Press "Enter" to skip to content

Azerbaycan dili Hedef qayda kitabi,Hedefin azerbaycan-dili ders

KORG Pa3x ehtiyat hissəsi (Pa3x detal , Korg detal ) KORG sintezatorun ehtiyyat hissəsi _ Ünvanlarımız : 1) Məhəmməd Hadi 4, Sərhədçi Olimpiya İdman Kompleksi ilə üzbəüz (Xalqlar mt.s yaxınlığı) 2) Nərimanov

XV DƏRS

او چمناز است. چمناز دانش آموز است. او امروز درس دارد . چمناز در دبیرستانﺍ ست. در دست او پرچم دارد . لچک چمناز سبز است . چمناز برادر دارد. اسم برادر چمناز منوچهر است. چمناز از منوچهر کوچکتر است . منوچهر کار دارد . او چوپان است

لچک [ ləçək ] örpək

کوچک [ kuçek ] kiçik

پرچم [ pərçəm ] bayraq

چوپان [ çupan ] çoban

منوچهر [ mənuçehr ] Mənuçehr

O Çimnazdır. Çimnaz şagirddir. Onun bu gün dərsi var. Çimnaz orta məktəbdədir. Onun əlində bayraq var. Çimnazın örpəyi yaşıldır. Çimnazın qardaşı var. Çimnazın qardaşının adı Mənuçehrdir. Çimnaz Mənuçehrdən balacadır. Mənuçehr işləyir. O çobandır.

Sifətin dərəcələri: (hələlik bu haqda qısa məlumat verəcəm)

Fars dilində sifətin üç dərəcəsi var:

a) Adi dərəcə demək olar ki, digər müqayisə dərəcələri üşün , bir növ, “başlanğıc” vəzifəsini daşıyır.Bütün sadə,düzəltmə və mürəkkəb sifətlərin hamısı adi dərəcəli sifətlər hesab edilir. Məs.:

b) Müqayisə dərəcəsi adi sifətlərin sonuna “ تر „ (tər) şəkilçisinin artırılması ilə düzəlir. Sifətin bu dərəcəsi müqayisə olunan əşyalardan birinin daha gözəçarpan olmasını ifadə edir və “ تر „ şəkilçili sifətlərin Azərbaycan dilinə tərcüməsində “ daha „ ədatından istifadə edilir.Məs.:

کوچکتر – daha balaca

روشنتر – daha işıqlı

زردتر – daha sarı

این لچک سبزترﺍسبزتر ازﺁﻥ لچک است – bu örpək o örpəkdən daha yaşıldır.

ﭼﻤﻨﺎﺯ ﺍﺯ ﻤﻨﻭﭼﻬﺮ کوچکتر است – Çimnaz Mənuçehrdən balacadır

c) Üstünlük dərəcəsi adi sifətlərin sonuna ترین (tərin) şəkilçisinin artırılması ilə düzəlir. Vurğu həmin şəkilçinin son hecası üzərinə düşür. ترین (tərin) şəkilçili sifətlər Azərbaycan dilinə ən ədatı ilə, bəzən də lap ədatı ilə işlənən sifətlər kimi tərcümə edilir.

کوچکترین – ən balaca

سبزترین – lap yaşıl

ﺑﺎ [ ba ] ön qoşması Azərbaycan dilindəki ilə ( la² ) qoşmasına uygun gəlir.

Məsələlən: ﺑﺎ ﭘﺪﺮ [ ba pedər ] ata ilə; ﺑﺎ برادر [ ba bəradər ] qardaşla

دوستم ﺑﺎ ماشین آمد . او ﺑﺎ مادرش آمد . آنها از ده از آن راه آمدند . آن زن مادر دوستم ﺍﺴﺖ . او در ده کار می کند . در دست دوستم سبد دارد . سبد پر ﺍﺯ میوه است . من آنها را ﺑﺎ ﺷﻬﺮ ﺁﺷﻨﺎ کردم

پراز ﻤﻴﻭﻩ [ porəz mive ] meyvə dolu

آشنا کردم [ aşena kərdəm ] tanış etdim

Dostum maşınla gəldi. O, anası ilə gəldi. Onlar kənddən o yoldan gəldilər. O qadın dostumun anasıdır. O , kənddə işləyir. Dostumun əlində səbəd var. Səbəd meyvə ilə doludur. Onları şəhərlə tanış etdim.

Cümlələri Farscaya tərcümə edin:

O, orta məktəbdən mənimlə gəldi. O, mənim dostumdur. Dostumu onunla tanış etdim. Onu dostumla tanış etdim. O, bizimlə oynadı. Biz onunla top-top oynadıq. Mən ona kitab verdim. O, mənə karandaş verdi. Qardaşım gəldi. O, salam verdi. Anam da gəldi. Anam Çimnaza örpək verdi. Çimnaz şad oldu. O bayraqdır. Bayrağı verdilər. Bayrağı orta məktəbə verdilər. Məktəbin bayrağı var. O bayraq bizimdir. O bizim məktəbin bayrağıdır ( آن پرچم دبیرستان ما است ). Bayraq Pərvizin əlindədir. Pərviz şagirddir. Pərvizin qardaşı var. O çobandır. Pərviz kiçikdir. Pərviz ondan kiçikdir.

XXII DƏRS

13 Pazartesi Nis 2015

Etiketler

XXII DƏRS

– bu hərf “ ğ” səsini ifadə edir. Adı “ ğaf „ dır.

Ğaf – ( ) hərfi özündən əvvəl və sonra gələn hərflərlə bitişir.

Birləşmənin əvvəlində və ortasında –

Tək halda və birləşmənin sonunda –

Sözlərin hər iki dildəki tələffüzünü müqayisə edək və fərqli cəhətlərə diqqət yetirək :

Fars dilində : Azərbaycan dilində :

ﻗﺎﺸﻕ ( ğaşoğ ) qaşıq

ﺒﺸﻗﺎﺏ ( boşğab ) boşqab

ﻗﻨﺪ ( ğənd ) qənd

ﻗﻨﺪﺪﺍﻥ ( ğənddan ) qənddan

ﻗﻟﻡ ( ğələm ) qələm

ﺸﻓﻴﻗﻪ ( şəfiğe ) Şəfiqə

ﺮﻓﻴﻗﻪ ( rəfiğe ) Rəfiqə

ﻗﺪﺮﺖ ( ğodrət ) Qüdrət

Mətn :

ﺸﻓﻴﻗﻪ ﺪﻭﺴﺖ ﺮﻓﻴﻗﻪ ﺍﺴﺖ . ﺁﻨﻬﺎ ﺪﺮ ﻴﮎ ﮐﻼﺲ ﺪﺮﺲ ﻤﻰ ﺨﻮﺍﻨﻨﺪ . ﺸﻓﻴﻗﻪ ﺒﻪ ﺨﺎﻨﻪﻯ ﺁﻨﻬﺎ ﺁﻤﺪ . ﺮﻓﻴﻗﻪ ﺪﺮ ﺨﺎﻨﻪ ﺍﺴﺖ . ﻤﺎﺪﺮ ﺍﻮ ﻨﻴﺯ ﺪﺮ ﺨﺎﻨﻪ ﺍﺴﺖ . ﺮﻓﻴﻗﻪ ﺷﻓﻴﻗﻪ ﺮﺍ ﺑﺎ ﻤﺎﺪﺮ ﺨﻭﺪ ﺁﺷﻧﺎ ﻜﺮﺪ . ﺪﺮ ﺪﺴﺖ ﺸﻓﻴﻗﻪ ﻜﺘﺎﺐ ﺪﺍﺮﺪ . ﺁﻦ ﻜﺘﺎﺐ ﺘﺎﺯﻩ ﺍﺴﺖ . ﺮﻓﻴﻗﻪ ﻜﺘﺎﺐ ﺮﺍ ﺪﻴﺪ . ﺷﻓﻴﻗﻪ ﻜﺘﺎﺐ ﺮﺍ ﺪﺍﺪ . ﺮﻓﻴﻗﻪ ﺒﻪ ﺁﻦ ﻜﺘﺎﺐ ﻧﮔﺎﻩ ﻜﺮﺪ . ﺮﻓﻴﻗﻪ ﻫﻡ ﻜﺘﺎﺑﻬﺎﻯ ﺨﻭﺪ ﺮﺍ ﺑﻪ ﺷﻓﻴﻗﻪ ﻧﺷﺎﻦ ﺪﺍﺪ . ﺴﭙﺲ ﺁﻧﻬﺎ ﻧﺷﺴﺘﻧﺪ ﻮ ﻴﻤﮎ ﺨﻮﺮﺪﻧﺪ .

ﺨﻮﺪ [ xod ] öz, özü

ﺴﭙﺲ [ sepəs ] sonra

ﻜﺘﺎﺐ [ ketab ] kitab

Şəfiqə Rəfiqənin dostudur. Onlar bir sinifdə oxuyurlar. Şəfiqə onların evinə getdi. Rəfiqə evdədir. Onun anası da evdədir. Rəfiqə Şəfiqəni öz anası ilə tanış etdi. Şəfiqənin əlində kitab var. O kitab təzədir. Rəfiqə kitabı gördü. Şəfiqə kitabı verdi. Rəfiqə o kitaba baxdı. Rəfiqə də öz kitablarını Şəfiqəyə göstərdi. Sonra onlar oturdular və yemək yedilər.

– bu hərf (c ) səsini bildirir, adı “cim” dir

Cim ( ) hərfi özündən əvvəl və sonra gələn hərflərlə bitişir

Birləşmənin əvvəlində və ortasında –

Tək halda və birləşmınin sonunda –

ﺟﻼﻝ [ cəlal ] Cəlal

ﺟﻤﻴﻝ [ cəmil ] Cəmil

ﺟﻤﻴﻟﻪ [ cəmile ] Cəmilə

ﺍﻴﻨﺟﺎ ] inca ] bura

ﺁﻨﺟﺎ [ anca ] ora

ﻜﺟﺎ [ koca ] hara

ﭙﻨﺞ [ pənc ] beş – ۵

ﺟﻴﺎﺒﺎﻥ ] xiyaban ] kücə

ﭼﻴﺴﺖ[ çist ] nədir

ﺍﺴﺘﻗﻼﻝ [ esteğlal ] istiqlal

ﻤﻜﺎﻟﻤﻪ – Dialoq

ﺍﺴﻡ ﺘﻮ ﭼﻴﺴﺖ ?

