Press "Enter" to skip to content

QİDƏ Kİtabi 1 ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ

Allah bizlərə Peyğəmbər – sallallahu aleyhi və səlləm – i həyatımızın bütün xüsuslarında hakim təyin etməyimizi əmr edərək buyurur: «Amma xeyr! Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar». (ən-Nisa 65).

Sünen-i Nesai

Azərbaycan dilində 99 ədəd Dini kitabı >>Buradan<< yükləyə bilərsiniz..

“Ən-nəssu vəl ictihad”

Əsəri Buradan yükləyin Hicri-qəməri 1340-cı (miladi 1922-ci) ildə Ərəbistanda siyasi vəziyyət gərgin idi. Vaxtilə Osmanlı valilərinin təqibindən Küveytə qaçmağa məcbur olmuş Səudilər sülaləsi Ərəbistanı yenidən öz əllərinə keçirmək uğrunda çalışırdılar. Birinci Dünya müharibəsinin sonunda məğlublar cərgəsində yer tutan Osmanlı imperiyasının torpaqları Qərb dövlətləri tərəfindən tikə-tikə edilib öz aralarında bölüşdürülürdü. Bundan istifadə edən ərəb əsilzadələri də müstəqillik elan etmişdilər. Məkkə və Mədinənin də daxil olduğu Hicaz vilayətində Peyğəmbər nəslindən olan (amma əhli-sünnə məzhəbinə mənsub) Şərif Hüseyn özünü Hicaz kralı elan etdi. Amma Qərbin dəstəklədiyi Səudilərin qarşısında Şərif Hüseynin hərbi və siyasi gücü zəif idi. Ərəbistan vilayətləri bir-birinin ardınca Səudilərə tabe olurdu. Belə bir şəraitdə şiə aləmində böyük nüfuz sahibi olan alimlərdən Seyyid Şərəfüddin Amuli (məşhur “Əl-Müraciat” kitabının müəllifi) həcc ziyarətinə yollandı. Məlumdur ki,

ƏQİDƏ Kİtabi 1 ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd onun qulu və elçisidir.

«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71) 1 .

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd – sallallahu aleyhi və səlləm – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır 2 .

«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).

Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah – sallallahu aleyhi və səlləm – in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu – sallallahu aleyhi və səlləm – də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir» 3 .

Allahın bu ümmət üzərindəki nemətlərindən biri də heç şübhəsiz ki, bu ümmətin dinini kamil etmiş olması, bu ümmət üzərindəki nemətini tamamlamış olması və ona İslamı din olaraq seçmiş olmasıdır. Şübhəsiz, Rəsulullah – sallallahu aleyhi və səlləm – bu ümməti gecəsi gündüzü kimi aydın olan bir yolun üzərində buraxmamış canını təslim etmədi. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizə gecəsi gündüzü kimi tər-təmiz bir yol qoyuram. Bundan sonra kimsə yoldan azmaz. Azanlar isə həlak olurlar» 4 . Belə ki, bu yoldan həlak olandan başqası azmaz. Bu rəhmət Peyğəmbəri, bu ümməti Cənnətə yaxınlaşdıracaq və Cəhənnəm atəşindən uzaqlaşdıracaq xeyir naminə hər nə varsa mütləq onu göstərmiş, nə qədər pislik varsa bu ümməti o, pislikdən çəkindirmişdir.

Allah bizlərə anlaşılmazlığa düşdüyümüz məsələlərdə bu anlaşılmazlığı Allah və Rəsuluna buraxmağımızı tövsiyə edir. «Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərinə həvalə edin! Bu daha xeyirli və nəticə etibarı ilə daha yaxşıdır». (ən-Nisa 59).

