Press "Enter" to skip to content

Habsburqların avstriya monarxiyası xvii əsrin ii yarısı 1867-ci ildə

Podolya əyaləti və ukrayna Polşaya verildi, bəzi qalalar isə osmanlılara geri qaytarıldı. Polyakların Krım xanlarına ödədikləri illik xərac ləğv olundu.

Habsburq monarxiyası

Habsburq monarxiyası — Habsburqlar sülaləsinin Avstriya budağının hakimiyyəti altında olan konqlomerat dövlətlərin qeyri-rəsmi adı.

Habsburq monarxiyasının bayrağı

Adətən Avstriya ersherosqu I Ferdinandın 1526-cı ildə Çexiya və Macarıstan taxtlarını ələ keçirməsindən 1804-cü ildə Avstriya imperiyasının yaranmasına qədər olan dövrlə əlaqəli olaraq istifadə olunur. “Habsburq monarxiyası” termini də 1276-cı ildən (Avstriyada Habsburg hakimiyyətinin başlanğıcı) 1918-ci ilə qədər (Avstriya-Macarıstanın süqutu) qədər geniş mənada istifadə edilə bilər. 1804-cü ilə qədər Habsburqların hakimiyyəti altındakı ərazilər vahid rəsmi ada malik deyildi.

Habsburg imperatorluğu, İspaniya, İspaniya Hollandiyası, Franş-Konte, Lombardiya, Neapol krallığı, Siciliya, Sardiniya və İspaniyanın Amerikan mülkləri də daxil olmaqla Müqəddəs Roma İmperatoru V Karl hakimiyyəti altındakı dövlət qurumlarının məcmusuna istinad etmək üçün geniş istifadə olunur. Habsburq sülaləsindən olan monarxlar da 1439-1806-cı illərdə Müqəddəs Roma İmperatoru idilər. (1740-1745-ci illər istisna olmaqla).

ABŞ XIX əsr – XX əsrin əvvəllərində

İstiqlaliyyət müharibəsi ABŞ-ın iqtisadi inkişafı üçün əlverişli şərait yaratmışdı. 1800-cü ildə prezident seçilmiş T.Ceffersonun hakimiyyəti dövründə dövlətçilik möhkəmləndirildi, seçki senci ləğv edildi, borclular və məhbuslar üçün daha hümanist qanunlar qəbul edildi. Qərbə doğru hərəkat genişləndirildi. Ingiltərənin Şimali Amerikadakı müstəmləkələrini geri qaytarmaq cəhdi 1812-ci ildə müharibəyə səbəb oldu. Ingiltərə məğlub oldu və 1814-cü ilin dekabrında Kent müqaviləsini imzaladı. Müqaviləyə görə İngiltərə ABŞ-a öz müstəmləkəsi kimi baxmaq iddiasından əl çəkdi. 1812-1814-cü illər müharibəsi ABŞ tarixində ikinci istiqlaliyyət müharibəsi adlanır. xıx əsrin əvvəllərində Avropada aparılan aramsız müharibələr ABŞ-a öz ərazisini genişləndirmək imkanı vermişdi. Luiziana, Florida, Texas və Şimali Kaliforniya torpaqlarının hesabına ABŞ-in ərazisi üç dəfədən çox artmışdı. Qərb torpaqlarının mənimsənilməsi ABŞ-da kapitalizmin inkişafı üçün geniş imkanlar açırdı. Iqtisadi inkişaf Şimal və Cənub ştatlarında fərqli yollarla gedirdi. Şimalda fermer təsərrüfatı üstünlük təşkil edirdi. Kənd təsərrüfatında kapitalizmin inkişafının fermer yolu ABŞ iqtisadiyyatının sürətlə inkişafına kömək edirdi. Plantatorlar qullara qarşı irqi ədavəti qızışdırırdılar. Irqçilik getdikcə daha dərin kök salırdı. 30-cu illərdə quldarlığa qarşı abolisionistlər hərəkatı geniş vüsət almışdı. Bu hərəkat iştirakçıları quldarlığa son qoyulmasını tələb edirdilər.

