Press "Enter" to skip to content

Əfvetmə haqqında əsasnamə

Qeyd edək ki, Komissiyanın daima Penitensiar xidmətin müxtəlif cəzaçəkmə müəssisələrində məhkumlarla görüşləri olub, onların şəxsi işi və digər aidiyyəti sənədlər hərtərəfli araşdırılıb, vaxtından əvvəl şərti azad etmə institutunun tətbiqi ilə bağlı məhkəmə qarşısında müvafiq vəsatətlər qaldırılıb. Belə ki, Komissiya tərəfindən bütün cəzaçəkmə müəssisələrinə baş çəkilərək, məhkumların işləri öyrənilməklə onlarla görüşülüb, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya daha yüngül cəza ilə əvəz etmənin mümkünlüyü ətraflı nəzərdən keçirilib, məhkumlara hüquqı yardım göstərilib, zəruri izahlar verilib, tərbiyəvi tədbirlər və təbliğat işi aparılıb. Son dövr ərzində Komissiyanın şəffaf və obyektiv fəaliyyəti nəticəsində həqiqi islah yoluna qədəm qoymuş və əhalinin bütün təbəqələrini əhatə edən 1100-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinərək siyahıya salınıb. Qeyd olunmalıdır ki, belə bir müsbət praktikanın tətbiqi məhkumların sosial reabilitasiyasına böyük imkan yaradır, onların ailələrinə və yaxınlarına yüksək sevinc hissləri bəxş edir, ən əsası isə belə bir institutun tətbiqi insanlarda haqqa və ədalətə inamı artırır, dövlətimizin hər kəsin qanun qarşısında bərabərliyi prinsipinin, humanizm ideallarının uğurla həyata keçirilməsini, ölkə başçısının siyasi iradəsinin real nəticələrini əyani nümayiş etdir. Beləliklə siyahı hazırda Prezidemt Aparatındadır. Dövlət başçısının yaxın günlərdə əfv sərəncamı imzalayacağı gözlənilir. Bu siyahıda olanların bir çoxu prezident tərəfindən əfv ediləcək. Sonra isə əfv fərmanının icrası həyata keçiriləcək. “Əfvetmə haqqında Əsasnamə”də bildirilir ki, əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanının icrasını təmin etmək məqsədi ilə Əfv məsələləri sektoru bir sıra tədbirləri həyata keçirəcək. İlk növbədə əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı cəzanı icra edən orqana və əfvetmə barədə məsələnin baxılmasının nəticəsinə dair məlumat müraciət etmiş şəxsə göndərilir. Bundan başqa, əfvetmə barədə qəbul olunmuş qərar haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna və digər müvafiq dövlət orqanlarına məlumat verilir. Eyni zamanda əfv olunmuş şəxslər barədə məlumatı kompüter məlumat bankına daxil edir.

Əfvetmə haqqında əsasnamə

Bu gün Prezident İlham Əliyev “Əfvetmə haqqında Əsasnamə” Azırvbaycan respublikası qanununda dəyişikliklər edilməsi barədə fərman verib.

Strateq.az bildirir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816 VQD nömrəli Qanununun icrası ilə əlaqədar belə qərar alınıb:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 475; 2003, № 6, maddə 290; 2010, № 1, maddə 8; 2011, № 10, maddə 890) ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”yə 1. 8.1-ci bəndə “islah işləri,” sözlərindən sonra “azadlığın məhdudlaşdırılması,” sözləri əlavə edilib.

Bununla yanaşı, 13-cü bənddə “İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin” sözləri “Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin” sözləri ilə əvəz olunub.

Əfvetmə haqqında əsasnamə

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli fərmanı ilə təsdiq edilmiş �Əfvetmə haqqında Əsasnamə�də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq , �Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında� Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816 VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu , 2001, � 7, maddə 475; 2003, � 6, maddə 290; 2010, � 1, maddə 8; 2011, � 10, maddə 890) ilə təsdiq edilmiş �Əfvetmə haqqında Əsasnamə�də aşağıdakı dəyişikliklər edilsin :

1. 8.1-ci bəndə � islah işləri,� sözlərindən sonra �azadlığın məhdudlaşdırılması,� sözləri əlavə edilsin .

2. 13-cü bənddə � İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin� sözləri �Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin� sözləri ilə əvəz edilsin .

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2018-ci il

Azərbaycan .- 2018.-22 aprel .- S.2.

