Press "Enter" to skip to content

Heydər əliyev tədbir

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilib.

Heydər əliyev tədbir

Ana Səhifə 3-cü-sektor “Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilib – FOTOLAR

!Reklam – Arxiv
Xəbərlər Departamenti – May 11, 2019 – 11:17
!Reklam – Yazi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkili Şahin İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və “Space” Müstəqil Teleradio Şirkətinin prezidenti, kinorejissor Vaqif Mustafayev, 300-dən çox gənc və gənclər təşkilatlarının nümayəndələri iştirak edib. İlk olaraq tədbir iştirakçıları və qonaqlar Ümummilli lider Heydər Əliyevin Bakı Gənclər Mərkəzinin foyesindəki büstünün önünə gül dəstələri qoyub, Ulu öndərin xatirə muzeyi ilə tanış olublar. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra gənclərin iştirakıyla keçirilmiş Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş fləşmobun qısa videoçarxı və gənclər təşkilatlarının birgə hazırladığı Ümummilli liderə həsr olunmuş video material nümayiş olunub. Çıxış edən tədbir iştirakçıları Heydər Əliyevin misilsiz xidmətlərindən, onun gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıblar. Xalq artisti Vaqif Mustafayev Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Sonda Vaqif Mustafayevin Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunub.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Heydər əliyev tədbir

Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynamışdır. Bu böyük şəxsiyyətin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsi müstəsna əhəmiyyətə malikdir.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi məhz bu işlə – Azərbaycan xalqının ümummilli liderinin irsinin öyrənilməsi və təbliği ilə məşğul olan qurumdur.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi 10 may 2004-cü ildən etibarən ümummilli liderimizin zəngin irsini – çıxışları, müsahibələri, görüşləri, bəyanatları və məktublarının mətnlərini 50 dildə geniş auditoriyaya təqdim edən “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanasının əsasında yaradılmışdır. Qürur hissi ilə bildiririk ki, fəaliyyətdə olduğu illər ərzində planetin 200-dən artıq ölkəsindən yüz minlərlə oxucu kitabxanamızla tanış olmuşdur.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanası, Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən regional bürolar, siyasətçilər, politoloqlar, diplomatlar və tarixçilər üçün ən müxtəlif dillərdə kitablar nəşr edən nəşriyyat qrupundan ibarətdir. Mərkəz həmçinin, orijinal tədris proqramları əsasında gənc müəllimlər, ali məktəblərin magistrantları və tələbələri üçün “Heydər Əliyev irsini öyrənirik” interaktiv kursları və yay məktəbləri təşkil edir, eləcə də planetin mühüm elmi mərkəzləri ilə internet körpülər yaradır.

Mərkəzin fəaliyyəti ekspertlərdən ibarət Elmi-Redaksiya Şurası tərəfindən istiqamətləndirilir. Şuranın əsas məqsədi qəbul olunan qərarların böyük səmərəliliyini və effektliliyini təmin etməkdən ibarətdir.

Heydər Əliyev və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi

Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə azərbaycanlı gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirib. Nəzərə alsaq ki, çar Rusiyası türk xalqlarının hərbi vətənpərvərlik hissini məhv etmək üçün azərbaycanlı gənclərin hərbi xidmətə çağırılmasını rüsum ödəməklə əvəz edib, xalqımızın hərb tarixini unutdurmağa çalışıblar. Bu baxımdan gələcəyə köklənmiş uzaqgörən işlər sırasında Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması mühüm əhəmiyyətə malikdir. Maarif Nazirliyi və respublika hərbi komissarlığı Azərbaycan KP MK bürosunun 1971-ci il 29 aprel qərarını əsas götürərək, hərbi təmayüllü internat məktəbinin açılması üçün 1971-ci il iyunun 16-da müraciət hazırlayır. Bu müraciət dərhal müzakirə olunur və 1971-ci il iyulun 20-də “İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında” Azərbaycan KP MK bürosu qərar qəbul edir. Məktəbin açılışı 1971-ci ilin noyabr ayında baş tutub. Heydər Əliyev təntənəli mərasimdə iştirak edərək bildirmişdi ki, yeni məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adı verilir. Arxiv materialları içərisində C.Naxçıvanskinin adının əbədiləşdirilməsi haqqında Mərkəzi büronun qərarı bu faktı təsdiq edir. Heydər Əliyev hələ 3 il idi ki, respublikaya rəhbərlik edirdi. Azərbaycanlı gənclərin hərbi təhsil alması məsələsinin vacibliyi onu təxirəsalmaz işlər görməyə vadar etmişdi. Bu, onu göstərir ki, Heydər Əliyev Azərbaycan tarixini gözəl bilir və imperiya dövründə xalqımızın hərb sənətinin unutdurulması məsələsinin hansı nəticələr verəcəyini görürdü. Əsası 70-ci illərin əvvəlində qoyulmuş hərbi məktəbin səmərəli nəticələri 30-40 il sonra Azərbaycan ordusunun tam formalaşması ilə özünü göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru dosent Leyla Hüseynova deyib. Onun sözlərinə görə, hərbi vətənpərvərlik tərbiyəsini gücləndirməyin bir istiqaməti də Azərbaycan tarixinin öyrədilməsidir: “70-ci illərdə müttəfiq respublikaların elmlər akademiyaları tarix institutlarının əksəriyyəti öz xalqlarının çoxcildlik tarixini hazırlamağı planlaşdırmışdılar. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti də “Azərbaycan tarixi”nin (9 cilddə) yazılması qərarı ilə Baş redaksiya şurası yaratmışdı, cildlərin redaksiyaları, müəllifləri artıq fəaliyyətə başlamışdılar. Bu təşəbbüs “ideoloji rəhbərliyi”, xüsusən Mərkəzi Komitənin katibi M.A.Suslovu çox narahat etmişdi. Hətta Sov.İKP Mərkəzi Komitəsində bu məsələ respublika rəhbərlərinin və tarixçilərinin iştirakı ilə müzakirə olunmuşdu. Müzakirədə hər respublikanın fərdi “çoxcildlik” tarixinin əvəzinə regionlar (zonalar) üzrə birgə kitabın yazılması məsləhət görülmüşdü. Bu səbəbdən bir müddət respublikalar üzrə çoxcildlik tarixin yazılması ləngidildi. Ancaq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin və Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi D.Ə.Kunayevin Moskvaya məktubları sayəsində işə yenidən başlanıldı.

Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu ikinci dövrdə də hərbi vətənpərvərlik işinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirib. O, dəfələrlə hərbi hissələrdə, ön cəbhədə Silahlı Qüvvələrin heyəti ilə görüşüb, problemlərlə yerində tanış olub. Heydər Əliyev hərbi sahənin gücləndirilməsi işi ilə yanaşı, şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərini də əsas vəzifə hesab edirdi. Ulu Öndər çıxışlarının birində Vətən təəssübkeşliyinin müqəddəsliyini vurğulayaraq bu ifadəni işlətmişdi: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Leyla Hüseynova bildirib ki, 1994-cü ildə Azərbaycan Respublikası ərazisinə Ermənistan silahlı qüvvələrinin yeni hücumları ilə əlaqədar güclü ordu yaratmaq üçün bütün qüvvələrin səfərbərliyə alınması vəzifələrinə həsr olunmuş müşavirədə Prezident Heydər Əliyev özəl universitetlərdə təhsil alan gənclərin hərbi xidmətə cəlb olunması məsələsini qaldırdı: “Çox keçmədən gənclərin hərbi təhsili zənginləşdirildi, maddi-texniki baza gücləndirildi. Azərbaycan Milli Ordusunun yaradılmasının 80 və 85 illiyinə həsr olunmuş təntənəli yubiley tədbirləri keçirildi. Bu tədbirlərin keçirilməsi milli qürur, milli qeyrət hissinin aşılanması baxımından əhəmiyyətə malikdir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında respublikamızda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Çıxışında konseptual məsələlərdən bəhs edən Ulu Öndər Azərbaycanın hərb tarixindən də bəhs etmiş və dünya azərbaycanlılarının ümumi amal üçün səfərbər edilməsi, xaricdə yaşayan gənclərin də Qarabağ uğrunda fəaliyyət göstərməsinin vacibliyi qeyd olunub. Dünya azərbaycanlılarının təşkilatlanması məsələsi də vətənpərvərlik siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

Heydər Əliyevin məqsədyönlü siyasəti öz əməli nəticəsini 2020-ci ildə 44 günlük Vətən müharibəsində göstərdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təcavüzünə cavab olaraq Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusuna cəbhə boyu əks-hücum haqqında əmr verdi. Bu qərarı nəinki Azərbaycan Respublikasının on milyonluq vətəndaşları, bütün dünyaya səpələnmiş bütöv Azərbaycan xalqı dəstəklədi. İstər hərb meydanında, istər informasiya sahəsində Azərbaycan xalqının haqq mübarizəsi geniş vüsət aldı. Xalqın, ordunun birliyi fonunda mühüm qələbələrə imza atıldı. Qələbələrin zirvəsi Azərbaycanın dilbər guşəsi, mədəniyyət ocağı, milli qeyrət, milli mənlik simvolu olan Şuşa şəhərinin azad edilməsi oldu. Tarixi memarlıq ansamblı dağıntılara məruz qalmadan Şuşa azad edildi. Şuşanın azad edilməsi qısa zaman çərçivəsində beynəlxalq hərbi ekspertlər, siyasi xadimlər tərəfindən təhlil edildi. Təbii ki, bu həssas yanaşmanı, duyarlılığı yalnız bu diyarın – Qarabağın, Şuşanın əsl sahibləri, əsl sakinləri edə bilərdi”.

Comments are closed, but trackbacks and pingbacks are open.