Press "Enter" to skip to content

Kişilərin sünnət edilməsi vacibdirmi? Sünnət nədir? Sünnətin faydaları və zərərləri

Çünki sünnətin ağırlaşmaları, bəzən uşağın evdə bəsit bir yerli keyləşdirici inyeksiyasından sonra Anafilaktik şoka girdiyi zaman evdə müdaxilə edə biləcəyimiz avadanlığımız yoxdur. Ona görə deyirik ki, sünnət xəstəxana şəraitində əməliyyatxanada olmalıdır.

Sünnət

Sünnət (sirkümsiziya), penisin uc hissəsini (glans) örtən dəri hissəsinin (prepisyum) kəsilərək çıxarılması deməkdir. Dini və ya tibbi əsaslarla görə tədbiq olunur.

Sünnət neçə yaşında olunmalıdır?

Ailənin istəyinə bağlı sünnətlər üçün təklif edilən yaş intervalı 2 ay ilə 2 yaş arası və ya 6-ci yaşdan sonradır. 2-6 yaş arası uşaqlarda sünnət nadir də olsa bir sıra psixoloji problemlərə yol aça bilər. Bu səbəblə tibbi göstəriş yoxdursa 2-6 yaş arası edilməməli. Ediləcək isə yatırılaraq, yəni sedasiya anesteziya altında edilməsi məsləhətdir.

Təkrarlayan sidik yolu infeksiyaları, sünnət dərisinin darlığına (fimoz) bağlı rahat işiyəbilməmə, ana bətnində müəyyən edilmiş sidik axarına aid pozğunluqlar, veziko-üreteral reflyuks kimi sidik yolu infeksiyasına səbəb ola biləcək anomaliyalarda sünnət vaxtından əvvəl məsləhət görülə bilər.

Sünnət yerli keyəltmə ilə mi yoxsa ümümi anesteziya (narkoz) altında edilməlidir?

Sünnət ağrısız olmalıdır və uşaqda psixoloji təsir buraxmamalıdır, bu səbəblə 6 aya qədər yerli keyəltmə ilə 6 aydan böyük uşaqlarda isə qısa çəkən sedasiya (ümümi anestezi) altında edilməsi tövsiyyə edilir. İstər yerli keyitmə ilə istər ümümi anesteziya üçün istifadə olunan dərmanların, anestetik maddələrin düzgün dozada seçilməlidir.

Sünnət lazerlə mi edilməli yoxsa klassik üsul ilə edilməlidir?

Əslində lazerlə sünnət olmur. Lazer adlandırılan alət monopolyar koterin və ya termokoterin xalq arasında istifadə olunan adıdır. Tibbdə əməliyyatlarda koterlərdən qanamanı kontrol altında tutmaq üçün istifadə olunur. Cinsiyyət üzvü, sidik axarı kimi nazik uc orqanlarda monopolyar koter istifadəsi təhlükəlidir. Sünnət edilərkən `lazerlə` dərinin kəsilməsi , kəsilən yerlə yanaşı qonşu toxumaları da yandıra bilər. Bu qalıcı fəsadlara səbəb ola bilər. Yəni, qansız, lazerlə sünnət adlandırılan üsul ilə sünnət icra edilməməlidir. Sünnət klassik usul ilə soyuq kəsilməli və qanama bipolyar koter istifadə edilərək kontrol edilməsi məsləhət edilir.

Sünnət faydalıdır mı?

Bəli faydalıdır. Tədqiqatlar göstərib ki, həyatının ilk ilində, sünnət olunmamış oğlan uşaqları arasında sidik yolları infeksiyasının əmələgəlmə ehtimalı sünnət olunmuş oğlan uşaqları ilə müqayisədə 10 qat daha yüksəkdir. Sünnət dərisi iltihabi dəri xəstəliklərinin yaranmasına da əlverişli şərait yaradır. Belə ki, balanit, balanopostit, fimoz, parafimoz kimi problemlər sünnətsiz uşaqlarda daha çox müşahidə olunur. Sünnət prosesini başa vurmuş, cinsi aktivlik yaşına çatan kişilərdə isə QİÇS, HPV, Sifiliz, Herpes kimi cinsi yolla keçən xəstəliklərə yoluxma riski sünnətsizlərə nisbətdə aşağı olur. Sünnət kişilərdə cinsiyyət orqanının xərçəngi riskini azaldır. Eyni zamanda sünnətli kişilərin cinsi təmasda olduqları qadınlarda uşaqlıq ağzı (serviks) xərçəngi riskinin azaldığı müşahidə olunub.