Lakin bütün bunlara baxmayaraq günümüzdəki İslam ümməti, müsəlmanların ayrılığa düşməsi, firqə-firqə bölünməsi bu risalənin yazılmasına səbəb oldu. Bu cəmaat və firqələrin hər biri öz əqidəsinə və yollarına çağırmaqla insanları çaşqınlığa salmış, artıq insanların kimin ardınca gedəcək, kimin dediklərinə inanacaq çaşqınlığında qalmışlar.

Allaha şükürlər olsun ki, bu ümmətdə xeyir olub və bu xeyir əsla tükənmə-yəcəkdir. Qiyamətin qopacağı vaxta qədər bu ümmətin hidayət və haqqa sarılan, azı dişləri ilə ondan yapışan bir qism cəmaat olacaqdır. Səvban – radıyallahu anhu – dən gələn rəvayətdə Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurur: «Ümmətimdən bir qrup insanlar olacaq ki, Qiyamətin qopacağı vaxta qədər haqq üzrə gedəcəklər. Heç nə və heç kim onlara zərər vura bilməyəcək. Allahın əmri gəlincəyə qədər» 5 . Bu cəmaat Firqətun Nəciyə – qurtuluşa çatan firqə, Əhli Sünnə vəl Cəmaat, Sələfi-Salihin, Əhli Hədis və s. deyə adlandırılmışdır. Onlar isə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in və əshabələrin izləmiş olduğu yolu davam etdirən kimsələrdir. Əbu Nəcih əl-İrbad b. Səriyə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – bizimlə elə bir tərzdə danışdı ki, qəlblərimiz titrədi, gözlərimiz yaşla doldu. Biz dedik: «Ey Allahın Rəsulu, bu vidalaşan bir kişinin öyüdünə oxşayır, bizə vəsiyyət et». Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən sizə uca və böyük olan Allahdan haqq təqvası ilə qorxmağınızı, başınıza Həbəşı bir kölə əmir olaraq təyin edilərsə, onu dinləyib itaət etməyinizi tövsiyə edirəm. Şübhəsiz ki, aranızdan (uzun bir ömür) yaşayacaq olanlar bir çox ayrılıqlar görəcəklər. Mən sizə mənim sünnətimə və hidayətdə olan Rəşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ona möhkəm sarılın, arxa dişlərınızlə ondan yapışın. Sonradan uydurulan işlərdən uzaq durun. Çünkü sonradan uydurulan hər bir şey bir bidət, hər bir bidət isə zəlalətdir» 6 .

Allah bu ümməti firqələr arasında Vasat olduğunu, həmçinin də bu ümməti əvvəlki ümmətlər arasında da Vasat olduğunu bildirməkdədir. «Beləliklə də, sizi vasat bir ümmət etdik ki, insanların əməllərinə şahid olasınız». (əl-Bəqərə 143). Vasat ədalətli, xeyirli kimsələr mənasındadır. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Nuh çağırılacaq. O, buyur, ya Rəbbim, əmrinə hazıram» deyəcək. Allah ona: «Təbliğ etdinmi?» deyə soruşacaq. O, da: «Bəli, ya Rəbbim!» deyəcək. Allah bu dəfə onun ümmətinə buyuracaq: «Sizə təbliğ etdimi?» Onlar: «Bizə heç kim təbliğ etmədi» deyəcəklər. Bu dəfə Allah ona: «Sənin lehinə kim şahidlik edə bilər?» deyə soruşacaq. O, da: «Muhəmməd və onun ümməti» deyəcək. Onun təbliğ etdiyinə şahidlik edəcəklər. Rəsulullah da ona qarşı şahid olacaq. Allah buyuracaq: «Beləcə sizi vasat bir ümmət etdik ki, insanlara qarşı şahid olasınız» 7 .

