Press "Enter" to skip to content

Kompüter kodları necə anlayır? Hissə 1

Settings-in alt funksiyalarından general funksiyasını görürsünüz. Bura baxdıqda görürürük ki, bloq haqqında əsas məlumatlarımız buradadır. Bloqunuzun adı, şəkiliniz, bloqun idarə panelinin dili və s. Buradan istədiyiniz dəyişiklik apara bilərsiniz. Yazdığınız postun formatını dəyişmək, yazının uzunluğu, bir səhifədə neçə postun görünməsini settings-dən idarə edə bilərsiniz. Yüklədiyiniz şəkillərin bloqa çıxmasından öncə onun ölçülərini buradan tənzimləmək mümkündür.

“WordPress”də necə bloq açım?

WordPress PHP ve MySQL-ilə qurulmuş bloq sistemdir. WordPress ən güvənli, pulsuz bloq sistem (platforma) kimi dünyada yayılmışdır. Güvənli olduğuna baxmayaraq zəif cəhətlərindən biri sürətinin aşağı olmasıdır. Amma buna baxmayaraq dünyaca məşhurlaşmış bir sistem sayılır. WordPress-də bloq yaratmaq onu idarə etmək üçün sizə məlumat vermək istərdim. Bloqun idarəsi çox sadədir.

WordPress blog yaratmaq ucun:

http://en.wordpress.com adresə baxmaq lazımdı. Burada gördüyünüz kimi START THE BLOG var. Buraya daxil olandan sonra qeydiyyat səhifəsini görürsünüz. Gördüyünüz forumda bloqunuzun adını, parol və emailinizi yazırsınız. WordPress sizin bloqunuzu email vasitəsilə aktiv edəcək. Bunun üçün email-ə gələn məktubu açırsınız və orada gördüyünüz linkə daxil olursuz. Bu zaman sizin bloqunuz aktivləşmiş olacaq. Bundan sonra qeydiyyat səhifəsinə qayıdıb adınızı, soyadınızı və özünüz haqda qısa məlumatları yazıb qeydiyyatı bitirirsiniz.

Qeydiyyat bitmişdir. Bloqa daxil olmaq üçün bloqunuzun adını yazıb bloqa daxil oluruq.

Login parol daxil olunub, səhifəmizi görürük.

Bloqu idarə etmək üçün idarə panelimizə daxil oluruq.

Bunun üçün aşağıdakı ünvana daxil olursunuz.

Daxil edib idarə panelinə daxil olursunuz.

Bloqumda necə yazı yaza bilərəm?

Gördüyünüz kimi burada new post var. Buradan siz səhifənizdə Post yarada bilərsiniz. Bloqa mətn əlavə edib, mətnin başlığını, tam mətnini və bu mətnə şəkil əlavə edə bilərsiniz. Bundan başqa buradan siz səhifədə mətn yerinə text, link və şəkil əlavə edə bilərsiniz. Postları dəyişmək və ya silmək istəyirsinizsə edit funksiyasının köməyilə bunu edə bilərsiniz. Bu səhifəyə daxil olarkən gürürsünüz ki, burada blogda olan postların qısa başlığı, müəllifi, hansı kateqoriyaya aid olması və yaradılması tarixi göstərilib. Siz istədiyiniz postu dəyişib, silə bilərsiniz. Posta istədiyiniz tarixi vermək də mümkündür. Bunun üçün panelin sağ tərəfində Preview Change bölməsində publish on funksiyasına edit etmək lazım gələcək.

Bloqumda necə kateqoriya yarada bilərəm?

Bloqunuza kateqoriya əlavə etmək də mümkündür. Bunun üçün Post menyusundan Categories funksiyasına daxil olub kateqoriya yaradırsınız. Kateqoriyanın adını yazıb Add Category edirsiniz.

Bloquma necə şəkil əlavə edə bilərəm?

Bunun üçün media funksiyasından istifadə edəcəksiniz. İstədiyiniz şəkli kompyuterinizdən seçib onu bloqa daxil edirsiniz. Şəkili upload etdikdən sonra şəkil haqqında qısa başlığı, təsvirini və şəkilaltı imzanızı yazıb əməliyyatı tamamlayırsınız.

Bloqdakı yazılarımda başqa saytlara və ya bloqlara keçid vermək üçün nə etməliyəm?

