Press "Enter" to skip to content

Gəncədə Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müşavirə keçirilib

Gəzinti zamanı şəhər İcra Hakimiyyəti başçısının müavini, professor Sevda Qurbanəliyeva son illərdə görülmüş işlərlə qonaqları tanış edərkən Gəncənin elm, təhsil, mədəniyyət sahələri və dahi şəxsiyyətləri barədə danışaraq qeyd etmişdir ki, Gəncə dünyaya tolerantlıq və multikulturalizm ənənələri bəyan edən Nizami Gəncəvinin vətənidir. Gəncə orta əsrlərdə şərq aləmində hüquqsuz qadın haqqında danışılanda gender bərabərliyini sübut edən Məhsəti Gəncəvinin şəhəridir. 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı olan Gəncə son illər bir sıra beynəlxalq layihələrə ev sahibliyi edərək bu layihələrin uğurla həyata keçirilməsində fərqlənib. Söz yox ki, MDB-nin mədəniyyət paytaxtı kimi də öz dəyərli sözünü deyəcəkdir.

Gəncə mdb ölkələrinin mədəniyyət paytaxtı beynəlxalq layihə

I Gəncə Beynəlxalq Musiqi Festivalı

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Üç günün unudulmaz anları

2016-cı ilin sentyabr ayının 16-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən MDB-nin Dövlət Başçıları Şurasının 25-ci yubiley sammitində Gəncə şəhərinin 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı olması xəbəri gəncəlilər tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanmışdır.

Bu gün qədim Gəncə təkcə Azərbaycanın ikinci böyük şəhəri deyil, həm də çoxəsrlik tarixi keçmişi, zəngin mədəniyyəti və dahi şəxsiyyətləri ilə seçilən, eləcə də müasir dövrümüzdə respublikada gedən sürətli inkişafa öz töhfələrini verən ən önəmli mədəniyyət mərkəzlərindən biridir. Əsrlərlə fərqli sivilizasiyaların bir-birinə qovuşduğu məkanda yerləşən Gəncə, mədəni dəyərləri ilə bu cür qarışıqlı mühitdə formalaşaraq inkişaf edib. Bu vaxta kimi bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Gəncə MDB-nin mədəniyyət paytaxtı titulunu da şərəflə doğrultmuş və burada layihə çərçivəsində mühüm tədbirlər həyata keçirilmişdir.

Bu günsə layihə çərçivəsində gəncəlilər I Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir. MDB dövlətlərindən bir qrup nümayəndə heyəti I Gəncə Musiqi festivalında iştirak etmək üçün Gəncəyə gəlib.

Qonaqlar Nizami yurdu ilə tanış olublar

Axşamdan yağan yağış sanki, gündən-günə gözəlləşən şəhərin bugünkü büsatına yeni rəng, yeni təravət vermişdi.

Şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri beynəlxalq hava limanında qonaqları hərarətlə qarşılayırlar. Onlar dörd min ildən bəri dünya söz-sənətinə, musiqi və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş Gəncənin bugünkü sürətli inkişafı, şəhərsalmanın ən müasir tələblərinə cavab verən abadlıq və yenidənqurma işləri ilə tanış olmaq üçün ilk öncə Heydər Əliyev Park-kompleksinə gəlir, müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyev Mərkəzi qarşısında ucaldılmış abidə önünə gülqoyma mərasimində iştirak edir, dünya şöhrətli siyasətçinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edirlər.

Sonra Heydər Əliyev Mərkəzi ilə, ümummilli liderin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən foto və sənədlərlə tanış olurlar. Onlar park-kompleksinin geniş və abad xiyabanlarını gəzir, xatirə şəkilləri çəkdirirlər.

Növbəti səfər Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya muzeyi Abidə-kompleksi, Nizami Gəncəvi məqbərəsi və Nizami Gəncəvi muzeyinə olur. Qonaqlar Gəncənin zəngin və çoxəsrlik tarixi mədəniyyəti haqqında dəyərli məlumat əldə edirlər. Həmçinin qədim Gəncənin son illərdə inkişafı barədə fikir mübadiləsi aparıblar.

