Press "Enter" to skip to content

Hacı qara əsərinin təhlili

Buludxan Xəlilov, filologiya üzrə elmlər doktoru, professor

AzEduTech

Hey there! Thanks for dropping by AzEduTech! Take a look around and grab the RSS feed to stay updated. See you around!

Hacı Qara

Filed under: İnşalar — 6 Şərh

8 Aprel 2012

Mirzә Fәtәli Axundovun komediyaları Zaqafqaziya müsәlmanlarının XIX əsrin 40 vә 50-ci illәrindәki hәyatını әks etdirәn bir reflektora bәnzәyir. İstedadlı dramaturq, xalqı yaxşı tanıyan Axundov xalq mәişәtinin müxtәlif tәrәflәrini kifayәt qәdәr düzgün vә sәnәtkarlıqla әks etdirmişdir.Bütün komediyalarında Axundov xalqın hәyatına yaxşı bәlәd olan nadir psixoloq vә sәnәtkardır, onun yaradıcılıq istedadı, hәyat tәcrübәsi vә hәrtәrәfli biliklә zәngin zәkası özünü hәr yerdә göstәrir. Onun hәr hansı bir komediyasını oxuyub qurtarandan sonra adama elә gәlir ki, uzun müddәt yaxından tanıdığın adamların arasında olmusan vә hәmin adamlardan lap yaxın vaxtlarda ayrılmısan. M.F.Axundzadənin “Hacı Qara” komediyasında adından da göründüyü kimi xəsislik təsvir və tənqid olunur. Dahi dramaturqun bu əsərində rәhmsiz qoca xәsis Hacı Qaranın mәnәvi alәmindәki nifrәt oyadan cәhәtlәrin açılması üçün dərin fəlsəfi-psixoloji məqamlardan sənətkarliqla istifadə etməsini görürük: bu qoca xәsis üçün dünyada puldan başqa heç bir müqәddәs şey yoxdur; Hacı Qara, öz dostu Heydәr bәyin qoçaqlığını tәriflәyәn Әsgәr bәyә etinasızlıqla deyir ki, bizim zәmanәmizdә qoçaq olmaqdansa, cibin pulla dolu olsa min dәfә yaxşıdır.Əsər 2 xətt üzrə inkişaf edir. Yəni əsərin bir hissəsi Hacı Qara ilə, digər hissəsi Heydər bəylə əlaqədardır. Biri xəsisliyi ucbatından itirdiyi 100 manat zərərinin əvəzini çıxmaq şərtilə, digəri isə evlənmək üçün qaçaq mal alverinə gedir. Tacir Hacı Qara komediyanın gülünc qəhrəmanıdır. Xəsislik, tamahkarlıq, ikiüzlülük, qorxaqlıq onun əsas xüsusiyyətləridir. Xəsisliyinin ucbatından ailəsinə nəinki pul vermir və hətta özü belə xərcləmir. O, tamahkarlığı, acgözlüyü üzündən qaçaqmalçılığa girişir.
Hacı Qaranın həyat yoldaşı Tükəz xanım isə xəsisliyə qarşıdır. Bununla yanaşı o, həyat yoldaşına qayğı göstərir. Tükəz xanım ərinin qaçaqmalçılığa getməsini pisləyir. Əsərdə Heydər bəyin simasında insan xarakterinin ziddiyətli olduğunu göstərilir. Yəni, o cəsur, mərd bir gəncdir və bəy nəslindəndir. Amma Heydər bəy cəsur mərd bir gənc olsa da əsərdə onun mənfi xüsusiyyətləri də təsvir olunur. Yəni Heydər bəy əməklə, zəhmətlə yaşamağa qarşıdır. Əsərdə onun iflasa uğradığı təsvir olunur və bildiyiniz kimi, bununla onun var-dövləti yox olur, hətta Heydər bəyi evlənmək üçün belə imkanı olmur. Buna görə də o da qaçaqmalçılıq edir.
Əsərdə Heydər bəyin nişanlısı olan, onu ürəkdən sevən Sona xanım surəti də var. O da Heydər bəy pis əməldən çəkindirməyə çalışaraq, qaçaqçılıq kimi pis işlə məşğul olmasını istəmir.Hacı Qaranın ona pis mal satmış Şuşa tacirinә yağdırdığı söyüşlәr, özü mal satanda qurana and içib parçasını tәriflәrkәn dediyi sözlәr, yaxud Zalxa arvadın ağıllı muhakimәlәri uzun müddәt adamın qulağında sәslәnir. Zalxa arvad Divanbәyiyә deyir ki, Tarverdi biçarәnin heç bir tәqsiri yoxdur, o nә elәsin ki, bu viran olmuş ölkәnin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlәr. Divanbәyiyә deyәn gәrәk ki, bacarırsan ölkәmizin qızlarına qadağan elә ki, quldur olmayan oğlanlardan zәhlәlәri getmәsin. Axundov şәrq dillәrinin bilicisi hesab olunurdu; o, öz komediyalarını Azәrbaycan türklәrinin lәhcәsindә, canlı, oynaq vә cilalanmış bir dildә yazmışdır. Bu canlılıq vә sadәlik sayәsindә onun komediyaları bütün savadlı camaatın malı olmuşdur; doğrudan da, bir zamanlar hәmin komediyalar böyük bir maraqla oxunurdu. Təsadüfi deyildir ki, bədii cəhətdən yüksək sənət nümunəsi sayılan “Hacı Qara” komediyası Mirzә Fәtәli kimi kamil vә sənətkarin qələmindən ərsəyə gәlә bilәrdi. Bu baxımdan, Mirzә Fәtәlini fransızların Molyeri vә rusların Qoqolu ilə müqayisə edən ədəbiyyatşünaslar onun sərhəd tanımayan zəka diapazonuna istinad edirdilər.
Mirzә Fәtәli Axundovun yaradıcılığı bütövlükdə XIX əsr Azərbaycan ədəbiyyatında böyük hadisə olaraq ölkədə yeni ədəbi mühitin formalaşmasına müsbət təsir göstərdi.

