Press "Enter" to skip to content

İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri

İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri

Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun təhsil pillələri qarşısında qoyduğu vəzifələr bütövlükdə cəmiyyətin gələcək inkişafına istiqamətlənmiş təlim, tərbiyə problemlərinin həlli ilə bilavasitə bağlıdır. Son nəticə olaraq yüksəkixtisaslı, milli-bəşəri mənəvi-əxlaqi dəyərlərə, keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli fəaliyyət göstərmələri bir sıra məsələlərin həllini, özü də əlaqəli, kompleks həllini tələb edir:

1. “Təhsil haqqında” Qanunun qarşıya qoyduğu tələblər dərindən öyrənilməli, təhsilin sosial-tarixi məqsədi aydın təsəvvür olunub konkretləşdirilməlidir.

2. Təhsil fasiləsiz olduğu kimi, təhsil pillələri arasında fəaliyyət məqsədi sabit olmalı, bu məqsədə çatma yolunda axtarışlar intensiv, sistemli şəkildə aparılmalıdır.

3. İnsan həyatının bütün sahələri ilə bağlı bütün ictimai, iqtisadi, xidmət və mədəniyyət sferaları üçün hazırlanacaq kadrların ixtisaslaşma məkanı olan təhsil pillələrində – orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji kadrların təhsili dünya standartlarına müvafiq qurulmalıdır.

Deməli, təhsilin bütün pillələrində təlim və tərbiyə prosesinin səmərəliliyi pedaqoji kadrların elmi səviyyəsindən, pedaqoji ustalığından, pedaqoji etikaya bələdliyindən, ən əsası, pedaqoji sahədə işə praktik hazırlığından asılıdır.

Buradan da pedaqoji təcrübənin ali məktəblərdə müəllim hazırlığında əhəmiyyəti və rolu bir daha bütün parametrlərdə aşkara çıxır.

Pedaqoji təcrübə ali (orta ixtisas) məktəbin tədris planında xüsusi yeri olan bir prosesdir. İlk üç semestr ərzində ixtisas fənlərinin, pedaqogika və psixologiyanın əsaslarına yiyələnən bakalavr və subbakalavrlar qazandıqları nəzəri bilik, metodik məlumatlar, pedaqoji və psixoloji dəyərlərlə praktik fəaliyyət meydanına qədəm basırlar. Özü də bu təhsil mərhələsinə başlama ali (orta ixtisas) məktəb rəhbərliyinin, elmi (pedaqoji) şura üzvlərinin bir növ şahidliyi, metodik tövsiyələri ilə başlayır. Əslində pedaqoji təcrübə bütövlükdə təhsil müəssisəsi professor-müəllim (orta ixtisas məktəblərində pedaqoji kollektiv) heyətinin müəyyən mərhələ üzrə elmi-pedaqoji əməyinin nəticələrini aşkarlayacaq bir vasitədir. Üstəlik, pedaqoji təcrübə sabahın müəllim kadrlarının bu peşəyə layiqlilik dərəcəsi və səviyyəsini üzə çıxaracaq bir fəaliyyət sahəsidir, müəllim hazırlığı formalarından biridir.

Əslində təcrübə sosial sərvətdir və pedaqoq olacaq gənclərin pedaqoji təcrübə prosesi iki mahiyyətlidir:

1. Tələbələr bu prosesdə məktəb müəllimlərinin tədris sistemini müşahidə etməklə, dərslərində iştirak etməklə bu sosial-pedaqoji dəyərlərə yiyələnirlər.

2. Tələbələr qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə özlərini bu prosesdə sınayır, uğurlu sınaq və zaçot dərsləri ilə bir sinif məkanında, kiçik qrup miqyasında həmin sosial sərvətin zənginləşməsinə öz töhfələrini verirlər.

Pedaqoji təcrübə çox genişmiqyaslı təlim və təhsil prosesinin imtahan və zaçotlarda yoxlamaq və qiymətləndirmək mümkün olmayan tərəf və məqamlarının nəticələrini öyrənməkdə, müşahidə etməkdə, həyat-məktəb meydanında aşkara çıxarıb qiymətləndirmədə, təhsilin qalan sonrakı mərhələlərində boşluqları doldurub problemləri korrektə etməkdə çox faydalı, etibarlı, sınanmış bir forma, vasitə və amil kimi əhəmiyyət daşıyır.

Pedaqoji təcrübənin səmərəli təşkilində müxtəlif amillər əhəmiyyət daşıyır. Bunlardan biri pedaqoji təcrübənin təşkilinə və keçirilməsinə məktəb rəhbərliyinin nəzarətidir.

