Press "Enter" to skip to content

Heydr liyev irsind azrbaycanlıların soyqırımı v deportasiyası

Anastas Mikoyan başda olmaqla ermənilərin Moskvada əyləşən liderləri türksüz Ermənistan uğrunda fəaliyyətə hələ Böyük Vətən müharibəsindən əvvəl başlamışdılar. Bu xüsusda əsas səbəb kimi o göstərilirdi ki, xaricdə yaşayan on minlərlə erməni mütəxəssisi Ermənistana qayıdaraq, sovet dövlətinin inkişafı və tərəqqisi naminə çalışmaq əzmindədir, lakin onların yerləşdirilməsi ilə bağlı problemlər var. “Optimal” çıxış yolu isə Ermənistan SSR-də qeyri-ermənilərin yaşadığı torpaqların boşaldılması idi.

Mən azərbaycanlıyam!

Bu bloq Ümummilli lider Heydər Əliyevə həsr olunur. Этот блог посвящен Общенациональному лидеру Гейдару Алиеву. This blog is dedicated to the National leader Heydar Aliev.

Страницы

суббота, 30 марта 2013 г.

31 Mart Azərbaycanlıların soyqırımı günüdür

31 Mart Azərbaycanlıların soyqırımı günüdür

İki əsr davam edən genosid

Tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-erməni praktik işbirliyinin nəticəsi olub. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənməyi, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirməyi, bu torpaqlarda erməni dövləti qurmağı məqsəd güdüblər.

Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və iki il sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən I Pyotr yerli əhalinin sərt müqavimətini görüncə, “erməni kartını” işə salmış və azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdi: “Onları (erməniləri) tovlayıb bizim torpaqlara gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun”.

I Pyotrun vəsiyyəti və Azərbaycan torpaqlarının erməniləşdirilməsi

I Pyotrun xələflərinə ünvanladığı tarixi vəsiyyət isə təkcə Ruiya imperiyasının deyil, nəticə etibarilə bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını təşkil etdi. Həmin vəsiyyətə ilk əməl edən II Yekaterina 1768-ci ildə imperiyanın ermənilərə məxsusi hamililiyi barədə fərman verdi, 1802-ci ildə isə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərdi: “Ermənilər nəyin bahasına olursa-olsun Azərbaycan xanlıqlarının ələ keçirməsində istifadə olunmalıdır”. Bu, Rusiyanın Azərbaycan torpaqlarının işğalına başladığı dövr idi.

1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsi Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi prosesini sürətləndirdi. Türkmənçay müqaviləsindən dərhal sonra, 1828-ci il martın 21-də imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” təşkil edildi. Bu, tarixi Azərbaycan tarpaqlarında yaradılacaq gələcək Ermənistanın faktiki təməli idi.

Buradaca bir faktı qeyd edək ki, həmin vaxtın rəsmi statistikasına görə, “Erməni vilayəti”nin mərkəzi olan İrəvan şəhərində 7331 azərbaycanlı, 2369 erməni yaşayırdı. Buna paralel olaraq Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən, İrandan 40 min erməni İrəvan, Qarabağ və Naxçıvana köçürüldü.

Analoji proses XIX əsrdəki Rusiya-Türkiyə müharibələrinin yekununda (1829, 1878) da özünü göstərdi, Türkiyə ərazisindən təxminən 85 min erməni köçürülərək sözügedən bölgələrdə məskunlaşdırıldı. Bu proses minlərlə azərbaycanlının doğma torpağından qovulması, qətlə yetirilməsi ilə müşayiət olunurdu.

Lakin ermənilərin Azərbaycan ərazilərinə köçürülmələrinə baxmayaraq, azərbaycanlılar bu ərazilərdə sayca ermənilərdən üstünlük təşkil edirdi.

