Press "Enter" to skip to content

Heydər əliyev ideyalarının zəfər yürüşü

Konfransda universitet filialının baş müəllimi Tahir Məhərrəmovun, Şəki REM-in elmi işçisi Tural Adışirinovun, filialın müəllimi Kəmalə Ramazanovanın, baş müəllim Rasimə Bəkirovanın, REM-in elmi işçisi Murad Qəhrəmanovun, Elmi Mərkəzin əməkdaşı Elvin Qarayevin Ulu Öndərə həsr olunan məruzələri dinlənilib. Çıxış edənlər Heydər Əliyevin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, tariximizin yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Ümummilli Liderin tariximizdə oynadığı rol illər keçdikcə daha dərindən dərk edilir, əsl qiymətini alır.

Şəkidə “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı elmi-praktiki konfrans keçirilib

XX əsr bəşəriyyətə çox görkəmli dövlət xadimləri, müdrik rəhbərlər, bacarıqlı dövlət başçıları bəxş edib. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. Xalqımız ona görə xoşbəxtdir ki, Azərbaycana Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Məhz bu dahi şəxsiyyətin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar fevralın 27-də AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı elmi-praktiki konfransda səsləndirilib.

“Heydər Əliyev İli” çərçivəsində ADPU-nun Şəki filialında keçirilən konfransı bu ali təhsil müəssisəsinin direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rəsulov açaraq, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızda siyasi, sosial-iqtisadi və mədəni sahələrdə həyata keçirilən islahatlardan, dahi rəhbərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edib.

Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini, bununla əlaqədar Elmi Mərkəz tərəfindən xüsusi tədbirlər planının hazırlandığını və silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Konfransda universitet filialının baş müəllimi Tahir Məhərrəmovun, Şəki REM-in elmi işçisi Tural Adışirinovun, filialın müəllimi Kəmalə Ramazanovanın, baş müəllim Rasimə Bəkirovanın, REM-in elmi işçisi Murad Qəhrəmanovun, Elmi Mərkəzin əməkdaşı Elvin Qarayevin Ulu Öndərə həsr olunan məruzələri dinlənilib. Çıxış edənlər Heydər Əliyevin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, tariximizin yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Ümummilli Liderin tariximizdə oynadığı rol illər keçdikcə daha dərindən dərk edilir, əsl qiymətini alır.

Heydər əliyev ideyalarının zəfər yürüşü

“Heydər Əliyev ideyalarının zəfər yürüşü “

Yaqub Mahmudovun kitabının təqdimatı keçirildi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Kitabxanasında AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA-nın vitse prezidenti Arif Həşimov bildirib ki, monoqrafiyada ümummilli lider Heydər Əliyevin şəxsiyyəti, zəngin irsi, dövlətçilik ideyaları, bu ideyaların davamçısı olan prezident İlham Əliyevin daxili və xarici siyasəti araşdırılıb. Kitabda Heydər Əliyevin ömür yoluna həsr olunan “Azərbaycanın dövlətçilik tarixindən”, “Qurtuluş mübarizəsinin qalibi”, “Ata yurdumuzun Atatürkü” və sair bölmələr var.

Y.Mahmudov qeyd edib ki, Heydər Əliyev ümumdünya tarixinin azərbaycanlı dahisidir və dünyanın Atatürk, Vaşinqton, Nehru, de Qoll kimi nadir tarixi simalar arasında öz layiqli yerini tutub: “Heydər Əliyev Azərbaycan tarixinə həm də qurtuluş mübarizəsinin qalibi kimi daxil olub”.

Ədalət.- 2011.- 7 may.- S. 4.

Heydər əliyev ideyalarının zəfər yürüşü

Yevlaxda Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması münasibəti ilə silsilə tədbirlər davam edir.

“Qafqazinfo” xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan növbəti tədbir “Böyük zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi” mövzusuna həsr olunub.

Maraqlı format əsasında təşkil edilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatları Ağalar Vəliyev, İlham Məmmədov, həmçinin əslən Yevlaxdan olan və Respublikanın müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən tanınmış ictimai siyasi xadimlər, incəsənət və mədəniyyət nümayəndələri, eləcə də rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramlarını bildiriblər. Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanınını ziyarət ediblər.

Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş tədbir şəhərdəki “KOB Evi”ndə davam etdirilib. Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad olunub.

Sonra “Böyük zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qeyd edib ki, Heydər Əliyev tarixi şəxsiyyət olmaqla bərabər, məhz tarix yaradan şəxsiyyətdir. Onun yaratdığı tarix 50 milyondan artıq azərbaycanlının qürur mənbəyidir. Heydər Əliyevin bioqrafiyası ilə Azərbaycan tarixi biri-birini tamamlayır, daha doğrusu, onun tərkib hissədir. Ümummilli lider Heydər Əliyevin doğum günü də tariximizin ən parlaq məqamlarındandır. Bu baxımdan ulu öndərin 100 illik yubileyi ilə bağlı tədbirlər silsiləvi və kütləvi xarakter daşıyır. Çünki Azərbaycanda bütün uğurların, nailiyyətlərin müəllifi və banisi məhz Heydər Əliyev olduğundan bu şəxsiyyətə həsr olunan tədbirlər də çoxsaylı, geniş və davamlı olmalıdır.

Anar Tağıyev vurğulayıb ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ulu öndərin digər şah əsəri həm də onun yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsdir, bu məktəbi, bu irsi daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da gücləndirən Prezident İlham Əliyev şəxsiyyətidir. Heydər Əliyevin xaosdan tərəqqiyə yönəltdiyi Azərbaycanı İlham Əliyev tarixinin ən qüdrətli dövrünə çatdırıb. Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasını, enerji kəmərləri layihələrini Prezident İlham Əliyev tam realizə etdirərək, Azərbaycanı dünyanın yeni enerji gücünə, ölkəmizi qlobal nəqliyyat-logistik məkana çevirib.

Bu gün möhtərəm Prezident İlham Əliyevin müəllifi olduğu İnkişafın Azərbaycan modeli, tolerantlıq və multikulturalizmin Azərbaycan nümunəsi, sivilizasiyalararası əməkdaşlığın Azərbaycan platforması, həmçinin ölkəmizin qlobal miyqasda mühüm iqtisadi-siyasi güc kimi qəbul olunması da məhz ulu öndərin əsasını qoyduğu siyasətin təntənələridir.

Sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zahid Xəlil, Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov, Bakı Slavyan Universitetinin prorektoru Ənvər Abbasov, Azərbaycan Dövlət İqtisad Universitetinin, Rus məktəbinin direktoru, iqtisad elmlər namizədi Mənsur Barxudarov, Əməkdar incəsənət xadimi, AzTV-nin əməkdaşı İlham Rəhimli, “Azərbaycan” qəzetinin şöbə redaktoru, Vətən müharibəsi veteranı Rəşad Baxşəliyev, Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov ümummilli lider Heydər Əliyevin Yevlaxla, yevlaxlılarla bağlı mənalı xatirələrindən geniş söhbət açaraq, məhz hələ sovet dönəmində ulu öndərin təşəbbüsü ilə çətin və gərgin bir zamanda bütün bölgələrimiz kimi Yevlaxın böyük inkişaf yolu ilə aqrar-sənaye şəhərinə çevrilməsi faktını diqqətə çatdırıblar.

Comments are closed, but trackbacks and pingbacks are open.