Press "Enter" to skip to content

Google translate-də necə kişi səsi çıxara bilərəm tez-tez verilən suallar

Parolu dəyişən zaman nəyə diqqət etmək lazımdır?
Parolu dəyişən zaman diqqət ediləcək məsələ onun sadə olmamasıdır. Məsələn. əlaqə telefonu, doğum tarixi, şəxsiyyət vəsiqəsinin nömrəsi və ya ailə üzvlərindən istənilən şəxsin adının qoyulması məsləhət görülmür.
Əvvələ qayıt

Google translate-də necə kişi səsi çıxara bilərəm tez-tez verilən suallar

Ən çox verilən suallar və cavablarını MoverForum-da oxuya, əlavə suallarınızı da müzakirə açaraq soruşa bilərsiniz.

Nə sifariş edə bilərəm?

Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş mallar

  • Yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika
  • Radioaktiv maddələr
  • Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat
  • Əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar
  • Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar
  • Canlı heyvanlar
  • Bitki və toxumlar
  • Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika
  • Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat
  • Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri
  • Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr
  • Xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar
  • ABŞ və Türkiyədən maye və batareya tərkibli məhsulların daşınmasını həyata keçirsək də, BƏƏ-dən bunların daşınması hazırda mümkün deyil.

Qeyd: Azərbaycan Respublikası qanunvericiliyinə görə fiziki şəxslər üçün rüsumsuz limit otuz təqvim günü ərzində 300 ABŞ dolları təşkil edir (kommersiya məqsədi olmadan).

Çatdırılma həftədə neçə dəfə həyata keçirilir?

Necə sifariş edim?

Mover.az saytında qeydiyyatdan keçməklə bizim xaricdəki ofisimizin ünvanını əldə edirsiniz. Bundan sonra Türkiyə, ABŞ və BƏƏ-dəki onlayn alış-veriş saytlarından sifariş edərkən ünvan hissəsində bizim saytımızdan əldə etdiyiniz ünvanı qeyd edib, sifarişinizi tamamlayırsınız. Satıcı firma sifarişinizi Mover`in xaricdəki anbarına çatdırır. Biz satıcı firmadan təhvil aldığımız bağlamanızı Azərbaycana gətirir, istəyinizə uyğun olaraq, ünvanınıza çatdırırıq.

Azərbaycan kartlarını qəbul etməyən saytlardan necə sifariş edə bilərəm?

Əgər plastik kartınızla xarici saytlarda ödəmə edə bilmirsinizsə, biz sizə kömək edərik.

Belə ki, Mover`in Alış-veriş Köməkçisi Xidməti (HİPERLİNK) ilə bəyəndiyiniz məhsulların linklərini bizə göndərirsiniz. Daha sonra həmin məhsulun dəyərini online şəkildə bizə ödəyirsiniz. Ödənişiniz həyata keçdikdən sonra ən qısa müddətdə əməkdaşlarımız sifarişinizi satıcı firmanın saytında sizin adınıza rəsmiləşdirir.

Ödəməni necə edirəm?

Saytımızda sifariş et bölməsindən linkləri göndərdikdən sonra sifarişlərim bölməsində göndərdiyiniz məhsul üçün ödəniş edə bilərsiniz. Bağlamanızın çatdırılma haqqını ödəmək üçün isə balans bölməsindən istifadə edə bilərsiniz.

Sifarişim neçə günə çatdırılır ?

Çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılıdır. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün olur. Həftəsonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Satıcı firma sifarişinizi Mover`in xaricdəki anbarına çatdırdıqdan sonra ən gec 3 gün ərzində bağlamalarınız Azərbaycanda olur.

Xaricdəki ünvanınızı necə əldə edə bilərəm?

Xaricdəki ünvanlarımızı əldə etmək üçün Mover.az saytında qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdiyiniz mail ünvanı və şifrənizi yazaraq sistemə daxil olduqdan sonra xaricdəki ünvanlarımız görünəcək.

Aldığım məhsulu geri qaytara bilərəm?

Türkiyənin onlayn mağazalarından aldığınız məhsullarda hansısa problem çıxdığı halda məhsullarınızı geri qaytarmaq üçün Mover`in GERİ QAYTARMA ZƏMANƏTİ xidmətindən istifadə edə bilərsiniz.

Bunun üçün məhsulu sifariş verərkən Zəmanət Al düyməsini sıxmağınız kifayət edir. Bu zaman satıcı firmanın göndərdiyi məhsulda hər hansı problem aşkarlanarsa, biz həmin məhsulu satıcı firmaya geri qaytarırıq.

GERİ QAYTARMA ZƏMANƏTİ xidmətində qiymətlər sifarişin dəyəri əsasında təyin olunur və aşağıdakı kimidir: (Zəmanət ödənişinin çatdırılma haqqına aidiyyatı yoxdur)

150 TL-ə qədər dəyəri olan sifarişlər üçün – 2$

Növbəti hər 50 TL üçün – əlavə 1$

Geri qaytarma zəmanəti xidmətinin istifadəsi ilə məhsul satıcı firmanın geri qaytarma şərtləri nəzərə alınmaqla aşağıdakı hallarda geri qaytarıla bilər:

  • Məhsul ölçüsü, rəngi və s. yanlış gələndə;
  • Məhsul qüsurlu gələndə;
  • Məhsul geyim kateqoriyasına (ayaqqabı, çanta daxil) aid olanda;
  • Müştəri sadəcə olaraq, məhsulu bəyənməyib geri qaytarmaq istədikdə;

Məhsul Bakı anbarına çatdığı gün və ertəsi gün ərzində.

Qeyd : Məhsul geri qaytarıldığı halda məhsulun ödənişi (sifariş zamanı ödədiyiniz 5% bank xərci xaric olmaqla) kupon olaraq hesabınıza qaytarılır. Həmin məbləğlə yenidən sifariş verə, və ya 14 gün ərzində satıcı firmanın ödənişi hesabınıza geri qaytarmağını gözləyə bilərsiniz. Geri qaytarma zəmanəti edilmiş sifariş satıcı firma tərəfindən ləğv olunarsa, zəmanət ödənişi də geri qaytarılır.

Bağlamalarınızı təhvil alana qədər sifarişin geri qaytarılmasına zəmanət ala bilərsiniz. Nəzərə alın ki, geri qaytarma zəmanəti olunmuş sifariş müştəri tərəfindən ləğv oluna bilməz.

