Heydər əli yev haqqnda tədbi r
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilib.
Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu
Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Onun həyat fəaliyyətində ibrətverici məqamlar kifayət qədərdir. Ulu öndərin irsinin dərk edilməsi özlüyündə çətindir. Lakin Azərbaycanda müstəqil dövlət quruculuğunda gördüyü işləri təhlil edib geniş oxucu kütləsinə çatdırmaq dövlət əhəmiyyətli strateji məsələdir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Heydər Əliyev barədə dünyanın tanınmış şəxslərinin ifadə etdiyi fikirlər bir daha onun nə dərəcədə müdrik, eyni zamanda, praqmatik bir lider olduğunu təsdiqləyir. Ümummilli lider əsl məktəbdir, başqa xalqların həsəd apardığı dövlətçilik məktəbi! Heydər Əliyevin fəaliyyətinin bir sıra aspektləri üzərində geniş dayanmağa böyük ehtiyac hiss edirik.
Dahilər ölməz: dövlətçiliyin qurtuluşunun üç aspekti
Ulu öndər Heydər Əliyev haqqında adi söz demək mümkün deyil. Onun barəsində səmimi ifadə edilən hər bir fikirdə bir ucalıq, yüksək məna çaları var. Dünyanın müxtəlif ölkələrinin siyasi liderlərinin Ümummilli liderlə bağlı söylədiklərini bir yerə cəmləşdirsək, dünyanın ən dahi siyasi liderlərindən birinin “siyasi portreti” alınar. Və hər kəs də onu dərhal tanıyar: “Bu, Heydər Əlirza oğlu Əliyevdir. Türk və müsəlman dünyasının fəxri, Azərbaycan xalqının qüdrətli oğlu! Dünya siyasətinin nəhəngi və hətta rəqibləri tərəfindən yüksək qiymətləndirilən nadir bir şəxsiyyət”!
Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin ən parlaq siması və XXI əsr müstəqillik kursunun memarıdır. Onun həyata keçirdikləri, nəzəri ifadə etdiyi, praktiki diplomatiyaya verdiyi töhfələr hələ uzun illər araşdırılacaq. Və hər dəfə də yeni bir incəlik tapılacaq. Bu proses sonsuzdur.
1993-cü ilin iyun ayının 15-də Azərbaycan müstəqil dövlət kimi uçurumun kənarında dayanmışdı. Ölkəyə rəhbərlik edən səriştəsiz siyasi qruplar çıxış yolu tapa bilmirdilər. Düşmən isə addım-addım müstəqil dövlətçiliyimizə qəsd etməkdə idi. Onun qarşısını ala bilmirdilər. Bu ağır zamanda xalq təkidlə Heydər Əliyevin siyasət səhnəsinə qayıdışına nail oldu. Elə həmin anda da düşmən düşərgəsində təcrübəli bir siyasətçi “biz batdıq” naləsini çəkdi. Həyat həmin erməni kommunist siyasətçinin haqlı olduğunu sübut etdi!
Və hər şey həmin tarixdən – iyunun 15-dən başladı. Bu tarix bir neçə anlamda Azərbaycanın qurtuluşunun başlanğıcı oldu. Birincisi, dövlətçilik ideyası iflasdan qurtuldu. Çünki dövlət idarəçiliyinin nə olduğunu bilməyən naşı adamlar Azərbaycan cəmiyyətində tədricən müstəqillik ideyası ilə bağlı bədbin əhval-ruhiyyə yaradırdılar. Bir-birini əvəz edən məğlubiyyətlər insanlarda belə bir şübhə yaradırdı: “bəlkə biz, heç müstəqil dövlət qurmağa qadir deyilik?” Tarix göstərir ki, bu pessimizm çox təhlükəlidir və faktiki olaraq millətin öz məğlubiyyətini qəbul etməsinin ilk dərin göstəricisidir.
Əgər cəmiyyətdə dövlət quruculuğuna inam yoxdursa, onu başqa heç bir ideya ilə ayaqda durmağa məcbur etmək mümkün deyildir. Düşmənlər tərəfindən aparılan təxribatçı ideoloji fəaliyyət yaranmış vəziyyəti daha da acınacaqlı edirdi. Bu məqamda siyasət səhnəsinə Heydər Əliyev çıxdı və xalqda dövlət quruculuğuna dərin inam yaratdı! Buna necə nail oldu? Hər şeydən əvvəl, təmkinli, ölçülü-biçili, inamlı və real siyasəti ilə vəziyyəti dəyişdi. Heydər Əliyev müxtəlif bölgələrə səfərləri zamanı siyasi qruplar arasındakı ziddiyyətləri yumşalda bildi və onlara dövlət üçün çalışmağın əsas vəzifə olduğunu anlatdı. Bu zaman Ulu öndərin siyasi və diplomatik ustalığı həqiqətən də dövlət quruculuğu tarixinin ən parlaq səhifələrindən oldu.
Xaricdəki düşmənlər və ölkənin daxilində at oynadan naşı siyasi qruplar anladılar ki, Azərbaycanda dövlət quruculuğu prosesini dayandırmaq mümkün olmayacaq! Bu, ilk qələbə idi!
Dövlətçilik ideyası Azərbaycanda bu cür xilas edildi – xalq müstəqil dövlət qurmağın zəruriliyini tam olaraq Heydər Əliyevin liderliyi ilə qəbul etdi. Və qısa bir müddətdə cəmiyyət Ulu öndərin ətrafında birləşdi. Onun bir çağırışı ilə milyonlarla insanlar meydanlara axışmağa başladılar. Bu məqamda isə bütün dünya anladı ki, Azərbaycana təcrübəli, güclü iradəli və uzaqgörən bir lider başçılıq edir. Onu yolundan döndərmək mümkün deyildir.
Sanki bütün bunları ümumiləşdirərək, məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdi: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir”. Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı.
İkincisi, Heydər Əliyev Azərbaycan cəmiyyətini siyasi təfəkkür məhdudluğundan qurtardı. Bu, böyük və inqilabi bir nailiyyət idi. Məsələ ondan ibarətdir ki, xalq hərəkatı dalğası üzərində siyasətə atılanlar bir tərəfdən, köhnə kommunist nomenklaturasının Kremldən asılı olan qrupları, digər tərəfdən, Azərbaycanda siyasi təfəkkürü məhdud məhəlli çərçivəyə salaraq ondan çıxmasına ciddi maneələr törədən qüvvələri təmsil edirdi. Cəmiyyət ifrat milliyətçiliklə imperiyapərəstlik arasında sıxışdırılıb qalmışdı. Azərbaycanı həqiqi mənada müstəqil edə biləcək və “qızıl orta xətti” təşkil edəcək siyasi təfəkkürün formalaşdırılması həyati tələbata çevrilmişdi. Bunu isə yalnız konkret praktiki addımlarla etmək mümkün idi.
Heydər Əliyev daxildəki radikal qrupları zərərsizləşdirməklə məsələnin bir qismini həll etdi. Bir neçə il siyasət meydanında at oynadanlar artıq arxa plana keçmişdi və xalq onları lider kimi qəbul etmirdi. Lakin Ulu öndər çox gözəl başa düşürdü ki, bu, işin bir qismidir. Ona görə də paralel olaraq siyasi mühitdə ciddi islahatlar aparırdı. Onu üç aspektdə bir-biri ilə uyğunlaşdıraraq həyata keçirirdi – sosial-siyasi sabitlik yaradır, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq aləmə çıxarır və neft strategiyasını dövlət quruculuğuna təkan verən faktora çevirirdi.