Burada Link funksiyasından istifadə edəcəksiniz. Bloqunuza yerləşdiriləcək saytın və ya bloqun adını, adresini, təsvirini, və hansı kateqoriyaya aid olduğunu daxil edirsiniz. Bundan başqa istəsəniz ki, daxil etdiyiniz link başqa səhifədə açılsın bunun üçün Target bölməsindən _blank aktiv edirsiniz. Bu zaman linki tıklayanda link başqa səhifədə açılacaq.

Bloqda səhifələr düzəltmək üçün nə etməliyəm?

Bu bloqun ən önəmli funksiyalarindan biridir. Səhifə yaratmaq üçün Page funksiyasından istifadə etmək lazımdır. Buradan add new seçib yeni səhifə yaratmaq mümkündür. Yeni səhifənin adını daxil edirsiz ve səhifənin tam mətnini daxil edib save düyməsini sıxırsınız. Bu zaman dəyişikliklər yadda saxlanılır. Bunları səhifədə görmək üçün isə publish düyməsini sıxırsınız.

Bloqdakı şərhləri necə redaktə edim?

Bloqunuzda yazılarınıza verilən şərhlərə baxmaq üçün Comment funkiyasından istifadə edirsiniz. Buradan bloqdaki yazılara verilən şərhləri görə bilərsiniz. Bundan başqa yazılarınıza verilən şərhləri bloqunuzda görmək istəmədikdə onları silə bilərsiniz və ya şərhləri dəyişib səhifənizdə göstərə bilərsiniz.

Bloqumda necə sorğu göstərə bilərəm?

Blogunuzda sorğu göstərmək istəyirsinizsə poll funkiyasından istifadə edirsiniz. Buradan add new seçib sorğu yaradırsınız. Sorğunun sualını daxil edib ,sonra cavablarınızı istədiyiniz sayda daxil edə bilərsiniz. Bundan başqa sorğunuzun görünüşünü(dizayn) dəyişdirə bilərsiniz.

Bloqumun görünüşünü (dizayn) dəyişmək üçün nə etməliyəm?

Bloqunuzun görünüşünü dəyişmək istəyirsinizsə, Appearance menyusundan Theme funksiyasını seçirsiniz. Themaya daxil olduqda burada temaları və onlar haqqında qısaca məlumatlar göstərilir. Hər hansı birini seçib böyük ölçüdə baxa və onu səhifəniz üçün aktiv edə bilərsiniz.

Bloqumda özüm haqqımda məlumatı necə dəyişə bilərəm?

Settings-in alt funksiyalarından general funksiyasını görürsünüz. Bura baxdıqda görürürük ki, bloq haqqında əsas məlumatlarımız buradadır. Bloqunuzun adı, şəkiliniz, bloqun idarə panelinin dili və s. Buradan istədiyiniz dəyişiklik apara bilərsiniz. Yazdığınız postun formatını dəyişmək, yazının uzunluğu, bir səhifədə neçə postun görünməsini settings-dən idarə edə bilərsiniz. Yüklədiyiniz şəkillərin bloqa çıxmasından öncə onun ölçülərini buradan tənzimləmək mümkündür.

Əgər siz bloqunuzun ləğv edilməsini istəyirsinizsə, Delete Blog bölməsinə keçib orada bloqunuzu silə bilərsiniz.

Mənbə : Medialaw.az

Bunları da oxuyun :

P.S. Yazının müəllifi Etibar Salmanlıdır. Onun yazısını öz bloqumda paylaşmaqda məqsəd hamıya yardımçı olmaqdır.

Kompüter kodları necə anlayır? Hissə 1

Proqramlaşdırma dilləri kompüterə əmrlər vermək üçün istifadə etdiyimiz alətlərdir. Amma bu proqramlaşdırma dilləri bizim üçün yazılıb, kompüter üçün deyil. Çünki, kompüter yalnız “machine codes(ikilik)”-ı anlaya bilir. Bəs onda necə olur ki, kompüter yazdığımız kodları icra edir?

Bu situasiyanı sanki, bildiyimiz dillərdən tamamilə fərqli dildə danışan birinə nəyisə anlatmağa çalışmaq kimi təsəvvür edə bilərik. Onun bizi anlamasının yolları ya onun bildiyi dildə danışmaq, ya da “tərcüməçi”-dən yardım almaqdır.

Lakin kompüterin anladığı dil insanlara çox çətinlik yaratdığından, çoxları “machine code”-un çox sadələşdirilmiş halı olan indiki gördüyümüz proqramlaşdırma dillərindən istifadə edirlər. Ona görə bizim yerdə qalır bir yolumuz. Tərcüməçi-dən yardım almaq.

