Press "Enter" to skip to content

Azərbaycan və türk ədəbi əlaqələri

Heydər Əliyevin azərbaycançılıq ideologiyasında mərkəzi yerdə dayanan güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə və milli iradəsinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir idarəçilik institutudur. Bu dövlətin təkmil mərkəzi və yerli idarəetmə mexanizmləri, sabit ictimai-siyasi həyatı, işlək qanunları olmalı, hər bir vətəndaşın imkan və bacarıqları lazımi səviyyədə dəyərləndirilməli və qabiliyyətinə görə proseslərə cəlb edilməli, ölkədə şəffaf, tolerant və multikultural mühit hökm sürməli, dövlətçiliyin təməlində ümumvətəndaş birliyi dayanmalıdır.

Heydər Əliyev müasir Azərbaycançılıq ideologiyasının banisidir

May ayının 10-da Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Bu günlərdə qədirbilən xalqımız öz müdrik liderini xüsusi sevgi və məhəbbətlə yad edir, ruhuna dualar oxuyur. Ümummilli Liderin müstəqil dövlətçilik tariximizdəki yeri və rolu haqqında mühüm və vacib hesab etdiyim müəyyən fikirlərimi hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm.

Müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə Heydər Əliyev nəinki müstəqil dövlət quruculuğu prosesini həyata keçirdi, bütün sahələr üzrə gələcək inkişafın sağlam təməlini qoydu, eyni zamanda ölkə vətəndaşlarını dövlətçilik ətrafında səfərbər edən, daxildə və beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd, məram uğrunda birləşdirən milli təlim – azərbaycançılıq ideologiyasını yaratdı. Ümummilli lider bu ideya ilə bağlı əvvəlki iki yüz ilə yaxın bir dövr ərzində aydın düşüncə sahiblərimizin ortaya qoyduğu çoxsaylı fikirləri yaradıcı şəkildə inkişaf etdirərək, azərbaycançılıq ideyasına yeni bir hüquqi-siyasi və ideoloji məzmun verdi, onu tamamilə ölkənin milli-etnik xüsusiyyətlərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, bu gün çəkinmədən və inamla söyləmək olar ki, Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz onun dövründə həqiqi siyasi-ideoloji məzmun qazanaraq, mükəmməl bir dövlətçilik təliminə çevrildi və müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyası səviyyəsinə yüksəldi.

Hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm daxili və xarici amillərlə şərtlənir. Azərbaycan xalqı əlverişli tarixi şəraitdən, respublikanın malik olduğu siyasi, iqtisadi, mədəni və intellektual potensialdan istifadə edərək XX əsrin sonunda özünün istiqlal arzusunu yenidən gerçəkləşdirdi. Lakin müstəqillik dövrünün qısa tarixi ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanması, daimi və əbədi edilməsi bundan da çətindir”. Müstəqillik illərində Azərbaycanın yaşadığı real həyatın təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya yalnız Heydər Əliyev kimi möhkəm iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın böyük dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs başçılıq edə bilərdi. XX yüzilin 90-cı illərinin sonunda Azərbaycanda Ümummilli Lider mövqeyinə yüksələ bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə şəxsiyyət məhz Heydər Əliyev idi.

Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik etmək istəyən bütün liderlər üçün örnək olmağa layiqdir. Müasir Azərbaycanın möhkəm özülünü qoymuş bu tarixi şəxsiyyətin ideya dünyası onun davamçılarının yoluna həmişə işıq saçacaqdır.

Heydər Əliyevin dərin ideya və fikirləri, həyata keçirdiyi siyasət Azərbaycan şəraitində sosialist ictimai-iqtisadi sistemindən yeni cəmiyyətə keçidin elmi-nəzəri və konseptual əsaslarını yaratmışdır. SSRİ-nin dağılması nəticəsində sosialist sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, qloballaşan dünyada öz yerini axtaran, milli mənafelərini qorumağa çalışan gənc Azərbaycan üçün Heydər Əliyevin dövlətçilik təlimi əsl fəaliyyət strategiyası və proqramı idi. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyətinin və ideya-siyasi baxışlarının çox böyük rolu olub.

Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanın rəhbərliyinə qayıdarkən bitkin dövlət konsepsiyasına malik idi. Bu konsepsiyanın bəzi tezisləri onun 1992-ci ildə Azərbaycan ziyalılarına ünvanlanmış müraciətində və elə həmin il qəbul edilmiş Yeni Azərbaycan Partiyasının proqramında öz əksini tapmışdır. Bu proqram xarakterli müraciətdə dövrün real ictimai-siyasi vəziyyəti, müstəqil dövlət quruculuğunun şərtləri, regionumuzda və beynəlxalq aləmdə cərəyan edən hadisələrin və yaşanan proseslərin xarakteri, Azərbaycanın daxili durumu, hökm sürən iqtisadi, siyasi böhran, ondan çıxış yolları və digər taleyüklü məsələlər tezislər şəklində özünün əsl siyasi qiymətini almışdır.

Ulu öndər Heydər Əliyev hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı ölkə həyatının ən vacib vəzifəsi hesab edirdi. O öyrədirdi ki, dövlət qurarkən cəmiyyətin yaşam tərzini, ictimai həyat normalarını, idarəçiliyi, qanunçuluğu, sabitliyi, vətəndaş birliyini, milli həmrəyliyi, beynəlxalq təhlükəsizliyi və s. vəzifələri o zaman dolğun və davamlı təmin etmək olar ki, dövlətin iqtisadiyyatı güclü olsun və qarşıya qoyulmuş məqsədlərə cavab versin.

Heydər Əliyev dövlət quruculuğunun bütün sahələrində insan amilinə, milli və dövlətçilik təfəkkürü güclü olan kadrlara ciddi önəm verir, hər bir Azərbaycan vətəndaşını milli əxlaqa və milli iradəyə malik, qlobal və azad düşüncəli, təşəbbüskar və fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, Vətəni və xalqı üçün gərəkli insan kimi görmək istəyirdi.

Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasına on illik rəhbərliyi dövründə nəinki müstəqil dövlət quruculuğunu həyata keçirdi, həmçinin bu dövlətin gələcək inkişafının sağlam təməlini qoydu, eyni zamanda ölkə vətəndaşlarını dövlətçilik ətrafında səfərbər edən, daxildə və beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd, məram ətrafında birləşdirən milli təlim – azərbaycançılıq ideologiyasını yaratdı.