1823-cü ildə ABŞ prezidenti Ceyms Monronun müraciəti Konqresdə oxundu. “Monro doktrinası” kimi tanınan bu müraciət “Müqəddəs ittifaq”ın İspaniyanın keçmiş müstəmləkələrində öz ağalığını bərpa etmək istəyinə qarşı irəli sürülmüşdü. “Monro doktrinası”nda dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-ın Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerika dövlətlərinin daxili işlərinə qarışmamaq tələb olunurdu. “Monro doktrinası” Qərb yarımkürəsində ABŞ-ın nüfuz dairəsini genişləndirmək imkanını artırırdı. 1854-cü ildə Respublikaçılılar partiyası yaradıldı. Partiya quldarlıq əlehdarlarının mərkəzinə çevrilmişdi. Partiyanın bazasını fermerlər və şəhərlərin xırda burjuaziyası təşkil edirdilər. 1860-cı il noyabr prezident seçkilərində Respublikaçılar partiyasından Avraam Linkoln (1809-1865) prezident seçildi. Bu quldarların siyasi ağalığının sonu demək idi. Cənublular Linkolnun prezident seçilməsinə qiyamla cavab verdilər. Cənubi Karolina ştatı İttifaqdan çıxdı. 1861-cı ilin fevralında bu ştatlar ayrıca Konfederasiya halında birləşdilər. Cefferson Devisi Konfederasiyanın prezidenti seçdilər. Indi ölkədə iki konqres və iki ordu vardı. 1861-1865-ci illərin vətəndaş müharibəsinin əsas səbəbi sənayecə inkişaf etmiş Şimalla və quldarlıq təsərrüfatının hökm sürdüyü Cənub arasında ziddiyyətlərin kəskinləşməsi idi. Kapitalist Şimalın apardığı müharibə ədalətli müharibə idi.

Əslində, bu vətəndaş müharibəsini özünəməxsus burjua inqilabı, ikinci Amerika inqilabı adlandırmaq daha doğru olardı. Müharibəsinin birinci mərhələsində (1861-1862) şimallılar bir sıra ciddi məğlubiyyətə uğradılar. Bu məğlubiyyətlərin əsas səbəbləri Linkoln hökumətinin quldarlığın ləğv olunduğunu elan etməməsi və Homstedlər (ingiliscə-boş ev, yer deməkdir. Qərb torpaqlarının pulsuz istifadəyə verilməsi nəzərdə tutulurdu) haqqında məsələnin həllini uzatması idi. Xalqın təzyiqi ilə Linkoln hökuməti 1862-ci ilin mayında Konqresdə Homstedlər haqqında qanun qəbul edilməsinə nail oldu. Qanuna görə torpağı becərmək istəyən hər bir amerikalı pulsuz olaraq 160 akr (65 ha) torpaq sahəsi ala bilərdi. Həmin ilin sentyabrında Linkolnun imzaladığı “Azadlıq haqqında bəyənnamə”yə əsasən 1863-cü il yanvarın 1-dən quldarlığın ləğv edildiyi elan edilirdi. Linkoln hökumətinin həyata keçirdiyi inqilabi-demokratik tədbirlər ikinci mərhələdə inqilabi müharibəyə keçilməsi üçün şərait yaratmışdı. 1865-ci ilin aprelində şimallıların qoşunları Konfederasiyanın paytaxtı Riçmondu tutdular. Beləliklə, müharibə başa çatdırıldı. 1865-ci il aprelin 14-də Vaşinqton teatrlarından birində tamaşa zamanı cənubluların agenti tərəfindən prezident Linkoln öldürüldü. Bu hadisədən sonra Cənubda irtica gücləndi. 1866-cı ildə Konqres zəncilərin vətəndaşlıq hüquqları haqqında qanun qəbul etdi. Konstitusiyaya düzəlişə görə zəncilər ağlarla bərabər mülki və siyasi hüquqlar aldılar. Inqilab nəticəsində quldarlıq ləğv edildi. Aqrar məsələ həll olundu.

