Press "Enter" to skip to content

Misir Mədəniyyət Mərkəzi və BDU-nun Jurnalistika fakültəsi arasında əməkdaşlıq müzakirə olunub

Əsas mövzuya başlamazdan öncə qeyd etmək istəyirəm ki, doktorantura təhsilimin faydalı ağırlığına görə bir ildən çoxdur ki, mətbuat səhifələrindən uzaq qalmışdım. Yazını hazırlamağa başladığım 19 may günündə, əvvəlcə sosial mediada paylaşım etməyi düşünürdüm, lakin Əhməd bəy haqqında sözlərimin çoxaldığını görüncə, bəlkə də təzədən mətbuatda görünməyin yeri gəldiyini və onu daha geniş formada anmağın vacibliyini anladım. Ona görə də Ağaoğluna, öncəliklə bu səbəbdən dolayı şəxsən təşəkkür edir və ruhu qarşısında sayğılarımı bildirirəm. Lakin ona şəxsimiz adından yox, böyük bir millət adından da təşəkkür borcumuz var. Niyəsinə əsas hissədə nəzər salaq.

Professor Həmid Vəliyevin 80 yaşı tamam olur

Həmid Alı oğlu Vəliyev – 15 iyul 1939-cu ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində anadan olub.
1966-cı ildə ADU-nun (indiki BDU-nun) Filologiya fakültəsinin Jurnalistika şöbəsini, 1978-ci ildə isə
Moskvada Sov. İKP MK yanında Ali Partiya Məktəbinin
jurnalistika fakültəsi
ni bitirib.

Əmək fəaliyyətinə 1958-ci ildə Marneuli rayon qəzetində başlayıb. İlk oçerk və hekayələri yerli mətbuatda
çap olu­nub.
Uzun illər Tbilisidə Azərbaycan dilində nəşr olunan
“Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) qəzetində işləyib; korrektor, baş korrektor (1960-1968), şöbə müdiri (1968-1972), məsul katib və redaktor müavini (1973-1991) vəzifələrində çalışıb.

Həmid Vəliyev 1990-cı ilin məlum olaylarından sonra ailəliklə Ba­kıya köçməyə məcbur olub.
Əvvəlcə Azərbaycan Prezidentinin himayəsi ilə nəşr olunan “Yurd” jurnalının Azərbaycan buraxılışına
rəhbərlik edib (1991-1995), sonra “El qəzeti”nin, “Mübarizə”“Şəfqət” qəzetlərinin redaktoru,
“Borçalı” jurnalının baş redaktoru olub.

Daha sonralar isə Azərbaycan respublikası Səhiyyə Na­zirliyində
Mətbuat xid­mətinin rəhbəri
vəzifəsində işləyib.

Həmid Vəliyev artıq 40 ilə yaxındır ki, həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Ötən əsrin 80-90-cı illərində A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun
(sonralar S.S.Orbeliani adına TDP Universitetinin) Azərbaycan bölməsində dərs deyib.
1992-ci ildən isə elmi-pedaqoji fəaliyyətini BDU-da davam etdirir.
Neçə-neçə elmi məqalələrin müəllifi, filo­lo­giya elmləri namizədidir.
2004-cü ilin dekabrından BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri vəzifəsində çalışır.
Jurnalistika fakültəsinin elmi şurasının üzvüdür.
Azərbaycanda beynəlxalq jurnalistika üzrə ilk dosent kimi rəhbəliyi altında
20-dən çox magistr dissertasiyası yerinə yetirilib;
3 nəfər doktorantın elmi rəhbəri olub.

2011-ci ilin iyul ayında BDU-nun professoru elmi adını alıb.

“Əməkdə fərqlənməyə görə” (1970) və “Tərəqqi” (2005) medallarına,
“Gürcüstan SSR-in əməkdar jurnalisti” (1988), “Azərbaycan Respublikasının
qabaqcıl təhsil işçisi”
fəxri adları
na (2009), Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin
Fəxri fərmanı
na (1972), Azərbaycan Mətbuat Şurasının Fəxri diplomuna (2013) və
digər mükafatlara layiq görülüb.

