Press "Enter" to skip to content

Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məqalə dərc olunub İran qəzetində

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da ‎Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, ‎‎1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən ‎sonra Azərbaycan Sənaye İnstitutunun (indiki ‎Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq ‎fakültəsində təhsil almışdır. Başlanan müharibə ona ‎təhsilini başa çatdırmağa imkan verməmişdir.‎ ‎1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili ‎İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq ‎Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş ‎və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə ‎göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları ‎sistemində çalışan Heydər Əliyev 1964-cü ildən ‎Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət ‎Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə ‎sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər ‎yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-‎Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə ‎Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini ‎bitirmişdir.‎ Azərbaycan Kommunist Partiyası Mərkəzi ‎Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev ‎Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ‎birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. ‎‎1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist ‎Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü ‎seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci ‎müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin ‎rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində ‎SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti ‎sədrinin müavini olmuşdur.‎ Heydər Əliyev 1987-ci ilin oktyabrmda Sovet İttifaqı ‎Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun ‎və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi ‎xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa ‎vermişdir.‎ Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet ‎qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ‎ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində ‎bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı ‎törədilmiş cinayətin təşkilatçıları və icraçılarının ‎cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda ‎yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ ‎rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ‎ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının ‎sıralarını tərk etmişdir.‎ ‎1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər ‎Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, ‎həmin ildə də Azərbaycan Ali Sovetinə deputat ‎seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar ‎Respublikası Ali Məclisinin sədri, Azərbaycan ‎Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. ‎Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının ‎Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında ‎partiyanın sədri seçilmişdir.‎ ‎1993-cü ilin may-iyununda hökumət böhranının son ‎dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin ‎baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi ‎yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin ‎hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. ‎Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi ‎rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər ‎Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin ‎sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə ‎Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini ‎həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ‎ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev ‎Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci ‎il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində ‎keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, ‎yenidən Azərbaycan Respublikasının Prezidenti ‎seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident ‎seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq ‎vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə ‎əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.‎ Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, ‎müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və ‎digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, ‎dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu ‎medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi ‎Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden ‎və medalları ilə təltif olunmuşdur.‎ Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə ‎edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə ‎bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və ‎mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun ‎adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ‎ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin ‎mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur ‎duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü ‎doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır ‎və sərt sınaqlarından çıxarmışdır.‎ O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri ‎olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna ‎görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb ‎etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin ‎heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti ‎istər ölkə, istərsə də dünya mətbuatında geniş ‎işıqlandırılmışdır.‎ Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq ‎təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır ‎günlərini yaşadığı bir zamanda – 1993-cü ilin iyununda ‎mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb etmiş və ‎həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar ‎etmişdir.‎ Xalqının belə dar bir gündə qaldığını görüb onun ‎təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda ‎yenidən böyük siyasətə qayıtmışdı. Xalq Heydər ‎Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış, ‎həmin günü isə Milli Qurtuluş günü kimi müstəqil ‎Azərbaycanın tarixinə yazmışdır.‎

Xankəndi

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlaması ilə əlaqədar təhsili yarımçıq qalıb.

Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışıb, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri vəzifələrində işləyib və general-mayor rütbəsinə yüksəlib.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışıb. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın həmin dövrdəki rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib.

1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina edib.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məqalə dərc olunub İran qəzetində

Təbrizdə nəşr olunan “Sorxab” qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı məqalə dərc edilib. SİA-nın verdiyi məlumata görə, məqalədə Ulu Öndərin həyat və fəaliyyəti barədə oxuculara geniş məlumat verilir. Qeyd olunur ki, Heydər Əliyevin müdrik dövlət xadimi kimi fəaliyyət göstərdiyi dövr Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Onun müəyyənləşdirdiyi prinsiplər bu gün də Azərbaycan Respublikası həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi nəhəng dövlətin rəhbərliyində təmsil olunmaqla fitri istedadı və şəxsi nüfuzu ilə hər zaman fərqlənib. O, ilk azərbaycanlı, eləcə də ilk müsəlman idi ki, belə bir zirvəyə yüksələ bilmişdi. Heydər Əliyev Moskvada işlədiyi və yaşadığı illərdə də həmişə Azərbaycan xalqı ilə həmrəy olmuş, onun problemləri ilə yaxından maraqlanmışdır.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edən bəyanat səsləndirməklə öz xalqı ilə əsl həmrəylik nümayiş etdirmişdir. Eləcə də Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