Ölkədə siyasi hakimiyyət burjuaziyanın əlinə keçdi. Bütün bunlar ölkənin sürətli iqtisadi tərəqqisinə yol açdı.xx əsrin əvvəllərində ABŞ-ın coşğun iqtisadi inkişafı üçün əlverişli şərait yaranmışdı. Sənaye istehsalının həcminə görə ABŞ dünyada birinci yerə çıxmışdı. Bu dövrdə ABŞ-da yeni sənaye sahələri – avtomobil, elektrotexnika, neft və kimya sənayesi sürətlə inkişaf edirdi. Birinci Dünya müharibəsi ərəfəsində ABŞ-da İngiltərə, Fransa və Almaniyanın birlikdə istehsal etdikləri qədər çuqun və polad istehsal olunurdu. Iqtisadiyyatın bütün sahələrində inhisarların təsiri güclənmişdi. Ilk tresti Con Rokfeller yaratmışdı. Əvvəllər hərbi mallar satmaqla varlanan Rokfellerin Birinci dünya müharibəsi ərəfəsində “Standart Oyl” tresti Yer kürəsinin ən böyük neft inhisarlarından birinə çevrilmişdi. ABŞ-ın digər ən iri inhisarçısı D.Morqanın “Polad tresti” idi. 1900-1903-cü illərin dünya iqtisadi böhranı ABŞ-dan da yan keçməmişdi. Orta və xırda burjuaziya nümayəndələri böhrandan çıxmaq üçün islahatlar keçirilməsini tələb edirdilər. Reformist xəttin ən görkəmli nümayəndələri Teodor Ruzvelt və Vudro Vilson idilər. 1900-cü ilin seçkilərində Respublikaçılar partiyası qələbə çaldı və U.Makkinli prezident oldu. Lakin Makkinli 1901-ci ilin sentyabrında sui-qəsd nəticəsində öldürüldü. Konstitusiyaya görə vitse prezident Teodor Ruzvelt prezidenti əvəz etdi. Prezident T.Ruzveltin vaxtında iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi istiqamətində ilk addımlar atılırdı. Bu cəhətdən Konqres tərəfindən qəbul edilən “trestlər əleyhinə” qanunlar mühüm əhəmiyyətə malikdir.

Bu qanunların verilməsi nəticəsində iri trestlərin və digər inhisarların fəaliyyəti dövlətin nəzarəti altına keçirdi. Ruzvelt kapitalın həddindən artıq mərkəzləşməsinin əleyhinə idi. Ruzvelt hökuməti xarici siyasətdə “böyük dəyənək”, yəni zor işlətmək siyasətini davam etdirirdi. Latın Amerikası ölkələrində təkbaşına ağalığını qurmağa çalışan ABŞ prezidenti Ruzvelt açıqca bildirirdi ki, “Monro doktrinası”na əsaslanaraq ABŞ Latın Amerikası ölkələrinin Avropa dövlətləri ilə mübahisələrini nizama salmaq məsuliyyətini öz üzərinə götürməlidir. Bu siyasət 1908-ci ilin prezident seçkilərində qalib gələn Uilyam Taftın vaxtında da davam etdirilirdi. Iqtisadi, diplomatik və hərbi təzyiq metodlarından istifadə edən ABŞ Mərkəzi Amerika ölkələrini tədricən öz yarımmüstəmləkəsinə çevirmişdi. ABŞ-ın Latın Amerikası ölkələrini əsarət altına salan bu siyasəti isə “dollar diplomatiyası” adını almışdı. Demokrtlar partiyası 1912-ci il seçkilərində Vudro Vilsonun namizədliyini irəli sürdü. Onun proqramında gömrük vergilərinin azaldılması, trestlər əleyhinə qanunların qəbul edilməsi, fermerlərə kredit buraxılması, müstəqil əmək nazirliyi yaradılması, dövlət müəssisələrində 8 saatlıq iş günü qoyulması və s. məsələlər vardı. Seçkilərdə qələbə çalan V.Vilson ilk çıxışlarından birində islahatların zəruri və hətta labüd olduğunu bildirmişdi. Onun hakimiyyətinin ilk dövrü “yeni demokratiya” dövrü adını almışdı. Vilson hökumətinin ən böyük nəaliyyəti Konqres tərəfindən Bank islahatı haqqında qanunun qəbul edilməsi oldu. Yeni qanuna görə ölkə 12 bölgəyə bölünürdü və onların hər birində Federal ehtiyyat bankı yaradıldı.

