Press "Enter" to skip to content

Hədəf kitab

İl 2033. Nüvə müharibələrindən sonra xarabalığa çevrilmiş dünyada insan soyu az qala tükənib, radiasiya səbəbindən şəhərlər yaşanması mümkün olmayan hala gəlib. Xarabalıqlar arasında isə dəhşətli mutant varlıqlar dolaşır.

Hədəf Nəşrləri (rəsmi bloq)

kitabı keyfiyyətli nəşrdən oxumaq oxucunun haqqıdır

Müşfiq XAN. “U geni” (detektiv)

Tarix: Dekabr 20, 2013 Müəllif: umidlerinizi

Yazıçının yaratdığı yeni xəfiyyə obrazı – Jöl Ismert, oxuculara “Sonuncu hədiyyə” romanından tanış olan Sato ləqəbli Saday Oğuz, “Tənha canavar”, “Ümidlərin izi ilə” romanlarından yaxşı tanıdığınız məxfi şöbənin mayoru Mikayıl Qüdrətov ilk dəfə eyni kitabda!

tanınmış detektiv yazardan 6-cı kitab

Filmə bənzər həyat dramı…

Xəyanət və ailə faciəsi…

Baş tutmayan görüş…

Həyatı dəyişdirən bircə an…

Səfil həyat sürən keçmiş rəssamın müəmmalı qətli…

Qatili cinayət-axtarış şöbəsindən Sato təqib edir…

Yolka işığında qətl

Rahibə Merinin sirri…

1904-cü ilin ecazkar yeni il gecəsi Maunstreetdə gözlənilməz qətl…

Detektiv Jöl hiyləgər qatilin izinə düşüb…

Qadağan olunmuş təcrübə…

Dünya şöhrətli gen mühəndisinin amansız qətli…

Qatil məxfi şöbədən mayor Qüdrətovun hədəfindədir…

Müşfiq XAN. “U geni” (sınaq versiya)

Video

U geni
detektiv
Qadağan olunmuş təcrübə…
Dünya şöhrətli gen mühəndisinin amansız qətli…
Qatil məxfi şöbədən mayor Qüdrətovun hədəfindədir…

Dekabr 20, 2013 umidlerinizi Tərəfindən

Dmitri Qluxovski. “METRO 2033” (Elmi-fantastik macəra roman)

Tarix: Noyabr 22, 2013 Müəllif: umidlerinizi

Rusiyada 1 milyondan çox insan oxudu

30 dilə tərcümə olundu

İl 2033. Nüvə müharibələrindən sonra xarabalığa çevrilmiş dünyada insan soyu az qala tükənib, radiasiya səbəbindən şəhərlər yaşanması mümkün olmayan hala gəlib. Xarabalıqlar arasında isə dəhşətli mutant varlıqlar dolaşır.

Fəlakətdən xilas olan bir neçə min insan isə yerin altına, dünyanın ən böyük nüvə sığınacağı olan Moskva metrosuna pənah aparır. Bura bəşər övladının son qalasına çevrilir.

Yer altındakı insanlar üçün ən böyük təhlükə qaralardır. Onlar radiasiya şüalanmasından sonra Yer üzündə yeni bir canlı növü olaraq ortaya çıxıblar və vaxtaşırı yer altına hücum çəkərək, metroya sığınan insanları məhv edirlər.

Metroda stansiyalar kiçik dövlətlərə bölünüb. İdeologiyalar, dinlər, müxtəlif yaşama səbəblərinə görə bir araya gələn xalqlar formalaşıb. Duyğular öz yerini şübhələrə verib. Burada ancaq bir məqsəd var: nəyin bahasına olursa olsun, həyatda qalmaq.

Gənc Artyom tapşırıq alır ki, yaxınlaşan təhlükə barədə Moskva Metropoliteninin ürəyi sayılan “Polis” şəhərciyinə məlumat aparsın. Artıq metronun taleyi, bəlkə də bütün bəşəriyyətin taleyi Artyomun əlindədir…

Moskva metrosundakı sirri kəşf etməyə hazırsınızmı?