Mövcud pedaqoji ədəbiyyatda məktəbdaxili nəzarətin məqsədi məktəb strukturuna aid olan sahələrin işinin məzmunu ilə bağlanır, hər bir konkret şərait üçün müəyyənləşdirildiyi qeyd olunur.

Təhsilin humanistləşdirilməsi, demokratikləşdirilməsi, dünyəviləşdirilməsi istiqamətlərində axtarışların genişləndirildiyi bir zamanda məktəbə nəzarətin sisteminə daxil olan tərəflərin də dəyişdirilməsinə ehtiyac duyulur.

Belə ki, pedaqoji ədəbiyyatda nəzarət ediləcək sahələrə icbari təhsil; ayrı-ayrı fənlərin tədrisi; dövlət proqramlarının yerinə yetirilməsi; şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsi; sinifdənxaric və məktəbdənkənar tədbirlər; ailə və ictimaiyyətlə iş; məktəbin maliyyə-təsərrüfat fəaliyyəti və s. daxil edilir. Həmin mənbədə sahələrdən biri “metodik iş, qabaqcıl təcrübənin öyrənilməsi və ümumiləşdirilib yayılması” kimi formula edilmişdir. İllik nəzarət məsələləri planlaşdırılarkən məhz pedaqoji təcrübənin başlanılmasından başa çatdırılana qədərki dövrünün nəzarəti də nəzərə alınmalıdır.

Məktəb işlərinə nəzarətin bir sıra tələbləri vardır. Professor N.Əhmədovun “Məktəbdaxili nəzarətin forma və metodları” (Bakı, 1988) kitabında nəzarətə verilən tələblər kimi aşağıdakılar qeyd və şərh olunmuşdur: səmərəlilik, işin keyfiyyət və səmərəsinin yüksəldilməsi üçün stimul olması, təsirlilik, elmilik, faktların doğruluğu və mötəbərliliyi, planauyğunluq, məqsədyönümlülük, sistematiklik, əhatəlilik, perspektivlik, prinsipiallıq, aşkarlıq və s.

Müşahidələrimizdən aydın olur ki, heç də bütün məktəblərdə məktəbdaxili nəzarətin sistemi dərs ilinin lap əvvəlindən planlaşdırılmır. Bu problemin bir tərəfidirsə, başqa bir tərəf pedaqoji təcrübəyə gələnlərin fəaliyyəti ilə bağlı məsələlərin məcmusudur.

Metodist müəllim, pedaqoji rəhbər və təcrübəçilərin məktəbə gəlişi, əslində, tədris müəssisəsində məsuliyyət və yaradıcılıq əhvali-ruhiyyəsi doğurmalıdır. Məktəb rəhbərliyi, pedaqoji kollektiv bunu ali məktəb (orta ixtisas) rektorluğunun (direktorluğunun), tədris hissəsinin, fakültə dekanlığının orta məktəb kollektivinə inamı, etibarı kimi qəbul etməlidirlər.

Deməli, orta və ali (orta ixtisas) məktəbi arasında birgə fəaliyyət imkanı yaranır. Bu imkandan istifadə etməklə ümumilikdə təhsil sistemi qarşısında duran vəzifələrdən bir neçəsini reallaşdırmaq olar. Əsasnamə və nizamnaməyə görə, direktor təcrübəyə gələnləri şəxsən qarşılamalı, pedaqoji rəhbər və metodist müəllimi dinləyib təcrübə vaxtını dəqiqləşdirməli, sınaq və zaçot dərslərinin təşkilini bilavasitə direktor müavininə həvalə etməklə özü nəzarət etməlidir.

Məktəb direktorluğu təcrübəçi tələbələrin normal çalışmaları, müşahidə aparmaları üçün, ilk növbədə, sinif üçün əlverişli şərait yaratmalıdır.

Məktəb rəhbərliyinin məktəbdaxili nəzarət formaları pedaqoji ədəbiyyatda ümumiləşdirilmişdir. Buraya tematik, frontal, xəbərdarlıqlı, şəxsi, ardıcıl, icmal, sinif-ümumiləşdirici, iki-üç müəllimin eyni ixtisas üzrə eyni mövzuda dərsini öyrənmək, qarşılıqlı dərs dinləmə kimi formalar daxildir.

