Hikmət hacızadə demokratiya gediləsi uzun bir yol
Magna Carta-nın taleyi asan olmayıb. Sənədin imzalanmasından dərhal sonra kral Con baronlarla sazişi pozdu və ölkəni yenidən vətəndaş müharibəsi alovu bürüdü. Lakin kral Conun varisi III Henrix Magna Carta-nın qüvvəsini yenidən bərpa etdi və 1225-ci ildə krallığın bütün münaqişə edən tərəfləri sənədi son redaktədə qəbul etdilər.
Magna Carta
Təmin edilmiş insan haqları uğrunda mübarizənin tarixi demokratiya (çoxluğun hakimiy¬yəti) uğrunda mübarizə tarixindən daha gəncdir, onun cəmisi 700 yaşı var. Demokra¬tiyanın vətəni Qədim Yunanıstandırsa, liberalizmin (dövlət müdaxiləsindən qorunmuş insan haqlarının) vətəni tam hüquqla orta əsr İngiltərəsi hesab olunmalıdır. Məhz burada 1215-ci il iyunun 15-də Rannimid qəsəbəsində baş vermiş hadisələr insan haqları uğrunda müba¬rizə tarixinin başlanğıc nöqtəsi kimi qəbul olunub. O zamandan indiyə kimi hər bir fər¬din şəxsi, siyasi və sosial haqları uğrunda mübarizəsi həqiqətən ümumdünya miqyası almış¬dır.
Kral Con Plantagenet (tarixi romanlardan bizə tanış olan Şir ürəkli Riçardın kiçik qardaşı) ağılsızcasına və israfçılıqla hökmranlıq edirdi. Hərəkətləri ilə o, təkcə xalqı deyil, həm də imtiyaz və mülkiyyətlərinə qəsd etdiyi iri feodalları da özünə qarşı qaldırdı; kralın ölkənin sərhədlərindən xaricdə hərbi mükəlləfiyyəti yerinə yetirmək tələbini feodallar həddini aşmaq hesab etdilər. Kralın özbaşınalığından hiddətlənmiş bir neçə nüfuzlu baron qoşun toplayaraq uğursuz danışıqlardan sonra onu ağır məğlubiyyətə uğratdı.
Qələbədən sonra baronlar, həmişə olduğu kimi, bacarıqsız despotu devirib hakimiyyətə “ədalətli kral”ı gətirmədilər. Kenterberi arxiyepiskopu Stefan Lanqtonun köməyi ilə baronlar onların qədim imtiyazlarını təsdiq və təsbit edən sənəd hazırlayıb kralı məcbur etdilər ki, torpaq sahibkarlarından olan lordlarla və ali ruhani nümayəndələrlə birlikdə Rannimiddə onu imzalasın.
Həmin sənəd insan haqları, kral hakimiyyətinə qoyulmuş məhdudiyyətlər, hüquqi norma və prosedurların siyahısından ibarət idi; Magna Carta və ya İngilis Azadlıqlarının Böyük Toplusu kimi tanınan bu sənəd 63 bənddən ibarət olub “Krallığımızın bütün azad insan¬larına” sözləri ilə başlanırdı.
Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi.
Cek və Adam Livlilər (J. & A.Lively, Democracy in Britain, 1994) yazırlar ki, bu sənədi müasir mənada insan haqları bəyannaməsi adlandırmaq olmaz. Magna Carta yalnız konkret situa-siyaların həlli üsullarının siyahısıdır, orada öz əksini tapmış hüquqların əksəriyyəti isə yalnız baronlara aiddir. Bundan əlavə, həmin müəlliflər hesab edirlər ki, Magna Carta-nın mətni mühafizəkardır, o, yeni idarə üsulunu bəyan edən dildən daha çox, mövcud hüquqları təsdiqləyən bərpa dilində yazılıb.
Bütün bunlara baxmayaraq, həmin sənədin liberalizmin inkişafında əhəmiyyəti çox böyük¬dür. Magna Carta konstitusiya tipli hakimiyyətin əsasına çevrildi. Sonralar inadlı müba¬rizə nəticəsində yalnız baronlara aid olan hüquqlar ölkənin bütün vətəndaşlarına aid edil¬di, sənədin bəzi müddəaları isə ölkənin hüquqi sisteminin əsasına çevrildi. 1295-ci ildə kral I Eduardın hakimiyyəti dövründə fəaliyyətə başlamış ilk İngiltərə parlamen¬tinin üzvləri qərarların qəbulu zamanı daim Magna Carta-ya müraciət edirdilər.
