Press "Enter" to skip to content

Gizli dədə qorqud kitabı

K.Abdulla kitabdakı bəzi məqamlara aydınlıq gətirib, iştirakçıların monoqrafiya ilə bağlı suallarını cavablandırıb.

“Kitabi -Dədə Qorqud” dastanı

“Kitabi-Dədə Qorqud” (“Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan” (Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir (XI-XII əsrlər)

Əfsanəyə görə, Kitabi Dədə Qorqudda dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: “Dirsə xan oğlu Buğacın boyu”, “Salur Qazanın evinin yağmalandığı boy”, “Bayburanın oğlu Bamsı Beyrək boyu”, “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, “Duxa Qoca oğlu Dəli Domrulun boyu”, “Qanlı Qoca oğlu Qanturalı boyu”, “Qazılıq Qoca oğlu Yeynəyin boyu”, “Basat Təpəgözü öldürdüyü boy”, “Bəkil oğlu Əmranın boyu”, “Uşun Qoca oğlu Səgrəyin boyu”, “Salur Qazan dutsaq olub oğlu Uruz çıxardığı boy”, “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”. Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları XI yüzillikdə “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. “Kitabi-Dədə Qorqud”dakı Təpəgöz obrazı Homerin “Odisseya” dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək “Kitabi-Dədə Qorqud”un iki əlyazması məlumdur. Bunlardan biri – alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.

Elmə XIX əsrdən məlum olan “Kitabi-Dədə Qorqud”un hələlik iki əlyazma nüsxəsi (Drezden və Vatikan) məlumdur. Drezden nüsxəsi üzərində sonradan “Kitabi-Dədə Qorqud əla lisani taifeyi-oğuzan” (“Oğuz tayfaları dilində Dədəm Qorqud kitabı”) yazılmışdır və yeni bir nüxsəsi (surəti) əsası 1556-cı ildə qoyulmuş Drezdendəki Kral Kitabxanasından alınıb 1972-ci ilin avqustunda Bakıya gətirilib Azərbaycan Elmlər Akademiyasına verilib və Əlyazmalar İnstitutunda daha təfsilatlı tədqiq olunmuşdur. Bu nüsxə müqəddimə və 12 boydan, Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan ibarətdir. Görünür ki, hər 2 nüsxə daha qədim naməlum bir nüsxədən köçürülmüşdür. Azərbaycan EA Əlyazmalar İnstitutunda “Dədə Qorqud”un dünyada üçüncü əlyazma nüsxəsi hazırlanmışdır.Dədə Qorqud dastanlarının bir sıra boylarında mifoloji dünyagörüşünün izlərinə rast gəlmək mümkündür. Məsələn, “Dəli Domrul” boyunda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə görə mənalandırılması özünə yer tapmışdır. Buradakı Əzrayıl obrazı, dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə islamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılmışdır. Bu cəhətinə görə həmin boy ölüb-dirilən tanrılar haqqında qədim şumer, babil, misir əfsanə və mifləri ilə səsləşir.

Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara – şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında “Dədə Qorqud” eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 60-cı illərin əvvəllərində “bəraət” ala bilmişdir. “Kitabi-Dədəm Qorqud” eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsr kimi müəyyən edilir. Boylarda orta əsrlər dastanlarımız kimi, nəsr və şeir parçaları növbələşsə də, həmin şeir parçaları orta əsrlərin poetika qanunlarına az uyğun gəlir. Bəzi tədqiqatçıların fikrincə, “Kitabi-Dədə Qorqud”da vaxtilə bəzi digər qədim türk dastanları kimi başdan-başa şeirlə yaradılmış, sonra isə yaddaşlarda yalnız əsas motivləri qaldığından, yazıya köçürülərkən nəsrlə bərpa edilmişdir.