Sosial-siyasi sabitlik cəmiyyətin siyasi təfəkküründə nizam-intizam yaradırdı. Ona belə bir inam aşılayırdı ki, azərbaycanlılar öz ölkəsində siyasi sabitlik yarada bilərlər. Bu proses günbəgün daha geniş vüsət alırdı. Ermənistanın Azərbaycana təcavüzünün BMT-də müzakirə edilməsi isə dünyaya bu münaqişənin əsl simasını anlatmağa geniş imkanlar yaradırdı. Heydər Əliyev böyük ustalıqla ermənilərin əsl niyyətlərini bütün dünyaya göstərdi. Ancaq Ulu öndər bununla kifayətlənmirdi. Heydər Əliyev 1994-cü və 1995-ci illərdə BMT Baş Assambleyasının yüksək tribunasından Azərbaycanda müstəqil dövlət quruculuğunun konseptual parametrlərini dəqiqliklə geniş auditoriyaya çatdırdı.
Ümummilli lider BMT-dəki nitqlərində Azərbaycanın xarici siyasətinin prioritetlərini ifadə etdi, müstəqil dövlətimizin strateji məqsədlərini açıqladı və bütövlükdə qlobal geosiyasəti necə təsəvvür etdiyini lakonik şəkildə bəyan etdi.
Ulu öndər Azərbaycanın xarici siyasətinin qayəsinin sülh, əməkdaşlıq və barış olduğunu yüksək tribunadan bəyanladı. Bu, təcavüzə məruz qalmış bir dövlətin sivil, demokratik mahiyyətindən və vətəndaş cəmiyyətinin formalaşdırılmasının başlıca məqsədlərdən biri kimi tanınmasından xəbər verirdi. Dünya bunu gördü və qəbul etdi.
Heydər Əliyev BMT-dəki çıxışlarında dünya siyasətinin trendlərini çox gözəl təhlil edərək, onlarda məzmun dəyişikliyinin aparılması zərurətini qətiyyətlə vurğulayırdı. O cümlədən böyük dövlətlərin üzərinə dünya nizamını qorumaq kimi müqəddəs bir vəzifənin düşdüyünü xüsusi vurğulayırdı. Ulu öndər İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sisteminin ciddi islahatlara ehtiyacı olduğunu açıq bildirirdi. Bu bağlılıqda Ümummilli lider BMT Təhlükəsizlik Şurasında köklü islahatların aparılması zərurətini vurğulayırdı. Ulu öndər bütün dünya dövlətlərini barış, əməkdaşlıq və sülhə dəvət edir, Azərbaycanın xarici siyasətində bu məqamların əsas yer tutduğunu qeyd edirdi. Bütün bunlar aydın göstərirdi ki, Azərbaycan siyasi təfəkkürü məhdud məhəlli dairəni çoxdan tərk edib və qlobal miqyasda dünyəvi dövlətçiliyin formalaşdırılmasının başlıca prinsiplərini çox gözəl təqdim etməkdədir.
Təbii ki, bu, çox ciddi geosiyasi yenilik idi. Təsadüfi deyil ki, sonralar dünyanın bir sıra aparıcı liderləri Heydər Əliyevlə bağlı müəyyən etirafları etdilər. ABŞ-ın sabiq prezidentlərindən olan Bill Klinton deyəcəkdi: “Demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında və bu işdə böyük uğurlar əldə edilməsində Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur”.
Birbaşa Heydər Əliyevə müraciətlə isə ifadə etmişdi: “Cənab Prezident, Siz bizə çox lazımsınız. Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqərar olunmasında Sizin xidmətlərinizi yüksək qiymətləndiririk. Sizin liderliyiniz və güclü qətiyyətiniz sayəsində Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqdır”.
Fransanın sabiq Prezidenti Jak Şirak da Heydər Əliyevə olan heyranlığını gizlətmirdi: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirdim.
. Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir”.
ABŞ-ın keçmiş prezidentlərindən olan Corc Buş isə açıq demişdi: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”.
Üçüncüsü, Heydər Əliyev milli ideyanı iflasdan qurtardı. Milli ideya hər bir cəmiyyət üçün mayakdır, onu gələcəyə aparan əsas qüvvədir. O, yalnız cəmiyyət özünün vahid məqsədini müəyyənləşdirdikdə real məzmun kəsb edir. Milli ideya heç zaman boş yerdə yaranmır. Onun konkret prinsipləri olmalıdır. Heydər Əliyev milli ideyanı konkret ideoloji konseptdə – azərbaycançılıqda ifadə etdi. Azərbaycançılıq ideologiyasına müasir dövlət quruculuğu tələblərinə uyğun yeni məzmun çalarları verdi. Burada vətənsevərlik, vətənpərvərlik və milli dəyərlərin qorunması müasirlik və demokratik cəmiyyətin formalaşması prinsipləri ilə vəhdət təşkil etdi. Bu aspektdə milli ideya ənənə ilə müasirliyin, milli ilə beynəlmiləlin sintezi kimi özünü göstərə bildi. Bütün bunlar isə dövlətçilik şüurunun inkişaf etdirilməsi fonunda konkret məzmun kəsb edə bilər. Heydər Əliyev milli ideyaya XXI əsrin tələblərinə uyğun dövlətçilik şüuru çalarları verməklə sözün həqiqi mənasında inqilabi yenilik edə bildi. Bu baxımdan Heydər Əliyev milli ideyanın həm nəzəri aspektlərini, həm də praktiki reallaşma mexanizmlərini işlədi.
1993-cü ilin birinci yarısına qədər isə milli ideya ciddi təhlükə qarşısında qalmışdı. Cəmiyyətdə dövlətçilik şüuru çox zəif idi və onun inkişaf etdirilməsi üçün heç bir iş görülmürdü. Əksinə, məhdud ideoloji baxışlar cəmiyyəti müxtəlif qruplara parçalamaqda idi. Bu proses davam etsəydi, Azərbaycan cəmiyyətinin bütövləşməsi olduqca çətin bir prosesə çevriləcəkdi. Heydər Əliyev azərbaycançılıqla nəinki cəmiyyətdə deqradasiya prosesinin qarşısını aldı, hətta dövlətçilik şüurunun yeni şəraitə uyğunlaşdırılması istiqamətində ciddi addımlar atdı. Bu bağlılıqda Türkiyənin Baş naziri olmuş, mərhum Bülənd Ecevitin bir fikri çox maraqlıdır. O, ifadə etmişdi: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”. Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer isə açıq söyləmişdi: “. Son beş ildə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində Prezident Heydər Əliyevin müdrik rəhbərliyi ilə görülən işlər Britaniya hökuməti tərəfindən diqqətlə izlənilir və alqışlanır”.
Yeni demokratik Avrasiya quruculuğu: Heydər Əliyev imzası
Məşhur qırğız yazıçısı Çingiz Aytmatovun Ulu öndər haqqında dedikləri də diqqəti çəkir: “Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti – müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir. Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindədir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir”.
Bu fikirlərdə aydın şəkildə göstərilib ki, Heydər Əliyev tarixi və əfsanəvi bir şəxsiyyət kimi müasir dövrün ən aktual çağırışlarına hazır olub. O cümlədən cəmiyyətin ideoloji cəhətdən hazırlanmasını təşkil edə bilib. Nəticədə, Azərbaycanda başqa yeniliklərlə yanaşı, mədəniyyət və maarifçilik də tərəqqi edib. Daha geniş miqyasda isə Heydər Əliyev demokratik Avrasiyanın yeni tarixinin qurucularından biridir.