Müttəhimlə eyni statusu olan andlıların qərarı olmadan heç kəs məhkum və ya mülkiyyətin¬dən məhrum edilə bilməz — bu müddəa demokratik məhkəmənin əsaslarından birinə çevril¬di.
Bu gün demokratik ölkələrdə qəbul edilmiş “vergiləri yalnız vergiödəyənləri təmsil edən parlament tətbiq edə bilər” qaydası öz başlanğıcını Magna Carta-nın belə bir müddəasın¬dan götürür ki, torpaq sahibkarları olan lordların razılığı olmadan kral yeni vergilər tətbiq edə bilməz.
Magna Carta-nın taleyi asan olmayıb. Sənədin imzalanmasından dərhal sonra kral Con baronlarla sazişi pozdu və ölkəni yenidən vətəndaş müharibəsi alovu bürüdü. Lakin kral Conun varisi III Henrix Magna Carta-nın qüvvəsini yenidən bərpa etdi və 1225-ci ildə krallığın bütün münaqişə edən tərəfləri sənədi son redaktədə qəbul etdilər.
Krallar sonralar da öz hakimiyyətlərini asanlıqla bölüşdürmək istəmirdilər, ancaq Magna Carta-da təsbit olunmuş hüquqlar tədricən İngiltərə vətəndaşının kimliyinin bir hissəsinə çev¬ri¬lir və istibdada qarşı mübarizə səngimədən gedirdi.
MAGNA CARTA -İngiltərə kralı Conun imzaladığı İngilis Azadlıqlarının Böyük Toplusu (1215-ci il) [ redaktə ]
Heç bir azad insan onunla bərabərhüquqlu olan insanların qanuni hök¬mün¬dən və ya ölkə qanunlarından savayı heç bir əsasla tutulub həbs edilə, hüquq və ya mülkiyyətindən məhrum oluna. bilməz.
Allahın mərhəməti ilə İngiltərə kralı, İrlandiya hökmdarı, Normandiya və Akvita¬niya hersoqu, Anju qrafı Con öz arxiyepiskopları, yepiskopları, abbatları, qrafları, baron¬ları, hakimləri, meşəbəyiləri, şerifləri, idarəçiləri, nökərləri olan bütün qulluqçu və sadiq təbəələrinə müraciət edir:
. Krallığımızın bütün azad insanlarına özümüzün və varislərimizin adından aşağıda gös¬tə¬rilən Azadlıqları onların və varislərinin sahibliyinə və mühafizəsinə əbədi olaraq bəxş edirik:
. (12) Krallığın Ümumi Şurasının razılığı olmadan krallığımızda heç bir vergi və mükəlləfiyyət tətbiq edilə bilməz.
(20) Xırda cinayət törətmiş azad insan ancaq həmin cinayətin dərəcəsinə görə, ağır cinayətə görə də həmin qaydada, amma öz statusundan məhrum edilməmək şərti ilə cəzalandırılacaq.
Beləliklə, kral məhkəməsinin rəhmdilliyi ilə üzləşmiş tacir öz mallarından, əkinçi isə öz torpaqlarından məhrum ediləcək.
Bu cəzalardan heç biri qonşuluqda yaşayan ləyaqətli adamların and içərək çıxardıqları qərar olmadan verilə bilməz.
(39) Heç bir azad insan onunla bərabərhüquqlu olan insanların qanuni hökmündən və ya ölkə qanunlarından savayı heç bir əsasla tutulub həbs edilə, hüquq və ya mülkiy¬yətindən məhrum oluna, qanundan kənar qoyula, sürgün edilə, hər hansı yolla cəmiy¬yətdəki mövqeyindən məhrum edilə bilməz, eləcə də biz ona qarşı güc işlətməyə¬cəyik və başqalarını da buna məcbur etməyəcəyik.
(40) Hüquq və ya ədaləti heç kəsə satmayacaq, rədd cavabı verməyəcək və təxirə sal-mayacağıq.
