Press "Enter" to skip to content

Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır

Yaşıl çay “Hiperhidrozdan” xilas olmaq üçün çay və tonik olmaqla iki fərqli variantda istifadə edilə bilər.

Yaddaş zəifliyinin səbəbləri və aradan qaldırılması yolları

Yuxusuzluq — Bütün gecə yataqda dönüb durandan sonra hamımız özümüzü dəli olmuş kimi hiss edərik. Həftə sonu yuxuya daha çox vaxt ayıracağınızı düşünərək, ya da bir neçə fincan qəhvə içərək bu təsirdən xilas olacağınızı düşünsəniz də uzun müddətli yuxusuzluq yaddaşınıza ciddi mənada təsir edər. Bəzi araşdırmalara görə, yatdığınız zaman beyninizin xatirələri və gündəlik hadisələri yığan qismi bu xatirələri uzun, davamlı yaddaşa keçirməyə başlayır. Bu ilin əvvəllərində edilən bir araşdırma isə, yuxu çatışmazlığının səhv xatirələr meydana gəlməsinə və adamın başını qarışdırmasına səbəb olduğunu ortaya qoymuşdur.

Çoxlu fotoşəkil çəkmək — Instagram və ya digər sosial media kanalları üçün fotoşəkil çəkmədiyimiz və yoldaşlarımızla paylaşmadığımız günlər yox deyiləcək qədər azdır. Bu fotoşəkillərin xatirələri yığmağa yaxşı gəldiyini söyləyə bilərik, amma həqiqətən elədirmi? Ən son xoşunuz gələn bir şeyə kamera linzaları istifadə etmədən, yalnız gözlərinizlə nə zaman baxdınız? Fairfield Universitetinin keçən il nəşr etdiyi bir araşdırmaya görə, obyektlərin fotoşəkillərini çəkən insanlar, yalnız baxan insanlara görə detalları xatırlamaqda çox daha çox çətinlik çəkir. Bu nəticə bizə beynin detalları və xatirələri necə tutduğunu və işlədiyini göstərir.

Həddindən artıq spirt istehlakı – Birləşmiş Krallıqda edilən bir araşdırmaya görə, orta yaşlarda qazanılan həddindən artıq spirt istehlakı vərdişi yaddaşı zəiflətməyə səbəb olar və irəli yaşlarda yaddaşınızı itirmə riskinizi ciddi mənada yüksəldər. Araşdırmaçılar orta yaşlardakı insanların 10 illik spirt istehlak vərdişlərini, spirt istifadə edən və ya çox az istifadə edən insanlar ilə müqayisə etmiş və yaddaş itkisi nisbətlərinin spirt istehlakıyla yüksəldiyini ortaya çıxarmışdır.

Stress altında olmaq – Təzyiq altında olduğunuz zaman bədəniniz kortizol deyilən bir hormon ifraz edir. Bu hormon kilo alışı, yüksək qan təzyiqi, ürək xəstəliyi və yaddaş itkisi kimi xəstəliklərlə əlaqələndirilər. Iowa Universitetində edilən bir araşdırmaya görə, həddindən artıq stress beyindəki ünsiyyəti qoparır və yaddaşımızın işlənməsinə mane olur.

Mütəxəssislər yaddaşı gücləndirmək üçün rasiona qızıl balıq, günəbaxan toxumu, çöl mərsini və yağsız ət daxil etməyi tövsiyə edirlər. Yaxşı bir omeqa 3 yağ turşusu qaynağı olan somon balığı eyni zamanda zülal anbarıdır. Kətan toxumu, qoz, somon balığı, soya paxlası, krevet, və qış balqabağı kimi qidalar da omeqa 3 yağ turşuları ehtiva edir.

Mütəxəssislər günəbaxan tumlarının E vitamini baxımından zəngin olduğu üçün yalnız 30 qramının gündəlik ehtiyacınızın yüzdə 30-unu qarşıladığını söyləyirlər. Ayrıca E vitamininin yaşa bağlı olaraq yaddaşın zəifləməsini azaltmağa köməkçi olduğu ifadə edilir. Digər E vitamini qaynağı yeməklər isə bunlardır: Buğda yağı, quru badam, aspir yağı, fındıq, yer fındığı əzməsi, ispanaq, brokoli kələmi, kivi və manqo. Bütün mərsin meyvələri sağlamlığa faydalı olduğu kimi, çöl mərsininin də yaddaşı gücləndirməyə təsiri var. Onun tərkibindəki maddələr yaşa bağlı yaddaş zəifliyini əngəlləməyə qadirdir. Yağsız ət də tərkibində olan dəmirə görə, yaddaşınızı inkişaf etdirməkdə faydalıdır. Ət istehlakının az olması vəziyyətində dəmir əskikliyi beyin funksiyalarına mənfi təsir edər, öyrənmə qabiliyyətini zəiflədər, hətta Alzheimer xəstəliyinin inkişaf riskini artırar.

Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?

Qan azlığı anemiya kimi tanınan xəstəlikdir. Bu xəstəlik orqan və toxumalara lazım olan qədər oksigeni daşımaq üçün, kifayət qədər sağlam qırmızı qan hüceyrələri olmadığı zaman meydana gəlir. Qırmızı qan hüceyrələrinin quruluşunda oksigenin daşınmasını təmin edən hemoglobinin miqdarının azalması və bu hüceyrələrin qızarması ilə özünü göstərən anemiya mədə və bağırsaq xərçəngi başda olmaqla, bir çox mühüm xəstəliklərin xəbərçisi ola bilər. Anemiya, adətən qan istehsalında rol oynayan dəmir istehsalı, vitamin B9 və B12 çatışmazlığından, düzgün qidalanmamaqdan və orqanizmin qan istehsalı üçün lazım olan mineralları ala bilməməsi nəticəsində yaranır. Bu zaman, anemiyaya yaxşı təsir edən və ümumi olaraq, dəmir, vitamin B12 və fol turşusu ilə zəngin olan və qırmızı qan hüceyrəsi istehlakını dəstəkləyən qidalar istehlak edilməlidir.

Qan Azlığının Əlamətləri Nələrdir?

Qan azlığı dəmir çatışmazlığından qaynaqlanan və bəzi hallarda heç bir əlamət göstərmiyə bilər. Dəmir çatışmazlığı rutin sağlamlıq müayinələrində edilən qan testlərində müəyyən edilə bilir. Dəmir çatışmazlığının əlamətlərinə isə aşağıdakılar daxildir:

  • Dəri solğunluğu;
  • Orqanizmdə zəiflik və yorğunluq;
  • Konsentrasiyanın pozulması;
  • Baş ağrısı;
  • Əllərdə və ayaqlarda uyuşma;
  • Qıcıqlanma;
  • Qulaqlarda uğultu;
  • Dodaqlarda çatlar və ağız ətrafındakı yaralar;
  • Dırnaqların tez qırılması;
  • Saçların tökülməsi

Və bu kimi bir çox əlamətlər qan azlığının inkişaf etmiş simptomlarına daxildir. Bəzi hallarda isə ürək döyüntüsü, torpaq və ya buz yemək, qalxanabənzər vəzin funksiyasının yavaşlaması və narahat ayaq sindromları ilə də müşahidə oluna bilir.

Qan Azlığına Nə Səbəb Olur?

Qan azlığı bir çox səbəblərdən yarana bilər. Bu səbəbdən ilk növbədə əsas xəstəlik müəyyən edilməli və ona uyğun müalicə aparılmalıdır. Onun yavaşıması səbəbindən anemiya meydana gəlir. Bədəndə qırmızı qan hüceyrələrinin istehsalına mənfi təsir göstərən bir çox amillər var.

Dəmir çatışmazlığı: Normal bir insanın gündəlik dəmir ehtiyacı 2 mq-dır. Bədəndə dəmir çatışmazlığı səbəbindən anemiya yaranması halları çox yayğındır. Dəmir çatışmazlığından qaynaqlanan anemiya kimi tanınan qan azlığı xüsusilə, uşaqlarda və immun sistemi zəif olan insanlarda qanaxma nəticəsində yaranır.

Vitamin çatışmazlığı: İnsan orqanizminə lazım olan əsas vitaminlər qidalarda olur. Balanslaşdırılımış və nizamlı qidalanmanın olmaması səbəbindən vitaminlər orqanizmə qəbul edilmədikdə qan azlığı yaranır. B12 və ya fol turşusu çatışmazlığında da anemiya inkişaf edə bilər.

Qan Artıran Qidalar Hansılardır?

  • Quru ərik, kişmiş, tut qurusu kimi quru meyvələr;
  • Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq pazı);
  • Fındıq, fıstıq və küncüt;
  • Qaraciyər, qırmızı ət, toyuq və balıq;
  • Yumurta;
  • Quru lobya;
  • Portağal suyu ilə yumurta istehlak edin;
  • Paxlalıları ət ilə bişirin;
  • Hər yeməkdə bol göyərti istehlak edin;
  • Dəmirin udulmasını artıran mühüm yol isə bu qidaları C vitamini (limon) ilə birlikdə istehlak etməkdir!
  • İspanaq qatıqla istehlak edildikdə dəmirin sorulmasını azaldır. İspanağı yumurta ilə bişirmək onun bioavailliyini artırır.

Bəs Qansızlığın Qarşısını Necə Almaq Olar?