ﺍﺴﻡ ﻤﻥ ﺟﻼﻞ ﺍﺴﺖ .

ﺟﻼﻞ ﺧﺎﻧﻪﻯ ﺸﻤﺎ ﻜﺟﺎﺴﺖ ?

ﺧﺎﻧﻪﻯ ﻤﺎ ﺁﻧﺟﺎﺴﺖ ﺪﺮ ﺁﻦ ﺒﻧﺎﺴﺖ .

ﺁﻴﺎ ﺪﺒﻴﺮﺴﺘﺎﻦ ﺸﻤﺎ ﺁﻧﺟﺎﺴﺖ ?

ﻧﺨﻴﺮ ، ﺪﺑﻴﺮﺴﺗﺎﻥ ﻤﺎ ﺁﻧﺟﺎ ﻧﻴﺴﺖ ، ﺪﺮ ﺨﻴﺎﺑﺎﻥ ﺍﺴﺘﻗﻼﻝ ﺍﺴﺖ .

ﭙﺲ ﺍﻴﻥ ﭙﺴﺭ ﻜﻴﺴﺖ?

ﺍﻴﻥ ﭙﺴﺭ ﺒﺭﺍﺪﺭﻡ ﺍﺴﺖ.

ﺍﻭ ﭽﻧﺪ ﺴﺎﻝ ﺪﺍﺭﺪ ?

ﺍﻭ ﭙﻧﺞ ﺴﺎﻝ ﺪﺍﺭﺪ .

Tərcüməsi:

  • Sənin adın nədir?
  • Mənim adım Cəlaldır.
  • Cəlal, sizin eviniz hardadır?
  • Bizim evimiz ordadır, o binadadır.
  • Sizin məktəbiniz ordadırmı?
  • Xeyr, bizim məktəb orda deyil, “İstiqlal” küçəsindədir.
  • Bəs o oğlan kimdir?
  • Bu oğlan qardaşımdır.
  • Onun neçə yaşı var?
  • Onun beş yaşı var.

“əst”- ﺍﺴﺖ – xəbər şəkilcisi:

Bu şəkilçi ismi cümlələrdə ismi xəbərin III şəxs təkinə artırılır.Azərbaycan dilindəki –dır-dir-dur-dür xəbər şəkilçisinə uyğun gəlir. ﺍﺴﺖ – xəbər şəkilçisi vurğu qəbul etmir. Vurğu bu şəkilçini qəbul edən sözün son hecası üzərinə düşür.

Azərbaycan dilində ahəng qanunundan asılı olaraq dörd variantda işlənən bu şəkilçi fars dilində bircə variantda ﺍﺴﺖ ( əst ) şəklində işlənir.

  1. Sonu samitlə bitən sözlərdən sonra gələnﺍﺴﺖ( əst ) xəbər şəkilçisi olduğu kimi yazılır və oxunur. Məs.:

ﻤﺪﺍﺪﺍﺴﺖ ( medadəst ), ﻤﻴﺰﺍﺴﺖ ( mizəst ), ﻜﻴﻑﺍﺴﺖ ( kifəst)

  1. Sonu a,o,u və i saitləri ilə bitən sözlərdən sonra gələnﺍﺴﺖxəbər şəkilçisinin birinci səsi, yəni ə tələffüz olunmur;ﺴﺖ(st) şəklində bir başqa sözlə birlikdə tələfffüz olunur. Məs.:

ﺪﺮﻴﺎﺴﺖ ( dəryast ) – dənizdir

ﺪﺍﻨﺸﺠﻮﺍﺴﺖ ( daneşcust ) – tələbədir

ﻜﺸﺘﻰﺍﺴﺖ ( kəştist ) gəmidir

Qeyd etmək lazımdır ki, sonu a, u saitləri ilə bitən sözlərdən sonra gələn ﺍﺴﺖ xəbər şəkilçisinin əvvəlindəki “əlif” yazılmaya da bilər.

ﺪﺮﻴﺎﺴﺖ ﺪﺮﻴﺎ ﺍﺴﺖ

ﺪﺍﻨﺸﺠﻮﺴﺖ ﺪﺍﻨﺸﺠﻮ ﺍﺴﺖ

  1. Sonu e saiti ilə bitən sözlərdən sonra gələnﺍﺴﺖxəbər şəkilçisi olduğu kimi tələffüz olunur. Mıs.:

ﺧﺎﻨﻪ ﺍﺴﺖ ( xaneəst ) – evdir

Qeyd. ﻜﻪ ( ke ) – kim, ﭽﻪ (çe ) – nə sual əvəzliklərindən sonra gələn ﺍﺴﺖ xəbər şəkilçisi bu qaydaya istisnadır. Belə ki, ( ke + əst ) və ( çe + əst ) şəklində deyil, ﻜﻴﺴﺖ ( kist ) – kimdir, ﭽﻴﺴﺖ ( çist ) – nədir kimi yazılır və oxunur.

  1. Sonu ou diftonqu və o saiti ilə bitən sözlərdən sonra gələnﺍﺴﺖşəkilçisinin birinci saiti – ə ( əlif ) tələffüz olunmur. Məs.:

ﭘﻴﺸﺮﻮﺴﺖ ( pişroust ) – qabaqcıldır

ﺪﻮﺍﺴﺖ ( dost ) ikidir

Tapşırıq: farsca yazın:

Bizim məktəb ordadır. Bəs sizin məktəb hardadır? Bizim məktəb “İstiqlal” kücəsindədir. Sizin eviniz hardadır? Bizim evimiz o binadadır. Onların da evləri o binadadır.

XXI DƏRS

07 Salı Nis 2015

Etiketler

XXI DƏRS

ﺘﺨﺘﻪ ﺴﻴﺎﻩ [ təxtesiyah ] yazı lövhəsi

ﺘﺨﺘﻪ ﭙﺎﮎ ﮐﻥ [ təxte pakkon ] silgi

ﮐﺎﺮﮔﺮ [ kargər ] fəhlə

ﮐﺎﺮﮔﺎﻩ [ karqah ] emalatxana

ﭙﻧﺑﻪ [ pənbe ] pambıq

ﮔﭻ [ gəç ] tabaşir

ﮔﻔﺖ [ qoft ] dedi

ﻤﻰ ﻨﻭﻴﺴﻴﻡ [ minevisim ] yazırıq

ﻜﺸﺎﻭﺮﺯ [ keçavərz ] əkinçi

ﺨﺎﻧﻭﺍﺪﻩ [ xanevade ] ailə

ﻤﻰ ﺨﻭﺭﺪ [ mixorəd ] yeyir

ﻤﻰ ﺨﻭﺍﻧﺪ [ mixanəd ] oxuyur

ﻤﻰ ﺨﻭﺍﺒﺪ [ mixabəd ] yatır

MƏTN:

ﺯﻨﮒ ﺮﺍ ﺯﺪﻧﺪ . ﺁﻤﻭﺯﮔﺎﺮ ﺑﻪ ﻜﻼﺲ ﺁﻤﺪ . ﻤﺎ ﺑﻟﻧﺪ ﺷﺪﻴﻡ . ﺁﻤﻭﺰﮔﺎﺮ ﺴﻼﻡ ﺪﺍﺪ . ﻤﺎ ﻧﺷﺴﺗﻴﻡ . ﺁﻤﻮﺯﮔﺎﺮ ﮔﻔﺖ :- ﺁﻥ ﺗﺧﺗﻪ ﺴﻴﺎﻩ ﺍﺴﺖ . ﺁﻥ ﮔﭻ ﺍﺴﺖ . ﺁﻥ ﺗﺧﺗﻪ ﭙﺎﮎ ﮐﻥ ﺍﺴﺖ . ﻤﺎ ﺑﺎ ﮔﭻ ﻤﻰ ﻧﻭﻴﺴﻴﻡ . ﺮﻭﻯ ﺘﺧﺗﻪ ﺴﻴﺎﻩ ﻤﻰ ﻧﻭﻴﺴﻴﻡ . ﺘﺧﺗﻪ ﺴﻴﺎﻩ ﺮﺍ ﺑﺎ ﺗﺧﺘﻪ ﭙﺎﮎ ﻜﻦ ﺘﻤﻴﺰ ﻤﻰ ﻜﻧﻴﻡ .

ﺁﻤﻮﺰﮔﺎﺮ ﺒﻪ ﻤﺎ ﻴﮎ ﺸﻜﻞ ﻧﺸﺎﻥ ﺪﺍﺪ . ﺍﻭ ﮔﻔﺖ :- ﺍﻭ ﻜﺎﺭﮔﺭ ﺍﺴﺖ . ﻜﺎﺭﮔﺭ ﺪﺭ ﻜﺎﺭﮔﺎﻩ ﻜﺎﺭ ﻤﻰ ﻜﻧﺪ . ﻜﺸﺎﻭﺭﺯ ﭙﻧﺒﻪ ﻤﻰ ﻜﺎﺭﺪ

Tərcüməsi:

Zəngi çaldılar. Müəllim sinifə gəldi. Biz ayağa qalxdıq. Müəllim salam verdi.

Biz oturduq. Müəllim dedi:- o lövhədir. O tabaşirdir. O silgidir. Biz tabaşirlə yazırıq. Lövhənin üzərinə yazırıq. Lövhəni silgi ilə təmizləyirik.

Müəllim bizə bir şəkil göstərdi. O dedi:- o fəhlədir. Fəhlə emalatxanada çalışır. əkinçi pambıq əkir.

Tapşırıq:

1.Fars dilinə tərcümə edin:

O yazı taxtasıdır. Yazı taxtası qaradır. O kiçik deyil, böyükdür. Biz yazı taxtasında yazırıq. Yazı taxtasını silgi ilə təmizləyirik.

O pambıqdır. Atam pambıq əkir. Mənim atam pambıq əkir. Sənin atan da pambıq əkirmi? Bəli, mənim atam da pambıq əkir.

Mən oxuyuram. Onlar oxuyurlar. Mən kitab oxuyuram. Onlar kitab oxuyurlar. Biz yryirik. Biz xörək yeyirik. O, anama kömək edir. Mən də anama kömək edirəm. O yatır. Mən məktub yazıram.