(41) Bütün tacirlər sağ-salamat və qorxusuz İngiltərəyə gedib-gələ, ticarət məqsədilə qədim və qanuni rüsumlara uyğun, qanunsuz vergilərdən azad şəkildə quru, su yolları ilə ölkədə səyahət edə və ya burada yaşaya bilərlər.
Fəqət bu, müharibə dövrünə, bizimlə vuruşan ölkələrin tacirlərinə aid deyil. Biz və ya baş hakimimiz bizimlə vuruşan ölkədəki tacirlərimizlə necə rəftar edildiyini müəyyənləşdirənə kimi hər belə tacir onun şəxsiyyətinə və mülkiyyətinə ziyan to¬xun¬¬¬-madan müharibənin başlanğıcında tutulub saxlanılmalıdır. Tacirlərimiz sağ-salamatdırlarsa, onlara da xətər toxunmamalıdır.
Mənbə [ redaktə ]
1. Hikmət A.Hacızadə “Demokratiya: Gediləsi Uzun bir Yol” Demokratiya və Antidemokratiya Antologiyası (e.ə.430 – b.e.1998), FAR CENTRE, Bakı, 2001
Hikmət hacızadə demokratiya gediləsi uzun bir yol
Azərbaycan Xalq Hərəkatı liderlərindən biri Hikmət Hacızadə 66 yaşında vəfat edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə yaxınları məlumat verib. H.Hacızadə təxminən 10 gün əvvəl insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, H.Hacızadə 1993-cü ildən Müsavat Partiyasının üzvü olub. Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan “Demokratiya haqqında 150 000 işarə” kitabı 1995-ci ildə nəşr edilib. “İnsan Haqları – bəşəriyyətin əsas ideyası” (1997), “Demokratiya: Gediləsi uzun bir yol” (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir.
Xatırladaq ki, Hikmət Hacızadə Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri olub.
Son xəbərlər
- 10:56 | Su Polisi elektriklə qanunsuz balıq ovlayan şəxsi saxladı – Foto
- 10:47 | “Qarabağda minalarla çirklənmə köçkünlərin təhlükəsiz qayıdışına mane olur”
- 10:44 | Fevralda gündəlik xam neft hasilatı bu qədər olub
- 10:31 | “Kılıçdaroğlunun xeyrinə seçkilərdən geri çəkilə bilərəm”
- 10:30 | Yevlaxda Novruz şənliyi keçirildi – Fotolar
- 10:28 | “ETOPAZ”dan 100 min manatlıq yardım
- 10:25 | “AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video
- 10:20 | Apreldə Qarabağa getmək istəyənlərin nəzərinə!
- 10:20 | İTV-dən cümə xütbəsi ilə bağlı müzakirələrə – Cavab
- 10:15 | FHN gücləndirilmiş iş rejiminə keçir
- 10:12 | Bu mesajlardan sizə də gəlir? – Ehtiyatlı olun!
- 10:11 | “Neftçi” – “Kəpəz” matçında VAR-ın çəkdiyi ofsayd xətti mübahisə yaratdı – Video
- 10:07 | Ərdoğanın Nobel sülh mükafatına namizədliyini o da təklif etdi
- 09:59 | İcra başçısı Yeni Yasamal sakinləri ilə görüşdü – Fotolar
- 09:50 | Bakıda 13 yaşlı qız növbəti dəfə evdən qaçdı
- 09:46 | Bakının mərkəzində suyun verilməsində məhdudiyyət olacaq
- 09:46 | Zaqatalada ər arvadını öldürdü – Yenilənib
- 09:46 | “Kəpəz” “Neftçi”dən belə xal aldı – Video
- 09:33 | Sivaslı azarkeşlər “Fiorentina”nın futbolçusunun burnunu qırdı
- 08:55 | Putin İlham Əliyevə zəng etdi
- 08:42 | Bakıda bu yollarda sıxlıq var
- 08:13 | İmişlidə “Heydər Əliyev İli” çərçivəsində növbəti konfrans təşkil olunub
- 07:46 | Qəzada ölən müəllim imiş. – Foto
- 07:33 | “Qəbələ” “Şamaxı”ya qarşı
- 06:30 | “Heç kim nə hiss etdiyimi bilmir” – Ronaldonun sevgilisi ağladı