Sonuncu məqam Heydər Əliyev şəxsiyyətinin bütün dünya üçün əhəmiyyətini əks etdirir. Avrasiya kimi geniş və ziddiyyətli bir məkanda yeni tarixin yaradıcılarından olmaq böyük qüdrət tələb edir. Heydər Əliyev həyata keçirdiyi siyasətlə bunu yüksək səviyyədə dünyana nümayiş etdirib. Həmin bağlılıqda Ulu öndərin Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin çəkilişində göstərdiyi müdrikliyi, təmkini, qətiyyəti və aktivliyi ayrıca vurğulamaq lazımdır. Hələ həmin qanlı-qadalı illərdə Ümummilli lider daim vurğulayırdı ki, Bakı-Ceyhan layihəsi bütövlükdə Avrasiyanın geosiyasi dinamikasını dəyişəcək. Bu layihə geniş bir məkanda inkişafa, əməkdaşlığa və qarşılıqlı faydalı əlaqələrin yeni səviyyəyə yüksəlməsinə xüsusi töhfə verəcək. O cümlədən təhlükəsizlik sahəsində keyfiyyət dəyişikliyi edəcək. Təcrübə Ulu öndərin tam haqlı olduğunu təsdiq etdi. İndi Azərbaycan bir neçə əhəmiyyətli beynəlxalq enerji, nəqliyyat layihələrinin təşəbbüskarıdır. “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin reallaşdırılmasının fəal üzvüdür, “Yeni İpək Yolu” layihəsində aktiv iştirakçıdır. Bunlar məcmu halında Avrasiyanın geosiyasi xəritəsində ciddi dəyişikliklərə təkan verməkdədir. Bu barədə dünyanın aparıcı siyasi liderləri dəfələrlə fikir bildiriblər. Bugünkü mövqeyə gəlib çıxmaqda Ulu öndərin qlobal miqyasda irəli sürdüyü əməkdaşlıq prinsipləri həlledici rol oynayıb.
Beləliklə, Heydər Əliyevin milli qurtuluş fəlsəfəsinin əsas prinsipləri bütövlükdə dövlətimizi yeni inkişaf səviyyəsinə çıxarmış, onu mühüm geosiyasi oyunçuya çevirmişdir. Təbii ki, bu prosesdə Heydər Əliyevin xarici siyasət kursu ciddi rol oynamışdır. Bu bağlılıqda Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskunun bir fikrini xatırlamaq tam yerinə düşərdi. O ifadə etmişdi: “. Zənnimcə, Heydər Əliyev dünya siyasətində çox mühüm rol oynamışdır və oynayacaqdır. Bu gün mən onun daha bir keyfiyyətini – bir sıra nəsillər üçün nəzərdə tutulmuş mühüm layihələrə qoşulan böyük dövlət xadimi keyfiyyətini kəşf etdim. Mən müəyyən dərəcədə tarixi fürsət olan İpək Yolunu nəzərdə tuturam. Ən başlıcası, öz xalqından istifadə etmək deyil, əksinə, öz xalqına xidmət etməkdir”. Bu sözlərdə birbaşa Heydər Əliyevin xarici siyasət kursunun yüksək səmərəliliyi əksini tapıb. Ulu öndər böyük ustalıqla Azərbaycanın milli maraqlarını xarici siyasətin hər məqamında ifadə edir və həmişə müsbət nəticəyə nail olurdu.
Xarici siyasət strategiyasının üç aspekti: mükəmməl kurs
Mütəxəssislər Ümummilli liderin xarici siyasət strategiyasının uğurunu üç faktorla izah edirlər. Birincisi, Heydər Əliyev dövrün çağırışlarına cavab verən xarici siyasi strategiyanı müəyyən etdi. Məsələ ondan ibarətdir ki, keçən əsrin 90-cı illəri ümumən qlobal siyasətdə müxtəlif ziddiyyətli məqamlarla xarakterizə olunurdu. Sosialist düşərgəsinin dağılması ilə geosiyasi mənzərənin sadələşəcəyinə və liberalizmin tam qələbə çalacağına ümid edənlərin gözləntiləri özünü doğrultmadı. Meydana daha mürəkkəb problemlər çıxdı. Onların sırasında müstəqilliyini əldə etmiş dövlətlərin suverenliyini, ərazi bütövlüyünü qorumasını və beynəlxalq münasibətlər sistemində həqiqi yerini müəyyənləşdirməsini qeyd etmək olar. Məhz belə bir şəraitdə Ulu öndər Azərbaycanın xarici siyasətini qlobal geosiyasi reallıqları diqqətə alaraq müəyyənləşdirdi.
İkincisi, bu kurs ölkəmizi əhatə edən geosiyasi reallığı dəqiqliklə nəzərə alırdı. Regionda baş verən proseslər və böyük dövlətlərin onda iştirakı olduqca mürəkkəb vəziyyət yaratmışdı. Azərbaycanın bu reallıqları nəzərə alaraq hərəkət etməsi lazım idi. İlk növbədə regionun nüfuzlu dövlətləri olan Rusiya, Türkiyə və İran istiqamətində səmərəli və obyektiv reallığı nəzərə alan kurs müəyyənləşdirilməli idi. Bunların fonunda Dağlıq Qarabağla bağlı süni olaraq yaradılmış münaqişənin xarici siyasət kursundakı yeri və rolu təyin edilməli idi. Həmin faktorları Heydər Əliyev böyük ustalıqla diqqətə aldı və onları zamanın tələblərinə uyğunlaşdırdı.
Üçüncüsü, Ulu öndər xarici siyasət strategiyasını hazırlayarkən xalqımızın zəngin dövlətçilik tarixinin başlıca məqamlarını zərgər dəqiqliyi ilə nəzərə ala bildi. Bu, müasir mərhələdə xarici siyasətdə olduqca mühüm məqamı əks etdirir. Belə ki, bu, milli dövlət quruculuğunun geosiyasi dinamika ilə bağlı əlaqələrinin məzmununu təşkil edir. Həmin səbəbdən Azərbaycan xalqının dövlətçilik tarixindən nəticələr çıxarmaqla xarici siyasət kursunun prinsiplərinin müasir şəraitə uyğunlaşdırılması strateji əhəmiyyət daşıyır.
Bununla da müasir Azərbaycan dövlətçiliyi tarixində xarici siyasətin mükəmməl konsepsiyasının başlıca prinsiplərinin formalaşdırılması imkanı meydana gəldi. Həmin kontekstdə Heydər Əliyevin xarici siyasət strategiyasında bir sıra faktorları baza prinsiplər olaraq müəyyən etməsi vurğulanmalıdır. Onlar aşağıdakılardan ibarətdir.
Hər şeydən əvvəl, Ulu öndər ölkəmizin təbii-coğrafi şəraitini, geosiyasi amilləri və yerləşdiyimiz ərazinin geostrateji əhəmiyyətini xarici siyasət kursunun əsas faktorları sırasına daxil etdi. Digər prinsip tarixi reallıq və ondan çıxarılan nəticələrlə bağlı idi. Növbəti faktor olaraq tarazlaşdırılmış və çoxqütblü xarici siyasət zərurətini qeyd etmək gərəkdir. Sonra, Ulu öndər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazimizin 20 faizinin işğalı faktını incəliklə xarici siyasət kursunun məzmununa daxil etdi. Bu kontekstə başqa bir vacib faktoru – erməni lobbi dairələrinin ölkəmizə qarşı apardığı düşmənçilik və qarayaxma siyasətinə qarşı sistemli mübarizə xəttinin də xarici siyasətdə yerini tapmasına nail oldu.
