Press "Enter" to skip to content

Zina və zinakarların aqibəti haqqında

Sual: Suriyada Əsədin əsgərləri müxalifləri olan müsəlmanların qadınlarına təcavüz edirmiş. Müxaliflər də, “Əsəd tərəfdarlarının qadınları hərb əsiridir” deyə nökər olaraq istifadə edirlərmiş. Bunlar uyğundur?

Zina

Sual: Üzümdəki sızanaqların keçməsi üçün evlənməyimi və ya fahişəxanaya getməyimi söylədilər. Hətta, “Evlənmədən əvvəl mütləq fahişəxanaya getmək lazımdır” deyirlər. Subaya da zina haram deyilmi?

CAVAB

Bunları din cahilləri söyləyər. Zina, subay-evli hər kəs üçün böyük günahdır. Bir neçə ayəti-kərimə məali:

“Zinaya yaxınlaşmayın! O, həyasızlıq, çirkin, aşağı bir iş, pis bir yoldur.” [İsra 32]

“Möminlərə söylə harama baxmasınlar və övrət yerlərini haramdan qorusunlar!” [Nur 31, 32]

“Möminlər namazlarını huşu içində qılar, boş, lazımsız şeylərdən üz çevirər, zəkatlarını verər, iffətlərini qoruyar, əmanət və əhdlərinə riayət edərlər.” [Möminun 1-8]

Fuhuşun açığına da, gizlisinə də yaxınlaşmayın!” [Ənam 151]

Buradakı yaxınlaşmayın demək zinaya aparacaq səbəblərdən, hərəkət və işlərdən çəkinin, yad qadınları düşünməyin, onlarla danışmayın, onların səslərini dinləməyin, onlara baxmayın, onlara toxunmayın deməkdir.

Hədisi-şəriflərdə də buyuruldu ki:

“Allah qatında zinadan böyük günah yoxdur.” [R.Nasıhin]

“Sizin üçün ən çox qorxduğum şey zinadır.” [Tabərani]

“Zina etməyin, qadınların cazibəsi [gözəlliyi, cazibədarlığı] və sevgisi gedər, soyuqluq başlayar.” [İ.Nəccar]

“Yuxumda ayaqyolundakı nəcasət kimi pis iy verən kəslər gördüm. Sonradan bunların zina edənlər olduğunu öyrəndim.” [İ.Hibban]

“Zina yoxsulluğa yol açar.” [Beyhəqı]

“Gəncliyini zinadan qoruyan [mömin], Cənnətə girər.” [Beyhəqı]

“Bir qadın beş vaxt namazını qılar, namusunu qoruyar, əri ilə yaxşı dolanarsa, dilədiyi qapıdan Cənnətə girər.” [İbni Hibban]

“Bir yerdə, zina və riba (faiz) çoxalarsa, o yerin xalqı bəlaya məruz qalar.” [Hakim]

“Zina kasıblıq gətirər.” [Buxari]

“Zinaya davam edən bütpərəst kimidir.” [Haraiti]

“Zina edənin üzü Cəhənnəmdə odla yanar.” [Tabərani]

“Yeddi qat göy və yer zina edən qocalara davamlı lənət edər.” [Bəzzar]

“Zina edənlərin övrətlərinin qoxusu bütün Cəhənnəm xalqına əza verər.” [Bəzzar]

“Pis qadınlar çoxalıb, zina cəmiyyət içində yayılarsa, xalq daha əvvəl görülməmiş yoluxucu xəstəliklərə məruz qalar.” [Beyhəqı]

“Bir facirə [pis] qadının fücuru [günah] min kişinin fücuru kimi və bir yaxşı qadının yaxşılığı, yetmiş sıddiqin yaxşılığı kimidir.” [Əbu Nuaym]

“Namusunuzu qoruyun, zina etməyin! Namusunu qoruyana Cənnət vardır.” [Hakim]

“Pislikdən qorunmaq üçün nikahlı yaşayın və iffətli olun!” [İbni Asakir]

“Onun, bunun zövcəsini, qızını yoldan çıxardan bizdən deyildir.” [İ.Əhməd]

“Zina edən eyni şeyə məruz qalar.” [İ.Nəccar]

[“Çalma başqasının qapısını, çalarlar qapını”, “ Edən görər” deyilmişdir.]