Abidə haqqında ilk dəfə alman alimi F.Dits məlumat vermiş və “Təpəgöz” boyunu alman dilinə tərcüməsi ilə dərc etdirmişdir (1815). T.Nöldeke əsəri Drezden nüsxəsi əsasında çapa hazırlamaq istəmişdir. V.V.Bartold 1894-1904-cü illərdə əsərin 4 boyunu rus dilinə çevirərək çap etdirmişdir. O, 1922-ci ildə dastanın tam tərcüməsini başa çatdırmışdır; həmin tərcümə 1950-ci ildə Bakıda (H.Araslı və M.Təhmasibin redaktəsi ilə), 1962-ci ildə isə Moskvada nəşr olunmuşdur. 1952-ci ildə E.Rossi Vatikan kitabxanasında əsərin yeni bir nüsxəsini tapıb italyanca tərcüməsi ilə birlikdə nəşr etdirmişdir. “Kitabi-Dədə Qorqud” Türkiyədə ilk dəfə 1916-cı ildə Kilisli Müəllim Rifət, Azərbaycanda isə 1939-cu ildə akademik H.Araslı tərəfindən nəşr olunmuşdur. Sonralar əsər ingilis, alman və fars dillərinə tərcümə edilmiş, İngiltərədə, İsveçrədə, Amerika Birləşmiş Ştatları-nda və İranda çapdan çıxmışdır. 1951-ci ildə “Kitabi-Dədə Qorqud” Azərbaycanda və Türkmənistanda “xalq düşməni” elan edilərək oxunması yasaqlanmışdı. “İnkişaf etmiş” Sosializm cəmiyyətində feodalizm dövründən qalmış sənət nümunəsinə “yer tapılmadı”. Azərbaycanda 1957-ci, Türkmənistanda 1980-ci ildə bəraət qazanmışdır.

“Kitabi-Dədə Qorqud” dastanları XI-XII əsrlərdə və daha əvvəllər (islamın yayılmasından qabaq) Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. “Kitabi-Dədə Qorqud”u yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. Bayat elindən çıxmış bu bilicini oğuzun müşkül məsələlərini həll edərək gələcəkdən belə xəbər verdiyini göstərir. Bəzi məlumatlara görə Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XIX əsr səyahətçilərinin əsərlərində bu fakta rast gəlmək olar.

“Kitabi-Dədə Qorqud” boylarında Dədə Qorqud şücaət göstərən igidlərə ad qoyur, çətin zamanlarda xalqın köməyinə gəlir, müdrik məsləhətləri ilə onlara yol göstərir. Dədə Qorqud adı, eyni zamanda, qopuzla əlaqədardır. Dastanlarda oğuzun yaşlı (Qazan xan, Dir səxan, Qazılıq Qoca, Bəkil, Baybecan, Aruz, Qaragünə) və gənc (Beyrək, Uruz, Basat, Yeynək, Səgrək, Qarabudaq, Əmran) nəslə mənsub qəhrəmanlarından söhbət açılır. Qəhrəmanlıq ruhu abidənin əsas qayəsini təşkil edir. “Kitabi-Dədə Qorqud” yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrofik məlumatla zəngindir. “Kitabi-Dədə Qorqud” qadına yüksək münasibəti ilə seçilir. Eposun qəhrəmanlıq ruhu qadın obrazlarının davranışlarında da aydın görünür. Dastanda ana obrazı xüsusilə diqqəti cəlb edir. O, vətən rəmzi kimi ümumiləşdirilir, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir. Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunmuşdur. “Kitabi-Dədə Qorqud” Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir

Gizli dədə qorqud kitabı

AZ

EN

STRUKTUR

HAQQIMIZDA

ŞÖBƏLƏR

Sayğac

“Mifdən yazıya və yaxud gizli Dədə Qorqud” kitabının müzakirəsi keçirildi

İyulun 12-də AMEA Əlyazmalar İnstitutunda Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə AMEA-nın müxbir üzvü Kamal Abdullayevin“Mifdən yazıya və yaxud gizli Dədə Qorqud” kitabının müzakirəsi keçirildi.
Tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, fil.ü.e.d. Muxtar İmanov açaraq bildirdi ki, K.Abdullayevin bu əsəri dilimizin və poetik təfəkkürümüzün bütün gözəlliyi və möhtəşəmliyini əks etdirən, milli-mədəni varlığımızın təzahürü kimi türk dünyasının əbədi, qiymətsiz xəzinəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının gizli qatlarından bəhs edən araşdırmalarının yeni məntiqi nəticəsidir: “ Alim əsərdə mifoloji aləmdən – mədəni dünyaya və oradan da mədəniyyətə doğru tarixi bir inkişafı maraqlı faktlarla təhlil etmişdir”.

