Press "Enter" to skip to content

Hacı xavər allaha pənah allaha təvəkkül

“Quran”da təvəkkül.
“Qurani Kərim”də Allaha təvəkkül etmək dəfələrlə qeyd olunaraq imanlı şəxslərin xüsusiyyətlərindən hesab edilmişdir:
“. Əgər möminsinizsə, Allaha təvəkkül edin! ” (“Maidə”-23 / “Tövbə”-51).
“. Gərək möminlər Allaha təvəkkül etsinlər! ” (“Ali-İmran” – 122).
“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyir, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırır, onlar ancaq öz Rəbbinə təvəkkül edər. ” (“Ənfal”-2).
“Quran” nəzərindən təvəkkülün nə qədər əhəmiyyət kəsb etdiyini bildikdən sonra onun mənasını açıqlayırıq.

Allaha təvəkkül etmək nə deməkdir?

Aleykum salam. Təvəkkül ərəb mənşəli söz olub lüğəti mənasına görə, “güvənmək, bir iş üçün bir şəxsi vəkil tutmaq, bir işi etibarlı adama həvalə etmək” deməkdir. Dini termin kimi “müsəlmanın bir işlə bağlı öhdəsinə düşən bütün vəzifələri yerinə yetirdikdən sonra nəticəni Uca Allaha həvalə etməsi və yalnız Ona güvənib arxalanması” anlamını daşıyır. İstər Qurani Kərimdə, istərsə də səhih hədislərdə təvəkkülə xüsusi yer verilmişdir. Təvəkkül imanın vacib şərti olub, kamil bir müsəlmanın ən önəmli vəsflərindən biridir: Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bi­lər? Buna görə də möminlər yalnız Allaha arxalansınlar, Ona təvəkkül etsinlər!” (Ali İmran, 160).
Həqiqi möminlər ancaq o kəslərdir ki, yanlarında Allah adı­ çəkiləndə, Onun heybət və əzəmətindən ürəkləri titrəyər, Al­lahın ayələri oxunanda imanları daha da artar və onlar ancaq Allaha təvəkkül edərlər”. (əl-Ənfəl, 2).
“. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir! O kəslərin ki, səbrli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər”. (əl-Ənkəbut, 58-59).

“. Əgər möminsinizsə, Allaha təvəkkül edin!” (əl-Məidə, 23).
“Məgər Allah Öz quluna kifayət etmirmi. “ (əz-Zumər, 36).

Hacı xavər allaha pənah allaha təvəkkül

“Kim mənim dünyama kirli əllərini uzadırsa, Allah bilsin, cəzasını versin.

Unikal.org-un məlumatına görə, bu sözləri xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yazıb.

Aktrisa bir müddət əvvəl Seyid Lazım ağa ziyarətgahında “Quran” əvəzinə Hacı Xavər Xanımın “Allaha pənah, Allaha təvəkkül” kitabını öpərək alnına qoymuşdu. Onun bu hərəkəti sosial şəbəkədə tənqid edilmişdi. Əsədova onu tənqid edənlərə cavab verib:

“Namaz qılmıram, çünki buna hazır deyiləm. Məni tanıyan bütün insanlar bilir ki, namaz qılanların bəzisindən çox “Quran” ayələri, dualar oxuyuram. Hansı ziyarətə gedirəm duasını oxuyub səcdə edirəm. Balaca vərəqin üstündə “Quran” ayəsi görsəm, öpüb gözümün üstünə qoyuram. Qüsuru insanlarda yox, əvvəl öz içinizdə axtarın. Ömür çox qısadır, ona-buna pislik etməkdənsə, öz şəxsi həyatınızla məşğul olun. Eybi yox, başı açıq olun, amma Allaha saf hissləriniz olsun. Allah məni və qızımı şeytan ruhlu insanlardan qorusun.

