Heydər əliyev multikulturalizm
“Amnesty İnternational” təşkilatının verdiyi məlumata görə, bu günə qədər Almaniyada 6 mindən çox fəal nasist qeydə alınıb, miliyyətçilər tərəfindən irqi zəminində ən azı 200-dən artıq cinayət törədilib. Almaniya kansleri Angela Merkel 2010-cu ilin oktyabr ayında keçirdiyi görüşlərin birində bəyan etmişdi ki, Almaniyada multikultural cəmiyyət qurmaq cəhdləri “tamamilə iflasa uğrayıb”.
Xankəndi
Hazırda Qərb ölkələrində multikulturalizm prinsipləri ciddi şəkildə böhran keçirməkdədir. Avropanın aparıcı Britaniya, Almaniya və Fransa kimi ölkələrində multikulural dəyərlər siyasi zədə alaraq, müəyyən qüvvələr tərəfindən bilərəkdən gözdən salınır.
Müasir alman filosofu Yürgen Habermasın dediyi kimi, multikulturalizmin əsas prinsipi “mədəni həyatın müxtəlif formalarının bərabər hüquqlarla yanaşı mövcud olması”, yəni azlıqla çoxluğun bərabər hüquqlara malik olmasıdır. Ümumiyyətlə, azlığın dəstəklənməsi proqramının dövlət siyasətinin sadəcə bir xəttinə yox, ümumən bütün sosial-siyasi sistemin tərkib hissəsinə çevrilməsi vacibdir.
Hələ XVIII-XIX əsrlərdə Avropada savaşların getdiyi bir vaxtda çoxlu sayda alman dünyanın müxtəlif qitə, region və ölkələrinə miqrasiya etməyə başladılar. 1917-ci ildə Şimali Qafqazdakı 200-dən artıq alman koloniyasında 160 mindən çox alman yaşayırdı. 1819-cu ildən sonra Azərbaycanda 194 alman miqrant ailəsinin yerləşdirilməsindən sonra çoxlu koloniya yaradıldı: məsələn, “Annenfeld”, “Helenendorf”, “Georqsfeld”, “Qrünfeld”, “Ayxenfeld” və “Traubenfeld”.
1918-ci ilə qədər bütün Azərbaycan ərazisindəki almanların ümumi sayı 6 min nəfər idi. Azərbaycanda yaşayan almanlar dini baxımdan Protestantlığa etiqad edir və çox rahat şəkildə dini ibadətlərini həyata keçirə bilirdilər. Ən əsası isə, 1857-ci ildə Helenendorf, 1868-ci ildə Gədəbəy, 1869-cu ildə Şamaxı, 1897-ci ildə Bakı və 1911-ci ildə isə Annenfeldə almanlar tərəfindən kilsələr inşa olunmuşdu.
Azərbaycanda yaşayan almanlara təkcə din, məişət azadlığı yox, həmçinin öz dillərində qəzet buraxmaq kimi imkanlar da yaradılmışdır. Misal olaraq, 1924-cü ildə Bakıda çap olunan “Bauer und Arbeit” adlı qəzetin adını çəkmək olar. Alman dilində nəşr olunan həmin qəzetin işçi heyəti – A.A. Erfurt, P.Kulfeldt və Schönberg adlı almanlardan ibarət idi.
Bu qədər açıq və çoxmədəniyyətli Azərbaycan cəmiyyətində həmişə qeyri-azərbaycanlılara qarşı xoş və müaliyim rəftar sərgilənib. Vaxtilə almanlar Azərbaycana miqrasiya etmişdilərsə, sonradan Qarabağ müharibəsindən dolayı bəzi qaçqınlar Almaniyaya köçdülər. Almaniyada baş alan ksenofob, dini, etnik, milli ayrı-seçkilik zəminindəki düşüncə və fikirlərdən dolayı mənfi davranış Azərbaycandan olan mühacirlərə qarşı da müşahidə olunub. 2015-ci ildə Bavariya əyalətində yerləşən Azərbaycandan olan 19 miqrantın, həmçinin 3 azyaşlı uşağın məşkunlaşdığı sığınacağa millətçilər od vuraraq yandırdılar.
Faktlar onu göstərir ki, Avropada multikulturalizm birgə yaşam tərzi anlayışından çıxaraq, sırf siyasi əhəmiyyət daşımağa başlayıb. Bir vaxtlar ağız dolusu ilə multikuluralizmdən danışan Avropanın dediyi prinsiplər sarsılmaqdadır.