1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdanda Azərbaycanda artIq kommunist ideologiyasından imtina edilmişdi. Lakin xalqı müstəqil dövlətçilik ətrafında birləşdirə bilən, azərbaycanlıların kimliyini, yaratdığı dövlətin xarakterini izah edən, milli-mənəvi dəyərlərini qoruyub saxlayan və inkişaf etdirən, ölkə vətəndaşlarını öz ətrafında səfərbər edərək gələcəyə aparan nə vahid ideoloji-siyasi təlim, nə də funksional idarəçilik sistemi yaradılmışdı. Keçmişin bütün zəngin irsindən, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən total şəkildə imtina meyli Azərbaycanda, sözün həqiqi mənasında, ciddi ideoloji boşluq yaratmışdı. Cəmiyyətin ideyasızlaşdırılması cəhdi bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən 1991-1993-cü illərdə Azərbaycanı idarə edən rəsmilərin aydın məqsəd və məramının yoxluğundan, rəhbərlik etdikləri dövlətin siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamalarından irəli gəlirdi.

Heydər Əliyevin dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasətinin prioritetinə çevrildi. Bir faktı xüsusi vurğulamalıyıq ki, başqa sahələrdə olduğu kimi, milli-ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini qorudu və vaxtilə onun qurucularının birləşdirici ideya kimi irəli sürdüyü azərbaycançılıq ideologiyasına müraciət etdi. Həm də nəinki sadəcə olaraq bu ideoloji təlimə müraciət etdi, onu real və dolğun məzmunla zənginləşdirərək dövlət siyasəti, dövlət ideologiyası səviyyəsinə qaldırdı.

Ümummilli Lider qeyd edirdi ki, “Milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır”. Məlum olduğu kimi, azərbaycançılıq ideyasının tarixi son iki yüz ili əhatə edir. XIX əsrin milli maarifçilik hərəkatı nümayəndələrinə qədər “azərbaycançılıq” ifadəsi əsasən “vətənçilik”, “vətənsevərlik” mənasında işlədilirdi, onun milli səfərbəredici və içtimai praktiki təsiri isə çox aşağı idi. Sonrakı dövrdə, XIX əsrin maarifçilik hərəkatı nümayəndələri, xüsusən də M.F.Axundzadə, A.A.Bakıxanov, H.B.Zərdabi, N.B.Vəzirov, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, N.Nərimanov və başqaları öz əsərlərində “azərbaycançılıq” ideyasını məzmunca bir qədər də dolğunlaşdıraraq, onu xalqımıza qarşı həyata keçirilən işğalçılığa, milli məhrumiyyətlərə müqavimət reaksiyası, tarixi yaddaşın qorunması, ana dilinin, milli adət-ənənələrin, mənəviyyatın yaşadılması, inkişafı, milli şüurun oyanışı və digər biçimlərdə təqdim etməyə başladılar.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları 1918-1920-ci illərdə ilk dəfə rəsmi olaraq “azərbaycançılıq” ideyasını daha sistemli bir məzmunla dövlət siyasəti səviyyəsinə qaldırmağa, dövlətçilik ideologiyasına çevirməyə cəhd göstərərək, Cümhuriyyətin fəaliyyətini bu ideya istiqamətində qurmağa çalışmışdılar. Lakin Xalq Cümhuriyyətinin tezliklə süqut etməsi azərbaycançılıq ideyasını da yeni yaranan sovet respublikasının rəsmi gündəmindən çıxaramış və kommunist ideologiyasının kölgəsinə salmışdı.

Sovet dövründə azərbaycançılıq ideyası əsasən xalqın yaddaşında, o cümlədən milli adət-ənənələrdə, müəyyən qədər də bədii əsərlərdə yaşamış və təbii ki, dövlət ideologiyasına çevrilə bilməmişdi. Lakin bir faktı xüsusi vurğulamalıyıq ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə, xüsusən 1970-80-ci illərdə azərbaycançılığın milli ideya olaraq inkişafına müəyyən qədər ictimai-siyasi, elmi, mədəni və mənəvi şərait yaradılmışdır. Bu şəraitdən o dövrdə bəzi tarixçilər, ədəbiyyatçılar, dilçilər, filosoflar və başqa intellektual fəaliyyət sahələrinin nümayəndələri müəyyən qədər bəhrələnərək bir çox əsərlər də yaratmışlar. Həmin əsərlərdə azərbaycançılığın mühüm sahələri olan “ümumazərbaycançılıq” hisslərinin, ana dilinin, milli şüurun, mədəniyyətin, mənəvi dəyərlərin, zamanın sınaqlarından keçmiş milli adət-ənənələrin inkişafı və dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyə edilməsi və s. məsələlər təlqin olunmuşdur.

Azərbaycançılıq ideyasının formalaşmasında ötən əsrin 90-cı illərində – dövlət müstəqilliyinin bərpası ərəfəsində başlanmış əvvəlcə xalq, sonra isə milli-azadlıq hərəkatının əhəmiyyətli rolu olmuşdur. Bu dövrdə azərbaycançılıq ideyası ilə bağlı əvvəlki illərdə yazılmış müxtəlif əsərlərin yenidən çap olunması və yayılması, yeni kitab və məqalələrin yazılması, milli şüurun, milli ruhun yüksəlişinə xidmət edən xalq hərəkatının vüsət alması insanların kütləvi düşüncə tərzinə öz müsbət təsirini göstərdi. Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, o illərdə qısa zaman kəsiyində Azərbaycanı yönəldən qüvvələr, xüsusən AXC-Müsavat dairələri respublikanın milli-etnik xüsusiyyətlərini nəzərə almadan, meydan əhval-ruhiyyəsi altında azərbaycançılığın təbliğində kobud səhvlərə yol verdilər. Onlar “azərbaycançılığı” milli müstəsnalıq kimi təqdim edərək, onu “ümumtürklük” ideyası ilə eyniləşdirdilər və bununla da ölkədaxili etnik və milli-vətəndaş etimadsızlığı mühiti yaratdılar. Bu da müvafiq olaraq, həmin dövrdə azərbaycançılıq ideyasının həyatiliyinə, ölkədaxili ümumi vətəndaş cəlbediciliyinə, vətəndaş birliyinə ciddi zərbə vuraraq, əsassız separatizm ideyalarına rəvac verdi.

Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə 1993-cü ildən bütün Azərbaycan xalqının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən bütün vətəndaşların vahid dövlətçilik ətrafında birləşdirilməsi istiqamətində ciddi iş başladıldı. Azərbaycan cəmiyyətinə hakim olan istiqlal arzusu, “azərbaycançılığın” müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və elmi-mədəni dairələrin gündəliyinə çıxarıldı. Bunun ardınca, Azərbaycan dilinin rəsmi dövlət dili statusu alması və latın qrafikasının tətbiqi, milli-mənəvi dəyərlərin qorunması, inkişafı və azərbaycançılıq ideyaları ilə birgə bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılması, 31 dekabrın hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi və bu münasibətlə xarici ölkələrdə yaşayan soydaşlarımızın iştirakı ilə təşkil olunan çoxsaylı toplantılar, xarici səfərlər zamanı Heydər Əliyevin həmvətənlərimizlə keçirdiyi görüşlər və s. 1993-cü ildən başlayaraq azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsinə qaldırılmasının bariz nümunələri idi.

Müstəqilliyinin ilk illərində, xüsusən 1991-1994-cü illərin təhlükəli milli-vətəndaş qarşıdurması və ictimai-siyasi böhran dövründə Heydər Əliyev “azərbaycançılıq ideyasını” daha çox ölkədaxili ictimai-siyasi qüvvələrin, sosial, milli və dini qrupların birləşdirici amili kimi təlqin edir və bu istiqamətdə onu daha da inkişaf etdirməyə çalışırdı. O, ölkədaxili mövcud təhlükəli vəziyyəti dəyərləndirərək qeyd edirdi ki, “Hər hansı hakimiyyətə, iqtidarlara və onların fəaliyyətinə müxalifətdə durmaq olar. Lakin dövlətə, dövlətçiliyə, milli birliyə, Vətənin, xalqın ümumi marağını ehtiva edən azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə, milli məsləkə, milli dilə, milli varlığa heç zaman müxaliflik etmək olmaz”.

Heydər Əliyev “milli ideologiya” anlayışının əsaslarını şərh edərkən bildirirdi: “Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə də, hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır”.

Ümumdünya tarixindən də məlumdur ki, milli mənsubiyyət duyğularına, milli səfərbəredici və birləşdirici ideyaya, milli-vətəndaş birliyi hisslərinə malik olmayan xalqlar zaman-zaman öz milli dövlətlərini itirərək, başqa dövlətlərin və xalqların tərkibində assimilyasiyaya məruz qalmışlar. Bu baxımdan, ümummilli liderin milli ideologiya ilə bağlı nəzəri yanaşmasında, ilk növbədə “ölkə vətəndaşlarının vahid amal uğrunda birləşməsi, özünü azərbaycanlı sayan bütün soydaşlarımızın Azərbaycan dövlətinə bağlılığının təmin edilməsi, milli maraqlar naminə lazım gələndə hər kəsin qətiyyətlə və böyük əzmkarlıqla fəaliyyət göstərməsi” iradəsi nəzərdə tutulur.

Heydər Əliyev müstəqillik dövründə Azərbaycanda tətbiq edilən milli ideologiyanın əhəmiyyətindən bəhs edərək, vurğulayırdı ki, “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımız üçün əsas birləşdirici ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaqla yanaşı, milliliyin ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Göründüyü kimi, ümummilli liderin düşüncəsində azərbaycançılıq ideologiyası bütün ölkə vətəndaşlarından ilk növbədə ölkəmizin dövlətçilik maraqlarına, xalqımızın milli-mənəvi dəyərlərinə və dövlətin dilinə həqiqi sevgi və qayğı tələb edirdi. Sonrakı illərdə, xüsusən də 1995-ci ildə Azərbaycanın yeni Konstitusiyasının hazırlanması və qəbulu ərəfəsində Heydər Əliyev azərbaycançılıqla bağlı əvvəlki illərdə səsləndirdiyi fikirlərini bir qədər də inkişaf etdirərək, bu birləşdirici ideyaya həm də yeni bir hüquqi-siyasi və ideoloji məzmun verdi, onu tam olaraq ölkənin milli-etnik xüsusiyyətlərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, bu gün çəkinmədən və inamla söyləmək olar ki, Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz Ulu Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun kəsb edərək mükəmməl bir dövlətçilik təliminə çevrildi və müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyası səviyyəsinə qaldırıldı.

Azərbaycançılıq ideologiyası Ümummilli Liderin dövründə və ondan sonrakı illərdə tədricən mükəmməl bir konsepsiyaya çevrilərək bütün Azərbaycan vətəndaşlarının, dünyada yaşayan əksər həmvətənlərimizin, Azərbaycanla bağlılığı olan hər bir soydaşımızın milli birlik platforması rolunu oynamağa başladı. Əgər Heydər Əliyevə qədər azərbaycançılıq ideyası əsasən etnolinqvistik, ədəbi-bədii, mədəni-estetik, fəlsəfi və mənəvi dəyər kimi mövcud idisə, onun zamanında ciddi hüquqi-siyasi məzmun alaraq bitkin ideyalar sisteminə – dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrildi.

Bunun ardınca, 2001-ci ildə bütün soydaşlarımızın Azərbaycana dəvət edilməsi, Bakıda tarixdə ilk dəfə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi, minlərlə soydaşımızın iştirakı ilə azərbaycançılığın əsaslarının geniş içtimai müzakirəsinin təşkil olunması, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək vəzifələrin müəyyənləşdirilməsi, milli ideologiyamızın formalaşması və inkişafında yeni bir mərhələ kimi dəyərləndirilə bilər.

Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası, onun məzmununa daxil edilmiş əsas prinsiplər və hüquqi normalar 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Ümummilli lider dövlətçilik maraqlarının qorunması deyəndə, ilk növbədə, hamılıqla qəbul etdiyimiz ölkə Ali Qanununun – Konstitusiyamızın müddəalarına əməl olunmasını nəzərdə tuturdu. Bu normalar: “hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi kimi ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında iştirakını, vətəndaş cəmiyyətinin bərqərar olmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət qurulmasını, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini, ümumbəşəri dəyərlərə sadiqliyi, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı” və digər məsələləri ehtiva edir.

Göründüyü kimi, Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyasının təməlində ilk növbədə güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi (vətəndaş birliyi və tolerantlıq ideyası), ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətini özünün güvənc yeri sayması, bu Vətəni özünün qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla bəşəri normalar əsasında ünsiyyət qurması və digər ali dəyərlər dayanır.

Heydər Əliyevin azərbaycançılıq ideologiyasında mərkəzi yerdə dayanan güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə və milli iradəsinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir idarəçilik institutudur. Bu dövlətin təkmil mərkəzi və yerli idarəetmə mexanizmləri, sabit ictimai-siyasi həyatı, işlək qanunları olmalı, hər bir vətəndaşın imkan və bacarıqları lazımi səviyyədə dəyərləndirilməli və qabiliyyətinə görə proseslərə cəlb edilməli, ölkədə şəffaf, tolerant və multikultural mühit hökm sürməli, dövlətçiliyin təməlində ümumvətəndaş birliyi dayanmalıdır.