O, halda bu ümmət zərər verən, sapmış ümmətlər ilə həlaka aparan qüsurlu yollara meyl etmiş firqələr arasında vasat bir ümmətdir. Onlar Sıratal-Mustəqimdən sapmış ümmətin bidətçi firqələri arasında orta yolu tutmuş vasat olanlardır. Auf b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Yəhudilər yetmiş bir firqəyə bölünəcəklər, onlardan yalnız biri Cənnətə qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki firqəyə bölünəcəklər, onlardan yalnız biri Cənnətə qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir, onlardan yalnız biri – Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir» 8 . İbn Ömər – radıyallahu anhu – nun rəvayətində isə səhabələr Cənnətə düşən firqə haqqında soruşdular. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir» 9 . Başqa rəvayətdə Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «O da cəmaatdır» 10 .

Sünnə Rəsulullah – sallallahu aleyhi və səlləm – in yoludur. Cəmaat da müsəlman bir toplum, cəmaatdır. Bunlar əshabələr, tabiin və Qiyamətə qədər gözəl bir şəkildə onlara tabe olanlardır. Onlara tabe olmaq bir hidayət, onlara müxalif olmaq isə bir sapmaqdır. Bu batiniyyə firqələrin yoluna uymamaq, onların ardınca getməmək üçün, Rəsulullah – sallallahu aleyhi və səlləm – in yoluna uymaq, hidayət yolunda olan cəmaatdan olmaq üçün hər bir müsəlman, hər bir şəxs öz əqidəsini gözəl bir şəkildə öyrənməli, öyrəndikdən sonra isə ona əməl etməlidir.

Bu baxımdan da mən bu risaləni topladım. Bu risaləni toplamaq üçün Quran və Sünnəyə uyaraq və İslamın elm adamlarının əsərlərindən geniş istifadə edərək Allahın izni ilə əlimizdəki bu risalənin toplanmasına nail oldum. Bu risalədə: «İslamın əsaslarından», «Lə İləhə İlləllah»-ın şərtləri haqqında və «Tövhidin növləri» haqqında geniş yer verməyə və hər oxucu ondan faydalansın deyə aydın, dəlillərlə göstərməyə çalışdım. İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə yazıb başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.

Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).

Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.

ƏHLİ SÜNNƏ VƏL CƏMAAT

SƏLƏFİ SALİHİN

Əqidə Əqd sözündəndir. Bağlamaq, yaxşı bağlamaq, düyün vurmaq deməkdir. İnsanın qəlbində kəsin olaraq qəbul etdiyi şey istər haqq, istər batil olsun əqidədir. İstilahi Mənası – Əqidə insanın heç bir şəkk-şübhə və tərəddüd olmayaraq kəsin olaraq inanması deməkdir. Əgər bir inanc yəqinlik dərəcəsinə çatmazsa ona əqidə deyilməz 11 . İslam əqidəsi deyildiyi zaman Əhli Sünnə vəl Cəmaatın əqidəsi başa düşülür. Çünki Allahın qulları üçün bəyənib seçdiyi İslam budur. Peyğəmbər – sallallahu aleyhi və səlləm -, Səhabə, Tabiin və onlara gözəl bir şəkildə tabe olanların yoludur.

Sələf keçən, keçib gedən, keçmiş deməkdir. Keçmiş cəmaatdır. «…Və onları sonradan gələnlər üçün sələf (keçmiş) və ibrət dərsi etdik».(əz-Zuxruf 56). Yaşca və fəzilətcə sizdən böyük olan ata və babalarınız sizin sələfinizdir 12 . Buna görə də ilk müsəlmanlara Sələfi Salihin adı verilmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Səhabəsi və gözəl bir şəkildə onlara tabe olanlar bu ümmətin sələfidirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrinin və onlara gözəl bir şəkildə uyanların dəvət etdiyi şeylərə dəvət edən hər bir kəs də sələfi yolu üzərindədir. İmanlarındakı sədaqətləri və ibadətlərindəki ixlasları ilə onlar uyulmağa ən layiq insanlardır ki, Allah İslam məsajını bütün yer üzünə təbliği üçün onları seçmişdir. Sələfi Salihə uyan və onların metodunu (Quran və Sünnəni) təqib edən digər müsəlmanlar da sələfə nisbət olaraq sələfi deyilir. Quran və Sünnə ilə yaşayan hər bir kəs sələfə tabe olan kimsədir. İstər zaman və məkan etibarı ilə onun ilə onlar arasında uzun bir müddət olsun. Onlara müxalif olan isə onlar arasında yaşamış olsa da belə onlardan deyildir. «Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115).

