Press "Enter" to skip to content

Huawei” şirkətinin smartfon istehsalı üçün prosessorları bitib

Vaxtilə mikroprosessorları ədədlərlə işarələyirdilər. Ola bilsin, siz 386 və ya hətta 8086 prosessoru haqqında eşitmisiniz. İndisə onlara daha anlaşıqlı adlar verilirlər: Pentium, Celeron, Athlon, Duron.

Mikroprosessor haqqında məlumat

Mikroprosessor haqqında məlumat bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları və Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

  • 1 Mikroprosessor haqqında məlumat
    • 1.1 Mikroprosessor nədir?
    • 1.2 Mikroprosessorun sürəti nə ilə ifadə olunur?
    • 1.3 Mikroprosessor işçi gərginliyi haradan alır?
    • 1.4 Mikroprosessorun dərəcəliliyi nədir?
    • 1.5 Mikroprosessorları hansı firmalar istehsal edir?

    Mikroprosessor haqqında məlumat

    Mikroprosessor nədir?

    Hər bir kompüterin mərkəzi qurğusu mikroprosessordur. Bəzən onu kompüterin beynidə adlandırırlar. Mikroprosessorun kompüterin başqa komponentləri ilə qarşılıqlı əlaqədə olur. Bu elementlər əsasən girişi (input; ввод) və ya çıxışı (output; вывод) təmin edir.

    Giriş–kompüterə daxil olan informasiya, çıxış isə mikroprosessorun hasil etdiyi informasiyadır. Geniş anlamda, kompüter məhz bu giriş-çıxışın emalı ilə məşğul olur. Ümumiyyətlə, mikroprosessor kompüterin bütün qurğularının işini idarə edir. Mikroprosessora bəzən mərkəzi prosessor da deyilir və o, CPU kimi göstərilir. CPU-Central Processing Unit sözlərinin qısaltmasıdır.

    Mikroprosessorun sürəti nə ilə ifadə olunur?

    Qısa olsun deyə mikroprosessora, sadəcə, prosessor da deyilir. Onların çoxu böyük yastı çoxayaqlıya bənzəyir. Ölçüsü təxminən 2 sm 2 olan müasir mikroprosessorlarda bir neçə milyon elektron element olur.

    Mikroprosessorlar bir-birindən sürətləriylə fərqlənir. Mikroprosessorun sürətinin ölçü vahidi meqahers, dir (MHs) . Meqahersin sayı artdıqca mikroprosessorun sürəti də böyüyür.

    Mikroprosessor işçi gərginliyi haradan alır?

    Mikroprosessoru işçi gərginlik ilə ana plata təmin edir. İşçi gərginliyin qiymətinin aşağı həddə endirilməsi mikroprosessorun daha da məhsuldar işləməsini təmin edir.

    Mikroprosessorun dərəcəliliyi nədir?

    Prosessorun daxilində registr adlanan müəyyən sahə var ki, mikroprosessor emal etdiyi verilənləri orada saxlayır. İnformasiya vahidi yığımı mikroprosessorun daxilində yerləşən registrlərin dərəcəliyindən (mərtəbəliyindən) asılı olur.

    Dərəcəlik (mərtəbəlilik)prosessorun eyni vaxtda emal etdiyi informasiya bitlərinin sayıdır. Əgər kompüter bir dəfəyə 8 dərəcəli (8 bitdən ibarət) informasiyanı emal edə bilirsə, deməli registr, daha doğrusu mikroprosessor 8 dərəcəli (mərtəbəli) hesab edilir. Müasir prosessorlarda bu parametr 32 64 olur.

    Mikroprosessorları hansı firmalar istehsal edir?

    Vaxtilə mikroprosessorları ədədlərlə işarələyirdilər. Ola bilsin, siz 386 və ya hətta 8086 prosessoru haqqında eşitmisiniz. İndisə onlara daha anlaşıqlı adlar verilirlər: Pentium, Celeron, Athlon, Duron.

    Pentium. Mikroprosessorlar sahəsində düyanın ən aparıcı şirkəti olan İntel işləyib hazırladığı ən yaxşı mikroprosessordur.

    Celeron. Pentium un daha ucuz versiyası olan bu modelə ən çox ev kompüterlərində rast gəlinir.
    Athlon. İntel in rəqibi olan AMD şirkətinin Pentium a qarşılıq olaraq hazırladığı prosessordur.

    Duron. Celeronun AMD şirkətinin istehsalı olan analoqudur. Bəzi adlara rəqəmlər də əlavə olunur, məsələn, Pentium4.

    © İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

    Sizə aşağıdakı mövzular faydalı ola bilər:

    1. Sistem lövhəsi haqqında məlumat
    2. Qlobal şəbəkələr haqqında məlumat
    3. VPN şəbəkə haqqında məlumat
    4. Şəbəkə topologiyaları haqqında məlumat
    5. Mikroprosessorların 4-cü nəsli haqqında

    “Huawei” şirkətinin smartfon istehsalı üçün prosessorları bitib

    “Huawei” şirkətinin smartfon istehsalı üçün prosessorları qurtarıb. Bu barədə “China Info 100” konfransında şirkətin top-meneceri Riçard Yu bildirib.

    Milli.Az ictnews.az-a istinadən bildirir ki, onun sözlərinə görə, “TSMC” şirkəti çiplərin istehsalını sentyabrın 15-də dayandıracaq. “Huawei” podratçısı mayın 15-dən Çin şirkətinin sifarişlərinin qəbulunu dayandırıb. “Bizim nə prosessorumuz, nə də mütəşəkkil tədarükümüz var”, – top-menecer qeyd edib. “Huawei” nümayəndəsi vurğulayıb ki, bu il şirkət sonuncu dəfə “Kirin” prosessorları üzərində qurulan yeni nəsil qabaqcıl smartfonlar buraxacaq. “Bu bizim üçün böyük itkidir. “Huawei” və “TSMC” arasında münasibətlərə ABŞ sanksiyalarına görə son qoyulub, – o əlavə edib.

    Top-menecerin ehtimallarına görə, bu il şirkət tərəfindən ötən illə müqayisədə daha az smartfon buraxılacaq. O vaxt 2019-cu ilin mayından ABŞ sanksiyaları altında olan “Huawei” şirkətinin bütün dünyada satdığı qurğularının sayı təxminən 240 milyon təşkil edib. O, şirkətin böhran vəziyyətində necə hərəkət edəcəyini izah etməyib.

    Tayvanın “TSMC” şirkəti mayda “Huawei” prosessorlarının istehsalı üçün sifarişlərin qəbulunu dayandırıb. Buna səbəb kimi ABŞ Ticarət Nazirliyi tərəfindən tətbiq edilən qadağa qeyd olunur. Fevralda ABŞ hakimiyyəti tərəfindən sanksiyalar altında olan şirkətlərlə bağlı yeni məhdudiyyətlər tətbiq edilib. Məsələn, yeni qaydalara görə, ABŞ texnologiyalarından istifadə edən xarici şirkətlər ABŞ-ın sanksiyalar siyahısına daxil edilən təşkilatlarla əməkdaşlıq etmək hüququna malik deyillər.

    Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.