Hacı qara əsərinin təhlili

Heydər bəy, Əsgər bəy, Səfər bəy, Hacı Qara Ohan yüzbaşının dəstəsi ilə qarşılaşanda uzun çək-çevirdən sonra ermənilər uzaqlaşıb gözdən itəndə Hacı Qara ilə bəylər arasında belə bir dialoq olmuşdur. Həmin dialoqu bir daha xatırlatmalı oluruq:

“Hacı Qara. A kişi, niyə erməniləri buraxdınız? Niyə qolların bağlayıb bu qamışlığa salmadınız?

Heydər bəy. Nədən ötrü, Hacı?

Hacı Qara. Ondan ötrü ki, gedib üstümüzə kazak gətirməsinlər.

Heydər bəy. Camış alanın nəyinə lazımdır ki, gedib özünə zəhmət verə, üstümüzə kazak gətirə?

Hacı Qara. Sən bilmirsən, şəksiz, bular camış alan deyillər! Oların sözünə necə inanmaq olar? Eşitmədin, Səfər bəy deyirdi ki, buların yüz hiyləsi olur?”

Məhz həmin hiylələrdən biridir ki, Ohan yüzbaşı böhtan ataraq deyir ki, “. Elə ki, bizdən ötüblər, gedib Əylis ermənilərini soyublar”. Bunun müqabilində Heydər bəy deyir: “Naçalnik, tamam danışdığı sözlər böhtandır!”

Beləliklə, Heydər bəyin simasında əsərdəki bəylərin hamısı səmimidir və pis-yaxşı nə baş verirsə, hamısının içərisində bir səmimiyyət, olduğu kimi görünmək, göründüyü kimi olmaq var. Hacı Qaranın simasında xəsisliklə yanaşı (hətta əsərin sonunda naçalnikə “Başına dönüm, naçalnik, murovun yasavulları məni tutanda cibimdən yarım abbasımı çıxardıblar, buyur versinlər” deməsi bir daha bunu təsdiq edir), düz danışması, daha doğrusu, düşündüklərinin düz olması faktı göz qabağındadır. Axı həm də bu Hacı Qara hacıdır, o, hacılığı sonra qazansa da, əsl adı Qaradır. Qara sözü də “böyük” mənasındadır. Bu mənada Hacı Qara obrazına yalnız xəsis kimi yanaşmaq birtərəflidir, hərtərəfli deyildir. Ancaq Ohan yüzbaşının (yəni erməninin) isə böhtançı, bu yolla vilayət böyüklərinə qulluq göstərmələri və müqabilində özləri üçün saxta şəhadətnamə, gümüş medal və s. yazdırmaları tənqid olunur.