Yaxın günlərdə əfv sərəncamının imzalanacağı gözlənilir

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında müraciətlərinə müsbət rəy verilən məhbusların siyahısı Prezident İlham Əliyevə təqdim olunub. Tövsiyə xarakterli siyahıda 1100 məhbusun adı yer alıb. Siyahı hazırlanarkən Əfv Məsələləri Komissiyasının fəaliyyəti qanunçuluq, şəffaflıq və obyektivlik kimi əsas meyarlar üzərində qurulub. Komissiya tərəfindən qanunun tələblərinə ciddi əməl olunub, subyektiv amillərin və qərəzli münasibətin qarşısının alınıb, hər məhkuma fərdi yanaşılıb, onların real islah olunması məsələsi hərtərəfli araşdırılıb.

Qeyd edək ki, Komissiyanın daima Penitensiar xidmətin müxtəlif cəzaçəkmə müəssisələrində məhkumlarla görüşləri olub, onların şəxsi işi və digər aidiyyəti sənədlər hərtərəfli araşdırılıb, vaxtından əvvəl şərti azad etmə institutunun tətbiqi ilə bağlı məhkəmə qarşısında müvafiq vəsatətlər qaldırılıb. Belə ki, Komissiya tərəfindən bütün cəzaçəkmə müəssisələrinə baş çəkilərək, məhkumların işləri öyrənilməklə onlarla görüşülüb, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya daha yüngül cəza ilə əvəz etmənin mümkünlüyü ətraflı nəzərdən keçirilib, məhkumlara hüquqı yardım göstərilib, zəruri izahlar verilib, tərbiyəvi tədbirlər və təbliğat işi aparılıb. Son dövr ərzində Komissiyanın şəffaf və obyektiv fəaliyyəti nəticəsində həqiqi islah yoluna qədəm qoymuş və əhalinin bütün təbəqələrini əhatə edən 1100-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinərək siyahıya salınıb. Qeyd olunmalıdır ki, belə bir müsbət praktikanın tətbiqi məhkumların sosial reabilitasiyasına böyük imkan yaradır, onların ailələrinə və yaxınlarına yüksək sevinc hissləri bəxş edir, ən əsası isə belə bir institutun tətbiqi insanlarda haqqa və ədalətə inamı artırır, dövlətimizin hər kəsin qanun qarşısında bərabərliyi prinsipinin, humanizm ideallarının uğurla həyata keçirilməsini, ölkə başçısının siyasi iradəsinin real nəticələrini əyani nümayiş etdir. Beləliklə siyahı hazırda Prezidemt Aparatındadır. Dövlət başçısının yaxın günlərdə əfv sərəncamı imzalayacağı gözlənilir. Bu siyahıda olanların bir çoxu prezident tərəfindən əfv ediləcək. Sonra isə əfv fərmanının icrası həyata keçiriləcək. “Əfvetmə haqqında Əsasnamə”də bildirilir ki, əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanının icrasını təmin etmək məqsədi ilə Əfv məsələləri sektoru bir sıra tədbirləri həyata keçirəcək. İlk növbədə əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı cəzanı icra edən orqana və əfvetmə barədə məsələnin baxılmasının nəticəsinə dair məlumat müraciət etmiş şəxsə göndərilir. Bundan başqa, əfvetmə barədə qəbul olunmuş qərar haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna və digər müvafiq dövlət orqanlarına məlumat verilir. Eyni zamanda əfv olunmuş şəxslər barədə məlumatı kompüter məlumat bankına daxil edir.

Qeyd edək ki, cəzanı icra edən orqan əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanının təxirə salınmadan icra etməli və bu barədə Əfv məsələləri sektoruna yeddi gün müddətində yazılı məlumat verməlidir.

Məhkum olunmuş şəxs əfv edilmədikdə, təkrar müraciətə bir qayda olaraq, bir il keçdikdən sonra baxıla bilər. Göstərilən müddət qurtaranadək Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə təkrar müraciətlər baxılmış əvvəlki müraciətin sənədlərinə əlavə olunur.
Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı mətbuatda dərc olunur.

