Press "Enter" to skip to content

Gözümüzü necə bağlayaq

Quru göz sindromu müxtəlif səbəblərlə bağlı ola bilər. Göz yaşı ifrazı kişi və qadınlarda yaş artdıqca azalır. Yaşlanma ilə əlaqədar göz yaşı vəzilərində ifraz olunan yağ miqdarı azalır və göz yaşının buxarlanma və göz üzərində qalma müddəti qısalır. Bu hal qadınlarda daha çox rast gəlinir. Xüsusilə klimaksdan (menopauza) sonra hormonal dəyişikliklərlə əlaqədar olaraq qadınlarda quru göz sindromu daha çox təsadüf edilir.

Gözümüzü necə bağlayaq

Quru göz sindromu göz həkimlərinin ən çox qarşılaşdıqları göz xəstəliklərindən biridir. Bu, göz yaşının çatışmazlığının əlamətidir. Göz yaşı göz almasının üst – bayır tərəfində, üst göz qapağının altındakı göz yaşı vəzisində ifraz olunur. Hər göz qırpmaqda göz yaşı göz üzərində bərabər miqdarda yayılır.

Göz ətrafındakı göz yaşı vəzilərindən ifraz olunan və göz qapaqlarının qırpılması ilə göz üzərində bərabər yayılan göz yaşı göz qırpma nəticəsində alt və üst göz qapaqlarının burun tərəfində yerləşən kiçik dəliklər və kanalcıqlar (punktumlar) vasitəsilə axaraq gözü tərk edir. Ağlayarkən burun axmasının səbəbi gözdən gələn göz yaşının göz qapaqlarındakı dəliklərdən başlayaraq kanallar vasitəsilə burun boşluğuna keçməsidir.

Göz yaşının tərkibində sudan başqa yağ, protein, elektrolit kimi maddələr var və onların az və ya çoxluğu göz yaşının keyfiyyətini poza bilər.

Göz yaşının əhəmiyyəti. Göz yaşı toz, duman, külək kimi müxtəlif təsirlər səbəbindən kirlənən göz səthini təmizləyir və iltihablanmasının qarşısını alır. Göz qırpılması nəticəsində bütün göz səthinə yayılır və göz səthini nəmləndirir.

Göz yaşı iki cür olur: daimi göz yaşı və reaksiya göz yaşı. Daimi göz yaşı göz üzərinin hər zaman nəm qalmasını təmin edir və az ifraz olunur. Reaksiya göz yaşı isə aglama və allergiya, gözə toz və ya yad cisim düşməsi zamanı gözün reasiyası nəticəsində ifraz olunur.

Hər iki halda göz qapaqları ilə göz səthi arasındakı sürtünmə azalır. Ağlama və ya gözdə zədələnmə hallarında normadan artıq göz yaşı ifraz olunması refleks göz yaşı ifrazı adlandırılır və tərkibcə normal göz yaşından fərqlənir. Paradoks kimi görünsədə, gözü sulanıb yaşaran insanlarda da quru göz sindromu ola bilər.

Quru göz sindromunun səbəbləri və xəstələrin şikayətləri

Quru göz sindromu müxtəlif səbəblərlə bağlı ola bilər. Göz yaşı ifrazı kişi və qadınlarda yaş artdıqca azalır. Yaşlanma ilə əlaqədar göz yaşı vəzilərində ifraz olunan yağ miqdarı azalır və göz yaşının buxarlanma və göz üzərində qalma müddəti qısalır. Bu hal qadınlarda daha çox rast gəlinir. Xüsusilə klimaksdan (menopauza) sonra hormonal dəyişikliklərlə əlaqədar olaraq qadınlarda quru göz sindromu daha çox təsadüf edilir.