Həyat və fəaliyyəti böyük dövlətçilik məktəbi olan Heydər Əliyev gərgin əməyi nəticəsində əldə etdiyi bütün bu bilik və təcrübələrini sonrakı illərdə Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasına sərf etmişdir. Ulu Öndər ötən əsrin 90-cı illərinin əvvəllərində təhlükə ilə üzləşmiş Azərbaycanı nicat yoluna çıxara bilmişdir. Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Ulu Öndər ölkəyə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirmişdir. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklərə baxmayaraq, ölkə iqtisadiyyatını dirçəltmiş, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirmiş, beynəlxalq əlaqələrini möhkəmləndirmişdir. Düşünülmüş xarici siyasət kursu Azərbaycan üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratmışdır. Onun müəyyənləşdirdiyi xarici siyasət kursunda qonşu dövlətlərlə, o cümlədən İran İslam Respublikası ilə mehriban münasibətlər və sıx əməkdaşlıq əlaqələri xüsusi yer tutmuşdur. Sağlam zəmin üzərində inşa edilmiş ikitərəfli münasibətlər bu gün də hər iki ölkənin siyasi rəhbərliyinin iradəsi ilə uğurla davam etdirilməkdə və mövcud əməkdaşlıqların əhatə dairəsinin müxtəlif formatlar çərçivəsində daha da genişləndirilməsinə rəvac verməkdədir. Ümid edirik ki, Azərbaycanla İran arasında ikitərəfli və çoxtərəfli formatda davam edən əlaqələr bundan sonra da inkişaf edəcək və hər iki ölkənin mənafeyinə xidmət edəcək.

Məqalədə deyilir: “Artıq 17 ildir ki, ulu öndər Heydər Əliyevin ad günü özü cismən dünyada olmadan qeyd olunur. Buna baxmayaraq, hər il Heydər Əliyev fenomeni daha aydın dərk edilir və onun Azərbaycan dövlətçiliyi naminə xidmətləri daha dərindən başa düşülür. Tam əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaq”.

10 may 2022-ci il – Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99 illiyi tamam olur

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da ‎Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, ‎‎1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən ‎sonra Azərbaycan Sənaye İnstitutunun (indiki ‎Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq ‎fakültəsində təhsil almışdır. Başlanan müharibə ona ‎təhsilini başa çatdırmağa imkan verməmişdir.‎ ‎1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili ‎İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq ‎Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş ‎və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə ‎göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları ‎sistemində çalışan Heydər Əliyev 1964-cü ildən ‎Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət ‎Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə ‎sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər ‎yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-‎Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə ‎Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini ‎bitirmişdir.‎ Azərbaycan Kommunist Partiyası Mərkəzi ‎Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev ‎Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ‎birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. ‎‎1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist ‎Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü ‎seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci ‎müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin ‎rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində ‎SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti ‎sədrinin müavini olmuşdur.‎ Heydər Əliyev 1987-ci ilin oktyabrmda Sovet İttifaqı ‎Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun ‎və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi ‎xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa ‎vermişdir.‎ Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet ‎qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ‎ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində ‎bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı ‎törədilmiş cinayətin təşkilatçıları və icraçılarının ‎cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda ‎yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ ‎rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ‎ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının ‎sıralarını tərk etmişdir.‎ ‎1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər ‎Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, ‎həmin ildə də Azərbaycan Ali Sovetinə deputat ‎seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar ‎Respublikası Ali Məclisinin sədri, Azərbaycan ‎Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. ‎Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının ‎Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında ‎partiyanın sədri seçilmişdir.‎ ‎1993-cü ilin may-iyununda hökumət böhranının son ‎dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin ‎baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi ‎yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin ‎hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. ‎Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi ‎rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər ‎Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin ‎sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə ‎Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini ‎həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ‎ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev ‎Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci ‎il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində ‎keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, ‎yenidən Azərbaycan Respublikasının Prezidenti ‎seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident ‎seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq ‎vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə ‎əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.‎ Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, ‎müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və ‎digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, ‎dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu ‎medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi ‎Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden ‎və medalları ilə təltif olunmuşdur.‎ Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə ‎edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə ‎bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və ‎mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun ‎adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ‎ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin ‎mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur ‎duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü ‎doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır ‎və sərt sınaqlarından çıxarmışdır.‎ O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri ‎olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna ‎görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb ‎etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin ‎heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti ‎istər ölkə, istərsə də dünya mətbuatında geniş ‎işıqlandırılmışdır.‎ Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq ‎təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır ‎günlərini yaşadığı bir zamanda – 1993-cü ilin iyununda ‎mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb etmiş və ‎həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar ‎etmişdir.‎ Xalqının belə dar bir gündə qaldığını görüb onun ‎təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda ‎yenidən böyük siyasətə qayıtmışdı. Xalq Heydər ‎Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış, ‎həmin günü isə Milli Qurtuluş günü kimi müstəqil ‎Azərbaycanın tarixinə yazmışdır.‎

Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev Bakıda ümumrespublika müşavirəsində – 24 avqust 1993-cü il

“. Azərbaycan dövlətçiliyi qorunacaqdır, Azərbaycan xalqının hüquqları qorunacaqdır. Biz, – mən öz adımdan deyirəm, həm Azərbaycan parlamentinin sədri, həm də prezidentin səlahiyyətini həyata keçirən adam kimi deyirəm ki, ətrafımda olan adamlarla birlikdə biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik. Bilin ki, qəti, ciddi addımlar atacağıq, Azərbaycanda – həm Bakıda, həm də bütün başqa bölgələrdə – şəhərlərdə, rayonlarda, qəsəbələrdə, kəndlərdə sabitlik yaratmağa çalışacağıq, cinayətkarlarla mübarizəni gücləndirəcəyik, Azərbaycanı bu ağır vəziyyətdən çıxarmağa qadirik və çıxaracağıq. Buna əmin ola bilərsiniz. ”

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri Heydər Əliyevin Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşü – 21 sentyabr 1993-cü il

“. Tarix, insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir. Dağıdanlar həmişə tarixdən silinmişlər, yaxud da tarixə mənfi rol oynamış adamlar kimi daxil olmuşlar. Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycanın elmi inkişaf etməlidir. Universitetlər, ali məktəblər də inkişaf etməlidir. Ancaq bunlarda qayda-qanun olmalıdır. Əgər biz xalqımızda mənəvi dəyərləri inkişaf etdirmək istəyiriksə, birinci növbədə ziyalılarımızın mənəviyyatı yüksək olmalıdır və onlar xalqın başqa təbəqələrinə nümunə göstərməlidirlər. Biz isə bu sahəyə hər cür kömək edəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz, o cümlədən ali təhsilimiz, sosial sahənin bütün başqa istiqamətləri inkişaf edəcəkdir. ” Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri Heydər Əliyevin Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxışından – 21 sentyabr 1993-cü il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin andiçmə mərasimi – Respublika sarayı, 10 oktyabr 1993-cü il

“. Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. ”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev qaçqın düşərgəsində – İmişli rayonu, 11 dekabr 1993-cü il

“. Məlumdur ki, indi respublikamız özünün ağır, demək olar, faciəli dövrünü yaşayır. Ölkə ağır sosial-iqtisadi böhran içərisindədir. Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın bir qismi işğal olunmuş, bir milyondan çox vətəndaşımız qaçqın vəziyyətindədir. Belə bir dövrdə daha ciddi, sərt tədbirlər görmək lazımdır ki, respublika bu ağır vəziyyətdən çıxa bilsin. İndi əsas vəzifə respublikanın etibarlı müdafiə edilməsi və qaçqın düşmüş vətəndaşlarımızın yaşayışının lazımi səviyyədə təmin olunmasıdır. Bunlar bu günün vəzifələridir. Gələcəkdə isə respublikamızın işğal edilmiş torpaqları geri qaytarılmalı, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, Azərbaycan dövləti bütün torpaqlarının, bütün sərvətlərinin sahibi olmalıdır. ”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Mitteranın görüşü – Yelisey sarayı, 20 dekabr 1993-cü il

“. Ümid etmək istərdim ki, Siz öz şəxsi nüfuzunuzdan, Fransanın nüfuzundan istifadə edib, Ermənistan hərbi birləşmələrinin Azərbaycana təcavüzünün qarşısının alınmasına, bölgəmizdə sülh yaradılmasına kömək göstərəcəksiniz. Biz konstruktiv mövqedə durur və Sizin tərəfinizdən əməli köməyə ümid bəsləyirik. Arxayın ola bilərsiniz ki, Fransa Azərbaycanın simasında uzun illər ərzində əməkdaşlıq üçün etibarlı tərəfdaş əldə edir. Biz sülh və təhlükəsizlik, insan hüquqlarına hörmət, demokratiya və siyasi plüralizm prinsiplərinə həmişə sadiq qalacağıq. Gənc müstəqil dövlətimizin quruculuğunda Fransanın zəngin dövlətçilik təcrübəsindən, demokratiyasından hökmən istifadə edəcəyik. ”

Comments are closed, but trackbacks and pingbacks are open.