Press "Enter" to skip to content

BMT Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır

“Köç” dastanı Çin və İran qaynaqlarında yazıya alınmışdır. Bu dastanda doğma yurda, el-obaya sevgi duyğularının bədii ifadəsi çox mənalı və ibrətamizdir. Türkün mənşəyini tanrı ilə bağlamaq inamı da ən əski bir inamdır. Yurdun bir daşını belə yağıya vermək xəyanət kimi anlaşılır,vətənin bütövlüyünü qorumaq hər bir türkün müqəddəs vəxifəsi sayılır.

Türk dastanları

Türk xalqlarının dastan yaradıcılığı çox qədim və zəngin ənənlərə malikdir. Bu dastanlar onların milli qəhrəmanlıq, iman və düşüncə tarixinin, tarixdən əvvəlki və sonrakı çağlarının bədii ifadəsidir. Dastanlarda ilkin tanrı və tanrılaşdırılmış insanlar, gün işığı, su köpüyü və ağacdan doğulmuş uşaqlar, türklərin çarpışma və savaşları xüsusi yer tutur. Daha doğrusu, türk dastanları türklərin dastanlaşmış tarixidir, öz əfsanəvi keçmişinə münasibətinin təcəssümüdür.

Türklərin yenilməz bahadırlıq uğurları, savaşları, yeni-yeni yurdlar salması, böyük dövlətlər qurması və mənəvi gözəlliyi bu dastanların yaranması üçün özül olmuşdur. Gerçəkliyin əfsanəyə çevrildiyi bu çağlarda insanların ilkin duyğu və düşüncələri, acı, şirin xəyalları, təbiət və onun hadisələrinə qeyri-adi münasibətləridə dastan yaradıcılığında əsas zəmin olmuşdur.

Eradan öncə XII yüzillikdən başlayıb eramızın IX yüzilliyinə qədər hakimiyyət sürən Saq, Hun, Göytürk və Uyğur imperiyaları dövründə dastan örnəkləri meydana gəlmişdir. Eradan əvvəl VII yüzillikdə yaşamış Turan hökmdarı Alp Ər Tonqa haqqında qoşulmuş dastan, Şu, Hun –Oğu, Göytürk, doqquz oğuz və on uyğur və s. dastanları parlaq nümunədir.

“Yaradılış dastanı” – Türk dastanları içərisində “Yaradılış” dastanı dünyanın yaranmasından bəhs edən ilk dastan örnəyi kimi səciyyəidir. Dastanda belə deyilir ki, dünyada heç bir şey yox ikən tanrı Qara xan və ucsuz-bucaqsız su vardı. Qara xandan başqa görən və sudan başqa görünən yox idi. Ay, ulduzlar, göy və torpaq yaradılmışdır.

Tanrıların ən böyüyü, varlıqların başlanğıcı, insan nəslinin ilk babası Qara xan bu su aləmində sıxılırdı. O, yalqızlıq içində sıxılarkən suda bir dalğa göründü və bu dalğanın içindən Ağ ana deyilən bir qadın xəyalı ucaldı, yarat deyib yenə sularda gözdən itdi.

Qara xan bundan sonra özünə bənzəyən bir kişi, daha sonra dünya yaratdı. Onun yaratdığı dünya düpdüz idi. Ancaq bu düpdüz torpaqın üzərində bataqlıqlar, təpələr əmələ gətirdi. Qara xan əsəbləşib kişiyə Ərlik (şeytan) adını verdi.Sonra yerdən doqquz budaqlı ağac bitirib hər budağın altında bir adam yaratdı.Dünyada 9 insan nəsli də onlardan törədi.

Torpağın yeni insanları gözəl idilər. Lakin şeytanın pisliyinə uyan bu insanların ağılsızlığına qəzəblənən Qara xan onları sərbəst buraxdı.Ərliyidə torpaq altındakı qaranlıq dünyay göndərdi. Türklərin dünyanın yaradılışı barəsində ilkin mifik inam və görüşləri bundan ibarətdir. Burada insanın tanrı ilə bəhs etməsi, qadının əmri ilə kainatın hərəkətə gəlməsi və s. cizgilər çox ibrətamizdir. Bu dastanda Şaman dini ilə bağlı motivlərdə əks olunub ki, məsələn: On yeddi qat göyün nurlar aləmi sayılması, Qara xanın ilk tanrı kimi təqdimi, yer üzündə insanların yaşaması, pis ruhlar və cinlərin on dörd və ya yeddi təbəqə olan yerin altında məskunlaşması.

