Press "Enter" to skip to content

Gömrük işinin əsasları

Naruto əla vəziyyətdədir Malın növü: Kitablar

Azərbaycanda gömrük sahəsində aparılan islahatlar: məqsəd və nəticə

Son illərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də aparılan mütərəqqi islahatlar ölkəmizin beynəlxalq ticarətdəki rolunu artırıb, eləcə də qeyri-neft sektorunun inkişafı, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi və tranzit potensialının gücləndirilməsində mühüm rol oynayıb.

Dünya iqtisadi böhranı fonunda Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən tədbirlər çərçivəsində gömrük orqanları da ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verir.

Azərbaycan tarixən müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişdiyi ərazidə yerləşib, Şimalla Cənub, Qərblə Şərq arasında körpü rolunu oynayıb. Tarixi İpək Yolunun Azərbaycan ərazisindən keçməsi dünya ticarəti ilə intensiv şəkildə əlaqə yaradılmasında müstəsna rol oynayıb və zaman-zaman ölkəmizdə müasir tələblərə cavab verən gömrük işinin formalaşması istiqamətində mühüm addımlar atılıb. Hazırda yüksək Avropa standartlarına uyğun maddi-texniki və normativ-hüquqi bazaya, ən müasir infrastruktura və informasiya-kommunikasiya texnologiyalarına malik Azərbaycan gömrüyü özünün beynəlxalq əlaqələrini daim genişləndirir.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycan Gömrük Xidmətinin fəaliyyət və strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan gömrüyünün fəaliyyət strategiyası regionda qanuni ticarətin inkişafına əlverişli şərait yaradılması, beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi və xarici iqtisadi fəaliyyətin stimullaşdırılması yolu ilə ölkədə ticarət-investisiya mühitinin daha da cəlbedici olmasına yönəlib. Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə aparılan islahatlar gömrük işinin təşkilinin müasir standartlar səviyyəsində qurulmasına, gömrük xidmətinin dinamik inkişafına və Azərbaycan gömrüyünün beynəlxalq arenada etibarlı yer tutmasına şərait yaradıb. Prezident İlham Əliyevin gömrük orqanları qarşısında qoyduğu tapşırıqlar şəffaflığın tam təmin olunması, korrupsiya və rüşvətin tamamilə aradan qaldırılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, beynəlxalq ticarətin sadə və asan şəkildə reallaşdırılması üçün bütün tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Azərbaycanda sahibkarlıq subyektlərinə gömrük sahəsində yaradılan şəraitin daha da yaxşılaşdırılması üçün gömrük qanunvericiliyi təkmilləşdirilir, gömrük prosedurlarının asanlaşdırılması və vaxt itkisinin aradan qaldırılması istiqamətində addımlar atılır. Bu tədbirlərin nəticələrindən biri də ötən il mayın 10-dan etibarən Azərbaycanın İranla sərhədində yerləşən Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələrinin 24 saatlıq iş rejimində fəaliyyətə başlamasıdır. Adıçəkilən məntəqələrdən sərnişinlərin, yük və minik avtomobillərinin 24 saat keçidi təmin olunur. Bu, hər iki ölkə arasında ticarətin daha da surətli inkişafına, Şimal-Cənub tranzit dəhlizinin sutka ərzində fəaliyyət göstərməsinə, vətəndaşların gediş-gəlişində sıxlığın aradan qaldırılmasına xidmət edir.

Fiskal siyasətin təkmilləşdirilməsi, gömrük nəzarəti sisteminin və sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, elektron xidmətlərin sayının artırılması, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin minimuma endirilməsi və ən əsası, şəffaflığın təmin olunması istiqamətində islahatlar hələ də davam etdirilir. Məqsəd xarici ticarətin sürətləndirilərək mal və nəqliyyat vasitələrinin minimum vaxt ərzində maneəsiz şəkildə təyinat nöqtəsinə çatdırılması, biznes subyektlərinə münbit şəraitin yaradılmasıdır.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Gömrük Xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə sistemini 100 faizə çatdırıb və dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. 2018-ci ildə Dövlət Gömrük Komitəsinə 11 növ elektron xidmət üzrə 3 milyon 777 min elektron müraciət daxil olub və gömrük xidməti göstərilib.

