Hamilə qadınlarda mrt aparılması
Bu mənada əsasən oral kontraseptiv tabletlər təhlükəlidir. Ona görə də həkim təyinatı olmadan onların qəbulu ciddi qadağandır. Ümumiyyətlə yaxşı olar ki, kontraseptiv tabletləri heç qəbul etməyəsən, çünki, sistematik istifadə zamanı problemlərdən qaçmaq mümkün olmur. Psixotrop maddələrin də tətbiqi eyni neqativ nəticəni verir. Bunlara neyroleptiklər, antidepressantlar və həmçinin sedativ vasitələr aiddir. Onlar elə pozğunluqlar törədir ki, uzun müddət korreksiya tələb edir və hətta qəbul dayandırıldıqdan sonra belə aylar və bəzən illər ərzində özbaşına kompensasiya olunmur.
Yaraşıqlı həkim hamilə qadınlara niyə MRT şəkillərini göstərmədiklərini AÇIQLADI – FOTO
Sosial şəbəkələrdə “Madmedicine” ləqəbi ilə tanınan həkim hamilə qadınlara bətndəki körpənin MRT şəkillərinin göstərilməməsinin səbəbini açıqlayıb.
BİG.AZ xəbər verir ki, bu barədə o, “TikTok” hesabında izləyicilərinin sualını cavablandırarkən danışıb.
Belə ki, həkim bunu anaların stressə düşməməsi üçün etmədiklərini bildirib, çünki həmin fotodakı uşaqlar qorxunc görünürlər.
Lakin əlbəttə ki, ana çox israr edirsə, müayinənin nəticələri təqdim olunmalıdır.
Natəvan Baxşiyeva
Maraqlı Baxılıb: 3853 Tarix: 11 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DiGƏR XƏBƏRLƏR
Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
Xanımlar, ideal incəliyə əziyyətsiz nail olun!
Məhsul haqqında. Model bədən quruluşuna sahib olmaq üçün bir çox qadınlar birdən-birə arıqlayır. Hazırda bu çox asandır, çünki arıqladıcı vasitələr bazarı çox güclü bir vasitə təklif edir – Coffee Srim. Arıqlamaq istəyənlər həftədə kəskin çəki azalma əldə ediblər 10 kq-a kimi. Bəziləri ayda 30-35 k
Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI.
Məhsulu əldə etmək üçün əlaqə: 055 239 54 49. MƏHSUL HAQQINDA ƏTRAFLI. Saçlarınızın cansızlığından şikayət edirsiniz? Gözəllik salonlarında saç baxımı etdirmək üçün zamanınız və büdcəniz kafi deyil? Amma saçlarımız üçün bu cür baxımları evdə də etmək mümkündür. Məhsulu əldə etmək üçün əlaqə: 055 23
Xanımlar, ideal incəliyə əziyyətsiz nail olun!
Almaniya İstehsalı Orijinal Latex Korsetləri. 9 SÜMÜKDƏN İBARƏT LATEX KORSETLƏR. – KİP KORSETLƏRDİR . – SİNƏNİ DİK TUTUR. – BELİ QUM SAATI FORMASINA SALIR. – ƏYİNDƏ YIĞILMIR. – HƏR GÜN ƏN AZI 7-8 SAAT TAXMAQLA BELİ İSTƏNİLƏN ÖLÇÜYƏ SALIR. – MATERİALI DAVAMLIDIR. – KORSETİ TAXDIĞINIZ AN ARTIQ 2 BEDE
Evlərinizin uyğun qiymətə yüksək və keyfiyyətlə təmirini və dizaynı bizə etibar edin!
Mənim ustam sizlərə keyfiyyətli və səliqəli tikinti , təmir və dizayn işləri təklif edir. Bütün işlərimizdə yüksək keyfiyyətli Almaniya, Türkiyə və Ukrayna istehsali olan materiyallardan istifadə olunur. Evinizin tikinti və təmirini tam güvənlə başlanğıcdan sonuna qədər bizə əmanət edə bilərsiniz. Xidmətlərimiz
Üzdəki qara nöqtələri təmizləyən möcüzəvi vasitə
Sifariş üçün 055 239 54 49. Məhsul Haqda Ətraflı. Green Eggplant mask stick. XÜSUSİYYƏTLƏRİ:. Ləkəli dərini zərərsizləşdirir:. Dəri altındakı sızanaqları,qara nöqtələri götürür, həddindən artıq yağ istehsalından və tıxanmış məsamələrdən xilas olur, məsamələrin təmizlənməsinə, pH tarazlığına və qüsursu
Artıq istədiyiniz kimi bədən quruluşuna sahib olmaq üçün əməliyyatlara ehtiyyac qalmadı.