Neçə-neçə elmi və publisistik məqalələrin müəllifi, filo­logiya elmləri namizədi Həmid Vəliyev
Tbilisidə və Bakıda çap olunmuş bir neçə kitabın, 400-ə yaxın elmi və elmi-publisistik məqalənin,
“Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində” monoqrafiyasının (B.,1984),
“Dünya informasiya agentlikləri” (B.,2003), “Beynəlxalq jurnalist təşkilatları” (B.,2005) adlı
dərs vəsaitlərinin, “Xarici ölkələrin jurnalistikası tarixi” (B., 2012; B., “Poliqrafiya”, 2014, 640 səh.)
dərsliyinin, “Mark Tven jurnalist kimi” (B., “Qanun”, 2014) kitabının müəllifidir.
Professor Həmid Vəliyev həm də “Azərbaycan dilində təhrif olunmuş şəkildə işlənən əcnəbi
coğrafi adların düzgün variantları”
(“Yeni medianın humanitar aspektləri”. H.Əliyevin 90 illik
yubileyinə həsr olunmuş konfransın materialları. 07 may 2013-cü il, səh.16-22.),
“Xudu kişi təkcə sazbənd yox, həm də sözbənd idi. “ (“Sazbənd. Saza bənd. ”.
“Elm və təhsil” Bakı-2013., səh 52-54.), “Azərbaycan dilində işlənən əcnəbi toponimlərdə təhriflər”
(Təfəkkür Universitetinin elmi xəbərlər jurnalı. №1/2013., səh.102-110), “Sadaxlınım alim övladı”
(Bakı, “Müntərcim”2015 .11 ç. v.) və s. məqalələrin müəllifidir.

Azərbaycan-gürcü ədəbi əlaqələrinin tədqiqi və inkişaf etdirilməsi sahəsində də Həmid Vəliyevin
böyük xidmətləri var. Belə ki, o, hələ 40 il əvvəl – “Sovet Gürcüstanı”
(indiki “Gürcüstan”) qəzetinin 18 noyabr 1980-ci il tarixli sa­yında dərc olunmuş
“A.Sereteli və Azərbaycan” sərlövhəli mə­qa­ləsində dost və qonşu olan
iki xalqın ədəbi əlaqələrinə xüsusi önəm vermişdir.

1984-cü ildə Bakıdakı «Yazı­çı» nəşriyyatı tərəfindən işıq üzü görmüş
«Azərbaycan folkloru və ədəbiyyatı gürcü mən­bələ­rində» kitabı isə
Azərbay­can-gür­cü ədəbi əlaqələrinin az öyrənilmiş bir hissəsinə həsr olun­muş­dur.
Müəllif XIX əsrin sonu XX əsrin əvvəllərinə aid materiallar əsasında bu iki xalqın
tarixi mənəvi birliyini əks etdirən və bu gün üçün də əhəmiyətli olan bir sıra yeni
və maraqlı faktlar gətirir, araş­dırmalar aparır.
Kitab iki fəsildən ibarətdir.
“Azərbaycan şifahi xalq ədə­biy­yatı məsələləri” adlanan birinci fəsil
folklorumuzun el­mi şəkildə toplanması, tədqiqi tarixi, başqa dillərə tərcüməsi işi və s.
haqqında söhbət açılır. “Koroğlu”, “Leyli və Məc­nun”, “Aşıq Qərib”, “Şah İsmayıl” dastanları,
Molla Nəs­rəd­din lətifələri, nağıllar, atalar sözü və məsəllər, tapmacalar, ba­ya­tılar və nəğmələr,
aşıq yaradıcılığı və s. haqqında araş­dı­r­malar, mülahizələr şərh olunur.
“Gürcü ədəbiyyatında Azərbaycan mövzusu” adlanan ikin­­ci fəsildə isə
G.Dvanadzenin “Qarabağlı qaçaq Aslan­bəy” poe­ması, İ.Mçedlişvilinin “Qaçaq Kərəm” dramı,
Q.Qvi­­­niaşvilinin “Qaf­qazda qaçaqçılıq haradan meydana çıx­mışdır” irihəcmli məqaləsi,
L.Kipianinin “Tar”, “Kabab” və b. şeirləri, V.Saataş­vilinin “Fatma nənə”, “Bədbəxt ana” he­­­ka­yələri,
V.Mikalad­zenin “Müəllim borcu­nu ödədi” he­ka­yəsi, eləcə də həmçinin İ.Çavçavadzenin, A.Se­retlinin,
R.Kris­tavinin, İ.Yevdoşvilinin, M.Cavaxaşvilinin və başqa­larının əsərləri, məqalələri və s. haqqında
məlumat ver­miş­dir.

