Həmid Vəliyev Haqqinda Melumat – Vikipedia
st, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun “Azərbaycan jurnalistikasının peşəkarlıq problemi” məqaləsi ilə açılır. Müəllif heç zaman köhnəlməyən problemlərə bugünün gözü ilə nəzər salaraq “peşəkarlıq nədir” sualına dolğun və ətraflı cavab verməyə çalışıb. Məhz bu yazıdan doğan bir sıra sualların cavabı ardıcıl olaraq digər məqalələrdə də öz əksini tapıb. Sanki kompas rolunu oynayan bu məqalə jurnalist yaradıcılığının bir sıra xarakterik xüsusiyyətləri haqqında dolğun təsəvvür yaradır. Müəllifin fikirlərini özünəməxsus şəkildə davam etdirən professor C.Məmmədli, AzərTAc-ın baş direktoru A.Aslanov, professor A.Bayramoğlu, dosent S.Rəhimova, elmi işçi G.Məmmədova və başqaları müasir mətbuat orqanlarının üzləşdiyi problemlərə toxunurlar.
Həmid vəliyev xarici ölkələrin jurnalistikası tarixi
Tibb müəssisələrinə direktorlar təyin olundu – SİYAHI
Əli Əsədov : “Hazırda valyuta ehtiyatlarımız 62,5 milyard ABŞ dollarıdır”
Generalın qardaşı yeni vəzifəyə təyinat aldı
Onlar yeni vəzifələr təyin olundu – Milli Depozit Mərkəzində növbəti dəyişiklik
Zaqatalada qətl: ər 34 yaşlı arvadını güllələdi (Yenilənib)
Əliyev-Ərdoğan görüşünün gizlinləri: Bakı-Ankara-İrəvan formatı, yoxsa Xankəndi və İranla bağlı kritik həmlə?
Bayramda neçə gün iş olmayacaq? – Qərar
Partiyada “gizli eşq” ittihamı istefaya səbəb oldu: arvad təşkilat sədri əri haqda paylaşım etdi – “Evdə başqa xanımla tutdum. “
YAP Gəncə şəhər təşkilatının sədri vəzifədən azad edilib – Hakim partiyadan daha 38 nəfər xaric olundu
Onlar təltif olundu – Sərəncam/SİYAHI
Məşhur futbolçu dəbdəbəli villası və bahalı maşınlarından danışdı: “Ağır zəhmət, sərt rejim və. ” – FOTOLAR
Məhərrəm İncədən Kılıçdaroğluna “yaşıl işq”: “Geri çəkilə bilərəm” – “Ərdoğan 3-cü olarsa, təəccüblənmərəm. “
Ceyhun Bayramov BDU-nun bu əməkdaşlarına medal verdi – TAM SİYAHI
Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin əməkdaşlarının “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.
Mia.az xəbər verir ki, əmrlə elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiklərinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiklərinə görə Bakı Dövlət Universitetin əməkdaşları “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif ediliblər.
Həmid Vəliyev
Həmid Vəliyev 15 iyul 1939-cu ildə Borçalı mahalının Sadaxlı kəndində anadan olmuş, ADU-nun Filologiya fakültəsinin Jurnalistika şöbəsini (1966), Moskvada Sov. İKP MK yanında Ali Partiya Məktəbinin jurnalistika fakültəsini (1978) bitirmiş, Marneuli rayon qəzetində əmək fəaliyyətinə başlamış (1958), Tbilisidə “Sovet Gürcüstanı” qəzetində korrektor, baş korrektor (1960-1968), şöbə müdiri (1968-1972), redaktor müavini (1973-1991) vəzifələrində çalışmış, Azərbaycan Prezidentinin himayəsi ilə nəşr olunan “Yurd” jurnalının Azərbaycan buraxılışına rəhbərlik etmiş (1991-1995), “El qəzeti”nin, “Mübarizə” və “Şəfqət” qəzetlərinin, “Borçalı” jurnalının baş redaktoru olmuşdur. Gürcüstan SSR-in əməkdar jurnalisti (1988), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi fəxri adlarına (2009), “Əməkdə fərqlənməyə görə” (1970) və “Tərəqqi” (2005) medallarına, Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1972), Azərbaycan mətbuat şurasının diplomuna (2013) və digər mükafatlara layiq görülmüşdür.