MƏHSUL HAQQINDA ƏTRAFLI. Slim Samyun wan. Arıqladıcı kapsulalar. Ən çox artıq çəkili insanlar, həddindən artıq kilolardan qurtulmaq üçün asan yollar axtarışındadır. Kiloqramı atmaq daha çətindir, çünki bunun üçün diyetanızı qorumaq və həyat fəaliyyətini artırmaq lazımdır. Buna görə istehlakçı kütlələr
Çox təcili Qusar rayonu Yasab kəndində bağ evi satılır!
ÇOX TƏCİLİ SATILIR: Qusar rayon Yasab kəndində 21 sotda tikilmiş 2 mərtəbəli bağ evi ev ümumi 200 kvatrat metirdən ibarətdir ikinci mərtəbə evro təmirlidir.Ev bütün əşyaları ilə birlikdə satılır.Kombi quraşdırılıb,Telefon ,vifi, 27 tonluq su deposu 7 klavatllq generator, ot biçən,odun doğrayan və’
Uşaqlarınızın boyundan narahatsınız?
BoyMax (toz şəklindədir) 300 qr . 100 faiz təbii bitkilərdən hazırlanmış məhsul. Uşaqlarınızın boyunun balaca qalmasından artıq kompleksə düşməyin. BoyMax təbii tərkibli boyartırıcı məhsuldur. Tərkibində heç bir hormon yoxdur. 4 -27 yaşadək effektivdir. 3 aya 5-6 sm boy uzadır. Bir qutu təqribən 40-4
Qadınlarda hormonal pozğunluq: səbəbləri, əlamətləri və təhlükəsi
Hormonal disbalans orqanizmin fəaliyyətinin uzunmüddətli pozğunluğu olub (adətən sistem şəklində bir neçə orqanın işi pozulur), bu və ya digər hormonların qanda konsentrasiyasının normadan kənara çıxması ilə müşayiət olunur.
Problemə dar və geniş çərçivədə baxmaq lazımdır. Adətən pasientlər hormonal pozğunluq dedikdə, yalnız cinsi hormonların, yəni, estrogen və progesteronun qanda səviyyəsinin dəyişməsini başa düşür. Lakin, geniş çərçivədə baxdıqda bir sıra digər hormonları da nəzərə almaq lazımdır. Məsələn, hipofiz hormonları, qalxanvari vəzdə sintez olunan tiroksin və yaxud böyrəküstü vəzin kortizolu, adrenalini və s.
Çox vaxt patoloji prosesə eyni vaxtda bir neçə sistem qoşulur. Beləki, başlanğıc səbəb sonrakı pozğunluqları da provokasiya edir.
Kliniki mənzərə adətən tipik keçir, yəni, pasientdə dəyişilmiş hormonun funksiyasına uyğun spesifik əlamətlər müşahidə olunur. Həkimlərin vəzifəsi əlamətlər kompleksini düzgün qiymətləndirib, konservativ və yaxud cərrahi yolla normal hormonal fonu bərpa etməkdir.
Mündəricat
- Hormonal pozğunluğun səbəbləri
- Fizioloji səbəblər
- Patoloji səbəblər
- Menstrual tsiklin pozulması
- Sonsuzluq
- Atsiklik uşaqlıq qanaxması
- Cinsiyyət yollarından axıntı
- Bədən çəkisinin «oynaması»
- Üz və bədəndə tük örtüyünün dəyişməsi
- Cinsi meylin azalması
- Cinsi hormonlar – estrogen və progesteronların sintezinin pozulması nəticəsində yaranan hormonal disbalans
- Qalxanvari vəzin zədələnməsi
- Böyrəküstü vəzlərin funksional aktivliyinin pozulması
- Hipofizar disfunksiyalar
- Mədəaltı vəzin fəaliyyətinin pozulması
- Qadınlarda hormonal pozğunluğu hansı həkim müalicə etməlidir?
- Hormonal fonun dəyişməsini pasient özü təyin edə bilərmi?
Hormonal pozğunluğun səbəbləri
Hormonal disbalansa səbəb olan amillər adətən patoloji olur, lakin, qadınlarda fizioloji amillər də mümkündür.
