Gəncədə Gəncə – MDB-nin Mədəniyyət Paytaxtı 2017”nin təntənəli bağlanış mərasimi keçirilib – FOTO
Səfər çərçivəsində İsveçin səfiri Nizami Gəncəvi Məqbərəsi, Heydər Əliyev Park-Kompleksi və Məhsəti Gəncəvi Mərkəzində, şəhərin Cavad xan küçəsində də olub, Cavad xanın məqbərəsi və Şah Abbas Cümə məscidini ziyarət edib. Gəncə Dövlət Filarmoniyası ilə tanışlıq isə qonaqda xüsusilə xoş təəssürat yaradıb.
Səfir İnqrid Tersman: Gəncənin tarixi və milli dəyərləri çox əhəmiyyətlidir
Gəncə Uşaq Kitabxanasına səfirlik tərəfindən İsveçin məşhur yazıçısı Astrid Lindqrenin 9 kitabı hədiyyə ediləcək. Bununla yanaşı, biz musiqi sahəsində də əməkdaşlıq əlaqələri qura bilərik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri İsveçin ölkəmizdəki səfiri İnqrid Tersman Gəncəyə səfəri çərçivəsində şəhər icra hakimiyyətində keçirilən görüşdə söyləyib.
İcra hakimiyyətinin başçısı Niyazi Bayramovla keçirilən görüşdə qonağa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib.
Niyazi Bayramov bildirib ki, 4000 illik tarixə malik Gəncə zəngin mədəni irsə sahibdir: “Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi mütəfəkkirlər yetişdirmiş şəhər, sadəcə Azərbaycan yox, dünya ədəbiyyatına da əvəzsiz töhfələr verib. 2016-cı ildə Avropa Gənclər Paytaxtı, 2017-ci ildə MDB Ölkələrinin Mədəniyyət Paytaxtı titullarını daşıyan Gəncə, 2019-cu il üçün Avropanın İdman Şəhəri seçilib. Gəncədə 3 universitet və 3 kollec fəaliyyət göstərir. Şəhər əhalisinin üçdəbirini gənclər təşkil edir. Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir. Burada Gəncə Avtomovil Zavodu, “Det-AL” Alüminium MMC kimi iri sənaye müəssisələri fəaliyyət göstərir. Hazırda Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın və İdman Sarayının tikintisi aparılır ki, hər ikisinin də təməli Prezident İlham Əliyev tərəfindən qoyulub”.
İsveçin Azərbaycandakı səfiri İnqrid Tersman səfərinin məqsədinin Azərbaycanın bölgələrini daha yaxından tanımaq olduğunu bildirib. Gəncəyə ilk dəfədir səfər etdiyini və burada iki gün ərzində bir çox yerlə tanış olduğunu vurğulayan səfir deyib: “Fikrimcə, Gəncənin tarixi və milli dəyərləri ölkəniz üçün çox əhəmiyyətlidir”.
Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
İnqrid Tersman görüşdən sonra Gəncə Şərab Zavodu və Gəncə Avtomobil Zavodunda olub.
Səfər çərçivəsində İsveçin səfiri Nizami Gəncəvi Məqbərəsi, Heydər Əliyev Park-Kompleksi və Məhsəti Gəncəvi Mərkəzində, şəhərin Cavad xan küçəsində də olub, Cavad xanın məqbərəsi və Şah Abbas Cümə məscidini ziyarət edib. Gəncə Dövlət Filarmoniyası ilə tanışlıq isə qonaqda xüsusilə xoş təəssürat yaradıb.
Qonaq Miniatür Kitab Muzeyinin Gəncə filialı və Gəncə şəhər MKS-nin Uşaq Kitabxanası ilə də tanış olub.
Gəncədə “Gəncə – MDB-nin Mədəniyyət Paytaxtı 2017”nin təntənəli bağlanış mərasimi keçirilib – FOTO
Gəncədə “Gəncə – MDB-nin Mədəniyyət Paytaxtı 2017”nin təntənəli bağlanış mərasimi keçirilib – FOTO Gəncə. 21 dekabr. REPORT.AZ/ Gəncə – Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” beynəlxalq layihəsinin təntənəli bağlanış mərasimi keçirilib.
