Xocalı hava limanı açıla bilərmi
Xocalı hava limanında isə qlissada, yəni təyyarənin eniş zamanı uçuş traektoriyasının təhlükəsiz mailliyi Ağdam şəhərinin şərqş həndəvərində başlanır.
Xocalı hava limanının taleyi necə olacaq? – TƏFƏRRÜATLAR
Xocalı hava limanı və ya Xankəndi hava limanı – Azərbaycanın Xocalı rayonunda, Xankəndi şəhərindən 10 kilometrlik məsafədə yerləşən hava limanıdır. Dağlıq Qarabağdakı terrorçu xunta tərəfindən idarə olunan hava limanı 2009-2012-ci illərdə əsaslı təmir olunub beynəlxalq hava limanı şəklində istifadəyə verilməyə hazır olsa da, Azərbaycanın qəti etirazları bu istifadəyə, hələ ki, imkan vermir. Bu səbəbdən hava limanı BHNA və BMAT tərəfindən verilən xüsusi kodlara malik deyil.
1974-cü ildə istifadəyə verilmiş hava limanından Dağlıq Qarabağ münaqişəsinə qədər hava limanı İrəvan – Xankəndi aviareysləri həyata keçirilib. 1990-cı il avqustun 1-də İrəvan-Xankəndi reysi ilə uçan Yak-40 təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 39 sərnişin və 4 ekipaj üzvü həlak olub. Təyyarənin qalıqları və cəsədlər Laçın rayonunun Fərraş kəndi yaxınlığında aşkar edilib. SSRİ-nin Dövlət Komissiyasının rəsmi versiyasına görə, pilot məhdud görünmə şəraitində təyyarəni düzgün istiqamətləndirə bilməyib. Həmin dövrdə yalnız ermənilərin çalışdığı aeroport heyəti də paralel araşdırma apararaq, təyyarənin artıq yükgötürmə (Yak-40 təyyarələrinin sərnişin tutumu 20-25 nəfərdir) səbəbiylə qəzaya uğradığını bildirib. 1992-ci ildə Xocalının işğalından hava limanı dağınıq hala düşüb fəaliyyətini dayandırmışdı. 2009-cu ildə Dağlıq Qarabağdakı terrorçu xunta burada perspektivdə İrəvandan və geriyə uçan təyyarələri təmin etmək məqsədiylə əsaslı təmir işlərinin başlanmasını elan etmişdi.
2010-ci ilin noyabrına kimi nəzərdə tutulan təmir işləri yalnız 2011-ci ilin aprelində bitmişdi.
Ermənilər iddia edirlər ki, hava limanı hər saat 200 sərnişinə kimi qəbul edə bilər və hava naviqasiya avandanlığı ilə təmin olunub.
Obyekt həm də “Stepanakert hava limanı” adıyla rəsmən yalnız 1 oktyabr 2012-ci il tarixində açılsa da, bu günə qədər bir reys belə həyata keçirməyib.
Xankəndindəki terrorçu xunta hava limanının fəaliyyətə başlamamasını Azərbaycanın reaksiyasıyla əlaqələndirməsə də, rəsmi Bakının bu barədə kəskin etirazı məsələyə dünyanın diqqətini cəlb etmişdi. 9 may 2011-ci ildə Dövlət Mülki Aviasiya Administrasiyasının sədri Arif Məmmədov bildirmişdi ki, aviasiya qaydalarına əsasən, hər dövlət öz hava sahəsində yaxalanan icazəsiz uçuşların mövcudluğunda həmin uçuşlara qarşı uçan təyyarənin məhv edilməsinə kimi tədbir görmək hüququndadır.
Ermənistanın o dönəmdəki prezidenti Serj Sarqsyan bunu cavablandıraraq demişdi ki, İrəvandan Xankəndiyə uçan ilk təyyarənin sərnişini o, özü olacaq.
Lakin o bəyanatdan 9 il keçib, Xocalı hava limanına nə bir təyyarə enib, nə də qalxıb.
Serj Sarqsyanın da bəyanatı, sadəcə, havanı titrətmək kimi yadda qaldı: o, Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələrinin mütləq şəkildə havada vuracağı təyyarəyə minmək istəməyib. Təbii ki, İrəvandan da Xocalı hava limanına heç bir təyyarə eniş etməyib.