Beləliklə, yuxarıda aparılmış təhlildən də göründüyü kimi, azərbaycançılıq ideologiyası xalqın istəyi, arzusu və iradəsi ilə qurulmuş dövlətin, bu dövlətin müəyyən olunmuş daxili və xarici siyasət strategiyasının, daimi yaşam və fəaliyyətinin əsasını, başlıca prinsiplərini təşkil edir. Odur ki, azərbaycançılıq ideologiyası artıq hansısa bir siyasi liderin, partiyanın, yaxud siyasi təşkilatın deyil, bütün Azərbaycan xalqının ümumi maraqlarının ifadəçisinə çevrilir. Deməli, onun həyata keçirilməsi və qorunması Azərbaycanda yaşayan, fəaliyyət göstərən, bu dövlətin idarəçiliyinə iddia edən hər bir vətəndaş və təşkilat üçün əsas olmalıdır. Əgər hər hansı şəxs və yaxud təşkilat yaşadığı cəmiyyəti, təmsil etdiyi dövləti, Konstitusiya ilə müəyyənləşdirilmiş ölkədaxili münasibətlər və dəyərlər sistemini qəbul edirsə, deməli, dövlətin də bu sistemin təminatçısı olmasını mütləq qəbul etməlidir. Belə olan halda, azərbaycançılıq ideologiyasına müxalifətdə durmaq ümumxalq maraqlarına, ümumxalq fikrinə və mövqeyinə müxaliflik etmək kimi dəyərləndirilməlidir.

Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyənləşdirərkən həm də beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətini, qloballaşan və transmilliləşən dünyanın inkişaf meyillərini nəzərə alırdı. Əlbəttə, qloballaşan dünyada ölkələrin milli maraqlarını, milli-mənəvi və əxlaqi dəyərlərini qorumaq o qədər də asan olmur. Transmilli şirkətlər və onların arxasında dayanan fövqəldövlətlər ölkələrin milli inkişafı, milli mənafeləri, milli-mənəvi dəyərlərinin qorunması və sair prosesləri çox qısqanclıqla qarşılayırlar. Heydər Əliyev bütün bu reallığı nəzərə alaraq, bir tərəfdən azərbaycançılıq ideologiyasını ümumbəşəri dəyərlər fonunda formalaşdırır, digər tərəfdən dövlət quruculuğu proseslərində xarici təsirləri milli ideologiyamızın süzgəcindən keçirirdi.

Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən milli-mənəvi dəyərləri, tarixi keçmişimizdən bizə miras qalmış milli varlığımızı və onu fərqləndirən bütün atributları qorumaqla yanaşı, Azərbaycanı müasir, inkişaf etmiş, xalqın maddi-mənəvi tələbatını təmin edə bilən, daxili həyatı sabit, multikultural dəyərlərə, milli və sosial birliyə qovuşmuş bir dövlət kimi görürdü.

Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsasına, ilk növbədə dünyada yaşayan 40 milyondan çox azərbaycanlının maraqlarını təmin edə biləcək, bütün ölkə vətəndaşlarının sabit, firavan və dinamik inkişafına cavab verən milli dövləti – müstəqil Azərbaycan dövlətini qoyurdu. Ulu öndər Heydər Əliyev çıxışlarında bu məsələyə belə şərh verirdi: “Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur. Milli ideologiyadan danışarkən biz ilk növbədə bütün xalqımızı, xüsusən gəncləri Azərbaycanın müstəqil dövlətçiliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə etməliyik”.

Heydər Əliyev Azərbaycan dövlətini həm də azad, ədalətli, demokratik, siyasi plüralizmin, tolerant mühitin, multikultural dəyərlərin hökm sürdüyü, vətəndaş cəmiyyətinə malik bir ölkə kimi görmək istəyirdi və daim buna çalışırdı. 1995-ci ildə çoxpartiyalı sistem əsasında ilk parlament seçkilərinin keçirilməsi, ölkənin ilk Konstitusiyasının qəbul edilməsi, Avropanın demokratik institutları ilə Azərbaycanın əlaqələrinin gücləndirilməsi Ümummilli Liderin öz ölkəsinin gələcəyi ilə bağlı mövqeyinin inkaredilməz göstəricisi idi. Azərbaycanda əsl çoxpartiyalı sistemin, azad, plüralist cəmiyyətin, qeyri-hökumət təşkilatlarının, müstəqil mətbuatın yaradılması və inkişafı da məhz Heydər Əliyevin zamanında, bilavasitə onun səyi ilə həyata keçirilib.

Heydər Əliyevin dövlət təlimi və milli ideyasında ikinci əsas yeri insan amili – millətini və xalqını sevən, dövlətinin yolunda hər bir şücaətə hazır olan, milli-mənəvi dəyərlərini yaşadan, dövlət dilini bilən və sevən, ədalətli və təşəbbüskar, fəal mövqeli və iradəli Azərbaycan vətəndaşı tuturdu. Ulu Öndər öyrədirdi: “Hər hansı dövlətin gücü heç də onun böyüklüyü, yaxud kiçikliyi ilə ölçülmür. Əgər ölkə vətəndaşı gördüyü işin onun özünə, ailəsinə və xalqına gətirəcəyi faydanı əvvəlcədən anlayır və öz zəhmətinin bəhrəsini ədalət prinsipi ilə əldə edirsə, həmin ölkə vətəndaşları daha ideyalı, əzmli və iradəli, belə ölkələr isə bir qayda olaraq güclü, qüdrətli və əzəmətli olurlar”.

Ümummilli Liderin azərbaycançılıq təliminə görə dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşları qanun və ədalət qarşısında bərabərdir. Təsadüfi deyil ki, 1993-cü ildə Heydər Əliyevin idarəçilik fəaliyyətinin mühüm bir sahəsini Azərbaycanda harmonik cəmiyyətin yaradılması, insan potensialının quruculuq işlərinə cəlb edilməsi, sosial ədalət prinsiplərinin bərqərar olması və insanların öz dövlətinə inamının artırılmasına xidmət təşkil etmişdir. Heydər Əliyevin milli həmrəylik və vətəndaş birliyi ideyası, insan resurslarından səmərəli istifadə, hər bir vətəndaşın öz dövlətinə bağlılığı, dövlətin hər bir insana, hər bir insanın isə dövlətçiliyinə xidmət etməsi amalı 1995-ci ildə qəbul olunmuş Konstitusiyada da əksini tapmışdır.