Qala Qapıları Arxeologiya və Etnoqrafiya muzeyi abidə-kompleksində qonaqlar Gəncə şəhərinə, eləcə də ölkəmizə aid qiymətli eksponatlar, dekorativ tətbiqi sənət nümunələri, misgərlik, dəmirçilik, dulusçuluq, xalçaçılıq məmulatları, qədim silahlar, döyüş vasitələri, məişət əşyaları, milli geyimlərə tamaşa etmişlər.

Eksponatlarla tanışlıqdan sonra onlar rəmzi qala bürclərinin ən yüksək zirvəsindən şəhərin mənzərəsini seyr etmişlər. Qonaqlar Azərbaycanın böyük mütəfəkkir şairi Nizami Gəncəvinin məqbərəsində, Nizami muzeyində olmuş, xatirə şəkilləri çəkdirmişlər.

Gəzinti zamanı şəhər İcra Hakimiyyəti başçısının müavini, professor Sevda Qurbanəliyeva son illərdə görülmüş işlərlə qonaqları tanış edərkən Gəncənin elm, təhsil, mədəniyyət sahələri və dahi şəxsiyyətləri barədə danışaraq qeyd etmişdir ki, Gəncə dünyaya tolerantlıq və multikulturalizm ənənələri bəyan edən Nizami Gəncəvinin vətənidir. Gəncə orta əsrlərdə şərq aləmində hüquqsuz qadın haqqında danışılanda gender bərabərliyini sübut edən Məhsəti Gəncəvinin şəhəridir. 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı olan Gəncə son illər bir sıra beynəlxalq layihələrə ev sahibliyi edərək bu layihələrin uğurla həyata keçirilməsində fərqlənib. Söz yox ki, MDB-nin mədəniyyət paytaxtı kimi də öz dəyərli sözünü deyəcəkdir.

Gəncəli gənc istedadlar çıxış ediblər

Təntənəli tədbirin ikinci günü qonaqlar Məhsəti Gəncəvi Mərkəzi ilə tanış olublar.

Layihə çərçivəsində Nizami yurdunun istedadlı gəncləri – Musiqi kollecinin və Gəncə Dövlət Universitetinin tələbələri “Gənc istedadlar” adlı konsert proqramında çıxış edərkən layihənin onlar üçün böyük əhəmiyyət kəsb etdiyini dilə gətirmişlər.

Konsertdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, Millət vəkili Pərvin Kərimzadə, MDB dövlətlərindən I Gəncə Musiqi Festivalında iştirak etmək üçün Gəncəyə gələn qonaqlar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

“Gənc istedadlar” adlı konsert proqramında gəncdər dünya şöhrətli Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Müslüm Maqomayevin və dünya bəstəkarlarının əsərlərini məharətlə ifa edib, alqışlarla qarşılanmışlar.

İkiqat sevincin ünvanı

Günün ikinci yarısı Heydər Əliyev Park-kompleksi özünün qələbəliyi ilə yaddaşlara yazıldı. Gəncəlilər böyük ruh yüksəkliyi, sevinc və fərəh hissi ilə kompleksdə yerləşən amfiteatra tələsirdilər.

I Beynəlxalq Musiqi Festivalının məhz 28 May – Respublika Gününə təsadüf etməsi şəhər sakinlərinə ikiqat bayram sevinci yaşadıb. 99 il bundan əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncə şəhəri olub. Məhz o zaman Gəncədə dövlətimiz üçün taleyüklü məsələlər müzakirə edilib. Tarix etibari ilə qısa, lakin şərəfli yol keçən Azərbaycan Xalq Cümhuriyyətinin bəşəri və demokratik ideyalarını xalqımız qoruyub saxlayaraq sonrakı dövrlərdə azadlıq və müstəqillik yollarında əsas amilə çevirib. Artıq müstəqilliyinin 25 illiyini böyük təntənə ilə qeyd etmiş bugunku Azərbaycan isə suveren və demokratik prinsiplər üzərində inkişaf edən, dünya birliyi tərəfindən böyük ehtiramla qarşılanan dövlətdir. İndi Azərbaycan mədəniyyətlər, dinlər, sivilizasiyalar arasında dialoqa təkan verən beynəlxalq mərkəzə çevrilib.

