Press "Enter" to skip to content

Genclerin hərbi xidmətə cagirisi perspektiv illik planlasdirma

Bu bölməyə aid digər xəbərlər

Xidmətə yararsızlar yenidən yoxlanılır (RƏSMİ) – VİDEO

Hərbi xidmətə yararsız bileti əldə edənlər yenidən yoxlanılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşları qurumdan göndərilən hərbi xidmətə çağırış məktublarına dərhal reaksiya verməyə çağırıb. Əks halda bu cinayət məsuliyyətinə də səbəb ola bilər.

Hərbi xidmətə yararsız bileti alanların sağlamlığı yenidən yoxlanılacaq və bu sənədlərin necə verildiyi ilə bağlı araşdırma aparılacaq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mediada yayılan bu xəbərlərlərə münasibət bildirib. Xidmətin hüquq təminatı şöbəsinin baş zabiti Rəşad Qasımovun sözlərinə görə belə araşdırma onsuz da xidmətdə daimi olaraq aparılır. Ancaq düzgün olmayan şəkildə təqdim olunan məlumatlar da var.

Xidmətin baş zabiti Rəşad Qasımovun sözlərinə görə 18 yaşdan 35 yaşa qədər xəstəliyə görə möhlət hüququ verilən şəxslər hər 3 ildən bir yoxlanışa cəlb olunur. 16 yaşdan qeydiyyata alınan yeniyetmələrdə isə hansısa sağlamlıq problemi ortaya çıxarsa onların müalicəsi xidmətin göndərişi ilə pulsuz olaraq həyata keçirilir.

Rəşad Qasımov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hansısa şöbəsində göstərilən xidmətdən narazı qalan vətəndaşların dərhal qurumun mərkəzi aparatına məlumat verməli olduğuna diqqət çəkib.

Hərbi mükəlləfiyyəti olan şəxslərin Dəvət gələndə dərhal deyilən vaxtda lazımı yerdə olması xüsusi diqqət tələb edir. Əks halda səfərbərlik anında bu tələblərə riayət etməyən şəxslər inzibati xətalar yox, cinayət məcəlləsi ilə məsuliyyət daşıyacaqlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 9100 nömrəli çağrı mərkəzi də vətəndaşların xidmətindədir.

Genclerin hərbi xidmətə cagirisi perspektiv illik planlasdirma

2018-12-26 10:23:00

Müəllimlər mütləq OXUSUN! – İllik planlaşdırmanın düzgün hazırlanması ilə bağlı TÖVSİYƏLƏR

Orta ümumi təhsil məktəblərində dərsin keyfiyyətli olması üçün müəllim gündəlik və illik planlaşdırma aparmalıdır. Kurikulumda dövlət tərəfindən şagirdin bilik və bacarığına qoyulan tələbə yəni, standarta nail olmaq üçün müəllim təlim fəaliyyətini düzgün planlaşdırmalıdır. Ümumilikdə planlaşdırmanın 2 növü var: 1.Perspektiv (illik) planlaşdırma 2.Cari (gündəlik) planlaşdırma Perspektiv planlaşdırmanı tərtib edərkən müəllim bir neçə məqama diqqət etməlidir. Ən vacib məqamlardan biri mövzuların yeri və ardıcıllığı ilə bağlıdır. Müəllim mövzuların ardıcıllığını düzgün – sadədən mürəkkəbə doğru müəyyənləşdirməlidir.