Növbəti çox əhəmiyyətli məqam ölkəmizin zəngin enerji resurslarına və nəqliyyat-logistika imkanlarına malik olmasının xarici siyasət strategiyasının mərkəzi punktlarından biri statusuna gətirilməsi ilə əlaqəlidir. Bu məsələ yalnız Azərbaycanın diplomatiya tarixində deyil, ümumiyyətlə, bütün dünya üçün əhəmiyyətli olan incə siyasətlə bağlıdır. Dünyanın aparıcı ölkələrinin siyasi liderləri həmin məqamı daim vurğulayırlar. Bu bağlılıqda Bill Klintonun Heydər Əliyevə xitabən dediklərinin bir fraqmentini xatırlamağa dəyər. ABŞ-ın sabiq Prezidenti ifadə etmişdi: “Sizin liderliyiniz və güclü qətiyyətiniz sayəsində Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqdır”. Təcrübə bu tezisin doğruluğunu tam təsdiqləmişdir.
Digər məqam xarici siyasətdə müasir tələblər səviyyəsində Azərbaycanın insan resursları və iqtisadi potensialının dəqiqliklə nəzərə alınması ilə əlaqəlidir. İndiki mərhələdə bu reallığın nəzərə alınmaması müstəqillik və suverenlik üçün ciddi təhlükədir. Bunu Ukrayna və Gürcüstanın timsalında aydın görmək mümkündür. Azərbaycan isə Ümummilli liderin uzaqgörənliyi sayəsində həmin ziddiyyətləri yaşamadı. Ölkənin insan resursları və iqtisadi potensialı ustalıqla xarici siyasət kursunda istifadə edildi və bu proses indi də uğurla davam etdirilir.
Nəhayət, xarici siyasət strategiyasında xalqımızın zəngin tarixi, mədəniyyəti və multikultural ənənələri lazımi səviyyədə diqqətə alındı. Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqının tarixi, mədəni və multikultural ənənələrinə daim diqqət və qayğı göstərib. Hələ sovet dönəmində yüksək vəzifələrdə çalışarkən bu məqama ayrıca önəm verib. Deyək ki, SSRİ zamanında milli kadrların yetişdirilməsi xətti ilə yanaşı Azərbaycanın böyük ədibləri, mədəniyyət xadimləri, milli bayramları, dili ilə bağlı çox əhəmiyyətli addımlar atırdı. Məhz bu kimi faktorların sayəsində Azərbaycan öz milli-mədəni varlığını qoruya bildi. Müstəqillik mərhələsində isə həmin faktorlar tamamilə yeni məzmunda xarici siyasət kursunun prinsipləri sırasına daxil edildi. Heydər Əliyevin siyasət dahisi olmasının əsas göstəricilərindən biri məhz bununla bağlıdır. Bu baxımdan bir müddət ziddiyyətli münasibətlərimiz olmuş İranın sabiq Prezidenti Seyid Məhəmməd Xatəminin Ulu öndər haqqında dedikləri ibrətamizdir. O, vurğulamışdı: “Heydər Əliyev yenicə ayağa qalxan Azərbaycan Respublikasının sabitlik və tərəqqiyə qovuşmasında təsirli rol oynamış, gözəl Azərbaycan xalqının rifahı, asayişi naminə səy göstərmiş təcrübəli və məşhur siyasət xadimi olmuşdur. Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir”. Buradan aydın görünür ki, Heydər Əliyev böyük ustalıqla Azərbaycan xalqının milli-mədəni özünəməxsusluğu ilə regional miqyasda sülh və əmin-amanlığın təmin edilməsi arasında uğurlu əlaqə yarada bilmişdi.
Təbii ki, Heydər Əliyevin xarici siyasət kursundan bəhs edərkən bu böyük şəxsiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində atdığı addımları vurğulamamaq mümkün deyildir. Müasir müstəqillik tarixində ilk dəfə olaraq Heydər Əliyev bu məsələni konseptual formada Azərbaycanın xarici siyasət kursunun prioritet məsələləri sırasına daxil etdi. Bu, mövcud geosiyasi reallıqlar kontekstində asan məsələ deyildi. Çünki bir tərəfdən qlobal geosiyasətin özü müxtəlif problemlərlə üzləşmişdi. Böyük dövlətlər xüsusi maraqlarını daha üstün tutaraq ədalət hissini tamamilə itirmişdilər. Digər tərəfdən isə təcavüzkar Ermənistanı havadarları aktiv şəkildə müdafiə edirdilər və bu, indi də davam etməkdədir.
Belə mürəkkəb şəraitdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin incəliklə xarici siyasət kursuna mühüm faktor kimi daxil edilməsi böyük diplomatik ustalıq tələb edirdi. Heydər Əliyev onun ən səmərəli üsulunu tapa bildi. Nəticədə, beynəlxalq təşkilatlar sürətlə həqiqəti öyrəndi, müxtəlif sənədlərdə Ermənistanın təcavüzkarlığı vurğulandı, regionun böyük dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdilər, BMT erməni təcavüzünə son qoyulması ilə bağlı dörd qətnamə qəbul etdi və ATƏT münaqişəni sülh yolu ilə həll etmək üçün xüsusi qrup (ATƏT-in Minsk qrupu) yaratdı. Çoxillik gərgin fəaliyyət Ermənistanın təcavüzkarlığını bütün dünyaya nümayiş etdirməyə imkan yaratdı. Prezident İlham Əliyev sonrakı mərhələdə bu istiqamətdə dalbadal uğurlu addımlar ataraq, Ermənistanın küncə sıxışdırılması prosesini yeni səviyyəyə yüksəltdi. Artıq ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağın mövcud statusunun dəyişilməz qalmasının mümkün olmadığını bəyan edirlər. Bu o deməkdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə öz ədalətli həllini tapa bilər.
Bunlardan başqa, Heydər Əliyevin xarici siyasət strategiyasında yeni demokratik Avrasiya quruculuğu aspekti “Böyük İpək Yolu” layihəsinə verdiyi önəmdə də ifadə olunmaqdadır. Hələ keçən əsrin 90-cı illərinin ortalarında postsovet məkanında liberalizmin dəbdə olduğu bir zamanda Heydər Əliyev Çinə səfər etdi. O vaxt bu səfərin strateji əhəmiyyətini çox az adam anlaya bildi. Lakin təcrübə göstərdi ki, Ulu öndər olduqca uzaqgörən addım atıb. Belə ki, Çin coğrafi olaraq Azərbaycandan uzaq olsa da, geosiyasi olaraq çox yaxındır və yeni Avrasiyanın inşasında Pekin faktorunu nəzərə almadan heç bir iş görmək mümkün deyildir. İndi bütün dünya ağızdolusu Çinin təşəbbüskarı olduğu “Bir Qurşaq, Bir Yol” qlobal layihəsinin perspektivindən danışır. Yüzlərlə ölkənin bu layihəyə qoşulmaq istəyi haqqında informasiyalar yayılır. Hətta Ermənistan belə bundan yararlanmağa çalışır. Ancaq faktdır ki, keçən əsrin 90-cı illərində bu günü görənləri barmaqla saymaq olardı. Onların önündə Azərbaycanın lideri Heydər Əliyev gedirdi. Onun əsasını qoyduğu Çin siyasəti özünün bəhrəsini yüksək səviyyədə verməkdədir. Xarici siyasətin digər prioritetləri ilə birgə Çin siyasəti Azərbaycanı Cənubi Qafqazın geosiyasi “düyün nöqtəsi” statusuna qədər yüksəldib. Hazırda ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin qovuşma məkanı, “Yeni İpək Yolu” layihəsinin fəal iştirakçısı və bir neçə əhəmiyyətli enerji layihələrinin təşəbbüskarıdır. TAP, TANAP, “Cənub Qaz Dəhlizi” və başqa layihələr qlobal enerji təhlükəsizliyinin mərkəzi bəndlərini təşkil edir. Nəqliyyat layihələri isə ümumiyyətlə, geosiyasi əhəmiyyətli hadisələrdəndir.