Heydər Əliyev üçün azərbaycançılıq ideologiyasının mahiyyətini təşkil edən əsaslardan biri də milli-mənəvi dəyərlərin, ana dilinin və mədəniyyətin qorunub saxlanması və inkişaf etdirilməsi idi. Ulu Öndər bununla bağlı qeyd edirdi: “Milli ideologiyamızın konsepsiyası tarixi keçmişimizi, milli adət-ənənələrimizi, dilimizi, dinimizi və mədəniyyətimizi əks etdirməli, bu dəyərlərin qorunub saxlanılmasına və inkişafına xidmət etməlidir”. O, xüsusi vurğulayırdı: “Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bu ifadələr Ümummilli Liderimizin milli-mənəvi dünyasını, vətəndaş mövqeyini və varlığını göstərən, öz milli köklərinə bağlılığını sübut edən tarixi bir bəyanat idi.

Heydər Əliyev azərbaycançılıq ideologiyasından danışarkən layiqli vətəndaş, xüsusilə də hərtərəfli inkişaf etmiş gənc nəslin yetişdirilməsi məsələsini xüsusi vurğulayırdı. O, Azərbaycan gənclərini sərbəst düşüncə tərzinə malik, cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara bilən, vətənpərvər, dövlətçilik təfəkkürü güclü olan savadlı, bacarıqlı, intellektli insanlar kimi görürdü. Ümummilli Lider qeyd edirdi ki, “Biz elə bir nəsil yetişdirməliyik ki, o, öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacarsın. Gənc nəsil öz milli adət-ənənələrinə sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənməli, eyni zamanda, bəşəri dəyərləri mənimsəməlidir”.

Ölkəmizin tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin dövlətçilik təlimi və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyası müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. Ulu Öndərin siyasi xəttini ardıcıl davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev onun müstəqil dövlət quruculuğu yolundakı nəzəri və praktiki irsinə qiymət verərək qeyd etmişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki dövlətçiliyin əsasları məhz o illərdə qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları – azərbaycançılıq məfkurəsi formalaşdırıldı. Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”.

Ötən 17 ildə Prezident İlham Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, ana dilinin inkişafı və saflığının qorunmasını, gənclərin vətənpərvərlik tərbiyəsini, xalqımızın tarixi irsinin yaşadılmasını, ölkə daxilində tolerantlıq mühitinin və multikultural dəyərlərin möhkəmləndirilməsini və s. məsələləri dövlət siyasətinin tərkib hissəsinə çevirməsi onun Heydər Əliyevin dövlətçilik təliminə verdiyi ciddi əhəmiyyətin və bu təlimi yaradıcı şəkildə inkişaf etdirməsinin əyani təzahürüdür. Dövlət başçısı ölkəmizin və xalqımızın firavan gələcəyinin təmin edilməsində azərbaycançılıq ideyasının alternativsiz yol olduğunu dəfələrlə bəyan etmişdir. O, azərbaycançılıq məfkurəsini müstəqil dövlətçiliyin ideoloji əsası kimi xarakterizə edir: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz dövlətçiliyimizin təməlini təşkil edir. Dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.

Bu il ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsindən 27 il ötür. Onun Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti və bu siyasətin əsasında dayanan azərbaycançılıq ideyası bu gün də uğurla davam etdirilir. Gündən-günə inkişaf edən və modernləşən Azərbaycan Respublikası Ulu Öndərin əziz xatirəsinə ən böyük töhfədir. Milli dövlətimiz durduqca Heydər Əliyev Azərbaycan xalqının qəlbində yaşayacaq, onun nurlu ideyaları yolumuza daim işıq saçacaqdır.

Heydər əliyev və türk xalqları ədəbi mədəni əlaqələri

Göyçə Mahalı Daşkənd kəndi

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR

GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM

Zahid Oruc: “Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!”

Qəriblikdə ölmək qorxusu.
Əmimin əziz xatirəsinə ithaf edirəm

Aşıq Ələsgər yaradıcılığında irfan məqamları

Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.

Dağıstanı xilas edən azərbaycanlı – Əziz Əliyevin HƏYAT HEKAYƏTİ

Göyçə mahalı, Qaraiman kəndi

Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi

Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.

Düşüncələrin kölgəsindən özünə – Yazıçı Rüstəm Dastanoğlunun “Düşüncələrimin kölgəsi” kitabı haqqında – Əsəd CAHANGİR

Ələddin Allahverdiyev “Düşüncələrimin kölgəsi” kitabı haqqında

İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.

Klassik şeirimizin xalq ruhunun Heyranı.

Qərbi Azərbaycan İcması müraciət yayıb

“Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək” – Misir Mərdanov

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub

Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik

Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik

Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır

Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı Sərəncam imzaladı

Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu

Kəsəmən məktəbinin məzunlarının 50 illiyi

Ələddin Allahverdiyev – 75

Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir

BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN. GÖYÇƏ ADLI İLAHİ SEVGİ.

Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi

Müəllimlərim haqda xatirələrim – Musa Kərimov

Səksəninci döngə

İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR

Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi

İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”

AŞIQ ABBASƏLİ NƏZƏROV

Altmış ilin sözə dönən anları

Şəhid qardaşıma məktub – Günay Vəlizadə yazır

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Gülay Toldur.

UĞUR ƏNGƏL TANIMIR

Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Üzeyir Güleçdir.

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Turğay Değrimencidir.

Sən özün bir kitabsanAygün Xəlilqızı yazır

Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib

“Dədə Ələsgər ocağı” İctimai Birliyinə professor Ələddin Allahverdiyevin təbrik məktubu.

Azərbaycan təbiəti və Aşıq Ələsgər

Aşıq Ələsgərin gürcü dilində şeirlər kitabı nəşr olunub.

Bağırovun NKVD “padvalında” döydüyü qatı bolşevikin dəhşətli aqibəti

Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib

QƏRBİN QURUMUŞ GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN QƏLBİ.

Heydər əliyev və türk xalqları ədəbi mədəni əlaqələri

Münasibətləri şərtləndirən amillər: Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstərmişlər.

Hələ Azərbaycan Sovet İttifaqının tərkibində olarkən iki respublika arasında rəsmi münasibətlər mövcud olmuşdur. 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin xarakterinin müəyyənləşdirilməsində böyük rol oynamışdır.

Türkiyə nəinki Azərbaycanın, eyni zamanda bütün Qafqazın taleyində önəmli rol oynayan üç əsas region dövlətindən (Rusiya və İranla birgə) biridir. Hələ qədim zamanlardan bu ölkə özünün Qafqaz siyasətinə çox ciddi önəm vermiş və bölgədə cərəyan edən hadisələrə fəal müdaxiləsi ilə seçilmişdir.