Ümumiyyətlə, kitab şifahi xalq ədəbiyyatımız, folklorumuz, xüsusilə də, aşıq sənəti, onun tarixi
və milli in­kişafı, o cümlədən, milliyətcə qeyri-azərbaycanlı olub Azərbay­can aşıq məktəbi əsasında
formalaşaraq qonşu xalqlar arasın­da mənə­vi körpü yaratmış aşıqlar haqqında və ədəbi əlaqələrimizin
bir sıra digər ilk mənbələri haqqında külli miqdarda yeni və maraqlı məlumat verən san­ballı tədqi­qat əsəridir.
O, eyni zamanda, son vaxtlarda ədəbi əlaqələr sahə­sində yazılmış ən yaxşı əsərlərdən biri kimi də qiy­mət­li­dir.
Az bir vaxtda oxucuların diqqətini cəlb et­miş həmin kitab haqqında müxtəlif mətbuat orqanlarında müsbət rəylər dərc edilmişdir. (Bax: Müşfiq Mədədoğlu (Çobanlı). Çağdaş Borçalı ədəbi məktəbi. B., “Azərbaycan” nəşriyyatı, 1994, səh.190-191.)

Professor Həmid Vəliyevin bir sıra elmi əsərləri, publisistik məqalələri və tərcümələri Azərbaycanda,
Gürcüstanda, Türkiyədə, Rusiyada, Ukraynada, Qazaxstanda, Özbəkistanda
və digər ölkələrdə çap olunmuşdur.

Gürcü, rus və digər xalqlardan etdiyi tər­cümələri ilə ge­niş oxucu kütləsinə öz imzasını
təcrübəli tərcüməçi kimi yaxşı tanıtmış H.Vəliyevin özünün orijinal əsər­ləri ilə yanaşı,
bədii və publisistik tər­cümələri də bir neçə kitab və ədəbi məcmuələrdə özünə yer tapıb.
Dünya publisistikasının incilərindən sayılan Amerika yazıçısı Deyl Karneginin “Dostu necə qazanmalı” əsərini Azərbaycan dilinə ilk dəfə tərcümə edib və kitab 1993–cü ildə “İşıq” nəşriyyatı tərəfindən kütləvi tirajla işıqüzü görüb. 312 səhifəlik həmin kitab 2014-cü ildə “Dost qazanmaq və adamlara təsir göstərmək sənəti” adı ilə “Qanun” nəşriyyatında təkrar nəşr olunub.
Həmid Vəliyev 2015-ci ildə isə Şerl Sendberq Nell Skovelin “Fəallıqdan qorxma” adlı kitabını
ana dilimizə çevirib və nəşr etdirib.

Fürsətdən istifadə edərək, biz də,
ZiM.Az-ın bütün yaradıcı heyəti adından,
xalqımızın dəyərli ziyalısı, sevimli el ağsaqqalı,
tanınmış ədəbiyyatşünas alim, təcrübəli qələm sahibi,
“Gürcüstan Respublikasının Əməkdar jurnalisti”,
“Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi”
BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri,
çox hörmətli professor Həmid Alı oğlu Vəliyevi
doğum günü – daha dəqiq desək,
anadan olmasının 80 illik Yubileyi münasibətilə
ürəkdən və səmimi qəlbdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
yaradıcılıq işlərində, eləcə də. elmi-pedaqoji və
ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Müşfiq BORÇALI,
ZiM.Az

Mənbə:
Bax: Müşfiq Mədədoğlu (Çobanlı). Çağdaş Borçalı ədəbi məktəbi.
Bakı, “Azərbaycan” nəşriyyatı, 1994, səh.190-191.