Çatdırılma haqqı necə hesablanır?

Sifariş olunan bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Ölçüsü 1 metrdən böyük olan bağlamaların çatdırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün en*hündürlük*uzunluq/6000 standartı tətbiq edilir.

İş günləri və saatları?

Bazar günləri istisna olmaqla həftə içi hər gün : Müştəri xidmətləri: 10:00 – 20:00 Çağrı mərkəzi: 10:00 – 00:00 “Sifariş et” xidməti: 10:00 – 23:30 Bağlamaların təhvili: 10:00 – 00:00

Ofisiniz harada yerləşir?

Mover MMC-nin baş ofisi Bakı şəhəri, Nəsimi rayonu, Füzuli 65 küçəsində yerləşir. Şirkətimiz Bakıdakı Baş ofisi ilə yanaşı, Azərbaycanın müxtəlif şəhər və rayonlarda onlarla ofis və Mover Məntəqələri ilə geniş şəbəkəyə sahibdir. Sizə ən yaxın Mover ofisini və ya Mover Məntəqəsini seçmək üçün profilinizdən TƏNZİMLƏMƏLƏR bölməsinə keçin və ya BURA DAXİL OLUN! (Məntəqələrin hiperlinki)

  • Tez-tez verilən suallar
  • Nümunə Saytlar
  • Əlaqə
  • Gizlilik siyasəti

Google translate-də necə kişi səsi çıxara bilərəm tez-tez verilən suallar

Elektron hökumət portalı və elektron imza ilə bağlı vətəndaşlar tərəfindən tez-tez verilən suallar və onlara cavab

  • Elektron imza nədir?
  • E-imza sertifikatını haradan ala bilərəm?
  • Elektron imza kartını əldə etmək üçün hansı sənədlər tələb olunur?
  • E-imzanı istifadə etmək üçün nə tələb olunur?
  • Vaxt möhürü nə deməkdir?
  • Autentifikasiya nə deməkdir?
  • Xaricdə e-imza sertifikatından istifadə etmək olar?
  • E-imza sertifikatı itdikdə, oğurlandıqda, PIN kod (o cümlədən Puk kod) bloka düşdükdə, itirildikdə və ya unudulduqda nə etmək lazımdır?
  • E-imza sertifikatının Puk kodu var, lakin PIN kod unudulub və ya bloka düşübsə nə etmək lazımdır?
  • E-imza kartından istifadə hüququnu digər şəxsə vermək olarmı?
  • Hazırlanmış sənədə 2 müxtəlif şəxs imza qoya bilərmi?
  • Bir şəxs iki e-imza sertifikaına sahib ola bilərmi -biri hüquqi, 2-cisi isə fiziki şəxs kimi?
  • Əgər sənəd müəssisənin müxtəlif əməkdaşları və ya müəssisənin rəhbəri tərəfindən hazırlanırsa, bu sənəd onun kompüterində (və ya bir neçə kompüterdə) imzalana bilərmi?
  • Bir tərəf sənədi elektron şəkildə digər tərəf isə əl ilə imzaladıqda o, həqiqi hesab edilirmi?
  • E-imzanın kart oxuyucusu hansı əməliyyat sistemlərində işləyir?
  • Nəyə görə sertifikatın fəaliyyət müddəti var?
  • İki açar nəyə görə vacibdir?

“E-hökumət” nədir?
“E-hökumət” – vətəndaşlara dövlət tərəfindən verilən xidmətlərin elektron mühitdə təqdim edilməsi deməkdir. Burada dövlət xidmətlərinin vətəndaşa ən asan və ən təsirli yolu ilə keyfiyyətli, sürətli, fasiləsiz və etibarlı bir şəkildə çatdırılması nəzərdə tutulur. Bürokratik və klassik dövlət anlayışlarının yerini almağa başlayan “E-hökumət” anlayışı ilə hər təşkilatın və hər fərdin məlumat və kommunikasiya texnologiyaları ilə dövlət təşkilatlarına və təşkilatlar tərəfindən təqdim edilən xidmətlərə asanlıqla çatması nəzərdə tutulur.
Əvvələ qayıt

“E-hökumət” portalı nədir?
“E-hökumət” portalı bütün dövlət qurumlarının xidmətlərinə tək bir nöqtədən giriş imkanını təmin edən bir portaldır. Portalın məqsədi ictimai xidmətlərini vətəndaşlara, müəssisələrə, ictimai təşkilatlara operativ şəkildə təqdim etməkdir. Portal vasitəsilə istifadəçilər ehtiyacları istiqamətindəki məlumat və xidmətlərdən asanlıqla istifadə edə bilərlər.
Əvvələ qayıt

“E-hökumət” po​rtalından istifadə etmək üçün necə qeydiyyatdan keçmək lazımdır?
“Elektron hökumət” portalından istifadə etmək üçün 3 üsul ilə autentifikasiyadan keçmək mümkündür:

– “Elektron hökumət” sistemi tərəfindən vətəndaşa verilmiş kod ilə daxil olmaq və qeydiyyatdan keçmək.
– RİTN tərəfindən verilmiş elektron imza kartı ilə daxil olmaq.
– Smartfon və planşetlər üçün mobil autentifikasiya sertifikatı ilə daxil olmaq.
Əvvələ qayıt

Qurumlara göndərilən sorğulara neçə müddətdən sonra cavab verilir?
Sorğuların cavablandırlıması müddəti ilə bağlı ətraflı məlumat əldə etmək üçün Portalda yerləşdirilən “Elektron xidmətlər reyestri” bölməsinə daxil olub, sorğunun ünvanladığı qurumun inzibati reqlamentinə baxmaq olar.
Əvvələ qayıt

“Elektron hökumət” portalının gətirdiyi asanlıqla​r nədir?
Qurumlar tərəfindən təqdim olunan xidmətlərə tək bir internet saytı üzərindən daxil olma imkanının təqdim edilməsidir. Həmçinin qurumların xidmətləri ilə əlaqədar doğru və aktual məlumatlara çatma imkanı təmin etməkdədir.
“Elektron hökumət” portalında yerləşdirilən bəzi elektron xidmətlər üçün (vergi, rüsum və s.) ödəniş edilməsi, lazım gəldikdə bu əməliyyatların Portal üzərindən təhlükəsiz şəkildə aparılmasının mümkünlüyü.
Əvvələ qayıt