Xocalıda sülhMƏRAMlı niyyəti
Ermənistan rəhbərliyi ilə bahəm, Rusiyanın Müdafiə Nazirliyi də Xocalıdakı hava limanından istifadə etmək niyyətindədir. Rusiyalı generallar bu limanı “aerodrom” adlandırırlar və onların fikrincə, hazırda Qarabağda fəaliyyət göstərən 15-ci sülhməramlı briqadanın təminatında bu “aerodrom” müstəsna rol oynaya bilər.
“Hərbi yüklərin Qarabağa daşınması üçün Xocalı aerodromundan istifadə edə bilərik və etməliyik də. Çünki yüklər indi quru yolla daşınır. Təyyarələrlə birbaşa Qarabağa daşımalar isə nəqliyyat xərclərini xeyli azaldacaq”, – rusiyalı hərbi ekspertlər də belə deyirlər.
Eyni zamanda, Xocalıdakı hava limanının Rusiyanın Suriyadakı Hmeymim aviabazasının kiçik analoquna çevrilməsi ilə bağlı niyyətlər də var.
Rusiyalı sülhməramlılar Xocalıdakı hava limanının ərazisində xüsusi mobil hospital yaradıblar. Suriyadakı Hmeymim aviabazasında olduğu kimi, burada da anqarlar, anbarlar və logistik infrastrukturun digər obyektlərinin inşası üçün yer var.
Xocalı hava limanı ilə bağlı bütün məsələlərisə Rusiya ermənilərlə yox, rəsmi Bakı ilə razılaşdırmalıdır.
Bakı isə Xocalı hava limanının bu formatda istismarına razılıq verən deyil.
Eyni zamanda, hava limanından istifadə ilə bağlı da Rusiya üçün başqa ciddi, sırf texniki problemlər var.
Daha doğrusu, rusiyalılar limandan istifadə etmək istəsələr, onu ciddi şəkildə yeniləməli, modernləşdirməlidirlər.
Rusiya Hava-Kosmik Qüvvələrində hərbi yüklərin daşınmasında əsasən İl-76 BTA tipli ağır təyarələrdən istifadə olunur.
Xocalı hava limanında isə uçuş-enmə zolağı asfaltdır və belə zolağa İl-76 təki təyyarəni endirmək, sadəcə, mümkün deyil.
Sadəcə, uçuş-enmə zolağının yenilənməsi üçün Rusiya minimum 1 milyard rubl xərcləməlidir. Rəsmi Moskvanın bu xərcə razılıq verəcəyi çox şübhəlidir.
Azərbaycan isə Xocalı hava limanının istismarında maraqlıdır və bu limandan Rusiyanın da istifadə etməsinə yalnız bir şərtlə icazə verə bilər: limandan birgə istifadənin müqabilində rusiyalı sülhməramlılar azərbaycanlı məcburi köçkünlərin Xocalı ilə Xankəndinə qayıdışını təmin etməlidirlər.
Üstəlik, Türkiyə də proseslərdə aktiv iştirak edir.
Rusiyalı sülhməramlılar Qarabağda yerli ermənilərin “qayıdış”ını təmin etməklə məşğul ikən Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı konkret addımlar atır. Belə ki, İnnovasiyalar Agentliyi Türkiyənin GOSB texnoparkı ilə anlaşma imzalayıb. Türkiyənin ən böyük sənaye rayonlarından olan Qocaeli bölgəsindəki 130 texnoloji şirkəti dəstəkləyən GOSB Qarabağın inkişafında ciddi rol oynaya bilər və oynayacaq da.
Eyni zamanda, azərbaycanlı məcburi köçkünlərin Xocalı və Xankəndinə qayıdışı üçün şərait, Qarabağın dağlıq hissəsini aran Qarabağla birləşdirəcək nəqliyyat infrastrukturu rekonstruksiya olunur. Ağdam-Xankəndi dəmir yolu bərpa ediləcək, Füzulidə hava limanının inşası sürətlənəcək.
Bu isə Qarabağın bir ərazi olaraq Azərbaycanın digər bölgələrinə reinteqrasiyasının sürətinin artması deməkdir.