3. Sualları fars dilinə bir yerdə tərcümə edək və cavablandıraq:

Sizin eviniz o binadadırmı?- ﺨﺎﻧﻪ ﺸﻤﺎ ﺪﺭ ﺁﻥ ﺒﻧﺎ ﺍﺴﺖ ? Bəli, bizim evimiz o binadadır- ﺒﻟﻰ ﺨﺎﻧﻪ ﻤﺎ ﺪﺮ ﺁﻦ ﺒﻧﺎ ﺍﺴﺖ . Sənin atan nəçidir?- ﭙﺪﺮ ﺘﻭ ﭼﮐﺎﺮﻩ ﺍﺴﺖ ? Mənim atam müəllimdir- ﭙﺪﺮ ﻤﻥ ﺁﻤﻭﺯﮔﺎﺮ ﺍﺴﺖ .

xx DƏRS

07 Salı Nis 2015

XX DƏRS

– bu hərf “x” səsini ifadə edir. Onun adı “xe” dir.

Xe – ( ) özündən əvvəl və sonra gələn hərflərlə bitişir.

Birləşmənin əvvəlində – – bu cür yazılır.

Tək halda isə – – belə yazılır.

ﺧﺎﻧﻪ [ xane ] ev

ﺧﺎﻟﺪ [ xaled ] Xalid

ﺧﺎﻮﺮ [ xavər ] a). Xavər, b). Şərq

ﺧﺮﺍﻤﺎﻥ [ xoraman ] Xuraman

ﺧﻠﻴﻞ ] xəlil ] Xəlil

ﺴﺮﺥ [ sorx ] qırmızı

ﺧﻮﺍﻫﺮ [ xahər ] bacı

ﺧﻮﺮﺍﮎ [ xorak ] yemək

ﺧﻮﺐ [ xub ] yaxsı

ﭙﺧﺖ [ poxt ] bişirdi

ﺧﻮﺮﺪﻴﻡ [ xordim ] yedik

QEYD. Fars dilində bir qrup sözlərdə ″ ″ (xe) hərfindən sonra ″ ″ ( vav) hərfi yazılır, lakin tələffüz olunmur.

Məs.: ﺧﻮﺍﻫﺮ [ xahər ] bacı, ﺧﻮﺍﺐ [ xab ]-yuxu

ﻤﻥ ﻴﮎ ﺧﻮﺍﻫﺮ ﺪﺍﺮﻡ . ﺍﺴﻡ ﺍﻮ ﺧﺮﺍﻤﺎﻦ ﺍﺴﺖ . ﺧﺮﺍﻤﺎﻦ ﺍﺯ ﻤﻦ ﺒﺯﺮﮔﺘﺮ ﺍﺴﺖ . ﺧﺮﺍﻤﺎﻦ ﺷﺎﮔﺮﺪ ﺍﺴﺖ . ﺍﻮ ﺷﺎﮔﺮﺪ ﺧﻮﺒﻰ ﺍﺴﺖ .ﺪﺮ ﻜﻼﺲ ﻫﻤﻪ ﺍﻮ ﺮﺍ ﺪﻮﺴﺖ ﺪﺍﺮﻨﺪ . ﺍﻮ ﺮﺍ ﺪﺮ ﺧﺎﻨﻪ ﻫﻡ ﺪﻮﺴﺖ ﺪﺍﺮﻴﻢ . ﺪﺮﺲ ﺘﻤﺎﻡ ﺸﺪ . ﻤﺎ ﺍﺰ ﺪﺒﻴﺮﺴﺘﺎﻥ ﺒﺮﮔﺸﺘﻴﻡ . ﺪﺮ ﺨﺎﻨﻪ ﻫﻴﭻ ﮐﺱ ﻨﻴﺴﺖ . ﻤﻥ ﺒﻪ ﺨﺮﺍﻤﺎﻥ ﻜﻤﮎ ﻜﺮﺪﻡ . ﺍﻭ ﺨﻭﺮﺍﮎ ﭙﺨﺖ . ﻤﺎ ﻨﻬﺎﺮ ﺨﻭﺮﺪﻴﻡ

Tərcüməsi:

Mənim bir bacım var. Onun adı Xuramandır. Xuraman məndən böyükdür. Xuraman şagirddir. O, yaxşı şagirddir. Sinifdə hamı onu sevir. Onu evdə də sevirik. Dərs bitdi. Biz orta məktəbdən evə qayıtdıq. Evdə heç kim yoxdur. Mən Xuramana kömək etdim. O, yemək bişirdi. Biz nahar etdik.

Tapşırıq:

Mən atamla şəhərə getdim. Biz çox gəzdik. Atam məni parka apardı. əlimdə qızılgül var.

O bacımdır. Bacımın adı Xavərdir. O, yaxşı bacıdır. Xavərin qırmızı paltarı var. Biz şəhərdə gəzdik. Evə qayıtdıq. Xavər xörək bişirdi. O, mənə xörək verdi.

  1. İfadələri tərcümə edin ( izafət birləşməsi ilə) və cümlələrdə işlədin:

Qızılgül ( ﮔﻞ ﺴﺮﺥ ), qırmızı paltar, onun qızılgülü, bizim ev, onunbacısı.

XIX DƏRS

14 Cuma Kas 2014

Etiketler

XIX Dərs
ﺁﻠﻮﺑﺎﻠﻮ [ alubalu ] albalı
ﺍﻧﺎﺮ [ ənar ] nar
ﺴﻴﺐ [ sib ] alma
ﮔﻼﺑﻰ [ qolabi ] armud
ﺍﻧﮔﻮﺮ [ ənqur ] üzüm
ﺑﻪ [ beh ] heyva
ﺮﻮﻯ [ ruy ] üstündə, üz
ﺘﻴﺯ [ tiz ] iti
ﻫﻴﭺ ﭽﻴﺯ [ hiç çiz ] heç şey
ﮐﻨﺪ [ kond ] küt
ﭙﺮﺍﺯ [ porəz ] dolu
ﺑﺮﻴﺪ [ borid ] kəsdi
ﮔﻮﺸﺖ [ quşt ] ət
ﺸﻴﺮ ﻤﻰ ﺪﻫﺪ [ şir midəhəd ] süd verir

Mətn:
ﺁﻦ ﻤﻴﺯ ﺍﺴﺖ . ﺁﻦ ﻤﻴﺯ ﺒﺯﺭﮒ ﻧﻴﺴﺖ ‘ ﻜﻭﭼﮎ ﺍﺴﺖ . ﺭﻭﻯ ﺍﻴﻥ ﻤﻴﺯ ﻫﻴﭻ ﭼﻴﺯ ﻧﻴﺴﺖ . ﺍﻴﻥ ﻤﻴﺯ ﻛﻭﭼﮎ ﻧﻴﺴﺖ ‘ ﺒﺯﺭﮒ ﺍﺴﺖ . ﺁﻦ ﻛﺎﺭﺪ ﺍﺴﺖ . ﺁﻦ ﻛﺎﺭﺪ ﻛﻧﺪ ﻧﻴﺴﺖ ‘ ﺘﻴﺯ ﺍﺴﺖ . ﺁﻦ ﺍﺴﺘﻛﺎﻦ ﺍﺴﺖ . ﺍﺴﺘﻛﺎﻦ ﭙﺭﺍﺯ ﭽﺎﻯ ﺍﺴﺖ . ﺁﻦ ﭽﻧﮔﺎﻝ ﺍﺴﺖ . ﻛﺎﺭﺪ ‘ ﭽﻧﮔﺎﻝ ﻭ ﺍﺴﺘﻛﺎﻦ ﺭﻭﻯ ﻤﻴﺯ ﺍﺴﺖ . ﺁﻦ ﮔﻼﺒﻰ ﺍﺴﺖ . ﺁﻦ ﺴﻴﺐ ﺍﺴﺖ . ﺁﻦ ﺍﻧﮔﻭﺮ ﺍﺴﺖ . ﺁﻴﺎ ﺁﻦ ﺒﻪ ﺍﺴﺖ ? ﺒﻟﻰ ‘ ﺁﻦ ﺒﻪ ﺍﺴﺖ . ﮔﻼﺒﻰ ‘ ﺴﻴﺐ ‘ ﺒﻪ ﻮ ﺍﻧﮔﻮﺮ ﺮﻮﻯ ﻤﻴﺯ ﺍﺴﺖ . ﻤﺎﺪﺮ ﻧﺷﺴﺖ . ﭙﺪﺮ ﻧﺷﺴﺖ . ﻤﻦ ﻧﺷﺴﺘﻡ . ﺑﺮﺍﺪﺮ ﻫﻡ ﻧﺷﺴﺖ . ﭙﺪﺮ ﮔﻼﺑﻰ ﻮ ﺴﻴﺐ ﺑﺮﻴﺪ . ﺍﻮ ﺍﺯ ﮔﻼﺑﻰ ﻮ ﺴﻴﺐ ﺑﻪ ﻤﺎ ﺪﺍﺪ
Tərcüməsi:
O stoldur. O stol böyük deyil, kiçikdir. Bu stolun üstündə heç nə yoxdur. Bu stol kiçik deyil, böyükdür. O bıçaqdır. O bıçaq küt deyil, itidir. O stəkandır. Stəkan çayla doludur. O çəngəldir. Bıçaq, çəngəl və stəkan stolun üstündədir. O armuddur. O almadır. O üzümdür. O heyvadırmı? Bəli, o heyvadır. Armud, alma, heyva və üzüm mizin üstündədir. Ana oturdu. Ata oturdu. Mən oturdum. Qardaş da oturdu. Ata armud və alma kəsdi. Armud və almadan bizə verdi.