Göz zinası

Sual: Zərurətsiz qadınlara baxmaq və toxunmaq günahdır?

CAVAB

Bəli günahdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Qadına şəhvətlə baxanın gözlərinə ərimiş qurğuşun tökülüb Cəhənnəmə atılar.” [M.Enhür]

“Əzabı-İlahidən qorxaraq gözünü yad qadından çevirənə Allahu təala ibadətin dadını hiss etdirər.” [Hakim]

“Harama baxmayan gözlər Cəhənnəm atəşi görməz.” [İsfəhani]

“Qonşu qadına, dostunun xanımına şəhvət ilə baxmaq, yad qadına baxmaqdan on qat daha günahdır. Evli qadına baxmaq, qızlara baxmaqdan min qat daha günahdır. Zina günahları da belədir.” [Tabərani]

“Övrət yerini açana, başqasının övrət yerinə baxana Allah lənət etsin!” [Beyhəqı]

“Qadının üzündən və iki əli ovucundan başqa bütün bədəni övrətdir.” [M. Enhür]

“Qadınlarla bir yerdə tək qalmaqdan çəkinin. Allahu təalaya and içirəm ki, bir kişi bir qadınla tək qalanda aralarına şeytan girər. Bir kimsənin palçıqlı bir donuzla sıxışmış vəziyyətdə olması, o kimsə üçün özünə halal olmayan bir qadına toxunmasından daha yüngül olar.” [Tabərani]

Həzrəti Aişə anamız buyurdu ki:

“Peyğəmbər əfəndimiz ona halal olan qadınlardan başqa heç bir qadınla toxunmadı.” [Buxari, Müslim]

Qadınların Quranı-kərim, mövlud, ilahi oxuyaraq səslərini kişilərə eşitdirmələri haramdır. [Mikrafon , radio və TV ilə eşitdirmələri isə məkruh olar.] (Tərqibüssalət, Hadiqa)

Sual: Məaldən oxudum ki, zina etmiş bir qadınla heç evlənilməz?

CAVAB

Məaldən, təfsirdən din öyrənilməz. Zina etmiş qadınla evlənmək caizdir. Çünki, “Zina edən qadını başqa kişilər nikah edə bilməz” məalindəki ayəti-kərimə nəsh (başqa hökmlə qüvvədən düşmüşdür) edilmişdir.

Sual: AİDS haqqında hədisi-şəriflər var deyirlər, doğrudur?

CAVAB

Firəngi və Aids kimi yoluxucu xəstəliklər Avropadan [Firəngdən] gəlmişdir. Köhnədən Avropadan gələn şeylərə firəng malı deyilərdi. Firəng üzümü, firəng köynəyi kimi. Zina ilə yayılan xəstəliyə də onlardan keçdiyi üçün firəngi deyilmişdir. Bir hədisi-şərifdə, “Pis qadınlar çoxalıb zina cəmiyyətdə yayılarsa, xalq daha əvvəl görülməmiş yoluxucu xəstəliklərə məruz qalar” buyurulur. Firəngi kimi Aids də daha əvvəl görülməmişdi. İndiyə qədər görülməmiş daha başqa xəstəliklər də çıxa bilər. Onun üçün bu hədisi-şərifdə bildirilən xəstəliyə tək Aids demək səhv olar. Avropadan gələn Firəngi, bel soyuqluğu da sonradan meydana çıxmışdır.

Sual: Zina edənin zina etdiyi ilə evlənmə məcburiyyəti vardır?

CAVAB

Sual: Zina edənin nikahına zərəri olar?

CAVAB

Nikahına zərəri olmaz. Fəqət zina ən böyük günahlardandır.

Sual: Zinanın zərərləri nələrdir?

CAVAB

Zinanın zərərləri çoxdur. Bir hədisi-şərif məali belədir:

“Zinanın dünyada üç zərəri vardır:

Axirətdəki üç zərəri:

  • Allahu təala qəzəb edər.
  • Sorğu-sualı, hesabı çətin keçər.
  • Cəhənnəm atəşində əzab çəkməyə səbəb olar.” [Tabərani]

Göz zinası

Sual: Zina, qeyri-qanuni əlaqə demək deyilmi? Göz zinası da deyilir. Gözlə əlaqə olar?