“Alp Ər Tonqa dastanı” — Əski çağlarda yaşayan türklərin ilk əfsanəvi-tarixi qəhrəmanı, ulu babası Alp Ər Tonqadır. İlk türk və Turan hökmdarı olan Alp Ər Tonqa öncə VII yüzillikdə İran- Turan müharibələrində ad qazanmış, dəfələrlə İran ordularını məğlubiyyətə uğratmış və nəhayət, Keyxosrov tərəfindən öldürülmüşdür. Onun ölümündən sonra saq-türk dövləti də öz əvvəlki mövqeyini itirmişdir.

Alp Ər Tonqanın adı İran qaynaqlarında Əfrasiyab kimi verilir. M.Kaşğari öz Divanında göstərirdi ki, türklər qədimdən böyük sərkərdələrinə xan, Əfrasiyaba isə xaqan adı vermişdilər. Qaz adı isə Əfrasiyabın qızının adı olmuşdur. “Dədə Qorqud” boylarında da “qaza bənzər qız” ifadəsinin gözəl qız mənasında işlənməsi məlumdur.

M.Kaşğari Əfrasiyabın ölümü haqqında yazılmış bir ağı nümunəsini də əsərinə daxil etmişdir. M.Kaşğarinin çaödaşı Yusif Xas Hacibin “Kutadqu bilik” əsərində isə Əfrasiyab bilikli, igid bir qəhrəman kimi səciyyələndirilib.

Əfrasiyabla bağlı yaradılmış dastan daha geniş miqyasda Firdovsinin “Şahnamə”sində öz əksini tapmışdır. Firdovsi təbii olaraq Əfrasiyabı öz əsərinin baş qəhrəmanı seçməmiş, onunla bağlı dastanı İran qəhrəmanlarının qələbəsi ilə tamamlamağa üstünlük vermişdir. İgid, yenilməz bir cəngavərə iranlıların zəfər çalmasını bir möcüzə kimi alqışlamışdır. Firdovsi böyük türk qəhrəmanı Əfrasiyab haqqında əhvalatları türk xalq ədəbiyyatından almışdır. Onun türk dövləti olan Qəznəvilər mühitində yaşaması və bu dövlətin başçısı Mahmud Qəznəvi ilə əlaqələri də bunu təsdiq etməkdədir.

“Şu dastanı”- Tarixi qaynaqlara görə, Şu miladdan əvvəl IV yüzillikdə yaşamış bir türk hökmdarı olmuşdur. M.Kaşğari onunla bağlı əhvalatları XI yüzillikdə ağızlardan toplayaraq əsərində qoruyub saxlamışdır.

Dastanda belə deyilir ki, Zülqərneyn kimi tanınan İsgəndər Səmərqəndi keçib türk yurduna gələndə onların hökmdarı Şu idi. Gənc hökmdar olan Şunun böyük və qüvətli bir ordusu olmuş, Balasaqun şəhərinin yaxınlığında yerləşən Şu qalasını tikdirmişdir. Hər gün Balasaqundakı sarayının qarşısında ordu bəyləri durardı.

“Divanü lüğətit-türk” də ərəb dilində yazıya alınmış “Şu”dastanı öz türklük ruhunu, üslubunu qoruyub saxlamışdır. M.Kaşğari türkmən, kalaç sözlərini izah edərkən bu dastanı nümunə gətirmişdir. Şu adlı hökmdarın tarixi bir şəxsiyyət olması bəlli deyil. Ancaq Saq imperiyasının tərkibində Su və ya Şu adlı bir dövlət bölümü mövcud olmuşdur. Bu da təsdiq edir ki, “Şu” dastanı Saq dastanlarındandır.

Dastanda suya, qaza, ördəyə tapınmaq əski şaman inancı təsiri bağışlayır. Türklərin yenicə şəhərlər salmağa başlaması, İsgəndərin hücumundan qorxub Çinə çəkməsi, Oğuz türklərinin isə öz yurdunu tərk etməməsi və s. cizgilər qədim türk tarixlərindən xəbər verir.