Isti, quru və küləkli hava, sərinkeş və siqaretdən istifadə edilməsi də quru göz sindromuna səbəb ola bilər. Uzun müddət kitab, qəzet oxumaq, televiziya ekranına baxmaq və kompyuterdən istifadə etmək də quru göz şikayətləri yarada bilər. Bunun səbəbi həmin müddətdə göz qırpma sıxlığının azalması və göz yaşının göz üzərində qalma vaxtının qısalmasıdır.

Kontakt linzalar göz yaşını içinə çəkməsi və göz yaşının göz alması üzərində yayılmasını pozması nəticəsində linzadan istifadə edənlərin çoxunda quru göz şikayətləri meydana gəlir və nəticədə həkimə müraciət etməli olurlar.

Göz quruluğunun səbəbləri:

· Kontakt linzalardan istifadə

· Lazerlə göz əməliyyatı

· Sərinkeş və qızdırıcı olan mühitlər

· Sıx işığa məruz qalma

· Uzun müddət televizora baxmaq və ya kompyuterdən istifadə etmək

· Siqaret tüstüsü və ya digər dumana məruz qalma

· Yuxu gətirici və antidepressant dərmanlar

· Uzun müddət gözün qırpılmaması

· Oksigen, nəm və havasız mühitlər…

Göz quruluğunun əlamətləri:

· Gözdə qaşınma, yanma və narahatlıq hissi

· Xüsusilə yuxudan qalxdıqdan sonra gözlərin içində qum varmış kimi batma hissi

· Gözdə uzun müddət qızartı

· Gözü qırpmaqla düzələn bulanıq görmə və görmənin zəifləməsi

· Gözdə yad cisim hissi, sulanma, gözün ağrıması

· Uzun müddət kitab oxuma, televizora baxma və ya kompyuterdən istifadə etdikdən sonra şikayətlərin artması

Diaqnoz qoyularkən göz yaşının miqdarı, tərkibi və ya göz alması üzərində qalma müddətini təyin edən müxtəlif testlərdən istifad olunur.

Müalicəsi…

Quru göz yaşı sindromunun müalicəsində xəstəyə şəxsi bir müalicə üsulu tətbiq edilmir. Çünki quru göz sindromunun müalicəsi yoxdur. Sadəcə müəyyən müddətə ağrını süni göz yaşı vasitəsilə aradan qaldırmaq olar. Quru göz sindromunun müalicəsinə başlamadan öncə, buna səbəb olan başqa səbəblər varsa aşkar edilməli və müalicəyə başlanılmalıdır. Göz quruluğunda erkən diaqnoz və müalicə vacib məsələdir. Müalicədə məqsəd gözün nəm quruluğuna səbəb olan faktoru aradan qaldırmaqdır. Məsəslən, quru havası olan mühitdə qalan biri havası nəm olan yer seçməli və ya uzun müddət kompyuter istifadə edən quru göz xəstəsi kompyuterdən istifadəni azaltmalıdır. Göz quruluğu xroniki hal aldıqda süni göz yaşları və ya cərrahi müdaxilə lazım gələ bilər.

Gözü nəm saxlamaq üçün göz yaşının yerini tuta biləcək süni göz yaşı tərkibli gel və damcılar mövcuddur. Həkim məsləhət gördükdə, xəstənin ehtiyacından asılı olaraq göz yaşı damcılarından gün ərzində 4 – 5 dəfə istifadə etmək olar.

Mövcud göz yaşını saxlaya bilmək üçün eynək kənarları bağlana bilər, gecələr yataq otağının nəmli olmasını təmin etmək olar və ya göz həkimi tərəfindən göz yaşının buruna axmasını təmin edən kanalcıq müvəqqəti və ya daimi bağlana bilər.

Bunlarla bərabər göz yaşı ifrazını artıran preparatlardan istifadə edilir, lakin tərləmə, bulantı, ürəkdöyünmə kimi əlavə təsirlərə malik olduğundan preparatlardan yalnız həkim nəzarəti altında istifadə etmək lazımdır.

