Press "Enter" to skip to content

Qibləni necə təyin etmək olar

“Azərfon”-dan bildiriblər ki, “Nar” nömrələrinin balansına 7 ay ərzində bir dəfə də olsa pul yüklənməsə, nömrə bağlanılır, nömrə vətəndaşın adından çıxarılır.1 il sonra nömrə satışa çıxarılır.

İstifadəsiz qalan mobil telefon nömrələrinin taleyi necə olur? – Mobil operatorlar cavablandırır

Bu gün mobil telefonlar olmadan həyatımızı təsəvvür edə bilmirik. Telefon hardasa sağ əlimizi, gözümüzü, qulağımızı əvəz etməyə başlayıb. Mobil nömrələrin alınması , mobil telefonların əldə edilməsi ölkəmizdə mürəkkəb prosedur olmadığına görə istənilən adam istədiyi sayda telefona və mobil nömrəyə sahib ola bilir.

Bəs uzun müddət istifadəsiz qalan nömrələrin taleyi necə olur? Bir nəfər tərfindən satın alınmış nömrə uzun müddət istifadəsiz qaldığına görə, mobil operatorlar tərəfindən başqa bir şəxsə satışa çıxarılırmı? Bu mülkiyyət hüququnun pozulması hesab edilə bilərmi? Bu kimi suallarla ölkəmizin ən məşhur mobil operatorlarının nümayəndələrinə üz tuturuq.

Bakcell-in ictimaiyyətlə əlaqələr korporativ kommunikasiya departametindən verilən məlumata görə, sistemdə birtərəfli bağlanan nömrələr bir ay ərzində aktivləşdirilmədiyinə görə ikitərəfli bağlanır : “Sistemimizdə ikitərəfli bağlı statusunda olan nömrənin yenidən aktivləşdirilməsi üçün abunəçilərimizə 150 (yüz əlli) gün vaxt verilir və müvafiq nömrə həmin müddət ərzində də aktivləşdirilmirsə, sistemdən kənarlaşdırılır. Bundan əlavə, müştəri məmnuniyyəti prinsipinə əsaslanaraq, nömrənin sistemdən kənarlaşdırılması tarixindən sonra onun dublikatını alıb bərpa etmək üçün abunəçilərə 90 (doxsan) əlavə gün verilir. Habelə, abunəçilərlə bağlanan müqavilələrin şərtlərinə əsasən, abunəçinin istifadəsinə verilmiş nömrənin 6 (altı) aydan çox müddət ərzində bağlı qalması abunəçi tərəfindən müqaviləyə birtərəfli xitam vermə kimi qiymətləndirilə bilər və şirkət üçün həmin nömrə üzrə başqa abunəçi ilə yeni müqavilənin bağlanmasına əsas verir. Məlumat üçün həmçinin bildiririk ki, Azərbaycan Respublikasında bütün nömrə resursları dövlətə məxsusdur və onlardan səmərəli istifadənin təmin edilməsi telekommunikasiya sahəsində fəaliyyət göstərən operatorun birbaşa öhdəliyidir”.

“Azərfon”-dan bildiriblər ki, “Nar” nömrələrinin balansına 7 ay ərzində bir dəfə də olsa pul yüklənməsə, nömrə bağlanılır, nömrə vətəndaşın adından çıxarılır.1 il sonra nömrə satışa çıxarılır.

“Azərcell” şirkətindən isə bildirildi ki, nömrənin saxlanılması özü şirkət üçün hansısa bir məbləğə başa gəlir, buna müəyyən maliyyə yatırılır. Hər kəs istədiyi sayda nömrə alıb, onu istifadəsiz saxlamaq istəsə, bu, mobil operatorlara ciddi ziyan vura bilər. Rusiya, Türkiyə kimi qonşu dövlətlərdə iki həftəlik və ya müvəqqəti nömrələr satışa çıxarılır ki, vətəndaş bu ölkədə olduğu müddətdə həmin nömrələrdən istifadə edir, sonra nömrə avtomatik bağlanır. İstifadə olunmayan “Azərcell” nömrələri 6 aydan sonra bağlanır. Bunun üçün müəyyən prosedur həyata keçirilir, sonra nömrə yenidən satışa çıxarıla bilər. Mülkiyyət hüquqlarının pozulması məsələsinə gəlincə, bütün bunlar nömrə alınarkən şirkətlə vətəndaş arasında bağlanan müqavilədə öz əksini tapır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Qibləni necə təyin etmək olar?

Qibləni müxtəlif üsullardan istifadə edərək müəyyənləşdirmək olar. Başqasının evində namaz qılarkən qiblə istiqamətini bilmirsinizsə, ilk növbədə evin yiyəsindən və ya qonşulardan soruşun. Hal-hazırda telefonlarda namaz vaxtlarını və qiblə istiqamətini göstərən proqramlar yayılmışdır. Bir neçə dəfə qibləni bildiyiniz yerlərdə bu proqramları sınayın, doğru göstərsə istifadə edə bilərsiniz. Həmçinin qibləni kompasla da təyin etmək olar. Azərbaycandasınızsa, kompasa baxaraq cənub istiqamətindən azca sağa dönmək lazımdır. Bakıda kompasla bu rəqəm 207 dərəcəni göstərir. Həmçinin, havaya baxıb günəşin çıxma-batma istiqaməti ilə tapmaq olar.

Milli.Az zikr.az-a istinadən bildirir ki, Azərbaycandasınızsa, sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman üzünüzü cənuba tutmuş olacaqsınız. Sonra azca sağa dönsəniz qibləyə yönəlmiş olacaqsınız. Digər bir üsul isə günəşli havada qibləni günəşə baxaraq tapmaqdır. Belə ki, qiblə saatı deyilən vaxt var. Həmin saatda günəş qiblə istiqamətində olur. Bakıda qış mövsümündə bu təqribən 13:00 radələrində, yay mövsümündə isə 13:30 radələrində olur. Qibləni müəyyənləşdirə bilməsəniz, təxmini bir istiqamət götürüb qıla bilərsiniz. Uca Allah buyurur: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”. (əl-Bəqərə, 115). Əgər namaz qılıb qurtarandan sonra bəlli olsa ki, qibləni səhv təyin etmisiniz, namaz səhihdir və yenidən qılmağa ehtiyac yoxdur. Cabir (Allah ondan razı olsun) deyir: “Biz, Allahın Rəsulu (ona Allahın salavatı və salamı olsun) ilə yürüşə çıxmışdıq və (hava) dumanlandı. Qiblənin istiqamətini müəyyən etməyə çalışdıq və bu barədə ixtilafa düşdük. Hər kəs öz bildiyi kimi namazını qıldı və bizdən bir nəfər yönəldiyi istiqaməti nişanladı ki, sonradan bunu yoxlasın. Növbəti səhər biz baxıb gördük ki, biz qiblədən digər istiqamətə yönələrək namaz qılmışıq. Biz bu barədə Peyğəmbərə, Allahın ona salavatı və salamı olsun, bildirdik və o, bizə namazı təkrar qılmağı əmr etmədi və dedi: “Namazınız səhihdir”. (əl-Hakim, 743).

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.