Press "Enter" to skip to content

Güçümüz birlikdədir mövzusunda

Millət vəkili Qənirə Paşayeva İstanbulda “Grand Cevahir Hotel”de Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə “Türk Şurası, Türk diasporu və sosial-iqtisadi əməkdaşlıq” mövzusunda Dünya Türk Forumunda çıxış edib.

Güçümüz birlikdədir mövzusunda

Millət vəkili Qənirə Paşayeva İstanbulda “Grand Cevahir Hotel”de Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə “Türk Şurası, Türk diasporu və sosial-iqtisadi əməkdaşlıq” mövzusunda Dünya Türk Forumunda çıxış edib.

Modern.az-ın məlumatına görə, azərbaycanlı deputat 60 ölkədən türk dünyası və diasporlarının nümayəndələrinin iştirak etdiyi forumda Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, Xocalı soyqırımı, 1 milyon azərbaycanlının bu gün də qaçqın və məcburi köçkün həyatı yaşaması və Ermənistanın onların öz evlərinə geri dönməsinə imkan verməməmi barədə danışıb.

Millət vəkili eyni zamanda Azərbaycan dövlətinin və prezident İlham Əliyevin Türk dövlətlərinin və xalqlarının əməkdaşlığının genişləndirilməsi və dirasporlarımızın birgə və ümumi hədəflər uğrunda fəaliyyəti istiqamətində gördüyü işlərdən söhbət açıb.

“Güc birlikdədir” deyən Q.Paşayeva vurğulayıb ki, Qarabağ problemi təkcə azərbaycanlıların deyil, bütün Türk dünyasının problemidir və dünyanın hər yerində yaşayan türklər və onların təşkilatları bu probleminin həlli istiqamətində əlindən gələni etməli, səylərini daha da artırmalıdır:

“Mən burdakı qazax, türkmən, özbək, qırğız, Balkan türkü, Türkiyə türkü, İraq türkü, Rusiya türkləri və dünyanın hər yerində yaşayan türk qardaş və bacılarımı çağırıram ki, Qarabağ problemini, Xocalı soyqırımını öz problemləri kimi hiss etsinlər, Ermənistanın işğalçılığı, erməni yalanları qarşısında bir Azərbaycan Türkü, bir Azərbaycanlı kimi mübarizə aparsınlar. Eyni zamanda biz ermənilərin qondarma erməni soyqırımı yalanlarına qarşı da birgə mübarizə aparmalıyıq, müdafiədən hücuma keçməliyik, ermənilərin bütün dünyanın gözü qarşısında 18 il əvvəl Xocalıda törətdiyi soyqırımının bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində birgə çalışmalıyıq. Biz problemlərimizə sənin, mənim, onun deyil, bizim problemimiş kimi baxmağı bacarmalı, ona qarşı birgə mübarizə aparmalı, onun həlli istiqamətində birgə çalışmalıyıq”.

Millət vəkili bir çox tədbir iştirakçısına Azərbaycan həqiqətləri, Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun hazırladığı kitablar və materialları da təqdim edib.

Qeyd edək ki, Forumda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, millət vəkilləri Fazil Qəzənfəroğlu, Sabir Rüstəmxanlı, Azəri-Türk qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycanın bir sıra qeyri-hökumət və diaspor təşkilatlarının rəhbərləri də iştirak edib və müzakirələr zamanı çıxışlar ediblər.

Güçümüz birlikdədir mövzusunda

Gücümüz birliyimizdədir. Mənfur düşmənlə arxa cəbhədə döyüşən, zərərçəkən bütün vətəndaşlarımızın yanında olmaq hamımızın borcudur.

Oktyabrın 13-də Texnomart şirkəti “Güc Birlikdədir” adlı kampaniyasına start verdi. Belə ki, Texnomart mağazalar şəbəkəsi Vətən uğrunda Şəhid olmuş şəxslərin kredit borclarını sildi və hərbi çağırış üzrə Vətənə şərəflə xidmət edən şəxslərin borclarını dondurdu.