Misir Mədəniyyət Mərkəzi və BDU-nun Jurnalistika fakültəsi arasında əməkdaşlıq müzakirə olunub

Misir Mədəniyyət Mərkəzi və BDU-nun Jurnalistika fakültəsi arasında əməkdaşlıq müzakirə olunub Universitetin “Dünya məktəbi”nin şagirdləri üçün ərəb dili kurslarının təşkili ətrafında fikir mübadiləsi aparılıb

29 Oktyabr , 2016 04:05

https://static.report.az/photo/60fccd64-ab69-40ca-9d84-0b7baf1edd41.jpg

Bakı. 28 oktyabr. REPORT.AZ/ Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və mərkəzin əməkdaşları Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında olublar. Misir Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata görə, kafedra müdiri, professor Həmid Vəliyev qonaqlara onun yaranma tarixi, fəaliyyət istiqamətləri, tədris edilən fənlər barədə məlumat verib. Görüşdə Misirin jurnalistika təhsili verən fakültələrinin, media qurumlarının Beynəlxalq jurnalistika kafedrası ilə əlaqələrinin yaradılması, kafedranın Misir mətbuatı ilə bağlı “Yeni dünya jurnalistikası” və “Xarici ölkələrin jurnalistika tarixi” kursuna daxil olan mövzular üzrə misirli mütəxəssislərin mühazirələrinin təşkili kimi məsələlər müzakirə edilib. Əhməd Sami Elaydi isə Beynəlxalq jurnalistika kafedrası ilə əməkdaşlıq əlaqələrinin uğurlu olacağına əminliyini ifadə deyib. O, qeyd edib ki, səfirlik jurnalistika fakültəsi tələbləri üçün ərəb dili kurslarının təşkili, səfirlik və mərkəzdə istehsalat təcrübələrində iştiraklarının təmin edilməsi, bu ölkənin mətbuatı ilə bağlı tədqiqat aparan beynəlxalq jurnalistika kafedrası müəllimləri, magistrları və doktorantlarının ədəbiyyat və digər vəsaitlərlə təmin edilməsi, o cümlədən təcrübə mübadiləsi istiqamətində dəstək vermək niyyətindədir. Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb. Həmçinin Xəzər Universitetinin “Dünya məktəbi”nin müəllim və şagirdləri Misir Mədəniyyət Mərkəzini ziyarət ediblər. Görüş zamanı Misir Mədəniyyət Mərkəzi və “Dünya məktəbi” arasında əməkdaşlıq barədə, “Dünya məktəbində” şagirdlərin Misir uşaq ədəbiyyatı ilə yaxından tanış olmaları üçün bədii qiraət saatlarının, eləcə də Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi tərəfindən uşaqlar və müəllimlər üçün ərəb dili kurslarının təşkil olunması barədə təkliflərin müzakirəsi aparılılıb.

Klassik mütəfəkkirin müasirliyi

Əsas mövzuya başlamazdan öncə qeyd etmək istəyirəm ki, doktorantura təhsilimin faydalı ağırlığına görə bir ildən çoxdur ki, mətbuat səhifələrindən uzaq qalmışdım. Yazını hazırlamağa başladığım 19 may günündə, əvvəlcə sosial mediada paylaşım etməyi düşünürdüm, lakin Əhməd bəy haqqında sözlərimin çoxaldığını görüncə, bəlkə də təzədən mətbuatda görünməyin yeri gəldiyini və onu daha geniş formada anmağın vacibliyini anladım. Ona görə də Ağaoğluna, öncəliklə bu səbəbdən dolayı şəxsən təşəkkür edir və ruhu qarşısında sayğılarımı bildirirəm. Lakin ona şəxsimiz adından yox, böyük bir millət adından da təşəkkür borcumuz var. Niyəsinə əsas hissədə nəzər salaq.

Azərbaycan milli fikir və özünüdərk tarixinin əsas ideoloqlarından biri olmuş Əhməd bəy Ağayev (Ağaoğlu) 1869-cu ildə rəsmi olaraq Rusiya imperiyasının tərkibində olan Yelizavetpol (Gəncə) quberniyasına bağlı Şuşa şəhərində dünyaya gəlib. 1939-cu ilin 19 mayında isə mühacirət yaşadığı Türkiyə Cümhuriyyətində – İstanbulda vəfat edib. Sözün açığı, bu yazını vikipedik məlumatları çatdırmaq üçün klaviaturaya almaq niyyətim yoxdur, bunun üçün kifayət qədər material tapmaq olar. Nə də olsa, dövr əlçatanlıq dövrüdür. Bəllidir ki, 2020-ci ilin 19 mayında böyük şəxsiyyətin vəfatından 81 il ötür. Bəs həmin 81 ildə nələr dəyişdi və ya nələr olduğu kimi qaldı? Hər şey və ya heç nə!