Allaha təvəkkül – imanın ən yuxarı mərtəbələrindən biri

“Quran”da təvəkkül.
“Qurani Kərim”də Allaha təvəkkül etmək dəfələrlə qeyd olunaraq imanlı şəxslərin xüsusiyyətlərindən hesab edilmişdir:
“. Əgər möminsinizsə, Allaha təvəkkül edin! ” (“Maidə”-23 / “Tövbə”-51).
“. Gərək möminlər Allaha təvəkkül etsinlər! ” (“Ali-İmran” – 122).
“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyir, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırır, onlar ancaq öz Rəbbinə təvəkkül edər. ” (“Ənfal”-2).
“Quran” nəzərindən təvəkkülün nə qədər əhəmiyyət kəsb etdiyini bildikdən sonra onun mənasını açıqlayırıq.

Təvəkkül nədir?
Peyğəmbər(s) Cəbraildən təvəkkül sözünün təfsirini soruşdu. Cəbrail dedi: “Təvəkkülün mənası xeyir və ziyanın, mükafat və cəzanın insanların əlində olmadığına inanmaqdır. Əgər bir bəndə mərifətin bu mərhələsinə yetişərsə, Allahdan qeyrisi üçün bir iş görməz, Allahdan qeyrisinə ümüd bağlamaz, Allahdan başqa heç kimdən qorxmaz, Allahdan başqa bir kəsin əlində gözü qalmaz. Allaha təvəkkül etməyin mənası budur. ”
Həsən ibn Cəhm adlı bir şəxs deyir:
İmam Əli ibn Musa Riza(ə)-nın hüzuruna gəlib soruşdum: “Təvəkkülün mənası nədir? ” İmam Riza (ə) buyurdu: “Təvəkkül Allaha arxalanmaqla heç kimdən qorxmamaqdır.”
Başqa bir rəvayətdə Əli ibn Süveyd deyir: İmam Museyi Kazim(ə)-dan “Təlaq” surəsinin üçüncü ayəsinin (Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər) təfsirini soruşduqda Həzrət buyurmuşdur:
“Təvəkkülün müxtəlif mərhələləri var. Təvəkkülün mərhələlərindən biri də bütün işlərdə Allaha təvəkkül edib Tanrının sənin rəftarından razı olmasıdır. Allahın sənin üçün xeyir və fəzilətdən başqa bir şey istəmədiyini, bütün işlərin onun ixtiyarında olduğunu bilməsidir. Deməli, işlərini ona həvalə etməklə Allaha təvəkkül et. ”
Bir sözlə, bəndə hər bir işin Böyük Yaradan tərəfindən olduğuna inanıb onun sonsuz qüdrətini dərk etməlidir. Bununla dəryaya qovuşan damcı kimi özünü dalğalar arasına ataraq heç bir şeydən qorxmamalıdır.

Ustad Əllamə Təbatəbainin təvəkkül haqda tərifi.
Ustad Əllamə Təbatəbai buyurur: “Məsələnin əsl həqiqəti ondadır ki, maddi aləmdə iradənin nüfuz etməsi və məqsədə yetişmə həm təbii amillərə və həm də nəfsani amillərə ehtiyac duyur. Elə ki insan əməl meydanına daxil olur, bütün təbii amillər lazımi ehtiyacı ödəyir. Lakin onunla məqsədi arasında ayrılıq salan (iradə zəifliyi, qorxu, qəm-qüssə, tələskənlik, ədalətsizlik, axmaqlıq, təcrübəsizlik və bu kimi şeylərin təsirinə qarşı bədgüman olmaq kimi) təkcə bir sıra ruhi amillərdir.
Bu vəziyyətdə insan Allah-təalaya təvəkkül edərsə, iradəsi möhkəmlənib qətiyyətli olar. Belə olduqda ruhi əzab və sıxıntılar onun qarşısında puça çıxacaqdır. Çünki insan təvəkkül mərhələsində Qadir Allaha bağlanır. Beləliklə, bir daha təşvişə və nigarançılığa yer qalmır, məqsədə yetişmək üçün qətiyyətlə maneələri aradan qaldırır.
Bundan əlavə, təvəkkül haqda bir başqa məsələ də vardır ki, o da onun qeyb aləminə məxsus cəhətidir. Yəni Allah-təala ona təvəkkül edən şəxsə qeybi yardımlarla (ağlına gəlməyən yerdən) kömək göstərir. Bu yardımlar adi və təbii amillərin çərçivəsindən çıxaraq maddi amillərdən yuxarıda qərar tutmuşdur. “Təlaq” surəsinin (3-cü) ayəsinin (kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər) zahiri mənası belə bir yardımı müjdə verir.”
İmamlarımızın təvəkkül barədəki mübarək kəlamları da ustadın sözünü təsdiqləyir. Məsələn: Hz. Əli(ə) buyurur:
“Kim Allaha təvəkkül edərsə, bütün çətinliklər onun üçün asanlaşar, rahatlıq və kəramətlə yaşayar. ”
Başqa bir hədisdə isə həzrəti-Əli(ə) belə buyurur:
“Kim Allaha təvəkkül edərsə, şübhələri yox olub əlində olanla kifayətlənərək çətinlik və əziyyətlərdən qorunar”

