Gözdən əlillər üçün bina 2020-ci ildə istifadəyə veriləcək – Özəllikləri olacaq
Əlil vətəndaşlar cəmiyyətimizin bərabər hüquqlu üzvləridir
Gözdən əlillər günü
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə 3-cü-sektor Səbaildə “Əlillər günü” keçirilib
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Noyabr 30, 2015 – 16:59
!Reklam – Yazi
Əlil vətəndaşlar cəmiyyətimizin bərabər hüquqlu üzvləridir
Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Lakin onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr – Beynəlxalq Əlillər günü Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun rəhbəri, Millət Vəkili Mehriban xanım Əliyevanını səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır. Beynəlxalq əlillər günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti təşkilatçılığı və Dövlət Xəzər Dəniz Gəmiçiliyinin dəstəyi ilə rayondakı əlil uşaqlar, Daun Sindromlu Şəxslərin Assosiasiyası və UAFA əlil uşaqlar təşkilatının üzvləri, Saray qəsəbəsindəki uşaq evində tərbiyə alan, həmçinin 219 saylı evdə məktəbdə təhsil alan əlil uşaqlar – ümumilikdə 150-dən çox əlil uşaq üçün Dənizkənarı Milli Parkdakı «Yaxt-klub»da müsiqili-əyləncəli tədbir keçirilmişdir. Tədbirdə qeyd olunmuşdur ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 2963 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır. Hazırda rayon Sosial Müdafiə 362 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir. Tədbirdə Səbail rayon İcra Hakimiyyəti Başçısının müavin Xalidə Bayramova və Dövlət Xəzər Dəniz Gəmiçiliyi rəisinin müavini Cəbrayıl Mahmudlu dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışmış, bildirilmişdir ki, əlill vətəndaşla və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, yalnız bu il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunmuş, 2 nəfərə əlil arabası verilmiş, 10-dan çox əlilin cərrahiyyə əməliyyatı olunmasına köməklik göstərilmiş, uşaqlar üçün təşkil olunan tədbirlərdə əlil uşaqların da iştirakı təmin olunmuşdur. Bu il müxtəlif kateqoriyalardan olan 70 nəfər əlil rayon sakini Naftalan, Lənkəran, Qəbələ rayonları və Mərdəkan qəsəbəsindəki istirahət mərkəzlərinə göndərilmişlər.
Həmçinin qeyd olunmuşdur ki əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Səbail rayonunda 1941-ci ildən fəaliyyət göstərən 219 saylı Evdə məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 745 nəfər uşaq 11 illik təhsil alır. Onlara 262 nəfər müəllim dərs keçir. Burada təhsilin səviyyəsi digər məktəblərdəkindən fərqlənmir, bir çox əlil uşaqların savadı adi məktəblərdəkilərdən də üstün olur. Təkcə 2014-2015-ci təhsil ilinin yekununda məktəbin məzunlarının 58%-i respublikamızın və bir sıra xarici dövlətlərin ali məktəblərinə qəbul olmuşlar. Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər. Vurğulanmışdır ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onlar ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunmalıdır.
RİH tərəfindən 150 nəfər əlil uşağa hədiyyələr təqdim olunmuş və maddi yardım göstərilmişdir. Tədbirdə iştirak edən incəsənət xadimləri, şən klounlar öz mahnıları və ifaları ilə görüşü uşaqların yaddaşında daha yaddaqalan və mənalı etmişlər.
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Gözdən əlillər üçün bina 2020-ci ildə istifadəyə veriləcək – Özəllikləri olacaq
Bakıda gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması üçün 300 min manat vəsaitin ayrılması nəzərdə tutulub.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, sərəncam əsasında binada mənzillə təmin ediləcək gözdən əlilliyi olan şəxslərin rahatlığı üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılacaq.
Belə ki, Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması məqsədilə müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunacaq.
Binanın tikintisinin gələn il ərzində yekunlaşdırılaraq istifadəyə verilməsi planlaşdırılır.
Xatırladaq ki, bu təbəqədən olan şəxslərin mənzillə təminatı proqramının davamı olaraq, son illərdə gözdən əlilliyi olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib.
Könül Cəfərli
Gözlərimiz olmasa.
13 noyabrın dünyada Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd olunur.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu günün Beynəlxalq Gözdən Əlillər günü kimi qeyd olunması Valentin Qayuinin adı ilə bağlıdır. 1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açan Qayuin ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib.
Azərbaycanda Gözdən Əlillər Cəmiyyəti 2002-ci ildən fəaliyyət göstərir. 1981-ci il iyunun 1-də Korlar Cəmiyyətinin təşəbbüsü ilə həmin cəmiyyətin tabeliyində “Mərkəzi Respublika Korlar Kitabxanası” fəaliyyətə başlayıb. Kitabxananın vəzifəsi I və II qrup gözdən əlillərə kitabxana-informasiya xidməti göstərməkdir. Tam fiziki imkansız olanlara isə səyyar kitabxana xidməti göstərilir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsasən, dünya əhalisinin 160 milyonu gözdən əlildir. Hal-hazırda ölkəmizdə 30 mindən çox görmə qüsurlu şəxs var.
Milli.Az
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.