Müşfiq XAN. “O həyatımın sound`suz track`ı” (pritça, hekayə, şeir)

Video

Vəfasız, etibarsız, sayğısız… Bunları o vaxt düşünmüşdüm – sən qayğısız, səssiz, səmirsiz gedərkən. Ən böyük səhvi etmişdin, onda elə düşünürdüm. “Sız”la bitən hər sözü sənə aid etmişdim getdiyin gün, hirsimdən özüm də “sız”lamışdım, ağılsız olmuşdum. Ay vicdansız…
AMEA, həmin səki… Gözlərini yumub “məni lap möhkəm qucaqla” deyə ürkək-ürkək səslənməyin… Bağışla getməliyəm, yanımdan ötən sevgililərin sakitcə öz aralarında dediklərini duydum: “bax, bizim yerimizdə oturub…” Nə edim ki, getsən də, getsəm də izimizi həmin səkidən silə bilmərəm…

Noyabr 22, 2013 umidlerinizi Tərəfindən

Dədə Qorqud. Boyama kitabı. Oğuz elinin igidləri

Tarix: Noyabr 20, 2013 Müəllif: umidlerinizi

Hədəf Nəşrlərinin “İNCİ” uşaq ədəbiyyatı silsiləsindən Dədə Qorqud dastanlarının kişi qəhrəmanlarını əks etdirən “Oğuz elinin igidləri” seriyasından boyama kitabı

Rus bölməsi üçün test bankları

Tarix: Noyabr 16, 2013 Müəllif: umidlerinizi

Rus bölməsinin abituriyent və şagirdləri üçün müxtəlif fənlərdən test bankları və Şəmil Sadiqin 4 dildə (Azərbaycan, rus, ingilis və ukrayn) hazırladığı “Azərbaycan dilini öyrənirik” adlı vəsaiti.

Paket test layihəsi (bütün ixtisas qrupları üzrə)

Tarix: Noyabr 16, 2013 Müəllif: umidlerinizi

Paket test layihəsi ali məktəblərə hazırlaşan 10-11-ci sinif şagidləri və orta ümumtəhsil məktəblərinin 5-6-cı sinifləri üçün nəzərdə tutulan toplu test jurnallarından ibarətdir. Bu bağlamaların hər birində 5 ədəd olmaqla ixtisas qrupu yaxud sinif üzrə test jurnalları vardır. Abituriyent üzrə olan jurnallar MQT (Mövzu Qiymətləndirmə Testləri), 5-6-cı sinif üzrə olan jurnallar isə kurikuluma uyğun olaraq hazırlanmış, paketdəki 5-ci jurnalda isə yay tapşırıqları yerləşdirilmişdir.

* Bütün paketlərdə testlərin doğru cavabları jurnalın sonunda verilmişdir.

Paket test layihəsinə aid olan topluları 012 596 66 95 (kitabevim.az) nömrəsinə zəng edərək kitab mağazamızdan sifariş edə bilərsiniz.

Yazar (kısa film)

Video

Bir yazarın hekayəsi…

Yazar həyatı haqqında maraqlı qısa film…

Hədəf kitab

Bu barədə “Ölkə.Az”-a “Hədəf Nəşrləri”nin direktoru Müşfiq XAN məlumat verib.

“Bu il “Hədəf Nəşrləri”nin yaradılmasının 10 ili tamam olur. Bu münasibətlə nəşriyyat olaraq müxtəlif kampaniya və layihələr həyata keçiririk. Məqsədimiz oxucularımızı və bu illər ərzində bizə dəstək olan insanları sevindirməkdir. Artıq “1000 müəllimə 1000 kitab” kampaniyamız uğrla başa çatıb. Bu kampaniya çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində, eləcə də paytaxtda işləyən 1000 müəllimə kitab hədiyyə etmişik. Ümumiyyətlə, nəşriyyatımız fəaliyyət göstərdiyi 10 il ərzində oxuculara və kitabsevərlərə onminlərlə kitab hədiyyə edib.

Yubileyimiz münasibəti ilə ənəmizə sadiq qalaraq daha çox kitab hədiyyə etməyə qərar verdik. 26 oktyabrda Hədəf Liseyində baş tutacaq tədbirdə qonaqlarımıza təxminən 4000 ədəd kitab və müxtəlif dəftərxana ləvazimatları hədiyyə etməyi düşünürük. Məlumat üçün bildirim ki, hədiyyələrimizin içərisində “Xatirə ədəbiyyatı” seriyasından nəşr olunan 50 kitablıq 50 dəst olacaq. Eyni zamanda, yerli və xarici yazarların nəşriyyatımızda nəşr olunmuş kitablarını da qonaqlarımıza hədiyyə edəcəyik. 10 il ərzində keçdiymiz yolda nəşriyyatın fəaliyyətinə dəstək verən oxucuları, dostları sevindirmək bizi də xoşbəxt edəcək.