Sələfi Salihin əvvəli Peyğəmbər – sallallahu aleyhi və səlləm – dir. «Məhəmməd Allahın Peyğəmbəri. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər». (əl-Fəth 29).

Allah, ona itaət ilə Rəsuluna itaəti bir yerdə qeyd edərək buyurur: «Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi Nəbilər (Peyğəmbərlər) siddiqlər (təmamilə doğru danışanlar, etiqadı dürüst, Peyğəmbəri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar isə necə də gözəl yoldaşlardır». (ən-Nisa 69).

Allah, Rəsuluna itaəti ona itaət olaraq adlandırmış və buyurmuşdu: «Peyğəmbərə itaət edən şəxs, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə, biz ki, səni onların üzərində gözətçi olmağa göndərməmişik».(ən-Nisa 80).

Allah, Rəsuluna itaət etməməyi əməllərin boşa çıxartmaq olduğunu qeyd edərək buyurur: «Ey iman gətirənlər! Allaha itaət edin, Rəsuluna itaət edin və əməllərinizi boşa çıxartmayın». (Məhəmməd 33).

Allah bizlərə Rəsulunun əmrlərinə mıxalif olmamağımızı qadağan edərək buyurur: «Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir». (ən-Nisa 14).

Allah bizlərə Peyğəmbərinin bizə əmr etdiklərini yerinə yetirməyimizi və qadağan etdiklərindən çəkinməyimizi əmr edərək buyurur: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir». (əl-Həşr 7).

Allah bizlərə Peyğəmbər – sallallahu aleyhi və səlləm – i həyatımızın bütün xüsuslarında hakim təyin etməyimizi əmr edərək buyurur: «Amma xeyr! Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar». (ən-Nisa 65).

Allah ona olan sevgini Rəsuluna itaət ilə bağlayaraq buyurur: De ki: «Əgər Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir». (Ali İmran 31).

Buna görə də Peyğəmbər, Səhabə və Tabiinlərə uymaq daha doğru, nəticə etibarı ilə daha xeyirlidir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «İnsanların ən xeyirliləri mənim əsrimdəkilərdir. Sonra onların ardınca gələnlər, sonra yenə onların ardınca gələnlər» 13 .

Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən sonra sələfin ən xeyirlisi sidq və ixlas üzərə dini Rəsulullah – sallallahu aleyhi və səlləm – dən öyrənən Səhabəi Kiramdır. «Möminlər arasında elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər». (əl-Əhzab 23). «(İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaqlayan mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalacaqlar, altından çaylar axan Cənnətlər hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur»(ət-Tövbə 100).

Sələf yolu müsəlmanı bir başa olaraq Allah və Rəsulu – sallallahu aleyhi və səlləm – ə və onların sevgisinə bağlayır. Çünki sələfi etiqadının qaynağı havadan və insan ağlının qüsurlarından uzaq olaraq, Allah və Rəsulu – sallallahu aleyhi və səlləm – in buyurduqlarına dayanır. Bu əqidə olduqca gözəl, başa düşülən və aydın bir əqidədir. Sələf etiqadını mənimsəyən kimsə şəkk-şübhələrdən və şeytanın vəsvəsələrindən uzaqdır. Çünki bu əqidəyə inanan hər bir insan bu ümmətin Peyğəmbərinin, Səhabəi Kiramın göstərdiyi yol üzərində yürüyür.