Elektron xidmətlərdən faydalanmaq üçün ödəniş etmək lazımdırmı?
Elektron xidmətlər (e-xidmətlər) üçün dövlət qurumları tərəfindən hər hansı bir vergi, rüsum ödənilməsi nəzərdə tutulmayıbsa, “Elektron hökumət” portalı üzərindən istifadə ediləcək e-xidmətlər üçün əlavə bir haqq tətbiq olunmur.
Əvvələ qayıt

Kod-parolu haradan ala bilərəm?
Kod-parolu “Elektron hökumət” portalı üzərindən “Qeydiyyat” bölməsinə daxil olaraq, tələb olunan məlumatları daxil etməklə qısa bir zamanda əldə edə bilərsiniz. 2-ci üsul isə yaxınlıqda yerləşən Qeydiyyat Mərkəzlərinə şəxsiyyət vəsiqəsi ilə müraciət edərək kod-parolu ala bilərsiniz.
Əvvələ qayıt

Kod-parolu mənim yerimə başqa şəxs ala bilərmi?
Xeyr. Bu əməliyyat təhlükəsizlik baxımından doğru olmadığından mümkün deyildir.
Əvvələ qayıt

Parolumu necə dəyişdirə bilərəm?
Bu prosesi Portalda yerləşdirilən “Şifrənin dəyişdirilməsi” bölməsi vasitəsilə yerinə yetirə bilərsiniz.
Əvvələ qayıt

Parolu dəyişən zaman nəyə diqqət etmək lazımdır?
Parolu dəyişən zaman diqqət ediləcək məsələ onun sadə olmamasıdır. Məsələn. əlaqə telefonu, doğum tarixi, şəxsiyyət vəsiqəsinin nömrəsi və ya ailə üzvlərindən istənilən şəxsin adının qoyulması məsləhət görülmür.
Əvvələ qayıt

Mövcud parolu olduğu kimi saxlamaq olar?
Bəli saxlamaq olar, lakin təhlükəsizlik baxımından parolların mütəmadi olaraq dəyişdirilməsi və daha etibarlı parollardan istifadə edilməsi məsləhət görülür.
Əvvələ qayıt

Kod-parolu kimlər əldə edə bilər?
Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər.
Əvvələ qayıt

Kod-parolun istifadə müddəti var?
Xeyr. Kod-parolun istifadə müddəti yoxdur.
Əvvələ qayıt

Parolun unudulduğu, oğurlandığı və ya itirildiyi zaman nə etmək lazımdır?
Bu zaman Portalın “Şifrənin bərpası” bölməsinə daxil olub, müvafiq xanalara tələb olunan məlumatları daxil edərək şifrəni dəyişmək lazımdır.
Əvvələ qayıt

Kod-parol ödəni​şlidir?
Xeyr. Kod-parol üçün ödəniş həyata keçirilmir.
Əvvələ qayıt

Xidmətlərin istifadəsi zamanı problem yarandıqd​a kimə müraciət edilməlidir?
Xidmətlərin istifadəsi zamanı hər hansı problem yaranan zaman 24 saat ərzində fəaliyyət göstərən “157” Zəng Mərkəzinə müraciət edə bilərsiniz.
Əvvələ qayıt

Müəssisə korporativ şəbəkəyə malikdirsə və təhlükəsizliyi təmin etmək məqsədi ilə şəbəkə və sistem infrastrukturunda proksi və faervol proqram təminatı,avadanlığı tətbiq olunursa və imzalama zamanı sertifikat statusunun onlayn yoxlanılması (OCSP), ƏƏSMN-in xidmətindən istifadəsi zamanı və bildirişləri doldurulduqdan sonra .pdf formatında faylın yaranması ilə problem yaşanırsa o zaman nə etmək lazımdır?
Əgər müəssisə korporativ şəbəkəyə malikdirsə və şəbəkə infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün müxtəlif növ proksi, faervol proqram təminatı və avadanlıqlarından istifadə olunursa sertifikat statusunun onlayn yoxlanılması (OCSP), ƏƏSMN-in bildirişləri doldurulduqdan sonra bildirişin .pdf formatında yaranması həyata keçmirsə o zaman sizin şəbəkə infrastrukturunda və proksi sistemində HTTPS, LDAP, WWW protokollarına və ƏƏSMN-xidməti istifadə etmək üçün JAVA proqramında proksi verilən İP ünvan göstərilməlidir. Əgər hər hansı başqa bir səbəb yaranırsa e-imzanın texniki qrupu ilə əlaqə saxlamanızı tövsiyyə edirik.

E-imza üçün :
permit tcp host 188.72.189.26 eq www
permit tcp host 188.72.189.26 eq https
permit tcp host 188.72.189.26 eq ldap
permit tcp host 188.72.189.24 eq https
permit tcp host 188.72.189.24 eq ldap
permit tcp host 188.72.189.24 eq www
permit tcp host 188.72.189.25 eq https
permit tcp host 188.72.189.25 eq ldap
permit tcp host 188.72.189.25 eq www

ƏƏSMN-in xidmətindən istifadə etmək üçün:
188.72.131.38
85.132.122.125
62.212.252.0
Əvvələ qayıt

Elektron imza nədir?
Azərbaycan Respublikasının Qanunlarına əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur.
Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq eyni imkanlar əldə edirlər. Elektron imzanın istifadəsi zamanı sənədlər adi kağız sənədlər kimi hüquqi qüvvəyə malik olur.
Əvvələ qayıt

E-imza sertifikatını haradan ala bilərəm?
Elektron imza sertifikatlarını Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Məntəqlərindən və ya online şəkildə əldə etmək mümkündür.
Əvvələ qayıt

Elektron imza kartını əldə etmək üçün hansı sənədlər tələb olunur?
Elektron imza kartını əldə etmək istəyən hər bir vətəndaş Qeydiyyat Mərkəzlərinə müraciət edən zaman mütləq şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidir (sürücülük vəsiqəsi şəxsiyyəti təsdiq edən sənəd kimi qəbul edilmir). Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən, həmçinin dövlət qulluqçularından tələb olunan digər sənədlər haqqında bax “Texniki dəstək” menyusunun “Sənədlər” bölməsinə.
Əvvələ qayıt

E-imzanı istifadə etmək üçün nə tələb olunur?
E-imzanı istifadə etmək üçün İnternet-ə çıxış, e-imza sertifikatı və kart oxuyucu tələb olunur. Elektron imzadan istifadə haqqında ətraflı məlumat əldə etmək üçün bax “Texniki dəstək” menyusunun “Kömək və dəstək” bölməsinə.
Əvvələ qayıt