CAVAB

Zina, haram olan əlaqə demək isə də, harama baxmaq da gözlə işlənən haram olur. Bu harama göz zinası deyilir. Bir hədisi-şərif məali belədir:

“Gözlərin zinası harama baxmaq, qulaqların zinası ədəbsiz söz dinləmək, dilin zinası əxlaqsız sözlər danışmaq, əllərin zinası naməhrəmi tutmaq, ayaqların zinası günah olan yerlərə getməkdir.” [Buxari]

Demək ki, hər üzvün bir zinası olur. Burnun da zinası olur. Bir hədisi-şərif məali:

“Ətir vurub çölə çıxan və qoxusunu hiss etdirmək üçün bir camaatın yanından keçən qadına və ona baxana [onu qoxulayana] zina günahı yazılar.” [Nəsai]

Buradakı da burnun işlədiyi qoxlama zinası olur. Bir də qadına baxmışsa, göz zinası da olur. Öpərsə dodaq zinası işləmiş olur. Şəhvətlə və ya lazımsız danışarsa dil zinası olur. Toxunarsa və ya zərurətsiz əlindən tutarsa əl zinası olar. Bir hədisi-şərif məali belədir:

“Adamın başına dəmir bir şişin batması, yad qadına toxunmasından daha yüngül olar.” [Tabərani, Beyhəqı]

O halda zinanın hər növündən uzaq dayanmaq lazımdır. Quranı-kərimdə, “Zinaya yaxınlaşmayın” buyurulur. Bu, zinaya aparacaq bütün işlərdən uzaq dayanın deməkdir.

Döyüş bəhanəsiylə

Sual: Suriyada Əsədin əsgərləri müxalifləri olan müsəlmanların qadınlarına təcavüz edirmiş. Müxaliflər də, “Əsəd tərəfdarlarının qadınları hərb əsiridir” deyə nökər olaraq istifadə edirlərmiş. Bunlar uyğundur?

CAVAB

Xəbər doğru isə hər iki tərəfin etdikləri də dinimizə ziddir.

Zina və zinakarların aqibəti haqqında

Zinakarlar haqqında
Zina bəhsinə daxil olmazdan öncə mühüm bir nöqtəni xatırlatmaq yerinə düşərdi. Əgər tarixə nəzər salsaq, hər hansı bir millətin din, etiqad, şərafət və insanlıq baxımından süqut etməsinin səbəbini, həmin millətin daxilində yoluxucu xəstəlik kimi yayılmış əxlaqsızlığın nəticəsi olduğunu görərik.
Bir çox böyük şəxsiyyətlərin qamətini qıran və onları ən alçaq dərəcəyə çatdıran ahu gözlü, şux qamətli qadınlar olmuşlar. Belə ki, Napaleon bu barədə deyir:
“Gözəl bir qadına olan cinsi meyldən başqa heç bir qüvvə məni təsir altına sala bilməz.”
Hal-hazırda güclü dövlətlər öz rəqiblərini məğlub etmək və onların dövlət sirlərini öyrənmək üçün ən gözəl qadınlardan casus kimi istifadə edirlər. Bəzən bir gecədə alçaq dövlət adamları bütün ölkəni bir qadının aldadıcı gözəlliyinə qurban verirlər.
Şəhvət, həvəs, şorgözlük dalınca gedənlərin aqibəti çox pis olacaqdır. O cümlədən:
1-Günaha aludə olmaq;
Şəhvətdə ifrata varmaq insanı istər-istəməz şəxsiyyətsizliyə aparıb çıxarır.
Şəhvət insanın çirkinlikləri gözəl və gözəllikləri çirkin görməsinə səbəb olur.
2-Ağlın fəsadı;
Şəhvətpərəstlik qalın bir pərdə kimi insanın ağıl və düşüncəsinin üzərini örtür. Nəticədə şəhvətpərəst insan haqqı batil, batili isə haqq kimi görür. Əmirəlmöminin Əli (ə) bu barədə buyurur: “Şəhvətpərəstlik ağlı fasid edir.”
3-Ləkələnmək;
Şəhvətpərəstlik insan heysiyyətini ləkələyir. Həzrət Əli (ə) buyurmuşdur:
“Şəhvətdə ifrata varmaq insan şəxsiyyətinin ləkələnməsinə və insanlığın, mürüvvətin aradan getməsinə səbəb olur.”
4-Rüsvayçılıq.
Şəhvətpərəst insan gec-tez hamı yanında rüsvay olur və abır-həyası aradan gedir.
Misir padşahının arvadı Züleyxanı buna misal göstərə bilərik. Züleyxa hədsiz şəhvət və Yusifə (ə) olan yersiz eşqi nəticəsində aləmdə rüsvay oldu. O, həm özünü və həm də saray qadınlarını rüsvay etdi.

