı yoxlamalar zamanı Bakıda ən çirkli hava “Neftçilər” metrostansiyası ətrafında qeydə alınıb. Məlumata görə, ərazidə ən çirkli hava səhər 11-12 radələrində müşahidə olunur. Ondan sonra isə “Koroğlu”, “Sahil”, “20 Yanvar”, “Memar Əcəmi”, “Gənclik” metrostansiyalarının ətraf əraziləri gəlir.

Eyni zamanda Bakının Xətai, Nizami və Səbail rayonlarında havanın keyfiyyəti normadan artıq zərərli hesab olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı monitorinqin nəticələrinə görə, paytaxtda ən təmiz hava Buzovna və Bilgəh istiqamətində müşahidə edilib.

Paytaxtı çirkləndirən başlıca səbəblər

Ümumiyyətlə, Abşeron yarımadasında şəhər olmasaydı belə, bu ərazidə havanın keyfiyyəti digər yerlərlə müqayisədə daha aşağı olacaqdı. Çünki bu yer tozlu, quraq ərazidir, bitki örtüyü isə çox deyil. Bundan əlavə, Bakının ətrafında çoxlu daş karxanaları var.

Onların tozu Bakı və ətraf yaşayış ərazilərin havasına mənfi təsir edir. Ancaq bütün bunların fonunda Bakıda havanın keyfiyyətini pisləşdirən əsas amil şəhərdəki sıxlıq və bu sıxlığa uyğun olaraq, avtomobillərin çoxluq təşkil etməsidir. Statistikaya görə, paytaxtda olan ümumi avtomobillərin sayı 1 milyondan artıqdır.

Ekspertlər hesab edirlər ki, əksər avtomobillərin istehsal ilinin köhnə olması, havaya atılan zərərli qazların miqdarının bir qədər də artmasına səbəb olur. Digər tərəfdən, sənaye sahəsi də Bakının hava keyfiyyəti ilə bağlı problemlərə səbəb olur. Həmçinin, bura inşaat sahəsini də aid etmək olar. İnşaat proseslərində, toz və partikulların havaya qarışması keyfiyyətin aşağı düşməsinə səbəb lur.

Mümkün həllər?

İlk növbədə elektron avtomobillərə keçid edilməli, yanacaqla işləyən maşınların sayı mərhələli şəkildə azaldılmalıdır;

Tullantı məhsullarının təkrar emalı sahəsi daha da inkişaf etdirilməlidir;

Təşviqləndirici üsullarla insanlar arasında velosipeddən istifadə genişləndirilməlidir. Məsələn, bu yaxınlarda Belçika hökuməti işə velosipedlə gedən vətəndaşlara hər kilometrə görə 0,27 avro (təxminən 50 qəpik) pul ödəyəcəyini açıqlayıb.

– Enerji istehlakına qənaət edilməlidir;

– Yaşayış yerlərinin həyətlərində bağçalar salınmalıdır;

– Nəqliyyatın idarəetməsi təkmilləşdirilməlidir. Məsələn, metrostansiyaların üzərinə düşən yükü azaltamq üçün, metro şəbəkəsi genişləndirilməli, ölkəyə yalnız ekoloji təmiz avtobuslar idxal edilməli, istismar müddətini başa vuran köhnə avtobuslar xəttdən çıxarılmalıdır.

– Yaşıllıq sahələri, parkların sayı artırılmalıdır;

– Ağıllı binaların sayı artırılmalıdır. Məsələn, bu gün müasir binalar günəş enerjisi ilə bütün mənzillərə işıq verə, yağış suyunu məişətdə istifadə üçün yararlı hala gətirmək kimi imkanlara sahibdir.

– Noxer kimi çirklənmənin bir hissəsini özündə saxlayan xüsusi asfalt örtüyündən istifadə olunmalıdır;

– Ən əsası ekolji mühitə dəyən ziyanla bağlı cəzalar daha da sərləşdirilməlidir.

“Hava çirkliliyi insan ömrünü 2,2 il azaldır”

Çikaqo universitetinin alimlərinin araşdırması insan ömrünü ən çox qısaldan xarici faktorun hava çirkliliyi olduğunu ortaya çıxarıb. Araşdırma nəticəsində hava çirkliliyinin insanların orta ömür müddətini 2,2 il azaltdığı sübuta yetirilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hava çirkliliyi səbəbindən insanlar Hindistanda 6 il, Çində 2,6, Türkiyədə isə 7,5 ay dah az yaşayırlar. Havanın çirklənməsi insanlarda – amfizem, astma, bronxit və xərçəng kimi xəstəliklərin yaranmasına səbəb ola bilir.

E. Bəyməmmədli

“AzPolitika.info”

Qeyd : Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Ekologiya və ətraf mühitin mühafizəsi; mövzusunda hazırlanmışdır.

Şərhlər

Yetmalı 2023-05-08 10:26:40

Bunun yeganə səbəbi bütün ölkə əhalisinin əksəriyyətinin Abşeron rayonunda yerləşdirilməsidir.

Vahid 2023-05-07 22:58:48

Əhaliyə neftdən ayrılan zəhərli səmt qazının verilməsi dayandırılmalıdır. Çoxmənzilli binalarda Fərdi kombi qızdırıcı sistemlər ləğv edilməli, mərkəzləşmiş qızdırıcı sistemə keçilməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.