Tapşırıqlar:
1. Fars dilinə tərcümə edin:
O üzümdür. Üzüm sarıdır. O üzüm turşdur. Bu üzüm şirindir. Bu nardır. Bu nar şirindir. O nar turşdurmu? Bəli, bu nar turşdur. Bu səbət narla doludur. O səbət heyva ilə doludur. O səbət də meyvə ilə doludurmu? Bəli, bu səbət də meyvə ilə doludur. Baba armud verdi. Mən armudu xoşlayıram. Sən də armudu xoşlayırsanmı? Xeyr, mən armudu xoşlamıram. Mən üzümü xoşlayıram. O bıçaqdır. Bıçaq itidir. Qardaşım armudu bıçaqla kəsdi. Stəkan stolun üstündədir. Stəkan su ilə doludur.
2. Azərbaycan dilinə tərcümə edin:
ﺁﻦ ﮔﻮﺴﻔﻧﺪ ﺍﺴﺖ . ﺁﻦ ﮔﻮﺴﻔﻧﺪ ﺑﺯﺮﮒ ﺍﺴﺖ . ﺍﻴﻥ ﮔﻮﺴﻔﻧﺪ ﺑﺯﺮﮒ ﻧﻴﺴﺖ ‘ ﻜﻮﭽﮎ ﺍﺴﺖ . ﺁﻦ ﺑﺯ ﻧﻴﺴﺖ ‘ ﮔﻮﺴﻔﻧﺪ ﺍﺴﺖ . ﮔﻮﺴﻔﻧﺪ ﺍﺯ ﮔﺎﻮ ﮐﻮﭽﮐﺘﺭ ﺍﺴﺖ . ﮔﺎﻮ ﺍﺯ ﮔﻮﺴﻔﻧﺪ ﺒﺯﺭﮔﺘﺭ ﺍﺴﺖ . ﺒﺯ ﺍﺯ ﺍﺴﺐ ﮐﻮﭽﮐﺘﺭ ﺍﺴﺖ . ﺍﺴﺐ ﺍﺯ ﺒﺯ ﻮ ﮔﻮﺴﻔﻧﺪ ﺒﺯﺭﮔﺘﺭ ﺍﺴﺖ . ﮔﺎﻮ ‘ ﮔﻮﺴﻔﻧﺪ ﻮ ﺒﺯ ﺸﻴﺭ ﻤﻰ ﺪﻫﻧﺪ . ﺍﺯ ﮔﻮﺸﺖ ﺁﻧﻬﺎ ﺍﺴﺘﻔﺎﺪﻩ ﻤﻰ ﻜﻧﻧﺪ
3. Farsca tərcümə edin:
O quyundur. O da inəkdir. Inək süd verir. Qoyun da süd verir. Məktəbdə bizə süd verirlər. Inəyin və qoyunun südündən istifadə edirlər.

XVIII DƏRS

06 Cumartesi Eyl 2014

Etiketler

XVIII DƏRS

– bu hərf “ f „ səsini ifadə edir. Adı “ fe „ dir.

– fe- hərfi özündən əvvəl və sonra gələn hərflərlə bitişir.

Birləşmənin əvvəlində və ortasında – belə, tək halda və birləşmənin sonunda isə – belə yazılır.

Sözlər:

ﺩﻒ [ dəf ] dəf

ﺒﺮﻑ [ bərf ] qar

ﺪﻓﺘﺮ [ dəftər ] dəftər

ﺍﺷﺮﻑ [ əşrəf ] Əşrəf

ﻜﻴﻒ [ kif ] çanta

ﺮﻓﺖ [ rəft ] getdi

ﺍﺷﻜﺎﻒ [ eşkaf ] şkaf

ﺒﺮﻒ ﺁﻤﺪ [ bərf aməd ] qar yağır

ﺒﺮﻒ ﺒﺎﺰﻯ [ bərfbazi ] qartopu oyunu

Mətn: ﺒﺮﻒ ﺁﻤﺪ

ﺒﺮﻒ ﺁﻤﺪ . ﺷﺐ ﺒﺮﻒ ﺁﻤﺪ . ﻫﻭﺍ ﺴﺮﺪ ﺷﺪ . ﺍﻤﺮﻭﺰ ﺪﺮﺱ ﻧﻴﺴﺖ . ﺍﺷﺮﻒ ﺒﻪ ﺒﺮﻒ ﻧﮔﺎﻩ ﻜﺮﺪ . ﺍﻮ ﺍﺰ ﻤﻨﺰﻝ ﺒﻴﺮﻮﻦ ﺮﻔﺖ . ﻴﺎﺷﺎﺮ ﺍﻮ ﺮﺍ ﺪﻴﺪ . ﺍﻮ ﻫﻢ ﺒﻴﺮﻮﻦ ﺮﻔﺖ . ﺁﻨﻬﺎ ﺒﺮﻑ ﺒﺎﺯﻯ ﻜﺮﺪﻨﺪ . ﺍﺸﺮﻑ ﺒﻪ ﻤﻨﺯﻝ ﺮﻔﺖ . ﻴﺎﺷﺎﺮ ﻨﻴﺯ ﺒﺎ ﺍﻮ ﺮﻔﺖ . ﺁﻨﻬﺎ ﺪﺭ ﻤﻧﺯﻝ ﻨﺸﺴﺘﻨﺪ . ﺍﺸﺭﻑ ﻜﻴﻑ ﺭﺍ ﺒﺎﺯ ﻜﺭﺪ . ﻜﺘﺎﺏ ﻮ ﺪﻔﺘﺭ ﺭﺍ ﺒﻪ ﻴﺎﺸﺎﺭ ﺪﺍﺪ . ﻴﺎﺸﺎﺭ ﺪﻔﺘﺭ ﻮ ﻜﺘﺎﺏ ﺭﺍ ﺒﺎﺯ ﻜﺭﺪ .

Tərcüməsi: Qar yağdı

Qar yağdı. Gecə qar yağdı. Hava soyuq oldu. Bu gün dərs yoxdur. Əşrəf qara baxdı. O, evdən bayıra çıxdı. Yaşar onu gördü. O da bayıra çıxdı. Onlar qartopu oynadılar. Əşrəf evə getdi. Yaşar da onunla getdi. Onlar evdə oturdular. Əşrəf çantanı açdı. Kitab və dəftəri Yaşara verdi. Yaşar dəftər və kitabı açdı.

Diqqət →↓

ﻴﺎﺸﺎﺭ ﺁﻤﺪ ﺒﺎﺭﺍﻦ ﺁﻤﺪ

ﻤﺎﺸﻴﻦ ﺁﻤﺪ ﺒﺭﻑ ﺁﻤﺪ

Fars dilində – ﺁﻴﺎ [ aya ] sözü sual cümləsinin əvvəlində işlənir.

“aya” sözü Azərbaycan dilində -mı, mi, mu, mü kimi tərcümə edilir.

Məs.: ﺁﻴﺎ ﮔﻟﻨﺎﺭ ﺸﺎﮔﺭﺪ ﺍﺴﺖ ؟

ﻤﻜﺎﻠﻤﻪ

ﻤﺎﺪﺭ ﭼﻪ ﻤﻴﻜﻧﺪ ؟ –

.ﻤﺎﺪﺭ ﮔﺎﻮ ﻤﻰ ﺪﻮﺸﺪ

ﭙﺪﺭ ﭼﻪ ﻤﻴﻜﻧﺪ ؟ –

.ﭙﺪﺭ ﮔﻞ ﻤﻰ ﻜﺎﺭﺪ

ﭙﺱ ﭙﺴﺭ ﭼﻪ ﻤﻴﻜﻧﺪ ؟ –

.ﭙﺴﺭ ﺒﻪ ﮔﻞ ﺁﺐ ﻤﻰ ﺪﻫﺪ

ﺁﻴﺎ ﮔﻟﻧﺎﺭ ﺒﻪ ﺪﺒﻴﺭﺴﺗﺎﻦ ﻤﻰ ﺭﻭﺪ ؟ –

.ﺒﻟﻰ ، ﮔﻟﻧﺎﺭ ﺒﻩ ﺪﺒﻴﺭﺴﺗﺎﻦ ﻤﻰ ﺭﻭﺪ

Dialoqun tərcüməsi:

ﭽﻪ ﻤﻴﻜﻧﺪ [ çe mikonəd ] nə edir

ﻤﻰ ﺪﻭﺸﺪ [ miduşəd ] sağır

ﭙﺴﺭ [ pesər ] oğln

Tapşırıqlar:

Sənin atan müəllimdirmi? Sənin anan da müəllimdirmi? Onun qardaşı əsgərdirmi? Gülnaz bu gün növbətçidirmi? Gülnarə də növbətçidirmi? O oğlan bağçaya gedirmi? Sən şagirdsənmi? O şagiddirmi?

O çantadır. Bu da çantadır. O Əşrəfin çantasıdır. Çanta onun əlindədir. Şkaf sinifdədir. O dəftərdir. Dəftər şkafdadır. O dəfdir. O, dəf çaldı. Qar yağdı. Biz qartopu oynadıq.

ﺪﺍﻨﺶﺁﻤﻮﺯ ﺑﻪ ﺁﻤﺪ . ﺁﻤﻮﺯﮔﺎﺮ ﺑﻪ ﺁﻤﺪ . ﻤﺎﺪﺮ ﺍﺯ ﺁﻤﺪ. ﺸﺑﺎﻦ ﺍﺰ ﺁﻤﺪ . ﻤﺎﺸﻴﻥ ﺑﻪ ﺮﻔﺖ . ﺍﺸﺮﻑ ﺑﺎ ﺮﻔﺖ . ﺴﺎﺮﺍ ﻜﻴﻑ ﺪﺮ ﺁﻤﺪ . ﻫﻮﺍ ﺴﺮﺪ ﺍﺴﺖ ٬ ﺁﻤﺪ

XVII DƏRS

06 Cumartesi Eyl 2014

Etiketler

XVII DƏRS
ﮒ – Qaf – hərfi qalın a, o, u saitlərindən əvvəl gəldikdə “q” kimi oxunur.