Edit By: More..

OXŞAR XƏBƏRLƏR

Bir millətin məhv olma səbəbləri hansılardır?

Tatuirovka etmə (Bədənə şəkillər döymə)

Günah imanın düşmənidir

RƏY ƏLAVƏ ET
XƏBƏR LENTİ
20:00, 30-09-2022 01.10.2022 Gündəlik Bürclər (1 Oktyabr 2022 Günlük Bürclər)
19:00, 30-09-2022 Qarışıq Moda Şəkilləri
18:00, 30-09-2022 Kişini özünə CƏLB ETMƏYİN YOLLARI – Onlardan kömək istəyəndə.
18:00, 30-09-2022 “Sekssiz və həyəcansız evlilik. ” – PSİXOLOQLARDAN HƏYƏCAN TƏBİLİ
16:00, 30-09-2022 Günəbaxan tumunun MÖCÜZƏVİ FAYDALARI
15:00, 30-09-2022 Bu 5 sirri heç vaxt sevgilinizə açmayın, yoxsa.
13:00, 30-09-2022 Bürclər Haqqında Maraqlı Məlumatlar (434) – Foto
12:00, 30-09-2022 Ölmüş yaxınlarımızı niyə yuxuda görürük? – Bunu bilməlisiniz!
10:00, 30-09-2022 Mal ətli qozlu salat resepti
09:00, 30-09-2022 Tarixdə Bu Gün – 30 Sentyabr
20:00, 29-09-2022 30.09.2022 Gündəlik Bürclər (30 Sentyabr 2022 Günlük Bürclər)
19:00, 29-09-2022 Modamı Dediniz – Qarışıq Şəkillər (349)
18:00, 29-09-2022 Romantika yoxsa Ehtiras ?
16:00, 29-09-2022 Ədəd və rəqəmlərin özlərinə xas maraqlı xüsusiyyətləri
15:00, 29-09-2022 Saçları necə yumaq lazımdır?
13:00, 29-09-2022 Bürclər Haqqında Maraqlı Məlumatlar (398) – Foto
12:00, 29-09-2022 Əsiz xanımlar, əslində kişini ələ keçirmək çox asandır.
11:00, 29-09-2022 Tarixdə Bu Gün – 29 Sentyabr
10:00, 29-09-2022 Yuxaları Tək-tək Açılmayan, Ən Asan Qoğal: Şorqoğal Resepti – Video Resept
21:00, 28-09-2022 Qisas Yazılı Şəkilləri (81)
20:00, 28-09-2022 29.09.2022 Gündəlik Bürclər (29 Sentyabr 2022 Günlük Bürclər)
19:00, 28-09-2022 Modamı Dediniz – Qarışıq Şəkillər (125)
16:00, 28-09-2022 Ev şəraitində sinəni necə böyütmək olar?
15:00, 28-09-2022 Cadu və nəzəri yumurta ilə necə çıxartmaq olar?
13:00, 28-09-2022 Bürclər Haqqında Maraqlı Məlumatlar (470) – Foto
12:00, 28-09-2022 Xəyallarımızdakı evlər silsiləsindən – FOTOLAR
10:00, 28-09-2022 Limonlu kremli sokoladli tort – HAZIRLANMA QAYDASI
09:00, 28-09-2022 Tarixdə Bu Gün – 28 Sentyabr
20:00, 27-09-2022 28.09.2022 Gündəlik Bürclər (28 Sentyabr 2022 Günlük Bürclər)
POPULYAR XƏBƏRLƏR

  • GÜNLÜK
  • HƏFTƏLİK
  • AYLIQ

ƏN SON MUSİQİLƏR
13:10, 2-05-2023
13:10, 2-05-2023
13:10, 2-05-2023
13:10, 2-05-2023
13:10, 2-05-2023

Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır. Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə yalnız müəlliflər məsuliyyət daşıyır.