21 Dekabr , 2017 18:13
https://static.report.az/photo/33c0ec89-0242-47ca-a8fd-831b1adead55.jpg
Gəncə. 21 dekabr. REPORT.AZ/ “Gəncə – Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” beynəlxalq layihəsinin təntənəli bağlanış mərasimi keçirilib. “Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında görülən işlərdən və şəhərin mədəniyyət sahəsində tutduğu əhəmiyyətli yerindən danışıb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Gəncənin MDB-nin Mədəniyyət Paytaxtı seçildiyi ildə gördüyü işlərin təqdirəlayiq olduğunu və gələcəkdə də şəhərin uğurlar qazanacağına inandığını bildirib. Sonra MDB ölkələrinin mədəniyyət sahəsində bir sıra nümayəndələri mükafatlandırılıb. E.Vəliyev Polad Bülbüloğluna və Anatoli Qennadeviç İksanova dahi şair Nizami Gəncəvinin siması əks olunan xalça hədiyyə edib. Eyni zamanda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyeva MDB Ölkələrinin Mədəniyyət Paytaxtı Lahiyəsinin yekun diplomu verilib. Tədbir MDB-nin iştirakçısı olan ölkələrin estrada ifaçılarının konserti ilə davam edib.
Gəncə mdb ölkələrinin mədəniyyət paytaxtı
KepezTV Player
Gəncə 2017-ci il üçün Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı statusunu təhvil verib. Bu münasibətlə təntənəli təntənəli bağlanış mərasimi keçirilib. “Gəncə – Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin bağlanış mərasiminə həsr olunan tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru və nümayəndələri iştirak ediblər. Rəsmi hissə “ARB Kəpəz” kanalının hazırladığı və il ərzində reallaşan layihə və görüşlərə həsr olunan video materialın nümayişi ilə başlayıb. Çıxış edənlər layihə çərçivəsində görülən işlərə və şəhərin mədəniyyət sahəsində tutduğu əhəmiyyətli mövqəyə diqqət çəkiblər. Polad Bülbüloğlu – Azərbaycanın Rusiyadakı səfiri: “Mən Gəncəni çox sevirəm. Bütün gəncəliləri təbrik edirəm. Gözəl şəhərimiz, tarixi şəhərimiz MDB ölkələrinin mədəniyyət paytaxtı oldu. Məncə bu çox gözəl bir təşəbbüsdür. Gəncə həmişə mədəni şəhər olub, ən yüksək adlara da layiqdir və mən Fondun sərdi kimi çox şadam ki, Gəncədə o cür tədbirlər keçirilib”. “Gəncə – Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin bağlanış mərasimində “Debütlər Birliyi” Beynəlxalq mükafatının laureatları təltif olunublar. Polad Bülbüloğlu və Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanova dahi şair Nizami Gəncəvinin siması əks olunan xalça hədiyyə edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə isə Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu adından layihənin yekun diplomu təqdim edilib. Elmar Vəliyev – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: “MDB-nin Mədəniyyət Paytaxtı olmaqla yanaşı, şəhərimiz çox böyük inkişaf yolu keçdi bu il ərzində. Çox böyük abadlıq, quruculuq işləri aparılıb. Şəhərimizin mərkəzində Filarmoniya binasının açılışı bizə əsas verir deyək ki, MDB Mədəniyyət paytaxtı layihəsi son olmayacaq. Bu başlanğıcdır. Gəncə bundan sonra daha möhtəşəm layihələrə imza atacaq. Nəinki mədəniyyət paytaxtı, incəsənət paytaxtı, eləcə də digər layihələrdə ürəkli iştirak edə biləcəyik”. Tədbir konsert proqramı ilə davam edib. Azərbaycan, Belarus, Qırğızıstan, Moldova, Tacikistan və Rusiyadan olan sənətçilərin çıxışları maraqla qarşılab. İfaçılar klassik və estrada musiqisinin dili ilə dostluq, bərabərlik, həmrəlik mesajları veriblər. Anatoli İksanov – MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru: “Bu layihə ilə Gəncə öz işığı, öz mədəniyyəti, bir sözlə özünəməxsusluğu ilə MDB ölkələrinin mədəniyyət paytaxtları birliyinə daxil oldu. Bu xoş təəssüratı isə təbii ki, gəncəlilərin xoşməramlılığı, tolerantlığı və qonaqpərvərliyi yaradır. Bu gün həqiqətən də “Gəncə – Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsi yekunlaşır. Lakin bu heç də son demək deyil. Bizim əməkdaşlığımız bundan sonra da davaç edəcək. Həm növbəti, həm də 2019-cu ildə reallaşdıracağımız xeyli sayda layihə var ki, Gəncə də onların bir hissəsi olacaq”. Konsertdən sonra tədbir iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib. Ziyafətdə “Gəncə – MDB-nin Mədəniyyət Paytaxtı – 2017” layihəsi çərçivəsində keçirilən tədbirlərdə fəal iştiraklarına görə mükafatlar təqdim olunub. Tətlif olunanlar sırasında “ARB Kəpəz” televiziyasının əməkdaşları da var. Gülnar Fazilqızı
- Baxış: 765
Comments are closed, but trackbacks and pingbacks are open.