Fizioloji səbəblər
Pubertat dövr
Cavan qızın rastlaşdığı ilk hormonal sıçrayışdır. Bu halda pozğunluq demək olar ki, həmişə rast gəlinir. Qızlarda cinsi yetişmə 11-12 yaşdan başlayır 17-19 yaşlarda bitir, pik dövrü – təxminən 15-16 yaşlara düşür. Bu dövrdə hormonal pozğunluq 10-12% halda rast gəlinir, adətən kənaraçıxmalar tez kompensasiya olunur və həkimə müraciət etməyə ehtiyac qalmır. Menstrual tsikl indi-indi formalaşır və sabitləşmək üçün vaxt tələb edir. Bu dövrdə bədən çəkisi və qanın göstəriciləri tez-tez dəyişə bilər.
Hamiləlik
Bu zaman yaranan problemlər əsasən 30 yaşına qədər və 40 yaşından sonra hamilə qalan qadınlarda daha aydın nəzərə çarpır. Bu dövrdə baş verən disfunksiya uşağın normal inkişafı üçün orqanizmdə gedən təbii proseslərlə əlaqədardır. Hamiləlik zamanı hormonal pozğunluqdan qaçmaq praktiki olaraq mümkün deyil və söhbət yalnız prosesin ağırlıq dərəcəsindən gedə bilər. Gələcəkdə baş verə biləcək fəsadlardan (toksikoz, preeklampsiya, eklampsiya, donmuş hamiləlik və digərləri) qorunmaq üçün pasientə ginekoloqdan başqa endokrinoloqun da nəzarəti gərək ola bilər. Doğuşdan sonra da (geri bərpa dövründə) hormonal pozğunluq mümkündür.
Klimaks
Klimaks və ya menopauza – reproduktiv proseslərin təbii sönməsidir. Proses 45 yaşından sonra başlayır. Sonra hər şey qadın orqanizminin fərdi xüsusiyyətlərindən, onun adətlərindən, həyat tərzindən, irsi amildən asılıdır. Siqaretçəkən, alkoqollu içkilər içən qadınlar yüksək gərginlik səbəbindən klimaksla daha tez rastlaşır. Klimaksda hormonal pozğunluq normal haldır, amma, orqanizmin fəaliyyətində ağır pozğunluqlar inkişaf etdikdə, əhval pisləşdikdə — əvəzedici hormonal terapiya göstərişdir.
İntensiv fiziki gərginlik
Fiziki yüklənmə və hiperaktivlik qana kortizol və adrenalinin yüksək miqdarda atılması ilə müşayiət olunur. Onlar cinsi hormonların təsirini bloklayır. Nəticədə reproduktiv sistemdə pozğunluqlar baş verir — ən azı menstrual tsikl dəyişir. Bu baxımdan, idmançılar yüksək risk qrupuna daxildir. Əsas da professional idmanla məşğul olanlar. Daha az intensivlikli fiziki gərginlik də hormonal pozğunluğa səbəb ola bilər, hər şey neqativ faktorlara fərdi müqavimətdən asılıdır.
İrsi meyl
İrsi faktor hormonal pozğunluqların inkişafında ilk yerlərdən birini tutur. Patologiyaya meylliyi aşkar etmək üçün ailə anamnezini qiymətləndirmək lazımdır. Qadın yaşlı qohumlarına baxmalıdır: anasına, nənələrinə, onları sorğulamalıdır. Belə pozğunluğu olan qohumlardan hər hansı biri aşkar olunarsa, profilaktik tədbirlərə riayət etmək lazımdır. Dəqiq faiz bəlli deyil, amma, irsi meyllik aşkar edildikdə risklər birmənalı şəkildə yüksəlir. Şərti olaraq bura alimentar faktoru da qoşmaq olar, yəni, tam keyfiyyətli yemək yeməməyi və qidada yağlı və qızardılmış məhsulların üstünlük təşkil etməsini. Bu, hormonal disbalansın əsas səbəbi deyil, lakin, “katalizator” rolunu oynaya bilər.