Sünnət faydalıdır, amma sünnət üçün ən əhəmiyyətli məsələ odur ki; sünnət əməliyyatı cərrahi prinsiplərə əməl edilərək, təcrübəli bir həkim tərəfindən yerinə yetirilməlidir, çünkü üsuluna uyğun edilməz isə bütün cərrahi əməliyyatlarda olduğu bir sıra ciddi ağırlaşmalara yol açabilər.

Sünnət dərisi geri çekilməlidirmi? Sünnət dərisini sıyırmalımı?

Normal penis inkişafı zamanı glans və pülük dərisi (sünnət dərisi) yapışıqdır (fizyoloji fimoz). Beş yaşına qədər uşaqların 75%-də normal olaraq bu yapışıqlıq ola bilər. Zaman içərisində bu nisbət azalır və sünnət dərisi penisdən öz-özünə ayrılır.

Sünnət dərisi içində yığılan el arasında duz, kristal adlandırılan maddənin adı smeqmadır, və smeqma infeksiya deyil, o pülük dərisinin ifrazatıdır. Əgər smeqma uca doğru gəlib çıxırsa yaş pambıq ilə onu təmizləyin, amma sünnət dərisinin geri çəkib təmizləməyə çalışmayın. Çünkü sünnət dərisinin (pülüyü) zorlayaraq açmağa çalışmaq cinsi orqanın dərisinə zərər verir və sünnət dərisinin iltihabına səbəb olur. Əgər dar olduğunu düşünürsüzsə uşaq uroloquna göstərin. Amma geri sıyırmaya çalışmayın.

Estetik Sünnət

Sünnət edərkən cinsiyyət üzvünün estetikasına diqqət edilməz isə uşağın gələcəkdə psixologiyasına, cinsi yaşamına, özünə inamına təsir edə bilər. Dəlləklər vəya təcrübəsiz əllərdə icra olunan sünnətlərdə ciddi fəsadlar, estetik problemlər görülür.

Estetik sünnətində məqsəd düzgün ölçülərdə, simmetrik dəri qorunaraq sünnət edilməsidir, daxili pülüyün (mukozanı) milimetrik olaraq 4-5 mm ölçülüb saxlanmasıdır. Bu, estetik görünüşə səbəb olur, anatomik olaraq dəri nə uzun nə də qısa kəsilməli. Öz-özünü sürətlə əriyən incə tikişlərin istifadə edilməsi yara izinin qalmaması məqsədi daşıyır.

Bəzən gömük cinsiyyət üzvü olan hallarda xüsusi cərrahi texniki yöntəmlərlə sünnət edilməli.

Valideynlərə məsləhətlər:

  • Toplu (kütləvi) keçirilən sünnətlərdən qaçının, çünki toplu sünnətlərdə fəsadların yaranma ehtimalı qismən daha yüksəkdir.
  • Sünnət etdirmək üçün tələsməyin! düzgün yaş seçin, çünki 3-5 yaşlı uşaqlara sünnətin nə olduğunu, niyə edildiyini başa salmaq və uşaqdan anlayış gözləmək çox çətindir. Buna görə də, uşaq 6 yaşdan böyükdürsə, sünnət və proseduru sadə dildə qavrayırsa, istisna vəziyyət yoxdursa, sünnət etdirmək olar.
  • Evdə və ya gigiyenaya riayət edilməyən müxtəlif yerlərdə, eyni zamanda qeyri-professional şəxslərə (“dəlləklərə”) sünnət etdirməyin!
  • Uşağın yaşından asılı olmayaraq o, ağrı hiss edə bilər, bu səbəblə ya yerli, ya da ümümi anesteziya altında sünnət etdirin.
  • Ən əsası, sünnətdən öncə mütləq müayinə etdirin. Cinsiyyət üzvündə və xayalarda hər hansı problemin olub olmadığı əməliyyatdan öncə bilinməlidir. Bunlar enməmiş xaya, hipospadiya (peyğəmbər sünnəti, doğuşdan yarımsünnətli) kimi uroqenital anomaliyalardır. Həkim bunu öncədən aşkar etməli, ailəyə məlumat verməli və bu xəstəliklərin cərrahi yolla düzəlməsinə uyğun vaxt ayırmalıdır.

