Heydər Əliyev adına modernləşdirilmiş Neft Emalı Zavodu: yeni qurğular və yaşıl məşəl
Heydər Əliyev prospekti, 121, AZ1029, Bakı şəhəri, Azərbaycan Respublikası
Biz Azərbaycan Respublikasının enerji təhlükəsizliyini təmin edirik
Heydər Əliyev adına NEZ Azərbaycan neftinin 24 çeşidindən 21-ni emal edərək 15 növ məhsul istehsal edir. Bu məhsulların siyahısına benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu və mazut daxildir.
Hasilat/Kəşfiyyat
Şirkət əhəmiyyətli dərəcədə geoloji kəşfiyyat işləri aparır, neft və qaz ehtiyatlarının sabit şəkildə artırılmasını nümayiş etdirərək Lisenziya portfelini genişləndirir.
Nəql
Nəql (midstrim) neft-qaz sektorunda fəaliyyət göstərən hər bir şirkət üçün biznes əməliyyatlarının arteriyası rolunu oynayır.
Hasil olunan neftin həcmi
Hasil olunan qazın həcmi
Emal olunmuş neftin həcmi
Bakı neft emalı zavodu neft və qaz yataqlarının kəşfiyyatı, neftin, qazın və qaz kondensatının çıxarılması, emalı və nəqli, daxili və beynəlxalq bazarlarda Neft məhsulları və neft kimyası məhsullarının satışı, eləcə də Azərbaycanın təbii qaz sənayesinin və əhalisinin tədarükü ilə məşğul olur.
Telefon: +994 507 793 667 | +994 507 793 657 | +994 708 815 651 (WhatsApp) | E-poçt ünvanı: baku-refinery@oilazerbaijan.com
Ünvan: Oqtay Vəliyev küçəsi, 1, poçt qutusu: az 1060, Bakı, Azərbaycan
Heydər Əliyev prospekti, 121, AZ1029, Bakı şəhəri, Azərbaycan Respublikası
Copyright © 2023 Baku Oil Refining Plant
Heydər Əliyev adına modernləşdirilmiş Neft Emalı Zavodu: yeni qurğular və “yaşıl məşəl”
Dekabr ayından atmosferə minimum karbon tullantıları ilə işləyən 116 sm-lik yeni məşəl qurğusu istismara veriləcək.
Heydər Əliyev adına modernləşdirilmiş Neft Emalı Zavodunda mətbuat turu keçirilib, burada jurnalistlər zavodda aparılan yenidənqurma işlərinin gedişatı ilə tanış olublar.
© Sputnik / Murad Orudjev
Heydər Əliyev adına Neft Emalı Zavodunda 2019-cu ildən modernləşdirilmə işləri aparılır.
© Sputnik / Murad Orudjev
Heydər Əliyev adına Neft Emalı Zavodunda 2019-cu ildən modernləşdirilmə işləri aparılır.
© Sputnik / Murad Orudjev
Bu günədək modernləşdirmə işlərinin 85-90%-i həyata keçirilib.
© Sputnik / Murad Orudjev
Bu günədək modernləşdirmə işlərinin 85-90%-i həyata keçirilib.
© Sputnik / Murad Orudjev
Hazırda zavodun ərazisində təmir işləri, o cümlədən istismara hazırlıq işləri aparılır.
© Sputnik / Murad Orudjev
Hazırda zavodun ərazisində təmir işləri, o cümlədən istismara hazırlıq işləri aparılır.
© Sputnik / Murad Orudjev
Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi nəticəsində hidrogen istehsalı və hidrogenin zənginləşdirilməsi üzrə yeni qurğuların işə salınması planlaşdırılır.

Bundan əlavə, 2022-ci ildə Neft Emalı Zavodunda modernləşdirmədən sonra dizel istehsalına başlanacağı gözlənilir.
© Sputnik / Murad Orudjev
Bundan əlavə, 2022-ci ildə Neft Emalı Zavodunda modernləşdirmədən sonra dizel istehsalına başlanacağı gözlənilir.
© Sputnik / Murad Orudjev
2023-cü ildə isə müəssisə “Avro-5” standartında benzin istehsalına başlayacaq.
© Sputnik / Murad Orudjev
2023-cü ildə isə müəssisə “Avro-5” standartında benzin istehsalına başlayacaq.
© Sputnik / Murad Orudjev
Modernləşdirmədən sonra müəssisə emal həcmini ildə 7,5 milyon tona çatdıracaq.
© Sputnik / Murad Orudjev
Modernləşdirmədən sonra müəssisə emal həcmini ildə 7,5 milyon tona çatdıracaq.
© Sputnik / Murad Orudjev
2021-ci ilin dekabr ayından 116 sm-lik yeni məşəl qurğusunun istifadəyə verilməsi planlaşdırılır.
© Sputnik / Murad Orudjev
2021-ci ilin dekabr ayından 116 sm-lik yeni məşəl qurğusunun istifadəyə verilməsi planlaşdırılır.