Hacı Qara ayıq adamdır. O, Ağcabədi kəndində bazarın bir küncündə tikilmiş dükanında bikef oturur. Bikef olmasının səbəbi odur ki, üç aydır Qaladan (Şuşadan) şilə alıbdır. Ancaq gətirdiyi gündən ondan heç beş top satmamışdır. Fikirləşir ki, belə gedişlə heç bir ilə də bunları satıb qurtara bilməyəcəkdir. O deyir: “Zalım oğlu, yüz yol Qurana, Peyğəmbərə and içdi ki, çox rəvac maldır. Ağcabədi bazarında üç gündə hamısın satarsan! Üç gün indi üç ay olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni allatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək”. Deməli, Hacı Qaranın alverdə Qurana, Peyğəmbərə and içənlərə inanması təbiidir. Axı o hacıdır. “Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək” deməsi də məqbuldur. Ona görə ki, o, sövdəgərdir. Qəpiyinin də, quruşunun da qədrini bilir. Belə olmasa, o, sövdəgər ola bilməz.

Hacı Qara ağıllı, tədbirli adamdır. O bir şahı qazanmasa, heç bir qəpik də xərcləməz. Pulunun qədrini bilir, hara gəldi pul xərcləmir. Başqa sözlə, Hacı Qara bədxərc deyil. Hətta Xudaverdi ona deyəndə ki, bir sureyi-cümə oxuyub, istəyir Hacı Qaranın atasının adına tapşırsın, əvəzində bir abbası alsın. Onda Hacı Qara deyir: “Necə? Nə danışırsan, dəli olubsan. Mən həmişə özüm atama quran oxuram. Pul ilə mən ömrümdə quran oxutduğum yoxdur. Bu kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını hardan alıram, sənə verim? Allahı sevirsən, dükanın qabağın kəsmə, müştəri gəlir”.

Hacı Qaranın başını Heydər bəy, Əsgər bəy bişirəndə, yəni Arazın o tayına alver etmək üçün aparanda öz qoçaqlıqlarından, xüsusilə Qarabağda Heydər bəyin ad çıxarmasından danışanda o deyir: “Bu zəmanədə çox qocaqlıqdan isə ağrın alım, adamın cibi pul ilə dolu olsa yaxşıdır”. Hacı Qara ilə Heydər bəyin, Əsgər bəyin və ümumiyyətlə, bu qəbildən olan bəylərin fərqi var. Onlar sözün həqiqi mənasında quru bəylərdir. Məsələn, Əsgər bəyin dediyi bu fikirdə hər şey təsdiq olunur: “Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan! Heydər bəy ki, bizim yanımızda ola, qaravul, yasavul bizə nə eyliyə bilər!” Bu, boğazdanyuxarı boş danışıqdan başqa bir şey deyil. Ancaq bu cür quru bəylərlə müqayisədə Hacı Qaranın pulu, qızılı var. O, pulunun, qızılının fayda verməsini, artmasını istəyir. Başqa sözlə, pulundan, qızılından fayda götürmək fikrindədir.

Hacı Qaranın arvadı ondan hara gedəcəyini soruşur. Hacı Qara isə demək istəmir. Əsərdən həmin parça:

“Tükəz. De görüm, hara gedirsən?

Hacı Qara. Cəhənnəmə, gora! Əl çəkməzsən? Nə istirsən məndən?

Tükəz. Kaş cəhənnəmə, gora indiyədək getmiş olaydın! O günü görərəmmi toy-bayram edəm? Cifayda, Əzrailin yolu yumrulsun ki, sənin kimi murdarı yer üzündə qoyub gözəl cavanları qara torpaq altına yollayır.