Sünnə lüğətdə – Sənnəl Əmra – bir işi açıqladı deməkdir. Sünnə izlənilən yol və həyat tərzidir 14 . İstilahi mənası – Rəsulullah – səllallahu aleyhi və səlləm – in və səhabələrin elm, etiqad, söz, davranış və təqrir (edilən, lakin qadağan olunmayan) xüsuslarda izlədikləri yol deməkdir. Sünnənin ziddi bidətdir.

Cəmaat bir şeyin parçalarını bir-birinə yaxınlaşdırdım, cəm etdim demək olan Əl-Cəmdən alınmışdır. Mən onu cəm etdim və s. Cəmaat ictimadan törənmişdir. Ayrılıb dağılmağın və ayrılmağın ziddidir. Cəmaat çoxlu sayda insan və eyni məqsəd ətrafında birləşən insanlar topluluğu deməkdir 15 . Cəmaata bu adın verilməsinin səbəbi cəmaatın ictima kəlməsi ilə eyni mənaya malik olmasıdır. Ziddi təfriqədir. Cəmaat kəlməsi hər nə qədər bir yerə yığılan topluluğun adı olsa da, qeyd etdiyimiz mənaya gəlir 16 . İstilahi Mənası – müsəlmanların cəmaatı olub, bunlar da səhabələr, tabiin və Qiyamət gününə qədər onlara gözəl bir şəkildə uyan, Kitab və Sünnə ətrafında toplanmış, Rəsulullah – sallallahu aleyhi və səlləm – in həm zahirən və həm də batinən getdiyi bu yolu izləyən bu ümmətin sələfi deməkdir. Allah mömin qullarına cəmaat olmaqlarını, bir-biri ilə qaynayıb yardımlaşmalarını əmr etmiş, onlara təfriqəni, ayrılığı və bir-birlərini didmələrini qadağan etmişdi. «Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən o sizin qəlblərinizi birləşdirdi və onun neməti sayəsində bir-birinizə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən o sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız». (Ali İmran 103). «Açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar». (Ali İmran 105). Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəmaata möhkəm bağlanın. Ayrılıqdan çəkinin, çünki şeytan tək qalanla birlikdədir. O, iki nəfərdən uzaqdır. Kim Cənnətin geniş yerini istiyirsə həmən Cəmaata möhkəm sarılsın» 17 . Çünki burada Sünnət bidətin qarşısında, Cəmaat da təfriqənin, ayrılığın qarşısındadır. İbn Abbas – radıyallahu anhu – Allahın: «Bəzi üzlər ağ, bəzi üzlərin isə qara olacağı gündə….». (Ali İmran 106) ayəsini təfsir edərkən demişdi: «Əhli Sünnə vəl Cəmaatın üzləri ağaracaq, bidət və təfriqə əhlinin üzləri isə qaralacaq» 18 .

İslam ümmətini ilk nəslinin saf və səlim əqidəsi budur. Bu əqidənin qaynağı Kitab, Sünnət, sələf imamlarının sözləridir. Ümmətin ilk nəslinin qəlbləri bu əqidə ilə dirilmişdir. Bu Sələfi Salih, Firqətul Nəciyə, Əhli Hədis, Əhli Sünnə vəl Cəmaat, Dörd İmam və alimlərin bu günə qədər və Qiyamətə qədər onların yolunu təqib edənlərin əqidəsidir. Sonradan gəlib onların sözlərini dəyişdirənlərin yolları sizi aldatmasın. «Bu şübhəsiz ki, mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq yollara uymayın. Allah bunları sizə tövsiyə etdi ki, bəlkə pis əməllərdən çəkinəsiz». (əl-Ənam 153) 19 .