Azərbaycan faktiki olaraq xarici siyasətin bütün istiqamətlərində uğur qazanan və onları bir-biri ilə uyğunlaşdıra bilən perspektivli dövlətdir. Ölkəyə etibarlı tərəfdaş kimi yanaşırlar. Buraya xarici iş adamları külli miqdarda sərmayə yatırmaqdan çəkinmirlər. Azərbaycan bütün sahələr üzrə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Və həmin irəliləyişim memarı Ulu öndər Heydər Əliyevdir.
Beləliklə, Heydər Əliyevin Azərbaycana, regiona və dünyaya ciddi töhfələr verdiyi hamılıqla tanınan faktdır. Onun dövlət quruculuğu kursunu Prezident İlham Əliyev böyük uğurla inkişaf etdirir. Ümumiyyətlə, Ulu öndərin əvəzsiz xidmətlərindən biri də Azərbaycan xalqının gələcək tərəqqisini təmin edən İlham Əliyev kimi böyük siyasət xadimini yetişdirməsi idi. Bu, əslində, Heydər Əliyevin Vətən sevgisindən, siyasi peşəkarlığından, milli dəyərlərə ciddi bağlılığından qaynaqlanır. Yəni Ulu öndər müstəqil Azərbaycan naminə yalnız yaşadığı dövrü deyil, gələcəyi də düşünüb! Buna görə də Ulu öndər ümummilli lider kimi həmişəyaşardır, xalqın qəlbində, dövlətin bütün istiqamətlər üzrə aparılan uğurlu siyasətinin ruhundadır.
Novruz Məmmədov,
Azərbaycan Respublikası Prezidentinin
xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü
Heydər əli yev haqqnda tədbi r
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilib.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:
– “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
– Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirsin.
– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Son xəbərlər
- 10:57 | “Azərbaycan TDT-nin fövqəladə iclasının keçirilməsini təklif edib”
- 10:41 | Mart pensiyaları tam ödənildi
- 10:35 | Naxçıvanın 36 yaşlı naziri kimdir?
- 10:30 | “Suriya Rusiyanın yeni sərhədlərini tanıyır”
- 10:19 | Rəqqasə Fatimənin köməkçisini maşın vurdu – Vəziyyəti ağırdır
- 10:18 | Naxçıvanda nazir işdən çıxarıldı, yerinə təyinat var
- 10:08 | “CasaMia” Almaniyada “Villeroy & Boch”un 275 illik təntənəli tədbirində – Fotolar
- 10:05 | Rüfət Səfərova küçədə hücum oldu – Saxlanılan var
- 10:03 | Lirə yenə ucuzlaşdı
- 09:56 | Unanyanın yeni vəzifəsi məlum oldu
- 09:55 | “Neftçi” “Kəpəz”ə qarşı
- 09:49 | “Fənərbaxça” “Sevilya”ya qarşı
- 09:39 | Bakı metrosunun iş qrafiki dəyişir
- 09:33 | Evində yanaraq öldü
- 09:24 | Məşhur restoran sahibləri cərimələndi
- 09:19 | Fransalı senator Bakı və Paris küçələrini müqayisə edib – Foto
- 08:01 | Maştağada 30 yaşlı kişi evinin qarşısında öldürüldü
- 07:50 | Bakıda restoranda dava düşdü, ölən və yaralanan var – Yenilənib
- 06:30 | Ürəkdən gedənlər. – Qəfil ölümlərin səbəbi nədir?
- 05:03 | Şimali Koreya yenə bura raket buraxdı
- 04:32 | Dilan Çiçək Dənizə 500 minlik reklam təklifi
- 04:01 | FHN-in ikinci mobil səhra hospitalı Türkiyədən Bakıya qaytarıldı – Video
- 03:33 | Zəlzələləri “yuyan” selin dəhşətli görüntüləri – Video
- 02:39 | Türkiyədə zəlzələ oldu
- 01:54 | “Real” və “Napoli” 1/4 finalda – Video
- 01:31 | Ukrayna Rusiya PUA-sını vurdu
- 01:03 | Rusiya və ABŞ SQ Baş Qərargah rəisləri danışdı
- 00:51 | İsrail İranla bağlı Ukraynaya kömək edəcək
- 00:27 | Ana və övladı seldən belə xilas oldu – Video
- 00:16 | Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb – Yenilənib
- 00:07 | Merkel ekonomla uçdu
- 15.03.2023 23:52 | Dünyada günün xronikası – Fotolarda
- 15.03.2023 23:44 | ÇL matçından öncə Neapol müharibə meydanına döndü – Fotolar
- 15.03.2023 23:31 | Fərda oğluna canlı yayımda kiçik toy edib pul yığdı – Video
- 15.03.2023 22:52 | “ABŞ Ukraynadakı münaqişədə bütün vasitələrdən istifadə edir”
- 15.03.2023 22:38 | “Zirə” “Sabah”a məğlub oldu
- 15.03.2023 22:28 | Naxçıvanla bağlı daha bir dəyişiklik
- 15.03.2023 22:14 | Şoyqu ABŞ-li həmkarı ilə danışdı
- 15.03.2023 22:13 | Putin və Bəşər Əsəd bu məsələləri müzakirə etdi
- 15.03.2023 21:58 | Ukrayna Türkiyəyə göstərdiyi dəstəyə görə təşəkkür etdi
- 15.03.2023 21:42 | “Məndən bilet istəsələr, “yox” deyəcəyəm” – Qurban Qurbanov
- 15.03.2023 21:22 | İlham Əliyev Ərdoğanla görüşdü – Fotolar+Yenilənib
- 15.03.2023 21:20 | AK Partiya Ərdoğan üçün imza toplamağa başladı
- 15.03.2023 20:51 | Samir Nuriyevin sədrliyi ilə iclas keçirildi – Foto
- 15.03.2023 20:41 | Gəncədə bıçaqlanan şəxs xəstəxanadan qaçdı
- 15.03.2023 20:34 | Zelenski onları vəzifədən azad etdi
- 15.03.2023 20:24 | Vaksin vurduranların sayı açıqlandı
- 15.03.2023 20:23 | Yoluxanların sayı açıqlandı
- 15.03.2023 20:20 | Danimarka Ukraynaya 1 milyard dollar ayıracaq
- 15.03.2023 20:19 | İlham Əliyev Türkiyəyə getdi – Fotolar
Heydər Əliyev
Heydər Əlirza oğlu Əliyev — Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider.
A [ redaktə ]
- Ağıl olan yerdə zora ehtiyac yoxdur.
- Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır.
- Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.
- Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.
- Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin təmas və ünsiyyət yeri olmuşdur.
- Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir.
- Azərbaycan müəlliminin bir amalı olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək.
- Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır.
- Azərbaycan onun ərazisində yaşayan bütün millət va xalqların ümumi Vətənidir.
- Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir.
- Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.
- Azərbaycanın dövlət siyasəti azərbaycançılıq əsasında qurulmuşdur.
- Azərbaycanın nefti gələcəkdə də bəşəriyyətə, sülhə, əmin-amanlığa xidmət edəcəkdir.
- Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün döyüşəcək, vuruşacaq və Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü təmin edəcəyik.
B [ redaktə ]
- Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabliyyəti hər bir adama lazımdır.