“Amnesty İnternational” təşkilatının verdiyi məlumata görə, bu günə qədər Almaniyada 6 mindən çox fəal nasist qeydə alınıb, miliyyətçilər tərəfindən irqi zəminində ən azı 200-dən artıq cinayət törədilib. Almaniya kansleri Angela Merkel 2010-cu ilin oktyabr ayında keçirdiyi görüşlərin birində bəyan etmişdi ki, Almaniyada multikultural cəmiyyət qurmaq cəhdləri “tamamilə iflasa uğrayıb”.
Ümumiyyətlə, “Ümumavropa evi” konsepsiyasının mənəvi əsaslarını təşkil edən multikulturalizm ideyasından rəsmi şəkildə imtina edilməsi mahiyyət etibarilə Avropanın immiqrasiya siyasətində fikirlərin toqquşması hallarının artmasına gətirib çıxardı. Multikulturalizmin paradiqmasına uyğun olaraq, mədəni müxtəliflikləri dərk etmək ədalətin əsas şərtidir. Multikulturalizmin təzadı isə nəzəri postulatlarla onların realizasiyasının praktik gerçəklikləri arasındakı uyğunsuzluq nəticəsində yaranır. Multikulturalizm cəmiyyətin etnomədəni, dini və s. təməllərə söykənən sosial strukturların qarşılıqlı əlaqəsi üzərində qurulmasını nəzərdə tutur. Multikulturalizmin alternativi assimilyasiyadır, etnik-milli xüsusiyyətlərdən könüllü, çox vaxt isə məcburi imtina və səni qəbul edən cəmiyyətin xüsusiyyətlərini mənimsəməkdir.
Multikulturalizm termini Avropanın siyasi leksikonunda ilk növbədə daha çox “tolerantlıq” kimi anlaşılırdı. Yəni Avropa hökumətlərinin məsələyə konseptual baxışı ikinci və üçüncü nəsildən olan mühacirlərin cəmiyyətə inteqrasiyasına yox, yad mədəniyyətin təmsilçiləri ilə yanaşı yaşamağa, daha çox dözümlü olmağa əsaslanırdı. Avropa ölkələrinin hökumətləri multikulturalizm siyasətini heç də inteqrasiya məqsədilə yox, daha çox siyasi və elektoral mülahizələrdən çıxış etməklə yürüdür, bu zaman özlərinin məhdud populist və sırf praqmatik maraqlarını güdürdülər.
Elə bu səbəbdən də anti-miqrant, anti-müsəlman siyasi kurs yürüdən “PEGİDA” “AfD”, “LEGİDA”, “Die Rechten” kimi sağ təmayüllü siyasi partiya və təşkilatlar əhalinin səsini qazanmaq üçün anti-multikultural düşüncələrlə çıxış etməyə başladılar. Millətçi atmosferin formalaşması nəticə etibarı ilə cəmiyyətdəki multikulturalizmin özülünü yavaş-yavaş dağıtmağa başladı.
“Azərbaycan Modeli”
Əsirlər boyu inkişaf keçərək püxtələşən və hər bir ölkəyə nümunə ola biləcək multikuluralizmin artıq “Azərbaycan Modeli” var. Əslində multikulturalizm və assimilyasiya eyni problemin – cəmiyyətin parçalanmasının həlli üçün irəli sürülən müxtəlif strategiyalardır. Avropada istiqamətverici fikirlərdən biri də o olub ki, immiqrasiya və inteqrasiya dövlət strategiyaları və qurumları tərəfindən idarə edilməlidir. İstər immiqrantların, istərsə də yerli qrupların real inteqrasiyası isə dövlətin fəaliyyətində nadir hallarda öz əksini tapıb.
Birincisi, Avropa yaşanmış bir təcrübə kimi sosial müxtəlifliyi siyasi bir proses kimi multikulturalizmdən ayırmalıdır. Kütləvi immiqrasiya nəticəsində yaranan sosial müxtəliflik qəbul edilməlidir. İkincisi, Avropa irqçiliyi görməzdən gəlməməlidir. Ancaq bu, o demək deyil ki, dövlət xüsusi qruplara qarşı diskriminasiyanı gözardı etməlidir.