Füzulidə hava limanının inşası isə strateji məsələdir. Azərbaycan ən önəmli işdən başlayaraq ikinci dərəcələri məsələləri sonraya saxladığından, ilk əvvəl hava limanı tikilir, şose yolları çəkilir. Çünki qarabağlı kəndli məhsulunu yüksək sürətli dəmir yolu ilə daşımayacaq. Qarabağdakı tikinti və bərpa işləri üçün gərəkli inşaaat materialları da dəmiryolu ilə daşınan deyil.
Xocalı hava limanının “çətin”liyi
İşğaldan əvvəlki dövrdə DAFİF (Digital Aeronautical Flight Information File) üzrə kodu UB13 olmuş Xocalı hava limanı ilə bağlı vəziyyət tam aydındır.
Ermənilərin bütün bəyanatlarına və yalanlarına rəğmən, Xocalı hava limanından istifadə etmələri sırf texniki baxımdan mümkün deyil.
Bu hava limanında asfalt örtüklü uçuş-eniş zolağının uzunluğu 2150 metr, eni 50 metr, maililik bucağı 0,02 dərəcədir.
Xocalı hava limanı dəniz səviyyəsində, mülayim iqlim qurşağında, uçuş-eniş zolağının maililiyi 44 metr yox, 2-5 metr olsaydı, beynəlxalq standartlara uyğun olaraq 2-ci dərəcəli hava limanı sayıla bilərdi. Belədə həmin liman Fransa istehsalı olan ATR-72 (Avions de Transport Régional) və ya Rusiya istehsalı olan Yak-40 sərnişin təyyarələrini qəbul edə bilərdi.
Xocalı hava limanına istənilən təyyarəni Laçın rayonu istiqamətindən, yəni Ballıca və Kosalar kəndləri tərəfdən endirmək üçün qlissadanın minimal əyilmə bucağı 5 dərəcə olmalıdır. Yəni Ermənistandan gələn təyyarələr belə xalda az qala ağaclara toxunaraq enməlidirlər.
Beynəlxalq aviasiya standartları isə həmin bucağın 3 dərəcə olmasını, yerdən təhlükəsiz məsafədə enişi tələb edir.
Xocalı hava limanında isə qlissada, yəni təyyarənin eniş zamanı uçuş traektoriyasının təhlükəsiz mailliyi Ağdam şəhərinin şərqş həndəvərində başlanır.
Məhz texniki səbəblərdən Xocalı hava limanına indi sadəcə Yak-40 tipli təyyarələr Ağdam tərəfdən enə bilərlər.
Ermənistanda havaya qalxan istənilən təyyarəninsə Xocalıda enişi mümkün deyil.
Ona görə də rusiyalı sülhməramlıların Xocalı hava limanından istifadə istəkləri də sırf arzu müstəvisində olan məqamlardır.
Sözügedən hava limanı ilə bağlı istənilən hüquqi müstəvidə təşəbbüs yalnız Azərbaycana aiddir.
Misal qismində Suxumidəki Babuşara hava limanının göstərmək olar ki, onillərdən bəri istifadəsizdir: rəsmi Tbilisi bu hava limanını istismarına icazə vermir.
Krımın Simferopol şəhərindəki hava limanı da beynəlxalq aviareysləri qəbul edə bilmir və hələ də Ukraynaya aid UKFF kodu ilə tanınır.
. Xocalı hava limanı Qarabağda hələlik yeganə hava limanıdır. Lakin qısa müddətdən sonra bu liman işğaldan azad edilmiş ərazilərimizdəki üç hava limanından sadəcə, biri olacaq.
Elçin Alıoğlu
Milli.Az
Xocalı hava limanı açıla bilərmi? – ednews.net
You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
23 May, Çərşənbə axşamı
Günün xəbərləri
Xəbər xətti
23.05.2023
22.05.2023
Ən çox oxunan xəbərlər
Xocalı hava limanı açıla bilərmi?