Məsələn, 1886-cı ildə Gəncə quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən yalnız 81-i erməni kəndi olmuşdur. İrəvan qəzasında əhalinin 66 faizi azərbaycanlı, 34 faizi isə ermənilərdən ibarət idi. Bu ərazilərdə ermənilərin çoxluq təşkil etməsi məqsədilə azərbaycanlılara qarşı soyqırım siyasətinə əl atılmış, ermənilər çar Rusiyası tərəfindən gizli silahlandırılaraq, hərbi dəstələr yaradılmışdır.

XIX əsrin 2-ci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmağa başladı. Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində “Böyük Ermənistan” dövlət qurmağı niyyətləyən ermənilər “Qnçaq” (1887-ci ildə Cenevrədə qurulub), Daşnaksütyun (1890, Tiflis), “Erməni Vətənpərvərləri İttifaqı” (1895, Hyu-York) kimi siyasi-terror təşkilatları bu istiqamətdə yönəltdilər. Sözügedən təşkilatın fəaliyyət proqramında azərbaycanlılara ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək əsas yeri tuturdu. 1905-1907-ci illərin Rusiya inqilabı bu təşkilatların fəaliyyəti üçün “geniş imkanlar” açdı.

İnqilabi qarışıqlıqdan istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda kütləvi qırğınlar törətdilər, 75 azərbaycanlı kəndini talan etdilər. 1905-1907-ci il inqilabından sonra azərbaycanlıların deportasiyası və soyqırımı prosesi örtülü şəkildə davam edirdi. Bunu Rusiya imperiyasının o vaxtkı statistik məlumatları da təsdiqləyir. Azərbaycanın Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax, Qarabağ əyalətlərində yüzlərlə kənd yandırılmış, əhali uşaqdan böyüyə qədər amansızcasına qətlə yetirilmişdir.

1916-cı ildə nəşr olunan məlumatlara əsasən, İrəvan quberniyasının əhalisi 1830-1914-cü illər ərzində 40 dəfə artaraq, 570 min nəfər təşkil edib. Lakin bunun müqabilində bölgənin azərbaycanlı əhalisinin sayı cəmisi 4,6 dəfə artmışdı. Hətta bu qədər sıxışdırılma və deporatsiya müqabilində yenə 1916-cı ildə İrəvan əhalisinin təxminən 45 faizi, yəni 247 min nəfəri azərbaycanlılar idi.

1914-cü ildə başlanan I Dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar (1917-ci il) ermənilərin “Böyük Ermənistan” iddiası üçün əlverişli şərait yaratdı. 1915-ci ilin əvvəlində Türkiyənin şimal-şərq bölgələrinin (həmin ərazilər Rusiyanın Qafqaz qoşunları tərəfinlən ələ keçirilmişdi) erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi qırğınlara başladı. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr verdi.

Qanlı siyasətin dəst-xətti: 1918-ci ilin mart soyqırımı

Türkiyə ərazisindən erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura böyük miqdarda erməni əhalisi də köçüb gəlmişdi. Rusiya ordusuna arxalanan ermənilər əvvəlcə Naxçıvanda və İrəvanda, ardınca isə Qarabağda, Azərbaycanın digər bölgələrində azərbaycanlılara divan tutmağa başladılar.

1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri faktiki başıpozuqluq şəriatindən istifadə edərək yerli müsəlman əhalisinə divan tutmağa başladılar.

Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmışdı. Bu ərazidə yaşayan 135 min azərbaycanlı türkünün bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşdular.

Bu qırğınlara 1917-ci ilin dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. Şaumyana Cənubi Qafqazda sovetləşdirmə siyasətini həyata keçirmək və həmçinin də Türkiyədə rus ordusunun işğalı altında olan yerlərdə “Türkiyə Ermənistanı” yaratmaq səlahiyyəti verilmişdi. I Dünya Müharibəsinin gedişində baş verən dəyişikliklər də ermənilərin azğın planlarına uyğun idi.