Translator “machine code”-dan fərqli dillərdə yazılan kodu(source code) “machine code”-a(object code) çevirmək üçün istifadə olunur. Bu translator-un müxtəlif növləri və hərəsinin öz yaxşı və pis cəhətləri var. Buna görə də müxtəlif məqamlarda istifadə olunurlar.

Assembler

Bayaq da qeyd etdiyimiz kimi, kompüterlərin anladığı tək dil “machine language”-dir. Lakin insanların sadəcə 1 və 0-larla proqram yazması çox çətin olduğundan, əvvəlcə insan dilinə daha yaxın olan assembly language yaranmasına ehtiyac yaranıb. Lakin hələ də, bizim indiki bildiyimiz proqramlaşdırma dillərindən — Python, Java, C++ daha az insan dilinə yaxın dildir. Bu dillərlə müqayisədə eyni əmri assembly language-də daha çox sətir kodla ifadə edirik. Beləliklə, artıq bu dil çox istifadə edilmir.

Buna baxmayaraq erkən kompüter proqramlarının çoxsu və indiki bəzi texniki applikasiyalar bu dildə yazılıb. Bəs bu kodları kompüter necə anlayır?

Bayaq da qeyd etdiyimiz kimi, bunun üçün bizə hər iki dildə bilən bir “tərcüməçi” lazimdır. Həmin bu “tərcüməçi” assembler adlanır. Bu proqram assembly language-də yazılan kodları(source code) bir-bir analiz edərək onları machine code-a(object code) tərcümə edir.

Assembler-ə aid xarakteristikalar :

— Assembler əvvəlcə bütün proqramı bir-başa tərcümə edir və yalnız ondan sonra proqramı “run” edir.

— Error-lar proqram “run” edilmədən öncə göstərilir.

— Sadəcə bir dəfə proqram tərcümə edilir, yenidən işlədildiyi zaman təkrar tərcümə etməyə ehtiyac qalmır.

— Az yaddaşa ehtiyac duyulur.

Assembler-lərə nümunə olaraq NASM, MASM, FASM göstərə bilərik.

  • MASM(Microsoft Assembler) — Windows üçün popular istifadə olunan assembler.
  • NASM(Netwide Assembler) — Linux üçün popular olan assembler, yalnız Windows üçün də istifadə oluna bilər.
  • FASM(Flat Assembler) — Həm Windows, həm də Linux üçün istifadə oluna bilər.

Nəvazişi necə göstərə bilərsiniz?

İllər keçdikcə bəzi ər-arvadlar bir-birilərinə daha az nəvaziş göstərirlər. Əgər sizin nikahınızda da belədirsə, narahat olmalısınız?

Nəyi bilməlisiniz?

Nəvaziş nikahı möhkəmləndirmək üçün çox zəruridir. Fiziki cəhətdən sağlam və güclü olmaq üçün müntəzəm olaraq qida və su qəbul etmək vacib olduğu kimi, nikahı da möhkəmləndirmək üçün müntəzəm olaraq nəvaziş göstərmək olduqca vacibdir. Evləndikdən on illər keçsə belə, ərlər və arvadlar bir-birilərini çox sevdiklərinə və hörmət etdiklərinə həmişə əmin olmaq istəyirlər.

Əsl məhəbbət öz xeyrini güdmür. Bu cür məhəbbət qarşı tərəfin xoşbəxtliyinə çalışır. Belə ki, qayğıkeş ər və ya arvad təkcə onda istək yarananda nəvaziş göstərməyəcək, o, istənilən vaxt qarşı tərəfin nəvazişə ehtiyac duyduğunu başa düşəcək və bu ehtiyacı ödəmək üçün əlindən gələni əsirgəməyəcək.

Adətən, xanımlar həyat yoldaşlarının göstərdiyi nəvazişdən daha çoxuna ehtiyac duyurlar. Ola bilsin, ər öz arvadına dərin məhəbbət bəsləyir. Amma əgər o, bu sevgini yalnız günün əvvəlində və ya axırında, yaxud yalnız cinsi münasibətlərdən əvvəl göstərirsə, onda arvadda ərinin onu həqiqətən sevib-sevmədiyinə dair şübhələr yarana bilər. Yaxşı olardı ki, həyat yoldaşları bir-birilərinə gün ərzində tez-tez nəvaziş göstərsinlər.

