Murakami, haruki – Norwegian wood
İlahə Məhəmmədzadə
KİTAB ADASI
Kitab yalnız həyat kitabdan daha maraqlı olanda bağlanır…
“Norveç meşəsi” Haruki Murakami
Murakami yaradıcılığı ilə ilk dəfə “Kafka Sahildə” əsəri ilə tanış oldum. Əsəri çox bəyənmişdim, ikinci dəfə də Murakami yaradıclığına müraciət edərkən oxuyacağım kitabın vaxt itkisi olmayacağına əmin idim. Elə əsərlər var ki, oxuyanda istədiyin bütün yaşantıları o əsərdə tapa bilməzsən, amma Murakaminin əsərlərində insan hisslərinin necə ustalıqla təsvir olunduğunun şahidi olursan, bir yazarın zövqü ilə o yazarla zövqü üst-üstə düşən “özünün, məninin” şahidi olursan, sən hər şeyi olmasada çox şeyi öyrənirsən Murakamidən.
Çox sevirəm mistikanı, qeyri-reallığı, uydurma sujetləri ki, hansı ki, əsər elə ustalıqla qeyd olunur ki, hətda sən artıq bu uydurmaya inanırsan, bax budur əsl ədəbiyyat, real olmayana oxucunu inandırmaq. Murakami doğurdan da canlı əfsanədi, hər şeyə inanmayan bir insanı öz əsərlərindəki qeyri-reallıqlara inandıra bilibsə, demək Murakami əsl söz ustadıdı.
Bütün əsərlər haqqında kiçik məlumatı oxuyanda nədənsə həmişə standartlara uyğun olaraq baş qəhrəmanlardan söhbət açılır, amma mən adətən esselərimi yazanda mənə hansı xarakter daha maraqlı gəlibsə o obrazdan danışmağı sevirəm. “Norveç meşəsi” əsərində demək olar ki, bütün obrazlar maraqlı, qeyri-adi, intelektual idi. Bu əsərdə mən mənfi obraz görə bilmədim, əsas qəhrəmanlar hamısı müsbət xarakterə malik insanlar idi.
Mənə çox maraqlı gələn obrazlar, düşüncə tərzinə görə Naqasava, məni çox güldürdüyünə görə Midori və qəribə xarakterli Reyko obrazı oldu.
Naqasava dahi oxucu idi, o deyirdi ki, ölümündən ən az otuz il keçməyən yazarların kitablarını oxumayın. O, deyirdi ki, zamanın süzgəcindən keçməyən əsərlərə vaxt sərf etmək riskini gözə almayın. Naqasava hamının oxuduğu kitabları oxumurdu, o düşünürdü ki, hamının oxuduğu kitabı oxuyanda insan hamı kimi düşünür, bu isə bəsit, geridə qalmış adamların işidi.
Midori isə nələr deyirdi və hansı hərəkətləri edirdi, bax onu əsəri oxuyanda bilərsiz
Reyko isə deyirdi ki, hamımız mükəmməl olmayan dünyada yaşayan yarımçıq adamlarıq.
Digər maraqlı və baş qəhrəmanlar isə Naoko və Vatanabe idi ki, Naokonun çox ciddi psixoloji prablemlərinin olmasına baxmayaraq Vatanabe onu sevir. Naoko Vatanabenin sevgisinə cavab verə bilirmi? Qaçılması mümkün olmayan alın yazısından Vatanabe özünü və Naokonu xilas edə bilirmi? Naokonun keçmiş sevgilisi olan Kidzukinin sevgisi daha güclü olur? Yoxsa Vatanabenin? İki dost arasıda və iki dünya arasındakı mübarizədə hansı qalib gəlir? Bütün bu suallara cavab tapmaq istəyirsinizsə əsəri oxumağı bu ilki planınıza mütləq daxil edin.
Murakamini birinci əsərindən musiqi vurğunu kimi tanımışdımsa, artıq bu əsəri deməyə əsas verir ki, Murakami hətda Pişikləri də çox sevir.
Əsəri oxumamışdan öncə elə düşünürdüm ki, bəzi səhnələri avtobioqrafiq olan bu əsəri Murakami Norveç Meşəsindəki yaşantılarından yazıbdı, amma əsəri oxuyanda aydın oldu ki, əslində yazar bu adı çox sevdiyi musiqidən , “Bitlz”in “Norwegian Wood”undan götürüb.