Aylıq dövriyyəsinin bir qismini Vətənə və orduya ianə edəcəyini irəli sürən Texnomart keçən ayın dövrüyəsini həssas qruplar üçün ayırdı. Bu ay həmin yardımlar 100 qida qutusu və 50 tibbi ləvazimat qutusu şəklində Bərdə və Tərtər rayonların üzrə paylaşdırılacaq.

Qeyd edək ki, bu “Texnomart” mağazalar şəbəkəsinin atdığı təqdirə layiq ilk addım deyil. Daha əvvəl şirkət pandemiya ilə bağlı aprel ayında da kredit ödənişlərinə bir aylıq fasilə verdiyini elan etmişdi.

Birimiz hamımız üçün! Güc birlikdədir.

Qeyd edək ki, Texnomart mağazalar şəbəkəsi Arçelik, Arnica və Supra markaları ilə yanaşı bir çox dünya markalarının: Samsung, Bosch, Scarlett, İndesit, Tefal, Siemens, Philips, Stinol, Hotpoint Ariston, LG və sair mallarının satışını həyata keçirir. Geniş çeşiddə mobil telefon, televizor və digər elektronika məhsulları və məişət avadanlıqların həm birdəfəlik, həm də hissə-hissə ödəmə şərtləri ilə təklif edilir. Bakıda 7, bölgələrdə isə 29 mağaza olmaqla geniş əraziyə yayılan “Texnomart” sərfəli satış şərtləri ilə hər zaman müştərilərin xidmətindədir.

Lənkəranda “Bizim gücümüz birliyimizdədir” mövzusunda konfrans keçirilib

Bakı. 3 mart. REPORT.AZ/ Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) ilə birgə “Bizim gücümüz birliyimizdədir” adlı konfrans keçirilib. “Report”un məlumatına görə, konfransda rayonun təhsil işçiləri, dini icma üzvlərinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, Lənkəran şəhər ictimaiyyəti, ziyalılar, habelə Lənkəran şəhərindən təmsil olunan ailələrlə yanaşı, Masallı, Yardımlı, Lerik, Astara və Cəlilabad rayonlarında yaşayan milli azlıqların, etnik qrupların və digər millətlərin nümayəndələri iştirak edib. Əvvəlcə qonaqlar və konfrans iştirakçıları Heydər Əliyev Xatirə parkına gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri düzüblər. Konfransı giriş sözü ilə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov açaraq Azərbaycan bütün dünyada çoxmillətli və tolerant ölkə kimi tanındiğini bildirib: “Ölkəmizdə etnik qruplar, azsaylı xalqlar azərbaycançılıq məfkürəsi ətrafında sıx birləşərək qarşılıqlı anlaşma, dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayır, fəaliyyət göstərir və bir-birlərinin dini etiqadlarına böyük hörmət və sayğı göstərirlər. Azərbaycan hazırda regionun ən təhlükəsiz, tolerant və multikulturalizmin hökm sürdüyü ölkəsidir”. Konfransda AQUPDK-nin sədri Hicran Hüseynova çıxış edərək Azərbaycanda bütün azsaylı xalqların və etnik qrupların bərabərhüquqlu vətəndaşlar kimi yaşamasından, onlara Prezident İlham Əliyev tərəfindən daim göstərilən diqqət və qayğıdan danışıb. Tədbirdə çıxış edən DQİDK-nin sədri Mübariz Qurbanlı Lənkəranda müxtəlif xalqların nümayəndələrinin təhlükəsiz, qarşılıqlı anlaşma və əminamanlıq şəraitində yaşayaraq fəaliyyət göstərdiklərini bildirib.
M.Qurbanlı insanların ictimai-siyasi, mədəni, iqtisadi həyatın bütün sahələrində birgə çalışdıqlarını vurğulayıb: “Azərbaycanda insanlar bir-birinə münasibətdə kimin hansı millətə və yaxud dinə qulluq etməsinə görə deyil, əsl insan olmasına görə seçilir və hörmət göstərilir”.

Comments are closed, but trackbacks and pingbacks are open.