Press "Enter" to skip to content

Həmid herisçia

Ölüm bizim sözləri tələffüz etsə,
onların tərkibindən
bir sait, samit səs düşəcək,
insan da bax belə öləcək,
fəqət, uşaqların göyə buraxdığı çərpələng
öz ipini qırmasa,
gerçək
çərpələng ola bilməyəcək…
Cəlaləddin, bu işi görən külək
qəm tərəzisinin çəki daşlarını da
yerindən tərpədəcək.

Həmid Herisçi

Həmid Herisçi ( 29 aprel 1961 , Bakı ) — Azərbaycan yazıçısı, şairi, publisist, televiziya aparıcısı.

Mündəricat

Həmid Herisçi 30 aprel 1961-ci ildə Bakı şəhərində anadan olub. Atası Qafar Kəndli Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub. Atası tərəfi əslən Təbriz yaxınlığındakı Heris bölgəsindəndir, “Herisçi” soyadını da bu bölgənin adından alıb. [1] [2]

Həmid Herisçi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “Nekroloq” və “Əli. Nino. Bakı” adlı postmodern üslubda yazılmış iri həcmli romanların və şeirlərin müəllifidir. Bir zamanlar həyat yoldaşı İlhamiyyə Rzayeva ilə birlikdə Space telekanalında “Gecə kanalı” adlı verilişdə aparıcılıq edib. 2002-ci ildə yaradılmış Azad Yazarlar Ocağının qurucularından biridir. 2013-cü ildə ANS telekanalında “Gizli Azərbaycan” verilişinin aparıcısı olub [3] .

  • Qafar Kəndlinin oğludur.
  • Jurnalist İlhamiyyə Rzayevanın həyat yoldaşıdır.
  • “Solaxay”, Bakı: “Zero”, 2014.

Həmid herisçia

KOR ƏRƏBİN SON NƏĞMƏSİ

Ciblərimiz pul üçün deyil,
əllərimiz üçündü.

Gör bir nəyi unutmuşuq.

Nişan üzüklərinin təkərləri üstə
insan sevgiləri hara gedir, hara?
Ümid qalıb Allaha,
“baş” adlandırdığımız
bədən çardağında
aləm bir-birinə dəyib.

Uşaqlar da dünya təmizliyinə inanmayaraq,
öz dərsliklərinə iki qat üz çəkib.

Bütün bu eyni söhbətlər,
gözlərimizdə eynəklərin yaratdığı
yalançı şüşəbəndlər,
necə də mənasızdı,
atasızdı, anasızdı.
öz aramızdı
hansı vətənə, hansı iyidliyə inanaq?
“FM” dalğalarını nə qədər qurdalasaq,
hər yerdə eyni eybəcər səslər.
Gecədən səhərə qədər.

Mən burda özümə
iynəylə də gor qazardım.
Uzanıb
rahatlanardım.

İnsan dünyanı
yalnız kiçildir,
Məhəmməd adını Məmməd edir.

Yel əsir, sanki dünyanı
əruz vəzninə
salmaq istəyir.

Ağaclarda qalmış quru narlar
bir daha da çartladı,
qışın nağılı başladı,
fəqət, bu qış da sanki,
dünyanı kiçiltmək arzusundadı,
elektrik çaydanımın uzun məftili
kasıblıq ilanı kimi
ayaqlarımın altındadı.

Yadındadı:
Mənə İstanbulda Quran,
Lvovda İncil bağışladılar;
Bəli, mənlə bir oyun başladılar,
sonra məni axtarmadılar.
Yadındadı:
Biz qumar oyunlarını
uşaq oyunlarının
faciəli sonluğu saydıq,
ümid küçələrimizi təmizləyəcək
arzu süpürgələrimizi
suda islatdıq,
fəqət, dünyadakı mənasızlıq
bütün arzularımızı öldürdü.

Sevgi şamlarının tez əriyən mumu,
bütün masalarımızın üzərində
öz izlərini miras qoyub.

İnsanın arzusu
böyüklük istəyi olub.

. aldığım bütün paltarlar
həmişə əynimə
kiçik olub.

ŞƏMS TƏBRİZİNİN ŞEİRİ

Ağlamağa gəlincə…
birinci həmişə insan ağlayır,
sonra yağışlar, bulaqlar….
ağlamağa gəlincə,
birinci həmişə insan ağlayır,
sonra bütün yerdə qalanlar…..

Sonra, ancaq sonra
bütün yağışlar
ildırım xətkeşiylə
göylərin ölçüsünü hesablayar…
yediyimiz çörəklər necə də dadsızdı…
onların dadını ancaq
zindana göndərilən çörəklərin içindəki
gizli məktublar artırar….
orda şikəstə xəttiylə
mənim hikmətlərim yazılar…

Göy üzü də yer üzüdü,
ancaq orda torpaq yoxdu,
bu cahanda nə varsa
o həm var, həm də yoxdu…
Bütün sevgilər bitir,
ancaq sevgilərin sonunda
nöqtə yoxdu,
uşaqlar ağlarsa, ağlasın
onların gözündə su var,
göz yaşı hələ ki yoxdu….

Ölüm bizim sözləri tələffüz etsə,
onların tərkibindən
bir sait, samit səs düşəcək,
insan da bax belə öləcək,
fəqət, uşaqların göyə buraxdığı çərpələng
öz ipini qırmasa,
gerçək
çərpələng ola bilməyəcək…
Cəlaləddin, bu işi görən külək
qəm tərəzisinin çəki daşlarını da
yerindən tərpədəcək.

Hər nə var idi,
o sənə yar idi,
qapı da divar idi,
xaneyi-hikmətə
Şəmsin nuru gəlməyincə….

Cəlaləddin, mən sevgilimi yox,
sevgini sevirəm,
siz gedirsiz, mən yol gedirəm,
pəncərələri eynək tək taxmış evlərdə
cahanın kor olduğunu sezirəm….
Mən,
Mən,
Mən…

Hemid Herisci – Wikipedia

Həmid Herisçi ( 29 aprel 1961 , Bakı ) — Azərbaycan yazıçısı, şairi, publisist, televiziya aparıcısı.

Mündəricat

Həmid Herisçi 30 aprel 1961-ci ildə Bakı şəhərində anadan olub. Atası Qafar Kəndli Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub. Atası tərəfi əslən Təbriz yaxınlığındakı Heris bölgəsindəndir, “Herisçi” soyadını da bu bölgənin adından alıb. [1] [2]

Həmid Herisçi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “Nekroloq” və “Əli. Nino. Bakı” adlı postmodern üslubda yazılmış iri həcmli romanların və şeirlərin müəllifidir. Bir zamanlar həyat yoldaşı İlhamiyyə Rzayeva ilə birlikdə Space telekanalında “Gecə kanalı” adlı verilişdə aparıcılıq edib. 2002-ci ildə yaradılmış Azad Yazarlar Ocağının qurucularından biridir. 2013-cü ildə ANS telekanalında “Gizli Azərbaycan” verilişinin aparıcısı olub [3] .

  • Qafar Kəndlinin oğludur.
  • Jurnalist İlhamiyyə Rzayevanın həyat yoldaşıdır.
  • “Solaxay”, Bakı: “Zero”, 2014.

Comments are closed, but trackbacks and pingbacks are open.