Sünnət əməliyyatdır, küçümsəməyin! Çünki bu əməliyyat geri dönüşü olmayan fəsadlara səbəb ola bilər! Uyğun yaş seçin və sünnət üçün professional mütəxəssislərə müraciət edin

  • Lazerlə sünnət
  • Gömülən cinsiyət üzvündə sünnət
  • Sünnət faydalıdır, amma…
  • Sünnət dərisi darlığı – Fimoz, Parafimoz
  • Cinsiyyət üzvü iltihabı – Balanopostit,

Kişilərin sünnət edilməsi vacibdirmi? Sünnət nədir? Sünnətin faydaları və zərərləri

Sünnət etdirmək kişi cinsiyyət orqnının uc hissəsində dərinin kəsilməsi lə aparılan əməliyyatdır. Sünnət adətən yeniyetmə yaşına kimi olan oğlan uşaqlarına edilir. Tibbdə bu əməliyyatın adı sirkumizisiyadır. Yer kürəsində yaşayan kişilərin 1/6 hissəsi sünnət edilıib. Sünnətin edilməsinin faydası müxtəlifdir.

Dini inanaclara görə sünnət bütün müsəlman kişilərə şamil edilməlidir və bunu etdirməyən kişi müsəlman sayıla bilməz. Bəzi hindu qəbilələri arasında da sünnət etdirmək adətlərinə rast gəlmək mümükündür.

Tibbi baxımdan isə sünnətin aşağıdakı hallarda həyata keçirilir:

  • * pülük dəliyinin daralması
  • * sidik axarlrında patoloji hallar olduqda
  • * cinsiyyət orqanının anotomik quruluşunda paroloji hal müşahidə edildikdə.

Sünnətin kişilərdə cinsi fəallığa da səbəb olması barədə qeydlər var. Bəzən tibbi ədəbiyyatlarda isə sünnətin kişi cinsiyyət orqanlarında infeksion xəstəliklərin qarşısını almaq xüsusiyyətinin olması da qeyd edilir. Hətta sünnətin kişini AİDS xəstəliyinə yoluxma təhlüksindən qoruma qabiliyyətinin olduğu da söylənilir. Statiskikaya gğrə AİDS xəstəliklərinə yoluxan kişilər arasında sünnət olunanların sayı digərlərindən qat-qat çoxdur.

Avstraliya alimləri isə sünnət olunmuş kişilrin immundefisit virus xəstəliyinə nadir hallarda yoluxduqlarını qeyd edirlər.Sünnət olunmuş kişilərin zöhrəvi xəstəliklərə yoluxma şansı da az olur.

Sünnət zamanı kəsilmiş dərinin penisin uc hissəsində hissiyatın pozumasına səbəb olduğu barədə düşünənlər də var. Onların fikrinə görə penisin baş hissəsi sinir ucları ilə zəngin olduğu üçün sünnət zamanı zədələnə bilər. Amma, əksər mütəxəsisslər sünnət olunmaq hətta orqazm zamanı kişinin vaxtından əvvəl boşlmasının qarşısını aldığını söyləyirlər.

Sünnət etdirmək bizim dinimizə mənsub olan adətlərdən biridir. Bu adəti oğlan uşaqlarının yeniyetmə dövrünə qədər həll etmək isə daha məqsədəuyğun sayılır.

SÜNNƏT – mübahisələr, suallar və cavablar

Sünnət bir tibbi məcburiyyətdir, yoxsa rutin bir ənənədir, yoxsa dini bir baxış açısından dəyərləndirilməlidir?