Diqqətəlayiq məsələ.
Dünya səbəblər dünyasıdır. Həyatın davamı üçün səbəb mühüm amildir. İnsan vasitə və səbəblərin uca Yaradanın zatən təkliyinin və iradəsinin nurundan irəli gəldiyini bilməlidir. Yəni ona xeyir və zərərin, ruzi və qıtlığın, mükafat və bəlanın hansısa məxluqlardan gələcəyinə deyil, yalnız Allahdan gələ biləcəyinə inanmalıdır. Səbəblərin Xaliqdən gəldiyini bilməlidir. Allah-təala “Qurani-Kərim”də buyurur:
“. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.” (“Talaq” – 3).
Müqəddəs Kitabımızın bir çox ayələrində insanların diqqəti bu məsələyə cəlb olunmuşdur. Burada yalnız uca Yaradana ümid bəsləyib öz işlərimizi Ona həvalə edərək ancaq Allaha arxalanmaqla fəaliyyətimizi davam etdirmək əmr olunmuşdur, çünki bütün dünya Onun qüdrətli əlindədir:
• “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir, şükrə layiqdir! ” (“Fatir” – 15).
• “ (Ya Rəsulum!) De: “Mən göyləri və yeri yaradan, hamını bəsləyib Özü bəslənməyən Allahdan başqasını özümə Rəbbmi edərəm?!” (“Ənam” – 14).
• “Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir! ” (“Ənam” – 17).
• “Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir.” (“Yunus” – 107).

“Qurani-Kərim”də təvəkkül.
Təvəkkülün böyük fərdi və ictimai təsirləri vardır. Məhz təvəkkül etməklə insan varlığın mahiyyətini anlaya bilər, mütləq həqiqətin dərkinə çalışar. “Quran”dan sitat gətirməklə təvəkkül etməyin faydalarından bir neçəsini burada qeyd edirik:
1. İslamın yeganə haqq din olmasının mütləqiliyinə inam :
* “Sən ancaq Allaha təvəkkül et, çünki sən açıq-aydın həqiqi dindəsən (haqq yoldasan)” (“Nəml” – 79).
Yəni bu ayəyə diqqət yetirsək, Allaha təvəkkül edib qəti qərara gəlmiş olarıq.

