Press "Enter" to skip to content

Fərrux rüstəmov azərbaycan pedaqogikaşünaslığı

5) təhsilalma prosesi müəyyən olunmuş hüquqi sənədlərin verilməsi ilə başa çatır.

Fərrux rüstəmov azərbaycan pedaqogikaşünaslığı

Həsən Bayramov

pedaqoji elmlər doktoru

(əvvəli ötən sayımızda)

Əməkdar elm xadimi , professor Fərrux Rüstəmovun bu tədqiqatı təkcə həcminə, əhatə dairəsinə görə deyil , problemlərin elmi-nəzəri şərhi və analitik təfəkkür manerası ilə əsl pedaqoji hadisə hesab edilə bilər.

Tədqiqatın ən ciddi bölümlərindən biri �Azərbaycanda pedaqoji elmin nəzəri-metodoloji problemlərinin tədqiqi� və �Azərbaycanda tərbiyə nəzəriyyəsinin inkişafı� məsələləri ilə bağlı araşdırmalardır. Burada müəllif elmi pedaqogikanı şərtləndirən tarixi qaynaqlar və sosial-siyasi zəminin imkanlarına toxunmaqla özünün elmi qənaətlərini ümumiləşdirir.

Məlumdur ki , Azərbaycanda pedaqoji fikrin çox qədim tarixi vardır. İlk pedaqoji təsəvvürlərin təşəkkülü xalqın qədim adət və ənənələri, mərasim və ayinləri, əyləncə və oyunları ilə bağlı olmuşdur . Xalqın həyat müşahidələrinə və empirik təcrübəsinə əsasən əldə edilən pedaqoji biliklər, ilk növbədə, şifahi xalq yaradıcılığında və bədii ədəbiyyat nümunələrində əks olunmuşdur . Azərbaycanın görkəmli alimi Əliyeydər Həşimovun dili ilə desək: � Bu pedaqogika , elmi pedaqogikanın beşiyi başında durmuşdur , onun ulu babasıdır� [Ə.Həşimov. Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri. Bakı, Maarif , 1970. səh 6]

Orta əsrlərdə Azərbaycanda ümumislam mədəniyyəti kontekstində pərvəriş tapan pedaqoji fikir XIX əsrin 30-cu illərindən rus pedaqoji fikrinin aktiv təsirinə məruz qaldı. Pedaqogikanın bir elm kimi təşəkkülünü şərtləndirən şərait meydana gəldi. Rusiyanın Azərbaycanı işğalından sonra ilk dövlət məktəblərinin yaradılması, ana dilli dərsliklərin meydana gəlməsi, ana dilində məktəblərin açılması, tədris planı və proqramların hazırlanması pedaqoji nəzəriyyələrin inkişafında mühüm rol oynadı. İlk vaxtlar t əsviri xarakter daşıyan və empirik faktlara istinad edən həmin nəzəriyyələr XIX əsrin ikinci yarısından sistem halını aldı, bitkin konsepsiyalara çevrildi . Pedaqogika bir elm sahəsi kimi formalaşmağa başladı. Mütərəqqi milli ziyalılar – maarifçi pedaqoqlar Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh , Mirzə Fətəli Axundov , Mir Möhsün Nəvvab, Məmməd Tağı Sidqi , İsmayıl bəy Qutqaşınlı, Seyid Əzim Şirvani , M ə mməd Əmin Rəsulzadə və başqaları, ali təhsilli ziyalılardan Həsən bəy Zərdabi, Məhəmməd Tağı Şahtaxtlı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev , Nəcəf bəy Vəzirov, Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, həmçinin Qori M üə llimlər Seminariyasının məzunlarının böyük bir dəstəsi ( Firidun bəy Köçərli, Üzeyir Hacıbəyov, Rəşid bəy Əfəndiyev, Səfərəli bəy Vəlibəyov, Mahmud bəy Mahmudbəyov, Cəlil Məmmədquluzadə, Fərhad Ağazadə, Nəriman Nərimanov, Süleyman Sani Axundov və b .) Azərbaycanda pedaqogika elminin inkişafında mühüm rol oynadılar.

Pedaqogika bir elm kimi Avropada XVII əsrdə formalaşsa da , Azərbaycanda XIX əsrin II yarısında təşəbbüslər kimi meydana gəlmişdir.[Ə.Ağayev. Fərhad Ağazadənin pedaqoji görüşləri və fəaliyəti. Ped.elm.nam . ailmlik dərəcəsi almaq üçün təqdim edilən dissertasiya . Bakı :ADPİ, 1970, s.3]