Vaşinqtonda yerləşən Federal ehtiyyat idarə bu bankların fəaliyyətinə nəzarət edirdi. Vilsonun prezidentliyi dövründə seçki sisteminin demokratikləşdirilməsi üçün tədbirlər görüldü. 1913-cü ildən senatorların bilavasitə xalq tərəfindən seçilməsi haqqında konstitusiyaya edilən 17-ci düzəliş qüvvəyə mindi. Əmək nazirliyi də yaradıldı.

  • Teqlər:
  • Amerika tarixi
  • , ABŞ tarixi

Türkiyə XVII əsrin II yarısı-XVIII əsrdə-3cü dərs

Avstriyanın Macarıstanda təkbaşına ağalığa nail olmaq cəhdi ,1664-cü ildə Türkiyə ilə müharibəyə səbəb oldu. Baş vəzir Fazil Əhməd paşanın başçılığı ilə Osmanlı ordusu Macarıstana doğru irəlilədi. Avstriyalıların möhkəmlənmiş olduqları və alnmaz saydıqları Uyyar qalası alındı. Avstriya imperatoru təkbaşına türklərlə vuruşa bilməyəcəyini anlayaraq Vatikandan və Avropa dövlətlərindən yardım istədi.

Fransa Türkiyə ilə dost münasibətlərdə olmasına baxmayaraq, 6minlik bir dəstəni köməyə göndərdi. Lakin Fazil Əhməd Paşa bəzi qalaları aldıqdan sonra Avstriya ordusunu darmadağın etdi. Avstriya imperatoru sülh təklif etdi. Lakin bu zaman Osmanlı ordusu Sen Qotar yaxınlığında Rab çayını keçərkən düşmənin məharətlə həyata keçirdiyi bir əməliyyat nəticəsində məğlubiyyətə uğradıldı. Türklər 10 min nəfər itki verdilər.

Osmanlı dövləti ilə Avstriya arasında bağlanmış sülh müqviləsinə görə Avstriyanın ələ keçirilmiş Uyyar və başqa qalaları geri qaytarıldı.

Avstriya ilə sülh bağlandıqdan bir il neçə il sonra Osmanlı dövləti Ukraynada nüfuz dairəsi üstündə Polşa ilə müharibəyə başladı. 5 il davam edən bu müharibədə türklər uğur qazandılar. Polşa Osmalının Ukrayna üzərində hakimiyyətini qəbul etdilər.

1681-ci ildə Avstriya ilə münasibətlər yenidən pisləşdi. Qatı katolik olan Avstriya

Imperatoru protestant macarları zorla katolikləşdirmə siyasəti yeritdiyindən, macarlar Tekeli İmrenin başçılığı ilə üsyana başladılar və yardım üçün Türkiyəyə müraciət etdilər.

1683-cü ildə Osmanlı ordusu baş vəzir Qara Mustafa paşanın başçılığı ilə Dunay çayını keçdi. İyulun ortalarında Vyana şəhəri mühasirəyə alındı. Mühasirə 2 ay davam etdi. Türklər şəhər üzərinə 18 dəfə hücum etsələr də müvəffəqiyyət qazana bilmədilər. Vyananın mühasirəsinin uzanması düşmənə vaxt qazandırdı. Papanın təhriki ilə bəzi Avropa dövlətləri osmanlılara qarşı birləşdilər. Avstriyalılardan,almanlardan,polyaklardan ibarət 100 min nəfərlik ordu 1683-cü ilin sentyabrın əvvəlində Vyanaya yaxınlaşdı.

Qara Mustafa paşa böyük bir ordunun düşmənə köməyə gəlməsi xəbərini eşidib Krım xanına onların Dunay çayından keçməsinə imkan verməməyi tapşırdı. Ancaq baş vəzirlə ədavəti olan Krım xanı bu tapşırığı yerinə yetirmədi.

Kalenberq dağı yanında başlanan döyüşdə türk ordusunun hər iki cinahı pozuldu. Mərkəzdə isə düşmənin aramsız hücumlarına baxmayaraq, müqavimət axşama qədər davam etmişdi.Nəhayət, Qara Mustafa paşa Yanıqqalaya doğru güri çəkilməyə məcbur oldu. O burada ordunun qalıqlarını toplayıb Budapeştə gəldi. Orduda nizam-intizamı bərpa edib, Belqrada döndü. Lakin düşmənləri vəziri xəyanatda günahlandırıb onun edamına nail oldular.