04.03.2021 21:01 Фото: 9 Канал–> Münaqişələr A- A A+
Azərbaycan Qarabağda həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra bir sıra böyük layihələrin icrasına başlayıb. Hazırda Füzuli, Laçın və Zəngilanda 3 hava limanının inşası üçün real fəaliyyətlər həyata keçirilir. Onlardan ən böyüyü olacaq Füzuli hava limanı bu ilin sonunda istifadəyə veriləcək.
Xocalıda hava limanı olduğu halda, Azərbaycanın Qarabağda üç hava limanı inşa etməsi Qarabağın daha sürətli inkişafını təmin etmək məqsədi daşıyır. Lakin Fizuli hava limanının maksimum müddətdə yekunlaşdırılması, həm də Rusiya sülhməramlılarının Xocalı hava limanından istifadə etmək xahişini alternativ təklif ilə qarşılamaq məqsədi daşıya bilər. Təbii ki, hər il iki dəfə rotasiya keçirməli olan Rusiya sülhməramlıları Xankəndinə daha yaxın hava limanına ehtiyac duyurlar. Bu danışıqlar prosesindən xəbərdar olan seperatçı qurum rəhbərliyi, birgə Bəyanatın “Bütün kommunikasiyalar açılacaq” maddəsini bayraq edərək, hər ay Xocalı hava limanının açılması ilə bağlı anons verirlər.
“Bu hava limanını daha əvvəl niyə açmırdınız?” sualı həmin bəyanatı səsləndirənlərin cavab vermək istəmədiyi sual kateqoriyasına aid edilir. Belə çıxır ki, seperatçı rejim hələ də rusun “kürəyinə minməklə” özünü yerli əhaliyə legitim bir qurum kimi göstərməyə çalışır. Çünki, bu hava limanının açılması üç tərəfli razılaşma bağlandıqdan və rusların əraziyə dail olmasından sonra aktuallaşıb. Buna qədər son 8 ildə bu mövzu barədə bir dəfə müzakirə olmuşdu.
Qondarma qurum rəhbərliyi dəfələrlə hava limanının açlması ilə bağlı konkret tarixlər də açıqlayıb. Əvvəlcə 25 dekabr, sonra 10 yanvar səsləndirildi. Lakin nə dekabrda, nə yanvarda, nə fevralda, nə də martın əvvəlində Xocalı hava limanı açılmayıb. Açılması mümkündür, lakin Azərbaycanın tələb etdiyi şərtlər altında. Birincisi ondan istifadə edən hər bir şəxs, bu hava limanının məhz Xocalı hava limanı adlandığını və Azərbaycana aid olduğunu birmənalı şəkildə qəbul etməlidir. Başqa sözlə desək, Ermənistan və havadarları 20-ci əsrdə birgə törətdikləri Xocalı faciəsinin adını havalılimanı ilə bir yerdə çəkməkdən çəkinməli deyillər. Utanıb utanmamaları isə artıq vicdan məsələsidir.
İkincisi, Qarabağa istənilən uçuşlar Azərbaycanın nəzarəti altında həyata keçirilməlidir. Seperatçı rejimin rus çətiri altında “suverenlik” hekayəsini dolayı yolla tanıtması istiqamətində atdığı addımlar, Azərbaycan da daxil olmaqla ən azı regiondan xəbəri olan hər bir kəs tərəfindən asanlıqla “oxunur”.
Xocalı hava limanı 1974-cü ildə Xankəndindən 9 kilometr aralıda inşa edilib. Sovet dövründə əsasən İrəvan və Bakıya uçuşlarda istifadə olunurdu. 1991-ci ildə aktiv döyüş əməliyyatları başladıqdan sonra hava limanı fəaliyyətini dayandırdı. 2012-ci ildə müasir tələblər nəzərə alınaraq yenidən qurulsa da, beynəlxalq hava limanı kimi fəaliyyət göstərə bilmədi. Bunun üçün müvafiq aviasiya orqanlarına müraciətlər edildi. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) mütəxəssisləri obyekti yerində araşdıraraq müsbət rəy versələr də, rəsmi Bakının hava limanının istifadəsinə razılıq vermədi. Lakin Ermənistan Xocalı hava limanınından məhdud sayda istifadə edib. Ora Ermənistandan gələn helikoterlərin enib qalxmasına rast gəlmişik. Paşinyan hakimiyyətə gəlfikdən az sonra isə Xocalı hava limanına erməni qırıcıları da enib və sonra qayıdıblar.