Çarizmin Azərbaycanı işğalından sonra milli-ictimai təfəkkürdə mövcud gerçəklikdən narazılıq özünü göstərməyə başlayır və həmin ilkin etirazlar XIX əsrin qürubuna doğru təkmilləşir, hətta gələcək istiqlal konsepsiyasının əsası kimi müəyyənləşir. XX əsrin əvvəllərindən isə onlarca milli mətbuat orqanlarında həmin etiraz və şikayət notları, ictimai azadlıq konsepsiyası dövrün tələbi ilə yaranan ayrı-ayrı qurum və təşkilatlar tərəfindən milli gerçəkliyə tətbiq olunurdu . Şübhəsiz, milli istiqlal ideyalarının dolğunluğu və onun səmərəli şəkildə təbliği, azad Azərbaycan vətəndaşlarının tərbiyə olunması və ictimai mübarizələr səhnəsinə atılması vəzifəsini qarşıya qoymaqla Azərbaycan gəncliyinə təlqin edirdi ki , � milli müstəqilliyə malik olmayan bir millət azadlıq və haqqını qoruya bilməz� (Məmməd Əmin Rəsulzadə). Həmin vəzifə 1918-ci ildə mayın 28-də Azərbaycanın milli müstəqilliyini elan etmiş Demokratik Respublika dövründə ləyaqət və şərəflə yerinə yetirildi . Xalq maarifinin milli ruhda , milli məzmunda təşkili, məktəblərin milliləşdirilməsi pedaqoji fikrin milli və bəşəri dəyərlər zəminində inkişafını təmin etdi .

Azərbaycanda sovet hakimiyyəti elan olunduqdan sonra pedaqogikanın bir elm kimi təşəkkülü və inkişafına təkan verən, onu şərtləndirən müəyyən siyasi-ictimai şərait yarandı. Müəyyən şərait və tələbat olmadan irəli sürülmüş elmi fikir mütərəqqi səciyyə daşımasına baxmayaraq , çox zaman tərəqqi və intişar tapmır, ideya olaraq havadan asılı qalır.

Elə bu səbəbdəndir ki , Azərbaycanda pedaqogikanın həm metodoloji , həm də nəzəri problemləri ilə bağlı ciddi və fundamental araşdırmalar aparılmış, əsərlər yazılmış, keçmiş İttifaq səviyyəsində Azərbaycan pedaqoq-alimləri yüksək səviyyədə təmsil olunmuşlar . Lakin Azərbaycanda pedaqogika elminin inkişaf tarixi tam və sistemli şəkildə tədqiq edilmədiyi kimi , dövrləşməsi də tam müəyyənləşdirilməmiş, pedaqogika tarixi konsepsiyası (dövrləşmənin meyarları və prinsipləri) tədqiqatlardan təcrid edilmişdir . Bu sahədə də Fərrux Rüstəmovun göstərilən əsərdə ciddi təşəbbüslə çıxış etmişdir . O, əsərində yazır: �Dövrləşmənin daxili qanunauyğunluqlarına istinadən deyə bilərik ki , Azərbaycanda pedaqogika elminin dövrləşməsi Avropa və rus pedaqogikasının dövrləşməsi ilə tam uyğunluq təşkil edə bilməz. Azərbaycanda pedaqoji elmin inkişaf tarixini beş dövrə bölmək olar : 1) Azərbaycanda pedaqoji fikrin ilkin təşəkkül dövründən XIX əsrin 30-cu illərinə kimi ; 2) Azərbaycanın Rusiya tərəfindən işğalından XX əsrin əvvəllərinə kimi ; 3) 1918-1920-ci illər � birinci müstəqil Respublika dövrü ; 4) 1920-ci ildən 1991-ci ilə kimi ( sovet hakimiyyəti dövrü ) � ikinci Respublika dövrü ; 5) Müasir dövr � üçüncü müstəqil Respublika dövrü . Dördüncü bölgünün özündə də daxili bir bölgü aparmaq lazım gəlir: 1920-1950-ci illər � repressiya , ehkam , şəxsiyyətə pərəstişin hakim olduğu dövr ( bu dövrdə də iki mərhələni fərqləndirmək olar : 1920-1931- ci illər və 1931-1956-cı illər); 1960-1991-ci illər � yeni ictimai əxlaqın və düşüncə tərzinin təşəkkül tapmağa başladığı və yetişib bərqərar olduğu dövr . Bu dövrün tarixi sonu , finalı 1991-ci il oldu . Azərbaycan Müstəqillik Bəyannaməsi qəbul etdi . 70 illik bir dövrü (neçə-neçə əsrə bərabər inkişaf yolu keçdiyimiz yeddi on illiyi ) tarixin arxivinə vermək doğru yol ola bilməz, real keçmişi səhvlə�ri, faktları, uğurları ilə birlikdə öyrənmək ən doğru yol , obyektiv yanaşma üsuludur .� (Məncə ən optimal bölgüdür � H.B)

Pedaqogika elminin inkişafının dördüncü mərhələsində ən başlıca cəhət pedaqogika elminin xüsusi tədqiqat metodlarının yaranması, başqa sözlə, eksperiment yolu ilə daha dəqiq məlumatlar əldə etmək olmuşdur . Elm öz mövzusunu müəyyənləşdirməklə yanaşı, həm də həmin sahəni hansı yol və vasitələrin köməyi ilə araşdırmağın mümkünlüyünü də aydınlaşdırmışdır. Başqa sözlə, elmin tədqiqat metodları dəqiqləşəndə onun inkişafında yeni mərhələ başlayır.