2. Şücaət:
* “Kafirlərə və münafiqlərə itaət etmə. Onların (sənə olan) əziyyətlərinə əhəmiyyət vermə. Allaha bel bağla, Allahın sənə vəkil olması kifayətdir. (Allaha təvəkkül etməklə heç nədən qorxma)” (“Əhzab” – 48).
* “. Mən sizin mənə qarşı bütün pis niyyətlərinizdən) Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın. ” (“Yunus” – 71).
Yəni sizin nəyiniz varsa, meydana çıxarın. Mən də tək Allaha təvəkkül edib sizin və allahlarınızın meydanına gəlirəm. Heç bir şeydən qorxmuram.
3. Günahı tərk edib, şeytandan uzaqlaşmaq: “Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmranlığı yoxdur!” (“Nəhl” – 99).
* “Onlar dedilər: “Biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Bizi zalim tayfanın fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa çəkmə!” (“Yunus” – 85).
Deməli, nə qədər Allaha təvəkkül etsən, bir o qədər də şeytana boyun əyməyib günahlardan uzaq olarsan.
4.Ətrafdakıların yaxşı, yaxud pis münasibətinə etinasızlıq:
* “. Sən onlardan üz çevir, Allaha təvəkkül et! Allahın (sənə) vəkil olması kifayət edər!” (“Nisa” – 81).
* “Əgər onlar (haqdan) üz döndərsələr (nigaran olma), de: “Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən, O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi və ixtiyar sahibidir!) ” (“Tövbə”-129).
* “Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!” ( “Hud” – 88).
* “. Bütün işlər də axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Məhəmməd!) Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir!” (“Hud” – 123).
Demək, Allaha təvəkkül etməklə insanların səni qəbul edib və ya üz çevirməsindən narahat olmaq lazım deyil, çünki hər bir şey Onun tükənməz qüdrəti qarşısında acizdir.

Hədis baxımından təvəkkül.
Məsum İmamlardan(ə) nəql olunan hədislərdə Allaha təvəkkül etməyin müsbət təsirləri barədə söhbət açılmışdır. Onlardan bəzisini burada qeyd edirik.
1. Qüvvət və şücaət:
Peyğəmbər(s) buyurur:
“Güclü olmaq istəyən Allaha təvəkkül etməlidir.”
İmam Baqir(ə) buyurur:
“Allaha təvəkkül edən və arxalanan məğlub olmaz.”
Hz. Əli (ə) buyurur:
“Qəlb möhkəmliyinin əsası Allaha təvəkkül etməkdir.”
2. Təvəkkül və mütləq həqiqətin dərki:
Həzrəti-imam Cavad(ə) buyurur:
“Allah-təalaya arxalanmaq hər bir qiymətli şeyin dəyəri və ali məqamlara sarı bir nərdivandır.”
3. Təvəkkül və fəaliyyətin zəruriliyi:
Peyğəmbər(s) işləməyən və əkin-biçinə getməyən bir neçə nəfəri görüb buyurdu:
-Siz kimsiniz? (niyə işləmirsiniz?)
Dedilər:
-Biz təvəkkül edənlərik və Allaha təvəkkül edirik.
Həzrəti-Muhəmməd (s) buyurdu:
-Siz Allaha təvəkkül edənlər yox, xalqa artıq yüksünüz.

Həzrəti Səccad(ə)-ın duası.
Mömin və özünü islah etmiş şəxs bütün işlərini Allaha həvalə edib həyatın hər mərhələsində onu özünə arxa bilir. İmam Səccad(ə) Allaha yalvararaq deyir:
“. (İlahi!) Təkcə səni haraya çağırıram və yalnız sənə ümid bəsləyirəm, Sənə dua edib sənə pənah gətirirəm. Sənə inanıb səni özümə arxa, kömək bilirəm. Sənə iman gətirib, sənin kərəminə təvəkkül edirəm.”
Başqa bir hədisdə isə İmam Səccad(ə) Allahdan sədaqət və səmimiyyətlə ona təvəkkül etməsini diləyərək tam surətdə uca Tanrıya arxalanır:
“ (İlahi!) Sənə sədaqətlə təvəkkül etməkdə və arxalanmaqda mənə kömək ol.”
Əgər bir kəs zahirən bütün nicat qapılarının üzünə bağlandığını görüb həyatın çətin anlarında təkcə Allaha təvəkkül etsə və bütün işlərini ona həvalə edərsə, şübhəsiz, təvəkkülün ən uca mərhələsinə yetişmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.