Press "Enter" to skip to content

Azərbaycan, Türkiyə və Türkmənistan Prezidentlərinin geniş tərkibdə görüşü keçirilib – YENİLƏNİB FOTO/VİDEO

– Hörmətli Türkmənistan Prezidenti Sərdar Qurbanquliyeviç Berdiməhəmmədov.

Azərbaycan, Türkmənistan və Qırğızıstan mədəni əlaqələri

Orta Asiya dövlətlərindən biri sayılan Türkmənistanla mədəni əlaqələrin tarixində sovet dövrünün özünəməxsus yeri olmuşdur. Hələ 1972-ci ilin avqustunda Azərbaycanda Aşqabad günlərinin keçirilməsi bu respublika ilə mədəni əməkdaşlığın tarixində mühüm yer tutmuşdu. Türkmənistanın paytaxtı olan Aşqabad günlərinin başlıca məqsədi dostluq, qardaşlıq münasibətlərini mədəni formalarla inkişaf etdirmək idi. Həyata keçirməyin yollarına da böyük zərurət yaranmışdı. Ona görə də, həmin tədbirin proqramına iki respublika zəhmətkeşlərinin təcrübə mübadiləsi, əmək kollektivləri ilə görüşlər, mədəniyyət obyektlərində türkmən-Azərbaycan incəsənətilə tanışlıq daxil idi.”Beynəlxalq mədəni əlaqələr” kitabında göstərilir ki, Aşqabad nümayəndə heyətini rəsmi şəkildə qarşılayan Bakı şəhər Partiya Komitəsinin birinci katibi Ə.H.Kərimov bu tədbirin iki qardaş respublika paytaxtlarının zəhmətkeşləri, mədəniyyət xadimləri arasında daha sıx əlaqələr yaradacağını xüsusi vurğulamışdı.

Aşqabad günlərinin nümayəndə heyəti Bakının bir çox müəssisələrində – Əzizbəyov rayonundakı “Şimal” DRES-də, “Azərbaycan” sərinkeşləri istehsalı zavodunda və digər əmək müəssisələrində olmuş, məhsul istehsalı sahəsində tacrübə mübadiləsi aparmışdır. Qeyd etmək vacibdir ki, türkmən-Azərbaycan mədəni əlaqələrinin mühüm istiqamətini təşkil edən elmi əməkdaşlığın nəticəsində bir sıra ölkə əhəmiyyətli müəssisələr işə düşmüşdür.

Əzizbəyov rayonu “Şimal” DRES-ində 60-cı illərdə türkmən və azərbaycanlı alimlərin yaradıcı əməkdaşlığı şəraitində dəniz suyunun istilik-kimyəvi yolla yumşaldılması metodu işlənilmiş və sınaqdan çıxarılmış, Türkmənistan Baş Energetika İdarəsinin Krasnovodsk istilik-elektrik mərkəzində isə sənaye miqyasında tətbiq edilmişdir. Türkmənistan iri elektrik stansiyası – Mərv SES-i dostluq tikintisidir. Qafqaz Energetika Qurğuları Quraşdırma Trestinin işçiləri olan azərbaycanlı mütəxəssislər də burada türkmənlərlə yanaşı işləmişlər. Respublikamız Türkmənistan neftçilərinə də xeyli yardım göstərirdilər. Türkmənistanın neft mütəxəssislərinin çoxu M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmiş, bir çoxu Bakıda dissertasiya müdafiə etmişdir.

Türkmənistan Baş Energetika İdarəsinin baş mühəndisi V.Savçenko ilə Azərbaycan Baş Energetika İdarəsi arasında aparılmış danışıqlara əsasən, Bakının sahil rayonlarında elektriklə təchiz edilmiş xətləri və köməkçi stansiyalar üçün yeni növ izolyatorlar hazırlamaq sahəsində tədqiqatların aparılması haqqında razılıq əldə olunmuşdu. Maraqlısı odur ki, Türkmənistanda çalışan elektrik və neft mütəxəssislərinin çoxu Azərbaycan Neft və Kimya İnstitutunun yetirmələri olmuşdu. Məsələn, Türkmənistanın Kənd Təsərrüfatı İnstitutuna başçılıq edən professor Ənvər Rüstəmov, Politexnik İnstitutunun rektoru Əhməd Axundov, Türkmənistan Dövlət Universitetinin prorektoru Abdulla Qurbanovun adlarını çəkmək olar.

