Gənc alimlərin ii beynəlxalq konfransının materialları bakı 2017
2023-02-15 11:31:31
Bakı Mühəndislik Universitetində Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı işə başlayıb
Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Daha sonra gənc tədqiqatçılar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət edib, hörmət və ehtiramlarını bildiriblər.
Konfransda çıxış edən universitetin rektoru, professor Havar Məmmədov ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışıb. Bildirilib ki, Ümummilli Lider gənclərin geniş dünyagörüşlü, dərin biliyə sahib olmalarına böyük önəm verirdi. Hələ sovet dövründə Azərbaycan gənclərini ittifaqın qabaqcıl universitetlərində təhsil almaları üçün göndərirdi. Hazırda Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rektor Bakı Mühəndislik Universitetinin ev sahibliyi etdiyi Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransına yerli tədqiqatçılarla yanaşı Türkiyə, ABŞ, Almaniya və İngiltərə kimi onlarla xarici ölkədən 1320 materialın qəbul olunduğunu, bunlardan 700-nün konfransın tələblərinə uyğun olaraq seçildiyini və iki dildə nəşr edildiyini diqqətə çatdırıb.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, Bakı Mühəndislik Universiteti Azərbaycanın ən güclü ali məktəblərindən biridir. BMU-nun gənc tədqiqatçıları və tələbələri beynəlxalq müsabiqələrdə həmişə uğur qazanır və Azərbaycanı layiqincə təmsil edirlər. Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı da təşkilatçılıq və coğrafiya baxımından ölkəmizdə keçirilən yüksək səviyyəli konfranslardan biridir.
Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov konfransın işinə uğurlar arzulayaraq, Ulu Öndərin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransında yerli gənc tədqiqatçılar xarici həmkarları ilə elmi fikir mübadiləsi aparacaqlar. Bu isə gənc alimlərin və ölkələrin elminin inkişafına xidmət edir. BMU-nun Azərbaycanın qabaqcıl universitetlərindən biri olduğunu vurğulayan rektor deyib ki, beynəlxalq konfrans öz təşkilatçılıq və qəbul olunmuş elmi materialları ilə bunu bir daha sübut edir.
Biznes sektoru adından konfransın işinə uğurlar arzulayan “Veysəloğlu” şirkətlər qrupunun biznesin inkişafına dəstək üzrə baş direktoru İlqar Nuri BMU ilə əlaqələrin yüksək səviyyədə qurulduğunu qeyd edib. Bildirib ki, təmsil etdiyi şirkət BMU-nun məzunlarını işlə təmin etməkdə həmişə maraqlıdır.
Konfrans daha sonra plenar iclaslarla işini davam etdirib.
Gənc alimlərin ii beynəlxalq konfransının materialları bakı 2017
2020-03-04 14:40:00
Gənc alim və mütəxəssislərin II beynəlxalq elmi konfransı
Azərbaycan Milli Elmlər Akademiyasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbir AMEA-nın 75 illiyinə həsr olunub. Beynəlxalq konfransda AMEA-nın rəhbərliyi, Akademiyanın elmi müəssisə və təşkilatlarının direktorları, həmçinin 12 ölkədən 300-dən çox gənc alim iştirak edib. AMEA-nın akademik-katibi Əminağa Sadıqov tədbir iştirakçılarına son illərdə ölkəmizdə aparılan gənclər siyasətindən, onların inkişafı ilə bağlı qəbul edilən qərarlardan, cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətindən danışıb. 2011-ci ildə AMEA ilə ARDNŞ arasında memorandumun imzalandığını xatırladan Ə.Sadıqov sözügedən sənəddən irəli gələrək Elm Fondunun yaradıldığı, ötən müddət ərzində təşkilat tərəfindən beş müsabiqənin keçirildiyi və 160-a yaxın layihənin maliyyələşdirildiyini diqqətə çatdırıb. Fundamental və tətbiqi elmlərin müasir problemlərinə də toxunan Ə.Sadıqov müasir dövrdə multidissiplinar yanaşmaların ciddi elmi nəticələrin əldə edilməsində mühüm rol oynadığını deyib. Bir neçə sahəni əhatə edən alimlər qrupu tərəfindən aparılan tədqiqatların zəruriliyindən danışıb. ARDNŞ-in Elm və texnika şöbəsinin müdiri, texnika elmləri doktoru Nazim Vəliyev şirkət tərəfindən böyük həcmdə elmi-tədqiqat və layihə işlərinin yerinə yetirildiyi, kadr hazırlığına