Hacı Qara. Yer üzündə qalan murdarların biri sən özünsən ki, tuği-lənət olub keçibsən mənim boğazıma! Mən ömrümdə bir kimsəni incitməmişəm, bir kimsəyə bir zərər yetirməmişəm! Mən niyə murdar oluram?” Doğrudan da Hacı Qara ömründə bir kimsəni incitməyib, bir kimsəyə zərər verməyibdir. Hacı Qaranın murdarlığını arvadı Tükəz belə xarakterizə edir: “Ondan ötrü murdarsan ki, öz malını nə özün yeyib-içirsən, nə əyalına rəf edirsən. Sən ölsən, heç olmazsa arvad-uşağın doyunca çörək yeyər”.

Hacı Qara bəylərdən fərqli olaraq iş adamıdır, işgüzardır, işinin üstündə möhkəm dayanan sövdəgərdir. Onun bəylərlə qaçaq mal almağa getməsi də iş adamı olmasından, işgüzarlığından, işinin üstündə möhkəm dayanmasından irəli gəlir. Hacı Qara daha çox qazanmaq istəyirsə, bu onun iş adamı, işgüzar olması, işinin üstündə möhkəm dayanması ilə əlaqəlidir. Bütün qüsurları ilə belə, Hacı Qara Heydər bəydən də, Əsgər bəydən də, Səfər bəydən də fərqli bir adamdır. Əməli ilə də onlardan konrektdir, sözünün sahibidir. Əsgər bəy ona deyəndə ki, qaçaq mal almağa getməyə hazırsanmı? O deyir: “Bəli başına dönüm, hazıram! Pulları da, budur, ayırmışam; amma Hacı ağrını alsın, üç yüz qızılı mən özüm Təbrizdə gözünüzün qabağında çaya, parçaya verrəm, əlinizə tapşırram, gətirərsiniz!”

Mirzə Fətəli Axundzadə bunu elə-belə deməzdi.

“Aldanmış kəvakib (Hekayəti – Yusif Şah)” əsərində münəccimbaşı Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə bir vacib işdən ötrü girir. Məlum olur ki, novruzdan beş on gün keçmiş Mərrixin Əqrəb ilə toqquşması hadisəsi baş verəcəkdır. Şah yarım saat fikrə getdikdən sonra xacə Mübarəki hüzuruna çağırdı. Ona dedi ki, bu saat vəzir Mirzə Möhsünü, Sərdar Zaman xanı, Müstövfi Mirzə Yəhyanı və mollabaşı Axund Səmədi hüzuruna çağırsın. Xacə tapşırığı yerinə yetirir. Bir azdan sonra çağırılan şəxslər Şahın hüzurunda olurlar. Şah onları çağırmasının səbəbini anlatdıqdan sonra deyir ki, bir tədbir görsünlər. Baş vermiş hadisəni dəf etmək üçün vəzir Mirzə Möhsün, Sərdar Zaman xan, müstövfi Mirzə Yəhya və mollabaşı Axund Səməd Şahın hüzurunda bir-bir danışmağa başlayırlar. Danışmaq növbəsi mollabaşı Axund Səmədə çatanda o belə bir fikir söyləyir: “Qibleyi-aləmin pedəri-büzürgüvarları zamanında mənsəbi-mollabaşılığa sərəfraz olduğumda nisfi-İran, hətta payitəxtin yarısı dəxi sünni məzhəb idi. Əvvələn, məvaizi-həsənə və saniyən, təxvifati-kəsirə səbəbilə tamam sünni məzhəbləri rahi-rasti-məzhəbi-isna əşəriyyəyə hidayət etmişəm.

İndi Allahın kərəmindən səfheyi-İranda beş-altı nəfərdən ziyadə sünni tapılmaz. Bu xüsusda İran xalqından dəxi kəmali-rizaməndliyim var ki, bəmücərrədi-təklif qədimi ata və babalarının məzhəblərindən əl çəkib hidayətə rağib oldular.