Göytürk dastanları. Göytürklər tarixdə türk adı altında dövlət quran ilk türklərdir. “Göy” sözü burada mavi, geniş mənasını daşıyaraq dövlətin böyüklüyünü və türk millətinin əzəmətini ifadə edir. Göytürklər doğudan Mancuriya, batıdan Qara dəniz və cənubdan Hindistana qədər uzanan bir dövlət qurmuşdular. Onların hakimiyyəti eramızın V yüzilliyindən başlayaraq IX yüzilliyə qədər sürmüşdür. Öz tarixlərini də daş yazılarına həkk etmiş, həm də dastanlarda əbədiləşdirmişlər. Göytürklərdən “Bozqurd” və “ Ergənəkon” dastanları günümüzə qədər gəlib çatmışdır.

Əski hunların soyundan olan Göytürklər Aşina adlı bir nəsildən törəmiş, ayri-ayrı oymaqlara yayılmışdır. Lin adlı bir məmləkət tərəfindən basılıb öldürülmüşlər. Ancaq on yaşında bir uşaqları qalmışdır. Düşmən bu uşağın çox kiçik olduğunu görüncə ayaqlarını kəsərək bir bataqlığa atdı. Orada bir qurd göründü, uşağı ətlə bəslədi. Düşmən uşağın yaşadığını eşidib onu öldürmək istədi. Qurd bir dağa qaçıb mağaraya sığındı. Sağ qalan uşaq böyüyüb evləndi, on uşağı oldu. On soy oldular. Aşina da onlardan biri idi. Çoxaldılar, yüz ailə oldular.Bir neçə nəsil sonra mağaradan çıxdılar. Altay dağları ətəklərində yerləşərək avarlara dəmirçilik etməyə başladılar və onlara tabe oldular. Qardaşlar özlərinə başçı seçərək, ona Türk adı verdilər. Anaları öləndən sonra böyük bir ağacın altına toplandılar. Ağaca doğru ən yüksək tullananı başçı seçmək istədilər. Türkün ən kiçik oğlu qələbə qazanıb başçı seçildi.

“Ergenekon dastanı” — bu dastan XIII yüzillikdə tarixçi Rəşidəddin tərəfindən yazıya alınmışdır. Bu dastanda da qəhrəman bir tayfanı təmsil edir. Qayıxanlı qəbiləsi buna örnək ola bilər. Tüküz də Doqquz oğuz qəbiləsinin ilkin adıdır. Dastanın türk tarixi ilə yaxınlığı qabarıq şəkildə özünü göstərir. Gerçəkdən də hun birliyi dağıldğqdan sonra Göytürklər Altay dağlarına çəkilərək uzun illər orada dəmirçilik etmiş, avarların hakimiyyəti altında yaşamışlar. Eramızın 536-cı ilində İl xanın başçılığı ilə türklər avarlara qalib gəlib böyük dövlət qurmuşlar.Moğol elinə Oğuz xan soyundan olan İl xan başçılıq edirdi. Bu çağlarda tatarların başında Sevinc xan durardı. Onlar daima vuruşardı və İl xan qalib gələrdi.

Sevinc xan Qırğız xanına hədiyyələr verib öz tərəfinə çəkir. Moğollarla on gün döyüş oldu, onlar zəfər çaldılar. Sonra tatarlar hərbi hiylə işlədib qalib gəldilər. Sevinc xan döyüşdən qayıdarkən İl xanın oğlanları döyüşdə ölmüşdülər. Yalnız kiçik oğlu Qiyan qalmışdır.Qiyan o il evləndi.İl xanın qardaşı Nüküz də o il evlənmişdi. Savaşdan on gün sonra hər ikisi arvadını götürüb qaçdı.Yeni bir yurda gəldilər.Oraya Ergənəkon adını verdilər. Ergənə-dağ yolu, kəməri, kon-dik deməkdir. Onların nəsli dörd yüz il orada yaşadı. Artıq Ergənəkona sığmırdılar. Oranı tərk etmək üçün yol arayıb tapmırdilar. Bir dəmirçi dedi ki, mən yol bilirəm. Orada dəmir mədəni var, onu əridib keçib gedə bilərik. Dağa odun, kömür gətirib yandırdılar.Dəridən yetmiş körük qoydular, hamısını birdən körüklədilər. Tanrının gücü ilə dəmir əridi. Oradan yol açıb dışarı çıxdılar. O gün moğollara bayram oldu. Bütün boylara elçilər göndərərək Ergənəkondan çıxdıqlarını bildirdilər. Tatarlar yenidən gəlib vuruşdularsa da, məğlub oldular. Beləcə dörd yüz il sonra qisaslarını aldılar.