Patoloji səbəblər
Bəzi dərman preparatlarının qəbulu
Bu mənada əsasən oral kontraseptiv tabletlər təhlükəlidir. Ona görə də həkim təyinatı olmadan onların qəbulu ciddi qadağandır. Ümumiyyətlə yaxşı olar ki, kontraseptiv tabletləri heç qəbul etməyəsən, çünki, sistematik istifadə zamanı problemlərdən qaçmaq mümkün olmur. Psixotrop maddələrin də tətbiqi eyni neqativ nəticəni verir. Bunlara neyroleptiklər, antidepressantlar və həmçinin sedativ vasitələr aiddir. Onlar elə pozğunluqlar törədir ki, uzun müddət korreksiya tələb edir və hətta qəbul dayandırıldıqdan sonra belə aylar və bəzən illər ərzində özbaşına kompensasiya olunmur.
Keçirilmiş əməliyyatlar
Cərrahi əməliyyatların məhz cinsiyyət sistemi orqanlarında aparılması mütləq deyil. Ümumiyyətlə hər bir əməliyyat orqanizm üçün böyük stresdir. Ona görə əməliyyatdan sonrakı bərpa dövründə hormonal fon pozula bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, qalxanvari vəzdə, hipofizdə, mədəaltı vəzdə, uşaqlıq və yumurtalıqlarda aparılan əməliyyatlar hormonal disbalans ehtimalını dəfələrlə artırır.
Endokrin sistemin patologiyaları
Yəni, böyrəküstü vəz, hipofiz, cinsiyyət orqanları, mədəaltı vəz və digər strukturların xəstəlikləri. Onlar zədələnən vəzə uyğun olaraq bu və ya digər hormonun səviyyəsinin dəyişməsinə gətirir. Endokrin sistem incə struktur olduğundan zəncirvari reaksiya başlayır. Çox nadir hallarda qadınlarda, elə kişilərdə də hormonal pozğunluq yalnız bir orqan və ya sistemin zədələnməsilə keçir.
Artıq çəki
Artıq bədən çəkisi – təhlükəli amildir. Çünki, bu zaman hormonal disfunksiya ilə qarşılaşma ehtimalı yüksəlir. Burada səbəb nədir, nəticə nədir — hələ sualdır. Beləki, çox vaxt çəkinin artması hormonal disbalansın əlaməti kimi özünü göstərir. Tərsinə də ola bilər. Məsələn, artıq çəki şəkərli diabet törədir, hansı ki, orqanizmin bütün strukturlarına toxunur. Bu mövzu ilə gələcəkdə daha ətraflı məşğul olarıq. Hələki davam edək.
Cinsiyyət sisteminin şişləri
- requlyar baş verən kəskin respirator virus infeksiyaları, iltihabi xəstəliklər;
- siqaretçəkmə, alkoqol qəbulu;
- stres (kortizolun qanda artımına gətirir).
Hormonal pozğunluğun əlamətləri
Kliniki mənzərə dəyişikliklərin dərəcəsindən asılıdır. Qadınlarda hormonal pozğunluğun spesifik əlamətləri aşağıda sadalanır.
Menstrual tsiklin pozulması
Hormonal disfunksiya zamanı adətən aybaşı tsiklinin pozulması – uzanması baş verir. Hətta, xüsusi ağır hallarda menstrual tsiklin tamamilə dayanması – amenoreya mümkündür, hansı ki, daha dərin korreksiya tələb edir. Bu pozğunluqların ağırlığı diaqnostikanın nəticələrinə əsasən təyin olunur.
Sonsuzluq
Yəni, hormonal disfunksiya zamanı uşaq mayalandırmaq mümkün olmur. Buna nisbi sonsuzluq deyilir. Bütün anatomik və fizioloji göstəricilərə görə pasient uşaq mayalandıra bilər, problem yalnız menstrual və ovulyator tsikllərdə olur. Ovulyasiya ya baş vermir, ya da fizioloji normaya uyğun keçmir. Qeyd edim ki, sonsuzluq diaqnozu dərhal deyil, bir müddət (bir neçə ay ərzində müntəzəm cinsi əlaqələr fonunda) sonra qoyulur.
Atsiklik uşaqlıq qanaxması
Başqa adla disfunksional uşaqlıq qanaxması da deyilir. Təhlükəli əlamətdir. O, hətta qadının həyatı üçün təhlükə yarada bilər. Qeyd edim ki, az miqdarda atsiklik qanaxma belə, qadında qanazlığı verir, hansı ki, öz növbəsində endokrin disfunksiyanı daha da dərinləşdirir.
Cinsiyyət yollarından axıntı
Axıntı adətən rəngsiz və iysiz olur, hansı ki, onun infeksion xarakterdə olmasını praktiki olaraq istisna edir. Lakin, istənilən halda axıntının zöhrəvi mənşəli olmasını inkar etmək üçün müayinə tələb olunur.