Türkiyənin Qafqazda mövqeyi əsasən Azərbaycanın və Azərbaycanla müttəfiqliyə, sıx münasibətlər qurmağa ehtiyacı olan Gürcüstanın hesabına təmin olunur. Azərbaycanla demək olar ki, birbaşa quru əlaqəsi olmayan (təcrid edilmiş Naxçıvanla əlaqə istisna olmaqla) Türkiyə yalnız Gürcüstan, Rusiya və İran vasitəsilə Azərbaycana və Orta Asiyaya daxil olmaq, onlarla hərtərəfli inteqrasiyaya girmək imkanına malikdir.

Azərbaycan Türkiyə üçün Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə üçün mühüm vasitə rolunu oynayır.

Azərbaycan – Türkiyə münasibətlərinin inkşafında hər iki tərəf maraqlıdır. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırması deməkdir. Ona görə də bu iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkşafı zəruridir.

Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir.

İkitərəfli siyasi münasibətlər: Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlamışdır.

Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açdı. Türliyə Prezidenti Turqut Özalın Azərbaycana 1992-ci il 1-3 may tarixli səfəri və səfər zamanı imzalanmış Birgə Bəyanat qarşılıqlı əlaqələrin əsas prinsiplərini və inkişaf perspektivini müəyyən etdi. Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başladı. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərirdi.

Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: “1993-cü ilin yayından başlayaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabər hüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir.”

Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olaraq Türkiyəyə üç rəsmi, iki qeyri-rəsmi, on beş işgüzar səfər etməsi ümummilli liderin xarici siyasət konsepsiyasında Türkiyəyə verdiyi əhəmiyyətin və ölkələr arasındakı strateji birliyin çox fərqli olduğunun göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 8-dən 11-dək davam edən ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verdi. Səfər dövründə Türkiyə Prezidenti, Baş nazir və parlamentin rəhbəri ilə görüşən Heydər Əliyev Türkiyə Böyük Millət Məclisində çıxış edərək iki ölkənin əlaqələri və bu əlaqələrin genişlənməsi üçün Azərbaycan tərəfinin düşüncələri haqqında məlumat verib. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşlıqlı təşviqi və qorunması haqqında saziş və digər mühüm sənədlər imzalandı.

5-8 may 1997-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə ikinci rəsmi səfəri zamanı həyata keçirilən görüşlər, danışıqlar nəticəsində imzalanmış səkkiz sənəd, xüsusilə strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında müqavilə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin yeni bir mərhələyə daxil olmasının təzahürü idi.

12-17 mart 2001-ci ildə isə Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyəyə növbəti dəfə rəsmi səfər edib. Türkiyənin dövlət və hökumət rəhbərləri ilə görüşlərdə iki dövlət arasında münasibətlərin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə mövzusu olub. Səfər zamanı imzalanan vergilər, maliyyə, Azərbaycan təbii qazının Türkiyəyə nəql edilməsinə dair saziş və digər sənədlər qarşılıqlı faydalı əməkdaşlıq siyasətinin davam etdirilməsinə şərait yaradılması baxımından əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci ildə Türkiyənin “Dövlət nişanı”, 1999-cu ildə isə Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi, dəfələrlə Türkiyənin müxtəlif media qurumları tərəfindən “İlin adamı” seçilməsi, bu ölkənin bir çox universitetinin Fəxri doktoru seçilməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərinin göstəricisidir.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev də Türkiyə ilə münasibətlərin inkişafına müstəsna diqqət ayırıb. Ötən dövr ərzində Prezident İlham Əliyev Türkiyəyə 2 rəsmi, 11 işgüzar səfər edib.

13-15 aprel 2004-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə ilk rəsmi səfəri olub. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyə Prezidenti Ə.N.Sezərlə görüşüb. Sonra geniş tərkibdə görüş olub, sənədlərin imzalanma mərasimi kecirilib. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Turkiyənin Baş Naziri R.T.Ərdoğan ilə də təkbətək görüşüb. Həmin gun Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi H.Ozkökü, Xarici İşlər Naziri A.Gülü qəbul edib. 14 aprel 2004-cu il tarixində İ.Əliyev Ankara yaxınlığında, Batıkənddə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə salınmış parkın təntənəli açılış mərasimində iştirak edib. Həmin gun İ.Əliyev TBMM-də olmuş, onun sədri ilə təkbətək görüşüb, Məclisdə cıxış edib. 14 aprel 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevə Bilkənd universitetində fəxri doktor diplomu və İ.Doğramacı adına Dünya Sulh mükafatı təqdim edilib.

Səfər zamanı Azərbaycan və Türkiyə arasında birgə bəyanat, mülki aviasiya və mədəniyyət sahəsində əməkdaşlığa dair protokollor və digər vacib sənədlər imzalanıb.

5-6 noyabr 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdulla Gülün dəvəti ilə bu ölkədə yenidən rəsmi səfərdə olub. Yeri gəlmişkən, qeyd edək ki, bu İlham Əliyevin ikinci dəfə ölkə prezidenti seçildikdən sonra, ilk xarici səfəri idi. Noyabrın 5-də Türkiyə Respublikası Prezidentinin iqamətgahında – Çankaya köşkündə Prezident İ.Əliyevin və Prezidenti A.Gülün təkbətək görüşü keçirilib. Həmçinin səfər çərçivəsində Prezident İ.Əliyev Türkiyə Böyük Millət Məclisində geniş nitq söyləyib, Ankara şəhərinin Batıkent məhəlləsindəki Heydər Əliyev küçəsinin açılışında iştirak edib, habelə Heydər Əliyev parkı və Heydər Əliyev adına ibtidai məktəblə tanış olub.

İki ölkə arasında münasibətlərin xarakterindən danışarkən bir məsələyə də diqqət yetirmək istərdik. Türkiyənin dövlət və hökumət başçılarının xaricə ilk rəsmi səfərlərinə Azərbaycandan başlamaları artıq xoş ənənəyə çevrilib.

Hesab edirik ki, Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu fikri iki ölkə arasında münasibətlərin xarakterini gözəl nümayiş etdirir: “Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. Bu münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə baxır.”

İqtisadi münasibətlər: 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”ndə “Türk petrolları” şirkətinin xarici neft şirkətləri konsorsiumunda təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının real təzahürü idi.