Azərbaycanda pedaqogika elminin inkişafının sonuncu mərhələsi 1991-ci ildən sonrakı müstəqil dövlət quruculuğu dövrünü əhatə edir . Bu mərhələdə pedaqogika elmi təbii inkişaf yolu seçdi , öz müqəddəratını � marksizm-leninizm metodologiyası� ilə tədqiq etmək məcburiyyətindən qurtardı. Əvvəllər marksizm-leninizm sovet pedaqogika elminin metodoloji əsası hesab olunur , bu qəlibdən kənara çıxmağa imkan verilmirdi . Bu səbəbdən də pedaqoji problemlərin bəziləri birtərəfli izah edilir , çox zaman tarixilik və elmilik prinsiplərinin tələbləri pozulur , elmi nəticə hökmən partiyanın göstərişlərinə uyğunlaşdırılırdı. Bu da , təbii ki , pedaqoji elmin inkişafını ləngidirdi . Azərbaycanda milli dövlət quruculuğu prosesinin başlanması ilə pedaqoji nəzəriyyədə əvvəllər bərqərar olmuş stereotiplərin köhnəldiyi dərk edildi , yeni pedaqoji konsepsiyalar , nəzəriyyələr irəli sürüldü . Yeni pedaqoji təfəkkür, milli qaynaqlar və ümumbəşəri dəyərlər zəminində yaranan , məktəbin inkişafına təsir edə biləcək tədqiqatlar meydana gəldi.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Respublikada təhsil sahəsində ciddi məzmun islahatları həyata keçirildi , təhsillə bağlı Avropa standartlarına cavab verən hüquqi-normativ baza yaradıldı, təhsil-tərbiyə nəzəriyyəsi yeniləşdirildi, milli təhsil və pedaqoji fikir tarixi ilə bağlı maraqlı araşd ırmalar meydana gəldi, pedaqoji elmlər üzrə xeyli fəlsəfə və elmlər doktoru dissertasiyaları müdafiə olundu .

Müəllif tərəfindən bu məsələlər yüksək elmi-empirik səviyyədə araşdırılmışdır. Əsərin vacib istiqamətlərindən biri � Pedaqogikada metodoloji prinsiplərin təşəkkülü� ilə bağlı araşdırmalardır.

XX əsrin 20-ci illərində Azərbaycanda yeni cəmiyyət quruculuğu , ictimai-siyasi həyatda baş verən kəskin siyasi dəyişikliklər ictimai fikrin müxtəlif sahələrində konstruktiv , real görüşlər meydana gətirməklə yanaşı, həm də ictimai həyatın ( o cümlədən məktəb həyatının) qurulması, pedaqoji nəzəriyyənin yeni metodoloji prinsiplər zəminində inkişafı məsələlərində problematik baxışlar, müxtəlif fikir və ideyalar , nəzəriyyə və konsepsiyalar yaratdı. Pedaqogikada metodoloji prinsiplərin ( sinfilik , tarixilik , elmilik , nəzəriyyənin təcrübə ilə vəhdəti) təşəkkülü v ə inkişafı prosesi ağır və ziddiyyətli olmuş , 30-50-ci illərdə ciddi deformasiyaya uğramışdır. Azərbaycanda təşəkkül prosesi keçirən sovet məktəbi və pedaqogikasının özünəməxsus genezisi ondan ibarət idi ki , onun yaranması 20-ci illərin axırına kimi mütərəqqi dünya fəlsəfi nəzəriyyələrinə, 30-cu illərdən isə ancaq marksizmin metodoloji qanunlarına əsaslanırdı.

Hər cür ideoloji təhriklərə baxmayaraq Azərbaycan pedaqoqları respublikada pedaqogikanın təşəkkülü prosesində fəal iştirak edir , təşəbbüskarlıq göstərir, qabaqcıl müəllimlərin, metodistlərin iş təcrübələrini ümumiləşdirir, təlim və tərbiyənin yeni üsul və vasitələrini üzə çıxar ır, elmi konsepsiyalar hazırlayır, tədris planları, proqramları və dərsliklər tərtib edir , təhsilin məzmununun yeni istiqamətdə formalaşdırılması üçün təklif�lər verirdilər. Elmi-tədqiqat işinə həvəs göstərən müəllimlərin elmi-nəzəri hazırlığı onlara pedaqoji elmin metodoloji problemlərinin həllində fəal iştirak etməyə imkan verirdi .

Respublikada yetişməkdə olan gənc tədqiqatçılar nəinki pedaqoji elmin bu və ya digər sahələrində maraqlı, orijinal nəzəri tədqiqatlar aparır, həm də dünya pedaqoji fikrinin görkəmli nümayəndələrinin fəlsəfi-pedaqoji görüşlərini araşdırmağa səy g östərir, bu istiqamətli tədqiqatların da formalaşdırılmasına çalışırdılar. Müəllif haqlı olaraq qeyd edir ki , bu da respublikamızda təşəkkül prosesi keçirən elmi pedaqogikanın milli əxlaqimənəvi dəyərlərə, tərbiyə elementlərinə əsaslanmaqla, dünyanın qabaqcıl pedaqoji fikri və təhsil təcrübəsindən, əldə edilmiş qiymətli təcrübədən, müt ə rəqqi ənənələrdən istifadəyə zəmin yaradırdı. Həmin dövrdə Boris Borisoviç Komarovskinin Con Dyuinin , V.L.Arxarovanın Zeydelin , P.P.Fridolinin italyan humanizm pedaqogikası nümayəndələrinin, Əhməd Seyidovun Con Lokkun , Əbdülkərim Əfəndiyevin Jan Jak Russonun , Əhməd Kazımovun Klod Adrian Helvetsinin fəls əfi, pedaqoji , etik görüşlərinə dair apardıqları ilkin tədqiqatlar Azərbaycanda pedaqoji elmin təşəkkül prosesi keçirdiyi və hərtərəfli inkişafa başladığı şəraitdə böyük metodoloji əhəmiyyət kəsb edirdi . Bu tədqiqatlar o dövr üçün mühüm elmi-pedaqoji iş kimi qiymətli idi .