Hətta mən istədim ki, cühudlara və ermənilərə dəxi əl qatıb oları da şiə məzhəbinə döndərim, amma bir para xeyrəndiş kimsənələr məsləhət görmədilər ki, lüzumi yoxdur. Çünki hər torpaqda cühuddan və ermənidən bir az var, bizim torpağımızda dəxi bir az olmaqları məsləhətdir”. Mollabaşı Axund Səmədin bu dediklərindən sual doğuran məqamlar var. Birincisi, mollabaşı Axund Səməd niyə cühudları və ermənilərə şiə məzhəbinə döndərmək istəyir? Bəziləri nə üçün cuhudların və ermənilərin şiə məzhəbinə dönməsini istəməmişlər? Bizim torpağımız da cuhudların və ermənilərin bir az olmaları nə üçün məsləhətdir? Bu sualların cavabı müxtəlif ola bilər. Bəlkə də cuhudların və ermənilərin şiə məzhəbinə döndərilməsi daha böyük fəsadlar törədə bilər. Belə ki, onlar şiə məzhəbi altında öz milli maraqlarına daha rahat xidmət edə bilərlər. Dindən (şiə məzhəbindən) istifadə etməklə istədikləri işi daha rahat görə bilərlər. Ancaq bununla belə, dini məzhəbi dəyişmək cuhudların, ermənilərin milli kimliyini dəyişmək deyildir. Onlar şiə məzhəbindən yararlanaraq, dini baxımdan qaynayıb qarışaraq cuhud və erməni xislətini gizlətməyəcəklər. Bu cür xislətlərini həyata keçirmək daha rahat olacaqdır. Bəlkə də ona görə bəziləri cuhudların və ermənilərin şiə məzhəbinə döndərilməsini məsləhət bilməyiblər. Bu məsələni M.F.Axundzadə mollabaşı Axund Səmədin dili ilə elə-belə deməmiş, nə dediyinin mahiyyətini dərindən dərk etmişdir.

Buludxan Xəlilov, filologiya üzrə elmlər doktoru, professor

Yeni dövr Azərbaycan ədəbiyyatından

M.Fətəli Axundov “Hacı Qara” əsərində nəyi tənqid edir?

Mərdliyi
Xəsisliyi
Qəhrəmanlığı
Vətəni sevməyi
İstiqanlılığı

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR
Paylaşın – Hamı bilsin

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.

Testin cavabını göstər

Yazılmış sərhlər

Müəllif: Qonaq__1212932 (Əlavə edilib: 06.02.2014 18:34:01)
haci qara nece insan idid yaxsi yoxsa pis yoxsa*s* cur insandir

Qaşım Bəy Zakirin Durnalar seiri kimə həsr olunub?

Təbiət gözəlliyinə
Sevgili yarına
Məhkumluğuna
Azadlığına

Aşağıdakılardan hansı Qasım bəy Zakir tərəfindən yazılmış mənzum hekayə deyil?

“Dəvəsi itən kəs”
“Aşiq və məşuq haqqında”
“Sədaqətli dostlar haqqında”
“Tərlanlar və elçilər”

Qədim türk ədəbiyyatının ayrı-ayrı süjetləri hansı türk xalqları arasında qorunub saxlanılmışdır?

“Dədə Qorqud” dastanı neçə boydan ibarətdir?

Ş.İ. Xətai hansı vəznlərdə yazıb yaratmışdır?

ancaq heca
əruz vəznində
həm əruz, həm heca vəznində
heca, əruz, sərbəst vəznlərdə

Molla Pənah Vaqifin hansı şeiri qoşma janrında deyil?

“Hayıf ki, yoxdur”

Abbas Səhhətə nə üçün Səhhət ləqəbi vermişlər?

O, müəllim idi.
O, sair idi.
O, həkim idi.
Sıradan bir insan idi.
Ürəyi acıq idi.

Tanrı Qara xan nə üçün Adamdan uçmaq qabiliyyətini aldı?

Adam istəyirdi ki, dünyaya sahib olsun.
Adam istəyirdi ki, Qara xandan da yüksəyə uçsun.
Qara xan istəyirdi ki, onun hər sözünə əməl etsin.
Adam Qara xana yalan söyləmişdi.

Qara xan Adamı öz işıqlı dünyasından qovaraq ona hansı adı verdi?