Brest-Litovsk (mart 1918-ci il) sülh müqaviləsinin bağlanması nəticəsində Rusiya qoşunları işğal etdikləri Qars, Ərdəhan və Batum tərk etməli idi. Bu ərazilər Türkiyəyə qaytarıldı. Öz növbəsində Türkiyə dövləti həmin vilayətlərin boşaldılmasını tələb etdi. İran və Türkiyə cəbhəsindən geri dönən rus və erməni əsgərlərinin bir qismi Bakıda yerləşdirilmişdi.

Şaumyan həmin qüvvələrdən azərbaycanlılara qarşı istifadə etmək qərarına gəldi. Həmin dövrdə isə Bakıda çox az sayda könüllü müsəlman əsgərləri var idi. Bu vəziyyətin özü də Şaumyana mənfur siyasətini həyata keçirmək üçün əlverişli imkan verirdi. Böyük qırğınlara başlamaq isə yalnız bəhanə lazım idi.

Nəhayət, bəhanə tapıldı. Müsəlman əsgərlərin Lənkəranda olan könüllülərə silah göndərmək istəməsi Şaumyan bu bəhanəni verdi. O, Lənkərana silah göndərilməsinin qarşısını almaq əmri verdi. Başlanan atışmada ölən və yaralananlar oldu. Şaumyan bu hadisəni bəhanə edərək ruslarla erməniləri azərbaycanlılara qarşı mübarizəyə sövq etdi və “sovet hökumətinə qarşı çıxan” azərbaycanlılara qarşı Bakıda görünməmiş qırğınlar başlandı.

Martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri gəmilərdən yaylım atəşinə tutdular. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər.

Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil aldı. Üç gün ərzində Bakıda 17 min insan qətlə yetirildi. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisindən 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan “İsmailliyyə”nin binasına od vurmuşdular.

Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir.

Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədilmişdir.

Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı (onlardan 2560-ı qadın, 1277-si uşaq idi) qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndi tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törədilmişdi.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı 25 min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.

Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.

Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir (Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, Fövqəladə İstintaq Komissiyasının materialları).

70 illik sovet ideologiyasının tarixşünaslığımıza tətbiq etdiyi “vətəndaş müharibəsi”, “müsavatçıların əks-inqilabi qiyamı” kimi saxtalaşdırılan mart hadisələri bolşevik-daşnak ittifaqının xalqımıza qarşı yeritdiyi növbəti soyqırım siyasəti idi.

Bu qırğının təşkilatçısı S.Şaumyan RSFSR XKS-yə 13 aprel 1918-ci il tarixli məktubunda etiraf edərək yazırdı: “Bizim süvari dəstəyə edilən silahlı hücumdan biz bir bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.

Göründüyü kimi, azərbaycanlılara qarşı aşkar genosid həyata keçirən ermənilər Bakı da daxil bütün Azərbaycanı özlərinin ərazisi etmək əzmində idilər. Biz isə uzun illər bu gerçək tarixdən məlumatsız olmuşuq, saxta ideoloji ehkamlar və beynimizə yeridilən yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənib.

Halbuki hələ 1918-ci il iyulun 15-də Xalq Cümhuriyyətinin hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qətliamlarla bağlı çoxsaylı sənədlər, materiallar toplamışdı. 1919-cu ildə Xalq Cümhuriyyətinin parlamenti 31 martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul etmişdi.

Lakin 1920-ci ilin aprelin Xalq Cümhuriyyətinin süqutu bu işləri də yarımçıq qoydu və Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilmədi. Əvəzində ermənilər istər dünyaya səpələnmiş böyük diasropu vasitəsilə, istərsə də Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin (bu məsələdə onların mahiyyətcə elə bir fərqi yox idi) təbliğat maşınının köməyi ilə qondarma “soyqırımı” kampaniyasına geniş vüsət verdilər.