Osmanlıya qarşı “Müqəddəs birliy”in yaradılması. Karlovitsa sülh müqavilələri.

Vyana ətrafında türk ordusunun məğlubiyyəti Avropada böyük sevincə səbəb oldu. Bir sıra xristian dövlətləri bu fürsətdən istifadə edərək, türkləri Avropadan qovub çıxarmaq planını həyata keçirməyə başladılar. Roma papası təkidlə bu dövlətləri Türkiyəyə qarşı birləşməyə çağırdı. 1684-cü ildə Avstriya, Polşa, Venetsiya, Malta “Müqəddəs birlik” adlanan ittifaq təşkil etdilər. 1686-cı ildə Rusiya da bu ittifaqa qoşuldu. Yalnız Fransa bu ittifaqa qoşulmadı. Müttəfiqlər hər tərəfdən Osmanlı ərazilərinə basqınlar etməyə başladılar. Müharibə 10 ildən çox davam etirildi.

1686-cı ildə “Müqəddəs birliy”in birləşmiş ordusu şiddətli müqavimətdən sonra Budapeşti tutdu. 150 ildən bəri Türkiyənin əlində olan Budapeştin itirilməsi böyük çaxnaşmaya səbəb oldu. Türklər kütləvi surətdə Dunayın cənubuna keçməyə başladılar.1687-ci ildə Süleyman paşanın komandanlığı ilə osmanlı ordusu Moxaç yaxınlığında ağır məğlubiyyətə uğradıldı. Bu məğlubiyyətdən sonra yeniçərilər və sipahilər qiyam qaldıraraq İstanbula döndülər. Sultan IV Mehmet taxtdan salındı və yerinə II Süleyman sultan oldu.

Düşmənlər Macarıstanın çox hissəsini, Belqradı, Dalmasiya və Bosniyanın da bəzi hissələrini ələ keçirdilər.

Osmanlıların vəziyyəti ağırlaşmışdı. Tez-tez dəyişdirilən baş vəzirlər vəziyyətdən çıxış yolu tapa bilmirdilər. Bu məsuliyyətli anda Körpülü Fazil Mustafa paşa baş vəzir təyin olundu. Fazil Mustafa paşa 1) orduda nizam-intizam bərpa etdi,2) dövlət idarəçiliyində islahat keçirdi,3) maliyyə vəziyyətini qaydaya saldı. Bundan sonra avstriyalılara qarşı yürüşə başladı. Belqrad və bir çox ərazilər geri alındı. Düşmən Dunaydan şimala sıxışdırıldı., venetsiyalılar üzərində bəzi uğurlar qazanıldı.

1691-ci ildə baş vəzir yenidən avstriyalılara qarşı hərbi yürüşə çıxdı. Macarıstana daxil oduqdan sonra SALANKALİN adlı yerdə Avstriya ilə döyüşdə Osmanlı ordusu məğlub oldu və Belqrada geri çəkildi.

Salankalin döyüşündən sonra İngiltərə və Belçika hökümətləri sülh bağlanması üçün vasitəçi kimi çıxış etdilər. Ancaq müttəfiqlər çox ağır şərtlər irəli sürdüklərindən razılıq əldə olunmadı. Yenicə başlamış Avstriya-Fransa müharibəsi osmanlılara bir qədər vaxt qazandırdı.

1695-ci ildə taxta çıxan sultan II Mustafa itirilən əraziləri geri almaq məqsədilə Avstriya üzərində üç dəfə hərbi yürüş təşkil etdi. İlk iki yürüşün uğurlu keçməsinə baxmayaraq, 1697-ci ildə üçüncü yürüşdə Osmanlı ordusu düşmənin qəfil hücumuna məruz qaldı.Orduda başlanan fərariliyin qarşısını almağa çalışan baş vəzir Körpülü Fazil Mustafa paşa fərrarilərdən biri tərəfindən qətlə yetirildi.

Osmanlı ordusu ağır məğlubiyyətə uğradıldı.