Lakin İrəvan-Xocalı reysi üzrə planlaşdırılan birbaşa müntəzəm uçuşlar bu günə qədər həyata keçirilməyib. Bu hava limanının yenidən qurulmasına xeyir-dua verən Serj Sarkisyan prezident olanda “İrəvan-Xocalı reysinin ilk sərnişini” olacağına söz vermişdi. Bakıdan səslənən sərt bəyanatlar Sarkisyanı öz fikrindən daşındırdı. Bu günə qədər hər bir mövzuda danışan Serj Sarkisyan, niyə əli qanına bulaşdığı Xocalıların təməlini qoyduğu bu hava limanına təyyarə sərnişini kimi gələ bilmədiyini izah edə bilmir. Çünki, Serj Azad oğlu verdiyi sözü tutacaq qədər ləyaqətə malik deyil. Mülki əhaliyə qarşı zirehli rus texnikaları ilə soyğırım törədərək onu etiraf etməklə, prezidemt kimi verdiyi sözü tutmaq məqsədilə həyatı riskə atmaq arasında böyük fərq var. Ümumilikdə Serj natura olaraq qorxaq adamdır, belələrini adətən “suyu üfürərək içən adam” ifadəsi daha çox uyğun gəlir.
Digər tərəfdən isə Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin və Müdafiə Nazirliyinin rəhbərliyi, İrəvandan gələn istənilən təyyarənin Xocalıya enməyə cəhd edəcəyi təqdirdə məhv ediləcəyini bildirdilər. Səsləndirilən bəyanatlar olduqca real səslənirdi, çünki oxşar bir hadisə 90-cı illərin əvvəllərində baş vermişdi və bundan Sarkisyan xəbərdar idi. 1990-cı ilin avqustun 1-də Ermənistana məxsus olan və İrəvan-Xocalı istiqmətində 43 erməni silahlısını daşıyan “Yak-40” təyyarəsinin acı taleyi də Ermənistanın rəhbərini düşünməyə vadar etməyə bilməzdi.
Aydın məsələdir ki, imzalan birgə Bəyanat çərçivəsində Xocalı hava limanının istifadəsi artıq mümkün ola bilər. Azərbaycan da bütün kommunikasiyaların, həmçinin bu hava limanının və Mehri dəhlizindən Naxşıvana yolun açılmasında maraqlıdır. Rusiya, İran və Türkiyə də bu məsələlərdə çox maraqlıdır. Üçtərəfli müqavilənin imzalanması bu istiqamətdə yeni imkanlar yaradıb. Bu hava limanı inşa edilən digər limanlar kimi, Qarabağın xarici ölkələrlə birbaşa hava əlaqəsinin yaradılmasına birbaşa impuls verə bilər. Rus sülhməramlılarının bu hava limanından istifadəsi logistika ilə bağlı bir çox problemi həll edə bilər. Lakin bu aeroportun açılması həm də ruslardan da asılıdır.
Hazırda rus kontingentin daşınması bir qədər mürəkkəb sxemə əsasən həyata keçirilir. Yüklər və avadanlıqlar Azərbaycanın Bərdə dəmir yol stansiyasına çatdırılır, böşaldılır və yenidən yük maşınlarına yüklənir və yüz kilometr məsafə qət edərək Xankəndinə çatdırılır. Yol əsas hissəsi uzun müddət işğal altında qaldığından baxımsız və narahatdır, bu isə daşınma üçün həm daha uzun zaman, həm də əlavə maliyyə vəsati tələb edir. Rus sülhməramlılarının ildə iki dəfə baş tutacaq rotasiyası başlayan zamanı çətinliklər və vəsait xərcləri artacaq.
