Press "Enter" to skip to content

Borc müqaviləsi necə bağlanmalı

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

video kartın gücünə necə baxa bilərəm

Salam. Dəqiqləşdirmə aparaq. Paylaşdığınız serial kod qanuni idimi? Yəni aida64 tərəfindən pulsuz təqdim edilirmi?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Windows un axtarış yerinə dxdiag yazın və açılan pəncərədən Display bölməsinə daxil olun.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

yazdim bele bir yazi geldi
изготовитель компютера :Hewlett-Packard
модель компьютера:HP Probook 4515s
BIOS:Default System BIOS
процессор:AMD Turion(tm) II Dual-Core Mobile M500(2CPUs),~2.2GHz
амять:h
3072MB RAM
файл подкачки:1803 МБ использовано, 3820 МБ свободно
версия DirectX:DirectX 11

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

bele bir yazi gelir vidyo kartin gucu burda necedi

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

dxdiag yaz keç экран bölməsinə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

123589 cavab verdi – PC üçün tövsiyə (2 gün əvvəl)

Valeh Abishov cavab verdi – Aliexpress telefon (4 gün əvvəl)

Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (4 gün əvvəl)

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (4 gün əvvəl)

gul56 cavab verdi – Vöen və bank hesabı (6 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (6 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (9 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (9 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (17 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (27 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (31 gün əvvəl)

Borc müqaviləsi necə bağlanmalı?

Borc – qaytarılmaq şərti ilə birindən alınan, ya birinə verilən pul və s. alacaq və verəcəklərə deyilir.

Trend-i buradan izləyin

Əvvəlcə borcun nə demək olduğuna nəzər salaq. Borc – qaytarılmaq şərti ilə birindən alınan, ya birinə verilən pul və s. alacaq və verəcəklərə deyilir. Borc alıb vermək təbii hadisədir. Müəyyən ehtiyacları təmin etmək və ya sərmayə qoymaq məqsədilə borca girməkdə bir qəbahət yoxdur. Borcvermək – ətrafımızda olan insanlara münasibətdə rəhimli və diqqətli olmaq deməkdir. Peyğəmbərimiz də ehtiyacı olanda borc almış, hətta bir yəhudidən borca buğda alıb zirehini girov qoymuşdur.

Bununla birlikdə, belə bir atalar sözü də var: “Şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq”. Yəni, əvvəlcədən pul haqq-hesabları şərtləşdirilməli və kağız üzərində qeyd edilərək, tərəflərin imzaları ilə təsdiq edilməlidir.

Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsi həm şifahi, həm də yazılı bağlanıla bilər. Borc müqaviləsinin sadə yazılı formada bir kağız parçasında qeyd olunaraq, borc alan və borc verən tərəfindən imzalanması yetərlidir ki, bu razılaşma hüquqi qüvvəyə sahib olsun və gələcəkdə mübahisələndirmək imkanı yaratsın. Əlbəttə ki, müqavilənin notarial qaydada təsdiq edilməsi daha arzuolunandır. Onu da qeyd edək ki, gələcəkdə “müqavilə bağlanılmış, lakin müqavilə ilə razılaşdırılan məbləğ mənə – borc alana təqdim edilməmiş və bu haqda aramızda hər hansı bir akt imzalanmamışdır” kimi hallarla qarşılaşmamaq üçün razılaşmada həmçinin pulun borc alana təqdim edildiyi mütləq qeyd edilməli və ya borcun məbləği dəqiq rəqəmlə göstərilməklə əlavə bir aktla təsdiq edilərək qarşı tərəfə təqdim edilməlidir.

Şifahi şəkildə razılaşdırılaraq, kağız formada təsdiq edilməyən borclar bir çox hallarda münasibətlərin korlanması, borc verənin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir.
Yalnız artıq vaxtı ötmüş pul öhdəliyini yerinə yetirməyən borc alan pulu ödəməkdən ümumiyyətlə imtina etdikdə, borc verənin yadına hər hansı hüquqşünasla məsləhətləşmək düşür. Və məlum olur ki, borc verənin pulu verməsini təsdiq edən hər hansı sənəd mövcud olmadığından mülki qaydada, yəni məhkəmə vasitəsilə öz hüquqlarının müdafiəsi mümkün olmayacaqdır. Belə olan halda, şahid ifadəsi faktı tam olaraq təsdiq etməsə də, müəyyən qədər kömək etmiş olacaq.