Ümumilikdə yubiley ərəfəsində oxucularımıza hədiyyə edəcəyimiz kitabların sayı 5000-i keçir.” Xatırladaq ki, oktyabr ayında “Hədəf Nəşrləri”nin yaradılmasının 10 illiyi tamam olur. Bu münasibətlə Hədəf Liseyində keçiriləcək yubiley tədbirinə ölkə ziyalıları, yazıçılar, oxucular və media nümayəndələri qatılacaq. Tədbirə gələcək hər bir qonağa “Hədəf Nəşrləri” tərəfindən xüsusi hədiyyələr veriləcək.

Hədəf Nəşrləri və “XAN” nəşriyyatının ən çox satılan kitabları

1. Məhəmməd Əmin Rəsulzadə. “Qafqaz xatirələri”. “Xatirə ədəbiyyatı” silsiləsi
2. Dilbər Axundzadə. “Müşfiqli günlər”. “Xatirə ədəbiyyatı” silsiləsi
3. Mişkinaz Cavid, Turan Cavid. “Cavid haqqında xatirələr”. “Xatirə ədəbiyyatı” silsiləsi
4. Hüseynqulu Sarabski. “Köhnə Bakı”. “Xatirə ədəbiyyatı” silsiləsi
5. Nağı bəy Şeyxzamanlı. “Xatirələr”. “Xatirə ədəbiyyatı” silsiləsi
6. Sona Cabbarlı. “Onu kim unudar”. “Xatirə ədəbiyyatı” silsiləsi
7. Məmməd Səid Ordubadi. “Həyatım və mühitim”. “Xatirə ədəbiyyatı” silsiləsi
8. Banin (Ümmülbənin). “Qafqaz günləri”. “Xatirə ədəbiyyatı” silsiləsi
9. Əliağa Şıxlınski. “Xatirələr”. “Xatirə ədəbiyyatı” silsiləsi
10. “Əhməd Cavad haqqında xatirələr”. “Xatirə ədəbiyyatı” silsiləsi
11. Yusif Vəzir Çəmənzəminli. “Bir cavanın dəftəri”. “Xatirə ədəbiyyatı” silsiləsi
12. Mirzə Ələkbər Sabir. “Xatirələr”. “Xatirə ədəbiyyatı” silsiləsi
13. “Həsən bəy Zərdabi Xatirələrdə”. “Xatirə ədəbiyyatı” silsiləsi
14. “Mir Cəlal Xatirələrdə”. “Xatirə ədəbiyyatı” silsiləsi
15. Abdulla Şaiq. “Xatirələrim”. “Xatirə ədəbiyyatı” silsiləsi

Xarici müəlliflər (Tərcümə ədəbiyyatı silsiləsi)

1. Co Novarro, Marvin Kallins. “Bədən dili”. Şəxsi inkişaf və motivasiya
2. Qriqoriy Petrov. “Ağ zanbaqlar ölkəsi”. Roman
3. Vladimir Jeleznikov. “Müqəvva”. Roman
4. ““Martiroloq” və Tarkovski haqqında xatirələr”. “Xatirə ədəbiyyatı” silsiləsi
5. Paula Hokins. “Qatardakı qız”. Roman
6. Mirzə Kazım bəy. “Seçilmiş əsərləri”.
7. Entoni Robinz. “İçindəki divi oyat”. Şəxsi inkişaf və motivasiya
8. Məhməd Niyazi. “Çanaqqala məhşəri”. Roman
9. Teodor Drayzer. “Amerika faciəsi”. Roman
10. Artur Köstler. “Gözqamaşdırıcı zülmət”. Roman
11. Otto Vayninger. “Cins və xarakter”.
12. Nevzat Kösoğlu. “Şəhid Ənvər Paşa”. Roman
13. Edqar Alla Po. “Mari Rojenin sirri”. Hekayələr
14. Efron Ariadna. “Mənim anam – Marina Svetayeva”. “Xatirə ədəbiyyatı” silsiləsi
15. Əziz Nesin. “Damda dəli var”. Hekayələr

Comments are closed, but trackbacks and pingbacks are open.