- Bazar iqtisadiyyatının ən böyük xüsusiyyəti ondan ibarətdir ki, insanlara sərbəstlik verilir, onlar təşəbbüs göstərərək, çox iş görə bilir.
- Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.
- Bir azərbaycanlı, Azərbaycanın Prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı belə zəngin mədəniyyətə, zəngin incəsənətə, peşəkar musiqiyə malikdir. Azərbaycanda peşəkar musiqinin əsasını böyük Üzeyir Hacıbəyov qoyubdur.
- Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır.
- Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik.
- Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləyirik.
- Biz çalışmalıyıq ki gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi ənənələr arasında tərbiyə edilsinlər.
- Biz sizinlə birlikdə gözəl həyatı da tərəqqi edən müstəqil Azərbaycan dövlətində görəcəyik.
- Biz təbiətə qarşı zor işlədə bilmərik.
- Bizim hamımızın bir vətəni var. Bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.
- Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır.
- Böyük siyəsəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz.
- Böyük siyasətdən bixəbərlərin bu siyasət aləminə atılmaları faciələr doğurur.
C [ redaktə ]
- Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.
D [ redaktə ]
- Dağlıq Qarabağ faciəsinin bir qütbündə erməni separatçılığı, erməni terrorizmi, Azərbaycana qarşı torpaq iddiaları durur.
- Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir.
- Dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır!
- Dövlət xalqın işi olmalıdır.
- Dövlət iki halda sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.
- Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.
- Dövlət onun ərazisində yaşayan əhalinin təminatçısı olmalıdır.
- Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib.
- Dünyada elə bir hakim yoxdur ki, kimin demokratlara, kimin isə antidemokratlara mənsub olduğunu müəyyən edə bilsin.
- Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır. Hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır.
Ə [ redaktə ]
- Ədaləti ədalətsizliklə bərpa etmək olmaz.
- Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.
- Əgər müəllim olmasa heç birimiz cəmiyyətdə tutduğumuz yeri tuta bilməz və fəaliyyət göstərə bilmərik. ”Buna görə də“. hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisidir, ən lazımlısıdır.
- Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.
F [ redaktə ]
- Fikir müxtəlifliyi təbii hadisədir.
G [ redaktə ]
- Gənclərimizin mətanətli, qüdrətli, məqsədyönlü xarekteri onların Vətən məhəbbətində, əməyə vicdanlı münasibətində və xalqın düşmənlərinə qarşı barışmazlığında təcəssümünü tapır.
- Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər.
H [ redaktə ]
- Hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz. Fikir müxtəlifliyi təbii hadisədir.
- Harada, hansı şəraitdə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı vətən torpağı ilə bağlı olmalıdır.
- Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz.
- Heç bir ölkəni özünə düşmən etməməlisən.
- Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır.
- Heç kim düşünməməlidir ki, məsələni dinc vasitələrlə həll etmək istəyimiz bizim hərbi cəhətdən zəifliyimizin əlamətidir. Yox, biz sadəcə olaraq müharibə istəmirik.
- Heç kim əbədi qalib ola bilməz.
- Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq!
- Həkimlik öz xalqına, sənətinə yüksək sədaqət tələb edən peşədir.
- Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz.
- Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər.
- Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar.
- Hər bir cəmiyyətdə savadlı şəxs müəllimə hörmət etməli, cəmiyyətin həyatında oynadığı rolu qiymətləndirməlidir.
- Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün
- Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir.
- Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır.
- Hər bir şəhid bizim üçün böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır.
- Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü üçün seçir.
X [ redaktə ]
- Xalq azadlıq uğrunda mübarizə apararkən qurbanlar verməlidir. Keçmişdə də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.
- Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
- Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
- Xalq gərək daim öz kökünü xatırlasın.
- Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.
- Xalq milli əhval-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənafelərinə görə xalqın başından basılarsa, bax, bu, xalqın ən böyük faciəsidir.
- Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür.
- Xalqımızın birliyi və qələbəyə inamı gələcək uğurlarımızın təməlidir!
- Xalqımızın içində böyük bir mədəniyyət potensialı, fitri istedad potensialı vardır.
- Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm.
- Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir.
- Xalqın adından danışan hər kəs, ilk növbədə, özü-özündən soruşmalıdır ki, xalq ona onun adından danışmaq səlahiyyəti veribmi? Əgər belə bir səlahiyyət yoxdursa, günlərin bir günü onun yaxasından tutub boşboğazlıq üstə ittihama çəkəcəyi şəksizdir.
- Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir.
İ [ redaktə ]
- İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
- İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur.
- İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır. [1]
- İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir.
- İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir.
- İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir.
K [ redaktə ]
- Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur. [2]
- Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın.
- Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir.
- Kitab nəşri hər bir ölkənin, hər bir xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də, hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir.
- Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
Q [ redaktə ]
- Qarşımızda duran vəzifələrdən biri də gəncliyi daha yaxşı hazırlamaqdan, tərbiyə etməkdən ibarətdir.
- Quran-şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yolları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir.
M [ redaktə ]
- Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.
- Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
- Mən Azərbaycanı gələcəkdə azad, müstəqil dövlət kimi görürəm.
- Mən bir prezident kimi özümə əvəz hazırlamaq barədə bir an da düşünmürəm. Azərbaycan xalqı həmişə özünə layiqli başçı seçməyə qadir xalqdır.
- Mən həyatda yalnız üç şeyə arxalanmışam: Yaradanıma, zəhmətimə və bir də xalqıma. Bəlkə də ən çox xalqıma.
- Mən çox məmnunam ki, respublikamızın hüdudlarından kənarda, o cümlədən ABŞ-da azərbaycanlılar artıq bir-birinə yaxınlaşmışlar, bir yerə toplaşmışlar və cəmiyyətlər qururlar.
- Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM!
- Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır.
- Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.
- Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir.
- Millət dövlət üçün yox, dövlət millət üçün çalışmalıdır.
- Müəllimlik çox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan da çox qiymətlidir.
- Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.
- Müvəffəqiyyət heç zaman öz-özünə əmələ gəlmir, müvəffəqiyyətlərə nail olmaq üçün böyük, düşünülmüş, ardıcıl və müntəzəm iş aparılmalıdır.
Ö [ redaktə ]
- Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mədəniyyət və elm sahəsində əlaqələrin təsiri böyükdür.
- Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!
- Özəl sektorun inkişafı dövlət mülkiyyətinin dağıdılması yolu ilə yox, dövlət mülkiyyətinin qanun-qayda ilə, ədalətli özəlləşdirilməsi yolu ilə getməlidir.
R [ redaktə ]
- Respublikamızda bazar iqtisadiyyatına, sərbəst iqtisadiyyata keçmək üçün mülkiyyət forması dəyişməlidir, özəlləşmə getməlidir.
- Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun.
- Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir.
- Rüşvətxorluq bizi içimizdən yeyir.
S [ redaktə ]
- Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur.
- Sənətdə hər kəsin öz yeri var, heç kəs kiminsə yerini almır.
- Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.
T [ redaktə ]
- Tarix heç nəyi silmir.
- Tarix həmişə hər şeyi öz yerinə qoyur.
- Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır.
- Tariximiz bizim üçün dərs olmalıdır.
- Tariximizin hər səhifəsi bizim üçün əzizdir.
- Torpağımızı qorumaq hər bir azərbaycanlının şərəfli borcudur. Əgər bəziləri bunu anlamırlarsa, qorxurlarsa, hərbi xidmətə tab gətirə bilmirlərsə, onlar öz vicdanları, ata-anaları, vətən qarşısında xəyanət edirlər. Gün o gün olacaq ki, Azərbaycan torpaqlarının hamısı azad olacaq. Hər bir vətəndaşımız öz elinə-obasına qayıdacaqdır.