Mədəniyyət sahəsində sənətkarların bir-birilə yaradıcılıq mübadiləsi aparması da Aşqabad günlərinin mühüm fəaliyyət məqamlarından biri idi. Türkmən xalq musiqisini “bakşi” adlandırırlar. Bu, eynilə Azərbaycan aşığına ekvivalent bir ənənəvi fenomendir. Aşqabad günlərində iştirak etmiş Türkmənistanın xalq müğənnisi Odeniyaz Nobatov bu tədbirdən çox məmnun qalaraq demişdi: “Qonaqpərvər Azərbaycan paytaxtından ayrılarkən öz-özümə belə bir sual verirəm: Bakıda olduğumuz günlərdə gördüklərimizdən ən çox yadda qalanı nədir? Aydındır ki, qüdrətli sənaye və yüksək mədəniyyət mənzərəsi, qədim xalqın gözəl incəsənəti və şəhərin misilsiz gəzəlliyi xatirəmizdə qalacaqdır.

Bakıda əmək adamlarının dostluq və səmimiyyətlə sıx möhkəmlənmiş beynəlmiləl qardaşlığı isə bizi daha çox heyran etdi. Əgər bu qardaşlıq olmasaydı, Azərbaycanın paytaxtı heç bir zaman indiki kimi əzəmətli və gözəl olmazdı. Mən burada özümü öz torpağımızda, qohumlar və qardaşlar arasında hiss etdim. Sazı xatırladan dutar musiqiçisi kimi mənə Azərbaycan aşıqlarının yaradıcılığı yaxın və qiymətlidir. Bir musiqiçi kimi mən muğamlar üstündə tərbiyə almışam, tez-tez onları konsertlərdə ifa edirəm. Muğama məhəbbət mənə vaxtilə Bakıda olmuş və bir çox bakılı ilə dostluq etmiş adamdan miras qalmışdır. Ailə ənənəsi olmuş bu dostluğun bir rəmzi kimi Azərbaycan tarı ilə türkmən dutarı evimizdə divardan yanaşı asılmışdır. Bizim iki respublikanın torpaqlarını bir-birindən yalnız Xəzər ayırır, dünyada ən möhkəm körpü olan dostluq körpüsü isə onları birləşdirir. Bu cür şəraidə mən Azərbaycanda özümü doğma evimdəki kimi hiss etməyə bilmərəm. Evimizə yeni mahnılarla qayıdıram. Azərbaycan aşıqlarının gözəl əsərlərini repertuarıma daxil etmişəm. Azərbaycan aşıqlarının bəziləri ilə görüşdüm, dost oldum”. Aşqabad günlərində iştirak edənlərin hamısının Bakıda görüşləri belə faydalı olmuşdur.

Bizim görkəmli səhnə ustalarımızdan, artistlərindən Ərəblinski, Hacıbababəyov, Sidqi Ruhulla əsrin hələ əvvəllərində Aşqabada qastrol səfərlərinə getmiş, orada həm Azərbaycan dilində, həm də türkmən dilində tamaşalar vermişlər. Əsrin əvvəllərində görkəmli Azərbaycan mütəfəkkiri, yazıçısı Cəlil Məmmədquluzadə tərəfindən nəşr edilən “Molla Nəsrəddin” jurnalı Türkmənistanda geniş yayılmışdı. Türkmənistanda Xoca Nəsrəddin kimi tanınmış Molla Nəsrəddin həmişə eyni dərəcədə qiymətləndirilmişdir.

Sovet hakimiyyəti idarə üsulunun iflasından sonra müstəqillik əldə etmiş Azərbaycan-Türkmənistan mədəni əməkdaşlığı demokratik prinsiplərə uyğun olaraq ikitərəfli və çoxtərəfli əlaqələr kontekstində inkişaf edir. 1995-ci ilin iyununda Azərbaycan Respublikasının xarici işlər naziri H.Həsənovun bu ölkəyə rəsmi səfəri zamanı Türkmənistan Prezidenti Saparmurad Türkmənbaşı və digər rəhbər nümayəndələrlə görüşlər oldu. Səfər zamanı iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanmışdı. Digər sahələrdə olduğu kimi, mədəni əlaqələrdə də qarşılıqlı münasibətlərə başlamaq haqqında fikir mübadiləsi aparılmışdı.