Bu nəzarət formaları ümumilikdə məktəb üçün, pedaqoji kollektiv üçün xarakterik olub, tətbiq edilə bilər. Pedaqoji praktika zamanı məktəb rəhbərliyi (direktor, tədris işləri üzrə müavin) ümumilikdə pedaqoji təcrübənin gedişinə pedaqoji-psixoloji baxımdan müsbət təsir göstərmək üçün frontal nəzarətdən istifadə edə bilər. Bunun üçün direktor pedaqoji rəhbər və metodist müəllimlə məsləhətləşib təhsildə seçilən iki-üç tələbə – təcrübəçinin dərslərini frontal nəzarətə götürmək istəyini bildirə bilər. Ümumi razılıqdan sonra frontal nəzarət planı tərtib edilir. Təcrübəçinin gündəliyi, icmalı ilə rəhbərlik tanış olur; onun iki-üç sinifdə dərslərini dinləyir; müəllimin yeni təlim texnologiyalarından, interaktiv və inteqrativ metodlardan istifadə bacarığını aşkara çıxarır; sonrakı dərslərdə iştirak edərək təcrübəçinin keçdiyi mövzuların mənimsənilmə səviyyəsini aşkara çıxarır; ayrı-ayrı şagirdlərin ev tapşırığı dəftərlərini yoxlayır; tələbənin məktəbin ictimai həyatında fəaliyyətini öyrənir; onun şagirdlərlə apardığı işlərlə maraqlanıb şagirdlərlə söhbət edir; tələbə-təcrübəçinin pedaqoji və elmi ədəbiyyatları mütaliə səviyyəsi ilə maraqlanır; özünütəhsili və peşəyə marağını aşkarlayır. Təbii ki, bu proses seçmə yolu ilə reallaşdırılır.

Məktəb rəhbərliyi, pedaqoji rəhbər və metodist müəllim birliyinin həyata keçirdiyi bu cür iş:
– pedaqoji təcrübə iştirakçılarının məsuliyyət hissini artırır;

– təcrübəçi tələbələrin təhkim olunmuş müəllimlərlə – gələcək həmkarları ilə sistemli şəkildə iş aparmaq hissini dərinləşdirir;

– şagirdlərdə pedaqoji təcrübəyə gələnlərin işinə ciddi münasibət aşılayır;
– ümumilikdə pedaqoji təcrübənin daha səmərəli, effektli, yaradıcı təşkilinə güclü təsir göstərir.

Təbii ki, bu işin ən dəyərli məqamlarından biri tələbənin yaxşı işinin ümumməktəb üzrə qabaqcıl təcrübənin bir faktı kimi dəyərləndirilib sənədləşdirilməsi, “Təcrübəçi tələbələrin dərsləri” adlı stend tərtib olunması, təcrübənin sonunda belə gənclərə yazılı təşəkkürnamələrin təqdim olunmasıdır.

Qabaqcıl məktəblərin bu sahədəki müsbət təcrübəsi ilə tanışlıq, ayrı-ayrı fənn müəllimlərinin dərslərini müşahidə, keçirilmiş təcrübələrlə bağlı ali məktəblərin sənədlərinin öyrənilməsi göstərir ki, pedaqoji təcrübə də məktəbdaxili nəzarətdən kənarda qalmamalıdır.

Deməli:

– pedaqoji təcrübənin səmərəliliyi onun təşkili və keçirilməsi üçün əlverişli şərait yaradılması ilə bağlıdır;

– pedaqoji təcrübənin effektivliliyi müəllim olmağı peşə seçmiş gənclərin hazırlığı mərhələsində bacarıqlı, yaradıcı müəllimlərin iştirakı təsirli və əhəmiyyətlidir;

– təcrübəçi tələbələrə məktəb rəhbərliyi və fənn müəllimlərinin müsbət münasibəti onların sınaq və zaçot dərslərinin normal və qaydasında keçilməsi üçün mühüm amillərdəndir;

– müəllimlərin dərslərində fəal iştirak edən, öz dərslərini müasir tələblər səviyyəsində keçən, şagirdlərlə maraqlı tədbirlər təşkilinə nail olan tələbələrin pedaqoji təcrübəsinin məktəb rəhbərliyi tərəfindən qabaqcıl təcrübə faktı kimi dəyərləndirilib məktəb foyesində stend kimi sənədləşdirilməsi sonrakı illərdə pedaqoji təcrübəyə gələnlərin səmərəli çalışmaları üçün mənəvi stimuldur;

– pedaqoji təcrübəni uğurla başa vuran tələbələrlə bağlı məktəb kollektivinin ali məktəb rəhbərliyinə, fakültə dekanlığına razılıq məktubları gələcək müəllimlərdə peşəyə maraq və meyili dərinləşdirən psixoloji faktora çevrilir.

İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri

8
ibtidai təhsilə yeni müstəvidə yanaşılmasını, onun ən müasir
tələblər əsasında qurulmasını mühüm vəzifə kimi qarşıya qoyurdu.
Heç şübhəsiz, bu vəzifənin yerinə yetirilməsində məzmunun
müəyyən olunması həlledici amil hesab edilirdi.
Azərbaycanda təhsil islahatlarının layihə çərçivəsində həyata
keçirilməsi ilə bağlı ümumiləşdirmələr aparılarkən qeyd olunurdu
ki, “Hazırda Təhsil Sektorunun İnkişaf layihəsi çərçivəsində ümumi
təhsil sistemində məzmun dəyişiklikləri kurikulum islahatı adı
altında aparılır. Yeni kurikulumların hazırlanması zərurəti onunla
bağlıdır ki, mövcud kurikulum təhsilin müasir inkişaf tendensiya-
larını və davamlı inkişaf amillərini kifayət qədər nəzərə almır, bilik-
lərin tətbiqi aspektinə yönəlməmişdir” (99, s. 115). Təbii ki, belə bir
ciddi problemin aradan qaldırılması, yeni məzmunun müəyyənləş-
dirilməsi məqsədi ilə ardıcıl və sistemli araşdırmaların aparılmasına
ehtiyac yaranmışdır. İlk növbədə, ümumi təhsilin səviyyələrinin,
onlara məxsus məzmunun qurulması ciddi pedaqoji problem kimi
meydana çıxmışdır. Bu gün ibtidai təhsilin yeni məzmununun
yaradılması sahəsində müəyyən işlər görülsə də, onun nəzəri-
pedaqoji problemləri sistemli şəkildə öyrənilməmişdir.
XXI əsr təhsil əsri kimi məktəblərin mahiyyət və məzmu-
nunun düşüncə müstəvisində köklənməsini tələb edir. Son dövrün
araşdırmalarında bu məsələyə xüsusi diqqət yetirilir, fikri
fəaliyyətin təhsil üçün önəmli olması, onun aparıcı keyfiyyət kimi
nəzərə alınması daha qabarıq ifadə edilir. Qeyd olunur ki, “təlim
materialları o qədər zəruri hesab edilmir, əsas məsələ bu material-
ların, fikri fəaliyyət üçün nə dərəcədə yararlı olması və təfəkkür
istiqamətində fənlərə necə çevrilməsidir. Hansı materialın məhz
təfəkkürün fəaliyyəti üçün məzmuna daxil edilməsidir” (149, s.3-4).
Bu isə ciddi təcrübi, eksprimental araşdırılmaların aparılmasını,
ibtidai təhsilin məzmununun müəyyənləşdirilməsi istiqamətində
işlərin görülməsini tələb edir.
Tədqiqat zamanı məlum olmuşdur ki, ibtidai təhsilin məzmu-
nu ilə bağlı xeyli araşdırmalar aparılmışdır. Y.Ş.Kərimov, Ə.S.Bay-
ramov, Ə.Ə.Əlizadə, N.M.Kazımov, Ə.Ş.Həşimov, Y.R.Talıbov,

İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri

9
Ə.A.Ağayev, Ə.X.Paşayev, F.A.Rüstəmov, A.O.Mehrabov,
L.M.Qasımova, R.M.Mahmudova, S.Həmidov, A.Məcidova,
M.M.Əmirov,
C.Əliyeva,
V.V.Kroyevski,
M.A.Skatkin,
L.V.Zankov, A.Q.Kazanski, T.S.Nazarov və başqaları ibtidai
təhsilin məzmununun nəzəri problemləri ilə bağlı məsələlərə
toxunmuşlar. Xüsusən Y.Ş.Kərimov ibtidai təhsilin məzmunu ilə
bağlı müxtəlif problemlərin həll olunması istiqamətində daha geniş
fəaliyyət göstərmiş, özünəməxsus sistem yaratmışdır. Lakin ibtidai
təhsilin ümumpedaqoji problemləri ilə məşğul olan mütəxəssislərin
heç biri onun məzmununun nəzəri-pedaqoji problemlərini xüsusi
tədqiqat obyektinə çevirməmişdir. İbtidai təhsilin məzmununun
təkmilləşdirilməsi ilə bağlı araşdırmalarında onun altı və ya beş
yaşdan başlanması, üçillik və ya dördillik olması ilə əlaqədar
kütləvi pedaqoji eksperimentlər qoyaraq elmi-pedaqoji cəhətdən
əsaslandırılmış nəticələrə gəlmişdir. Lakin onun da tədqiqatlarında
ibtidai
təhsilin
məzmununun
nəzəri-pedaqoji
problemləri
araşdırılmamış, xüsusən ibtidai təhsilin məzmununun prinsipləri,
funksiyaları, struktru sistemli şəkildə öyrənilməmişdir.
Müxtəlif zamanlarda ibtidai təhsilin məzmununun təkmilləş-
dirilməsinə dövrün tələbinə uyğun olaraq yanaşılmış, onun yerinə
yetirilməsi zəruri hesab edilmişdir. Nəticədə müxtəlif vaxtlarda təh-
sil islahatlarından, hökumətin qərar və göstərişlərindən irəli gələn
vəzifə kimi ibtidai təhsilin məzmununda dəyişikliklər aparılmışdır.
1999-cu ildən başlayaraq son dövrədək ümumi təhsil sahəsinə
aid iki hökumət qərarı qəbul edilmişdir. Onlardan birincisi Müstəqil
Azərbaycanın təhsil həyatında ilkin mühüm hadisə kimi dəyərlən-
dirilən “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət stan-
dartları”dır. Bu sənəd 1999-cu ilin aprelində təsdiq olunmuşdur.
İkinci sənəd 2006-cı ilin oktyabrında qəbul olunmuş “Azər-
baycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Kurikulu-
mu)”dur.
Bu sənədlərin hər ikisində ibtidai təhsilin məzmununa tama-
milə yeni aspektdən yanaşılmış, orada nəticələrin müəyyənləşdiril-
məsinə üstün istiqamət kimi xüsusi diqqət yetirilmişdir. 2006-cı ildə

Gülarə Balayeva

10
qəbul olunmuş “Azərbaycan Respublikasında ümumi təhsilin Kon-
sepsiyası (Kurikulumu)”nda ibtidai təhsilin məzmununu təşkil edən
fənlərlə yanaşı, onların əsaslandırılmaları və nəticələri də verilmiş-
dir.
Bu dəyişikliklərin baş verməsində ibtidai təhsil sahəsində əldə
olunmuş təcrübələr, müəllim və mütəxəssislərin praktikaya söykə-
nən fikirləri əsas götürülmüşdür.
Oxuculara təqdim olunan bu kitabda ilk dəfə olaraq ibtidai
təhsilin məzmununun nəzəri-pedaqoji problemləri sistemli şəkildə
araşdırılır.
İbtidai təhsilin məzmununun prinsipləri, funksiyaları müəy-
yənləşdirilir. Yeni mexanizmlər, elementlər əlavə edilməklə ibtidai
təhsilin məzmununun ənənəvi strukturunda dəyişikliklər aparılır,
onun yeni struktur modeli əsaslandırılır.

İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri

Kitabda ibtidai təhsilin məzmununun nəzəri problemləri araşdırılır, ibtidai təhsilin məzmununun prinsipləri, funksiyaları, stuktur məsələləri təhlil edilir.

Kitab müəllimlər və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.

Azərbaycanda aparılan ictimai, iqtisadi və mədəni dəyişikliklər onun müstəqil bir ölkə kimi sürətlə, inkişaf etdirilməsinə yönəlmişdir. Artıq on ildən çoxdur ki, Azərbaycanın təhsil həyatında uğurlu təhsil islahatları həyata keçirilir. Təhsilin bütün pillələrində, o cümlədən ümumi təhsildə köklü dəyişikliklər aparılır. Təhsilin bütün səviyyələrində qlobal dünyanın tələblərinə uyğun standartların, pedaqoji texnologiyaların, idarəetmə və qiymətləndirmə mexanizmlərinin hazırlanması istiqamətində tədbirlər görülür. Ölkəmizin təhsil siyasətinə uyğun olaraq bu işlərin uğurla həyata keçirilməsi, Azərbaycan cəmiyyətinin inkişaf etdirilməsi baxımından daha da təkmilləşdirilməsi hazırkı dövrün ən məsul və ciddi vəzifələrindən hesab edilir. Həmin vəzifələrin reallaşdırılması, həyata keçirilməsi zəruri bir problem kimi gündəmdə dayanır.