İslam – sözdə Əl-İslam, Əl-İstislam itaət etmək, bağlanmaq deməkdir 20 . Şəriətdə isə Tövhid ilə Allaha təslim olmaq, itaət ilə boyun əymək, şirkdən və şirk əhli olan müşriklərdən uzaq olmaq deməkdir. «Yaxşı əməl sahibi olub özünü Allaha təslim (İslam) edən, İbrahimin hənif 21 millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər». (ən-Nisa 125). «Yalnız ona təslim olub itaət edin». (əl-Həcc 34). «Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq ən möhkəm bağdan yapışmış olur». (Loğman 22).

Şirkdən uzaq olmaq ondan uzaq olmaq deməkdir. Bu isə şirk əhli olan müşriklərdən uzaq olmaqla olur. «İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir». O zaman onlar öz qövmünə belə demişdilər: «Şübhəsiz bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizin dininizi inkar edirik. Siz bir olan Allaha iman (təslim) gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır». (əl-Mumtəhinə 4).

Allahın bütün insanlardan iman etməsini əmr etdiyi İslam, bütün Peyğəmbərlərin də iman etdiyi tək dindir. İtaət və təslimiyyət göstərən isə müsəlman adlanır. «Xatırla ki, o zaman həvvarilərə: (İsanın on iki əshabəsinə) «Mənə və Peyğəmbərimə iman gətirin!» deyə əmr etmişdim. Onlar isə: «Bizim müsəlman olmağımıza şahid ol!» deyə cavab vermişdilər. (əl-Maidə 111). Rəbbi İbrahimə: «Təslim ol!» dedikdə, İbrahim də: «Aləmlərin Rəbbinə təslim oldum» – deyə cavab vermişdi. (əl-Bəqərə 131). «(İbrahim və İsmail) Ey Rəbbimiz! Bizim hər ikimizi sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri sənə təslim (İslam) olan ümmət et». (əl-Bəqərə 128). (Bir zamanlar Nuh belə demişdir) «Mənə müsəlmanlardan olmaq əmr edilmişdir». (Yunus 72). İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib: «Ey oğlanlarım, həqiqətən Allah sizin üçün (belə bir) din (İslam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz». (əl-Bəqərə 132). Musa dedi: «Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və müsəlman olmusunuzsa, ona təvəkkül edin». (Yunus 84).

Ayələrə nəzər saldıqdan sonra görürük ki, Allahın göndərdiyi ilk Rəsuldan düz son Rəsula qədər bütün Peyğəmbərlər Allaha təslim (İslam) olmuş və onla-rın dinləri də İslam adlandırılmışdı. Peyğəmbərlərinə tabe olanlar isə onların dövründə müsəlman idilər. Məs: Xristianlar İsa – əleyhissəlam – ın dövründə, Yəhudilər Musa – əleyhissəlam – ın dövründə müsəlman idilər. Lakin İslam, son Peyğəmbər Məhəmməd – sallallahu aleyhi və səlləm – gəldikdən sonra Allah bütün bu dinləri nəsx 22 etmiş və onlar Muhəmməd – sallallahu aleyhi və səlləm – i inkar etdiklərinə görə artıq müsəlman deyildilər. Çünki hər bir göndərilən Peyğəmbər öz qövmünü, tayfasını və ya öz dövlətini qorxutmaq (Allahın əzabı ilə) və müjdələmək (Allahın Cənnəti ilə) üçün göndərilmişdir. «Biz Peyğəmbərləri müjdə verən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir». (ən-Nisa 165).

Muhəmməd – sallallahu aleyhi və səlləm – isə bütün bəşəriyyətə göndərilmişdi. «Biz səni aləmlərə rəhmət olaraq göndərdik». (əl-Ənbiya 107). Hədislərə gəlincə Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurmuşdu: «İstər Yəhudi, istər Xristian olsun mənim Peyğəmbərliyim haqqında eşidib və mənə iman etməzsə mütləq Cəhənnəm atəşini dadar» 23 . Buna görə də Yəhudi və Xristianlardan qurtuluş istiyənlər İslama girərək, İslam Peyğəmbəri Muhəmməd – sallallahu aleyhi və səlləm – ə tabe olmaq məcburiyyətindədirlər. Ancaq bu şəkildə, Allahın salat və salamı onların üzərinə olsun Musa, İsa və Muhəmməd – əleyhimussəlam a həqiqi şəkildə itaət etmiş olarlar.