Hazırda gömrük sistemində bütün ödənişlər 100 faiz elektron qaydada aparılır. Bu ödənişlərin yalnız 30%-i gömrük orqanları və ya gömrük təmsilçiləri vasitəsilə bəyan olunur, qalan 70%-i isə iş adamlarının ofisindən və ya evdən həyata keçirilir. 2016-cı ildə elektron ticarətdən 19 min, 2017-ci ildə isə 16 min manat yığıldığı halda, 2018-ci ildə elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb. Elektron idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində artıq elektron bəyannamə sistemi 100 faiz tətbiq edilir ki, bu da idxal-ixrac əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsinə, məmur-vətəndaş təmasının minimuma endirilməsinə şərait yaradıb.

Azərbaycan gömrüyü informasiya texnologiyaları sahəsində çox böyük uğurlara imza atıb, son zamanlar bu istiqamətdə yeniliklər tətbiq olunub. Təsadüfi deyil ki, Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisi 2019-cu il 12-14 iyun tarixlərində Azərbaycanda keçiriləcək.

Bu gün bütün gömrük-sərhəd keçid məntəqələrində gömrük nəzarəti ən müasir avadanlıqlarla həyata keçirilir, sərhəd-keçid məntəqələrinin buraxılış qabiliyyətini artırmaq məqsədilə yeni layihələr gerçəkləşdirilir. Bu baxımdan malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqi xüsusi önəm daşıyır.

Fevralın 1-dən tətbiq olunacaq “Yaşıl Dəhliz” buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.

“Yaşıl Dəhliz” buraxılış sisteminin imkanlarından yararlanan iş adamları mal və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilmədən öncə birbaşa öz ofislərindən və ya internetə çıxışı olan hər hansı məkandan qısa idxal bəyannamələrini elektron qaydada təqdim etməklə risklərin idarə olunması sisteminin tətbiqi ilə idxal etdikləri mal və nəqliyyat vasitələrini anbarlarına apara bilərlər. Bu isə vaxt itkisinin, əlavə xərclərin, məmur-vətəndaş təmasının aradan qaldırılmasına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə imkan verir.

Ümumiyyətlə, ölkə iqtisadiyyatının inkişafında və büdcənin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik Dövlət Gömrük Komitəsi hazırda üç istiqamətdə (“Gömrük-Biznes”, “Gömrük-Hökumət”, “Gömrük-Gömrük”) beynəlxalq standartlara uyğun islahatlar aparır. Bu üç istiqamətində görülən tədbirlər məhz qarşılıqlı səmərəli fəaliyyətin təşkilinə xidmət edir. Bu gün gömrük orqanlarının fəaliyyəti digər aidiyyəti dövlət strukturları ilə sinxronlaşdırılıb və bu da bütün gömrük hüqupozmalarının qarşısının operativ şəkildə alınmasını təmin edir. Azərbaycan Gömrük Xidməti digər ölkələrin gömrük orqanları ilə mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkilini həyata keçirir ki, bu da gömrük vergi və rüsumlarından yayınmalara yönələn cəhdləri imkansız edir.

Dövlət Gömrük Komitəsi hüquq-mühafizə orqanı olaraq 2018-ci ildə də ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarətini, qaçaqmalçılığa, gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirlərini genişləndirib. Əməliyyat-axtarış fəaliyyəti istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 747 cinayət xarakterli və 9672 hüquqpozma faktı aşkarlanıb. Ötən il narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar edilib və bu faktlar üzrə ümumilikdə 1 ton 193 kiloqram narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Gömrük orqanları tərəfindən 308 nəfər cinayət məsuliyyətinə cəlb olunub və aşkar edilmiş 8925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs və 8608 fiziki şəxs barəsində inzibati qaydada tədbirlər görülüb. Gömrük nəzarətindən gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd edilmiş və nəticədə saxlanılmış qaçaqmalçılıq predmeti olan malların ümumi dəyəri 107 milyon manat olub, 416 milyon manatdan çox imtiyaz hüququ olmayan malların güzəştli qaydada gömrük rəsmiləşdirilməsindən keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Prezidenti İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı islahatlardan danışarkən xüsusilə vergi və gömrük sahələrində aparılan islahatların çox böyük əhəmiyyət daşıdığını, bu sahələrdə sağlamlaşdırma prosesinin gözəl nəticələr verdiyini vurğuladı:

“Burada qeyd olundu ki, gömrük sahəsində aparılan islahatlar nəticəsində biz büdcəmizi böyük dərəcədə artıra bilmişik. Hətta keçən il dürüstləşmə apararaq büdcəmizi artırmışıq ki, əlavə işləri görə bilək. Həm sosial sahəyə, həm də infrastruktur layihələrinin icrası ilə bağlı əlavə vəsait ayrıldı. Bütün bunlar nəyə görə mümkün olmuşdur? Ona görə ki, həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Yeni icraçılar vəzifəyə gətirildi, rəhbərlikdə dəyişikliklər edildi və hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük təmin edilir. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və aparılacaqdır. Bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur, vəzifədən kənarlaşdırılır. Yəni, tam sağlamlaşdırma prosesi gedir və artıq keçən ilin timsalında biz gözəl nəticələri görə bilmişik”.

İslahatlar artıq gömrük ödənişlərinin artmasına da təsir göstərib. Belə ki, Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük ödənişinin köçürülməsini təmin edib. İlin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz çox gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. 2018-ci ildə ticarət dövriyyəsi 30 milyard 924 milyon ABŞ dolları təşkil edib. İxracın həcmi 19 milyard 460 milyon dollar, idxalın həcmi isə 11 milyard 465 milyon ABŞ dolları olub.

Beləliklə, göründüyü kimi, aparılan islahatlar nəticəsində artıq Azərbaycanın gömrük sistemində beynəlxalq təcrübədə özünü doğruldan ən müasir model tətbiq edilir. Bununla da əməkdaşların fəaliyyətinin səmərəliliyi artırılır, sahibkar-məmur təması minimuma endirilir, xidmət səviyyəsi və vətəndaş məmnuniyyəti yüksəlir, idxal-ixrac əməliyyatları sürətli və şəffaf şəkildə həyata keçirilir.

Məqalə “Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar” mövzusunda yazı müsabiqəsinə təqdim olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Gömrük işinin əsasları

Təqdim olunan “Gömrük işinin əsasları” dərsliyi ali məktəb tələbələri üçüh nəzərdə tutulsa da, bu dərslikdən iş adamları, gömrük orqanlarında çalışan məmurlar, həmçinin bu sahə ilə maraqlanan elmi işçilər və mülki vətəndaşlar da istifadə – edə bilərlər.