ﮔﺎﻭ [ qav ] inək
ﮔﺮﺒﻪ [ qorbe ] pişik
ﻨﮔﺎﺮ [ neqar ] Nigar
ﺍﻨﮔﻭﺮ [ ənqur ] üzüm
ﭽﻨﮔﺎﻞ [ çənqal ] çəngəl
ﻜﺎﺮﻜﺎﻩ [ karqah ] emalatxana
ﻭﺮﺯﺷﮔﺎﻩ [ vərzeşqah ] idman meydançası
ﻨﮔﺎﻩ ﻤﻰ ﻜﻨﺪ [ neqah mikonəd ] baxır
ﺪﺮﺴﺖ ﻤﻰ ﻜﻨﺪ [ dorost mikonəd ] düzəldir
ﮔﻼﺒﻰ [ qolabi ] armud
ﮔﻝ [ qol ] gül
ﮔﻟﺪﺍﻥ [ qoldan ] güldan
ﺒﺯﺮﮒ [ bozorg ] böyük
ﮐﻮﭽﮎ [ kuçek ] kiçik
ﮔﻟﻨﺎﺮ [ qolnar ] Gülnar
ﮔﻟﻨﺎﺯ [ qolnaz ] Gülnaz
ﮔﻼﺮﺍ [ qolara ] Gülarə
ﻤﻰ ﺮﻭﺪ [ mirəvəd ] gedir
ﻨﻭﺒﺘﭼﻰ [ noubətçi ]
ﻫﻡ [ həm ] da, də
ﻨﻴﺯ [ niz ] da, də

Mətn: ﻨﻭﺒﺘﭼﻰ
ﮔﻟﻨﺎﺮ ﮐﻭﭼﮎ ﺍﺴﺖ . ﺍﻭ ﺒﻪ ﮐﻭﺪﻜﺴﺘﺎﻦ ﻤﻰ ﺮﻭﺪ . ﻤﺎﺪﺮ ﺒﻪ ﮔﻟﻧﺎﺮ ﮔﻼﺒﻰ ﺪﺍﺪ . ﮔﻟﻧﺎﺮ ﮔﻼﺒﻰ ﺮﺍ ﺪﻭﺴﺖ ﺪﺍﺮﺪ . ﮔﻟﻧﺎﺯ ﮐﻭﭼﮎ ﻧﻴﺴﺖ ٬ ﺒﺯﺮﮒ ﺍﺴﺕ . ﺍﻭ ﺒﻪ ﺩﺒﻴﺮﺴﺘﺎﻦ ﻤﻰ ﺮﻭﺩ . ﮔﻠﻧﺎﺯ ﺷﺎﮔﺮﺩ ﺍﺴﺖ . ﺍﻭ ﺍﻤﺮﻭﺯ ﻨﻭﺒﺘﭽﻰ ﺍﺴﺖ . ﮔﻼﺮﺍ ﻫﻢ ﻨﻭﺒﺘﭽﻰ ﺍﺴﺖ . ﺍﻴﻦ ﻜﻼﺱ ﺁﻨﻬﺎ ﺍﺴﺖ . ﺁﻦ ﮔﻞ ﺍﺴﺖ . ﺁﻦ ﮔﻠﺪﺍﻦ ﺍﺴﺖ . ﺍﻴﻦ ﻨﻴﻤﻜﺖ ﺍﺴﺖ . ﺁﻦ ﻤﻴﺯ ﺍﺴﺖ . ﮔﻠﻨﺎﺯ ﺪﺮ ﻜﻼﺲ ﺍﺴﺖ . ﮔﻼﺮﺍ ﻨﻴﺯ ﺪﺮ ﻜﻼﺲ ﺍﺴﺖ . ﺁﻨﻬﺎ ﻜﻼﺲ ﺮﺍ ﺘﻤﻴﺯ ﻤﻰ ﻜﻨﻨﺪ .
Tərcüməsi:
Növbətçi
Gülnar kiçikdir. O , uşaq bagçasına gedir. Ana Gülnara armud verdi. Gülnar armudu xoşlayır. Gülnaz kiçik deyil, böyükdür. O, orta məktəbə gedir. Gülnaz şagirddir. O, bu gün növbətçidir. Gülarə də növbətçidir. Bu onların sinifidir. O güldür. O güldandır. Bu partadır. O stoldur. Gülnaz sinifdədir. Gülarə də sinifdədir. Onlar sinifi təmizləyirlər.
Fars və Azərbaycan dillərində işlənən müştərək sözlərin tələffüzü:
Fars d. Azərbaycan d.
ﮔﻞ [ qol ] gül
ﮔﻠﺪﺍﻥ [ qoldan ] güldan
ﮔﻠﻨﺎﺰ [ qolnaz ] Gülnaz
ﮔﻠﻨﺎﺮ [ qolnar ] Gülnar
ﮔﻼﺮﺍ [ qolara ] Gülarə
ﻨﮔﺎﺮ [ neqar ] Nigar
ﻨﻮﺒﺘﭽﻰ [ noubətçi ] növbətçi
ﭽﻨﮔﺎﻝ [ çənqal ] çəngəl
ﭽﻮﭙﺎﻦ ] çupan ] çoban
ﺸﺎﮔﺮﺪ [ şagerd ] şagird
ﻤﻨﺰﻞ ] mənzel ] mənzil
ﺴﻮﺍﺪ [ səvad ] savad
Tapşırıqlar:
1. Cümlələri Azərbaycan dilinə tərcümə edin:
ﺍﻴﻦ ﻜﺎﺮﮔﺎﻩ ﺍﺴﺖ . ﺍﻴﻦ ﻜﺎﺮﮔﺎﻩ ﺪﺑﻴﺮﺴﺘﺎﻦ ﺍﺴﺖ . ﻜﺎﺮﮔﺎﻩ ﺑﺎﺯ ﺍﺴﺖ . ﺁﻤﻮﺯﮔﺎﺮ ﺪﺮ ﻜﺎﺮﮔﺎﻩ ﺍﺴﺖ . ﺪﻮ ﺷﺎﮔﺮﺪ ﻜﺎﺮ ﻤﻰ ﻜﻨﺪ . ﺁﻨﻬﺎ ﻤﻴﺰ ﺪﺮﺴﺖ ﻤﻰ ﻜﻨﻨﺪ . ﺁﻤﻮﺰﮔﺎﺮ ﻨﮔﺎﻩ ﻤﻰ ﻜﻨﺪ .
2. Cümlələri Fars dilinə tərcümə edin:
O emalatxanadır. O orta məktəbin emalatxanasıdır. O bizim emalatxanadır. O idman meydançasıdır. O idmançıdır. O idman edir. Şagird emalatxanada işləyir. Azad və Gəray parta düzəldirlər. Müəllim emalatxanadadır. Müəllim onlara kömək edir.
Bu pişikdir. Bu bizim pişikdir. O inəkdir. Inək qaradır. Bizim inəkdir. Inək çöldən gəldi. Pişik də gəldi. Mən onlara baxıram.
O güldür. O güldandır. Gülnaz su gətirdi. Gülnar gülə su verdi. Gülarə böyükdür. Gülarə şagirddir. Gülnaz da şagirddir. Gülarə partanı təmizləyir. Gülnaz ona kömək edir. Gülarə anaya kömək edir. Gülnaz da kömək edir.

XVI DƏRS

01 Pazartesi Eyl 2014

Etiketler

XVI DƏRS
ﮒ – bu hərf “ g „ və “ q „ səsini ifadə edir, adı “ qaf„dır.
ﮒ – qaf- hərfi ə, e, i saitlərindən əvvəl və sözün axırında gəldikdə “ g „ kimi oxunur.
ﮒ – qaf – hərfi özündən əvvəl və sonra gələn hərflərlə bitişir.
Birləşmənin əvvəlində və ortasında “ ﮔ„ belə, tək halda və birləşmənin sonunda “ ﮒ „ bu cür yazılır.
ﮒ – Qaf – hərfinin özündən sonra gələn əliflə “ ﺍ „ birləşmə qaydası : ﮔ + ﺍ = ﮔﺎ
ﻜﺎﺮﮔﺮ [ kargər ] fəhlə
ﺸﺎﮔﺮﺪ [ şagerd ] şagird
ﺮﻨﮒ [ rəng ] rəng
ﺰﻨﮒ [ zəng ] zəng
ﮔﺮﺪﺶ [ gərdeş ] gəzinti, gəzmə
ﺑﺮﮔﺸﺖ [ bərgəşt ] qayitma,qayıtdı
ﻤﻨﺰﻞ [ mənzel ] ev
ﺑﻴﺮﻮﻦ ﺁﻤﺪ [ birun aməd ] çölə çıxdı

Mətn:
ﮔﺮﺍﻯ ﺸﺎﮔﺮﺪ ﺍﺴﺖ . ﺍﻤﺮﻮﺯ ﺪﺮﺱ ﻨﺪﺍﺮﺪ . ﺍﻮ ﺪﺮ ﻤﻧﺯﻝ ﺍﺴﺖ . ﭘﺪﺮ ﮔﺮﺍﻯ ﻜﺎﺮﮔﺮ ﺍﺴﺖ . ﻤﺎﺪﺮ ﺍﻮ ﺁﻤﻮﺯﮔﺎﺮ ﺍﺴﺖ . ﺁﻧﻬﺎ ﺍﻤﺮﻮﺯ ﻜﺎﺮ ﻨﺪﺍﺮﺪ . ﭙﺪﺮ ﺪﺮ ﺒﺎﺯﺍﺮ ﺍﺴﺖ . ﻤﺎﺪﺮ ﺪﺮ ﻤﻨﺯﻝ ﻜﺎﺮ ﻤﻰ ﻜﻨﺪ . ﮔﺮﺍﻯ ﺒﻤﺎﺪﺮ ﻜﻤﮎ ﻤﻰ ﻜﻨﺪ . ﭙﺪﺮ ﺍﺯ ﺒﺎﺯﺍﺮ ﺒﺮﮔﺷﺖ . ﮔﺮﺍﻯ ﺒﺎ ﭙﺪﺮ ﺍﺯ ﻤﻨﺯﻞ ﺒﻴﺮﻮﻦ ﺁﻤﺪ . ﺁﻨﻬﺎ ﮔﺮﺪﺶ ﻜﺮﺪﻨﺪ ﻮ ﺒﻪ ﻤﻨﺯﻝ ﺒﺮﮔﺷﺘﻨﺪ .
Tərcüməsi:
Gəray şagirddir. Bu gün dərs yoxdur. O mənzildədir. Gərayın atası fəhlədir. Onun anası müəllimdir. Onların bu gün işləri yoxdur. Ata bazardadir. Ana evdə iş görür. Gəray anaya kömək edir. Ata bazardan qayıtdı. Gəray atayla evdən çıxdı. Onlar gəzdilər və evə qayıtdılar.
Tapşırıqlar:
1. Sözləri hecalara ayırın:
ﺒﻴﺮﻮﻦ ، ﺷﺎﮔﺮﺪ ، ﻜﺎﺷﺘﻦ ، ﻜﻼﺍﺱ ، ﺑﺮﮔﺸﺖ ، ﻨﺎﺯﮎ ، ﮔﺮﺪﺶ ، ﻜﻤﮎ ، ﭙﺯﺷﮎ ، ﻤﺷﻜﻞ ، ﻭﺮﺯﺶ ، ﻜﻭﭽﮎ ، ﭙﺮﭽﻢ ، ﻜﺎﺮﮔﺮ ، ﻜﻟﻡ ، ﻟﭽﮎ
2. Farsca tərcümə edin:
Mən qayıtdım. Mən kənddən qayıtdım. Mən kənddən şəhərə qayıtdım. Mən anamla kəddən şəhərə qayıtdım.
Anam qayıtdı. O , bazardan qayıtdı. Anam bazardan maşınla qayıtdı. Qardaşım anamla bayıra çıxdı. Mən də mənzildən bayıra çıxdım. Biz gəxdik. Sonra mənzilə qayıtdıq.