U [ redaktə ]
- Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır.
V [ redaktə ]
- Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir!
- Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daima yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır!
- Vətəndaşlıq milli mənsubiyyətlə müəyyən olunmur.
- Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır.
- Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir. Qalan hər bir şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır.
- Vəzifədən ötrü yaşayan adamlar bədbəxt adamlardır.
Y [ redaktə ]
- Yaxşı da, pis də olsa yaşadığın illəri kiminsə, nəyinsə xatirinə silib atmaq olmaz. Çünki o, tarixdir, tarixi silmək isə heç kəsə müyəssər olmayan bir işdir.
- Yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir.
- Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Z [ redaktə ]
- Ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır.
- Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan nadir adamlardır.
Dil haqqında dedikləri [ redaktə ]
Əsas məqalə: Heydər Əliyev/Azərbaycan dili
- Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir.
- Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, çox inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir. [3]
- Biz türkdilli xalqların ailəsinə mənsub olan bir xalqıq. Ancaq bunun çox şaxələri var. Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur.
- Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.
- Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
- Xalqı xalq edən, milləti millət edən ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq millət ola bilməz.
- Millətin dilini əlindən alsan, onu öz dilindən məhrum etsən, o millət çox şey itirər. Amma millətin öz doğma dili, ana dili olanda onu heç nə dəyişdirə bilməz.
- İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur.
- Öz ana dilini bilməyən adamlar şikəst adamlardır.
Təhsil haqqında dedikləri [ redaktə ]
Əsas məqalə: Heydər Əliyev/Təhsil
- Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq.
- Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.
- Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır.
- Həyatını müəllimliyə sərf edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insandır.
- Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza dəyərli vətəndaşlar hazırlamaqdır.
- Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur, ancaq bundan da yüksək ad müəllimlikdir.
- Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.
- Müəllimlik sənəti şərəfli bir sənətdir.
- Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır.
- Respublikamızın çox güclü müəllim ordusu var. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır.
- Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir.
- Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir.
- Təhsil millətin gələcəyidir.
Naxçıvan haqqında dedikləri [ redaktə ]
- Naxçıvan mənim ana torpağımdır.
- Naxçıvan şəhərində artıq baş vermiş böyük müsbət dəyişiklikləri və burada yaranmış mühiti, əhval-ruhiyyəni görərkən daha da çox sevinirəm. Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi düzgün yoldadır.
- Siz sübut etdiniz ki, öz torpağınıza, xalqınıza, millətinizə müqəddəs, müstəqil Azərbaycana sədaqətlisiniz və mənim də həm Azərbaycan xalqına, həm də Azərbaycan torpağına, o cümlədən öz doğma yurdum Naxçıvana sədaqətimin şahidi oldunuz.
- Naxçıvan Muxtar Respublikadır. Azərbaycanın tərkibindədir. Bu beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur, onu heç kəs dəyişdirə bilməz.
- Konstitusiyada Naxçıvan Muxtar Respublikasının Statusu müəyyən olunubdur, əbədi müəyyən olunubdur.
- Naxçıvan Azərbaycan Respublikasının tərkibində Muxtar dövlətdir.
- Mən istərdim ki, Siz də, o cümlədən Naxçıvandan kənarda yaşayan naxçıvanlılar da naxçıvanlı adını şərəflə daşıyasınız.
- Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm. Bilin ki, mən həmişə Sizə sadiq olmuşam, bundan sonra da sadiq olacağam.
- Qədim Naxçıvan torpağına eşq olsun!
- Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti bu diyarda ölkəmizin torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir.
- Naxçıvanlılar öz torpağını qorumaq üçün ayağa qalxmış və böyük qəhrəmanlıq nümunələri göstərmişlər.
- Mən üç il Naxçıvanda yaşamağımı və Sizinlə, Muxtar Respublikanın əhalisi ilə birlikdə işləməyimi həyatımın, deyə bilərəm ki, ən parlaq, ən şərəfli bir dövrü hesab edirəm.
- Mən nə doğulduğum yeri heç vaxt unuda bilərəm, nə də ki, üç il müddətində burada Naxçıvanın problemlərinin həlli ilə əlaqədar Sizinlə birlikdə gördüyüm işləri.
- Ötən günləri xatırlayanda, indi Naxçıvan demək olar ki, çox gözəl bir vəziyyətdə yaşayır.
- Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvan dayaqdır.
- Saf mənəviyyatlı, qeyrətli, namuslu naxçıvanlıların qarşısında baş əymişəm və baş əyirəm.
- Müqəddəs Naxçıvan torpağı mənim üçün əziz bir yerdir. Mən bu torpağın qarşısında baş əyirəm.
- Naxçıvanlılar özlərinə məxsus ad qazanıblar.
- Naxçıvan torpağına ləkə gətirən adamlara yol verməyin.
- Naxçıvan artıq 1991-92-93-cü illərdə olan Naxçıvan deyil. Naxçıvan indi tamamilə başqadır. Naxçıvanlılar bu haqqı qazanıblar. Naxçıvanlılar özlərini dəyanətli, dözümlülüyü, qüdrəti, cəsarəti və mənəvi saflığı ilə bu haqqı qazanıblar.
- Mən istərdim ki, burada Sizinlə daim yaşayım. Ancaq həyat buna imkan vermədi. Mən getdim, amma ürəyim buradadır.
- Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixn dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük tohfələri olmuşdur.
- İndi Naxçıvanda məktəblər tikilir. Azərbaycanın çox yerlərində məktəblər tikilmir, amma Naxçıvanda tikilir. Muxtar Respublikada xəstəxanalar tikilir. Yəni Azərbaycanın başqa bölgələrinə nisbətən Naxçıvanda ən çətin şəraitdə yaşayan insanlar quruculuq işləri ilə məşğul olurlar, zəhmət çəkirlər, fədəkarlıq, vətənpərvərlik göstərirlər.
- Naxçıvan yaşayıb, yaşayır, Naxçıvan blokada şəraitində əyilməyibdir, dözübdür, bundan sonrada yaşayacaqdır.
- Naxçıvanda təhsilə, elmə, mədəniyyətə həmişə qayğı göstərilir, yüksək münasibət göstərilir və naxçıvanlılar da nəyə qadir olduqlarını dünyaya həmişə nümayiş etdiriblər.
- Naxçıvan gənclərinə arzu və tövsiyə edirəm ki, onlar indiki nəsillər kimi, bizim kimi Naxçıvanı qursunlar, yaratsınlar, inkişaf etdirsinlər, daha da yüksəltsinlər.
- Mən fəxr edirəm ki, bir çox böyük dövlətlərin zəngin tarixə malik olan Universitetlərinin fəxri doktoruyam. Ancaq daha da çox fəxr edirəm ki, mən Naxçıvan Muxtar Respublikasının Yusif Məmmədəliyev adına Universitetinin doktoruyam.
- Mən ilk təhsilimi Naxçıvanda almışam. Əziz müəllimlərim Naxçıvanda mənə orta təhsil verib məni həyata buraxıblar. Ona görə Naxçıvan təhsili məktəbi mənim üçün əzizdir.
- Naxçıvan qədim diyardır. Arxeoloji tapıntıların təhlilinə görə demək olar ki, Azərbaycanın ən qədim diyarlarından biri Naxçıvandır.
- Naxçıvanda son illərdə quruculuq işləri gedir – məktəblər tikilir, xəstəxanalar tikilir, yaşayış evləri tikilir.
- Naxçıvanlılar ən çətin zamanlarda ruhdan düşmürlər, öz işlərini irəli aparırlar, qururlar, yaradırlar.