© Sputnik / Murad Orudjev
Yeni qurğu atmosferə minimum karbon tullantıları ilə işləyir.
© Sputnik / Murad Orudjev
Yeni qurğu atmosferə minimum karbon tullantıları ilə işləyir.
© Sputnik / Murad Orudjev
Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neft emalı müəssisəsidir.
© Sputnik / Murad Orudjev
Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neft emalı müəssisəsidir.
© Sputnik / Murad Orudjev
Zavod Aİ-92 markalı benzin, dizel və aviasiya yanacağına yerli tələbatın ödənilməsi ilə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini xammal ilə təmin edir.

Zavodda istehsal olunan məhsulların bir hissəsi ixrac olunur.
© Sputnik / Murad Orudjev
Zavodda istehsal olunan məhsulların bir hissəsi ixrac olunur.
© Sputnik / Murad Orudjev
Neft Emalı Zavodunun istehsal gücünü artırmaq, ölkəni “Avro-5” standartına uyğun yüksək keyfiyyətli yanacaqla təmin etmək, “Azərkimya”nın xammal sabit təchizatı və neft məhsullarının ixrac potensialının artırılması məqsədi ilə həyata keçirilən modernləşdirmə və yenidənqurma işləri ölkə sənayesi üçün böyük əhəmiyyət kəsb edir.
Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni neftin ilkin emalı qurğusu inşa olunacaq
Heydər Əliyev adına Neft Emalı Zavodunda yeni neftin ilkin emalı qurğusu inşa olunacaq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma layihəsi çərçivəsində yeni ELOU-AVT (neftin ilkin emalı) qurğusunun inşası nəzərdə tutulur.
8 Aprel , 2019 14:58
https://static.report.az/photo/1e216435-910d-4241-99ee-ea89cbabfc14.jpg
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma layihəsi çərçivəsində yeni ELOU-AVT (neftin ilkin emalı) qurğusunun inşası nəzərdə tutulur. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin ( SOCAR ) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov məlumat verib. O deyib: “İndiyədək olan strategiyaya əsasən, Heydər Əliyev adına Neft Emalı Zavodundakı illik 6 mln. ton xam neft emalı gücünə malik neftin ilkin emalı qurğusunun yenidənqurulması, zavodun ümumi emal gücünün 7,5 mln. tona çatdırılması üçün keçmiş “Azərneftyağ” zavodundakı illik məhsuldarlığı 2 mln. ton olan qurğunun demontaj edilərək Neft Emalı Zavoduna köçürülməsi və burada quraşdırılması nəzərdə tutulurdu”. SOCAR-ın vitse-prezidenti qeyd edib ki, aparılan tədqiqat işləri nəticəsində yenidənqurma və köçürülmənin əvəzinə yeni qurğunun inşasının daha sərfəli olduğu qənaətinə gəlinib. Onun sözlərinə görə, yeni qurğunun illik emal gücü 7,5 mln. ton təşkil edəcək. SOCAR-ın vitse-prezidenti yeni qurğunun inşasının təxminən 350 mln. dollar dəyərində ola biləcəyini bildirib. T.Qəhrəmanov zavodun yenidənqurma və modernizasiya layihəsinin qrafikində hər hansı dəyişiklik olmadığını, 2020-ci ilin sonunda dizel mərhələsinin, 2021-ci ildə isə benzin mərhələsinin yekunlaşacağını, həmçinin maliyyələşmənin vaxtında həyata keçirildiyini də vurğulayıb. Qeyd edək ki, BNEZ-in yenidənqurma və modernizasiyası layihəsinin icrası üç mərhələdə (bitum, dizel və benzin) həyata keçirilir. Ötən ilin dekabr ayında yeni bitum qurğusu və maye qazdoldurma məntəqəsinin istismara verilməsi ilə zavodun modernizasiya layihəsinin ilkin mərhələsi tamamlanıb. Layihənin 2020-ci ilin sonunadək nəzərdə tutulan 2-ci mərhələsində “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması, 2021-ci ilin əvvəlinə nəzərdə tutulan 3-cü mərhələdə isə eyni keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası nəzərdə tutulub. Zavodun yenidənqurma və modernizasiya layihəsinin ümumi dəyəri 2,2 mlrd. dollar təşkil edir. Heydər Əliyev adına Neft Emalı Zavodunda neftin ilkin emalı üzrə əsas qurğusu ELOU-AVT-6 ildə 6 mln. ton xam neft emal etmək gücünə malik olan, neftin qabaqcadan duzsuzlaşdırılması və benzinin təkrar qovulması blokları olan kombinə olunmuş atmosfer-vakuum qurğusudur. Qurğu 1976-cı ildə Bakı neftayırma zavodlarının köklü yenidən qurulması planına uyğun olaraq qurulub.
Comments are closed, but trackbacks and pingbacks are open.