Ümumiyyətlə, Azərbaycanın neft-qaz sektoru ilə bağlı 5 müqavilədə Türkiyənin payı var: Bakı-Tbilisi-Ceyhan layihəsində – 6,53 faiz; “Azəri”-“Çıraq”-“Günəşli” layihəsində – 6,75 faiz; “Şahdəniz” layihəsində – 9 faiz; “Kürdaşı” layihəsində – 5 faiz; “Araz”-“Alov”-“Şərq” layihəsində – 10 faiz.

13 iyul 2006-cı il tarixində Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəməri işə salınmış və bununla iki ölkənin iştirak etdiyi beynəlxalq transkontinental layihə həyata keçirilmişdir.

Bu kəmərin ümumi uzunluğu 1769 km (Azərbaycan hissəsi 443 km, Gürcüstan hissəsi 250 km, Türkiyə hissəsi 1076 km), illik keçirmə qabiliyyəti 50 mln. tondur.

1999-cu ildə nəhəng Şahdəniz qaz-kondensat yatağı aşkar edilməsi ilə Azərbaycanla Türkiyə arasında qaz sahəsində əməkdaşlığın qurulması üçün zəmin yaradıldı. 2001-ci il martın 12-də Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı “Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə” imzalandı.

2007-ci ilin yanvar ayında Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmişdir. Kəmərin Azərbaycanla Gürcüstan ərazisindən keçən hissəsinin 690 kilometrini Cənubu Qafqaz Boru Kəməri (CQBK) təşkil edir, Türkiyənin BOTAŞ şirkətinin Gürcüstan-Türkiyə sərhədində CQBK-ya birləşdirilən hissəsi isə 280 kilometr məsafə qət edərək Ərzurumadək uzanır.

2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında imzalanmış müqavilə Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışını artıq reallaşdırır. Bu layihələr Azərbaycanın və Türkiyənin, eləcə də Avropanın və digər regionların enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilir. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsidir. Uzun illər ərzində bu məsələ iki ölkə arasında, beynəlxalq maliyyə qurumlarında, sadəcə, müzakirə olunurdu. Bu önəmli layihə faktik olaraq, icra edilmirdi. Türkiyə, Gürcüstan və Azərbaycan rəhbərliklərinin iradəsi nəticəsində bu məsələnin həllinə nail olunub. Layihənin uğurla reallaşdırılması Azərbaycanı Türkiyə ilə dəmir yolu vasitəsilə birləşdirəcəkdir. Şübhəsiz ki, bu layihənin çox böyük, həm iqtisadi, həm də siyasi önəmi var. Yolun tikilməsi Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin 10 mlrd. dollaradək yüksəldilməsi üçün real imkanlar açacaq. 2012-ci ildə başa çatdırılmasını planlaşdırılan xəttin istifadəyə verilməsindən sonra 2012-ci ildə 1,2 mln. sərnişin və 3,5 mln. ton yük daşınacaq. 2034-cü ildə isə dəmiryolu xəttinin üzərində 7,8 mln. sərnişin və 21,5 mln. ton yük daşınması təxmin edilir. Bakı-Tiflis-Qars xətti, Marmaray və tikintisi davam edən sürətli qatar layihələri ilə yalnız Türkiyə deyil, Gürcüstan və Azərbaycan da Asiya-Avropa dəhlizinin ən sərfəli və etibarlı variantı halına gələcək.

İqtisadiyyata yönəldilən xarici investisiyalar sahəsində Türkiyə Azərbaycanın əsas tərəfdaşlarından biridir. Türkiyənin iş adamları və şirkətləri 2002 – 2010 illər ərzində Azərbaycanın neft və qeyri-neft sektoruna 1,653 mlrd. AZN həcmində investisiya yönəltmişlər, bu da həmin dövr ərzində ölkəyə yatırılan sərmayələrin 7% təşkil etmişdir. Təkcə 2010-cü ildə Türkiyə Azərbaycana 94,8 mln. AZN (120,0 mln. $) həcmində sərmayə (neft və qeyri-neft sektorlarına) qoymuşdur ki, bu da həmin dövrdə əsas kapitala yönəldilən ümumi xarici investisiyaların 3,9%-ni təşkil etmişdir.

2010-cu ildə Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə xarici ticarət dövriyyəsinin həcmi 942,08 mln. $, o cümlədən idxalın həcmi 771,19 mln.$, ixracın həcmi 170,89 mln. $ təşkil etmişdir.

2010-cu ildə Türkiyə Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 3,37%, o cümlədən idxalda 11,69%, ixracda isə 0,8% olmuşdur.

Cari ilin 5 ayında iki ölkə arsında əmtəə dövriyyəsi 1,4 mlrd. dollar təşkil edib və ilin sonunda 3 mlrd. dollara çatacağı gözlənilir. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olsa da, son illər ərzində iki ölkə arasında ticarət dövriyyəsinin göstəricilərində azalma müşaidə olunur. 2010-cu ildə Türkiyədə Azərbaycan kapitalının iştirakı ilə 136 şirkət qeydə alınıb. Onların 74-ü İstanbulda yaradılıb. 2010-cu ildə Azərbaycan kapitalının iştirakı ilə 6 səhmdar cəmiyyət və 130 məhdud məsuliyyətli cəmiyyət yaradılıb. Azərbaycan kapitalının iştirak etdiyi şirkətlərin çoxu tikinti sektorunda fəaliyyət göstərir. 2010-cu ildə Azərbaycan investisiyaları ilə yaradılan səhmdar cəmiyyətlərdə Azərbaycan kapitalının iştirak payı kapitalın ümumi həcminin 25 faizini təşkil edir, məhdud məsuliyyətli şirkətlərdə isə iştirakın 50 faizə yaxını Azərbaycan kapitalının hesabına təmin edilib. 2010-cu ildə Türkiyədə xarici iştirakla yaradılan məhdud məsuliyyətli cəmiyyətlər arasında Azərbaycan dördüncü, səhmdar cəmiyyətlər arasında isə 14-cü yerdədir. Azərbaycan şirkətləri indiyə qədər Türkiyə iqtisadiyyatına 4 milyard dollardan çox vəsait qoymuşdur. Növbəti illərdə təkcə neft kimyası sənayesinə 6 milyard dollar əlavə sərmayə qoyulması nəzərdə tutulur.

2008-ci ilin iyun ayının 5-də neft-kimya sahəsində Türkiyənin ən böyük şirkəti olan “Petkim”in dövlətə məxsus 51 faizlik səhm paketinin satılması üzrə investisiya müsabiqəsində ARDNŞ-nin Türkiyədə təsis etdiyi “SOCAR&Turcas” birgə müəssisəsi və Səudiyyə Ərəbistanını təmsil edən “İnjas” şirkətindən ibarət “SOCAR&Turcas/Injas” alyansı 2 miyard 40 mln. dollarlıq təkliflə qalib qəlmişdir.2010-cu ildə “Petkim”in ümumi istehsal, gəlir, mənfəət və ixracat üzrə rekord göstəricilərə nail olmuş və 2011-ci ildə şirkətin inkişafı üçün 130 mln. dollarlıq sərmayə qoyuluşu nəzərdə tutulur.