Düzdür, qeyd elədik ki, vikipedik informasiya olmayacaq, amma yenə də kim olduğunu xatırlamağa gərək var. Saymaqla bitməyəcək qədər dolu olan bir bioqrafiya. Fransanın məşhur Sorbonna Universitetinin Hüquq fakültəsinin məzunu olan Əhməd bəy o dövrdə Azərbaycandan xaricdə təhsil alanların daxil olduğu dörd qruplaşmadan ən inkişaf etmişində, yəni Qərb “cəbhəsi”ndə yer alıb. Xaricdə təhsil, əsasən Rusiyada maariflənən və elmindən xalqı soymaq üçün istifadə edən ruspərəstlər, İranın molla təfəkkürünü öyrənib onu təbliğ etməyə dadanmışlar, Osmanlıda (Türkiyədə) türkçülük ideyaları ətrafında birləşənlər və Qərbi Avropa ölkələrində aldıqları təhsillə güclü demokratiya bilikləri əldə etmişlər arasında bölünmüşdü. Fransanın Avropa tarixindəki özünəməxsus yerini nəzərə alsaq (məsələn, Böyük Fransa inqilabı – N.A.), Əhməd bəyin demokratik düşüncələrinin burada necə zənginləşdiyini təsəvvür edə bilərik. Azərbaycanda erməni terrorçuluğuna qarşı mübarizə sahəsindəki Difai Partiyası (1906-1917) da onun siyasi fəaliyyətləri sırasına daxildir. Bundan əlavə, “Gənc Türklər”in inqilabı vaxtı çarın təqibindən qurtulmaq üçün Türkiyəyə mühacirət etmiş Ağaoğlu həmin ölkədə bir sıra vəzifələr tutub. İlk olaraq İttihad və Tərəqqi Partiyasına üzv olmuş Əhməd bəy daha sonra Türkiyə Böyük Millət Məclisinin II və III çağırış məbuslarından (deputatlarından – N.A.) biri olaraq Qars vilayətini parlamentdə təmsil edib. O həm də Atatürkün xarici siyasət üzrə məsləhətçisi ünvanını da daşıyıb. Şimali Azərbaycanda müstəqilliyin ilk dəfə əldə olunmasından sonra Azərbaycan Cümhuriyyəti Parlamentinin də üzvü kimi çıxış edib və hökumətin Paris Sülh Konfransına göndərmək üçün seçdiyi nümayəndə heyətinin tərkibinə daxil edilib.

Mən jurnalistika təhsilimlə əlaqədar Ağaoğlunun adını, təbii olaraq daha çox mətbuat sahəsində eşitmişəm. Azərbaycanda anadilli ilk gündəlik qəzet olan “Həyat”ın (1905-1906) qurucularından biri olmaqla yanaşı, özünün, adı “yol göstərən” mənasını verən “İrşad” qəzeti də (1905-1908) milli mətbuat tarixində yer alıb. Bu haqda daha ətraflı professor Şamil Vəliyevin məqalələrindən oxumaq mümkündür. Bundan əlavə, bir sıra qəzetlərdə, o cümlədən Azərbaycan rusdilli mətbuatı tarixinin aparıcı orqanı olan və bu gün “üç əsrin qəzeti” (müəyyən fasilələrlə 1881-dən bu günədək – N.A.) statuslu “Kaspi”də yazılar dərc etdirib. Bu məqalələr arasında yazıda haqqında qeydlər edəcəyimiz “Obzor Vostoçnıy jurnalistiki” və “Obzor jurnalistika na Vostoke” adlı ikihissəli icmaldan əlavə (“Şərq jurnalistikasının icmalı” və “Şərq jurnalistikasına bir nəzər”), “Qde je naşa intelliqensiya?” (“Bəs bizim ziyalılarımız haradadırlar?”) da “Kaspi”də işıq üzü görüb. Ümumilikdə, onun “Kaspi” qəzetindəki materialları əsasında Lalə Osmanqızının “Əhmədbəy Ağaoğlunun publisistikası” kitabını (Bakı: 2012) əldə etmək olar.