Pedaqoji elmin metodoloji əsaslarının müəyyənləşdirilməsindəki fikir ayrılıqları 20-ci illərin sonunda gücləndi. Bu dövrdə pedaqoji elmin müxtəlif problemləri ilə bağlı həm nəzəri, həm də empirik material toplandı.

1923-1936-cı illərin pedaqoji diskussiyası pedaqogika elminin inkişafında əhəmiyyətli rol oynadı. Ümumiyyətlə, XX əsrin 20-ci � 30-cu illərinin ümumi inqilabi pafosu pedaqogika elminin də məzmununa, ruhuna nüfuz etmişdi . Bu illərdə pedaqogika sahəsində çalışanların, praktik müəllimlərin elə bir yeni qolu formalaşmağa başladı ki , inqilab , materialist dünyagörüşü onların fəaliyyətinin ümumi istiqamətini müəyyənləşdirirdi, baxışlarında tarixi dəyişkənlik, inqilabçılıq hiss olunurdu . Həmin dövrün pedaqoji məzmunlu məqalələrində bu inqilabiliyin ruhu , onun güclü təsiri açıq-aydın nəzərə çarpırdı. Məhz onların � Mikayıl Rəhimlinin, Seyfulla Şamilovun , Saleh Xəlilovun əsərlərində müxtəlif səviyyədə, ancaq ilk dəfə pedaqoji elmin əsası kimi marksizm-leninizm metodologiyas ından bəhs edildi .

� Pedaqogikada metodoloji prinsiplərin deformasiyası (1930-1956-cı illər) və sonrakı illərdə inkişafı� yarımfəslində bu dövrdə müəllifin ən çox diqqət yetirdiyi məsələlərdən biri sovet dövrü elmi-pedaqoji fikrinin təhsilin inkişafı kontekstində araşdırması, onun tərkibinə elmin inkişaf meyllərini şərh etməsidir.

XX əsrin 20-ci illərinin ikinci yarısından başlanan pedaqoji diskussiyalar 30-cu illərin əvvəllərinə kimi davam etdi . Fikirlər mübarizəsi pedaqogikanın metodoloji problemləri ilə yanaşı, həm də xalq maarif sistemini , əlifba islahatını, rus dilinin hansı sinifdən başlanmasını, xarici ölkə məktəblərində tətbiq olunan təlim üsullarının Azərbaycan məktəblərinə tətbiqini əhatə edirdi . Belə fikirlər mübarizəsi heç də elmi səciyyə daşıyan, elmin inkişafına xidmət edən mübahisələr deyildi . Bu , əslində , o zamanlar sinfi mübarizənin xalq maarifi sahəsində təzahür edən bir forması idi .

Pedaqoji nəzəriyyədə mühüm yer tutan diskussiyalı məsələlərdən biri � pedaqogika ilə siyasət arasındakı əlaqə və münasibət problemi � [ Kuliniç.Pedaqoji və siyasət // � Kommunist tərbiyəsi uğrunda � jurnalı, 1938, � 7-8, s.21] idi . Pedaqogika və siyasətin qarşılıqlı münasibətində iki meyil nəzərə çarpırdı: biri məktəbin siyasətdən tam azad olunması, digəri isə məktəbin yeni sosial quruculuğun və proletariat diktaturasının xidmətinə verilməsi.

Tədqiqat işində ciddi məsələlərdən biri də �Pedaqogikanın anlayış-terminologiya sisteminin təkmilləşdirilməsi� məsələsinin qoyuluşudur . Pedaqogika elminin nəzəri səviyyəsi və praktik vəziyyətinin inkişaf barometri olan pedaqoji terminologiya sözün geniş mənasında təhsil, təlim və tərbiyə nəzəriyyəsi və təcrübəsində tətbiq edilən leksik vasitələr və adlar sistemidir . Dar mənada isə pedaqoji elmlər sistemində mühüm anlayışları ehtiva edən terminlərin məcmusudur.

Müəllif çox geniş arealda problemi tədqiq edərək belə bir haqlı qənaətə gəlir ki , pedaqoji anlayışların və onların ifadə vasitəsi olan terminlərin düzgün müəyyənləşdirilməsində dialektik və formal məntiqin tələbləri nəzərə alınmalıdır. Belə ki :

1) verilmiş hər bir pedaqoji tərif ümumiləşdirmə baxımından mütənasib olmalıdır, yəni tərifdə ikilik , həddən artıq genişlik və ya məhdudluq olmamalıdır;

2) hər bir pedaqoji tərif tam , dəqiq və aydın olmalıdır, yəni tə�rifdə hamı üçün aydın olan əlamət və xassələr göstərilməli, ikimənalılığa, mübahisə doğuran məsələlərə yol verilməməlidir;