Azərbaycan Respublikasının iqtisadi həyatında göm~ rük işinin xüsusi yeri vardır. Bildiyimiz kimi, milli iqtisadiyyat xarici iqtisadi əlaqələrin təşkilindən son dərəcə asılıdır. Nəzərə alsaq ki, Azərbaycan inkişaf etməkdə olan digər ölkələr kimi iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi və dünya təsərrüfat əlaqələri sisteminə inteqrasiya məsələlərini eyni zamanda həll etməlidir, onda gömrük işinin təşkili və idarə edilməsinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini görmüş olarıq. Azərbaycan Respublikasının Ümummilli lideri, möhtərəm Heydər Əliyev gömrük orqanlarının yaradılmasının 5 illik yubileyinə həsr olunmuş yığıncaqda söylədiyi dahiyana fikirləri ilə gömrük orqanlarının indiki və gələcək dövrləri üçün vəzifələrini müəyyənləşdirmişdir: “Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işçisi gərək bilikli olsun, öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, öz işinə sadiq olsun, Vətəninə sadiq olsun, müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsinə sadiq olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ola, biliyi ilə yanaşı, maddi-texniki bazası, müasir texnikası, ləvazimatları olsun. Bunları yaratmaq lazımdır. Bu da, sizin vəzifənizdir. *’ (“Azərbaycan” qəzeti, 31 yanvar 1997-ci ü). Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin bu tapşırığına əməl edən Dövlət Gömrük Komitəsinin rəhbərliyi gömrük işinin təşkili və idarə edilməsi ilə əlaqədar çox iş görmüşdür. Belə ki, gömrük orqanlarının maddi-texniki bazasını gücləndirmək və müasirləşdirməklə bərabər, yüksək səviyyəli gömrük işçilərinin hazırlanması üçün də hər cür şərait yaradılmışdır. Daha Önəmlisi isə bu sahə ilə bağlı olan dərsliklərin və dərs vəsaitlərinin hazırlanmasıdır. Məhz DGK sədri K.F. Heydərovun təşəbbüsü və rəhbərliyi altında 4 cildlik “Gömrük işinin əsaslan’% “Gömrük hüququ”, “Gömrük statistikası”, “Gömrük işinin təşkili və idarə edilməsi”, “Gömrük ekspertizası”, “Gömrük işi – iqtisadi suverenlik və təhlükəsizlik”, “Gömrük işi və dünya iqtisadiyyatının inkişafı” və s. hazırlanıb nəşr olunmuşdur. Yeni hazırlanan dərslik də bu qəbildəndir. “Gömrük işinin əsasları” 199S-2000-Cİ illərdə nəşr olunsa da onu yeniləməyə ehtiyac vardı. Birincisi, kitab nəşr olunduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyində əsaslı dəyişikliklər olmuşdur. Belə ki, yeni Vergi Məcəlləsi, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, habelə yeni tariflər qəbul olunmuşdur. İkincisi, həmin kitablar daha çox professional səviyyə üçün nəzərdə tutulduğuna görə tələbələrə müəyyən problemlər yaradırdı. Dərslik həmin çətinlikləri aradan qaldırmaqla bərabər, həm də ali məktəbdə tədris olunan saatlara uyğun olaraq, fənnin proqramına əsasən hazırlanmışdır. Dərslik 25 mövzudan ibarət olmaqla məntiqi ardıcıllıqla şərh olunmuşdur. Bu mövzularda Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasında gömrük siyasətinin formalaşdırılmasındakı əvəzolunmaz rolu, Azərbaycan Respublikasında gömrük işinin təşkili, gömrük nəzarəti və gömrük rejimləri, gömrük rəsmiləşdirilməsi, xarici iqtisadi fəaliyyətin gömrük- tarif tənzimlənməsi, gömrük dəyəri və onun təyin edilməsi üsulları, gömrük ödənişləri, valyuta nəzarəti, gömrük statistikası, gömrük sistemində iqtisadi təhlil, gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti, gömrük orqanlarının idarə edilməsi, gömrük orqanlarında xidmət və gömrük sisteminin inkişaf etdirilməsində Azərbaycan Respubiikasının yeni seçilmiş prezidenti İlham Əliyevin rəhbərliyi altında qəbul olunmuş qanun və fərmanlann əhəmiyyəti məsələləri yüksək professionallıqla, hərtərəfli və asan başa düşülən dildə izah olunmuşdur. Qeyd etmək lazımdır ki, gömrük işi sahəsində hazırlanan dərsliklərdə ilk dəfə olaraq K.F. Heydərovun təklifi ilə ümummilli lider H.Ə. Əliyevin bu sahənin inkişaf etdirilməsi üçün göstərdiyi titanik zəhmət yüksək qiymətləndirilmişdir. Belə ki, dərsliyin birinci mövzusu H. Əliyevin gömrük işinin təşkili və idarə edilməsi ilə bağlı verdiyi fərman və sərəncamlara, onun tapşırığı və rəhbərliyi altında hazırlanmış qanun və qərarlara, həmçinin onun tapşırığı ilə aparılan işlərə geniş şərh verilmişdir. Bu cür yanaşma həm Böyük insan və siyasi lider olan H.Ə. Əliyevə olan sevgi və ehtiramı, həm də onun Azərbaycan Respublikasının müstəqilliyinin qorunması sahəsindəki əvəzsiz xidmətlərini göstərən tarixi bir qiymətdir. Dərslik ali məktəblərin tələbələri, gömrük işi sahəsində çalışan dövlət məmurları və bu sahə ilə maraqlanan bütün şəxslər üçün nəzərdə tutulmuşdur.

