Press "Enter" to skip to content

Gömrük tarifi haqqında qanun

6.3. Antidempinq rüsumları malın normal dəyərindən aşağı qiymətə gömrük ərazisinə idxal edilməsi yerli istehsal sahəsinə maddi zərər vurduqda, yerli istehsal sahəsinə maddi zərər vurmaq təhlükəsi yaratdıqda və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsinə səbəb olduqda tətbiq edilir.

“Gömrük tarifi haqqında” Qanununda dəyişiklik edildi

Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Day.Az xəbər verir ki, sənədə əsasən, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.19-cu maddəsində “7” rəqəmi “10” rəqəmləri ilə əvəz edilir.

Beləliklə, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 7 il müddətinə deyil, 10 il müddətinə gömrük rüsumlarından azad edilir.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Читать Day.Az в:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Gömrük tarifi haqqında qanun

Azərbaycan prezidentiİlham Əliyev”Gömrük tarifi haqqında qanunda dəyişikliklər edilməsi qanun imzalayıb.

Unikal.org-un məlumatına görə, “Gömrük tarifi haqqında qanunda 6.2-ci, 6.3-cü və 6.4-cü maddələr aşağıdakı redaksiyada verilib:

“6.2. Xüsusi rüsumlar malın gömrük ərazisinə idxalının artmış həcmi və şərtləri yerli istehsal sahəsinə ciddi zərər vurduqda və ya ciddi zərər vurmaq təhlükəsi yaratdıqda tətbiq edilir.

6.3. Antidempinq rüsumları malın normal dəyərindən aşağı qiymətə gömrük ərazisinə idxal edilməsi yerli istehsal sahəsinə maddi zərər vurduqda, yerli istehsal sahəsinə maddi zərər vurmaq təhlükəsi yaratdıqda və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsinə səbəb olduqda tətbiq edilir.

6.4. Kompensasiya rüsumları istehsalı, ixracı və ya daşınması zamanı xarici dövlətin spesifik subsidiyasının istifadə olunduğu malın gömrük ərazisinə idxalı yerli istehsal sahəsinə maddi zərər vurduqda, yerli istehsal sahəsinə maddi zərər vurmaq təhlükəsi yaratdıqda və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsinə səbəb olduqda tətbiq edilir..

6.5-ci maddədə isə “müvafiq qanunla sözləri “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikasının Qanunu ilə sözləri ilə əvəz edilib.

Xankəndi

Bu gün Milli Məclisdə “Gömrük tarifi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Azvision.az xəbər verir ki, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanunun çox vacib olduğunu bildirib.

O, layihənin dili ilə bağlı iradların nəzərə alındığını söyləyib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Vitse-spiker Ziyafət Əsgərov ikinci oxunuşda etiraz olmadığı üçün qanun layihəsinin üçüncü oxunuşda səsə qoyulmasını təklif edib.

Vitse-spiker Valeh Ələsgərov söz alaraq layihədə kommersiya və kompensasyia sözlərinin əvəzlənməsini istəyib. Onun sözlərinə görə, kommersiya sözünü ticari sözü ilə əvəz etmək olar.
Ələsgərov qeyd edib ki, “kompenssiya” sözü “əvəzini ödəmək” deməkdir. O, kompensasiya sözünün də əvəzlənməsini istəyib: “Bu qanunu hazırlayan Azərbaycan dilini bilmirsə, yanında Azərbaycan dilini biləni əyləşdirək. Bu, qanundur, bədii əsər deyil”.

Ziyad Səmədzadə isə dünən 3-4 saat bu terminlərin mahiyyətinin açıqlanması ilə məşğul olduqlarını bildirib: “Kompensasiya kimi məsələlərlə bağlı ümumi razılıq var. Valeh müəllimin qaldırdığı məsələ düzdür. Çalışaq ki, qanun layihələrimizdə xarici sözlər minimum az işlədilsin. Bu məsələyə adi baxmaq olmaz. Burada söhbət dilin təhlükəsizliyindən gedir. Komitə sədrlərinə bildirəm ki, dil məsələsinə diqqətli yanaşıb, ciddi olsunlar. Beynəlxalq sözlərin işlədilməli olduğunu deyirsiniz, bəs Azərbaycan sözləri nə vaxt işlədiləcək?!”.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Comments are closed, but trackbacks and pingbacks are open.