xüsusi önəm verildiyi və bunun davamı olaraq beynəlxalq standartlara uyğun ən müasir tədris proqramları və tədris texnologiyaları ilə təmin olunan Bakı Ali Neft Məktəbinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Daha sonra çıxış edən AMEA GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov Azərbaycanda elmin koordinasiyası, inkişafı və gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından AMEA-nın müqayisəedilməz rola malik olduğunu söyləyib. Qeyd edib ki, Akademiya Azərbaycan elminin dünya elminə inteqrasiyası ilə əlaqədar bir sıra hədəflər müəyyənləşdirib və onların gerçəkləşməsi istiqamətində böyük irəliləyişlərə nail olub. Bu gün AMEA-nın gənc alimlərinin xarici həmkarları ilə birgə tədqiqatlar apardığını deyən F.Salmanov qlobal miqyaslı tədbirlərin təşkilinin yeni yanaşma və metodologiyaların mənimsənilməsi baxımından əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Konfransda, həmçinin Rusiya Elmlər Akademiyasının Gənc Alimlər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Andrey Kotelnikov, Belarus Milli Elmlər Akademiyasının Gənc Alimlər Şurasının sədr müavini Stanislav Yuretski, İstanbul Texniki Universitetinin əməkdaşı, yer elmləri üzrə fəlsəfə doktoru Nedim Gökhan, qazaxıstanlı gənc alim Suxrab Japarov və digərləri çıxış edərək tədbirin birgə araşdırmalar üçün zəmin yaradacağını söyləyiblər.(Azərbaycan müəllimi)
Bu bölməyə aid digər xəbərlər
“Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” – elmi konfrans
2023-03-04 12:01:00
Dissertasiya şuralarının fəaliyyəti müzakirə olunub
2023-03-02 09:05:14
“Heydər Əliyev və Azərbaycan ədəbi-ictimai fikri” sessiyası keçirilib
2023-02-28 17:48:00
AMEA ilə Özbəkistan institutu əməkdaşlıq edəcək
2023-02-28 13:46:00
AMEA prezidenti: “Azərbaycan sülhsevər, ədalətli ölkədir”
2023-02-26 11:47:00
Xocalı faciəsi insanlığa qarşı ən ağır cinayətlərdən biridir
2023-02-25 11:25:34
“Azərbaycan dilinin İKT problemləri” adlı respublika konfransı öz işinə başlayıb
2023-02-21 16:58:00
AMEA əməkdaşı ermənilərin ekoloji terrorundan danışdı
2023-02-19 10:37:56
AMEA-nın institutlarında yeni şöbələr yaradılıb
2023-02-15 11:31:31
Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası
Xankəndi
Bakıda “Aysberq” hotelində “İnformasiya cəmiyyəti müasir müdafiə və hücum sisteminin əsası kimi” mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçirilir. Beynəlxalq konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı və qrant layihəsi əsasında gerçəkləşib.
Tədbiri giriş sözü ilə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev açaraq son illər ölkədə dövlətin əsas prioritetləri sırasında gənclər siyasətinin xüsusi önəm daşıdığını vurğulayıb. Onun sözlərinə görə, informasiya müharibəsi Dağlıq Qarabağ münaqişəsinin həllində ən vacib detallardan biridir və son illər Azərbaycan bu istiqamətdə müdafiədən hücum siyasətinə keçib.
E.Babayev qeyd edib ki, Fondun növbəti “Mobillik qrantı” müsabiqələrindən biri məhz xarici ölkələrin arxivlərində Qarabağın tarixi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda Azərbaycandan olan alimlərin işləməsi üçün qrantların ayrılmasına həsr olunacaq. O, gənc alimləri bu məsələdə də fəal olmağa çağırıb.
Beynəlxalq konfransda Azərbaycanla yanaşı, İtaliya, Türkiyə və Qırğızıstandan gənc alimlər iştirak edirlər.
Beynəlxalq konfransın açılışında “İnformasiya cəmiyyətinin dərk olunmasının yeni riyazi perspektivləri: modelə statistik mexaniki yanaşmalar və böyük məlumatların təhlil olunması”, “İnformasiya əsrində geosiyasət: geosiyasətdə dövlət gücünə yenidən baxılması”, “İnformasiya cəmiyyətinin mürəkkəbliyi” , “İnformasiya müdafiə və hücum vasitəsi kimi” mövzularında plenar məruzələr dinlənilib.
Konfrans seksiyalarla iki gün davam edəcək. Tədbirə elmi-təşkilati dəstəyi Bakı Avrasiya Universiteti göstərir.
Comments are closed, but trackbacks and pingbacks are open.