“Vaxt möhürü” nə deməkdir?
“Vaxt möhürü” MSXM tərəfindən verilən sertifikatlaşdırılmış təsdiqdir ki, bu sənəd konkret olaraq bu vaxtda imzalanmışdır. Bunun üçün mütləq internetə çıxış olmalıdır. Belə ki, bu proseslər on-line rejimində həyata keçirilməlidir. “Vaxt möhürü” sənəd qüvvəyə malik olsun deyə elektron imzayla birlikdə istifadə olunur.
Əvvələ qayıt

Autentifikasiya nə deməkdir?
Elektron mühitdə istifadəçinin identifikasiyası üçün MSXM tərəfindən verilən autentifikasiya sertifikatının istifadəsi.
Əvvələ qayıt

Xaricdə e-imza sertifikatından istifadə etmək olar?
E-imza sertifikatından xaricdə də istifadə etmək olar.
Əvvələ qayıt

E-imza sertifikatı itdikdə, oğurlandıqda, PIN kod (o cümlədən Puk kod) bloka düşdükdə, itirildikdə və ya unudulduqda nə etmək lazımdır?
Mütləq 24 saat ərzində fəaliyyət göstərən 157” Zəng Mərkəzinə zəng vurmaq lazımdır. Bu zaman Zəng Mərkəzinin operatoru lazımi əməliyyatları yerinə yetirəcək.
Əvvələ qayıt

E-imza sertifikatının PUK kodu var, lakin PIN kod unudulub və ya bloka düşübsə nə etmək lazımdır?
Start (Пуск) > All programs (Все программы) > Charismatics > Smart Security Interface > Smart Security Interface – daxil olaraq, açılan pəncərədə:
– PIN kodu unutmuşam: Change token PIN (Изменить Pin токена) bölməsində, Old PIN (Старый пин) qrafasına – PUK kodu daxil edirik, New PIN (Новый PIN) qrafasında – yeni pini daxil edirik, Repeat PIN (Подтверждение) qrafasında – təkrar yeni PIN daxil edirik və Change PIN (Сменить PIN) düyməsini sıxırıq
– PIN kodu bloka salmışam: Unlock PIN (Разблокировать PIN) bölməsində, SO PIN qrafasına – PUK kodu daxil edirik, New PIN (Новый PIN) qrafasında – yeni pini daxil edirik, Repeat PIN (Подтверждение) qrafasında – təkrar yeni PIN daxil edirik və Unlock PIN (Разблокировать PIN) düyməsini seçirik.
Əvvələ qayıt

E-imza kartından istifadə hüququnu digər şəxsə vermək olarmı?
E-imza kartı konkret şəxsə aid olduğu üçün bu elektron imzanı yalnız həmin şəxs qoya bilər. Kartın başqa şəxsə verilməsi və identifikasiya kodunun (PIN kodun) digər şəxsə bildirilməsi təhlükəsizliyin pozulması hesab edilir.
Əvvələ qayıt

Hazırlanmış sənədə 2 müxtəlif şəxs imza qoya bilərmi?
Bəli mümkündür. Konkret say göstərilmir.
Əvvələ qayıt

Bir şəxs iki e-imza sertifikaına sahib ola bilərmi -biri hüquqi, 2-cisi isə fiziki şəxs kimi?
Bəli mümkündür. Bir şəxs istənilən qədər sertifikata sahib ola bilər.
Əvvələ qayıt

Əgər sənəd müəssisənin müxtəlif əməkdaşları və ya müəssisənin rəhbəri tərəfindən hazırlanırsa, bu sənəd onun kompüterində (və ya bir neçə kompüterdə) imzalana bilərmi?
Bəli, imza üçün proqram təminatına malik olan internetə qoşulan (vaxt möhürü üçün) və kart oxuyucusu ilə təmin edilən istənilən kompüterdə imza qoymaq mümkündür.
Əvvələ qayıt

Bir tərəf sənədi elektron şəkildə digər tərəf isə əl ilə imzaladıqda o, həqiqi hesab edilirmi?
Belə kombinasiya mümkündür. Bu zaman elektron sənədi nomenklaturada rəsmi olaraq qeydiyyata almaq, təsdiqləmək lazımdır. Yalnız bundan sonra sənəd kağız şəklində yaşaya bilər.
Əvvələ qayıt

E-imzanın kart oxuyucusu hansı əməliyyat sistemlərində işləyir?
Windows əməliyyat sistemlərində yoxlanılıb.
Əvvələ qayıt

Nəyə görə sertifikatın fəaliyyət müddəti var?
Sertifikatda minimum olaraq RFC 2459 (Іnternet X.509 Publіc Key Іnfrastructure Certіfіcate and CRL Profіle) sənədi ilə xarakter və həcmi müəyyən edilmiş informasiya olmalıdır. Orada başqa məlumatlar da ola bilər. Məsələn, poçt ünvanı və s. Bir sözlə, sertifikat MSXM-in işləyə biləcəyi istənilən informasiyanı təşkil edə bilər.
Verilən sertifikat üçün fəaliyyət müddəti müəyyən edilir. Məsələn, o, 3 il ərzində həqiqi hesab edilə bilər. Bu müddət bitəndə onun sahibinə yeni sertifikat verilir. Sertifikatın fəaliyyət müddəti onda mövcud olan informasiyadan çox asılıdır. Bu sənəd nə qədər çox informasiya təşkil edirsə, onun faydalı fəaliyyət müddəti də bir o qədər az olur. Bu onunla əlaqədardır ki, informasiya dəyişə bilər və onun sahibinə köhnə sertifikatın fəaliyyət müddəti bitənə qədər yenisini vermək lazım gələcəkdir. Bundan əlavə sertifikatda olan istənilən informasiya ümumaçıq olur. Beləliklə, aydın olur ki, sertifikata mümkün olduqca az informasiya daxil etmək lazımdır. Sertifikatın ləğv edilməsi sertifikatlaşdırma prosesinin tərkib hissəsi hesab edilir. Sertifikatın müddəti bitənə qədər onun ləğv edilməsi üçün bir çox səbəblər mövcuddur. Məsələn, onun sahibi iş yerini dəyişmiş və ya elektron imzasını itirmişdir. Belə hallarda sertifikatı təcili olaraq ləğv etmək lazımdır. Əsas məqsəd onu təsadüfi istifadədən və ya pisniyyətlilərdən qorumaqdan ibarətdir.
Əvvələ qayıt