Yükləməyə Keç [2,9 Mb] [ : 255] –>

Gömrük işinin əsasları 4 kitabı

Bugünkü önəmli gündə sevgilisinin gözündə dəyərinin artmasını istəyən sevgilisinə kitab buketi alsın. Kimlərsə razılaşmaya bilər, ancaq kitab buketi məncə bir ilkdir! Kitabın ilk çap versiyasıdır. Yepyenidi və

Kimya test 7 sinif tər təmiz yalnız sizə verilən adrese gəlib götürə bilərsiz Bakı yeni şəhərdi məkan atılacaq yanlız Whaccapda

18 ədəd kitab satılır, aralarında 70-80-90cı illərə aid: Əli Kərim, Şah İsmayıl Xətai, Vaqif, İmadəddin Nəsimi, Məhəmmədhüseyn Şəhriyar, Walter Scott, Azərbaycan ədəbiyyatının seçilmiş qəzəlləri və s. kitablar var.

Qedimi qurani kerim daw basma 17/18 ci esirlere tesaduf edir babalarimdan qalib satiram maraglanan olsa qiymetde razilasma olacaq satilmaqda komeyliy gosteren wexsede hörmet olunacaq

Biologiya 1 hissse test ətraflı məlumat üçün nömrə ilə əlaqə saxlayın.

Köhnə kitablardi 1 AZN-dən başlayır qiymətləri her cürə var müxtəlif illərdə

8 tomdur(əd) birlikdə satilir,yaxsi vezyətdedi. Real aliciyə endirim olacag,nomrede vatsap var Malın növü: Kitablar Çatdırılma?: Bəli

Satılır! əlaqə üçün yalnız xahiş olunur ciddi şəxslər yazsın

Antik musiqi kitabı əla vəziyyətdədir .ibtidai musiqi nəzəriyyəsi kitabı 1977 ci ildə buraxilib

Naruto əla vəziyyətdədir Malın növü: Kitablar

В 8 томах , состояние – АБСОЛЮТНО НОВОЕ ( не читано ), также обратите внимание на ВСЕ МОИ ОБЪЯВЛЕНИЯ ! Malın növü: Kitablar

manga “death note” russ dilinde teze новая манга тетрадь смерти Malın növü: Kitablar

Мировой бестселлер! Вся легендарная вселенная DC Comics под одной обложкой! Это уникальное издание впервые предоставит российским читателям возможность подробнейше погрузиться в невероятную реальность культовых героев и

Malın növü: Kitablar

İngilis dilində elimi kitabdır yeni almışam pul ehdiyac olduğu üçün satıram kitabın öz qiyməti 38 manatdir Malın növü: Kitablar Çatdırılma?: Bəli

Pisxoloji kitablar insanin ozunu tanimasi haqqinda

Məlumatlar

Tezbazar.az Pulsuz Elanlar saytıdır. Elanlar sayti kimi Bakıda və Azərbaycanda elanlar yerləşdirib asanlıqla məhsul və xidmətlərinizi sata və ala bilərsiniz. Ucuz telefonlar, ucuz komputerlər, elektronika məhsulları , mebel sifarişləri, xidmətlər və digər elanları ucuz qiymete asanlıqla tapmaq mümkündür. Daşınmaz əmlak elanları, ev elanlari, kiraye evler, ucuz torpaq axtarmaq istəyənlər saytdan faydalana bilərlər. Avtomobil masin alqı satisi, Arenda masinlar, Rent a car icare masinlar. Siz saytda öz məhsul və xidmətlərinizi pulsuz elan kimi yerləşdirə bilərsiniz.
Saytın rəhbərliyi elanların məzmununa görə məsuliyyət daşımır.
© 2016 Tezbazar.az | info [@] tezbazar.az | Bizimlə əlaqə

Comments are closed, but trackbacks and pingbacks are open.