Tbilisidə və Bakıda çap olunmuş bir neçə kitabın, 400-ə yaxın elmi və elmi-publisistik məqalənin, “Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində” monoqrafiyasının (B.,1984), “Dünya informasiya agentlikləri” (B.,2003), “Beynəlxalq jurnalist təşkilatları” (B.,2005) adlı dərs vəsaitlərinin, “Xarici ölkələrin jurnalistikası tarixi” (B.,2012;B.,2014) dərsliyinin, “Mark Tven jurnalist kimi” (B.,2014) kitabının müəllifidir. Elmi əsərləri Türkiyədə, Moskvada, Tbilisidə, Kiyevdə,Alma-Atıda, Daşkənddə və digər yerlərdə çap olunmuşdur.
Dünya publisistikasının incilərindən sayılan Amerika yazıçısı Deyl Karneginin “Dost qazanmaq və adamlara təsir göstərmək sənəti” əsərini Azərbaycan dilinə ilk dəfə tərcümə etmiş və kitab 1993–cü ildə “İşıq” nəşriyyatı tərəfindən kütləvi tirajla çap olunmuşdu. Həmin kitabın təkrar nəşri 2014-cü ildə olmuşdu.
1992-ci ildən BDU-da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycanda beynəlxalq jurnalistika üzrə ilk dosent kimi rəhbəliyi altında 20-dən çox magistr dissertasiyası yerinə yetirilmişdir; 3 nəfər doktorantın elmi rəhbəri, Jurnalistika fakültəsinin elmi şurasının üzvüdür. 2004-cü ilin dekabrından BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri vəzifəsində çalışır.
2011-ci ilin iyul ayında BDU-nun professoru elmi adını almışdır.
H.Vəliyev Azərbaycan Mətbuat Şurasının fəxri diplomu ilə təltif olunub [1] .
- Azərbaycan dilində təhrif olunmuş şəkildə işlənən əcnəbi coğrafi adların düzgün variantları. “Yeni medianın humanitar aspektləri”. H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfransın materialları. 07 may 2013.,səh.16-22.
- Xudu kişi təkcə sazbənd yox, həm də sözbənd idi. “Sazbənd. Saza bənd. ”. “Elm və təhsil” Bakı-2013., səh 52-54.
- Azərbaycan dilində işlənən əcnəbi toponimlərdə təhriflər. Təfəkkür Universitetinin elmi xəbərlər jurnalı. №1/2013., səh.102-10
- Sadaxlınım alim övladı Bakı “Müntərcim”2015 .11 ç. v.
- Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində (Monoqrafiya). B., 1984
- Deyl Karnegi. Dostu necə qazanmalı (Tərcümə). B., 1993
- Dünya informasiya agentlikləri (Dərs vəsaiti). B., 2003
- Beynəlxalq jurnalist təşkilatları (Dərs vəsaiti). B., 2005
- Vəliyev H. Xarici ölkələrin jurnalistikası tarixi. B., 2012
- Xarici ölkələri jurnalistikası tarixi Bakı “ Poliqrafiya” 2014. Poliqrafiya” Bakı- 2014. . 640 s. 40.ç. v. (Dərslik)
- Mark Tven jurnalist kimi. Bakı, “Qanun” 2014.78 s.5ç.( Dərs vəsaiti)
- Dost qazanmaq və adamlara təsir göstərmək sənəti Deyl Karnergi. Bakı, “Qanun” 2014, 312s (Tərcümə)
- Şerl Sendberq Nell Skovel “Fəallıqdan qorxma” Bakı -2015 (Tərcümə) [2]
İstinadlar Redaktə
- ↑”Kitabın müəllifi Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Həmid Vəliyevdir”. 2018-12-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2013-09-22 .
- ↑”Arxivlənmiş surət”. 2022-07-05 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2016-11-10 .
| Alim ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Həmid vəliyev xarici ölkələrin jurnalistikası tarixi
Azərbaycan mətbuatının görkəmli nümayəndəsi, müasir jurnalist nəslinin müəllimi Nəsir İmanquliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar respublika elmi-praktik konfransın materialları “Azərbaycan jurnalistikası qloballaşma dövründə: qaynaqlar və perspektivə baxış” adlı topluya yığılaraq nəşr edilib. Jurnalistikanın bir sıra problemlərini, redaksiya nəşriyyat prosesinin mühüm mərhələlərini, bu istiqamətdə aparılan fəaliyyətdə diqqətçəkən məqamları və digər məsələləri əks etdirən yeni toplu dörd bölmədən ibarətdir.