3) hər bir pedaqoji tərif inkari deyil , iqrari olmalıdır, yəni tərifdə tərif verilənə aid olan mühüm xassə və əlamətlər göstərilməlidir. Belə olmasa , anlayışa aid olmayan xassə və əlamətin göstərilməsi tərifin inkarlığına gətirib çıxarar, onun məzmunu dəqiq dərk olunmaz ;

4) tərifdə birxətlilik gözlənilməli, dövrediciliyə və tavtologiyaya yol verilməməli, yəni tərif verdiyimiz hər hansı bir anlayış onun özü vasitəsilə izah olunmalıdır;

5) pedaqoji anlayışa tərif verərkən daima dəyişmə və inkişaf prosesində götürülməli, pedaqogika elminin inkişaf səviyyəsinə uyğun gəlməyən klassik anlayış və təriflər yenisi ilə əvəz edilməlidir;

6) təriflər birtərəfli deyil , həyatla, əməli təcrübə ilə sıx vəhdətdə götürülməlidir;

7) pedaqoji tərif pedaqogika elminin strukturuna , daxili imkanına, məntiqinə, insanın yaş xüsusiyyətlərinə və intellektual səviyyəsinə uyğun gəlməlidir.

Tədqiqatın �Azərbaycanda tərbiyə nəzəriyyəsinin inkişafı� adlanan ikinci fəslinin tərbiyənin nəzəri problemlərinin tədqiqinə həsr olunmuş hissəsində qeyd olunur ki , XX əsrin 20-ci illərində Azərbaycanda sovet məktəbinin təşkili tərbiyə işinin yeni məqsəd və vəzifəl ərinin, məzmun və metodlarının müəyyənləşdirilməsini tələb edirdi . Məktəblərin qarşısında duran tərbiyə vəzifələri və bunların həyata keçirilmə mexanizmi , yol və vasitələri pedaqogika elminin ciddi diqqət yetirdiyi problemlərdən idi . Bununla bağlı müəllif haqlı olaraq Boris Borisoviç Komarovskinin elmi qənaətlərinə xüsusi diqqət yetirmişdir .

30 � 80-ci illərdə baş verən başlıca tədris-pedaqoji yenilikləri səbrlə araşdıran, müqayisələr aparan müəllif yazır ki , �Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarını inkişaf etdirmək, onu həyata hazırlamaq məqsədi ilə müasir standartlara uyğun olaraq müəyyənləşdirilmiş məzmunun tədris müəssisələrində və özünütəhsil yolu ilə mənimsənilmə səviyyəsinin qəbul olunmuş meyarlarla yoxlanılan, qiymətləndirilən və hüquqi sənədlərdə təsbit olunan nəticəsidir�

Təhsilə verilən bu geniş tərifi aşağıdakı hissələrə ayırmaq olar :

1) təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarını inkişaf etdirmək, onu həyata hazırlamaq məqsədi ilə verilir ;

2) təhsilin məzmunu müasir standartlara uyğun olaraq müəyyənləşdirilir;

3) təhsilin məzmunu tədris müəssisələrində və özünütəhsil yolu ilə mənimsənilir;

4) mənimsənilmənin səviyyəsi qəbul edilmiş meyarlarla yoxlanılır və qiymətləndirilir;

5) təhsilalma prosesi müəyyən olunmuş hüquqi sənədlərin verilməsi ilə başa çatır.

Doğrudur , təhsil problemini təkcə pedaqogika öyrənmir. Onu fəlsəfə, sosiologiya , psixologiya , iqtisadiyyat , politologiya və başqa elmlər də öyrənir. Təhsil sosial fenomendir , onun tədqiqi ilə bir çox elm sahələrinin məşğul olması zəruridir. Belə çoxşaxəli funksional sosial sahə olaraq onun təşəkkülü və inkişafı ilə bağlı tarixi-pedaqoji ədəbiyyatların müqayisəli təhlilinə nail olan müəllif bu sahənin mövcud vəziyyəti, inkişaf dinamikası və problemlərinin təhlilini uğurla tamamlamışdır.

Palitra � 2018.- 15 yanvar .- S.13.