-İnteqrasiya imkanlarını düzgün müəyyən etməlidir. (Fənndaxili və fənlərarası) “İnteqrasiya” termini XX əsrin sonlarından etibarən daha fəal istifadə olunmağa başlayıb. Beləcə, bütün elm sahələrində, o cümlədən sosiologiya və pedaqogikada inteqrasiya önəmli yer tutub. Pedaqogikada “inteqrasiya”, “inteqrativlik”, “təhsildə inteqrasiya” və s. anlayışlardan daha çox istifadə olunur. İllik planlaşdırma yazarkən ardıcıllıq necə nəzərə alınmalıdır? 1.Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən etmək,
2. Tədris vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək,
3. Hər tədris vahidi üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq.
Tədris vahidi – Ənənəvi tədris metodunda müəllimlərin hər birinə məlum olan bölmə və yarımbölmələr mövcud idi. Həmin bölmələrə isə müəyyən mövzular daxil olurdu. Bunun tərtibi zamanı isə xronoloji ardıcıllıq, sadədən mürəkkəbə prinsipi qorunmalı idi. Eynilə fənn kurikulumlarında olan bu bölmə və altbölmələr tədris vahidi hesab edilir. Tədris vahidləri artıq məzmun standartlarına əsasən müəyyən edilir. Kurikulumun tətbiqindən əvvəl mövzular üzrə, indi isə standartlara əsasən qruplaşdırma aparılır. İllik planlaşdırmanı təkmilləşdirmək üçün: 1.Standartlar qrupuna əlavə standartlar artırmaq,
2. Mövzuları dəyişdirmək və ya artırmaq,
3. İnteqrasiya üçün əlavə imkanlar müəyyən etmək,
4. Daha çox resursdan istifadə etmək,
5. Vaxt bölgüsünə müəyyən dəyişikliklər etmək.
Kurrikulum metodunda inteqrasiya 2 formada olur: fəndaxili və fənlərarası Əgər seçilən dərsin mövzusu köhnə dərslə əlaqələndirilirsə, bu, fəndaxili, seçilən mövzu digər fənlərlə əlaqələndirilsə, fənlərarası inteqrasiya adlanır. Ümumiyyətlə, müxtəlif fənlər üzrə biliklərin inteqrasiyası şagirdin təfəkküründə ətraf aləm haqda sistemli dünyagörüşün formalaşmasına kömək edir. -Şəraitə və sinfin səviyyəsinə uyğun olaraq resursları əlavə vəsaitlər və təchizatları seçməlidir. -Müəllim şagirdlərin inkişaf və qavrayış səviyyələrini nəzərə almaqla mövzulara uyğun vaxt bölgüsü aparmalıdır, yəni mövzuların çətinlik dərəcəsinə uyğun ayrılan vaxt bölgüsünü özü azaldıb, artırmalıdır. Qeyd edək ki, perspektiv planlaşdırma üçün lazım olan metodik vəsait dövlət tərəfindən məktəblərə paylanılır, rəhbərlik də həmin vəsaiti müəllimlərə təhvil verir. Metodik vəsaitdə dərslərin hər biri sıralama ilə saatı və inteqrasiyası qeyd olunmaqla yazılır. Yəni, metodik vəsaitdə verildiyi kimi hazılrnamsı mütləq şərt deyil. Sadəcə olaraq il ərzində müəllimə ayrılan dərs saatları standartından çıxmamaq və mövzuları əhatə etmək şərti ilə tədris planını tərtib etmək olar.

Nəzrin Cavid

Bu bölməyə aid digər xəbərlər

Müəllimlərin maaşı artırıldı – QƏRAR

Bu gənclər əsgərliyə aparılmır – RƏSMİ AÇIQLAMA

Yeniavaz.com xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Füzuli İsmayılov “Lent.az”a açıqlamasında vətəndaşı hərbi xidmətə yararsız edən çəki dərəcələrindən danışıb:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olmayan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olan çağırışçılar hərbi xidmətə yararsız hesab edilirlər. Bununla yanaşı qeyd edirik ki, məsələn qidalanmanın vəziyyətini qiymətləndirmək üçün bədən çəkisinin indeksindən (BÇİ) istifadə olunur. Boy ölçüsü – 188 sm, bədən çəkisi – 130 kq olduğu halda bədən çəkisi indeksi (BÇİ) 35-39,9 bərabər və 18-25 yaşlı şəxslər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “ç” və “b” bəndlərinə əsasən “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları III dərəcəli alimentar piylənmə”yə aiddir. Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar “ç” bəndi ilə “6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər, lakin müalicə səmərəsiz olduqda, onlar “b” bəndi üzrə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər”.

Xidmət rəsmisinin verdiyi məlumata əsasən, həm bədən inkişafı çox zəif olan, həm də piylənmədən əziyyət çəkən şəxslər hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Əgər müalicə əsasında vətəndaşın problemi aradan qalxmazsa o, tam yararsız hesab edilir. Ancaq həmin şəxs müharibə və səfərbərlik dövründə məhdud yararlı olmaqla qeydiyyata alınır.

Comments are closed, but trackbacks and pingbacks are open.