Kitabın redaktoru filologiya elmləri doktoru, professor Cahangir Məmmədli yeni nəşrin əsas istiqamətlərinə, məqsəd və məramına aydınlıq gətirərək yazır: “Əlinizdəki bu konfrans materialları toplusu Nəsir İmanquliyevin tələbəsi olmuş, onun nəzəri fikirlərini, praktik fəaliyyətini bir örnək kimi yeni nəslə çatdıran alimlərin, doktorantların, magistrantların. elmi yaradıcılığının məhsuludur. İşıqlı xarakteri, elmi və praktik yaradıcılığı ilə qəlbimizdə bu gün də yaşayan əziz müəllimimizin yüz illik yubileyi ərəfəsində meydana çıxan bu əsərlərin hamısında Nəsir İmanquliyevin döyünən ürəyi var”.
Həqiqətən də bu ürəyin səsi qolumuzdan tutaraq bizi mətbuat tariximizin keçmişinə nəzər salmağa, bugünkü mənzərəsini görməyə, eləcə də yeni araşdırmaların köməyi ilə jurnalistikamızın ənənələrini və müstəqillik dövründə yeni meyil və axtarışlarını öyrənməyə sövq edir.
Kitabın birinci bölməsi əməkdar jurnali
st, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun “Azərbaycan jurnalistikasının peşəkarlıq problemi” məqaləsi ilə açılır. Müəllif heç zaman köhnəlməyən problemlərə bugünün gözü ilə nəzər salaraq “peşəkarlıq nədir” sualına dolğun və ətraflı cavab verməyə çalışıb. Məhz bu yazıdan doğan bir sıra sualların cavabı ardıcıl olaraq digər məqalələrdə də öz əksini tapıb. Sanki kompas rolunu oynayan bu məqalə jurnalist yaradıcılığının bir sıra xarakterik xüsusiyyətləri haqqında dolğun təsəvvür yaradır. Müəllifin fikirlərini özünəməxsus şəkildə davam etdirən professor C.Məmmədli, AzərTAc-ın baş direktoru A.Aslanov, professor A.Bayramoğlu, dosent S.Rəhimova, elmi işçi G.Məmmədova və başqaları müasir mətbuat orqanlarının üzləşdiyi problemlərə toxunurlar.
“Mətbuat tarixi: yeni araşdırmalar” adlanan ikinci bölmədə oxucular əvvəlcə professor Şirməmməd Hüseynovun “Türk millətinin dəyanətli və qeyrətli hamisi” adlı məqaləsi ilə tanış olurlar. Müəllif burada Üzeyir Hacıbəylinin böyük ehtiram və məhəbbətlə müsəlman dünyasının “ictimai xadimi” adlandırdığı İ.Qaspralının həyat və yaradıcılığına işıq salıb. Eləcə də İsmayıl bəy Qaspralının Azərbaycan ziyalılarının əlaqələrinə dair mətbuatda dərc olunmuş yazılarının bir neçəsini də topluda oxucuların diqqətinə çatdırıb.
Bu bölmədə professor Şamil Vəliyevin “İşıq bəxş edən şəxsiyyət” adlı məqaləsi isə çoxumuzun ürəyində əbədi abidəyə çevrilmiş Nəsir İmanquliyevin yaradıcılığına həsr edilib. Müəllif haqlı olaraq yazır: “Nəsir İmanquliyev müasiri olan bir sıra qələm sahibləri kimi cildlərlə kitab yazmayıb, “ardı var”, “mabədi gələn sayımızda” deyə silsilə məqalələrin müəllifi olmayıb. Lakin jurnalistikanın nəzəri prinsiplərinə zərgər dəqiqliyi ilə əməl etməsi, praktik uğurları ilə əsaslı şəkildə fərqlənib, təkcə yeni xəbər jurnalistikasının meydana gəlməsində deyil, bütövlükdə tətbiqi jurnalistikanın mətbuat aləmində yeni ab-hava, yaradıcılıq meyil və üslubları yaratmasına səbəb olub”. Məhz elə bu məziyyətlərinə görə qəzet və qəzetçilik işinə əsl təşkilatçı kimi baxaraq onu inkişaf etdirən, maarifçilik vasitəsi kimi qiymətləndirən Nəsir İmanquliyevin adı və şəxsiyyəti Azərbaycan mətbuatı və jurnalistikası tarixində əbədi var olacaq.
“Azərbaycan maarifçilik mədəniyyətinin mayakı – “Əkinçi” adlı məqalədə professor İzzət Rüstəmov zəngin materiallar əsasında mətbuat tariximizin bu əbədi, sönməz günəşi haqqında ətraflı söz açır. Həqiqətən də “Əkinçi” XX əsr Azərbaycan maarifçilik mədəniyyətinin inkişafında böyük tarixi rol oynadı. Bu baxımdan müəllif bir sıra məqamlara aydınlıq gətirərək “Əkinçi”nin adət-ənənələrə, maarifçiliyə, dil məsələsinə verdiyi önəmə toxunub.