Bədən çəkisinin «oynaması»
Çəkinin itirilməsi və ardınca həddən artıq yığılması. Birmənalı olaraq qadında hormonal pozğunluqların olmasından xəbər verir.
Üz və bədəndə tük örtüyünün dəyişməsi
Tük örtüyünün düşməsi və kişi tipli tüklənmə. İkinci variant daha çox rast gəlinir. Bu əlamətlər testosteronun qanda konsentrasiyasının artmasını göstərir, hansı ki, normada qadınlarda olmamalıdır.
Cinsi meylin azalması
Libidonun azalması, cinsi istəyin olmaması. Bu zaman temperamentə baxmaq lazımdır — əvvəlcədən aşağı olduqda, problem heç sezilmir. Əksinə, əgər cinsi əlaqəyə əvvəlcədən yüksək tələbat olarsa, dəyişikliklər dərhal bəlli olur və cinsi “soyuqluq” kimi qiymətləndirilir.
Qeyri-spesifik əlamətlər digər xəstəliklərdə də rast gəlindiyi üçün, yalnız əvvəlki dəyişikliklərlə kompleks şəkildə qiymətləndirilməlidir:
- Zəiflik, tez yorulma, astenik əlamətlər. İşə və hətta ev işlərinə enerjinin olmaması. Daimi yuxuluq, əqli və fiziki iş qabiliyyətinin azalması müşahidə olunur. Qeyri-adi oyanıqlıqla növbələnmə mümkündür. Səhər vaxtları problem daha qabarıq nəzərə çarpır. Axşama aktivliyin atması ola bilər. Bu, yuxunun keyfiyyətində özünü göstərir.
- Miqren, başağrısı və başgicəllənmə. Hətta ürəkbulanma və qusma ola bilər. Vegetativ əlamətlər — taxikardiya, ürək vurğularının azalması, tərləmə və s. mümkündür.
- Yuxusuzluq və digər yuxu pozğunluqları. Pasient gün ərzində daimi uzanmaq istəyir. Yatmaq istəyən isə — yuxu ərşə çəkilir. Bunlar hormonal pozğunluğu olan qadınlar üçün tipik vəziyyətdir. Normal istirahət yoxdur. Bu, mərkəzi sinir sisteminin fəaliyyətini pozaraq psixosomatikanın pozulması əlamətləri — başağrısı, təngnəfəslik, ürəkbulanma, taxikardiya, arterial təzyiqin “oynaması” ilə özünü göstərir.
- Qıcıqlanma, yüksək aqressivlik, emosional ləbillik. Psixoasteniya əlamətləri mümkündür. Onun üçün kəskin emosional və aqressiv hərəkətlər tipikdir.
- Səpki – akne. Hormonal pozğunluğun belə əlamətləri adətən qadın üçün yalnız estetik əhəmiyyət kəsb edir. Səpkilər hormonal disfunksiya nəticəsində yaranır və əsas pozğunluq korreksiya olunduqdan sonra öz-özünə keçib gedir.
- Bəzən bədən temperaturunun “oynaması” mümkündür, hansı ki, qalxanvari vəz və hipofizin patologiyaları üçün daha çox səciyyəvidir. Özünü temperaturun 37.0-37.5 dərəcəyə qədər qalxması ilə göstərir, adətən bundan yuxarı olmur.
Yuxarıda deyildiyi kimi, qadınlarda hormonal pozğunluq özünü təkcə cinsiyyət sisteminin fəaliyyətində göstərmir. Qalxanvari vəzin patologiyalarında bədən temperaturu və arterial təzyiqin “oynaması” qeyd olunur. Bədən çəkisi, həmçinin, asteniya, ürək ritmi ilə problemlər mümkündür. Hiperkortisizm zamanı sümük-oynaq sistemində struktur dəyişiklikləri baş verir, piylənmə, hipertenziya inkişaf edir. Bu siyahını hələ çox davam etmək olar.
Klinik mənzərə əsasında həkim diaqnostik istiqamətləri dəqiqləşdirir.
Hormonal pozğunluğun növləri
Şərti olaraq patoloji prosesdə bir neçə tip haqqında danışmaq olar.
Cinsi hormonlar – estrogen və progesteronların sintezinin pozulması nəticəsində yaranan hormonal disbalans
Yuxarıda sadalanan əlamətlərlə müşayiət olunur. Pasientlər hormonal disfunksiya dedikdə elə bu vəziyyəti başa düşür. Amma, bəlli olduğu kimi, hormonal pozğunluqlar təkcə bunlardan ibarət deyil.