1996-cı ilin martında Azərbaycana rəsmi səfər etmiş Türkmənistan Prezidenti Saparmurad Niyazovun şərəfinə təşkil olunmuş ziyafətdə Azərbaycan Prezidenti Heydər Əliyev demişdi: “Biz daha sıx əməkdaşlıq etməli, elm, mədəniyyət, təhsil . sahələrində əməkdaşlıq üçün mövcud imkanlardan yaranan gözəl şəraitdən istifadə etməliyik. “. Həmin səfər zamanı S.Niyazov Bakı Dövlət Universitetinin fəxri doktoru seçilmiş və bunu təsdiqləyən sənəd – doktorluq diplomu ona təqdim olunmuşdu ki, bu da iki türk dövlətinin “türkçülük” ideyası, bayrağı altında birləşməsi üçün çox mühüm addımlardan biri idi. Həmin rəsmi səfər çərçivəsində mədəni əməkdaşlığın strateji istiqamətləri müəyyənləşdirdi. Azərbaycan Respublikası ilə Türkmənistan arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, daha sonra təhsil, elm, mədəniyyət sahəsində iki ölkənin hökumətlərarası sazişləri imzalandı.

Türk birliyinin digər nümayəndəsi olan Qırğızıstan Respublikası ilə Azərbaycan arasında mədəni əlaqələrin müasir vəziyyəti daha çoxtərəfli əlaqələr sistemində inkişaf etməkdədir. Qırğız xalqının milli eposu olan “Manas” dastanımn 1000 illiyi ilə bağlı tədbirlərdə TÜRKSOY xəttilə Azərbaycan dövlət nümayəndə qrupunun iştirakı iki xalq arasında dostluq, qardaşlıq, mədəni birliyin ən bariz nümunəsidir. Ötən əsrin 90-cı illərinin sonlarına doğru Azərbaycan-Qırğızıstan prezidentlərinin, hökumət və dövlət nümayəndələrinin işgüzar səfərləri, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən müxtəlif səviyyəli beynəlxalq əhəmiyyətli tədbirlərdə elmi-mədəni əməkdaşlıq sahəsində ikitərəfli, çoxtərəfli əlaqələrin qurulması məsələlərinə də önəm vermişlər.

Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu Qırğızıstana səfəri zamanı azərbaycanlıların daha çox məskunlaşdığı Çuysk və Oş vilayətlərində iki xalq arasında mədəni əməkdaşlıq sahəsindəki görülən işlər, həyata keçirilən tədbirlərlə tanışlığı mühüm əhəmiyyət kəsb etmişdi. Buradakı Azərbaycan diasporuna malik “Xəzər” Milli Mədəniyyət Mərkəzi mədəni əməkdaşlıq sahəsində vasitəçi rolunu oynayır.

1998-ci ilin sentyabrında Bakıda təşkil olunmuş “Tarixi İpək yolunun bərpası üzrə” beynəlxalq konfransda iştirak etmiş Qırğızıstan prezidenti Əsgər Akayev bu ideya çərçivəsində, həm də mədəni əməkdaşlığın gücləndirilməsinə şəraitin yaradılmasını ön plana çəkir. Qədim İpək Yoluna həm də mədəni dəyərləri daşıyan əzəmətli bir yol kimi yanaşan Qırğızıstan prezidenti onun vasitəsilə Asiya və Avropa mədəniyyətlərinin qarşılıqlı nüfuz və zənginləşməsinin həyata keçdiyini vurğulamışdı. Bu məqsədlə qırğız prezidenti çoxtərəfli əlaqələrdən, yəni TRASEKA zonası kimi istifadəni ön plana çəkmişdi.

Orta Asiya respublikalarında mədəni əməkdaşlıq sahəsində əlaqələrin nisbətən az davamlı şəkildə həyata keçirilməsinin başlıca səbəbi respublika daxilində sosial cəhətdən sabitsizliyin hökm sürməsi faktıdır. Bu hadisələr həmin türk dövləti ilə mədəni əlaqələrin daha davamlı və ardıcıl şəkildə inkişaf etdirilməsinə müəyyən əngəllər törədir.

Lakin bununla belə mədəni əlaqələr davam edir. Bunun təzahürü kimi, hər iki xalqın mədəniyyət sahəsindəki sənətkarların bir-birilə əlaqələrini, mübadilələrini nümunə göstərmək olar.

fəlsəfə üzrə fəlsəfə doktoru

Azərbaycan, Türkiyə və Türkmənistan Prezidentlərinin geniş tərkibdə görüşü keçirilib – YENİLƏNİB + FOTO/VİDEO

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

– Hörmətli Türkmənistan Prezidenti Sərdar Qurbanquliyeviç Berdiməhəmmədov.

Hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan.