İkinci bölmədə Q.Quliyevanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə satirik jurnalistika” adlı məqaləsində isə mətbuat tariximizdə çox az təhlil edilən, bəzən də unudulan qəzet və jurnalların fəaliyyətinə güzgü tutulur. N.Yaqublu, A.Məmmədli, L.Məmmədova və başqaları ötən əsrin əvvəllərində fəaliyyət göstərən qəzet və jurnalların mövzu dairələrindən söz açırlar, eləcə də Azərbaycan mühacirət mətbuatının tanınmış xadimlərinin fəaliyyəti ilə oxucuları tanış edirlər.
“Televiziya və radio jurnalistikası” adlanan bölmədə bu sahə ilə bağlı on müəllfiin məqaləsi toplanıb. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadənin qələmə aldığı “Radiomüsahibə: görünən və görünməyən tərəfləri” adlı məqaləsində bu müsahibənin necə olmasından bəhs edilir. Professor Qulu Məhərrəmli isə televiziyada “Dil prosesləri və nitq mədəniyyətinin aktual problemləri”nə toxunaraq yazır: “Ekranda gedən verilişlərin əhəmiyyəti həm də ondadır ki, bu verilişlərin vasitəsilə bütün ölkə ictimaiyyətinin diqqəti kütləvi şəkildə ana dilinin təbliğinə yönəldilir”. Məhz bu niyyəti də nəzərə alaraq TV aparıcıları, müxbirlər öz nitq və çıxışlarında dilin axıcılığına, səlisliyinə, düzgünlüyünə, məntiqi ardıcıllığına diqqətlə yanaşmalı, Azərbaycan dilinin tətbiqi və işlədilməsi ilə bağlı imzalanan sərəncamların tələblərinə əməl etməlidirlər.
Toplunun sonuncu bölməsi “Beynəlxalq jurnalistika” adlanır. Burada toplanan məqalələrdə vətəndaş cəmiyyəti şəratində informasiya təhlükəsizliyinin təmin olunmasından, bu cəmiyyətin mahiyyəti, təşkili prinsiplərindən, eləcə də beynəlxalq təcrübədən söz açılır. Bakı Dövlət Universitetinin dosenti Həmid Vəliyev haqlı olaraq bildirir ki, xarici ölkələrdə jurnalist təhsilinin təkmilləşdirilməsi sahəsində toplanan zəngin təcrübədən səmərəli bəhrələnmək Azərbaycanda bu sahənin günün tələbləri səviyyəsinə qaldırılmasında çox böyük əhəmiyyət kəsb edərdi.
Pərvanə İbrahimova “Türkdilli ölkələrin xəbər agentlikləri vahid informasiya məkanında” adlı məqaləsində bunun əhəmiyyətinə toxunaraq demokratiyanın həm milli, həm də beynəlxalq səviyyədə formalaşması üçün hər kəsin düzgün məlumatlandırılmasının vacibliyini qeyd edir. Müəllif haqlı olaraq bu qənaətdədir: “Türk toplumları bəşər tarixində ən böyük hadisələrin altına imza atan böyük bir millətin yetirmələridir. . Bu gün tarixin millətlərin öz haqqını bərpa etmə və ədalətə qovuşma dövrüdür. Bu şərəfli işdə hər kəs öz zəhmətini və bacarığını əsirgəməməlidir”. Nə xoş ki, Türk Dünyasının Vahid İnformasiya Şəbəkəsi olan Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) birbaşa AzərTAc-ın təşəbbüsü və iştirakı ilə yaranmışdır.
Respublika elmi-praktik konfransının materialları toplanmış yeni nəşrdə oxuculara 60-a yaxın müəllifin qloballaşma dövründə jurnalistikanın qaynaq və perspektivlərinə münasibətini əks etdirən fikirləri cəmləşmişdir. Əlbəttə, hər bir məqalənin özünəməxsus dəyər və qiyməti var. Yeni nəşr sadəcə məruzələr, yaxud da çıxışlar toplusu deyil. Kitabdan jurnalistika fakültəsinin tələbələri dərslik kimi istifadə edə bilərlər. Eləcə də mətbuata maraq göstərən, peşəkarlığın sirrini öyrənmək istəyən hər bir insan ondan səmərəli şəkildə bəhrələnə bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.