Azərbaycandakuı 70 illik sovet tarixi isə bizi gerçək tariximizdən uzaq saldı. Hətta dəhşətli genosidin qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbirstanlığın üstünü betonlayaraq üstündə Kirovun möhtəşəm heykəlini qurmuş, ətrafda isə istirahət parkı salmışdılar. Və illər boyu bu parkda istirahət edib, sovet hakimiyyətinin bizə bəxş etdiyi “bəxtəvərlik”dən dəm vuran bizlər təsəvvür etmirdik ki, ayaqlarımızın altında nələr var. Çünki o tarix və dəhşətlərin üstü sözün bütün mənalarında betonlaşdırılmışdı.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası

Ermənilərin azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi qətliam və etnik tənzimləmə isə sovet dövründə də davam edirdi, sadəcə, indi bu proses qanun çərçivəsinə salınmışdı.

Bu xüsusda Stalin dövrünün deportasiyasını, 1948-1953-cü illərdə 100 min azərbaycanlının Ermənistan SSR-dəki tarixi yurdlarından köçünülməsini ayrıca qeyd etmək lazımdır.

SSRİ Hazirlər Sovetinin “Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” 1947-ci il dekabrın 23-də verilən qərarını ermənilər çoxdan gözləyirdilər.

Anastas Mikoyan başda olmaqla ermənilərin Moskvada əyləşən liderləri türksüz Ermənistan uğrunda fəaliyyətə hələ Böyük Vətən müharibəsindən əvvəl başlamışdılar. Bu xüsusda əsas səbəb kimi o göstərilirdi ki, xaricdə yaşayan on minlərlə erməni mütəxəssisi Ermənistana qayıdaraq, sovet dövlətinin inkişafı və tərəqqisi naminə çalışmaq əzmindədir, lakin onların yerləşdirilməsi ilə bağlı problemlər var. “Optimal” çıxış yolu isə Ermənistan SSR-də qeyri-ermənilərin yaşadığı torpaqların boşaldılması idi.

Azərbaycan SSR-in o vaxtkı rəhbərliyi bir müddət bu fəaliyyətin önünü ala bilsə də, Stalin ideyanı dəstəklədi və SSRİ hökumətinin “tarixi” qərarına imza atdı. Azərbaycanlıların yaşadığı 476 kənd tamamilə boşaldıldı. Həhayət, 1987-1989-cu il deporatsiyası Ermənistanda azərbaycanlılara qarşı etnik tənzimləməni başa çatdırdı. Hövbədə isə Azərbaycanın öz ərazisində, Dağlıq Qarabağdakı etnik təmizləmə dururdu.

Azərbaycanlıların 1988-1989-cu illərdə Ermənistandan deportasiyası

1988-ci ilin yanvarından etibarən “türksüz Ermənistan” siyasəti planlı şəkildə həyata keçirilməyə başlanmışdır. Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törətmişlər.

Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir.

Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərayanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir.

Xocalı soyqırımı

Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əskəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir.

Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.

Tarixin qan yaddaşı

1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzaladı. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə 31 martın Azərbaycanlıların soyqırım günü kimi qeyd olunması təsbitləndi.

Ötən dövr ərzində Azərbaycan dövləti tarixi gerçəklikləri, xalqımızın tam iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq aləmə çatdırmaq üçün xeyli iş görüb. Amma bu, yetərli deyil.

Çünki hələ də dünya miqyasında ermənilərin saxta “tarixi” bizim gerçək tariximixi üstələyir. Ən əsası isə odur ki, tarix boyu xalqımızın başına nələrin açıldığını, çəkdiyimiz müsibətlərin gerçək miqyas və mahiyyətini özümüz dərindən dərk etməliyik. Bunun üçün isə həmin tarixi təkcə 31 mart günü deyil, hər gün xatırlamağa, öyrənməyə və unutmamağa borcluyuq.

Heydr liyev irsind azrbaycanlıların soyqırımı v deportasiyası

Azərbaycan xalqının dəfələrlə məruz qaldığı soyqırımı faciələrindən biri də 1948-ci il deportasiyasıdır. XX əsr Azərbaycan tarixinin ən acınacaqlı səhifələrindən olan bu deportasiyanın “baş qəhrəmanı” İ.Stalin, eləcə də A.Mikoyan və digər erməni şovinistləri olmuşdur.

SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 1948-ci il 10 mart tarixli qərarına əsasən, soydaşlarımız dədə-baba torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə zorakılıqla deportasiya olunmuşlar. Erməni millətçilərinin riyakar və məkrli siyasəti nəticəsində on minlərlə azərbaycanlı “könüllülük” pərdəsi altında göz yaşları içərisində, itkilər verə-verə doğma yurdlarından zorla çıxarılmış, sürgünə məruz qalmışdır.

Ulu Öndər Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanında göstərilmişdir: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir”.

Erməni millətçiləri Moskvadakı və xaricdəki havadarlarına arxalanaraq vaxtaşırı öz məkrli niyyətlərini həyata keçirməyə çalışmışlar. Ötən əsrin 40-cı illərində Moskvanın, bilavasitə daşnak A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda “Qarabağ hərəkatı” və “Qarabağ komitəsi” yaradılmışdı. 1945-ci ilin payızında Ermənistan KP MK-nın birinci katibi Q.Arutyunov Dağlıq Qarabağ bölgəsinin onlara verilməsi haqqında məsələni qaldırmış və bu barədə Stalinə məktubla müraciət etmişdi. Stalinin dərkənarı ilə məktub Malenkova göndərilmişdi. Erməni şovinistinin həyasızlığı o yerə çatmışdı ki, əgər məsələ müsbət həll olunardısa, onda Qarabağın keçmiş mərkəzi və 1920-ci ildə dağıdılmış Şuşanın bərpası haqqında hazırlanmış əlavə təkliflər də hökumətə təqdim olunacaqdı.

ÜİK(b)P MK-nın ovaxtkı katibi G.M.Malenkov məsələyə dərhal reaksiya verir və məktubu rəy üçün 1945-ci il noyabrın 28-də Azərbaycan K(b)P MK-nın birinci katibi M.Bağırova göndərir. M.Bağırov dekabrın 10-da (tam məxfi qrifi ilə) ona kəsərli cavab məktubu yazır. Burada Ermənistanın Dağlıq Qarabağla bağlı bütün iddialarının heç bir elmi əsası olmadığı bildirilir, eyni zamanda göstərilir ki, Şuşa istisna olmaqla, Azərbaycan həmin təklifə etiraz etmir, ancaq bir şərtlə – Ermənistan SSP-də, Gürcüstan SSR-də və Dağıstan MSSR-də əhalinin əksəriyyəti azərbaycanlılar olan, Azərbaycanla həmsərhəd, tarixən Azərbaycan torpağı olan ərazilər geri qaytarılsın. Belə tutarlı faktlar qarşısında qalan Kreml rəhbəri məsələyə nöqtə qoyub məktubları arxivdə “dəfn” etməyə qərar verir.

Buna baxmayaraq, erməni fitnəkarları dinc dayanmır, müxtəlif avantürist planlar hazırlayırlar. Növbəti dəfə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi şəkildə köçürülməsi siyasəti ortaya atılır. Azərbaycan xalqına qarşı yönəlmiş bu xəyanətin tarixçəsi belə olmuşdur: İkinci Dünya müharibəsinin qızğın çağında – 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə keçirilən Tehran konfransında SSRİ-İran münasibətləri müzakirə olunarkən erməni diasporu SSRİ-nin xarici işlər naziri V.Molotova müraciət edib İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə istəmişdi. Məsələ ilə bağlı Molotov elə oradaca Stalinlə danışdıqdan sonra ermənilərin köçürülməsinə razılıq vermişdi. Arutyunov bu fürsətdən istifadə edib köçürülmə ilə əlaqədar azərbaycanlıların dədə-baba torpaqlarından deportasiyası barədə qərar verilməsinə nail olur. SSRİ Ali Soveti Rəyasət Heyətinin bu barədəki 19 oktyabr 1946-cı il tarixli fərmanı qərəzli və fərqli idi. Fərq də ondan ibarət idi ki, sənəddə yalnız “repatriasiya” (vətənə qaytarılma) terminindən istifadə olunurdu. Başqa sözlə, SSRİ-yə qayıdan hər hansı bir millətin nümayəndəsi, sadəcə, “emiqrant”, daha dəqiq söyləsək, “demiqrant” (mühacirətdən qayıdan adam) olduğu halda, erməni “repatriant”, yəni “vətənə qaytarılan” adlanırdı.