Elmi-pedaqoji ictimaiyyətə təqdim olunan Gülarə Balayevanın “İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri” adlı kitabı bu baxımdan aktuallıq kəsb edir. Əsər müəllifin mənim rəhbərliyimlə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə etdiyi eyni adlı dissertasiyanın materialları əsasında hazırlanmışdır. İbtidai təhsilin yenidən qurulması, bir sistem kimi formalaşdırılması onun məzmununun düzgün müəyyənləşdirilməsindən asılıdır. Uzun illər bu bir problem kimi Azərbaycan təhsilində maraq doğurmuş, onun həlli istiqamətində tədbirlər görülmüşdür. Ayrı-ayrı fənlərin tədrisi ilə bağlı aparılmış araşdırmalar daha çox metodik xarakter daşımışdır. Bu kitabda isə ibtidai təhsilin məzmunu, onun nəzəri-pedaqoji problemləri tədqiqat obyektinə çevrilmiş, ciddi araşdırmalar aparılmış, mövcud elmi-nəzəri ədəbiyyata, təhsillə bağlı hüquqi-normativ sənədlərə, bu sahədə qazanılan təcrübəyə istinadən maraqlı ideyalar tədqiqat predmetinə çevrilmişdir.

Kitabın birinci fəslində tədqiqatın ümumi məsələləri müzakirə obyektinə çevrilmişdir. Təhsilin məzmunu mühüm pedaqoji anlayışlardan biri kimi müasirlik müstəvisində araşdırılmış, şəxsiyyətyönümlülük, nəticəyönümlülük prinsipləri əsasında qurulan Azərbaycan təhsilinin tələbləri baxımından dəyişdirilmişdir. Bu gün daha çox eyni semantik məqamlarda işlənən “təhsilin məzmunu” və “təlimin məzmunu” anlayışlarına münasibət bildirilmişdir. Əsərdə ibtidai təhsilin mövcud vəziyyətinin təhlilinə tədqiqatın ümumi məsələləri kimi yanaşılmışdır. Ədəbiyyatın təhlilində ümumləşdirmələr aparılmış, məzmunun müəyyən olunmasının əhəmiyyəti, onun prinsipləri, funksiyaları, struktur xüsusiyyətləri prioritet istiqamətlər kimi diqqət mərkəzində saxlanılmışdır.

İbtidai təhsilin mövcud vəziyyəti araşdırılarkən Azərbaycan hökumətinin 1999-cu ildə, eləcə də 2006-cı ildə ümumi təhsillə, o cümlədən ibtidai təhsillə bağlı sənədlər nəzərdən keçirilmiş, təhlil edilmişdir.

Kitabın ikinci fəsli ibtidai təhsilin məzmununun mühüm pedaqoji problemlərinin öyrənilməsinə həsr olunmuşdur. Tədqiqatın ümumi strukturunda belə bir ardıcıllığın müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İbtidai təhsilin məzmununun pedaqoji problemlərinin araşdırılması qarşıya qoyulmuş məqsədin, müəyyən olunmuş nəzəri müddəaların reallaşdırılmasını təmin edir. Məlum olduğu kimi, pedaqoji ədəbiyyatlarda təhsilin məzmununun müəyyən olunması, prinsipləri ilə bağlı xeyli yanaşmalar vardır. Onların müəyyən qismində həm də konkret olaraq ibtidai təhsilin məzmunundan bəhs edilir. Kitabda bu məsələyə aydınlıq gətirməklə, ümumləşdirilmələr aparılır, təkliflər irəli sürülür. İbtidai təhsilin məzmununun yeni konteksdə qurulması, yeni yanaşmalar əsasında formalaşdırılması barədə aparılan araşdırmalar və alınan nəticələr yenidir. İbtidai təhsilin məzmununun prinsipləri müasir dövrün tələbləri baxımından əhəmiyyətli hesab edilir. İbtidai təhsilin funksiyaları ilə əlaqədar aparılan araşdırmalar da yenidir. Kitabda belə nəticəyə gəlinir ki, bu funksiyaların müəyyənləşdirilməsi müasir məzmunu ifadə edən standartların konkretləşdirilməsi baxımından zəruridir.

İlk dəfə olaraq bu əsərdə ibtidai təhsilin məzmununun nəticəyönümlü strukturu verilir. Yeni struktur modeli, komponentləri, elementləri şərh olunur. İrəli sürülən pedaqoji müddəalar nəzəri və praktik cəhətdən əsaslandırılır. Elmi-nəzəri və praktik əhəmiyyəti ilə seçilən G.Balayevanın “İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri” adlı kitabının elmi-pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşılanacağı şübhəsizdir.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.