“Köç dastanı” – Uyğur elində Hulin adlı bir dağ vardı. Ondan Tuğla və Selenqə adında iki çay axırdı. Bir gecə oradakı bir ağacın üzərinə göydən ilahi bir işıq düşdü. Ağacın gövdəsi şişməyə başladı. O işıq doqquz ay, on gün ocağın şişkinliyi üzərində durdu. Sonra ağacın şişi yarıldı, içindən körpə çıxdı. Əhali onları alıb böyütdü. Onlardan ən kiçiyinin adı Buğu xan idi. Böyüyüb hökmdar oldu. Çinlilərlə savaşdı və bu savaşa son qoymaq üçün oğlu Tigini Çin hökmdarının qızı ilə evləndirdi. Oğluna Xatun dağında saray tikdirdi. Qonşuluqdan Tanrı dağı, Cənubda Qutlu dağ yerləşirdi. Baxıcılar Xatun dağının səadətinin bu qayaya bağlı olduğunu və hökuməti zəiflətmək üçün bu qayanın aradan götürülməsini dedilər.Çinlilər Tigini razı salıb qayanı parçalayıb apardılar. Bundan sonra quşlar, heyvanlar öz dillərində bu qayanın aparılmasına ağladılar. Yeddi gün sonra isə Tigin öldü. Məmləkət fəlakətdən qurtulmalıdır. Hökmdarlar paytaxtı Beş balığa köçürdülər.

“Köç” dastanı Çin və İran qaynaqlarında yazıya alınmışdır. Bu dastanda doğma yurda, el-obaya sevgi duyğularının bədii ifadəsi çox mənalı və ibrətamizdir. Türkün mənşəyini tanrı ilə bağlamaq inamı da ən əski bir inamdır. Yurdun bir daşını belə yağıya vermək xəyanət kimi anlaşılır,vətənin bütövlüyünü qorumaq hər bir türkün müqəddəs vəxifəsi sayılır.

BMT Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır

BMT Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır “BMT Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə normallaşmasının tərəfdarıdır”.

9 Mart , 2023 12:27

https://static.report.az/photo/d5c93f15-626a-3700-bcec-d8a9153025a7.jpg

“BMT Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə normallaşmasının tərəfdarıdır”. “Report” xəbər verir ki, bunu BMT Baş katibi yanında İİV-lə birgə mübarizə proqramının icraçı direktoru, BMT-nin Baş katibinin müavini Vinni Byanima “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışında deyib. Həmçinin Bakı Forumu haqqında danışan V.Byanima burada iştirakın onun üçün böyük şərəf olduğunu bildirib: “Bu, diplomatların toplaşdığı və dünya problemlərinin müzakirə edildiyi çox mühüm forumdur”. V.Byanima belə çağırışlardan birinin xüsusilə gənclər arasında İİV-in yayılması olduğunu vurğulayıb: “Dünya çox dəyişir və müxtəlif çağırışlarla üz-üzədir. Bütün görkəmli xadimlər onların həllini müzakirə etmək üçün buradadırlar”.

Mhmmd cfr azrbaycan mhbbt dastanlarının poetikası

” Azərbaycan dastanlarının struktur poetikası “

AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Səfərlinin bu günlərdə yeni kitabı işıq üzü görüb. “Nurlan” nəşriyyatında olduqca nəfis tərtibatda çap olunan kitab “Azərbaycan dastanlarının struktur poetikası” adlanır.

Monoqrafiyada geniş şəkildə Azərbaycan dastan yaradıcılığı və onun inkişaf mərhələlərindən, obrazlar sistemindən, poetik strukturundan, arxaik dastan motivlərinin epik-mifoloji semantikasından, eləcə də bu günədək bu sahədə aparılmış tədqiqatlardan, o cümlədən müəllifin özünün apardığı tədqiqatlar nəticəsində yaxından izlədiyi dastan janrının müxtəlif istiqamətlərindən bəhs olunur.

“Kitabi-Dədə Qorqud”, “Məhəmməd-Güləndam”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz” və digər məhəbbət dastanlarından imkan daxilində nümunələr gətirən folklorşünas alim kitabda Azərbaycan dastanlarının türk, türkmən, özbək və digər dillərdəki variantlarına müraciət edib və paralellər aparıb.

Sevinc İsmayıl �

Ayna.- 2010.- 15 may.- S.19.

Comments are closed, but trackbacks and pingbacks are open.