Nə edə bilərsiniz?

Sözlərinizlə nəvaziş göstərin. «Səni sevirəm» və ya «Sən mənim üçün çox əzizsən» kimi sadə cümlələr həyat yoldaşınıza özünü dəyərli hiss etdirəcək.

Müqəddəs Kitab prinsipi: «İnsan ürəyində aşıb-daşan fikirləri dilə gətirir» (Mətta 12:34).

Məsləhət: Nəvazişli sözləri yalnız danışıqda yox, həmçinin açıqçalarda, elektron poçtlarda və mesajlarda da istifadə edin.

Hərəkətlərinizlə nəvaziş göstərin. Qucaqlamaq, öpmək və ya sadəcə əlindən tutmaq həyat yoldaşınıza göstərə bilər ki, «Səni sevirəm» deyəndə məhz bunu nəzərdə tutursunuz. Zərif bir toxunuşla, sevgi dolu baxışla və ya gözlənilmədən verilən hədiyyə ilə də həyat yoldaşınıza göstərə bilərsiniz ki, ona həqiqətən dəyər verirsiniz. Bəs həyat yoldaşınıza kömək edə biləcəyiniz işlər, məsələn, çantaları daşımaq, qapı açmaq, qabları və paltarları yumaq, yaxud yemək bişirmək kimi işlər barədə nə demək olar? Çoxlarına görə bu, praktiki köməkdən də böyük məna kəsb edir. Bu yolla onlar hərəkətləri ilə nəvaziş göstərmiş olurlar.

Müqəddəs Kitab prinsipi: «Gəlin bir-birimizi [təkcə] sözdə, dildə yox, əməldə, həqiqətən sevək» (1 Yəhya 3:18).

Məsləhət: Həyat yoldaşınıza görüşdüyünüz vaxtlardakı kimi münasibət göstərin.

Bir-birinizə vaxt ayırın. Təklikdə qalmaq nikahınızı gücləndirir və həyat yoldaşınızı əmin edir ki, siz onunla birlikdə olmaqdan məmnunluq duyursunuz. Təbii ki, əgər uşaqlarınız və ya hər gün görməli olduğunuz çoxlu vacib işləriniz varsa, təklikdə vaxt keçirmək çətin ola bilər. Bəlkə, yalnız ikinizin edə biləcəyi sadə planlar qurasınız, məsələn, vaxtaşırı gəzintiyə çıxasınız.

Məsləhət: Bəzi işgüzar ər-arvadlar vaxtaşırı olaraq axşamlar və ya həftəsonları görüş təyin edib, bir yerdə vaxt keçirirlər.

Həyat yoldaşınızı tanıyın. Hər insanın nəvazişə duyduğu ehtiyac fərqlidir. Bir-birinizdən görmək istədiyiniz və ehtiyac duyduğunuz nəvaziş barədə söhbət edin. Daha sonra isə həyat yoldaşınızın bu ehtiyacını ödəmək üçün əlinizdən gələni əsirgəməyin. Yadda saxlayın ki, nəvaziş göstərmək nikahınızın möhkəm olması üçün çox vacibdir.

Məsləhət: Qarşı tərəfdən nəvaziş tələb etməkdənsə, özünüzdən soruşun: «Nə edə bilərəm ki, həyat yoldaşım mənim ona nəvaziş göstərdiyimi hiss etsin?»

«Öyrəndim ki, fikrimi ancaq öz ehtiyaclarıma və istəklərimə cəmləməməliyəm. Ərimin ailəmiz üçün indiyə qədər etdiklərinə görə daha çox minnətdarlığımı bildirməyə başladım. Başa düşdüm ki, ona nə qədər çox nəvaziş göstərsəm, ondan o qədər çox nəvaziş görəcəyəm» (Debra və həyat yoldaşı Doqlas).

«Çalışırıq bir-birimizin xoşuna gələn şeyləri yadımızda saxlayaq. Məsələn, ərimin mənim üçün etdiyi praktiki şeylərə görə minnətdarlığımı bildirməyim onu məmnun edir. Bu göstərir ki, mən onu sevirəm. Mənim isə xoşuma gələn onun məndən özümü necə hiss etdiyimi soruşmasıdır. Bu da onun məni sevdiyini göstərir» (Flavia və həyat yoldaşı Aron).

Comments are closed, but trackbacks and pingbacks are open.