İki açar nəyə görə vacibdir?
Simmetrik açarla şifrələməkdən fərqli olaraq informasiyanın şifrələnməsi və deşifrələnməsi üçün asimmetrik sistemlərdə biri digərindən alınması mümkün olmayan iki müxtəlif açardan istifadə olunur. Açarlardan biri şifrələmə digəri isə deşifrələmə üçün istifadə olunur. Açıq açar ilə sistemin fəaliyyət prinsipi gizli yol ilə birtərəfli funksiyaların tətbiqinə əsaslanır.
Açarların generasiyası özündə açarı saxlayan sistem istifadəçisi tərəfindən həyata keçirilir. Bu açar gələcəkdə informasiyanın deşifrələnməsi (gizli açar) üçün istifadə olunacaq, informasiyanın şifrələnməsi üçün tətbiq olunan digər açar isə (açıq açar) bu açarın vacib olduğu hər kəs tərəfindən istifadə edilir. Bu açar informasiyanın deşifrlənməsi üçün istifadə oluna bilmədiyindən onun yayılmasını məhdudlaşdırmağın heç bir mənası yoxdir.
İnformasiyanı alan şəxsin açıq açarın köməyilə sistemin digər istifadəçiləri vacib olan informasiyanı şifrələyə bilərlər və informasiyanı alan şəxsdən başqa heç kəs məzmunu deşifrələyə bilməz. Belə ki, bunun üçün vacib olan gizli açar yalnız informasiyanı alan şəxsin ixtiyarındadır.
Öz növbəsində açıq açarla alqoritmlər açarların məxfiliyinin daha yüksək səviyyəsini təmin edirlər. Belə ki, informasiyanı alanın gizli açarı onun şəxsi informasiya arxivini heç bir zaman tərk etmir. Bununla əlaqədar olaraq təcrübədə fərdi informasiyanın şifrələnməsi zamanı simmetrik açarla alqoritmlər, yayılan informasiyanın şifrələnməsi zamanı isə hər iki alqoritmin kombinasiyası istifadə olunur.
Şifrələmədən fərqli olaraq elektron imzanın asimmetrik sistemləri imzanın formalaşdırılması üçün gizli açara, onun yoxlanılması üçün isə açıq açara əsaslanırlar. Beləliklə, imza müəllifi öz açarını gizli saxlayır və heç kəs onun əvəzinə elektron sənədi imzalaya bilməz. Bununla bərabər kimsə açıq açarın köməyilə bu imzanın və onun müəllifliyinin həqiqiliyinə əmin ola bilər.
Əvvələ qayıt

Bu səhifə ilə bağlı fikirlərinizi, irad, təklif və şikayətlərinizi “Bizimlə əlaqə” bölməsi vasitəsilə çatdıra bilərsiniz.

  • 455 Number of available services on the portal

Tez-tez verilən suallar

Sifariş zamanı sizi ən çox maraqlandıran sualları cavabladıq.

Ödənişsiz geri qaytarılma xidməti.
“Mənim üçün Sifariş Et” xidməti.
Dynamex şirkəti bağlamaların poçt ilə Azərbaycanda istənilən ünvana çatdırılmasını həyata keçirir.
Daşınılan bütün bağlamaların ödənişsiz olaraq sığortalanması.
Türkiyədə qapıda ödəmə (“Kapıda ödəmə”) xidməti.
Onlayn kuryer xidməti.
Minimal çatdırılma tarifləri $1-dan başlayan qiymətlər.
Ofisin şəhər mərkəzində və əlverişli ünvanda yerləşməsi.
Operativ müştəri xidmətləri.

Dynamex.az – da qeydiyyatdan keçin

Qeydiyyatdan keçməklə Türkiyədə xarici ünvana sahib olacaqsınız və hesabınızda ünvan qeyd olunacaq.

Sifarişi ünvana göndərin

Onlayn mağazalardan alış-veriş edərkən bağlamanızın çatdırılacağı ünvan hissəsinə saytımızda qeyd edilən ünvanı yazın və ödəniş edib sifarişinizi tamamlayın.

Çatdırılma haqqı hansı üsulla hesablanır?

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq daşınan yüklərin çəkisi bağlamaların ölçülərindən asılı olaraq iki cür hesablana bilər:

1. Fiziki çəki
2. Həcm çəkisi

Hər iki göstərici hesablanır hansı daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanır. Nəzərinizə çatdırırıq ki, Türkiyədən geyim, 2 ədəd ayaqqabı və əl çantalarının daşınma haqqı yalnız fiziki çəkisi əsasında hesablanır. Ayaqqabı 2 ədəddən çox olarsa, daşınma haqqı həcm çəkisinə əsasən hesablanacaqdır.

Hər hansı bir uzunluq gösətiricisi 60 sm və daha çox olan bağlamaların daşınma haqqı həm həcm çəkisi, həm də fiziki çəkisi hesablanacaq, hansı çəki göstəricisi daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanacaqdır.

Hesablanma qaydasını nəzərinizə çatdırırq.
En (sm) x Uzunluq (sm) x Hündürlük (sm)/6000 = Həcm çəkisi (kq)

Sifarişim neçə gün ərzində çatdırılır?

Bağlamaların çatdırılma müddəti məhsul xarici anbarımıza daxil olduğu vaxtdan hesablanır. Türkiyədən yüklərin göndərişi həftədə 7 gün, 24 saat ərzində həyata keçirilir.Amerikadan yüklərin göndərişi isə həftədə 1 dəfə, 5-7 gün ərzində həyata keçirilir.

Bəyənnamə nədir? Necə doldurulur?