- Naxçıvanın böyük quruculuq potensialı var və bu potensialdan Naxçıvan bundan sonra daha da səmərəli istifadə edəcəkdir.
- Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın, müstəqil Azərbaycan dövlətinin ayrılmaz hissəsidir, gözəl guşələrindən, diyarlarından biridir.
- Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çoz zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, 3500 il tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunların hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və gələcəkdə də göstərəcəkdir.
- Naxçıvan qədim zamanlarda Azərbaycanın ən mötəbər bölgələrindən biri olubdur. Azərbaycana, o cümlədən Naxçıvana əsrlər boyu dəfələrlə yadellilərin basqını olmuşdur, müharibələr, döyüşlər zamanı insanlar qırılmışdır. Naxçıvan dəfələrlə məhv olub külə dönmüş, amma insanlar yenə də bu külün içindən qalxıb Naxçıvanı yaşatmışlar.
- Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir.
- Naxçıvan Azərbaycanın Dədə Qorqud mərkəzlərindən biridir və “Kitabi-Dədə Qorqud”un çox izlərinin Naxçıvanda olması Naxçıvanın Azərbaycanın nə qədər qədim və zəngin diyarı olduğunu bir daha göstərir.
- XlX-XX əsrlər dövründə də Naxçıvan həmişə mədəniyyətə, təhsilə çox maraq göstərmiş, mədəniyyəti inkişaf etdirmişdir.
- Naxçıvan çox böyük mütəfəkkirlər diyarı, böyük alimlər, sənətkarlar diyarı olubdur.
- Naxçıvanda insanlar çox yüksək təhsil alırdılar. Naxçıvanda məktəb çox deyildi, amma məktəbdə verilən dərslər və şagirdlərin dərsləri qavraması çox yüksək səviyyədə idi.
- Naxçıvan məktəbində müəllimlərimin mənə verdiyi dərslər, o cümlədən başqaları ilə bərabər ana dili, ədəbiyyat dərsləri mənim bu günkü dilimin əsasını təşkil edir.
- Təsadüfi deyil ki, Azərbarcanda elə bu gün də, on il də, iyirmi il də, otuz il də bundan öncə böyük alimlərin, elmlə məşğul olan insanların, akademiklərin, professorların, unuversitetlərdə dərs verənlərin, yaxud Elmlər Akademiyasında, elmi-tədqiqat instutlarında çalışanların çoxu öz həyat yollarını Naxçıvanda başlayıblar.
- Naxçıvanın çox gözəllikləri var. Birincisi, onun təbabətidir.
- Naxçıvanın təbiətinin gözəlliyi məğrurluq rəmzidir.
- Naxçıvanın xüsusiyyətlərindən biri də burada milli ruhun, milli şüurun, Azərbaycançılığın çox yüksək səviyyədə olmasıdır.
- Fəxr edirəm ki, Azərbaycanın hər yerində olduğu kimi, mən burada da öz əsərlərimi görürəm. Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binaları, yollar, körpülərdir, su hövzələri, su kəmərləridir.
- Belə ağır şəraitdə biz yaşadıq, amma Naxçıvan əyilmədi, Naxçıvan öz iradəsindən dönmədi. Naxçıvan yaşadı və Naxçıvan bu günlərə çıxdı.
- Naxçıvan məni öz qoynuna aldı, qorudu, saxladı, mən də onları qorudum, mən də onları saxladım.
- İndi Naxçıvan böyük inkişaf yoluna düşübdür.
- Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur.
- Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük əvəz olmayan bir sənətdir.
- Naxçıvanın muxtariyyət statusu alması da çox ağır, gərgin bir dövrdə, yəni gərgin mübarizələr nəticəsində olmuşdur.
- Naxçıvanın muxtariyyət alması və 75 il müddətində Muxtar Dövlət kimi yaşaması böyük hadisədir.
- Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada Sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur.
- Təbiidir ki, mən Vətənimi çox sevən adamam. 60 il bundan öncə burada dərs deyən müəllimlərimin adlarını da bu gün yadımdan çıxarmamışam.
- Nəhayət, mənim üçün bir dəyərli xatirə də var. 1992-ci ilin oktyabr ayında biz burada ilk dəfə dövlət çevrilişinə cəhdlə rastlaşdıq. Bəli, Xalq Cəbhəsinin silahlı dəstələri gedib Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin, televiziyasının binalarını zəbt etdilər və Naxçıvanda olan hakimiyyəti devirməyə çalışdılar. O dövrdə xalq ilk dəfə artıq Xalq Cəbhəsini yox, bizi müdafiə etdi.
- Naxçıvan camaatı burada mənə böyük hörmət, qayğı, məhəbbət göstərib, ən ağır anlarda mənim dayağım olub, arxamda durubdur, mənimlə bir yerdə olubdur. Ona görə də biz işləmişik, mübarizə aparmışıq, qalib gəlmişik.
- Naxçıvan haqqında mənim ürəyim o qədər doludur ki, nə qədər desəm yenə də tükənməz.
Heydər Əliyev haqda sitatlar [ redaktə ]
- Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır. [4]
- Amerika Birləşmiş Ştatlarının 43-cü Prezidenti Corc Uoker Buş
- Rusiya Federasiyasının 2-ci və 4-cü Prezidenti Vladimir Putin
- Türkiyə Respublikasının 12-ci Prezidenti Rəcəb Tayyib Ərdoğan
- Fransa Respublikasının 22-ci Prezidenti Jak Şirak
- Böyük Britaniyanın 73-cü Baş naziri Toni Bleyr
- Pakistanın 11-ci və 13-cü Baş Naziri Bənəzir Bhutto
- Özbəkistan Respublikasının ilk Prezidenti İslam Kərimov
- Azərbaycanlı dövlət xadimi, politoloq Vəfa Quluzadə
- Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül
- Rusiyanın tərkibində olan Şimali Osetiya-Alaniya Respublikasının Prezidenti Aleksandr Dzasoxov
- Polyak mənşəli amerikalı politoloq Zbiqnev Bjezinski
- Gürcüstan Respublikasını 2-ci Prezidenti Eduard Şevardnadze
- Qazaxıstan Respublikasının ilk Prezidenti Nursultan Nazarbayev
Mənbə [ redaktə ]
- Xəzinə. Bakı,1997
İstinadlar [ redaktə ]
- ↑Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
- ↑ Xəzinə. Bakı, 1997. səh.56
- ↑Ziyəddin Məhərrəmov. “Bir bahar küləyi”, Bakı, “Nurlan”, 2012.
- ↑Corc Buş, Amerika Birləşmiş Ştatlarının Prezidenti (2000-2008)
- ↑Bənəzir Bhutto, Pakistanın baş naziri (1988-1990 və 1993-1996)
- ↑“Heç vaxt dissident olmamışam” – BRİFİNQ – FOTO
- ↑Abdullah Gül, Türkiyə Respublikasının Prezidenti
- ↑Aleksandr Dzasoxov, Şimalı Osetiya-Alaniya Prezidenti (1998-2005)
- ↑ “Dünyanı heyran qoyan insan” (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) – Azərnəşr, Bakı-2004, səh.109.
- ↑Eduard Şevardnadze, Gürcüstan Prezidenti (1992-2003)
- ↑ “Dünyanı heyran qoyan insan” (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) – Azərnəşr, Bakı-2004, səh.94.
Xarici keçidlər [ redaktə ]
- http://www.heydar-aliyev-foundation.org/index_a.html
- Heydər Əliyevin Naxçıvan haqqında dediyi müdrik kəlamlar.
Comments are closed, but trackbacks and pingbacks are open.