XV DƏRS

25 Pazartesi Ağu 2014

Etiketler

XV DƏRS

Mətn:

ﺍﻮ ﭽﻤﻧﺎﺰ ﺍﺴﺖ . ﭽﻤﻧﺎﺰ ﺪﺍﻧﺶﺁﻤﻮﺰ ﺍﺴﺖ . ﺍﻮ ﺍﻤﺭﻮﺰ ﺪﺭﺲ ﺪﺍﺭﺪ . ﺪﺭ ﺪﺴﺖ ﺍﻮ ﭘﺭﭽﻢ ﺪﺍﺭﺪ . ﻟﭽﮎ ﭽﻤﻧﺎﺯ ﺴﺑﺯ ﺍﺴﺖ . ﭽﻤﻧﺎﺯ ﺑﺭﺍﺪﺭ ﺪﺍﺭﺪ . ﺍﺴﻢ ﺑﺭﺍﺪﺭ ﭽﻤﻧﺎﺯ ﻤﻧﻮﭽﻬﺭ ﺍﺴﺖ . ﭽﻤﻧﺎﺯ ﺍﺯ ﻤﻧﻮﭽﻬﺭ ﻜﻮﭽﻛﺘﺭ ﺍﺴﺖ . ﻤﻧﻮﭽﻬﺭ ﻜﺎﺭ ﻤﻴﻜﻧﺪ . ﺍﻮ ﭽﻮﭘﺎﻦ ﺍﺴﺖ .

ﻟﭽﮎ [ ləçək ] örpək

ﻜﻮﭽﮎ [ kuçek ] kiçik

ﭘﺮﭽﻡ [ pərçəm ] bayraq

ﭽﻮﭘﺎﻦ [ çupan ] çoban

ﻤﻧﻮﭽﻬﺮ [ mənuçehr ] Mənuçehr

Tərcüməsi:

O Çimnazdır. Çimnaz şagirddir. Onun bu gün dərsi var. Çimnaz orta məktəbdədir. Onun əlində bayraq var. Çimnazın örpəyi yaşıldır. Çimnazın qardaşı var. Çimnazın qardaşının adı Mənuçehrdir. Çimnaz Mənuçehrdən balacadır. Mənuçehr işləyir. O çobandır.

Sifətin dərəcələri: (hələlik bu haqda qısa məlumat verəcəm)

Fars dilində sifətin üç dərəcəsi var:

1)Adi dərəcə

2)Müqayisə dərəcəsi

3)Üstünlük dərəcəsi

a) Adi dərəcə demək olar ki, digər müqayisə dərəcələri üşün , bir növ, “başlanğıc” vəzifəsini daşıyır.Bütün sadə,düzəltmə və mürəkkəb sifətlərin hamısı adi dərəcəli sifətlər hesab edilir. Məs.:

ﺴﺮﺪ ﺴﺒﺯ ﺮﻭﺸﻦ

b) Müqayisə dərəcəsi adi sifətlərin sonuna “ ﺘﺮ „ (tər) şəkilçisinin artırılması ilə düzəlir. Sifətin bu dərəcəsi müqayisə olunan əşyalardan birinin daha gözəçarpan olmasını ifadə edir və “ ﺘﺮ „ şəkilçili sifətlərin Azərbaycan dilinə tərcüməsində “ daha „ ədatından istifadə edilir.Məs.:

ﻜﻭﭼﻜﺘﺮ – daha balaca

ﺮﻭﺷﻨﺘﺮ – daha işıqlı

ﺯﺮﺪﺘﺮ – daha sarı

ﺍﻴﻥ ﻟﭼﮎ ﺴﺒﺯﺘﺮ ﺍﺯ ﺁﻥ ﻟﭼﮎ ﺍﺴﺖ – bu örpək o örpəkdən daha yaşıldir.

ﭼﻤﻨﺎﺯ ﺍﺯ ﻤﻨﻭﭼﻬﺮ ﻜﻭﭼﻜﺘﺮ ﺍﺴﺖ – Çimnaz Mənuçehrdən balacadır

c) Üstünlük dərəcəsi adi sifətlərin sonuna ﺘﺮﻴﻥ (tərin) şəkilçisinin artırılması ilə düzəlir. Vurğu həmin şəkilçinin son hecası üzərinə düşür. ﺘﺮﻴﻦ (tərin) şəkilçili sifətlər Azərbaycan dilinə ən ədatı ilə, bəzən də lap ədatı ilə işlənən sifətlər kimi tərcümə edilir.

Məs.:

ﻜﻭﭼﻜﺘﺮﻴﻦ – ən balaca

ﺴﺑﺯﺘﺮﻴﻦ – lap yaşıl

ﺑﺎ [ ba ] ön qoşması Azərbaycan dilindəki ilə ( la² ) qoşmasına uygun gəlir.

Məsələlən: ﺑﺎ ﭘﺪﺮ [ ba pedər ] ata ilə; ﺑﺎ ﺑﺮﺍﺪﺮ [ ba bəradər ] qardaşla

Mətn:

ﺪﻮﺴﺘﻡ ﺑﺎ ﻤﺎﺷﻴﻥ ﺁﻤﺪ . ﺍﻮ ﺑﺎ ﻤﺎﺪﺮﺶ ﺁﻤﺪ . ﺁﻨﻬﺎ ﺍﺰ ﺪﻩ ﺍﺰ ﺁﻦ ﺮﺍﻩ ﺁﻤﺪﻨﺪ . ﺁﻦ ﺰﻦ ﻤﺎﺪﺮ ﺪﻮﺴﺘﻡ ﺍﺴﺖ . ﺍﻮ ﺪﺮ ﺪﻩ ﻛﺎﺮ ﻤﻰ ﻜﻧﺪ . ﺪﺮ ﺪﺴﺖ ﺪﻮﺴﺘﻡ ﺴﺒﺪ ﺪﺍﺮﺪ . ﺴﺒﺪ ﭙﺮ ﺍﺯ ﻤﻴﻮﻩ ﺍﺴﺖ . ﻤﻦ ﺁﻨﻬﺎ ﺮﺍ ﺑﺎ ﺷﻬﺮ ﺁﺷﻨﺎ ﻜﺮﺪﻡ .

ﺮﺍﻩ [ rah ] yol

ﺯﻦ [ zən ] qadın

ﭙﺮﺍﺯ ﻤﻴﻭﻩ [ porəz mive ] meyvə dolu

ﺁﺸﻧﺎ ﻜﺮﺪﻢ [ aşena kərdəm ] tanış etdim

Tərcüməsi:

Dostum maşınla gəldi. O, anası ilə gəldi. Onlar kənddən o yoldan gəldilər. O qadın dostumun anasıdır. O , kənddə işləyir. Dostumun əlində səbət var. Səbət meyvə ilə doludur. Onları şəhərlə tanış etdim.

Tapşırıq:

Cümlələri Farscaya tərcümə edin:

O, orta məktəbdən mənimlə gəldi. O, mənim dostumdur. Dostumu onunla tanış etdim. Onu dostumla tanış etdim. O, bizimlə oynadı. Biz onunla top-top oynadıq. Mən ona kitab verdim. O, mənə karandaş verdi. Qardaşım gəldi. O, salam verdi. Anam da gəldi. Anam Çimnaza örpək verdi. Çimnaz şad oldu. O bayraqdır. Bayrağı verdilər. Bayrağı orta məktəbə verdilər. Məktəbin bayrağı var. O bayraq bizimdir. O bizim məktəbin bayrağıdır ( ﺁﻦ ﭙﺮﭼﻢ ﺪﺒﻴﺮﺴﺘﺎﻦ ﻤﺎ ﺍﺴﺖ ). Bayraq Pərvizin əlindədir. Pərviz şagirddir. Pərvizin qardaşı var. O çobandır. Pərviz kiçikdir. Pərviz ondan kiçikdir.

XIV DƏRS

28 Pazartesi Nis 2014

Etiketler

XIV DƏRS
Ha ( ﻩ ) bəzi sözlərin axırında “ e „ kimi oxunur.
Fars dilində ﺒﻪ (be) ön qoşması Azərbaycan dilindəki -a² (-ya²) yönlük hal şəkilçisinə uyğun gəlir.
Məs.: ﺒﺷﻬﺮ ( beşəhr )- şəhərə, ﺒﺪﻩ ( bedeh )-kəndə , ﻤﻥ ﺒﺪﺒﻴﺮﺴﺘﺎﻥ ﺁﻤﺪﻡ – mən ibtidai məktəbə gəldim.