Ə.Ağaoğlu yalnızca Azərbaycan jurnalistikasının yox, həm də Türkiyənin mətbuat tarixində önəmli rol oynayıb. İttihad və Tərəqqi Partiyasına yeni üzv olduğu vaxt “Türk yurdu” jurnalının redaktoru, 1921-ci ildə Malta sürgünündən qayıtdıqdan sonra müəyyən illərdə Ankara Mətbuat Bürosu (rəsmi və tam adı ilə Matbuat ve İstihbarat Müdüriyeti Umumiyesi – N.A.) direktoru (1921-1923), Atatürk prinsiplərinin təbliğatçısı “Hakimiyet-i Milliye” qəzetinin baş redaktoru, Türkiyənin ilk informasiya agentliyi olan “Anadolu Ajansı”nın idarə heyəti sədri (1925-1928) kimi vəzifələri tutub. Professor Həmid Vəliyev özünün “Xarici ölkələrin jurnalistikası tarixi” kitabının (Bakı: 2012 və Bakı: 2014 nəşrləri mövcuddur) “Türkiyə” bölümündə, xüsusən Ankara Mətbuat Bürosu direktorluğunun “Türkiyədə nazirə bərabər vəzifə” olduğunu qeyd edib.

1899-cu ildə “Kaspi” qəzetində iki hissə şəklində dərc etdirdiyi “Obzor Vostoçnıy jurnalistiki” və “Obzor jurnalistika na Vostoke” başlıqlı məqalələri xüsusi təhlil xarakterli yazılar olaraq, Şərqdə mətbuatın vəziyyətinə dair müfəssəl bilgi verir. “Şərq jurnalistikasının icmalı” başlığı ilə məqalə üç cilddə nəşr olunmuş “Azərbaycan mətbuatı tarixi antologiyası”nın I cildində yer alıb. Əhməd bəy burada Şərqdə mətbuatın nümayəndələri haqqında məlumat verməklə yanaşı, bir sıra aktual problemlərə də toxunub. Azərbaycana Avropanın geyimi, baxış tərzi, düşüncəsindən daha vacibinin mətbuat olduğunu qeyd etmiş Ağaoğlu, jurnalistikanın cəldlik-operativlik, qərəzsizlik, obyektivlik tələb edən bir sahə olduğunu vurğulayıb. Elə burada onun jurnalistikanın beynəlxalq doktrinalarına nə dərəcədə hakim olduğu hiss edilir. Məhz bu səbəblərdən Şərqdə medianın inkişafında problemlər olduğunu təsbit edən mütəfəkkir həmin prinsiplərin Şərqin mürgüləyən rejiminə, ətalət halına uyğun düşmədiyini göstərib. Bu sırada, Osmanlıda mətbuatla bağlı bir karikaturanı xatırlamaq yerinə düşər: Sultan Avropaya göndərdiyi elçilərdən nə gətirdiklərini soruşduqda, “ağcaqanad dərmanı, rahat yatmağımıza kömək edər” şəklində cavab almağına qarşılıq “bəs mətbəə necə oldu?”, – deyərkən, “gurultusu yatmağa qoymaz deyə, gətirmədik” cavabını alır. Yəni Şərqin mətbuat yanaşmasının yalnızca yatmaq üzərində qurulmuş olduğu ideyası göstərilir. Yenə professor Həmid Vəliyevdən – bu dəfə “Dünya informasiya agentlikləri” kitabından (Bakı: 2003) oxuyuruq ki, Osmanlının ilk qəzeti olmuş “Takvim-i Vekayi” (1831) 1850-ci ildə ABŞ-da Robert Hun adlı şəxsin buxar gücü ilə çap işi həyata keçirdiyini yazıb. Lakin hadisə 1846-cı ildə baş verib. Osmanlıda Sultan II Mahmud dönəmində başlamış yenilənmə və müasirləşmənin göstəricilərindən olan qəzet xəbərləri gec verməyi ilə yanaşı, müəyyən fasilələrlə çıxdığına görə də gürcü əsilli kürəkən Rüfət paşa tərəfindən “tarixi lap yeni, məzmunu isə lap köhnə qəzet” şəklində tənqid olunub. Təbii ki, dövrə və coğrafiyaya-mühitə görə jurnalistikanın təməllərinin atılması böyük iş idi, amma boşluqları da qeyd etmək lazımdır. Bu nümunələrlə Ağaoğlunun varmaq istədiyi nöqtəni görmək mümkündür. Elə 2020-ci ildə operativlik təmin olunsa da, digər prinsiplər jurnalistikamızda, xüsusən onlayn sferada nə dərəcədə yer tapıb? Bu, ritorik sualdır.