Tanrı Qara xan göyün neçənci qatında oturdu?

İyirimi yeddinci
On yeddinci
Yetmiş yeddinci

“ Dədə Qorqud ” dastanındakı qadın obrazlara aiddir:

Telli, Sarı donlu Selcan xatun
Banıçiçək, Həcər
Nigar, Telli
Sarı donlu Selcan xatun, Banıçiçək

Qədim türk dastanlarına aid deyil:

“ Dünyanın yaranması ”
“ Ümumdünya daşqını ”

Xətayi lirik şeirlərini yazmışdır:

Lirik şeir yazmamışdır
Yalnız əruz vəznində
Yalnız heca vəznində
Həm heca, həm də əruz vəznində

Füzulinin alleqorik poemalarına aid deyil:

“ Bəngü Badə ”
“ Leyli və Məcnun ”
“ Söhbətül – əsmar ”

Zakirin mənzum hekayələrinə aid deyil:

“ Tərlanlar və elçilər ”
“ Poçt qutusu ”
“ Məlikzadə və Şahsənəm ”

M.Fətəli Axundov “Hacı Qara” əsərində nəyi tənqid edir?

Qəhrəmanlığı
Vətəni sevməyi
İstiqanlılığı

Aşıqlıq sənətini Ələsgər kimdən öyrənmişdir?

A.Ələsgər neçənci ildə, neçə yaşında və harada vəfat etmişdir?

1901, 105, Göyçənin Ağkilsə kəndində
1926, 105, Göyçə, Ağkilsə kəndi
1821, 102, Borçalı
1765, 80, Şamaxı

“Zakirəm od tutub alışdı cigər, Var isə canandan sizdə bir xəbər”. Qasım bəy Zakirin hansı şeirindəndir?

“Sədaqətli dostlar haqqında”
“Tülkü və Qurd”
“Məlikzadə və Şahsənəm”

“Sultan Səncər və qarı” əsərinin müəllifi kimdir?

Nizami Gəncəvi
Xaqanı Şirvanı
Məhəmməd Füzuli
Bəxtiyar Vahabzadə

Surətlərdən biri Qazan xanın oğludur

Bamsı Beyrək

Mirzə Fətəli Axundzadənin neçə elmi-traktatı vardır?

Padişahi mülk diarü dirəm. cümləni tamamlayın

həm ləşkəri, həm kişvəri
rüşvət verib
feyzi-süxər
asari-nüsrət məzhəri
bulb tə yidi həqq

M.Füzuli ilə N.Gəncəvinin ortaq olmayan cəhəti hansıdır?

Hər ikisi qəzəl yazır
Hər ikisinin adı İlyasdır
Hər ikisi Minacat formasında əsərlər yazır
Hər ikisi Nət (peyğəmbərin tərifi) yazır
Hər ikisi Leyli və Məcnun əsəri yazır

Nəsimi ədəbiyyatımıza hansı yeniliyi gətirib?

İlk poemanın müəllifidir
Hürufiliyi ədəbiyyatımıza gətirib
Ana dilində fəlsəfi şeir yazıb
Əsərlərində humanizmi təbliğ edib
İlk dəfə 3 dildə əsər yazıb

Hacı qaranın arvadının adi nə idi?

Başı dərddə olan Uruzun köməyinə ilk kim çatdı?

Burla xatun
Dəli donqaz

Füzulinin nəsr əsərlərində daha çox nəyə münasibət bildirmişdir?

Dövrün ictimai eyiblərinə
fəlsəfi fikirlərə
müharibələrə
məhəbbətə və insanın gözəlliyinə
o nəsr əsərlərində astronomiya elmi ilə bağlı fikirlər bildirmişdir

Seyid Əzim Şirvanı neçə yaşında vəfat etmişdir?

Neçənci ildə Seyid Əzim Şirvanı şəxsi məktəb açmışdır?

Haqqımızda

Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.

Əlaqə

  • Azərbaycan, Bakı şəhəri
  • +994 50 686 86 44
  • sbabanli@yahoo.com

Abunə

Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

© Bütün hüquqlar qorunur.

Comments are closed, but trackbacks and pingbacks are open.