٣ [ se ] üç
ﻤﻴﻭﻩ [ mive ] meyvə
ﺒﻪ [ beh ] heyva
ﻧﺎﻤﻪ [ name ] məktub
ﻤﻬﻤﺎﻦ ] mehman ] qonaq
ﻻﻠﻪ [ lale ] lalə
ﺪﻩ [ deh ] kənd
MƏTN :
ﺒﻬﺮﺍﻡ ﺪﺍﻧﺶﺁﻤﻮﺰ ﺍﺴﺖ . ﺍﻮ ﺪﺮ ﺪﻩ ﺍﺴﺖ . ﺍﻮ ﺪﻮﺴﺖ ﻤﻦ ﺍﺴﺖ . ﺒﻬﺮﺍﻡ ﺴﻪ ﺒﺮﺍﺪﺮ ﺪﺍﺮﺪ . ﺍﺰ ﺒﻬﺮﺍﻡ ﻨﺎﻤﻪ ﺁﻤﺪ . ﻤﻦ ﺒﻪ ﺪﻩ ﺁﻨﻬﺎ ﺁﻤﺪﻡ . ﺪﻩ ﺁﻨﻬﺎ ﺮﺍ ﺪﻴﺪﻡ . ﺪﺮ ﺪﻩ ﺴﻴﺐ ، ﺒﻪ ، ﺍﻨﺎﺮ ﺯﻴﺎﺪ ﺍﺴﺖ . ﻤﻥ ﺒﻪ ﺮﺍ ﺪﻭﺴﺖ ﺪﺍﺮﻡ . ﻤﺎﺪﺮ ﺒﻬﺮﺍﻡ ﺴﻴﺐ ٬ ﺒﻪ ٬ ﺍﻧﺎﺮ ﺪﺍﺪ . ﻤﻥ ﺍﺯ ﺪﻩ ﻤﻴﻮﻩ ﺁﻮﺮﺪﻡ
TƏCÜMESİ :
Bəhram şagirddir. O kənddədir. O, mənim dostumdur. Bəhramın üç qardaşı var. Bəhramdan məktub gəldi. Mən onların kəndinə gəldim. Onların kəndlərini gördüm. Kənddə alma, heyva, nar çoxdur. Mən heyvanı xoşlayıram. Bəhramın anası alma, heyva, nar vedi. Mən kənddən meyvə gətirdim.
ÇALIŞMA :
Lalə gəldi – ﻻﻟﻪ ﺁﻤﺪ . Lalə kəndə gəldi – ﻻﻟﻪ ﺒﺪﻩ ﺁﻤﺪ . O, şəhərdən kəndə gəldi – ﺍﻭ ﺍﺰ ﺷﻬﺭ ﺒﺪﻩ ﺁﻤﺪ . Kəndə meyvə çoxdur – ﺪﺭ ﺪﻩ ﻤﻴﻭﻩ ﺰﻴﺎﺪ ﺍﺴﺖ . Lalə kəndi xoşlayır. – ﻻﻟﻪ ﺪﻩ ﺭﺍ ﺪﻭﺴﺖ ﺪﺍﺭﺪ . Onun dostunun adı Təranədir – ﺍﺴﻡ ﺪﻭﺴﺖ ﺍﻭ ﺘﺭﺍﻧﻪ ﺍﺴﺖ . Onlar şad oldular – ﺁﻧﻬﺎ ﺸﺎﺪ ﺸﺪﻧﺪ . Təranənin anası, atası və qadaşı var – ﺘﺭﺍﻧﻪ ﻤﺎﺪﺭ ٬ ﭘﺪﺭ ﻭ ﺒﺭﺍﺪﺭ ﺪﺍﺭﺪ . Onlar Laləni gördülər – ﺁﻧﻬﺎ ﻻﻟﻪ ﺭﺍ ﺪﻴﺪﻧﺪ . Onlar da şad oldular – ﺁﻧﻬﺎ ﻧﻴﺰ ﺷﺎﺪ ﺷﺪﻧﺪ

ﭺ – bu hərf “ ç „ səsini bildirir. Adı “ çe „ dir.
Çe “ ﭺ „ özündən əvvəl və sonra gələn hərflərlə bitişir.
Birləşmənin əvvəlində və ortasına “ ﭼ „ belə yazılır.
Tək halda və birləşmənin sonunda isə “ ﭺ „ belə yazılır.

ﭼﺎﻯ [ çay ] çay
ﭼﻤﺪﺍﻥ [ çəmədan ] çamadan
ﭼﻴﺴﺖ [ çist ] nədir
ﻜﻴﺴﺖ [ kist ] kimdir
ﭼﻧﺪ [ çənd ] neçə
ﭼﻬﺎﺮ – ۴-٤ [ çəhar ] dörd
ﭼﻜﺎﺮﻩ [ çekare ] nəçi
ﭼﻤﻧﺎﺯ [ çemnaz ] Çimnaz
ﻤﻬﻧﺪﺱ [ mohəndes ] mühəndis
ﺴﺎﻝ [ sal ] il, yaş
ﭙﺯﺷﮏ [ pezeşk ] həkim
ﻜﺎﺭﮔﺭ [ kargər ] fəhlə
DİALOQ : ﻤﻜﺎﻟﻤﻪ
ﺍﺴﻡ ﺘﻮ ﭽﻴﺴﺖ ؟
.ﺍﺴﻡ ﻤﻥ ﭽﻤﻧﺎﺯ ﺍﺴﺖ
ﭙﺪﺮ ﺘﻭ ﭽﻜﺎﺮﻩ ﺍﺴﺖ ؟
.ﭙﺪﺮ ﻤﻦ ﻤﻬﻧﺪﺲ ﺍﺴﺖ
ﺘﻮ ﺑﺮﺍﺪﺮ ﺪﺍﺮﻯ ؟
.ﺑﻠﻰ ، ﻤﻥ ﺑﺮﺍﺪﺮ ﺪﺍﺮﻢ
ﺍﻮ ﭽﻧﺪ ﺴﺎﻝ ﺪﺍﺮﺪ ؟
ﺍﻮ ﭽﻬﺎﺮ ﺴﺎﻝ ﺪﺍﺮﺪ .
ﺍﻮ ﺪﺮ ﻜﻮﺪﻜﺴﺘﺎﻥ ﺍﺴﺕ ؟
.ﺒﻟﻰ ، ﺍﻮ ﺪﺮ ﻜﻮﺪﻜﺴﺘﺎﻥ ﺍﺴﺕ
TƏRCÜMƏSİ :
_ Sənin adın nədir ?
_ Mənim adım Çimnazdır.
_ Sənin atan nəçidir?
_ Mənim atam mühəndisdir.
_ Sənin qardaşın var ?
_ Bəli, mənim qardaşım var.
_ Onun neçə yaşı var?
_ Onun dörd yaşı var.
_ O uşaq bağçasındadır?
_ Bəli, o uşaq bağçasındadır.
TAPŞIRIQLAR:
1. Farscaya tərcümə edin :
Mənim adım, sənin adın, onun adı; mənim atam, sənin atan, onun atası; mənim qardaşım, sənin qardaşın, onun qardaşı.
Mənim atam mühəndisdir. Onun atası həkimdir. Mənim adım Təranədir. Üç qardaşım var. Bir qardaşım əsgərdir. Anam həkimdir. Atam fəhlədir. Qardaşımdan məktub gəldi. Məktubu anama verdim. Anam şad oldu.
2. Dialoqu tərcümə edin :
_ O kimdir?
_ O mənim atamdır.
_ Sənin atan nəçidir?
_Mənim atam həkimdir.
_ Bəs, sənin atan nəçidir?
_ Mənim atam mühəndisdir.
_ Bəs, o kimdir?
_ O, mənim qardaşımdır.
_ Onun neçə yaşı var?
_ Onun dörd yaşı var.
3. Keçdiyimiz sayların yazılışını və oxunuşunu öyrənin :
1 – ﻴﮎ – ۱
2 – ﺪﻮ – ۲
3 – ﺴﻪ – ۳
4 – ﭽﻬﺎﺮ – ۴

Abone Ol

  • Entries (RSS)
  • Comments (RSS)

Azerbaycan dili Hedef qayda kitabi,Hedefin azerbaycan-dili ders

Абсолютно новый. Не использованный! На 650 АЗН установлены исключительно брэнд аксесуары. В магазине такой без аксесуаров стоит 1460 АЗН. Цена окончательная! Tamamilə yeni! Bir dəfə belə sürülməyib! 650 AZN-lik brend

ÇATDIRILMA PULSUZ "BAKI DAXİLİ" İstənilən ünvana Əlaqə nömrəsi(Whatsappı) "RAYONLARA "poçt vasitəsi ilə Paylaşılan bütün məhsullar "YENİDİR" Fanar başa

Keyfiyyətli üzgüçülük eynəyi. Metrolara və şəhərdaxili çatdırılma var Malın növü: Su idmanı və hovuzlar Çatdırılma?: Bəli

Malın növü: Gitara və digər simlilər Yeni?: Bəli

BAHAR QOXULU NOVRUZ XƏMSƏSİ İSMAYILLI QƏBƏLƏ OĞUZ ŞƏKİ MİNGƏÇEVİR TURU Turun tarixləri 20-21 Mart (2 gün 1 gecə) 22-23 Mart (2 gün 1 gecə) 24-25 Mart (2 gün 1 gecə) Qiymət 89 AZN – Qiymətə daxildir

Azərbaycanın ən gözəl rayonlarını ən gözəl bayramda gəzin! Sizin üçün düşündük Novruz bayramına özəl elə Novruz abu-havalı 4 günlük səyahət hazır etdik Turun müddəti: 3 gecə 4 gün. Turun tarixi: 20-23 mart Turun

KORG Pa3x ehtiyat hissəsi (Pa3x detal , Korg detal ) KORG sintezatorun ehtiyyat hissəsi _ Ünvanlarımız : 1) Məhəmməd Hadi 4, Sərhədçi Olimpiya İdman Kompleksi ilə üzbəüz (Xalqlar mt.s yaxınlığı) 2) Nərimanov

Malın növü: Yol Yeni?: Bəli

Əziz və dəyərli dostlar sizi 10 yanvar son sənəd qəbulu olmaqla müqəddəs Kərbəla və Məşhəd ziyarətinə dəvət edirik Son sənəd qəbulu — 10 yanvar Qiyməti — 650 $ Çıxış — 10/13 fevral • Qiymətə daxildir Qrup

Qaciş aparati York firmasidi dag rejimi var surət 10 daroşkasi təzədi əlavə funksiyaleida var.cəki 120 kq Malın növü: Fitnes və trenajorlar

Brend:ROSELLE Təkər materialı:Poliuretan Material:Polipropilen, Alüminium Əşyanın çəkisi:3,5 kiloqramdır Rulman: ABEC-7 rulmanı sizə ən hamar yuvarlanma təcrübəsi verəcək. Yüksək elastik PU təkərlər. Təkər ölçüsünə görə