Qalxanvari vəzin zədələnməsi
Həm hipertireoz, həm də hipotireoz təhlükəli vəziyyətdir. Hər ikisi T3, T4 və TSH hormonlarının əmələ gəlməsinin pozulması ilə əlaqədar baş verir. Onları mütləq müalicə etmək lazımdır, çünki, həm digər hormonların əmələ gəlməsinə təsir edir, həm də, hipertonik kriz kimi ağır fəsadlara səbəb ola bilər. Müalicəsiz insult və digər ağır fəsadların riski artmış olur.
Böyrəküstü vəzlərin funksional aktivliyinin pozulması
Hiperkortisizm, İtsenko-Kuşinq və Addison xəstəlikləri. Bir qədər az rast gəlinir, lakin, təhlükəsi heç də az deyil. Bu siyahıya feoxromositoma – böyrəküstü vəz şişini də əlavə etmək olar. O, noradrenalin sintez edir. Müalicə medikamentoz və ya cərrahi yolla aparılır.
Hipofizar disfunksiyalar
Bir qayda olaraq hipopituitarizm tipində rast gəlinir. Bu zaman hipofiz hormonları orqanizmin fəaliyyəti üçün lazım olan miqdarda əmələ gəlmir. Hipofiz endokrin sistemin fəaliyyətini tənzimləyir, bir növ koordinator rolunu oynayır. Buna görə də pozğunluqlar dərhal bəlli olur. Bəzi hormonların artıq sintez olunması ilə müşayiət olunan variantlar da mümkündür. Məsələn, kortikotropin, somatotropin (akromeqaliya verir) və bəzi digər birləşmələr. Bu halda hormonal fonun bərpası — dəyişikliklərin səbəbindən asılıdır. Adenoma və digər şişlərdə cərrahi korreksiya göstərişdir.
Mədəaltı vəzin fəaliyyətinin pozulması
Mədəaltı vəzin ən geniş yayılmış xəstəliyi — şəkərli diabetdir. Bu zaman bütün orqanizmdə sistem dəyişiklikləri baş verir — endokrindən tutmuş sinir və ürək-damar sistemlərinə qədər.
Hormonal disbalansın diaqnostikası
Qadınlarda hormonal pozğunluğu hansı həkim müalicə etməlidir?
Diaqnostika və müalicə endokrinoloqun çiyinlərinə düşür. Əgər problem cinsiyyət sisteminə də toxunarsa — müalicəyə ginekoloq da qoşulur.
Müayinə ümumən standartdır. Hormonal pozğunluğun olmasını bilmək çətin deyil. Bu zaman aşağıdakı müayinə üsulları tətbiq edilir:
- Xəstənin sorğusu. Pasient öz vəziyyəti haqqında həkimə mümkün qədər ətraflı danışmalıdır. Pozğunluğun tam mənzərəsini görmək və onun xarakteri haqqında mülahizə qurmaq üçün, həkim konkret pasientdə hansı əlamətlərin olmasını dəqiq bilməlidir.
- Anamnez yığılması. Həyat tərzi, vərdişlər, keçirilmiş xəstəliklər, ailə tarixi və s. Bu, hormonal pozğunluğun səbəblərini təxmini təyin etmək üçündür. Həmçinin, hazırkı patologiyalar nəzərə alınmalıdır.
- Qanın hormonal profili. Cinsi və digər hormonların konsentrasiyası. Müayinə tez aparılır, çətinlik törətmir, amma, ətraflı informasiya verir. Analizlər müəyyən qaydalar əsasında aparılır və hazırlıq tələb edir.
- Lazım gəldikdə (konkret obyektiv məlumatlar əsasında) cinsiyyət sistemi, qalxanvari və böyrəküstü vəzlər, hipofiz əlavə olaraq instrumental üsullarla (USM, kəllənin rentgenoqrafiyası, KT, MRT və s.) müayinə olunur.
Ümumən isə, müayinə çətinlik törətmir, əsas da anamnez əvvəlcədən yaxşı toplanarsa. Mülahizələr bir-bir inkar edilməlidir. Diaqnoz qoyulduqdan sonra müalicəyə başlamaq olar.
Hormonal fonun dəyişməsini pasient özü təyin edə bilərmi?