Gecikmələrin yaranmaması və bağlama hesabında əks olunması üçün müştəri şəxsi hesabına daxil olaraq, sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməlidir. Bəyənnamə – müştərinin sifariş etdiyi bağlama haqqında yük xarici anbara daxil olmazdan ƏVVƏL Dynamex.az şəxsi hesabında “BƏYAN ET” bölməsində məlumat verməsidir. Sifariş haqqında məlumat bağlama xarici anbarlara ÇATDIRILMAMIŞDAN əvvəl qeyd olunmalıdır. Yükün bəyan edilməsi yalnız bağlama satıcı tərəfindən kuryerə verildikdən və izləmə nömrəsi (Tracking number,Gönderi numarası, Kargo takip numarası, Barkod no, MNG kargoda Fatura No) təqdim edildikdən sonra mümkündür. Bağlama “sipariş numarası” ilə bəyan oluna bilməz. Bəyənnamədə bağlamanın izləmə nömrəsi( izləmə nömrəsi bölməsinə bu nömrələrdən birini yazmaq olar: “Tracking number”, “Gönderi numarası”, Kargo takip numarası, Barkod no) mağaza adı, məhsulun kategoriyası qeyd edilir və satıcı tərəfindən təqdim edilmiş invoys sənədi (fatura) əlavə edilir.

İstisnalar:

Nadir hallarda satıcılar müştərinin bağlamasını izləmə nömrəsi (tracking number) təyin etmədən göndərir. Bu halda yalnız bağlama anbara daxil olduqdan sonra bəyannamə doldurulmalıdır.

Məlumatların düzgün qeyd edilməsi bağlamanın vaxtında çatdırılmasının ilkin şərtidir.

Bağlamanın düzgün bəyan olunması qaydası ilə və bəyannamə ilə bağlı bütün suallarınıza video təlimatda cavab tapa bilərsiniz.
https://youtu.be/Grh5fu9mnw0

Ünvan və iş saatlarımız

Ünvan: Bakı şəhəri. Nəsimi rayonu, Dilarə Əliyeva Küçəsi 235, 28 may m/s,Dəmir yolu vağzalı,2-ci mərtəbə AZ 1020
Ünvan: Gəncə : Kəpəz r-nu, N.Nərimanov pr-ti 42C,Bank of Bakunun yanı

Ünvan: Sumqayıt şəhəri. Heydər Əliyev prospekti 493-503, 14 mərtəbənin yanı.

Ünvan: Yasamal, Abbas Mirzə Şərifzadə küç,Şəbəkə xidmət mərkəzi AZ1138

Ünvan: Xalqlar Dostluğu, İ smayıl Məmmədov küçəsi 6,AZ1142

Ünvan: Əhmədli, Ukrayna dairəsi, Gəncə pr, Vunq Tau küç 2

Ünvan: Xırdalan, H.Əliyev pr 11,Kristal Abşeron 2

Ünvan : Sabunçu r-nu, Bakıxanov qəs., S, Qocayev küç , AZ1132-ın yanı

İş saatları 28 May : Hər gün 09:00-22:00

İş saatları Gəncə : Hər gün 09:00-20:00
İş saatları Sumqayıt : Hər gün 10:00-20:00

İş saatları Yasamal : Həftə içi 09:00-19:30, Şənbə 09:00-18:00, Bazar 09:00-17:00

İş saatları Xalqlar : Həftə içi 09:00-19:30, Şənbə Bazar 09:00-18:00

İş saatları Xırdalan : Hər gün 10:00-21:00

İş saatları Əhmədli : Hər gün 10:00-21:00

İş saatları Bakıxanov : Hər gün 10:00-21:00-dək

Bağlamanın daşınma haqqının ödəmə üsulları

Bağlamaların daşınma haqqı müştərinin istəyinə görə Dynamex.az saytından onlayn, ofisdə nağd və ya POS-terminal vasitəsi ilə həyata keçirilə bilər. Qeyd edək ki, POS-terminal vasitəsiylə ödəniş zamanı POS-terminal tərəfindən 2% komissiya hesablanır.

Başqa bir şəxs Sizin bağlamanı necə təhvil ala bilər?

Əgər Siz öz hesabınızda Bakı ofismizdə olan bağlama(lar)ınızı yaxınlaşıb, təhvil ala bilmirisinizsə, bu zaman başqa bir şəxsə Sizin adınıza bağlamanı təhvil alması üçün etibarnamə verə bilərsiniz. Bunun üçün Siz saytımızda hesabınıza daxil olub, şəxsi hesabda “Etibarnamələr” bölməsindən bağlamanı təhvil almasını istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsində olan məlumatları daxil edib, ona etibarnamə verə bilərsiniz. Etibarnamə verdiyiniz şəxs Sizin müştəri kodu və öz şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, bağlamanı təhvil ala bilər. Etibarnamə verməkdə say limiti yoxdur. Siz istənilən qədər etibarnamə əlavə edə bilərsiniz.

Daşınma haqqı necə nəğdləşdirilir?

Daşınma haqqını nağdlaşdırmaq üçün müştəri kassaya müraciət edə bilər

300 dollar limiti nədir?

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər.
Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir.
300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır.
Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanma haqqı hesablanır.
Xahiş edirik, sifariş verərkən diqqətli olun!

“Mənim üçün Sifariş Et” xidmətinin detalları nədir?

Bu, Türkiyədən istənilən məhsulun alınmasına xidmət edən kompleks servis xidmətidir. Bu tip sifariş zamanı biz sizin adınızdan Türkiyə internet-mağazasından sifariş edirik. Satıcı ilə bütün müvafiq tədbir və danışıqları aparırıq. Bu halda bizim komissiyamız ümumi məhsulun dəyərinin 5% təşkil edəcək, Azərbaycana daşınma xidmət haqqı bu məbləğə daxil deyil.

Xidmətimizdən istifadə ilə bağlı tam məlumatı bu linkdən əldə edə bilərsiniz:

İzləmə nömrəsi ( “Tracking number”) nədir?

Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Tracking number ( İzləmə nömrəsi ) təyin edir.
Bu nömrələr bağlamaların bəyan olunması üçün lazımdır. Bu nömrələr ölkə daxili kuryerlərdən fərqli olaraq fərqli adlandırılır. Bağlamanı izləmək üçün UPS karqo “Tracking number”, Trendyol express “Gönderi numarası”, Yurtiçi karqo “Gönderi kodu”, Aras karqoda “Kargo takip numarası”,PTT Kargo “barkod no”, MNG karqo “Fatura no”, Sürat Kargo “seri numarası” və s. təqdim edir.
Tracking number (izləmə nömrəsi) bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır.
İzləmə nömrəsi (Tracking number) hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır.
Bağlamanız daşıyıcı şirkətin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.

Onlayn kuryer sifarişi

“Onlayn kuryer” xidməti vasitəsilə Bakı anbarımıza daxil olan bağlamaların birbaşa evinizə çatdırılmasını həyata keçiririk. Ofisə gəlmədən onlayn kuryer sifarişi ilə rahatlıqla bağlamalarınızı əldə edin.⁣⁣Qeyd edək ki, kuryer sifarişini yalnız 28 May filialından sifariş edə bilərsiniz.