Mülki Məcəllədə borcla bağlı şifahi əqdlərdə şahidin iştirakının məcburi olduğu qeyd edilməmişdir. Lakin heç bir kağızda qeyd etmədən, borc alan tərəfindən imza olunmadan borc verdikdə, şahid iştirakı gələcəkdə borcun verilməsini sübut edə bilər.
Borc verərkən və ya borc alarkən aşağıda qeyd olunanları yadda saxlamalı və tətbiq etməlisiniz.

Borc müqaviləsində nələr qeyd olunmalıdır?

Borc pulun verilməsi ilə bağlı yazılı razılaşmalarda aşağıdakılar mütləq şəkildə qeyd edilməlidir ki, razılaşma etibarlı hesab edilsin və gələcəkdə ödənişin gecikdirildiyi və ya tamamilə ödənilmədiyi halda, pul vəsaitinin hüquqi müstəvidə geri alınması mümkün olmuş olsun:
– müqavilənin tarixi;
– müqavilənin tərəfləri, yəni borc alan və borc verənin adı soyadı atasının adı (şəxsiyyət vəsiqəsi üzrə məlumatların qeyd olunması);
– borc verilən pul məbləğinin miqdarı (rəqəm və sözlə yazılmaqla);
– pul öhdəliyinin icrasının forması və müddəti (yəni, geri qaytarılma müddəti, ödənişin son tarixi mütləq şəkildə qeyd edilməklə hissə hissə və ya bir dəfəlik qaydada ödənilməsi).

Pul gecikdirildikdə cərimə ödənilməlidirmi?

Bağlanılan borc müqaviləsində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi halında dəymiş zərərin qarşılanması üçün cərimə məbləğinin qeyd edilməsi, gələcəkdə borc alanda ödəniş müddətinin gecikdirilməməsilə bağlı məsuliyyət yaradacaqdır. Bu səbəbdən, mülki qanunvericilikdə pulun vaxtında ödənilmədiyi halda cərimənin (dəbbə pulu) müəyyən edilməsi öhdəliyin icrasının təmin edilmə üsullarından biri kimi müəyyən edilmişdir. Borc alan dərk edir ki, əgər borc vaxtında ödənilməzsə, götürülən borc məbləğinin üzərinə cərimə faizləri gələcək və borc məbləği artırılacaqdır.

Elə bu səbəbdəndir ki, fiziki şəxslərin bir-birinə verdiyi borc vəsaitlərinin geri qaytarılması prosesilə müqayisədə kredit təşkilatlarında bu tipli problemlər daha az yaşanır.
Buna baxmayaraq, müqavilədə dəbbə pulu nəzərdə tutulmamışdırsa, bu hələ o demək deyil ki, vəsaitinin vaxtında ödənilməməsinə, gecikdirilməsinə görə cərimə tələb edilməməlidir.

Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.

Onu da qeyd edək ki, pul vəsaitinin faizlə verilməsi lisenziyalaşdırılmış fəaliyyət olduğundan, fiziki şəxslərin xüsusi razılıq (lisenziya) almadan pul vəsaitini faizlə borc verməsi qanunsuz fəaliyyətdir, bu əməl inzibati və cinayət məsuliyyəti yaradır. Öz aranızda bağladığınız Müqavilələrdə pulun faizlə verilməsini qeyd etməyiniz arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Borc müqavilələrinin bağlanılması zamanı öhdəliyin icra edilməsini əvvəlcədən təmin etmək üçün qanunverilicikdə başqa bir sıra tədbirlər də nəzərdə tutulmuşdur: qarantiya, zaminlik, girov, ipoteka və s.

Zamin olduqda hansı problemlərlə üzləşə bilərsiz?

Zamin olmağınız təklif edildikdə iki dəfə düşünün!

Zaminlik elə bir anlayışdır ki, zamin olan kəs, borcu alan şəxslə birlikdə və ya təkbaşına borc alanın öhdəliyinə görə məsuliyyət daşıyır. Yəni müqavilədə borcalan və zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdırsa, o zaman həm zamin, həm də əsas borc alan kreditor qarşısında eyni həcmdə məsuliyyət daşıyır və borcun ödənilməsi ilə bağlı tələb hər ikisinə birlikdə yönəldilə bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.