Press "Enter" to skip to content

Gənclərin ibtidai hərbi hazirliq kitabi

Nəzərdə tutulan tədbirlər sırasında Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənni ilə bağlı kurikulumların müasir tələblər baxımından yeniləşdirilməsi, ümumi təhsil müəssisələrinin müvafiq fənn üzrə tədris-maddi bazasının gücləndirilməsi, eləcə də bu sahə üzrə kadr hazırlığının təkmilləşdirilməsi, mövcud kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi kimi məsələlər öz əksini tapıb”.

Gənclərin ibtidai hərbi hazirliq kitabi

“Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə yeni dərsliklər çap olunacaq

Təhsil Nazirliyindən AzNews.az-ın sorğusuna verilən cavabda bildirilib ki, ümumtəhsil məktəblərinin X-XI siniflərində tədris olunan “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə dərsliklər 2011-ci ildə dövlət vəsaiti hesabına yeni redaksiyada çap olunaraq ümumtəhsil məktəblərinə çatdırılıb. Yeni dərsliklərin 2015-ci ildə hazırlanacağı nəzərdə tutulur:

“Ölkə prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində 12 illik ümumi təhsilə keçid və bununla əlaqədar fənn kurikulumlarının yeniləşdirilməsi nəzərdə tutulur.

Nəzərdə tutulan tədbirlər sırasında Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənni ilə bağlı kurikulumların müasir tələblər baxımından yeniləşdirilməsi, ümumi təhsil müəssisələrinin müvafiq fənn üzrə tədris-maddi bazasının gücləndirilməsi, eləcə də bu sahə üzrə kadr hazırlığının təkmilləşdirilməsi, mövcud kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi kimi məsələlər öz əksini tapıb”.

Təhsil Nazirliyindən o da qeyd olunub ki, hazırda GÇH fənni ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsində X-XI siniflərdə tədris edilir. Tam orta təhsil verən məktəblərin sayı isə ölkə üzrə 3300-dür.

Qaynar.info

Gənclərin ibtidai hərbi hazirliq kitabi

2019-06-12 15:30:00

Hərbi hazırlıq rəhbəri həftədə neçə saat dərs deyə bilər? – CAVAB

AzEdu.az orta ümumtəhsil müəssisələrindəki vəzifələrin səlahiyyətləri,əməkhaqları barədə silsilə yazıları davam etdirir. Bu dəfə isə orta məktəblərdə fəaliyyət göstərən Gənclərin Çağırışaqədərki Hazırlığı rəhbərinin vəzifə səlahiyyətləri, iş bölgüsü və s. barədə danışacayıq. Kimlər Gənclərin Çağırışaqədərki Hazırlığı rəhbəri ola bilər? Bu vəzifədə ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli ehtiyatda olan zabitlər işləyə bilərlər. İşə qəbul necə həyata keçirilir? Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırmaqla təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul üçün xüsusi imtahan keçirilir. Müsabiqəyə qatılan şəxslərə 40 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 60 dəqiqə vaxt verilir. Orta məktəblərdəki hərbi rəhbərlər neçə saat dərs yükü götürə bilərlər? AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar Təhsil Nazirliyinin 1999-cu il 26 yanvar tarixli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim – tərbiyə müəssisələrinin rəhbər, inzibati və təsərrüfat, tədris – köməkçi və digər işçilərin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü aparmaları haqqında normaları”nda qeyd edilib. Sənədə uyğun olaraq, ümumtəhsil məktəblərində hərbi rəhbərin hərbi hazırlıq üzrə həftədə 8, ildə isə 360 saata qədər tədris etdikləri dərs saatlarının əmək haqqı onların vəzifə maaşına daxil edilir. Həmin saatlar üçün əlavə haqq ödənilmir. Amma onlara haqqı vəzifə maaşına daxil olan saatlardan əlavə, tarifləşmə siyahısına salınmaqla həftədə 12, ildə 480 saata qədər dərs yükü verilə bilər. Bu dərs yükü ibtidai hərbi hazırlıq və ya başqa fənn üzrə ( hərbi rəhbərin ixtisasından asılı olaraq) verilə bilər. Bundan əlavə, zəruri ehtiyac yaranarsa, hərbi rəhbərə əməkhaqqı saathesabı ödənilməklə həftədə 6, ildə 240 saata qədər əlavə dərs verilə bilər. Hərbi rəhbərlər başqa tədris müəssisəsində saathesabı qaydada həftədə 6, ildə 240 saata qədər dərs apara bilərlər. Hərbi hazırlıq rəhbərləri nə qədər əmkhaqqı almalıdırlar? Orta ixtisas təhsili, pedaqoji stajı 5 ildən 10 ilədək və orta hərbi və ya ali təhsili, pedqoji stajı hər iki halda 5 ilə qədər olanlar – 275 manat; Ali təhsili, pedaqoji stajı 5 ildən çox, orta ixtisas təhsili, pedaqoji stajı 10 ildən çox, orta hərbi təhsili, pedaqoji stajı 5 ildən və pedaqoji staja tələb qoyulmadan ali hərbi təhsili olanlar – 292 manat əməkhaqqı alırlar.

Lamiyə Süleymanlı

Bu bölməyə aid digər xəbərlər

Məktəblərdə psixoloji xidmətin monitorinqi aparılır

2023-03-15 09:47:09

Bu məktəbdə kimya, fizika, biologiya, musiqi müəllimi yoxdur – PROBLEM

2023-03-14 12:40:00

FHN orta məktəbdə təlim keçirib – FOTO

2023-03-13 16:31:00

Məktəblərdə ağacəkmə kampaniyası davam edir

2023-03-13 15:27:00

Sinif müəllimi əməliyyatdan sonra vəfat etdi

2023-03-13 09:32:06

Məktəblərdə fövqəladə hallar zamanı necə davranmalı.

2023-03-11 15:59:00

Azərbaycanda repetitor yanından qayıdan məktəbli qız QAÇIRILDI

2023-03-10 13:27:10

Bakıda tanınmış pedaqoqla görüş keçirilib

2023-03-09 16:25:02

FHN Bərdədə orta məktəbdə təlim keçirib

Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul müsabiqəsi

Oktyabrın 8-də 42 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul olunmaq üçün müsabiqə keçiriləcək.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, keçiriləcək müsabiqədə iştirak etmək üçün 95 nəfərin müraciəti qeydə alınıb.

Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul üçün müsabiqəyə qatılan şəxslər ixtisaslarına dair 40 sualdan ibarət test tapşırığını bir saat ərzində cavablandıracaqlar.

Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, məktəblərdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları və tabelik üzrə təhsili idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nə uyğun olaraq, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsində ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli ehtiyatda (istefada) olan zabitlər işləyə bilərlər.

Comments are closed, but trackbacks and pingbacks are open.