Kuryer sifarişini Dynamex.az saytına daxil olaraq onlayn formada həyata keçirə bilərsiniz. Bunun üçün Dynamex.az saytında hesabınıza daxil olun, ”Kuryer sifarişi” bölməsinə keçid edərək “Yeni sifariş” düyməsinə klikləyin, açılan pəncərədə çatdırılmasını istədiyiniz bağlamaları seçib ”Şəhər, nişangah, ünvan, telefon” bölmələrini dolduraraq “Yadda saxla” düyməsinə klikləyin.⁣⁣

Bağlamalarınızı 48 saat ərzində təhvil alacaqsınız. Kuryer haqqı sifariş zamanı hesabınızda əks olunacaqdır. Bağlamanızın ünvana göndərilməsi üçün kuryer haqqı və bağlama üzrə borcları qapıda ödəyə bilərsiniz.

Bütün bölgələrə poçtla çatdırılma xidməti

Onlayn alış-veriş hər kəsin haqqıdır. Buna görə də Azərbaycanın hansı bölgəsində olmağınızdan asılı olmayaraq bağlamalarınızı sizə çatdırırıq. Bildirək ki, poçt çatdırılması üçün sifariş bağlama 28 May ofisində olan zaman qəbul edilir.
Bağlamanızın poçtla göndərişini sifariş etmək üçün, daşınma haqqı və poçt ödənişi öncədən ödənilməlidir. ( “Daşınma balansı ” bölməsindən artıra bilərsiniz ). Bağlamalar dövlət poçtu ilə göndərilir və nəzərinizə çatdırırıq ki, poçt tariflərini dövlət poçtunun özü təyin edir Balansınızda ən az 5 AZN vəsait olmalıdır. Daşınma haqqı ödənilməli müştərinin hər hansı bir borcu olmamalıdır. Biz poçtla çatdırılma üçün Sizin balansınızdan yalnız dövlət poçtunun təyin etdiyini məbləği silirik. Artıq məbləğ balansınızda qalır. Poçtun çatdırılma müddəti, rayondan aslı olaraq 1-5 iş günü təşkil edir. Yuxarıda yazılan şərtlər tamamlandıqdan sonra bağlamanızın poçtla çatdırılması üçün saytımızda şəxsi kabinetinizə daxil olub “Azərpoçt” bölməsindən onlayn poçt sifarişini həyata keçirə bilərsiniz.Poçt sifarişi yalnız 28 may filialından mövcuddur.

Geri qaytarma xidmətinin ( “İade”) qaydaları

Şirkətimiz bağlamaların geri qaytarma xidməti təklif edir.

Xidmət qaydalarını nəzərinizə çatdırırıq:

Dynamex Express şirkəti “Mənim üçün Sifariş Et” xidməti ilə əldə edilən məhsullları tam ödənişsiz geri qaytarılmasını həyata keçirir.

Dynamex Express şirkəti vasitəsi ilə yalnız daşınması həyata keçirilən bağlamaların qaytarılması isə ödənişli əsaslarla həyata keçiriləcəkdir.

Qaytarılma tarifi daşınma tariflərinə görə bağlamanın çəkisi əsasında müəyyən edilir.

Bağlama yalnız səhv məhsul göndərilən zaman, məhsul zədəli, qüsurlu (Qüsur ofisdə aşkarlanmalıdır.) olduqda, rəngi və ya ölçüsü səhv gələrsə, geri qaytarılır.

Bağlama geri qaytarılma üçün Bakı ofisinə daxil olduğu gündən etibarən növbəti 2 iş gün ərzində məhsul ofisi tərk etmədən yoxlanılarsa və yuxarıda qeyd edilən hallardan biri aşkarlanarsa, faktura sənədi ilə qəbul olunur.

Yuxarıda qeyd olunan şərtlərə əməl olunmazsa, bağlamaların satıcıya geri göndərilməsi həyata keçirilmir.

Geri qaytarılma yalnız satıcı mağazanın qaytarma şərtləri daxilində həyata keçirilir.

Nəzərinizə çatdırırıq ki, online alış-veriş zamanı elektronik məhsuların 14 gün ərzində geri qaytarılma xidməti mövcud deyil !

İstehlakçı telefon, kompüter kimi məhsulların qabını açmasa belə, məhsulu geri qaytara bilməyəcək. Qalan bütün məhsullar üçün, əgər məhsul qüsurlu deyilsə, geri göndərmə haqqı istehlakçıya aid olacaq.

Ödənişsiz sığortalama xidmətinin qaydaları

Biz anbarımıza daxil olan bütün bağlamaları ödənişsiz olaraq sığortalayırıq. Həssas məhsullar olan bağlamaların ödənişsiz sığortalanma qaydalarını nəzərinizə çatdırırıq.
Beynəlxalq yük daşınma qaydalarına əsasən qablaşdırılmış, lazımı qoruyucu vasitələrlə əhatə olunmuş (hava yastıqları, penoplastlarlar olan,
fiziki zədə olmayan) və qutu üzərinə məhsulun daşınma qaydaları barədə xüsusi işarələr (məsələn, “fragile”) əlavə olunmuş bütün həssas məhsulları ödənişsiz olaraq sığortalayırıq.

Sifariş anbara təhvil verilib sadəcə sistemdə əks olunmur, nə etməliyəm?

Bağlamalar Türkiyə daxili kargoya verildikdə saytımızda bəyan edilməlidir. Bağlama düzgün bəyan edildiyi təqdirdə 48-72 iş saatı ərzində xarici anbar statusu alır. Qeyd olunan zaman ərzində bağlamanız sistemdə əks olunmadıqda bağlamanın teslimat detaylarını bizə sosial media üzərindən və ya [email protected] mail adresinə sorğu yönəldərək araşdırılmasını tələb edə bilərsiniz.

Biz yalnız anbarın iş saatları çərçivəsində təhvil verilən və anbar əməkdaşlarının imzası ilə təsdiq olunan bağlamalara görə məsuliyyət daşıyırıq.

Bakı anbarında ödənişsiz saxlanma müddəti nə qədərdir?