Ümumiyyətlə əfv fərmanı humanizm addım kimi qiymətləndirilir. Humanizm isə hər bir qanunun əsas prinsiplərindəndir. Bu barədə millət vəkili Rafael Cəbrayılov deyib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra çoxlu sayda əfvetmə və amnistiya haqqında aktlar qəbul edilib ki, bu da dövlətin humanist imicinə müsbət təsirini göstərib. “Artıq çoxlu sayda məhkum əfvolunma ilə əlaqədar ölkə Prezidentinə müraciət etmiş və əfv komissiyasının bu barədə iclasları da keçirilib. Yekun siyahı hazırlanaraq Prezidentə təqdim olunub. Bu haqda mətbuatda da məlumat verilib. Düşünürəm ki, bu möhtəşəm tarixi bayramların ərəfəsində növbəti əfv fərmanın qəbul edilməsi məhkum həyatı yaşayan insanların ailələrinə dövlətin çox böyük sevinc hədiyyəsi olar. Bayramı öz evində ailəsi ilə birlikdə keçirməyin hər bir azərbaycanlı üçün önəmli bir məsələ olduğunu nəzərə alsaq qəti şəkildə deyə bilərik ki, gözlənilən əfv xalqımıza əsl bayram sevinci gətirəcək”. Onun sözlərinə görə, bu kimi humanist institutun tətbiqi onların ailələrinə və yaxınlarına yüksək sevinc hissləri bəxş etməklə yanaşı, həmçinin cəza çəkən digər məhkumların səmərəli islah olunmasına öz müsbət həvəsləndirici təsirini göstərərək, onları qanunazidd hərəkətlərdən çəkinməyə sövq edir, haqqa, ədalətə inamını daha da artırır.

Hüquq müdafiəçisi Çingiz Qənizadə isə deyib ki, Dövlət başçısı yaxın günlərdə əfv sərəncamı imzalayacaq.” Biz hər zaman cənab prezidentin humanist addımlarının şahidi olmuşuq. O, həmişə bu cür addım atır, əfv fərmanları imzalayır. Bunu isə yalnız və yalnız alqışlamaq olur”.
Onun sözlərinə görə, əfv fərmanınınimzalanması, adətən özəl günlərlə bağlı olurş. O bildirib ki, əfv sərəncamının imzalanması cənab prezidentin konstitusion hüququdur: “Əfv Komissiyasının tövsiyəsi olsa da, olmasa da prezident istədiyi şəxsi, istədiyi anda əfv edə bilər. Bundan əlavə komissiyada kifayət qədər insanın müzakirə olunan hazır sənədləri də var. Prezident bu sənədləri əldə etməklə, yaxud kiminsə fərdi müraciəti əsasında da əfv edə bilər. Praktikada belə hallar olub. Əfv Komissiyasının iclası olmadan prezident əfv sərəncamı imzalayıb.

Qanun buna yol verirsə, onu istənilən an işlətmək olar. Çingiz Qənizadə həmişə əfv sərəncamının imzalanmasının tərəfdarı olduğunu bildirib: “Ümid edirəm ki, cənab prezident növbəti əfv sərəncamı ilə müəyyən insanları əfv edəcək. Çünki o, həmişə humanistliyini sübut edib. Əgər Tofiq Yaqublu müraciət etsə, müraciət məqsədəuyğun hesab olunsa, prezident onu bir günün içərisində əfv edə bilər. Bu hüququ Konstitusiya prezidentə verib, onu heç kim məhdudlaşdıra bilməz”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da bu addım haqda yüksək fikirdə olduğunu söylədi: “ Bu, olduqca müsbət haldır. Əfv fərmanı ilə yüzlərlə insan ailəsinə qovuşur. Mən əfv fərmanını səbirsizliklə gözləyirəm və ümidlə yaşayıram. Ümumiyyətlə, əfv fərmanı böyük addımdır və yüksək qiymətləndirilməlidir. Bunu etiraf etməyi bacarmaq lazımdır”.

Millət vəkili Azay Quliyev də əfv fərmanını müsbət qiymətləndirir: “Çünki əfv fərmanın imzalanması xeyli sayda Azərbaycan ailəsinə sevinc, xoşbəxtlik bəxş edəcək. Bu president tərəfindən atılmış növbəti humanist addım olacaq. Məsələnin siyasi tərəflərinə gəldikdə, burada da çox müsbət məqamlar var; hər bir əfv fərmanı cəmiyyətdə barış əhval-ruhiyyəsinin möhkəmləndirilməsi, etimad mühitinin güclənməsinə xidmət edir, vətəndaşların dövlətə inamını gücləndirir, onların hüquqlarının dövlət tərəfindən daim müdafiə edilməsinə əminlik yaradır. Həmçinin, müxtəlif cinayətlər törətmiş şəxslərin cəzalarının müəyyən hissəsini çəkdikdən sonra cəmiyyətə inteqrasiyası, bir daha belə səhvlərə yol verməmələri üçün şans yaradır. Bu baxımdan da fərmanın əhəmiyyəti çox böyükdür”.

Comments are closed, but trackbacks and pingbacks are open.