Bu zaman düzgün qida seçmək və düzgün qidalanmaq çox vacibdir. Qadınların kişilərdən daha çox dəmirə ehtiyacı vardır. Qadınlar üçün tələb olunan gündəlik dəmir ehtiyacının 18 mq olduğu halda, 19-50 yaşlı kişilər üçün orta gündəlik dəmir tələbi 8 mq təşkil edir. Heyvan qidalarında dəmir dəyəri yüksəkdir. Kifayət qədər qırmızı ət və balıq yemək qan azlığınının qarşısını alacaqdır. Tərkibində C vitamini olan meyvələr dəmirin udulmasını artırır, dəmirin udulmasını azaldan qəhvə və çayın qəbulu isə həddindən artıq olmamalıdır. Xüsusilə, hamiləlik dövründə olan qadınlar mərcimək, tünd yaşıl yarpaqlı ispanaq və kələm, sitrus meyvələri kimi bir çox fol turşusu ilə zəngin olan qida qəbulunu etməlidirlər.

Beləliklə, sağlamlığınıza və bədənizə müntəzəm şəkildə diqqət yetirsəniz və lazım olan müalicəni tətbiq etdiyiniz halda, ümidvarıq sizin narahat edən qan azlığı xəstəliyindən azad olacaqsınız.

Həddindən artıq tərləmənin qarşısını necə alaq? – XALQ TƏBABƏTİ

Bu xəstəlikdən müasir tibbi üsullarla olduğu kimi evdə tətbiqi asan bitki mənşəli üsullardan istifadə edərək də xilas olmaq mümkündür. Tətbiqi məsləhət görülən bitki mənşəli üsullardan bəzilərini təqdim edirik:

Alma sirkəsi

Alma sirkəsini təmiz pambıq yardımı ilə tərləmə problemi olan bölgələrə çəkin və qurumasını gözləyin. Daha sonra sirkə qoxusunu aradan qaldırmaq üçün duş qəbul edin.

Adaçayı

Adaçayı, “Hiperhidroz” və ya həddindən artıq tərləmə problemini aradan qaldırmaq üçün ən təsirli təbii üsullar arasında iştirak edir və istifadəsi tövsiyə olunur.

Həddindən artıq tərləmənin qarşısını almaq məqsədi ilə adaçayından iki fərqli variantda istifadə etmək mümkündür. Birincisi adaçayı, çay kimi istehlak edilir. İkinci variant isə tonik olaraq bədənə çəkilir. Yəni adaçayı dəmləndikdən sonra soyuması üçün 15-20 dəqiqə gözlənir və daha sonra pambıq yardımı ilə tərləyən nahiyələrə çəkilir. Bu gündə 2-3 dəfə tətbiq edilir

Yemişan çayı

Yemişan çayının “Hiperhidroz”-u aradan qaldırdığı təcrübə edilib. Bu səbəbdən həddindən artıq tərləmə problemindən xilas olmaq üçün bir miqdar yemişanı suda qaynadıb süzdükdən sonra gündə bir stəkan istehlak etmək məsləhətdir.

Limon və duz

3 xörək qaşığı limon suyuna bir xörək qaşığı duz əlavə edərək qarışdırın. Hazırladığınız məhlulu həddindən artıq tərləmə hiss etdiyiniz nahiyəyə çəkin və 5-6 dəqiqə gözlədikdən sonra yuyun. Bunu gündə bir dəfə olmaqla iki həftə tətbiq edin.

Qabartma tozu

Yarım stəkan suya 1 çay qaşığı qabartma tozu əlavə etdikdən sonra qarışdırın və tərləmə problemi olan nahiyələrə çəkin. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bunu həftədə 2 dəfə tətbiq edin.

Yunan lavandası

Yunan lavandası transpirasiyanı tənzimləyən bitkilərdən biridir. Bir çimdik Yunan lavandasını bir stəkan suda 5 dəqiqə qaynadın və soyuduqdan sonra için.

Kokos yağı

Kokos yağı pis qoxuları aradan qaldırmaqda təsirlidir. İlıq duşdan sonra həddindən artıq tərləmə problemi olan nahiyələrə kokos yağı çəkə bilərsiniz.

Lakin allergiyası olanlara kokos yağından istifadə etməzdən əvvəl həkim ilə məsləhətləşmələri tövsiyə olunur.

Yaşıl çay “Hiperhidrozdan” xilas olmaq üçün çay və tonik olmaqla iki fərqli variantda istifadə edilə bilər.

Yaşıl çaydan qoltuqaltı, əl və ayaq kimi həddindən artıq tərləmə olan bölgələr üçün təmizləyici su kimi də istifadə etmək olar.

Qara çay

Qara çay da yaşıl çay kimi həm içilir həm də tonik olaraq tərləmə problemi olan nahiyələrə çəkilir.

Sevinc Hüseynova

Saglamolun.Az

Comments are closed, but trackbacks and pingbacks are open.