İqtisadi sahədə əməkdaşlıq haqqında indiyədək iki dövlət arasında 23 sənəd imzalanıb.

Mədəni münasibətlər: Uzun illər boyu Sovet İttifaqının tərkibində olan Azərbaycan Respublikasının beynəlxalq mədəni fəaliyyətə birbaşa qoşulmaq hüququ olmamışdır. Lakin istər dil, istərsə də adət-ənənə oxşarlığı baxımından bir-birinə çox yaxın olan hər iki xalq mədəni-kulturoloji əlaqələr yaratmağa böyük ehtiyac duymuşdur. Təsadüfi deyil ki, Azərbaycanın bir çox dünya şöhrətli sənətkarları hələ Sovet imperiyasının Türkiyəyə qarşı radikal yanaşdığı dövrlərdə də qardaş ölkə ilə mədəni-kulturoloji əlaqələr yaratmaqdan çəkinməmişlər. Xüsusilə maestro Niyazi, Arif Məlikov, Zeynəb Xanlarova, Lütfiyar Imanov və başqaları daim Azərbaycan incəsənətini Türkiyə ictimaiyyətinə təqdim edə bilmişlər. Görkəmli sənətkarımız maestro Niyazi Ankara Dövlət Opera və Balet teatrında P.I. Çaykovskinin “Yevgeni Onegin” operasını tamaşaya qoymuşdur. Həmin operada German rolunu Lütfiyar Imanov ifa etmişdir.

Sonrakı illərdə Niyazi Türkiyədə P.I. Çaykovskinin “Qu gölü” baletini, C. Verdinin “Aida” operasını da tamaşaçılara təqdim etmişdir. Türk tədqiqatçıları Niyazini müasir dövrün ən qabaqcıl drijorlarından biri kimi qiymətləndirmişlər.
Xalq artisti Zeynəb Xanlarova isə Türkiyəyə etdiyi qastrollar zamanı Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə onun mahnı janrının ecazkar gücə malik olduğunu nümayiş etdirmişdir. O, türk tamaşaçılarının ən sevimli müğənnisi statusunu qazanmışdır. 1970-ci ildə bu görkəmli müğənnimizi Türkiyə prezidenti Cövdət Sunay xüsusi diplomla təltif etmişdir. 1977-ci ildə isə Zeynəb Xanlarova Leyla Vəkilovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs ansamblı ilə birlikdə Türkiyənin Istanbul, Ankara və Izmir şəhərlərində çox uğurlu çıxışlar etmişlər. Həmin vaxt demək olar ki, bütün türk qəzetləri Zeynəb Xanlarovanın ecazkar ifasından, sənətkarlıq qüdrətindən yazmışlar.

Hələ sovet dövründə Azərbaycanda Yaşar Kamal, Orxan Kamal, Rəşad Nuri Güntəkin, Nazim Hikmət, Əziz Nesin kimi türk yazarlarının əsərləri populyar olub və dəfələrlə nəşr edilib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, mədəni münasibətlərdə də böyük dirçəliş baş verib.

2 noyabr 1994-cü ildə Türkiyə Böyük Millət Məclisində dahi Azərbaycan şairi Məhəmməd Füzulini anma mərasimi keçirilib və mərasimdə Azərbaycan Prezidenti heydər Əliyev çıxış edib. Eyni zamanda Azərbaycan Prezidenti Bilkən Universitetində Füzulinin 500 illik yubileyinə həsr olunmuş şənliklərdə iştirak edib.

Turk dramaturqlarının əsərlərinin Azərbaycan teatrındakı tamaşaları, eləcə də son illərdə Azərbaycan dramaturgiyasının Turkiyə teatrlarında səhnə şərhini tapmış numunələri teatrlarımızın yaxınlaşmasında müstəsna əhəmiyyət kəsb edir.

9 mart 2001-ci ildə Azərbaycanın Prezidenti Heydər Əliyevin, Azərbaycan Atatürk Mərkəzinin açılması barədə fərman verməsi və lazımi çalışmaların qısa muddətdə tamamlanması tapşırığını verməsi mədəni əlaqələrimizin inkişafının canlı təcəssümüdur.

Heydər Əliyev 2001-ci il martın 12-də Ankara şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Türkiyə Cümhuriyyətinin Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq protokolunın təsdiqi haqqında sərəncam vermişdir.

Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafında iki ölkə arasında həyata keçirilən tələbə mübadiləsi, qarşılılı tele-radio yayınları da mühüm rol oynayır.

Müasir mərhələdə əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan – Türkiyə mədəni əlaqələri son dövrdə daha yüksək templə inkişaf etməkdədir, bunu dövlət və hökumət rəhbərləri səviyyəsində, cəmiyyətlər və diasporalar əməkdaşlığında qeyd edilən tədbirlər də təsdiqləməkdədir. 2007-ci il martın 9-da Heydər Əliyev Sarayında Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunun açılışı oldu. Forumda 48 ölkədən ümumilikdə 513 nəfər iştirak edirdi. Forumda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

Yuxarıda qeyd edilənləri ümumiləşdirərək deyə bilərik ki, beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlər uzrə Azərbaycanla Turkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür, tərəflər regional və beynəlxalq təşkilatlarda məsləhətləşmələr aparır, bir-birinə qarşılıqlı dəstək verir. Azərbaycan BMT, İKT, NATO, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Birliyi kimi təşkilatlar çərçivəsində də Türkiyə ilə faydalı əməkdaşlıq edir. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlib. 1993-cü ilin aprelində Ermənistan qoşunları Azərbaycanın Kəlbəcər rayonunu işğal etdikdən və BMT-nin işğal olunmuş əraziləri tərk etməsi barədə qətnaməsini icra etmədikdən sonra Türkiyə Ermənistanla sərhədlərini bağlayıb və problem həllini tapmayana qədər sərhədləri açmamaqda qərarlıdır. Türkiyə ardıcıl olaraq bütün beynəlxalq təşkilatlarda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərinin azad olunmasını, bu məslə ilə bağlı BMT-nin müvafiq qətnamələrinin həyata keçirilməsini tələb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini blə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır.”

Ümumi tarixi arayış 22 noyabr 2011-ci ildə tərtib olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.