Kədər bizə nə öyrədir öyrətsin, gələn dəfə başqa, heç gözləmədiyin kədərlə üz-üzə gələndə o təcrübə sənə heç cürə kömək ola bilmiyəcək, bu cür təcrübələrdən istifadə etməmək arzusuyla.
İlahə Məhəmmədzadə
murakami, haruki – Norwegian wood
100 Ways to Motivate Yourself: Change Your Life Forever
151 Pages · 2009 · 1.37 MB · 732,061 Downloads
This book may not be reproduced, in whole or in part, in any form or by Hardison for coaching and friendship beyond th .
IQ84 Haruki Murakami IQ84 – huyenlam.com
2,157 Pages · 2014 · 5.64 MB · 16,047 Downloads
IQ84 Haruki Murakami. or town, she would always open the hotel’s phone book to see if there were .
Haruki Murakami – HB Wonderland.pdf
294 Pages · 2008 · 1.75 MB · 13,374 Downloads
Haruki Murakami was born in Kyoto in 1949. He met Also by Haruki Murakami. Fiction .. Prob .
The forbidden worlds of Haruki Murakami
292 Pages · 2014 · 3.17 MB · 7,348 Downloads · New!
reality for Haruki Murakami’s characters and readers alike. Memories and dreams in turn conjure .
Norwegian wood
353 Pages · 2003 · 848 KB · 36,235 Downloads
-up Bird Chronicle and has completed a Norwegian wood murakami, haruki – Norwegian .
Natsume, Soseki, Sanshiro (with Introduction by Haruki Murakami)
146 Pages · 2016 · 9.3 MB · 1,432 Downloads
. Natsume, Soseki, Sanshiro (with Introduction by Haruki Murakami) .
Haruki Murakami – 1Q84
1,135 Pages · 2014 · 4.15 MB · 824 Downloads · Croatian
Haruki Murakami. 1Q84. Roman. Prevela s japanskog. Nataša Tomič 3. Dešavalo se i da joj se obrate .
Load more similar PDF files
PDF Drive investigated dozens of problems and listed the biggest global issues facing the world today. Let’s Change The World Together
- Editor’s Picks
- Most Popular
- Academic & Education
- Art
- Biography
- Business & Career
- Children & Youth
- Environment
- Fiction & Literature
- Health & Fitness
- Lifestyle
- Personal Growth
- Politics & Laws
- Religion
- Science & Research
- Technology
Ask yourself: What negative thought patterns do I have consistently? Next
Haruki Murakami Norveç meşəsi
O vaxt mənim 37 yaşım vardı, Boinq 747-nin sərnişin kürsüsündə oturmuşdum. Get-gedə yüksəkliyi azaldan nəhəng təyyarə qalın qara buludları yara-yara yerə enmək istəyirdi. Soyuq noyabr yağışı torpağı isladaraq tutqun rəngə boyamışdı və yağmurluq geyinmiş texniki personal, çılpaq qaya kimi ucalan aeroport binasının üzərində dalğalanan bayraqlar, BMV-nin reklam lövhələri və başqa əşyalar flandriya üslubundakı rəsm əsərlərinə oxşayırdı. “Hə, deyəsən, yenə Almaniyadayıq” – düşündüm.
Təyyarə enən kimi “Siqaret çəkmək qadağandır!” yazılmış lövhələr söndü, bortdakı səsucaldanlardan ətrafa yavaş, aram musiqi sədaları yayıldı. Hansısa orkestr həvəslə “Bitlzln “Norwegian Wood”unu çalırdı. Həmişə olduğu kimi, bu dəfə FM- də melodiya başımı gicəlləndirdi. Yox, əslində, beynimin içi həmişəkindən bərk silkələndi. Mənə elə gəldi ki, bu dəqiqə beynim partlayacaq, ona görə də, bütün əzələlərimi sıxaraq, başımı əllərimin arasına aldım və tərpənməməyə çalışdım. Bir azdan alman qızı stüardessa yaxınlaşaraq, ingiliscə mənə nə olduğunu soruşdu. Dedim ki, hər şey yaxşıdı, eləcənə yüngül başgicəllənməm var.
Comments are closed, but trackbacks and pingbacks are open.