1903-cü ildə “Kaspi” qəzetinin 3 dekabr və 6 dekabr saylarında “Bəs bizim ziyalılarımız haradadırlar?”, – deyə çağırış etmiş Əhməd Ağaoğlu bir millətin öncüllərinin onun ziyalıları olduğunu ustalıqla qələmə alıb. İndi də elə deyilmi? Millət əldən gedərkən ziyalılar hara baxırlar? Alimlər, sənətçilər, hüquqşünaslar, siyasilər hanı? Sankt-Simon avanqardların (öncüllərin – N.A.) sənətkarlar olduğunu göstərirdi, bu gün sənətkarlar Azərbaycan cəmiyyətinə necə öncüllük edirlər? Təbii ki, hər birini bu şəkildə ironiya ilə xatırlamaq olmaz, lakin elm xadimləri arasında bəlkə, elə o dövrün dörd tərəfə parçalanmışlığı bu gün də davam edir. Lenini qəhrəman elan edib, profil fotosuna Azərbaycan SSR-nin bayrağını bürüyənlərdən, eləcə də bir ideya altında toplaşmağı bacarmayanlardan çox şey gözləyirik, bəlkə də? Deməli, Ağaoğlunun 117 il öncə axtardığı “ziyalılar”, təəssüf ki, hələ də axtarışdadırlar. Ən pisi də odur ki, axtarılanlar arasında olanlar da axtarılmayanlar tərəfindən elə bir “veto” alırlar ki, insanın lap 1903-cü ilə qayıdıb təzədən axtarışa verilməyi gəlir.

Bir az da Əhməd bəyin “Sərbəst insanlar ölkəsi”nə səyahət edək. Ağaoğlunun “Sərbəst insanlar ölkəsində”si bir neçə dəfə nəşr olunub, haradasa 3 il əvvəl “MİL”in 2015-ci il buraxılışını oxumuşdum. O vaxt Bakının kitab-kafelərinin birində 10 ədəd çek toplayana 5 manat dəyərində kitab hədiyyə edirdilər, mən də toplayıb bu kitabı seçmişdim. Çox böyük örnəkdir: Şərqin vəziyyəti, siyasəti, quruluşu, demokratiyanın özəllikləri, prinsipləri və daha çox məsələlərə dair mühüm nəşrdir. Ən yaddaqalan hissəsi mənim üçün vəzifədən gedənlərin tənqidi olmuşdu. Ağaoğlu yazırdı ki, bir nəfərin vəzifədəykən tənqid edilməyib, bu yerdən ayrıldıqdan sonra topa tutulmağı Şərq despotizminin təcəssümüdür. Bu cümlələri oxuduğum vaxt o qədər hadisə və onlara reaksiyalar gözümün qabağından keçmişdi. İndi də keçməkdə davam edir. Biri vəzifədən ayrılarkən kimsə tənqid yazanda “hə, nə oldu? Arxasınca danışmağı bilirsiniz elə, gücünüz çatırdı vəzifədə olanda deyəydiniz” cavabı almağı düzgün deyilmiş. Çünki o tənqid edəni buna itələyən vəziyyət var. “Azərbaycan jurnalistləri vəzifəlilərin mülklərini, o getdikdən sonra sayırlar” deyilir, bəs sual edən varmı ki, həmin vəzifəli kresloda oturduğu dövrdə jurnalist mülklərini saymaq istəsə, sayıb qurtarmağa gücü vəfa edərmi? Elə bu da ritorik sual olsun.

Odur ki, yenə qayıdırıq “dəyişən çox şey var, amma heç nə dəyişməyib” fikrimizə. Bütün bunlarla bərabər, bir təşəkkür borcumuz da var: əlbəttə ki, vəfatının 81-ci ili tamamlanan Ağaoğluna. Bu ilin aprelində İstanbulda beynəlxalq elmi simpoziumda iştirak edəcəkdim, məlum pandemiyaya görə alınmadı. Həmin vaxt əsas planım Əhməd Ağaoğlu və Əli bəy Hüseynzadənin məzarlarını ziyarət etmək idi. Qismət olar yaxın zamanda. O vaxta qədər də ruhunu bir daha anmış olduq, nə gözəl bizə. Təşəkkür edirik, böyük mütəfəkkir!

Comments are closed, but trackbacks and pingbacks are open.