Fərrux rüstəmov azərbaycan pedaqogikaşünaslığı

2020-06-14 16:13:00

Azərbaycanın müstəqillik konsepsiyasının müəllifi – Fərrux Rüstəmov yazır

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov demişdir:” Mürəkkəb, ziddiyyətli və ikili standartların hökm sürdüyü dünyada Azərbaycan qarşısı alınmaz bir sürətlə inkişaf edir. Düşünülmüş və uzaqgörən daxili və xarici siyasət, iqtisadi sahədə aparılan məqsədyönlü və ardıcıl islahat ölkəmizi sabit və davamlı inkişaf edən dövlətə, beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirmişdir. Ölkədə milli dövlətçilik ənənəsinin formalaşması, sakitliyin və sabitliyin qorunub saxlanılması, iqtisadi islahatların uğurlu nəticələri sosial həyatın hər bir sahəsində tərəqqiyə güclü təkan vermiş, Azərbaycanı regionda lider ölkə kimi tanıtmışdır. Bütün bunlar hamısı Ulu öndər Heydər Əliyevin ideyalarının reallığa çevrilməsinin məntiqi nəticələridir. Azərbaycan adlı dövlətin varlığını bizim ən böyük tarixi sərvətimiz, bütün azərbaycanlıların qazandığı ən böyük nailiyyət hesab edən Heydər Əliyev inkişafımızın memarı, müstəqillik konsepsiyasınn müəllifi, Azərbaycan ruhunun simvoludur. Ulu öndər milli şüurun oyanışında, formalaşmasında və möhkəmlənməsində misilsiz xidmətlər göstərmişdir. İqtisadi, siyasi, sosial sahədə olduğu kimi, elmin, təhsilin, səhiyyənin, mədəniyyətin də inkişafının strategiya və taktikasını hazırlamış, inkişafın Azərbaycan modelini yaratmağa nail olmuşdur. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın öz müstəqilliyini elan etməsi ilə ölkədə xaos, hərci-mərcilk və müharibədə uğursuzluq, təhlükəli xarici və daxili siyasət, fərdi, ictimai və milli şüurda haçalanma baş verdi. Ölkədə baş verənlər müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Ölkə uçurum qarşısında idi. Heydər Əliyev müəllifi olduğu müstəqillik konsepsiyasının mahiyyətinə uyğun olaraq Azərbaycan xalqının müstəqilliyinin qorunmasını dünyada baş verən ictimai-siyasi hadisələrin fonunda həll etməyə nail oldu. Heydər Əliyevin fikrincə, milli müstəqillik millətin mədəniyyətini, iqtisadiyyatını, elmini, incəsənətini inkişaf etdirməklə yanaşı, özünütəsdiq üçün münbit şərait yaradır, bununla da başqa dövlətlərdən asılılığı minimuma endirir. Bu səbəbdən də milli müstəqillik Azərbaycan vətəndaşının hər bir nümayəndəsinin şüurunda və psixologiyasında dərin kök salmalı, millətin keçmişi və bugünü barədə həqiqətləri dərk etməli, sabah haqqında aydın təsəvvürə malik olmalıdır. Heydər Əliyevin fikrincə, müstəqillik xalqın mənəviyyatını qorumaq deməkdir. Heydər Əliyevin şəxsiyyəti və titanik fəaliyyəti ilə bağlı dünyanın ictimai-siyasi xadimləri kifayət qədər yüksək fikir söyləmişlər. Bütövlükdə Azərbaycan xalqına ünvanlanan həmin fikirlərin hər biri bizim üçün dəyərlidir. Bu fikirlərin içərisində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin fikirlərini daha dəyərli hesab edirəm. O deyirdi: “Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı – Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq.” Heydər Əliyevin zəngin, çoxşaxəli və mənalı həyat yolu Azərbaycan millətinin elə şərəfli bir tarixdir ki, həm bu günkü, həm də gələcək nəsillər zaman-zaman bu tarixi öyrənəcək, ondan ibrət götürəcəklər. Çünki Ulu öndərin irsi bizim milli sərvətimizdir. Milli tarixi bilmədən, tarixən itirdiklərimizi tənqidi dərk etmədən və əldə etdiklərimizin qədrini bilmədən inkişaf və tərəqqi mümkün deyil.Tarixi unutqanlıq millətin ruhunu öldürür, onun şərəf və ləyaqətinə ziyan vurur. Alman filosofu Hegelin bir deyimi var: “Tarixdən ibrət götürməyənlərə, onun barəsində yalnız fəlsəfəçilik edən və deməli, onu nəzərə almayanlara tarix heç nə öyrətmir, güllərin təqsiri yoxdur ki, korlar onları görmür. Tarix, həmçinin onu öyrənmək istəməyənlərə də ibrət dərsi verir. Lakin o, bu dəfə insanları nadanlıq və biganəliyə görə cəzalandırır”. Ulu öndər haqqında danışarkən istər-istəməz fikirləşməli olursan, əgər 1969-cu il iyulun 14-də millətimizin, xalqımızın taleyi ulu öndər Heydər Əliyevə tapşırılmasaydı, okeanlarda uzmək iddiasında olan Azərbaycan adlı gəminin sükanı ona etibar edilməsəydi, indiki inkişafdan danışmaq mümkün olardımı? Təbii ki, yox. Bunu dərk etmək üçün heç də güclü siyasətçi, iqtisadçı olmaq gərək deyil. Bu həqiqət hər bir Azərbaycan vətəndaşına aydındır. Riyazi dildə desək bu bir aksiomadır. Elə ona görə də dünyaca məşhur olan siyasətçilər Heydər Əliyevin hakimiyyətə hər iki gəlişini xalqımızın taleyində bir dönüş mərhələsi kimi səciyyələndirirlər. Heydər Əliyev siyasi hakimiyyətinin birinci mərhələsində sovet rejiminin ağır təzyiqlərinə, məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atdı. Bu illərdə Azərbaycanda milli özünüdərk prosesi xüsusilə qüvvətləndi. Həmin proses Heydər Əliyev tərəfindən çox böyük həssaslıq və uzaqgörənliklə idarə olunur və tənzimlənirdi. SSRİ-nin ayrı-ayrı regionlarında totalitar rejimin əleyhinə çıxan elm, təhsil və mədəniyyət xadimləri təqiblərə məruz qaldıqları halda, Azərbaycanda yaradıcı ziyalılar üçün sərbəst düşüncə və iş şəraiti hökm sürürdü. Həmin illərdə Azərbaycan dilinin dövlət dili statusu alması, Azərbaycan dilçilərinə