Dini bir topluluğun içində sünnət haqqında danışırıqsa, sünnətin təbii ki “sünnət” – adı üstündə, sünnət olduğunu qəbul edəcəyik.

Dini mənasının yanında rutin mənası da var. Yəni biz sünnəti etdiririk, çünki atam da sünnət etdirib, atamın atası da sünnət etdirib, bizim qohum-əqrabada hamı sünnət etdirib.

Elə bir mövzudur ki provokasiyaya gətirə bilərsiniz cəmiyyəti və yaxud da həkimi, tibb işçisini…

Mən sünnətin mübahisəli yönlərinin yanında daha çox edilməməsi gərəkən şeylər haqqında danışacam.

Yəni sünnət evdə edilməlidirmi məsəl üçün.

Sünnət yerli keyitmə ilə edilməlidirmi yoxsa ümumi anesteziya altındamı edilməlidir?

Sünnət hansı yaşda edilməlidir, hansı yaşda edilməməlidir?

Sünnət hansı yaşda edilməlidir?

Sünnətin ideal yaşı hələ bildirilməmişdir.

Məsəl üçün, “Sünnət 6-7 yaşında edilməlidir”, “Sünnət 2 yaşın altında, yəni 2 yaşdan balaca ikən edilməlidir”… Sərt bir qanun gətirə bilmərik. Çünki sünnət 3, 4, 5 yaşda da edilən uşaqlar, etdirən ailələrimiz var.

Siz məndən soruşsanız ki, sünnəti bəs hansı yaşda edilməsi daha məsləhətdir? Hansı yaşda edilərsə uşağımız zərər görə bilər?

Tibbi prizmadan baxsaq, bizim əsas ideyamız “zərər verməmək”dir. Yəni, uşağa zərər verməmək, xəstəyə zərər verməmək…

Hansı yaşda sünnət etdirməməliyik?

2 yaşdan sonra, 3, 4, 5 yaş uyğun deyil. Bu yaşlar uşağın “fallik dönəmi” dediyimiz bir dönəmdir ki, öz psixi və cinsi kimliyinin fərqində olduğu zamandır və biz belə bir zamanda uşağa tibbi zorunlu olmayan bir sünnət edərsək, bu uşaqda qalıcı travmalara səbəb ola bilər. Biz ona görə də ən çox təklif etdiyimiz yaş ailələrə 2 yaşın altında 3 ayın üstündə, bir də 6-7 yaşlardır.

Niyə 3 ayadək körpələr sünnət edilmir?

Etmirik deməyək yenə, yəni kəskin bir şey deyil, təklif etmirik ailələrə. Çünki yeni doğulmuş uşağa tibbi bir göstəriş olmadığı müddətcə hər şeydən qaçınırıq biz. Tibbi göstəriş olmadığı zaman adi bir iynədən, adi bir dərmandan yəni hətta ana südündən başqa, sudan belə yeni doğulana verilməsini məsləhət görmürük. Yəni 6 aya qədər su verilmir deyirik, amma eyni zamanda sünnət elətdiririk bu uşağa.

Yəni mübahisəli mövzular çoxdur amma bəlli olan şeylər var, onlar da sünnətin 3, 4, 5 yaş aralarında edilməməsi və sünnətin qətiyyən, amma qətiyyən evdə edilməməsi və bir həkim tərəfindən edilməsi. Bunlar qanundur, qaydadır.

Evdə sünnət edilə bilərmi?

Sünnət də sağlam bir uşağın bizə müraciətindən sonra, ailənin müraciətindən sonra, heç bir xəstəliyi olmayan bir uşağın üzərində ediləcək əməliyyatdır. Yəni bu “əməliyyatdır” deyirəm, çünki doğurdan əməliyyatdır, Sünnət bir əməliyyatdır. Bunu mən, əminliklə, deyə bilərəm sizə.

Sünnət evdə ediləcək kiçik bir prosedur deyil. Sünnət əməliyyatxana şərtlərində, xəstəxanada edilməsi və cərrah tərəfindən edilməsi gərəkən bir əməliyyatdır.