- 05:36 | “Vətən müharibəsinə film çəkilməli idi, pullar yeyildi” – Video
- 04:14 | Avroliqda 1/8 final mərhələsinə yekun vuruldu – Gecənin nəticələri
- 03:01 | Talışa köçürülən ailələr belə evlərdə qalacaq – Fotolar
- 02:14 | Konfrans Liqasında 1/4 finalçılar müəyyənləşdi
- 01:37 | Yerkökü şirəsinin faydaları
- 01:18 | Latviyanın Baş naziri Zelenski ilə görüşdü
- 00:51 | “Fənərbaxça” azarkeşləri prezidentin istefasını tələb etdi
- 00:32 | Türkiyədə yenidən zəlzələ oldu
- 00:21 | Polşa Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən 9 nəfəri saxladı
- 16.03.2023 23:58 | İYİ Partiyadan çıxıb MHP-yə üzv oldular
- 16.03.2023 23:35 | “Rusiya ilə münaqişəyə girmək istəmirik” – Ağ Ev
- 16.03.2023 23:29 | İraqda güclü zəlzələ oldu
- 16.03.2023 23:12 | Monteneqronun Prezidenti parlamenti buraxdı
- 16.03.2023 23:00 | “Qarabağ” – “Qalatasaray” oyununa rekord sayda bilet satıldı
- 16.03.2023 22:31 | Bakı Yunus Əmrə İnstitutunun direktoru BAAU-nun qonağı oldu – Fotolar
- 16.03.2023 22:22 | Ermənistanda general həbs edildi
- 16.03.2023 22:11 | Məşhurların sevimli komandaları – Fotolar
- 16.03.2023 21:45 | “Problemləri biz yaratmamışıq” – Putin
- 16.03.2023 21:33 | 2 yanğınsöndürən seldə belə süründü – Video
- 16.03.2023 21:25 | Türkiyədə may ayına kimi 100 min konteyner quraşdırılacaq
- 16.03.2023 21:02 | 461 hərbçiyə ev verildi
- 16.03.2023 20:53 | Zəlzələ zonasındakı dəlillər tamamlandı
- 16.03.2023 20:41 | “Rusiyadakı yanğında bizim iştirakımız yoxdur” – Podolyak
- 16.03.2023 20:26 | Zelenski Sunakla bu mövzuda danışdı
- 16.03.2023 20:19 | “Togg”un satışına başlanıldı – Qiymətlər
Demokratiya: Gediləsi uzun bir yol
Antologiyanın böyük hissəsi — ilk dəfə olaraq Azərbaycan türkcəsinə çevrilmə 60-dan çox məqalə oxucuları çoxluğun mütləq hakimiyyətinə söykənən antik demokratiyadan başlayaraq, müasir demokratiyaya – çoxluğun hakimiyyətini insan hüquqları ilə məhdudlaşdıran liberal demokratiyayaqədərki demokratik sistemin keyfiyyət inkişafı ilə tanış edir. Bundan əlavə, toplu demokratiyanın məkanca inkişafını – antik şəhər-dövlətlərdən üzü bəri Avropanın millət-dövlətlərinə, oradan da cizgiləri artıq bu gün beynəlxalq qurumlar timsalında aydın sezilən gələcək ümumbəşər hökumətinə doğru uzanan yolunu izləməyə imkan verir.
Kitaba başlıca olaraq Amerikadakı, Qərbi və Şərqi Avropadakı demokratiyanın problemləri haqqında materiallar daxil edilmişdir; burada Azərbaycandakı demokratiyanın problemləri barədə beş məqalə də vardır ki, onlar ayrıca fəslə ayrılmayaraq, digər materialların arasında xronoloji qaydada düzülməklə bütün dünyada gedən demokratik prosesin vahid təbiətini əyani nümayiş etdirir.
Bununla belə, demokratiyanın tərkib hissəsi olan insan hüquqları mövzusu ilə daha əsaslı tanış olmaq istəyənlər üçün antologiyada “İnsan hüquqları bəşəriyyətin başlıca ideyasıdır” essesi təqdim olunmuşdur ki, bu material lazım gəldikdə ictimai fənn müəllimləri və ali məktəb tələbələri üçün dərs vəsaiti rolunu oynaya bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.