Ölkə başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində digər bölgələrimiz kimi qədim elm və mədəniyyət mərkəzi olan Gəncə şəhəri də çoxəsrlik tarixi irsini, özünəməxsus mədəniyyətini qoruyub saxlamaqla gündən-günə müasirləşir, gözəlləşir və inkişaf edir.

Budur, I Gəncə Beynəlxalq Musiqi Festivalının keçirildiyi amfiteatrda əyləşən musiqisevərlər məhz bu hisslərlə yaşayırlar.

“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı – 2017” layihəsi çərçivəsində qədim Gəncədə MDB-nin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Gəncə şəhər İcar Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Musiqi festivalının konsert proqramı ilə çıxış edən N.P.Osipov adına Rusiya Xalq Çalğı Alətləri Milli Akademik Orkestrinin gənc soilstlər ansamblı, Tacikistan Respublikasının məşhur “Bazmoro” rəqs ansamblı, Belarus Respublikasının əməkdar kollektivi, Belarus Dövlət Filarmoniyasının “Kupalinka” folklor qrupu, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri, eləcə də “Göygöl” Dövlət Mahnı və Rqəs Ansamblı, respublikanın paytaxtı Bakı şəhərindən gəlmiş tanınmış incəsənət ustaları – Azərbaycan Respublikasının xalq artisti Azər Zeynalov, əməkdar artistlər Abbas Bağırov, Nərgiz Kərimova, Təyyar Bayramov, Gülüstan Əliyeva, Səbuhi İbayev, İlham Nəzərov və başqalarının musiqisevərlər qarşısındakı ifaları şəhər sakinlərinə unudulmaz anlar yaşatmışdır.

Həmin günün axşamı “İmperial” restoranında festival iştirakçıları üçün qala şam yeməyi təşkil edilmişdir. Rəngarəng musiqi proqramından sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev festivalda iştirak edən musiqi kollektivlərinin üzvlərinə sertifikatlar təqdim etmişdir.

Festivalın üçüncü günü qonaqlar şəhərin Heydər Əliyev meydanında, Miniatür Kitab muzeyi Gəncə filialında olmuş, Cavad xan məqbərəsini ziyarət etmişlər.

Günün ikinci yarısında festivala gəlmiş Rusiya, Belarus və Tacikistan nümayəndələri üç gün ərzində qədim Gəncədə keçirdikləri xoş anların təəssüratları altında yola salınarkən hər biri bir daha gündəngünə çiçəklənən Gəncəyə – MDB ölkələrinin 2017-ci ildə Mədəniyyət paytaxtına “yeni görüşlərədək” deyib ayrıldılar.

Ötən bu üç gün hər bir kəsə unudulmaz anlar, xoş duyğular yaşatdı.

Füzuli RÜZİGAR

Ədalət.-2017.-1 iyun.-S.3.

Gəncədə Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müşavirə keçirilib

Gəncədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 15 yanvar tarixli Fərmanından irəli gələn vəzifələrin izah olunması, beynəlxalq təcrübə əsasında müəssisələrin idarə olunmasında müasir üsulların formaları və innovativ idarəçilik metodlarının bölgələrdə tətbiqi məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Məhsəti Gəncəvi Mərkəzində keçirilən tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, nazirliyin rəsmiləri, regional mədəniyyət idarələrinin rəisləri, kitabxanaların, incəsənət və musiqi məktəblərinin direktorları, həmçinin ayrı-ayrı mədəniyyət müəssisələrinin, bədii və özfəaliyyət kollektivlərinin rəhbərləri iştirak ediblər.

Tədbiri açan mədəniyyət nazirinin müavini Rafiq Bayramov Fərmandan irəli gələn vəzifələr, eyni zamanda, qarşıya qoyulmuş tapşırıqların icrası üçün görüləcək işlərlə bağlı müşavirə iştirakçılarına məlumat verib.

Bildirilib ki, müşavirənin keçirilməsində məqsəd regionlarda mədəniyyət sahəsində çalışan mütəxəssislərin inkişaf perspektivləri ilə bağlı fikirlərini öyrənmək, mədəniyyət nümayəndələri tərəfindən səsləndirilən təklifləri qeydə almaq və sonda ümumi təkliflər paketi hazırlamaqdır.