Malın növü: Yol Yeni?: Bəli

Metrolara və şəhərdaxili çatdırılma var Malın növü: Fitnes və trenajorlar Çatdırılma?: Bəli

Rəsmi MAĞAZA ünvanı: Nərimanov m. Azinko b. yanı. Əliyar Əliyev 26. (wp nömrəmizə yazın konum atarıq). YENİ (qutuda) – 10 model xarici istehsal “LongStyle” firmasının velo və xizək ikisi birində trenajoru,

TÜRKİYƏNİN RƏSMİ BANK ZƏRBXANASINDA QARABAĞIN VƏ QƏLƏBƏMİZİN SİMVOLU OLAN XARI BÜLBÜLÜN HƏKK OLUNDUĞU VƏ "QARABAĞ AZƏRBAYCANDIR!" YAZILI AZƏRBAYCANIN VƏTƏN MÜHARİBƏSİNDƏ QƏLƏBƏSİ ŞƏRƏFİNƏ MƏHDUD SAYDA

Bu qiymətləri görüb, sevincinizdən uçacaqsınız Bakı Abu Dabi – 125 Azn Bakı Tbilisi- 130 Azn Bakı Aktau – 130 Azn Bakı Budapeşt – 195 Azn Gəncə İstanbul – 195 Azn Bakı İstanbul – 205 Azn Bakı Rome Fiumicino –

Məlumatlar

Tezbazar.az Pulsuz Elanlar saytıdır. Elanlar sayti kimi Bakıda və Azərbaycanda elanlar yerləşdirib asanlıqla məhsul və xidmətlərinizi sata və ala bilərsiniz. Ucuz telefonlar, ucuz komputerlər, elektronika məhsulları , mebel sifarişləri, xidmətlər və digər elanları ucuz qiymete asanlıqla tapmaq mümkündür. Daşınmaz əmlak elanları, ev elanlari, kiraye evler, ucuz torpaq axtarmaq istəyənlər saytdan faydalana bilərlər. Avtomobil masin alqı satisi, Arenda masinlar, Rent a car icare masinlar. Siz saytda öz məhsul və xidmətlərinizi pulsuz elan kimi yerləşdirə bilərsiniz.
Saytın rəhbərliyi elanların məzmununa görə məsuliyyət daşımır.
© 2016 Tezbazar.az | info [@] tezbazar.az | Bizimlə əlaqə

ANA DİLİ HAQQINDA ŞEİRLƏR

AZƏRTAC>>> Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

Bu gün münasibəti ilə tanınmış söz adamlarından ən məşhur ana dilimiz haqqında olan dörd şeiri sizlərə təqdim edirik:

Xəlil Rza Ulutürk

Ana dilim

-Lay- lay dedim, yatasan,
Qızılgülə batasan…
Hardan gəlir bu səs- səda?
Bəlkə, illər arxasında
Layla çalır gəlin ana?
Dörd qulac ip
Bir yüyrüyü
bənd eləmiş kəhkəşana.
Layla çalır gəlin ana.
Yelləndikcə kiçik yüyrük
Gedib dəyir bu ulduzdan o ulduza.
Layla axır… cocuq baxır.
Bəs nə üçün mürgüləmir?
Bayaq ana südü əmib,
İndi ana ruhu əmir.
İllər ötdü, yaşa doldum.
Anladım ki, ana dilim
Ürəyimdən çıxmaz mənim,
doğransam da dilim- dilim.
Anladım ki, sinəmdəki sözlər deyil,
babaların nəfəsidir.
Dizlərimə taqət, qüvvət,
gözlərimə işıq verən,
Çənlibeldə at oynadıb
şimşəklərlə qoşa gedən
igidlərin nərəsidir.
Bu dildədir yüz abidə, min abidə,
Xilafəti parçalayan
Babəkimin qəzəbi də!
Məhv olarsa bir gün bu dil,
Göy Göl onda Göy Göl deyil.
Qoşqar onda Qoşqar deyil.
Qız qalası qala deyil.
Öz dilini sən qala bil!
Qərbə, şərqə işıq salan
Füzulini sən qala bil!
Sağdır dilim,
demək, sağdır şərafətim, ləyaqətim.
Sağdır, demək,
milyard yaşlı məmləkətim.
Yüz hədəfə tuş etmişəm
Sabirin hər sətrini mən.
Salxım- salxım nuş etmişəm
şəhdini mən, ətrini mən.
Külək deyil, güllə açdı
Təbrizimin yaxasını.
Boğazından çıxartdılar
loxmasını.
Lakin yenə o yaşadı,
qoruyaraq Möcüzün hər misrasını.
Mənim dilim məğrur baxmış
üzərindən gəlib keçmiş,
ürəyini dəlib keçmiş
oxların qanlı ucuna.
Baş əyməmiş fatehlərin qol zoruna,
dil zoruna,
qılıncına, qırmancına!
Baş əyməmiş! Baş əyməyir. Əyməyəcək!
Cabbarların türbəsinə
bahar özü qoyur çələng.
Ürəyimdə od qalamış
min- min arzum, əhdim mənim.
Bax, bu dildə «Hücum!» deyib
İtaliya dağlarında
dağ çəkmişdir faşistlərə
Mehdim mənim!
Bax, bu dildə şer dedi
Səməd Vurğun hər obada.
Qucaq- qucaq gül gətirdi
gözəl qızlar o ustada.
Qəlbim- bahar şəlaləsi,
sevinc yığır, ah dağıdır.
Mənim dilim Göy Göl, Xəzər,
mənim dilim Şahdağımdır!
Qoy dilçilər öcəşsinlər,
yoxdur bəhsə meylim mənim.
Heç bir dildən əskik deyil
bəşərin dil ağacının
şah budağı dilim mənim!
Təkcə cümlə deyil, təkcə səs deyil,
Xalqımın gözünün odu- ziyası,
canı, şah damarı, arteriyası,
ən böyük mirası sabahkı nəslə!
Zamandan zamana, əsrdən əsrə
vuruşla yol gələn davalı dilim!
Babək qılıncının davamı dilim!
Kim qoruya bilməyirsə
öz yurdunu, yuvasını,
udmasın yurd havasını.
Kim qorumur öz dilini,
itsin mənim gözlərimdən ilim- ilim,
O sahili bu sahillə birləşdirən
polad körpüm, qılıncımdır,
günəşimdir mənim dilim!

Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin.

Tofiq Bayram

Ana dilim

Qalxıb Şahdağına söz istəyirəm,
Çatsın hay-harayım dinləyənlərə,
Mən nankor deyirəm, nacins deyirəm –
Öz ana dilini bilməyənlərə!

Bu dil şirinlikdə şərbət kimidir,
Saflığı qorunan sərhəd kimidir,
Anamız Vətən də qürbət kimidir –
Öz ana dilini bilməyənlərə!

İtsin gözlərimdən qoy ilim-ilim,
Qəzəb ümmanıyam, yoxdur sahilim.
İlan zəhərindən acıdır dilim –
Öz ana dilini bilməyənlərə!

Döyüşdə bərkiyib el polad olur,
Zirvəyə uçmağa dil qanad olur.
Torpağın sevinci, dərdi yad olur –
Öz ana dilini bilməyənlərə!

Mən qədim “Qarabağ şikəstəsi”yəm,
Üzeyir nəfəsli gül dəstəsiyəm.
Vaqifin, Vurğunun nifrət səsiyəm –
Öz ana dilini bilməyənlərə!

Yad dildən pay umub kişi dilənməz,
Bu ləkə üstündən heç vaxt silinməz.
Füzuli şeirdə kimdir bilinməz –
Öz ana dilini bilməyənlərə!

Beyninə girmədi, ana öyüdü,
Əsilsiz yaşayıb o küt böyüdü,
Görüm haram olsun ananın südü –
Öz ana dilini bilməyənlərə!

Yad əllə bir çiçək, gül dərilməsin,
Canlı meyit olsun, o dirilməsin.
Bu ana torpaqda yer verilməsin –
Öz ana dilini bilməyənlərə!

Nankorun qızıldan olsa dirəyi,
Dar gündə millətin olmaz gərəyi.
Haramdır Vətənin halal çörəyi –
Öz ana dilini bilməyənlərə!

Bu dildə bir qızmış pələngəm, şirəm,
Aslanlar döşündən mən süd əmirəm.
Yeddi oğul doğsun, ana demirəm –
Öz ana dilini bilməyənlərə.

Yüz dili öyrənsən, alqışlayıram,
Hər dili üzüyə bir qaş sayıram.
Güllədən kəsərli söz tuşlayıram
Öz ana dilini bilməyənlərə.

Birinə əslini danıb desələr,
Bu nifrət ölüncə ona bəs edər,
Bir gün öz övladı qənim kəsilər –
Öz ana dilini bilməyənlərə.

Qədrini bilməsə kamanın, neyin,
Saman çuvalıdır o baş, o beyin
Bu ana torpaqda fərari deyin –
Öz ana dilini bilməyənlərə!

Övlad ki, yadlaşdı, dərd böyük olur,
Çəkdiyi xəcalət ömürlük olur.
Vicdan da, qeyrət də artıq yük olur –
Öz ana dilini bilməyənlərə!

Bu gün azad dilli Azərbaycanam,
O taylı, bu taylı vahid bir canam,
Baxır ögey kimi ağbirçək anam –
Öz ana dilini bilməyənlərə!

Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin.

Məhəmmədhüseyn Şəhriyar

TÜRKÜN DİLİ !
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.

Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri eşidənlər, oxuyanlar kəsil olmaz.

Pişmiş kimi, şerin də gərək dad-duzu olsun,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.

Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.

Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarı köynək qızıl olmaz.

Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.

İnsan odu tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsən, belə insan zəlil olmaz.

Hərçənd Sərabın südü çox, yağ-balı çoxdur
Baş ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.

Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.

Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.

Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.

Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.

Azər qoşunu qeysəri-Rumi əsir etmiş,
Kəsra sözüdü, bir belə tarix nağıl olmaz.

Bu Şəhriyarın təbi kimi çimməli çeşmə,
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.

Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin.

Bəxtiyar Vahabzadə

Ana dili

Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımız dır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağsaçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.

Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla doluTarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan- şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilənfasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!

Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin.

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Comments are closed, but trackbacks and pingbacks are open.