Azərbaycan əsirlər boyu müxtəlif xalqların nümayəndələri ilə çox sıx və bir dövlətdə yaşayıblar. Heç bir zaman ölkədəki etnik qruplar arasıda multkulturlizmin prinsiplərinə tərs olaraq təpki müşahidə olunmayıb. Azərbaycanda ləzgi, tat, talış, yəhudi, rus, gürcü, alman, udin, buduq, ingeloyd, avar, dargin və digər etniklər tarixin müəyyən dövründə yaşayıb və hələ də birlikdə yaşamaqdadırlar. Məsələnin incəliyinə varsaq, hətta erməni əsilli vətəndaşların hazırda Azərbaycanda birgə yaşadıqlarını demək olar. Bu, Azərbaycan modelinin sadəcə etnik və millət tərkibidir.
Şübhəsiz ki, multikultural modelin forlaşması üçün dövlətin də diqqət və qayğısı danılmazdır. Prezident İlham Əliyevin 2015-ci il 15 may tarixli qərarı ilə “Bakı Beynəlxalq “Multikulturalizm Mərkəzi” yaradıldı. “Multikuluralizm Mərkəzi” tez-tez ölkə daxilində və xaricidə müxtəlif səpkidə elmi konfrans və simpoziyumumlar təşkil edərək “Azərbaycan Modeli”ni dövlətlərin diqqətinə çatdırır.
Bundan başqa prezident İlham Əliyevin xüsusi fərmanı ilə “Millətlərarası Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri” adlı səlahiyyətli dövlət rəsmi nümayəndəliyi təsis olundu. Sözügedən müşavir də öz növbəsində dünya çapında multikuluralizmin tam qayəsini, o cümlədən Azərbaycanın qazandığı tarixi təcrübələrin, modelinin dünyaya ixrac olunmasında əsas fiqurlardan sayılır.
Bu zamana qədər Azərbaycanın təşkilatçılığı ilə Almaniyada keçirilən multikulturalizm və tolerantlıq adlı mövzuların hamısı xüsusən diqqət çəkir. Konfransaların bir çoxuna Almaniyanın bir sıra yüksək səviyyəli dövlət rəsmilər qatılıblar. 2015-ci ildə Auqsburq Universitetində keçirilən növbəti akademik kurrikulumla 11-ci ali məktəbə imza atılıdı. Belə ki, bütün bu çəkilən zəhmətin nəticəsində Litva, Gürcüstan, Rusiya, Bolqarıstan, Çexiya, İtaliya, Almaniya və Belarus universitetlərində “Azərbaycan Multikulturalizmi” adlı fənni həm magistr, həm də bakalavr dərəcələrində tədris olunmağa başlanılıb.
Heydər əliyev multikulturalizm
Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı IV Beynəlxalq konfrans keçirilib. Artıq ənənə halını almış və silsilə olaraq keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş eyniadlı I Beynəlxalq elmi konfrans da öz geniş miqyasına, əhatə dairəsinə görə mötəbər və yaddaqalan olmuşdur. Konfransın bölmə iclaslarının müzakirələri dünyanın 11 ölkəsində və 14 universitetində keçirilmişdi. Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarusiya, Gürcüstan və s. kimi ölkələrin nüfuzlu universitetlərində təşkil olunmuş konfrans böyük marağa səbəb olmuşdu. II Beynəlxalq elmi konfrans isə ali təhsil müəssisələri ilə yanaşı, Respublikamızın 10-a yaxın rayon və şəhərində, məcburi köçkün məktəblərində baş tutmuşdu. Konfransın miqyasının məktəblərə yayılması orada təhsil alan şagirdlərin layiqli Azərbaycan vətəndaşı kimi formalaşmasında öz töhfəsini vermişdi. Konfransda həmçinin, Rumıniya, Rusiya, Serbiya, Fransa, İsrail, İndoneziya və s. ölkələrin nümayəndələri iştirak etmişdilər. Ənənəni davam etdirərək bu ilki Beynəlxalq konfrans pandemiya vəziyyəti ilə əlaqədar olaraq onlayn formatda keçirilib.