Quru göz sindromunun profilaktikası üçün kompyuterdən istifadə edənlər hər saatdan sonra işi dayandıraraq on beş dəqiqə fasilə verməli və ya göz üçün məşqlər etməlidirlər: gözləri qırpmaq, uzaq – yaxına baxmaq. Gözləri ovmaq prosesi daha da pisləşdirə bilər.

Bəzi asan üsullarla, tam yaxşılaşdırmaq mümkün olmasa da, quru göz şikayətlərini azaltmaq olar. Xüsusilə, oxuyarkən və kompyuterdən istifadə edərkən gözləri tez – tez qırpmağa çalışmaq, gözləri qaşımamaq, ovmamaq lazımdır. Quru və sərinkeş olan otaqdan mümkün qədər uzaq olmaq, daha çox su içmək göz quruluğu şikayətlərini azalda bilər.

Quru göz müalicəsində istifadə olunan digər bir üsul göz yaşının burun boşluğunun içərisinə axmağının qarşısını almaqdır, yəni göz yaşı dəliklərinin kiçik tıxaclarla bağlanılmasıdır.

Xalq təbabəti ilə müalicəsi…

Dioskoreya bitkisinin kökü dəmlənilərək göz qapaqları yumulur, üzərlik və gülümbahar bitkisindən yarıbayarı götürülüb qaynadılır və islatmalar edilir. (Urfan Cabbarzadə – “Herba Flora” jurnalı )

Təmiz bal da bu xəstəliyin aradan qaldırılmasına kömək edir. El arasında vəhşi adlanan arı (çöl arısı) balından həm qida kimi istifadə etmək, həm də göz qapaqlarına, arada göz bəbəklərinə sürtmək xəstəliyin müalicəsi üçün sınanmş varinatdır.

Azər SALEHLİ
Az
ərbaycan Tibb Universitetinin tələbəsi

Gözümüzü necə bağlayaq

“Ölkə.Az” milli.az-a istinadən xəbər verir ki, bu zülmət pərdələri ibarətdirlər:

– maddi bədənə aid olan pərdələr;

– Allahdan narazı olmaq;

– batil əqidə və fikir;

– maddi şeylərin əsiri olmaq.

Bir sözlə desək, insanın ruhunu Allahdan qeyrisinə tərəf cəzb edən hər bir əməl zülmət pərdəsi hesab olunur.

Bu pərdələrdən necə xilas ola bilərik?

Hər bir zülmət pərdəsindən xaric olmaq üçün, xüsusi yolla hərəkət etmək lazımdır.

Bu pərdələrdən bir dəfəyə xilas olmaq olmaz. Bu işi tədrici görmək lazımdır. Quran bizə bu pərdələrdən xilas olmağın yollarını öyrətmişdir.

“De: “Allahı qoyub, bizə nə bir xeyir verən və nə də bir ziyan vuran qeyrisinimi çağıraq (başqasına ibadət edək) və Allahın bizi hidayət etməsindən sonra (cahiliyyət dövrünə) qayıdaq?! (Cin) şeytanların(ın) yer üzündə avara-sərgərdan qoyduqları şəxs kimi (olaq)? Halbuki, onun “bizə tərəf gəl!” (deyib) hidayətə doğru çağıran dostları vardır (lakin o, sərgərdanlıq və çaşqınlığın çoxluğundan həmin dəvəti qəbul etmir)”.

De: “Şübhəsiz, (həqiqi) hidayət – Allahın hidayətidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur””. (“Ənam” 71).

“Və kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, şübhəsiz, möhkəm bir dəstəkdən yapışmış olur. Bütün işlərin aqibəti Allaha tərəfdir. (İnsanın əməlləri mükafat və cəza baxımından Allahın dərgahına qayıdar)”. (“Loğman” 22).