Maraqlı burasıdır ki, bu dinin adı nə bir tayfa, nə bir insan, nə də bir dövlət adı ilə bağlıdır. Necə ki, digər dinlərin adlarına nəzər salsaq, Xristianlıq İsa – əleyhissəlam – ın adından, İudaizm İuda adlı tayfadan, Buddizm Quatama Budda adlı şəxsin adından, həmçinin Konfusianizm Konfusianın adından, Marksizm Karl Marksın adından götürülmüşdü. Yeganə İslam dinidir ki, bu sadaladıqlarımızdan heç birinə məxsus deyildir. Çünkü bu adı ona Allah vermişdi. «Allah dərgahında din, əlbəttə ki, İslamdır». (Ali-İmran 19).

İslam dinidir ki, Allahın dərgahında qəbul edilən və qəbul edənə fayda verəndir. «Kim İslamdan başqa bir din ardınca gedərsə heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar». (Ali-İmran 85). «Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz ona (Allaha) təslim olmuşlar və onun hüzuruna qayıdacaqlar». (Ali-İmran 83).

İslam dinidir ki, Allah onu Muhəmmədə və ümmətinə lütf etmişdir. «Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim». (əl-Maidə 3).

İslam dininin mərtəbələri, rukunları haqqında bizə (müsəlmanlara) məlumatı Rəsulullah – sallallahu aleyhi və səlləm – ın sünnəsində varid olunmuş Cəbrail – əleyhissəlam – ın hədisi xəbər verir. Ömər – radıyallahu anhu – rəvayət edir ki, bir gün Rəsulullah – sallallahu aleyhi və səlləm – in hüzurunda oturmuşduq. Bu vaxt paltarı dümağ, saçları olduqca qara, üzərində səfər əlaməti görünməyən və aramızda heç kimin tanımadığı bir nəfər icəri girib, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında oturdu. İki dizini onun dizlərinə söykəyib, əllərini dizlərinin üstünə qoyaraq dedi: «Ey Muhəmməd! Mənə İslam haqqında xəbər ver?». Rəsulullah: «İslam, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq, Kəbəni imkan olduqda həcc etməkdir». (Adam): Doğru söylədin, dedi. (Ömər) dedi: «Adama heyrət etdik. Həm ona sual verir, həm də onun söylədiklərini təsdiq edirdi». (Yenə) soruşdu: «Mənə İman haqqında xəbər ver?». (Peyğəmbər) buyurdu: «(İman) Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə, Axirət gününə və Qədəin xeyir və şərrinində Allahdan olmasına inanmaqdır». (Adam): «Doğru söylədin» dedi. Bu dəfə «Mənə Ehsan haqqında xəbər ver?». (Peyğəmbər) buyurdu: «(Ehsan) Allahı onu görmüş kimi ibadət etməkdir. Lakin sən onu ğörməsən də, o, səni görür». (Adam): «O halda mənə Qiyamət saatı haqqında xəbər ver». Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Soruşulan soruşandan cox bilmir». (Adam): «Onda mənə onun əlamətləri haqqında xəbər ver». (Peyğəmbər) buyurdu: «Qul qadın öz ağasını doğması, ayaq yalın, çılpaq, cobanların hündür bina tikməkdə bir-birləri ilə yarışmaları». (Ömər) dedi: Sonra o adam durub getdi». Bir müddətdən sonra (Peyğəmbər) mənə buyurdu: «Ey Ömər, o sual verənin kim olduğunu bilirsən?» Allah və Rəsulu daha gözəl bilir. (Peyğəmbər) buyurdu: «O, Cəbrayıl – əleyhissəlam – idi. Sizə dininizi öyrətməyə gəlmişdi» 24 . Həmçinin Əbu AbdurRəhman b. Ömər b. əl-Xəttab – radıyallahu anhu – rəvayət edir ki, mən Rəsulullah – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim. «İslam beş təməl üzərində bina edilmişdi. Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Məhəmmədin Allahın rəsulu olduğuna şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Beyti həcc etmək və Ramazan ayının orucunu tutmaq» 25 . Bu hədislərdən göründüyü kimi İslam zahiri əməlləri əhatə edir. Şəhadət kəlməsini dil ilə söyləmək dilin əməli, namaz, oruc, həcc bədənin, zəkat isə malın əməlidir. Buna görə də İslam dini üç mərtəbədən ibarətdir.