Çünki sünnətin ağırlaşmaları, bəzən uşağın evdə bəsit bir yerli keyləşdirici inyeksiyasından sonra Anafilaktik şoka girdiyi zaman evdə müdaxilə edə biləcəyimiz avadanlığımız yoxdur. Ona görə deyirik ki, sünnət xəstəxana şəraitində əməliyyatxanada olmalıdır.

Biz daha çox Türkiyədə bunu görürdük, sünnətçi tərəfindən toplu sünnətlər edilərdi, bələdiyyənin təşkil etdiyi. 100-200 bir gündə, bir adamın və yaxud da bir neçə sünnətçinin etdiyi sünnətlər. O günün axşamı bizə qanamalı və yaxud da komplikasya dediyimiz ağırlaşmaları olan onlarca xəstə gələrdi.

Sünnətin əməliyyatxana şərtlərində, xəstəxanada, bir cərrah tərəfindən edilməsi şərtdir! Bu bizim verəcəyimiz mesajın ən önəmli abzasıdır.

Sünnət ümumi narkoz altında, yoxsa yerli keyitmə ilə edilməlidir?

Amma xəstəxana şəraitində yerli keyitməyəmi üstünlük verərsiniz yoxsa ümumi keyitmə? Yəni “Narkozlamı edərsiniz?” xalq arasında deyildiyi kimi, “Anesteziya iləmi edərsiniz?”

Burada yorumlar, baxış açıları çox çox fərqlidir. Məsəl üçün, bir cərrah desə ki, “Mən yerli keyitmə ilə sünnət etmirəm”, buna hörmətlə yanaşmaq lazımdır. Ümumi keyitmə ilə narkozla uşağa daha az zərər vurulacağını düşünürsə, hörmət edilməsi gərəkən fikirdir.

Amma mənim öz fikrim: Cərrahın da özünü çox rahat hiss etməsi çox vacibdir əməliyyatda. yəni “Anesteziya altında, ümumi narkozda sünnət edirəm” desə bir cərrah, buna da hörmət göstərmək lazımdır. Çünki hər uşaqda yerli keyitmə eyni effekt verməyə bilir.

Sünnət nə zaman edilməməlidir?

Sünnət penis anomaliyası olan uşaqlarda, yəni “peyğəmbər sünnəti” deyə yayqındır el arasında, “hipospadias”lı uşaqlarda və “penis əyriliyi” olan uşaqlarda və “gömülmüş penis” deyirik biz, “buried penis” dediyimiz bu anomaliyalı uşaqlarda bəzi yaşlara qədər edilmir.

Sünnət əməliyyatxanada hipospadiasın əməliyyatı zamanı və yaxud da “lateral cordee”nin – penis anomaliyası olan xəstəliyin düzəldilməsi zamanı, korreksiyası zamanı eyni əməliyyatda edilməlidir. Çünkü sünnət dərisi o əməliyyatlar üçün vacibdir.

“Lazerlə sünnət” daha yaxşıdır?

Sünnət xəstəxana şərtlərində bir cərrah tərəfindən, ənənəvi alətlər vasitəsilə edilir.

Yəni xalq arasında yayqın olan “lazer sünnəti” deyə bir termin yoxdur. Bipolyar koter dediyimiz alət vasitəsi ilə edirik əməliyyatı.

Təcili sünnət varmı?

Təcili sünnət eləmişik. Təcili sünnətə göstəriş olan xəstəlik “parafimozis”dir.

Bəzən nənələr sünnət qabağı uşaqların sünnət dərisini geri çəkərək onları sünnətə hazırlayırlar. Bu çox yayılmış bir ənənədir. Etməmələri lazımdır, çünki sünnət dərisini geri çəkərkən sünnət dərisinə və penis başına zərər vururlar, bu da “fimozis” dediyimiz xəstəliyə səbəb olur. Bəzən geri çəkib buraxmadığı zaman sünnət başının, yəni penisin qanqreninə səbəb olan “parafimozis”ə belə səbəb ola bilərlər. Ona görə, “Təcili sünnət varmı” deyə soruşduqda bunun cavabı: “Vardır”.

Op.Dr. Nicat Vəliyev, Uşaq cərrahı

Comments are closed, but trackbacks and pingbacks are open.