Bağlamalar bütün filial və təhvil məntəgələrində 7 gün ödənişsiz saxlanıla bilər. 7 gün sonra isə hər gün üçün 0.50 AZN saxlanc haqqı hesablanılır.

Poçt sifarişini hardan həyata keçirmək lazımdır?

Poçt sifarişi üçün saytımızda Şəxsi kabinetinizə daxil olub Azərpoçt bölməsinə keçid edib poçt sifariş edə bilərsiniz.

TL və Dollar (USD) balansı fərqləri nədir?

TL balansı “Mənim üçün sifariş et” xidmətindən istifadə etmək istəyən müştərilərin saytımıza yerləşdirdikləri linklərdə qeyd olunan məhsulların ödənişinin edilməsi üçündür.

USD balansı daşınma haqqı və kuryer sifarişlərinizin ödənişinin edilməsi üçündür. Qeyd edək ki, daşınma haqqı həm nağd həmçinin onlayn olaraq yerinə yetirilə bilir.

Həmçinin bu balanslar arasında transfer mümkün deyildir. Balansınızda olan pulun geri qaytarılması üçün isə [email protected] mail adresinə sorğu ünvanlamanız tələb olunur.

Türkiyədən maye məhsulların daşınması mümkündür mü və maye məhsullar hansı tariflə hesablanır?

Türkiyədən maye məhsulların daşınması mümkündür və maye məhsullar da adi məhsul tarifi ilə hesablanır.

Kuryer sifariş etdikdə kuryer haqqı hər bağlama üçün ayrı mı hesablanır?

Kuryer haqqı bağlama sayından aslı olmayaraq standart tarfilə hesablanır. Onlayn kuryer sifarişi qaydası ilə bu linkdən tanış ola bilərsiniz : https://youtu.be/zBNho51Y6yg

Dynamex saytındaki balansımı necə artıra bilərəm?

Dynamex saytındaki balansınızı nağd və onlayn şəkildə artıra bilərsiniz. Saytımızda şəxsi kabinetinizə daxil olaraq onlayn şəkildə balansınızı artıra bilərsiniz. Eyni zamanda E-manat terminalları vasitəsiylə də balansınızı artıra bilərsiniz və yaxud ofisimizə yaxınlaşıb balansınızı artırmanız mümkündür.

“Smart Customs”-ın üstünlükləri nələrdir?

Müştərilər Smart Customs tətbiqində vəya e.customs.gov.az saytında bağlamalarını bəyan etdikdə 300 dollar limitini keçdikləri təqdirdə ödənilməli olan vergi məbləğini onlayn olaraq ödəyə bilirlər və bağlamalarını təhvil almaq üçün Gömrük orqanlarına yaxınlaşmalarına ehtiyaç qalmır. Müştərilər eyni zamanda bağlamaların gömrük anbarından saxlanc haqqından da (İlk gün üçün 15 AZN, sonraki hər gün üçün 2 AZN) azad edilirlər. Beləliklə müştərilər bütün bağlamalarını “Smart Customs”- da bəyan edərək həm saxlanc haqqından həm gömrüyə getməkdən həm də broker xidmətindən istifadə etməkdən azad edilirlər.

300 dollar Gömrük limiti keçildiyi halda bağlamanı gömrüyə getmədən necə təhvil ala bilərəm?

Ay ərzində bütün bağlamalar Smart Customs mobil tətbiqində və e.customs.gov.az saytında bəyan edildikdə və Limit aşımı olduqda, qeyd olunan vergi ödənişini anında onlayn olaraq həyata keçirib, bu barədə məlumat verdikdə bağlamalar gömrükdə saxlanılmadan Bakı Ofisinə göndərilə bilər.

Dynamex saytında bəyannamə nə vaxt doldurulmalıdır?

Sifariş hazırlanıb Türkiyə daxili kargoya verildikdə müştərilər Dynamex şəxsi hesablarında bağlamaları bəyan etməlidirlər.

Problemlərlə bağlı mail ünvanına yönləndirilən məsələlər neçə müddətə həll edilir?

Mail vasitəsi ilə problemli şöbəyə yönləndirilmiş məsələlər 1 ay ərzində araşdırılıb, həll edilir.

Sənəd daşınması həyata keçirilir mi?

Bəli, Türkiyədən sənədlərin daşınması həyata keçirilir. Daşınma haqqı isə 10 AZN olaraq müəyyən edilmişdir.

Daşınması qadağan məhsullar hansılardır?

  • Çılçıraq və çərçivə ( Qablaşdırılması düzgün olmadıqda )
  • Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
  • Təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar;
  • Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar.
  • Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.
  • Canlı heyvanlar
    Bitki və toxumlar
  • Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.
  • Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
    Dini kitablar ;
  • Akkumulyatorlar;
  • Amortizatorlar;
  • Mühərriklər;
  • Hover Board skuterlər;
  • Maşın yağları və maşın yağının olduğu bütün mallar.
  • Hava nəqliyyatı vasitəsilə daşınması qadağan olunan əşyalar.
  • Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.
  • Türkiyədən litium batareyalar və litium batareyalara sahib texnikalar.

*Odlu silah, silah hissələri və ya aksesuarları, optik nişan, optik binokl və döyüş üçün nəzərdə tutulan əşyaların ixracatına icazə yoxdur.

2023 Dynamex.az. Bütün hüquqlar qorunur

Menu

Kömək

  • Tez-tez verilən suallar
  • Şərtlər
  • Gizlilik siyasəti
  • İstifadəçi Razılaşması
  • Yeniliklər

Əlaqə

28 may, Dəmir yolu vağzalı 2-ci mərtəbə AZ 1020 Gəncə ş., AZ 2013 Kəpəz r-nu, N.Nərimanov pr, 42C, Sumqayıt ş,H.Əliyev pr,493-503,14 mərtəbənin yanı. Xalqlar Dostluğu,İsmayıl Məmmədov küçəsi 6,AZ1142 Yasamal,A,M,Şərifzadə küç,Şəbəkə xidmət mərkəzi AZ1138 Xırdalan ş. H. Əliyev pr. 11, Kristal Abşeron 2 Əhmədli Ukrayna dairəsi, Gəncə pr, Vunq Tau küç 2 Bakıxanov qəs., S, Qocayev küç , AZ1132-ın yanı M.Əcəmi: Cavadxan küçəsi, 17. (Euromed klinikasının yanında)

2023 Dynamex.az. Bütün hüquqlar qorunur

Comments are closed, but trackbacks and pingbacks are open.