Elm və innovasiya məsələləri üzrə prorektor, professor Novruz Məmmədov konfrans iştirakçılarını salamlayaraq, uğurlar arzu edib. O, əvvəlki illərdə baş tutan konfransları xatırladaraq bildirib ki, ADU-da keçirilən və artıq ənənə halını almış bu konfransa hər il olduğu kimi bu il də maraq çox böyük olub. Bu ilki konfrans həm də ölkəmizin Böyük Vətən müharibəsində qazandığı parlaq qələbə, böyük zəfər ilə də əlamətdardır, bu isə öz növbəsində multikultural siyasətin əsasını qoyan Ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin təzahürüdür. Ulu öndərin qurduğu düzgün daxili və xarici siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan beynəlxalq aləmdə qüdrətli, zəngin, demokratik ölkə kimi mövqeyini günbəgün möhkəmləndirməkdədir.
Konfransa 27 təhsil müəssisəsindən 150-dən artıq elmi tezis təqdim olunub. Konfrans iştirakçıları öz rəngarəng və məzmun dolğunluğu ilə seçilən mövzularını təqdim ediblər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rüfət Hüseynzadə belə bir konfransda çıxış etməsindən böyük qurur hissi duyduğunu bildirib. O, Ulu öndərin müəllimlik peşəsinə verdiyi qiymət və dəyərli fikirlərindən danışıb.
ADU-nun dosenti Vidadi Bəşirov da öz növbəsində bildirib ki, cəmiyyətdə mənəvi sağlamlıq pedaqoji fəaliyyətin təzahürüdür. Respublikamızın regionlarında fəaliyyət göstərən ali təhsil ocaqlarından konfransa qatılan əməkdaşların məruzələri təqdirəlayiqdir.
Ağdam rayonu 1saylı tam orta məktəbin müəllimi Könül Aslanovanın “Heydər Əliyev və Azərbaycanın tarixi mədəniyyət mərkəzi Şuşa” adlı məruzəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının əməkdaşı Sahilə Ağasiyevanın “Azərbaycanda multikultural və tolerant dəyərlər: Heydər Əliyevin dövlət siyasətinin əsas prinsipləri kimi” mövzusunda çıxışı maraqla qarşılanıb. Şamaxı rayon, Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnurə Babaşova “Heydər Əliyev və qadın siyasəti” adlı məruzəsində qadınlara verilən dəyər və diqqətin Ulu öndərin əsas prinsiplərindən biri olduğunu bildirib.
Sonra Azərbaycanın Almaniya, Türkiyə, Gürcüstan, Rumıniya, Ukrayna və s. kimi ölkələrlə olan multikultural əlaqələrini, münasibətlərini əks etdirən maraqlı mövzularda məruzələr dinlənilib.
Bakı Dövlət Universitetinin dosenti Pərvanə İbrahimovanın tələbəsi ilə birgə “İkinci Qarabağ müharibəsi: Türkiyə mediasının yanaşması” adlı məruzə öz aktual məzmunu ilə seçilən çıxışlardan olub.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin əməkdaşı Kamal Salayevin “Azərbaycanlılarla gürcülərin arasındakı multikultural əlaqələrin formalaşmasında Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti”, Ramilə Dadaşovanın “Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin BMT-də islahatlar haqqında ideya və təklifləri”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun dosenti Nigar Axundovanın “Azərbaycan Respublikasının beynəlxalq mədəni əlaqələrində multikulturalizmin yeri” adlı məruzələri Azərbaycanın beynəlxalq siyasətini müfəssəl şəkildə əhatə edən çıxışlar arasında yer alıb.
Konfransa həmçinin, Respublikamızın digər universitetləri və elm ocaqlarından, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası, Bakı Biznes Universiteti, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu, İ.Nəsimi adına Dilçilik İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı və Cəlilabad filialı əməkdaşlarının tezisləri yer alıb.
Azərbaycan Dillər Universitetinin dosenti Elxan Yusifovun “Heydər Əliyevin Almaniya siyasətinin prioritet cəhətləri” mövzusunda çıxışı konfrans iştirakçılarının marağına səbəb olub.
ADU-nun əməkdaşı Iosefina Blazsani-Batto Rumıniya və Azərbaycan arasında strateji əməkdaşlıqdan danışıb, Azərbaycanın mədəni irsini, dilini və ədəbiyyatını gənclər xüsusilə uşaqlar və tələbələr arasında tanıtmaq məqsədilə Azərbaycan nağıllarının nümunəsi əsasında apardığı təcrübəni slayd şəklində konfrans iştirakçılarına təqdim edib.