Domain Registrant: Səxavət Əliyev

Zina etmiş insan necə tövbə etməlidir?

Salam. evli bir qadin zina edibse o nece bağişlatdira biler özünü tanriya. Birdeki evli qadin zina ederse onun yoldaşıyla kebini pozulurmu.

Zinanın cəzası

Zina (ailədən kənar cinsi əlaqə) ən böyük günahlardandır. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və ondan sonrakı dövrlərdə zina etdiyi sübut olunmuş adama ağır cəza verilirdi. Bu günahın axirətdəki cəzası isə qat-qat şiddətlidir. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zina edənlərin qəbir əzabı haqqında demişdir ki: “Onlar təndirə bənzər, üstü dar, altı geniş bir oyuğun içində olacaq. Bu oyu­ğun altında hər dəfə atəş alovlanır, alov hər dəfə günahkarlara yaxınlaşdıqda on­lar yuxarı qalxacaq, hətta, az qalacaq ki, oradan bayıra çıxsınlar, alov sən­gi­dik­də isə geri çəkiləcəklər (bu hal qiyamətə qədər davam edəcək). Kişi və qadınlar orada lüt olacaqlar”. (əl-Buxari).

Tövbə etmək və xeyirli işlər görmək

Amma heç bir müsəlman Allahın rəhmətindən ümidini üzməməli və tövbə etməlidir. Abdullah ibn Abbas (Allah onların ikisindən də razı olsun) rəvayət edir ki, müşriklərdən adam öldürmüş və bunu xeyli etmiş, zina etmiş və bunu xeyli etmiş bir qrup adam peyğəmbərin yanına gəlib dedilər: “Sənin söylədiklərin və bizi dəvət etdiklərin gözəldir. Bircə bizə bizim bu işlədiklərimizə görə kəffarənin olub-olmadığını söyləsəydin?” Bu əsnada, “Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhm­­lidir!” (əl-Furqan, 68-70) və “(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir! Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz.” (əz-Zumər surəsi) ayələri nazil oldu”. (əl-Buxari, 4436; Muslim, 174).

Ona görə də səmimi qəlbdən peşman olaraq tövbə etmək, bağışlanma diləmək və bir daha bunu etməyəcəyinə qəti qərar vermək, həmçinin çoxlu xeyirli əməllər etmək lazımdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Pisliyin ardınca yaxşılıq et ki, bu yaxşılıq, həmin pisliyi silib aparsın”. (ət-Tirmizi, 1987).
Yaxşı əməllərə misal olaraq, çoxlu namaz qılmaq və gecə namazlarını da qılmaq, gecənin son üçdə birində dua etmək, valideynlərə yaxşılıq etmək, çoxlu sədəqə vermək, oruc tutmaq və s. göstərmək olar.

Günahı gizlətmək

Müsəlman həmçinin həm başqalarının, həm də özünün günahlarını gizlətməlidir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: “Allahın qadağan etdiyi iyrənc şeylərdən uzaq durun. Kim bu qəbildən olan bir (günah) işlərsə, qoy bunu Allahın örtməsi ilə örtsün”. (Hədis səhihdir. əl-Beyhəqi).
“Allah bu dünyada hansı qulunun (günahını) örtərsə, qiyamət günü də onun (günahını) örtər”. (Muslim, 2590).
Kəbinə gəldikdə isə, bunun şiddətli günah olmasına baxmayaraq, bu halda kəbin pozulmur. Amma ərin zina etmiş qadını boşama haqqı var.
Həmçinin oxuyun: Zina və ondan necə qorunmaq haqqında

Comments are closed, but trackbacks and pingbacks are open.