Özbaşına yalnız simptomları aşkar etmək olar, onların mənşəyini həkim diaqnostikadan sonra təyin edə bilər.
Hormonal pozğunluğun müalicəsi
Hormonal pozğunluq farmakoloji və cərrahi üsullarla müalicə olunur. Bir qayda olaraq, hormonların (estrogen, progesteron və s.) sintetik analoqları ilə əvəzedici müalicə aparılır. Qalxanvari vəzin fəaliyyəti pozulduqda yod tərkibli maddələr və ya əksinə göstərişdir. Bu maddənin az olduğu pəhriz saxlamaq lazımdır.
Eyni zamanda hormonal pozğunluğa gətirən əsas xəstəliklər (şiş, alimentar çatmamazlıq və digərləri) müalicə olunmalıdır. Şişlərdə, orqanların destruksiyasında, iltihabi proseslərdə cərrahi müalicə də mümkündür.
Düzgün qidalanma böyük rol oynayır. Dərmanlar hormonal statusu bərpa etməyə kömək edir, lakin, qida rasionu keyfiyyətli olmazsa, müalicənin nəticəsi uzunmüddətli olmayacaq. Rasionda bitki mənşəli və zülali qidalar lazımi miqdarda, yağlar isə az olmalıdır. Sonunculardan tamamilə imtina etmək də olmaz, konserv və polufabrikatları qidadan çıxarılması kifayət edər. Duzdan çox istifadə etmək (sutkada 6 qramdan çox olmaz!) lazım deyil.
Qidanın optimallaşdırılması — eyni zamanda hormonal pozğunluq zamanı rast gəlinən piylənmədən qoruyacaq. Qidada yağları azaldıb, meyvə-tərəvəzi artırmaq lazımdır. Ətin dietik sortları istifadə edilməlidir — hindquşu və toyuğun file hissələri, balıq və s. Xəmir və digər şəkərlər azaldılmalıdır.
Daha nə etmək olar? Xalq təbabəti vasitələri, otlarla müalicə qəti məsləhət görülmür. Onların effekti heç bir tədqiqatlarla təsdiq olunmayıb və orqanizmdə nələr törədə biləcəyini heç kəs bilmir. Əgər otla müalicə olunmaq istəsəniz — yalnız naturopata müraciət etmək məsləhətdir. Yəni, tibbi savadı olan insana. Bu mövzuda internet şəbəkəsindən götürülmüş müalicə sxemlərinin heç bir əhəmiyyəti yoxdur!
Optimal istirahət və iş rejiminə əməl etmək, stres və psixi yüklənmədən uzaq durmaq, adekvat qida rasionu, zərərli vərdişlərdən imtina etmək tövsiyə olunur. «Necə müalicə etməli?» sualını həkimə buraxın. Cavab konkret kliniki vəziyyətdən asılıdır.
Proqnoz
Proqnoz adətən müsbətdir. Mütəxəssislərin nəzarəti altında korreksiya edildikdə 99% halda yaxşı nəticə alınır. Problem özbaşına çətin keçir, keçsə də tam olmur — tez-tez kəskinləşərək özünü bildirir. Bu səbəbdən, tibbi yardımdan imtina etmək qətiyyən tövsiyə olunmur, əks halda ciddi fəsadların yaranması təhlükəsi var.
Hamiləlik pozan dərmanlar
Hamiləlik əksər qadınlar üçün arzuolunan haldır. Lakin bəzən müəyyən səbəblərdən onun sonlandırılması qaçılmaz olur. Qadınların bir çoxu hamiləlik pozan dərmanlar qəbul etməyə meyllidir. Bu üsul tibbdə medikamentoz abort adlanır.
Hamiləlik pozan dərmanlar nə kimi üstünlüklərə malikdir?
Bu preparatların üstün cəhəti ondan ibarətdir ki, həmin dərmanları aptekdən asanlıqla əldə etmək mümkündür. Belə hallarda çox zaman cərrahi müdaxilə və ya vakum-aspirasiyaya ehtiyac yaranmır. Həm də hamiləlik pozan dərmanlar qiymət baxımından qadınlar üçün daha sərfəlidir.
Medikamentoz abort üçün əsas qayda
Medikamentoz abort yalnız çox erkən hamiləlik həftəsi üçün keçərlidir. Dərmanla hamiləlik pozmaq istəyən qadın axırıncı menstruasiya vaxtını dəqiq bilməlidir. Hamiləlik testi pozitiv çıxdıqdan sonra həkimə gedərək qanda XQ (xorionik qonadotropin) analizi verməli, həmçinin uşaqlığın ultrasəs müayinəsindən keçməlidir.
