12 Dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür”
General-polkovnik Zakir Həsənovun tapşırığına əsasən dekabrın 12-də Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə bir sıra tədbirlər keçirilib.
Şəxsi heyətin və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.
Tədbirlərdə çıxış edənlər Ulu Öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıblar. Qeyd edilib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib.
Bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirlərdə ulu öndər Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər də nümayiş etdirilib.
Heydər əliyevin 12 dekabr anım günü
“Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!” Heydər Əliyev
AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
- Müdafiə naziri
- Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
- Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi
- Мüdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi
- Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı
- Мüdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı
- Мüdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı
- Müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini
- Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi
- “Azərbaycan Ordusu” qəzeti
- “Hərbi Bilik” jurnalı
- “Milli təhlükəsizlik və hərbi elmlər” jurnalı
- Hərbi And
- Qanunvericilik
- Nizamnamələr
- Bayraqlar
- Orden və medallar
- Emblemlər
- Azərbaycan Milli Qəhrəmanları
- Geyim qaydası
- Beynəlxalq hərbi əməkdaşlıq
- İkitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq
- NATO ilə əməkdaşlıq
- Beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak
- BQXK ilə əməkdaşlıq
- Beynəlxalq silahlara nəzarət üzrə fəaliyyətlər
- CISM – Beynəlxalq Hərbi İdman Şurası
- Azərbaycandakı xarici hərbi nümayəndəliklər
- Beynəlxalq Ordu Oyunları
- Azərbaycan Ordusunun hərbi elm və təhsil sistemi
- Hərbi Elmi Tədqiqat İnstitutu
- Hərbi İdarəetmə İnstitutu
- Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi
- Heydər Əliyev adına Hərbi İnstitut
- Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Lisey
- Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi
- Dövlət rəmzləri
- Bayramlar
- Ermənistan-Azərbaycan münaqişəsi
- Vətən müharibəsi
- Qan yaddaşı
- Xəbərlər arxivi
- Cəbhə xəbərləri arxivi
- Foto arxiv
- Video arxiv
- “Azərbaycan Ordusu” qəzetinin arxivi
- “Azimut” Bülleteninin Arxivi
Xəbərlər
12 Dekabr 2019 19:11
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
General-polkovnik Zakir Həsənovun tapşırığına əsasən dekabrın 12-də Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə bir sıra tədbirlər keçirilib.
Şəxsi heyətin və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.
Tədbirlərdə çıxış edənlər Ulu Öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıblar. Qeyd edilib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib.
Bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirlərdə ulu öndər Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər də nümayiş etdirilib.
Azərbaycan Respublikasının Prezidenti
Silahlı Qüvvələrin Ali Baş Komandanı
“12 Dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür”
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır.
Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilib. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirib.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Ulu Öndərin həyat yolunu özündə əks etdirən “12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür” adlı virtual sərgi hazırlayıb.
Kitabxanadan SİA-ya bildirilib ki, virtual sərgidə Ulu Öndər haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitablar, məqalələr, fotolar nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tammətnləri ilə verilib.
Heydər əliyevin 12 dekabr anım günü
12 Dekabr 2020
12 Dekabr xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür.
Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu gün də Azərbaycan xalqı, gəncliyi olaraq Ulu Öndərin bizlərə miras qoymuş olduğu bəşəri izləri uğurlu addımlarla davam etdiririk.
Bu gün ərzində sizlərə Ulu Öndərimizin xalqımıza olan nəsihətlərinin bugünki siyasətimizdə rolunu sizə təqdim edəcəyik.
1) Ümumilli Lider Heydər Əliyev deyib:
Azərbaycan dünya birliyində öz yerini tapıb və hər yerdə nəinki tanınır, hər yerdə öz sözünü deyir, öz siyasətini həyata keçirir. Xarici siyasətimiz dünyada rəğbətlə qarşılanıb və biz bu siyasətimizi davam etdirəcəyik.
Bu vəsiyyətin uğurlu nəticəsi olaraq cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasətimiz 44 günlük müharibə müddətində də öz əhəmiyyətli rolunu nümayiş etdirdi. Qoşulmama Hərəkatı üzvlərinin səyi nəticəsində BMT TŞ-də Azərbaycanın əleyhinə olan bəyanat qəbul edilmədi.
2) Ümumilli Lider Heydər Əliyev deyib:
Biz son 200 ilin tarixini yenidən öyrənməliyik.
Ulu öndərimiz XIX-XX əsrləri, xüsusən Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonrakı tarixi nəzərdə tuturdu. Bu tarix Azərbaycanın ikiyə bölünməsi tarixi, xalqımızın məhv edilməsi siyasəti tarixi və soyqırımlar tarixidir. Prezident İlham Əliyev bu vəsiyyəti yerinə yetirərək, Tarix İnstitutunun elmi istiqamətini son 200 ilin tarixinin yenidən yazılmasına, Azərbaycan tarix elminin saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsinə yönəltdi.
3) Ümumilli Lider Heydər Əliyev deyib:
Biz heç vaxt ərazimizin bir qarışının da belə heç kəsə verilməsinə razı olmayacağıq. İşğal olunmuş torpaqlar nəyin bahasına olursa olsun azad ediləcək. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunacaq.
O bu sözləri deyərkən xüsusilə əzəli Azərbaycan torpaqlarını işğal edərək yerləşmiş Erməni xalqına öz mesajını verirdi. Ölkə Prezidentimiz cənab İlham Əliyev Ümumilli Liderin dediyi nəsihəti yerinə yetirmiş və torpaqlarımızı işğaldan azad edərək, əzəli sahiblərinin, Azərbaycan xalqının öz torpaqlarına geri qayıtmasını təmin etmişdir.
4) Ümumilli Lider Heydər Əliyev deyib:
Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir.
Ulu öndərin bu sözləri deyərək uzaqgörən siyasəti ilə gələcək nəsillərin ölkəmizin inkişafında böyük rol alacağını nəzərdə tuturdu. Bu nəsihətin yerinə yetirilməsi üçün Prezident İlham Əliyev ölkə gənclərimizə daim diqqət yetirmiş, ölkəmizin inkişafında gənclərinin rolunu artırmaq üçün aparıcı strukturlarda xüsusi yer ayırmış, yüksək idarəedici vəzifələrə təyin etmiş, ölkə gələcəyinin gənclərin əlində olduğunu və onlara olan inam, etibarın nə qədər yüksək olduğunu bir daha sübut etmişdir.
5) Ümumilli Lider Heydər Əliyev deyib:
Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin təmas və ünsiyyət yeri olmuşdur.
Ümumilli Liderin bu cümləni deyərək verdiyi nəsihətlərə uyğun olaraq Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikultiralizm ili” olaraq təyin etmiş, dünya üzrə beynləxalq tədbirlərin ölkəmizdə keçirilməsini və ölkə mədəniyyətimizin tanıdılması istiqamətində beynəlxalq arenalarda təmsilçiliyi təmin etmişdir.
Ulu Öndər Heydər Əliyevi hörmətlə anırıq.
Comments are closed, but trackbacks and pingbacks are open.