Press "Enter" to skip to content

Gürcüstandakı separatçı münaqişlr ki tab

Həcc ziyarəti üçün qiymət açıqlanıb – 5750 dollar

Gürcüstandakı separatçı münaqişlr ki tab

Türk dövlətlərinin prezidentləri bu gün görüşür – Ankarada

Bakıda restoranda mahnı sifarişinə görə bir nəfər öldürüldü, biri isə. – Açıqlamalar

Emre Belözoğluya “Ey Fətullahçı övladı” deyən aparıcı məhkəməyə verildi – QALMAQAL

600 alman azarkeşi Napolini cəhənəmə çevirdi: maşınlar, restoranlar və digər obyektlərə od vuruldu – FOTOLAR

Alimləri fikir ayrılığına salan naməlum canlı. – Bu, nədir? – VİDEO

Həcc ziyarəti üçün qiymət açıqlanıb – 5750 dollar

Akşener Ərdoğana səsləndi: “Bu sui-qəsdin arxasında duran kimdir, açıqla, qorxma. “

Məşhur aktrisa “biz niyə ölürük” deyərək, üsyan etdi: “Yığılan pullar hardadır?” – FOTO

Türkiyədə sel: ölənlərin sayı artdı, itkin düşənlər var – Açıqlama (FOTOLAR/Yenilənib)

HDP rəhbərliyi alternativ partiya yaratdı – Demirdaş tvit atdı, “bu loqonu bilməyən qalmasın” dedi (FOTO)

Ərdoğan Kılıçdaroğluna “top atdı”: “Nəhayət, arxada gizlənmək əvəzinə, qarşıma çıxmaq cəsarətini göstərdi”

“Vaqner”: “Yaxın günlərdə Baxmuta tam sahib olacağıq”

Gürcüstandakı erməni separatçılarının rəhbəri Qarabağdakı terrorçulara qoşuldu

Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki erməni seperatçılarının rəhbərlərindən biri olan Vaaqn Çaxalyan Ermənistanın işğalçı ordusunun sıralarına qoşulub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özü “Facebook” səhifəsində yazıb və bunu sübut edən fotoşəkillər paylaşıb.

V.Çaxalyan Gürcüstana qayıdacağını qeyd edib: “Qayıdacağıq və milli dəyərlər üzrə mübarizəmiz daha da böyüyəcək”. Onun “biz” yazması onu deməyə əsas verir ki, onunla birgə Samtxe-Cavaxeti bölgəsindən olan digər separatçılar da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilmiş hərbi birləşmələrə qoşulublar.

Bu fakt Ermənistanın Azərbaycana qarşı apardığı hərbi əməliyyatlara dünyanın müxtəlif ölkələrindən olan erməni terrorçu, separatçı və ekstremistləri cəlb etdiyini bir daha sübut edir.

Qeyd edək ki, V.Çaxalyan 2008-ci ilin iyulun 21-də separatçı fəaliyyətinə görə həbs olunub. 2009-cu ildə məhkəmənin hökmü ilə silah-sursatın qanunsuz saxlanılması və ictimai asayişi pozan kütləvi tədbirlərin təşkilinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin o, cəzasını tam çəkməyib. Belə ki, 2013-cü ilin yanvarın 24-də kütləvi amnistiya çərçivəsində V.Çaxalyan da azadlığa buraxılıb.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili separatçının əfvini kəskin qınamışdı. Onun sözlərinə görə, V.Çaxalyan erməni katalikosu II Qareginin xahişi əsasında həbsdən azad edilib. Əfvi böyük səhv adlandıran keçmiş dövlət başçısı bildirib ki, bu qərar gələcəkdə Gürcüstanın milli təhlükəsizliyi və dövlətçiliyi üçün ağır nəticələnəcək.