və tarixçilərinə yüksək dövlət mükafatlarının verilməsi, EA-nın Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı, Tarix İnstitutunda Cənubi Azərbaycan tarixi şöbələrinin yaradılması, Azərbaycan Yazıçılar İttifaqında Cənubi Azərbaycan ədəbiyyatı üzrə katibliyin təsis olunması Heydər Əliyev şəxsiyyətinin azərbaycançılıq və soykökə qayıdış ideyalarının dirçəldilməsinə, həyata keçirilməsinə yönəldilmiş çoxşaxəli fəaliyyətinin yalnız ayrı-ayrı epizodlarıdır. Dünya səviyyəli nadir siyasətçi və dövlət xadimi olan Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu, gücləndirdi, onun beynəlxalq əlaqə və münasibətlərini yüksək səviyyəyə çatdırdı. Respublikamız beynəlxalq aləmdə öz layiqli yerini tutdu və qısa bir müddətdə nüfuzlu və mötəbər beynəlxalq təşkilatların tamhüquqlu üzvü oldu. Balanslaşdırılmış xarici siyasi kursun həyata keçirilməsi Azərbaycanın dünyanın siyasi güc mərkəzləri ilə münasibətlərinə ciddi müsbət təsir göstərdi. Böyük düha sahibi olan Heydər Əliyev Azərbaycanın iqtisadi və elmi potensialını yaratdı. Ulu öndərin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı həyata keçirdiyi tədbirlər milli ruhun, milli özünüdərkin hədsiz yüksəlişinə, xalqın tarixi yaddaşının özünə qaytarılmasına səbəb oldu. Bu da təbii ki, millətdə milli dövlətçilik arzularının və hisslərinin güclənməsinə, real siyasi amilə çevrilməsinə səbəb oldu. Azərbaycançılıq bu gün möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi məfkürə yoludur. Heydər Əliyev müstəqillik illərində azərbaycançılığın ayrı-ayrı komponentlərini vahid sistem halına gətirərək cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu. Onun müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici rol oynadı. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına, cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrildi. Milli dövlətçilik ənənələri, zəngin maddi-mənəvi mədəniyyət nümunələri xalqların milli özünəməxsusluğunu şərtləndirən əsas amillər kimi səciyyələndirilir. Tarixən formalaşmış milli ənənələr, əxlaqi-mənəvi dəyərlər hər bir millətin mənəviyyat pasportu, kamillik səviyyəsinin təcəssümü olmaqla bərabər, həm də bəşər sivilizasiyasına misilsiz töhfədir. Ümummilli liderimiz Heydər Əliyevin idarəçilik və dövlətçilik fəaliyyətində ən çox diqqət və qayğı göstərdiyi sahələrdən biri də məhz elm və təhsil sahəsi olmuşdur. Elm və təhsilin hər bir xalqın, millətin tərəqqisində, hərtərəfli inkişafında böyük rol oynadığını dərindən bilən Ulu Öndər deyirdi: “Təhsil sahəsi xalqımızın bugünü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”. Elə buna görə də Ümummilli lider xalqımızın təkcə bu gününü deyil, həm də gələcəyini düşünərək elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərmiş, milli mənəvi dəyərlrimizin qorunub saxlanılmasında və inkişafında çox cəsarətli, qətiyyətli tədbirlər həyata keçirmişdir. Təhsilin inkişafına milli özünüdərkin və dövlətçiliyin təməl prinsipi kimi yanaşan Heydər Əliyev bu sahədə uğurlar qazanmaq üçün ciddi səylər göstərmiş, təhsilin bütün pillə və səviyyələrinin inkişafı ilə əlaqədar mühüm əhəmiyyət kəsb edən qərarlar qəbul etməklə tarixə həm də böyük maarifçi kimi düşmüşdür. Onun təhsil strategiyasının mühüm istiqamətlərindən biri də yüksək ixtisaslı elmi kadrlar hazırlayan təhsil müəssisələrinin, elm-təhsil mərkəzlərinin şəbəkəsini genişləndirmək, işini gücləndirmək olmuşdur. Məhz Ümummilli liderin qətiyyəti, qayğısı nəticəsində hələ 70-80-ci illərdə keçmiş Sovet İttifaqının 50-dən çox şəhərinin 170-dən artıq tanınmış ali məktəblərində, zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin təhsil almasıdır. O, Azərbaycandan kənarda təhsil almış yüksək ixtisaslı mütəxəssisləri “Azərbaycanın milli sərvəti” kimi qiymətləndirir, onların potensial imkanlarının bir istiqamətdə cəmləşdirilməsi, Azərbaycanın sosial-iqtisadi və mədəni quruculuğunda bu potensialdan səmərəli istifadə olunması üçün dəyərli tövsiyələr verirdi. Güclü kadr potensialımızın, eləcə də xaricdə samballı diasporamızın formalaşmasına xidmət edən bu kurs bu gün ölkədə rəhbərtimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Çünki sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz təhsil sosial-iqtisadi və mədəni sahələrdə davamlı inkiaşfa təkan verən real qüvvə hesab edilir. Bu potensial Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə üçün son dərəcə böyük əhəmiyyət kəsb etmişdir. Heydər Əliyev hələ o zaman yaxın gələcəkdə Azərbaycanın müstəqil bir dövlət olacağını düşünürdü və sonralar çıxışlarının birində bu fikrini açıq şəkildə ifadə etmişdi: “Bəli, mən bu işləri görərkən həm də gələcək müstəqil Azərbaycan üçün fəaliyyət göstərirdim və gələcək müstəqil Azərbaycan dövlətinin əsaslarını yaradırdım”. Tanınmış rus siyasətçisi L. Slutski Heydər Əliyev şəxsiyyətini səciyyələndirərkən demişdir: “O, öz xalqının milli qəhrəmanı kimi tanınmışdır. Onun adı dünya tarixinə həmişəlik yazılmışdır. O, müdrikliyi, prinsipiallığı, gözəl insani keyfiyyətləri ilə fərqlənirdi. O, Azərbaycana epoxaların ayırıcında başçılıq edərək, kəşməkəşli, çox çətin illərdə Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirdi”.