Xocalı hava limanının uçuş-enmə zolaqlarına “Tu”, “Airbus” və “Boing” sərnişin təyyarələri enə bilir. Ərazi uçuş zolağını uzatmağa da imkan verir. O zaman İl-76 ağır yük təyyarələrinin də uçuş zolağına qəbul etmək mümkün olacaq. Hazırda yeganə maneə hava limanının istifadəsinə Azərbycanın razılıq verməsindən ibarətdir. O zaman sual yaranır: Qarabağın Azərbaycan ərazisi olduğunu Rusiya qəbul edirsə, o zaman istifadəsi hər iki tərəfi qane edən hava limanı niyə hələ də bağlıdır? Çünki, sülhməramlılar bu istiqamətdə funksiyalarını bir qədər qusurla yerinə yetirirlər, birgə Bəyanatda nəzərdə tutulmayan və onlara aid olmayan işlərə aşırı meyl göstərirlər.
Lakin həm sülhməramlılar, həm də onların ağzından səslənən cümləni inkişaf etdirən seperatçılar bilməlidir ki, Azərbaycanın razılığının olmadığı müddətdə Xocalı hava limanı açıla bilməz. Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına, habelə Çikaqo Konvensiyasının və Varşava Sazişinin tələblərinə uyğun olaraq beynəlxalq uçuşlar yalnız hava limanının yerləşdiyi ölkənin milli aviasiya orqanının icazəsi ilə həyata keçirilə bilər. İnanmayanlar 1947-ci ildə qüvvəyə minən, “Çikago Konvensiyası” adlandırılan “Beynəlxalq Mülki Aviasiya Konvensiyası”nın 96-cı maddəsini oxusunlar. Orada yazılıb: “Konvensiya hər bir dövlətin öz ərazisi üzərindəki hava məkanına tam və müstəsna suverenliyə sahib olduğunu qəbul edir. Konvensiyanı imzalayan heç bir dövlətin ərazisi üzərində və ya ərazisi daxilində əvvəlcədən onun razılığı olmadan, heç bir planlı beynəlxalq hava əlaqəsi həyata keçirilə bilməz”. Düşünürəm ki, burada Xocalı hava limanının rəsmi Bakının razılığı olmadan açılmasının mümkün olmadığına dair əlavə şərhə ehtiyac qalmır. Çünki, Xocalı ərazisi də digər Qarabağ əraziləri kimi dünya birliyi, o cümlədən Rusiya tərəfindən Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanınıb. Buna görə də rəsmi Bakının icazəsi olmadan bu hava limanından istifadə barədə seperatçı rejimin açıqlamaları siyasi spekulyasiyadan başqa bir şey deyil. Yeri gəlmişkən, hər ay hava limanının açılmasına dair dəqiq tarix göstərməklə anons verən qondarma rəsmilər, bunun hansı səbəblərdən baş vermədiyini açıqlamağa heç həvəsli görünmürlər.
Moskva Xocalı hava limanının hansı şərtlərlə açıla biləcəyini yəqin ki, Bakı ilə müzakirə edib. Bəlkə də bir neçə dəfə. Bakı bu hava limamnının idarə olunması qaydalarını özü müəyyənləşdirdiyi təqdirdə onun istifadəsinə icazə verə bilər. İdarəetmə dedikdə hava limanına rəhbərlik, təhlükəsizlik, gömrük, sərhəd və naviqasiya nəzarətinin Azərbaycan tərəfindən təyin edilən mütəxəssislər tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Hazırda Rusiya tərəfi Xocalı hava limanının açılmasında Azərbaycan tərəfini güzəştə getməyə razı salması yollarını axtarışındadır. Bunun üçün ən qısa yol, birgə Bəyanatda əksini tapan müddəaların sülhməramlı kontingent tərəfindən ən qısa müddətdə yerinə yetirilməsindən, yəni erməni silahlılarının Xankəndi, Xocalı və Xocavənddən çıxarılmasından, axtarışda olan seperatçı rejim rəhbərlərini Azərbaycana təslim edilməsindən keçir. Odur ki, sülhməramlılar ən qısa müddətdə Qarabağda nəzarətdə etdikləri ərazilərdə Bakının legitim hakimiyyətinin təmin edilməsi üçün çalışmalıdırlar. Əks halda sülhməramlıların Xocalı hava limanından istifadə etməsi mümkün görünmür və onlar yeni Füzuli beynəlxalq hava limanının inşaatının başa çatmasını gözləməli olacaqlar.
Ədalət Verdiyev, Hərbi ekspert
Moderator.az
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır. Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary
Comments are closed, but trackbacks and pingbacks are open.