Hamiləlik pozan dərmanlar aşağıdakılardır:
Progesteronun antoqonistləri (antiprogestinlər)
Bu qrupa Mifepriston, Mifolian və Mifeqin aiddir. Preparatların təsir mexanizmi bir-birindən fərqlənir. Belə ki, Mifeqin qadın cinsi hormonu – progesteronun sintezini dayandırır. Nəticədə döl yumurtası inkişaf edə bilmədiyindən tələf olur.
Mifepriston isə uşaqlığın tonusunu və yığılmalarını gücləndirməklə, hamiləlik pozulmasını stimulə edir.
Sintetik prostaqlandinlər
Mizoprostol və ya Mirolyut hamiləliyin erkən dövrlərində düşüyə səbəb olan preparatlardır. Onlar tablet şəklində buraxılır.
Sintetik prostaqlandinlər uşaqlığın yığılmasını təmin edərək, uşaqlıq boynunu genişləndirir. Bu tip dərmanları qəbul etdikdə döl yumurtası uşaqlıqdan xaric olur – düşük baş verir. Mirolyut və Mizoprostol təbii doğuşlarda tətbiq olunan Oksitosin kimi təsir edir.
Hamiləlik pozan dərmanlar nə vaxt qəbul edilə bilər?
Belə dərmanlar axırinci aybaşıdan sonra 49 gün ərzində istifadə oluna bilər.
Hamiləlik pozan dərmanlar: istifadəsinə əks-göstərişlər
- Uşaqlıqdan kənar hamiləlik;
- Xroniki böyrək çatışmazlığı;
- Qadının yaşının 18-dən az olması;
- Hormonal pozğunluqlar;
- Cinsiyyət orqanlarının xəstəlikləri;
- Preparatın tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.
Hamiləliyi pozan dərmanların fəsadları
Ümumiyyətlə, abort təbii proses olmadığından orqanizm üçün zərərli hesab edilir. Bu müdaxilə aşağıdakı fəsadlarla nəticələnə bilər:
- Qeyri-müntəzəm və ağrılı aybaşılar;
- Uşaqlıq qanaxamaları;
- Qalxanvari vəzin disfunksiyası;
- Piylənmə;
- İkincili sonsuzluq ;
- Xoş və bədxassəli şişlər.
Əlbəttə ki, bütün abort halları yuxarıdakı fəsadlarla nəticələnmir. Sadəcə belə qadınlarda ağırlaşma riski mövcud olur.
DİQQƏT : Həbləri qəbul etdikdən sonra qanlı ifrazatın miqdarına diqqət yetirin. Əgər 1 saat ərzində dəyişilən bezlərin sayı, ifrazatın həcmi artarsa, o zaman həkimə müraciət edin. Normada axıntı tədricən azalmaqla 7-10 gün davam edir.
Medikamentoz abortdan sonra əlavə təsirlər
Onlara ürəkbulanma, ishal, qusma, baş gicəllənmə və zəiflik aiddir. Belə hallarda əlamətləri aradan qaldıran vasitələrdən istifadə edilməlidir.
Hamiləliyin dərmanla pozulması niyə təhlükəli sayılır?
- Hamiləlik pozan dərmanlar qəbul etdikdə düşük natamam ola bilər. Natamam abort – uşaqlıqda döl yumurtası və dölyanı kisənin qalıqlarının ləngiməsi ilə xarakterizə edilir. Bu da öz növbəsində qanaxmalara səbəb olur. Qalıqlar iltihablaşdıqda vəziyyət daha da ağırlaşır. Abortun qalıqlarını təmizləmək üçün küretaj edilir, uşaqlığın divarları qaşınır.
- Bundan əlavə preparatların qəbulundan sonra qarnın aşağı hissəsində kəskin ağrı və qanaxma baş verə bilər. Uşaqlıqdan kənar hamiləliklərdə qadın özbaşına hamiləlik pozan dərmanlar qəbul edərsə, belə hallar daxili qanaxma, borunun cırılması, hətta ölümlə nəticələnə bilər.
Belə fəsadlara yol verməmək üçün hamiləliyi dayandıqmaq istəyən qadın ilk növbədə həkim-ginekoloqla məsləhətləşməli və yalnız onun tövsiyə etdiyi üsuldan istifadə etməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.