Bu bölməyə aid digər xəbərlər

Elm Fondu 300 min manatlıq qrant müsabiqəsi ELAN ETDİ

2023-03-07 11:23:20

Bu bölgələrdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq – RƏSMİ

2023-03-02 16:25:12

İmtahana hazırlaşan müəllimlərə TÖVSİYƏ

2023-02-28 14:33:50

Surqut şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

2023-02-26 13:29:00

Akademikin Vikipediya səhifəsi yenilənib

2023-02-24 17:10:00

“İlin Gənc Müəllimi-2022″də ilk “10-luq”da yer alan Ülviyyə Abdulova AzEdu.az-da – FOTO

2023-02-16 13:50:00

Təhsil İnstitutundan MİQ imtahanları və sertifikasiyaya hazırlaşanlara dəstək

2023-02-15 16:23:00

BDU dosentinin həmmüəllifi olduğu dərslik ABŞ və Böyük Britaniyada nəşr olunub

2023-02-15 10:55:00

Müəllimlər din xadimlərinin müdafiəsinə qalxıblar

2023-02-13 12:16:00

Kimya fənni üzrə kurikulum müzakirəsi təşkil edilib-ARTİ

Professor Fərrux Rüstəmov: Təhsil infrastrukturunun inkişafı Heydər Əliyev Fondunun strateji fəaliyyət sahəsidir

Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni inkişafın hədəfləri təhsilin beynəlxalq rəqabətə davamlılıq göstəricilərindən birbaşa asılıdır. Ona görə də ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində sistemli və məqsədyönlü iş aparılır. Çünki insanın ömür boyu təhsil almaq tələbatının ödənilməsi təhsilin iqtisadi həyatda rolunu əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyevin məqsədyönlü və ardıcıl dövlət siyasəti nəticəsində təhsil sahəsində aparılan islahatların vahid konsepsiyası, aydın strategiyası və konkret dövlət proqramı hazırlanıb, normativ-hüquqi baza təkmilləşdirilib, təhsilin bütün pillə və səviyyələrində infrastrukturun dövrün tələbləri səviyyəsində qurulması istiqamətində mühüm işlər görülüb, uğurlu layihələr həyata keçirilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov söyləyib. Professor bildirib ki, “Yenilşən Azərbaycana yeni məktəb” layihəsi Heydər Əliyev Fondu tərəfindən 2005-ci ildən uğurla həyata keçirilən genişmiqyaslı layihədir. Bu layihəni Fondun prezidenti Mehriban Əliyevanın Azərbaycanda təhsilin inkişafına göstərdiyi yüksək qayğının təzahürü kimi dəyərləndirmək olar. Son 17 ildə Azərbaycanda 3700-ə qədər yeni məktəb binası tikilib və ya əsaslı şəkildə təmir edilib, modul tipli məktəblərin tikintisi böyük vüsət alıb. Bu gün hətta ən ucqar dağ kəndlərində müasir tələblərə cavab verən yeni məktəb binaları istifadəyə verilib. Əksəriyyətinin tikintisini Heydər Əliyev Fondunun həyata keçirdiyi bu məktəblər 1 milyondan çox şagirdin təlim şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bununla yanaşı, sürətlə modernləşən respublikamızda təhsilin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi, ölkədə insan kapitalının davamlı inkişafı üçün şəraitin yaradılması, müasir düşüncəyə, yeni təhsil-tərbiyə texnologiyasına, mənəvi-əxlaqi saflığa, yüksək peşə-ixtisas hazırlığına, akademik bacarığı, tədris təcrübəsi və peşəkarlıq səviyyəsinə malik pedaqoji kadr hazırlığını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilib.

“Son illərdə dövlətin siyasətinin prioritet istiqamətlərindən biri olan təhsilin məzmunu yeniləşdirilib, yeni dərslik siyasəti reallaşdırılıb, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin yeni modeli tətbiq edilib, təhsil müəssisələrinin böyük əksəriyyəti informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilib, təhsil sisteminin informasiyalaşdırılması, xaricdə təhsil və beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində uğurlu addımlar atılıb. Təhsil infrastrukturunun yenilənməsi istiqamətində işlər hətta pandemiya dövründə davam etdirilib. Azərbaycanda “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində ölkəmizdə təhsil infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var”,- deyə Fərrux Rüstəmov qeyd edib.

Comments are closed, but trackbacks and pingbacks are open.