1. İslam. 2. İman. 3. Ehsan.

Hər bir mərtəbənin də öz rukunları vardır.

İslam haqqında çox geniş danışmaq olar, lakin mən, hörmətli bacı və qardaşlarım, ilk öncə özümə, sonra da sizə İslam dinini gözəl bir şəkildə öyrənməyinizi və bu dindən möhkəm yapışmağınızı tövsiyə edirəm. Çünkü Rəsulullah – sallallahu aleyhi və səlləm – bu dində olanların dünya və axirətlərinin xoşbəxt olması ilə bizi müjdələmişdi. Əbu Hureyrə, İbn Ömər – radıyallahu anhum – dən gələn rəvayətdə Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurur: «İslam qərib olaraq başladı, başladığı kimi yenə də qəribliyə dönəcəkdir. Xoşbəxtdir o qəriblər» 26 . Başqa rəvayətdə: «Qəriblərə mücdə olsun! Onlar say etibarı ilə pis adamların içərisində olan, saleh kimsələrdir (azlıq təşkil edənlərdir). Onlara qarşı gələnlər, onlara itaət edənlərdən daha çoxdur» 27 . Allah bizi də onlardan etsin.

Peyğəmbərin dilindən 12 İmamın adlarının keçdiyi Əhli-Sünnə kitabları

Bu əhli-sünnə alimləri öz kitablarında Peyğəmbərin dilindən nəql edərək 12 imamın mübarək adlarını bir-bir qeyd ediblər.
İslaminSesi – “Məhəmməd Peyğəmbərdən sonar 12 nəfər imam olaraq gələcək” hədisini şiələrlə yanaşı bütün sünni firqələri də qəbul edir. Bu məsələdə məzhəblər arasında heç bir ixtilaf yoxdur.

Burada əsas ixtilaf 12 nəfərin kimlərdən ibarət olması məsələsidir.

Aşağıdakı Əhli-Sünnə mənbələrində Peyğəmbərin dilindən nəql olunur ki, 12 İmam hazırda şiələrin itaət etdiyi 12 imalardır.

1- Yənabiul-Məvəddət li-zəvil-Qurba, Fəsil-76, Şeyx Süleyman Günduzi (v 1294 h.q)

2- Məqtəlul-Huseyn (səh-95), Muvəffəq bin Əhməd əl-Məkki əl-Xarəzmi (484-567 h.q)

3- Fəraidus-Simtəyn (cil-3, səh-282), İbrahim ibni Məhəmməd əl-Cuveyni (d 644 h.q)

Bu kitablarda 12 imamın adları Peyğəmbərin dilindən ləqəbləri ilə birgə bir-bir keçir . Amma aşağıdakı kitablarda isə 12 imamın Əli, Həsən, Hüseyn və Əlinin nəslindən olan digərlərindən ibarət olduğu bildirilir.

4- əl-İsabə (cild-2, səh-485), İbni Həcər Əsqəlani (773-852 h.q)

5- Hilyətul-Övliya (cild-1, səh-86), Əbu-Nueym əl-İsbəhani, (336-430 h.q) və sair.

Comments are closed, but trackbacks and pingbacks are open.