Beləliklə, azərbaycanlıların Ermənistan SSR adlanan ərazisindəki dədə-baba torpaqlarından kütləvi şəkildə qovulması prosesinin növbəti mərhələsi başlanır. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar verir. Bu qərar Azərbaycan xalqı üçün gözlənilməz zərbə idi. Qərara “kolxozçu” sözünün əlavə edilməsi siyasi manevrdən başqa bir şey deyildi. 1948-ci il mart ayının 10-da SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” yeni qərarında göstərilirdi ki, bu, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir. Hər iki qərarı Stalin imzalamışdı.

O günlərin canlı şahidi, tibb elmləri doktoru, professor, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski deyir: “Uşaq idim, 8 yaşındaydım, köçürülmənin mahiyyətini böyüklər qədər anlamasam da, hiss edirdim ki, bu qərarın narahatçılığı bütün Böyük Vedini başına götürüb. Nəinki Vedidə, qonşu Qafan və Ğöyçə rayonlarının əhalisi də xiffət içində idi. Hara getsən, hansı kəndə, hansı qohum evinə dönsən, insanlar min illərlə yaşadıqları dədə-baba yurdlarından zorla köçürüləcəklərindən danışırdılar. Elələri var idi ki, ölsəm də, öldürsələr də evimi-eşiyimi, ölümü-dirimi burada qoyub getməyəcəyəm, – deyirdi. İnsanlara pis təsir edən o idi ki, köçürülməzdən əvvəl Ermənistan respublikasının təşkilatçılığı ilə müsəlman kəndləri İrandan gətirilmiş ermənilərin yerləşdirilməsi üçün bölgü edilmişdi. Atam məktəb direktoru olduğundan hadisələrin gedişindən məlumatlı idi. Odur ki, birinci deportasiyadan sonra vəziyyətin gərginliyini nəzərə alıb, təcili o vaxt Şamxor Rayon Partiya Komitəsinin birinci katibi, ailəmizin yaxını Rza Aslanovun yanına getdi, Şamxora köçəcəyimizi məsləhətləşdi.

1948-ci ilin qızmar iyul günlərində bizim ailə də daxil olmaqla Böyük Vedi əhlisinin bir hissəsini vay-şivən içərisində Dəvəli stansiyasına gətirib yük vaqonlarına doldurdular. Körpələr heç dözmürdülər, nə qədər xəstələnən, hətta ölənlər oldu. Sürgün qatarındakıların çoxunu Beyləqan, İmişli, Sabirabad, Bərdə, Tərtər, Yevlax rayonlarına verdilər. Bizim ailə isə atam Əməkdar müəllim olduğuna və Şəmkirdə müəllimə ehtiyac səbəbindən burada saxlanıldı. Atam, anam və 7 uşaq Leninkənddə (indiki Çinarlı) kiçik mətbəxdən ibarət birotaqlı mənzildə yerləşdirildik”.

Mütəxəssislərin araşdırmalarına görə, azərbaycanlılara qarşı soyqırımı siyasətinin tərkib hissəsi olan 1948-ci il deportasiyası zamanı Ermənistan SSR-dən respublikamızın Kür-Araz ovalığına 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min azərbaycanlı zorla köçürülmüşdür.

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib – FOTO

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib.

BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Eləcə də Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-Lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuzillik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün xalqımız Xocalı faciəsi qurbanlarının xatirəsini alnıaçıq, başıuca yad edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin rəmzinə çevrilib.

Comments are closed, but trackbacks and pingbacks are open.