Məğlubiyyətdən sonra Türkiyə höküməti bir neçə cəbhədə vuruşmağın mümkünsüzlüyünü anladı. 1699-cu ildə Belqradın yanındakı Karlovitsa qəsəbəsində Osmanlı hökümətinin və müttəfiq dövlətlərinin nümayəndələri toplandılar. 4 aylıq müzakirələrdən sonra Avstriya, Polşa və Venetsiya ilə ayrı-ayrılıqda 25 il müddətinə müqavilələr imzalandı. Rusiya ilə də 3 il müddətinə saziş imzalandı.

Avstriya ilə bağlanmış müqaviləyə əsasən bütün Macarıstan, habelə Xorvatiyanın bir hissəsi Avstriyaya keçdi. Polşa ilə bğlanmış müqaviləyə görə

Podolya əyaləti və ukrayna Polşaya verildi, bəzi qalalar isə osmanlılara geri qaytarıldı. Polyakların Krım xanlarına ödədikləri illik xərac ləğv olundu.

Venesiya ilə bağlanan müqaviləyə görə Moreya yarımadası və Dalmasiya sahilləri Venesiyaya keçdi.
Karlovitsa müqavilələri ilə osmanlı imperiyası İLK DƏFƏ olaraq xeyli ərazi itirdi.
Venesiya və Avstriya ilə yeni müharibələr. Pojarevatsk və Belqrad
sülh müqavilələri

Osmanlı höküməti beynəlxalq şəraiti əlverişli sayaraq Moreyanı və Dalmasiya sahillərini geri almaq üçün 1715-ci ildə Venesiya ilə müharibəyə başladı. Baş vəzir Damad Əli paşanın başçılığı ilə osmanlı ordusu Moreya yarımadasını bütünlüklə geri qaytardı. Krit adasında venesiyalılara məxsus limanlar ələ keçiridi. Avstriya höküməti osmanlıların uğurlarından narahat oldu və kəskin narazılığını bildirdi. 1716-cı ildə iki imperiya arasında yenidən müharibə başlandı. Macarıstan ərazisində baş verən döyüşdə türk ordusu məğlubiyyətə uğradı. Baş vəzir Damad Əli paşa həlak oldu. Avstriyalılar bir sıra yaşayış məntəqələrini və Belqrad şəhərini işğal etdilər. İngiltərə və Fransanın vasitəçiliyi ilə 1718-ci ildə Pojarevatsk müqaviləsi bağlandı. Bu müqaviləyə görə Serbiyanın və Bosniyanın şimal hissəsi Avstriyaya verildi. Moreya Osmanlı dövlətində qaldı.

Əldə etdiyi ərazilərlə kifayətlənməyən Avstriya yeni müharibəyə hazırlaşırdı. 1735-ci ildə hərbi əməliyyatlar yenidən bərpa edildi. Avstriya bütün Serbiya ərazisini , habelə Bosniya və Hertseqovinanı ələ keçirməyə can atırdı. 1735-ci ildə Avstriya ordusu 3 istiqamətdə Osmanlı imperiyası ərazilərinə soxuldu. Nits şəhəri ələ keçirildi.

Osmanlı ordusu deşmənə inadlı müqavimət göstərirdi. Bosniya valisi avstriyalılarla döyüşlərdə uğurlar qazandı və onları Bosniyadan geri çəkilməyə məcbur etdi. Digər tərəfdən , Mehmet paşanın qüvvələri düşməni məğlub edərək Nitsi geri aldılar. Osmanlı ordusu Dunay çayını keçməyə imkan tapdı. Belqrad önündə düşmən daha bir ağır məğlubiyyətə uğradıldı, çəhər mühasirəyə alındı.

1739-cu ilin sentyabrında Avstriya ilə Belqrad müqaviləsi bağlandı. Müqaviləyə görə, Avstriya Belqrad şəhərini, Serbiya və Bosniyanın şimal hissəsini Osmanlıya geri qaytarmağa məcbur oldu.

Beləliklə, XVIII əsrin ortalarında Osmanlı dövləti Avstriya ilə apardığı uğurlu döyüşdən sonra şərəfli bir müqavilə imzalanmasına nail oldu. Fransa bu müharibədə öz iqtisadi mraqları naminə Türkiyəni müdafiə edirdi. Buna cavab olaraq 1740-ci ildə Fransaya əvvəllər verilmiş kapitulyasiya imtiyazları genişləndirildi.

Comments are closed, but trackbacks and pingbacks are open.