Zülmətli pərdələrdən çıxmaq üçün naqis elmi və əməli cəhdlər fayda verməyəcəkdir. Hər kim bu pərdələrdən çıxmaq istəyirsə, elmi kamil olmalıdır və nə edəcəyini bilməlidir. Həm elmi kamil olmalıdır və həm də əməli kamil olmalıdır. Yəni, Allahın verdiyi elm və öyrətdiyi əməl yolunda hərəkət etməlidir.

İmam Baqir (ə) buyurur: “Bir insanın kamalı – elm, bəsirət və dini tanımasıdır”.

Əgər insan suluk yoluna qədəm basarsa, gərək bu yolda ancaq Allahın buyurduqlarına əməl etsin və Allahdan qeyrisi onun üçün dəyərsiz olsun.

Ancaq bu zaman insanın bəsirət gözü açıla bilər. Ancaq bu zaman o, kamil mömin ola bilər.

Gözümüzü necə bağlayaq

İmam Sadiq (ə) buyurur: “Əgər göz haramlara bağlanarsa, Allah Təalanın cəlal və əzəmət cilvəsini qəlbində müşahidə edər”.

İmam Əlidən (ə) soruşurlar: “Gözümüzü bağlamağa necə müvəffəq olaq?”.

Buyurdu: “O kəs ki, sənin batininə agahdır, Onun hökumət və səltənətliyinə etimad əldə etməyin və təvazökarlığın vasitəsilə”.

Ərəblər gözü naməhrəmə bağlamağa “gözü sındırmaq” deyərlər. Ona görə də gözü Allaha görə sındırmaq lazımdır. Biz əgər gözümüzü harama görə sındırsaq, Allah çox sayda möcüzələri bizə nişan verər.

Həzrət Peyğəmbər (s) buyurur: “Gözünüzü haramlara bağlayın ki, möcüzələri görəsiniz”.

Çünki insan o zaman ki, gözünü naməhrəmə bağlayar, Allah onun nur gözünü, mərifət gözünü açar. Bu zaman nəfsində yəqinlik maarifi hasil olar.

“Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və ayıb yerlərini (görünməkdən) qorusunlar. Bu, onlar üçün daha pakdır. Həqiqətən Allah onların etdiklərindən xəbərdardır”. (“Nur” 30).

Həzrət Yəhya (ə) buyurur: “Mənim üçün ölüm, vacib olmayan baxışlardan daha sevimlidir”.

Burada vacib olmayan baxışlar, yəni haram baxışlardır. Yəni, bir şeyə baxmaq mənə vacib olmayınca, mən ona baxmaram. Çünki harama baxan baxışlar qorxu və əzab gətirər.

Quran həm kişilərə və həm də qadınlara gözlərini haramlara yummağı əmr etmişdir.

“Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar. Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar”. (“Nur” 30-31).

Həzrət Peyğəmbər (s) buyurur: “Adəm oğlunun bədən üzvlərinin hər birinin zina payı vardır, gözün zinası isə baxmaqdır”.

Həzrət (s) başqa yerdə buyurur: “Kim gözlərini haramla doldursa, tövbə edib əməlindən əl çəkməsə, Allah Qiyamət günü onun gözlərini odla doldurar”.

İmam Əli (ə) buyurur: “Gözünü aşağı dikən kəs qəlbini rahat edər”.

İmam Sadiq (ə) buyurur: “Baxış – İblisin zəhərli oxlarından biridir. Kim başqası üçün deyil, Allaha xatir gözünü yumsa, bunun ardınca Allah ona tamını daddığı bir iman verər”.

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) xitab edərək buyurur: “Ey Əli, ilk baxış sənə məxsusdur, ikinci baxış isə sənin xeyrinə deyil, ziyanınadır”.

İmam Sadiq (ə) buyurur: “Baxışdan sonra (təkrar) baxış, şəhvət toxumu səpir və bu, sahibini fitnəyə sürükləmək üçün kifayətdir”.

Beləliklə, gözlərimizi Allaha görə sındıraq ki, şeytanın tələsinə düşməyək və gözlərimizi cəhənnəm atəşi ilə doldurmayaq.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.