Gürcüstandakı separatçı münaqişlr ki tab

Dünən –avqustun 9-da Gürcüstanın Cavaxetiya əyalətində kompakt yaşayan ermənilərin separatçı “Cavakx ermənilərin yanındadır” “xeyriyyə” fondunun rəhbərləri Azərbaycanın müvəqqəti olaraq rəsmən sülhməramlı sayılan Rusiya hərbi kontingentinin nəzarətində qalan Xankəndi şəhərinə gəlib.

Moderator.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.

Gürcüstandan gələn erməni separatçılar Xankəndindəki separatçı-terrorçu rejim tör-töküntülərinin başçısı sayılan Araik Arutyunyanla görüşüb.

Görüşdə Araik 44 günlük müharibə zamanı Cavaxetiya separatçılarının erməni xuntasına fəal dəstəyindən danışıb.

Görüşün sonunda separatçı rəhbər üzdəniraq erməni fondunun rəhbəri Karen Papikyana minnətdarlıq məktubu təqdim edib.

Zəruri arayış:

Cavaxetiya- rəsmən Samstxe-Cavaxeti adlanır. Gürcüstan Respublikasının doqquz diyarından biridir. Cənubi Gürcüstanda yerləşir və kənd təsərrüfatı bölgəsi kimi tanınır. Samtsxenin mərkəzi Axaltsixe, Cavaxetinin mərkəzi isə Axalkalaki şəhəridir.

Diyar əhalisinin 50 faizindən çoxunu təşkil edən ermənilər əvvəllər də və xüsusən 1988-ci ildən bəri əsasən Moskvanın dəstəyinə güvənərək bu Gürcüstan torpağında da muxtariyyət və sonda Ermənistana birləşmə tələb edərək separatçı fəaliyyətə başlayıb.

“Cavakx” da separatçıların istifadə etdiyi addır. Belə ki, guya “Böyük Ermənistanın” əyalətlərindən biri “Cavakx” adlanırmış.

Azərbaycanın Gürcüstandakı səfirliyindən soydaşlarımıza MÜRACİƏT

“Son vaxtlar Gürcüstanın Kvemo Kartli regionunda fəaliyyət göstərən bir sıra işbazlar tərəfindən Gürcüstan vətəndaşları olan soydaşlarımızdan qeyri-qanuni olaraq müxtəlif məbləğlərdə vəsait mənimsəməklə və xüsusən də sənədlərin saxtalaşdırılması yolu ilə Azərbaycan Respublikasına getmələrinin təmin olunacağı vəd olunur”.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin yaydığı müraciətdə bildirilib.

Qeyd olunub ki, Azərbaycana getmək üçün və ya səfirlikdə həyata keçirilən hər hansı bir xidməti fəaliyyətlə bağlı vətəndaşlarımızdan və ya soydaşlarımızdan maliyyə vəsaiti (pul) tələb olunubsa, Səfirliyə dərhal məlumat verilməsi xahiş olunur.

“Diqqətinizə çatdırılır ki, vətəndaşlarımızın və Gürcüstandakı soydaşlarımızın rifahı üçün çalışan Səfirliyin fəaliyyətinə ləkə salmağa çalışan şəxslərlə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat veriləcək və onlar ölkə qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar. Səfirliyin əlaqə nömrələri: +995-32-224-30-04 – (şəhər nömrəsi); +995-577-00-00-38 – (24 saat fəaliyyət göstərən mobil “Qaynar Xətt” nömrəsi). Elektron poçt ünvanı: [email protected]”, – diplomatik korpus xəbərdarlıq edib.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Azərbaycan ilə Gürcüstan arasında 2020-ci ilin mart ayının 14-dən etibarən qarşılıqlı razılaşmaya əsasən quru sərhədlər müvəqqəti olaraq bağlanıb. Gürcüstan vətəndaşları bəzi hallarda icazə əsasında quru və hava yolu ilə Azərbaycana səfər edə bilirlər.

Comments are closed, but trackbacks and pingbacks are open.