Aparat rəhbərinin müavini, Hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov gələcək illərdə dövlətin mədəniyyət siyasətinin formalaşdırılması üçün müvafiq fərmanın icrasından irəli gələn vəzifələrin zəruriliyindən danışıb.

Qeyd olunub ki, qarşıdakı illərdə Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi, bir çox mədəniyyət müəssisələrinin optimallaşdırılması, həmin müəssisələrdə fəaliyyətin daha səmərəli və müasir metodlarla qurulması üçün bir çox ölkələrin, xüsusən MDB, Baltikyanı və Avropa ölkələrinin bu sahədəki təcrübələri öyrənilib. İlk olaraq normativ-hüquqi bazanın formalaşdırılması, mədəniyyət müəssisələrinin strukturunun təşkili, idarəetmə və nəzarət mexanizminin qurulması, büdcə və qeyri-büdcə müəssisələrinin maliyyələşdirilməsi imkanları araşdırılıb.

Bölgələrin mövcud etnik, mədəni müxtəlifliyinin nümayişi və dünyada tanıdılması üçün ayrı-ayrı festivalların, sərgilərin, təqdimatların və konsertlərin vacib olduğunu deyən Namiq Qulamov bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsindən danışıb.

Aparat rəhbərinin müavini folklor və özfəaliyyət kollektivlərinin yaradılmasında, festivalların, sərgilərin, təqdimatların konsertlərin təşkilində, eləcə də müəssisələr tərəfindən ödənişli mədəni xidmətlərin göstərilməsində, sifarişlərin qəbulunda dünya təcrübəsindən söz açıb, menecment işinin və marketinq siyasətinin düzgün qurulmasının vacibliyini qeyd edib.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev “Sınanılmış təcrübə və qaçılmaz yeniliklər” mövzusunda təqdimatla çıxış edib.

Müşavirədə bölgələrdə mədəniyyət sahəsində fəaliyyət göstərən bir çox kadrlar arasında yeni peşə təfəkkürünün formalaşdırılması, qazanılmış təcrübənin yeni istiqamətdə təqdimatı üçün görüləcək işlər qeyd olunub.

Bildirilib ki, bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən 70-dən çox müxtəlif sahəni və mövzuları əhatə edən metodik vəsait hazırlanıb. Mədəniyyət müəssisələrində işləyən kadrların peşə bilik və səriştələrinin artırılması üçün ixtisasartırma təlimlərinin keçirilməsi nəzərdə tutulub. Həmçinin gənc mədəniyyət işçiləri ilə iş – kreativ layihələrin hazırlanması, təqdimatı və reallaşdırılması, könüllülərlə iş, mədəniyyət müəssisələrinin yaradıcı sənaye potensialının təşviqi gələcəkdə görüləcək işlərdəndir.

Asif Usubəliyev mədəniyyət müəssisələrinin sosial statusunun formalaşdırılması üçün peşəkarlığın, müasir xidmətlərin və həmin müəssisələrin imicinin yaradılmasının zəruriliyindən də danışıb.

Regional siyasət şöbəsinin Təhsil müəssisələri ilə iş sektorunun müdiri Lalə Kərimova çıxışında peşəyönümlü incəsənət təhsili və böyüməkdə olan nəslin kütləvi surətdə incəsənətin müxtəlif sahələri üzrə yaradıcılığa cəlb edilməsinin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edilib ki, Mədəniyyət Nazirliyi sistemində 211 bədii təhsil müəssisəsi, o cümlədən Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi, Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzi, Gədəbəy Aşıq Məktəbi, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, 158 uşaq musiqi məktəbi, 47 uşaq incəsənət və 2 uşaq rəssamlıq məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə 36 ixtisas üzrə 59100 şagird təhsil alır.

Sonra Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovanın və Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədovun məruzəsi dinlənilib.

Sonda mövzular ətrafında müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib.

“Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin rəsmi açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

Müstəqil Dövlətlər Birliyinin (MDB) 2017-ci il üçün Mədəniyyət Paytaxtı seçilən Gəncədə layihənin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, eləcə də digər yerli və xarici qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan təntənəli tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin açılış mərasimində iştirak etmək üçün bu qədim torpağa səfər edən qonaqları salamlayıb. Bildirilib ki, Gəncə bu gün yalnız ölkəmizin ikinci böyük şəhəri deyil, həm də çoxəsrlik tarixi keçmişi, zəngin mədəniyyəti və dahi şəxsiyyətləri ilə seçilən, eləcə də müasir dövrümüzdə Azərbaycanda gedən sürətli inkişafa öz töhfələrini verən önəmli mədəni mərkəzlərdən biridir. Əsrlərlə fərqli sivilizasiyaların bir-birinə qovuşduğu məkanda yerləşən Gəncənin mədəni dəyərləri də elə bu cür qarşılıqlı mühitdə formalaşaraq inkişaf edib.

Diqqətə çatdırılıb ki, bu vaxta qədər bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Gəncə MDB-nin Mədəniyyət Paytaxtı titulunu da şərəflə daşıyacaq və layihə çərçivəsində mühüm tədbirlər keçiriləcək.

Tədbirdə çıxış edən Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, çoxəsrlik tarixə, zəngin mədəniyyətə malik Gəncə, həmçinin bəşəriyyətə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və neçə-neçə tarixi şəxsiyyətlər bəxş edib. Bu şəhər nəinki MDB-nin Mədəniyyət Paytaxtı olmağa, daha böyük titullar daşımağa layiqdir.

Açılış mərasiminin Gəncədəki Heydər Əliyev Mərkəzində keçirilməsinin rəmzi məna daşıdığını vurğulayan M.Şvıdkoy qeyd edib ki, bu böyük və möhtəşəm park kompleksi, əzəmətli mərkəz gəncəlilərin elmə, mədəniyyətə, ən başlıcası isə Ümummilli Liderə, onun ideyalarına sadiqliyinin parlaq nümunəsidir.

“Ötən əsrin 20-ci illərindən başlayaraq iqtisadiyyatda dağ-mədən, metallurgiya, maşınqayırma, yeyinti və yüngül sənayenin ayrı-ayrı sahələri ilə tanınan Gəncə keçmiş ittifaq şəhərləri arasında böyük nüfuza malik olub. Gəncənin ən böyük uğurları Heydər Əliyevin Azərbaycanda birinci katib olduğu dövrlərə təsadüf edib. Məhz həmin vaxtlarda şəhərdə iri istehsal müəssisələri fəaliyyətə başlayıb, yeni-yeni yaşayış massivləri salınıb, bir sıra mədəniyyət mərkəzləri istifadəyə verilib. Həmçinin şəhərin elm-təhsil müəssisələrində SSRİ miqyasında böyük nüfuza malik görkəmli alimlər yetişib”, – deyə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi qeyd edib.

Bir il ərzində Gəncənin MDB-nin Mədəniyyət Paytaxtı titulunu daşıyacağına görə şəhər sakinlərini təbrik edən M.Şvıdkoy sülhsevər siyasəti ilə ölkələr və xalqlar arasında dostluq münasibətlərinə hər zaman töhfə verməyə çalışan Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin Humanitar əməkdaşlıq, ümumsiyasi və sosial problemlər departamentinin direktor müavini Amoncan Eşankulov Gəncənin qədim “İpək yolu” üzərində yerləşən şəhər olduğunu, buranın xalça və ipəyinin dünyada tanındığını diqqətə çatdırıb.

Milli Məclisin deputatı Pərvin Kərimzadə, AMEA-nın Gəncə bölməsinin elmi katibi, akademik Fuad Əliyev çıxış edərək Gəncənin elm, təhsil, mədəniyyət sahələri və dahi şəxsiyyətləri barədə danışıblar.

Şəhər ziyalıları bildiriblər ki, 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı olan Gəncə son illər bir sıra beynəlxalq layihələrə ev sahiblik edərək, bu layihələrin uğurla həyata keçirilməsində fərqlənib.

Sonra Gəncə şəhərinə 2017-ci il MDB-nin Mədəniyyət Paytaxtı Sertifikatının təqdimetmə mərasimi olub. Sertifikat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə təqdim edilib.

İcra hakimiyyətinin başçısı “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” loqosunu və üzərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin portreti olan xalçanı qonaqlara hədiyyə edib.

Daha sonra 2016-cı ildə idman sahəsində əldə etdiyi uğurlara görə Gəncə idmançıları təltif olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.