Kitabın yazılma tarixindən danışan K.Abdullayev bildirdi ki, əsərdə mifoloji dünyadan mədəni dünyaya – sadədən mürəkkəbə, yekrənglikdən çoxrəngliliyə, psixoloji yüklənmələrə doğru gedən bir inkişaf təhlil edilmişdir: “Amma bu keçid prosesini bir nöqtə kimi almaq da doğru deyil. Mif qurtardı, avtomatik şəkildə mədəniyyət başladı. Mif və yazı arasındakı münasibətlər təkcə şifahi və yazılı başlanğıclar arasındakı münasibətlər deyil. Bu münasibətlər insan ağzı ilə insan beyni arasındakı münasibətlərdir. Deyim və düşüncə, seyrçilik və analiz, kortəbii inam və təcrübədən gələn şübhə arasındakı münasibətlər idi”.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, fil.ü.e.d. Kamran Əliyev, AMEA Əlyazmalar İnstitutunun direktor vəzifəsini icra edən fil.ü.f.d.Paşa Kərimov, AMEA Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən fil.ü.e.d.Fəxrəddin Veysəlli, prof. Tofiq Məlikov, prof. Məhərrəm Qasımlı, fil.ü.e.d. Arif Əmrahoğlu, prof. Möhsün Nağısoylu və fil.ü.f.d. Seyfəddin Rzasoy əsərin əhəmiyyətindən danışdılar. Bildirdilər ki, alim “Kitabi-Dədə Qorqud” eposu əsasında həm elmi, həm də bədii düşüncələrini obyektiv əks etdirmiş, eposun dili ilə bağlı qiymətli və fundamental əhəmiyyətə malik olan əsər yazmışdır.

ELMİ İSTİQAMƏT

LAYİHƏLƏR

Akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabının elmi müzakirəsi olub

İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunda akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabının elmi müzakirəsi olub.

AZƏRTAC xəbər verir ki, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov K.Abdullanın bədii, elmi və ictimai-siyasi fəaliyyəti, “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatları barədə məlumat verib. Bildirilib ki, bu monoqrafiya müəllifin “Gizli Dədə Qorqud” silsiləsindən çalışmalarının məntiqi davamıdır. Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşma təqdim edilir. “Kitabi-Dədə Qorqud” mətnləri üçün bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər. Qədim yazılı abidələrin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir. Yeni nəşr mifologiya, yazılı abidələr, poetika, üslubiyyat, semiotika və semantika istiqamətində çalışanlar üçün dəyərli mənbədir. Kitab müqəddimə, iki ayrıca hissə, ümumi nəticə, son söz və əlavələrdən ibarətdir. Müqəddimədə kitabın adı haqqında müəllifin qeydləri, anaxronik mətn, mif dövrü mətninin xüsusiyyətləri və s. haqqında elmi təhlil yer alıb.

Akademik İsa Həbibbəyli dastan janrının formalaşmasından və inkişaf mərhələlərindən, ədəbiyyatımızda “Kitabi-Dədə Qorqud”un ilk tədqiqatlarından söz açıb, kitabla bağlı təəssüratlarını bölüşüb. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanını xatırladan akademik bundan sonra bu qədim abidə ilə bağlı elmi-tədqiqatların daha da genişləndirildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, akademik K.Abdullanın yaradıcılığında bu mövzu mühüm yer tutur və geniş tədqiq olunur. Bu kitabda K.Abdulla “Kitabi-Dədə Qorqud” dastanının mifoloji qatının sistemini görüb, onu özünəməxsus şəkildə təqdim edib. O, “Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə “Sintaktik paralelizm” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Alimin qorqudşünaslığa dair “Gizli Dədə Qorqud”, “Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud – 2”, “Mifdən Yazıya – Gizli Dədə Qorqud” kitabları nəşr edilib.

K.Abdulla kitabdakı bəzi məqamlara aydınlıq gətirib, iştirakçıların monoqrafiya ilə bağlı suallarını cavablandırıb.

Akademik Teymur Kərimli və digər çıxış edənlər kitabla bağlı fikirlərini bildirib, monoqrafiyanın tədqiqatçılar üçün dəyərli mənbə olduğunu qeyd ediblər.

Comments are closed, but trackbacks and pingbacks are open.