Bu il ikinci dəfə qardaş Türkmənistana səfər edirəm və yenidən burada olmaqdan çox məmnunam. Üçtərəfli Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkürümü bildirirəm.

Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləməsinin şahidi olmaq, onun nailiyyətlərini görmək bizi sevindirir.

Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq.

Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.

Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edirlər.

Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır.

Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır.

Bu il Türkmənistan ilə ticarət dövriyyəsi beş dəfə artmışdır. Bu, rekord göstəricidir.

Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.

Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir.

2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.

Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur.

Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Türkiyədən və Türkmənistandan olan şirkətləri bu Zonanın imkanlarından faydalanmağa dəvət edirik.

2017-ci ildə əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə bərabər Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq.

Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Bu zavodda istənilən növ gəmilər inşa edilə bilər.

Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha doqquz təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur.

Hazırda Azərbaycanda səkkiz beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli və Zəngilan hava limanlarının açılışında Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca doqquzuncu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.

2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı.

Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.

Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.

13:10

Azərbaycan, Türkiyə və Türkmənistanın Dövlət Başçılarının Birinci Zirvə Görüşü başlayıb.

Oxu.Az xəbər verir ki, görüş Türkmənbaşı şəhərində keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib.

Həmin görüşdən görüntüləri təqdim edirik:

Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır – Afət Həsənova

Türkiyə ilə Azərbaycan arasında mövcud olan yüksək-səviyyəli əlaqələr, dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır. Hər iki ölkənin eyni dinə, dilə, oxşar mədəniyyətə və digər adət-ənənələrə malik olması ölkələrimiz arasında əlaqələri daim möhkəmləndirib və ən yüksək səviyyəyə çıxarıb.

Day.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, Türkiyə ilə Azərbaycan həm çətin, həm də xoş günlərdə daim bir-birilərinin yanında olub:

“1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakıya gəlməsi və daşnakların ölkəmizə qarşı təcavüzünün qarşısının alınması, eyni zamanda Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mübarizəyə azərbaycanlıların maddi və mənəvi yardım göstərmələri iki ölkə arasında münasibətlərin tarixən dostluq və qardaşlıq, qarşılıqlı inam və etimad əsasında formalaşdığını aydın şəkildə göstərir.

Əfsuslar olsun ki, Azərbaycanın SSRİ-nin tərkibinə daxil edilməsi Türkiyə ilə Azərbaycan arasında da münasbətlərə öz mənfi təsirini göstərmişdir. Lakin bununla belə Azərbaycan Sovet İttifaqının tərkibində olarkən də iki respublika arasında rəsmi münasibətlər mövcud olub. Belə ki, 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın Bakıya səfərləri iki ölkə arasında əlaqələrin sarsılmaz olduğunu göstərir”.

A.Həsənova vurğulayıb ki, Azərbaycan yenidən öz müstəqilliyini qazandıqdan sonra Türkiyə ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoydu:
“Bildiyiniz kimi Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlamışdır. Həmin vaxtan etibarən iki qardaş ölkə arasında siyasi və iqtisadi əlaqələr sürətlə inkişaf etməyə başladı.

İki ölkə arasındakı münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri “Bir millət, iki dövlət” kimi xarakterizə edən ulu öndər iki qardaş ölkə arasında münasibətlərin inkişaf etməsi istiqamətində böyük əmək sərf edib. Həm region, həm də beynəlxalq aləm üçün mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri-miqyaslı layihələrin reallığa çevrilməsində ulu öndər Heydər Əliyevin misilsiz əməyi olub”.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji hədəflər istiqamətində mühüm addımlar ataraq iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni müstəviyə çıxmasına nail olub:

“Bu gün Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə prezidenti tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü siyasətin nəticəsində daim möhkəmlənir və bu istiqamətdə yeni perspektivlər açılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır”.
Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə daim bir-birilərinin mövqeyini dəstəkləyir: “Azərbaycan ərazilərinin 20 faizini 30 ilə yaxındır ki, işğal altında Ermənistana etiraz olaraq bu ölkə ilə sərhədlərini bağlamış Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin ədalətli mövqeyinə daim tam dəstək verir”.

A.Həsənova əlavə edib ki, Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir: “Belə ki, ölkələrimiz arasında əlaqələrin inkişafı və möhkəmlənməsi regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə mühüm töhfələr verir”.

Deputat vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərin bundan sonra da durmadan inkişafı və möhkəmlənməsi üçün geniş potensial və möhkəm siyasi iradə var.

Comments are closed, but trackbacks and pingbacks are open.