ADU-nun əməkdaşları ilə yanaşı digər ali təhsil müəssisələrindən olan əməkdaşların məruzələri yüksək qiymətləndirilib. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji kollecinin müəllimi Emil Ağayev, Azərbaycan Respublikasının Təhsil İnstitutunun doktorantı Abdulxaliq Məmmədli, ADU-nun əməkdaşı Aygün Soltanzadə məruzələrini prezentasiya şəklində konfrans iştirakçılarına təqdim edib.
Konfransda həmçinin Ukrayna, Tatarıstan və Rumıniyanın nüfuzlu universitetlərdən olan əməkdaşların məruzələri maraqla dinlənilib. Kiyev Milli Linqvistik Universitetinin dosenti Anastasiya Pojar Ukrayna və Azərbaycanın multikultural əlaqələrindən, iki universitet arasında olan sıx əməkdaşlıqdan, orada fəaliyyət göstərən Azərbaycan mərkəzindən danışıb. O, çıxışın sonunda Azərbaycanı ədaləti bərpa edərək, torpaqlarını işğaldan azad etməsi münasibətilə bir daha təbrik edib. Rumıniyanın A.İ.Kuza adına Yasski Universitetinin dosenti Lyudmila Bejenaru iki ölkə arasında olan sıx əməkdaşlıqdan, Azərbaycanda multikulturalizm sahəsində apardığı 10 illik təcrübəsindən, iki ölkə arasında olan münasibətlərdən, Rumıniyada Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyətindən bəhs edən məruzə ilə çıxış edib.
Konfransın bağlanış nitqində Elm və innovasiya məsələləri üzrə prorektor, professor Novruz Məmmədov hər bir iştirakçıya təşəkkürünü bildirib, səsləndirilən məruzələrin hər birinin maraqlı və əhatəli olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı prezident İlham Əliyevin bu yöndə apardığı siyasəti yüksək dəyərləndirən professor Novruz Məmmədov qeyd edib ki, multikulturalizm sülhün və əmin-amanlığın bərpasına xidmət edən nəzəriyyə və ideyadır. O, həmçinin ADU-nun rektoru, akademik Kamal Abdullanın multikulturalizm sahəsində atdığı addımlardan bəhs edib.
Sonda iştirakçılar Universitet rəhbərliyinə və təşkilatçılara maraqlı konfransa görə təşəkkür ediblər.
Prezident İlham Əliyev: Multikulturalizm Azərbaycanda həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib. Ona görə də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu barədə deyib: “Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunur”.
Dövlətimizin başçısı İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdırıb. Ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir. İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü isə Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır.
Prezident İlham Əliyev 2014-cü il oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki nitqində bu barədə deyib: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək”.
Multikulturalizm nədir? Beynəlxalq anlayışda multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığını görürük. Müstəqilliyini bərpa etdikdən sonra isə ölkəmizdə multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşıb ki, indi bu dəstək özünün çiçəklənmə dövrünü yaşayır.
Multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyən Azərbaycan dünyada bu prosesə qarşı olan təhlükəni hiss edir və onun xilası naminə mühüm təşəbbüslər irəli sürür. Məsələn, 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olunmuşdu. Bu, tarixdə ilk dəfə baş verdi. 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına isə Avropa Şurasından mədəniyyət nazirləri qatılmışdı. “Bakı prosesi” adlanan bu təşəbbüs sonradan Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təkan verdi. Bu tədbirlər isə multikulturalizm ənənələrinin təbliğində Azərbaycanın əvəzsiz rolunu göstərdi. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə ölkəmizin tolerantlıq prinsiplərinə dönmədən sadiq qalmasının bariz nümunəsinə çevrildi.
Dövlətimizin başçısı 2015-ci il mayın 18-də Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı nitqində bu barədə deyib: “Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi. Multikulturalizmin alternativi yoxdur. Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək”.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verir. Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir neçə ölkəsində bu qəbildən silsilə tədbirlər keçirilir. Məsələn, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilən konfrans multikulturalizmin bu və ya digər formada sıxışdırıldığı Avropanın gələcəyində onun əhəmiyyətini göstərirdi.
“Ekstremizm və terrorçuluğa qətiyyətlə yox deməklə biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik. Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Dərin multikulturalizm köklərinə malik ölkə kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır”, – deyə Mehriban Əliyeva həmin konfransda vurğulayıb.
Beləliklə, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. Bu il BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək 7-ci Qlobal Forumu da dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Digər tərəfdən, bu, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər verir.
Comments are closed, but trackbacks and pingbacks are open.