Press "Enter" to skip to content

Həmid vəliyevin xarici ölkələrin jurnalistikası tarixi

Böyük Britaniya kütləvi informasiya vasitələri mədəni, mənəvi və tərbiyəvi verilişləri ilə auditoriyanın davranışı və zövqünü formalaşdırması ilə yanaşı, təkcə İngiltərə deyil, ümumən dünya informasiya bazarında mühüm rol oynayır.

Hemid Veliyev – Wikipedia

Həmid Vəliyev 15 iyul 1939-cu ildə Borçalı mahalının Sadaxlı kəndində anadan olmuş, ADU-nun Filologiya fakültəsinin Jurnalistika şöbəsini (1966), Moskvada Sov. İKP MK yanında Ali Partiya Məktəbinin jurnalistika fakültəsini (1978) bitirmiş, Marneuli rayon qəzetində əmək fəaliyyətinə başlamış (1958), Tbilisidə “Sovet Gürcüstanı” qəzetində korrektor, baş korrektor (1960-1968), şöbə müdiri (1968-1972), redaktor müavini (1973-1991) vəzifələrində çalışmış, Azərbaycan Prezidentinin himayəsi ilə nəşr olunan “Yurd” jurnalının Azərbaycan buraxılışına rəhbərlik etmiş (1991-1995), “El qəzeti”nin, “Mübarizə” və “Şəfqət” qəzetlərinin, “Borçalı” jurnalının baş redaktoru olmuşdur. Gürcüstan SSR-in əməkdar jurnalisti (1988), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi fəxri adlarına (2009), “Əməkdə fərqlənməyə görə” (1970) və “Tərəqqi” (2005) medallarına, Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1972), Azərbaycan mətbuat şurasının diplomuna (2013) və digər mükafatlara layiq görülmüşdür.

Tbilisidə və Bakıda çap olunmuş bir neçə kitabın, 400-ə yaxın elmi və elmi-publisistik məqalənin, “Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində” monoqrafiyasının (B.,1984), “Dünya informasiya agentlikləri” (B.,2003), “Beynəlxalq jurnalist təşkilatları” (B.,2005) adlı dərs vəsaitlərinin, “Xarici ölkələrin jurnalistikası tarixi” (B.,2012;B.,2014) dərsliyinin, “Mark Tven jurnalist kimi” (B.,2014) kitabının müəllifidir. Elmi əsərləri Türkiyədə, Moskvada, Tbilisidə, Kiyevdə,Alma-Atıda, Daşkənddə və digər yerlərdə çap olunmuşdur.

Dünya publisistikasının incilərindən sayılan Amerika yazıçısı Deyl Karneginin “Dost qazanmaq və adamlara təsir göstərmək sənəti” əsərini Azərbaycan dilinə ilk dəfə tərcümə etmiş və kitab 1993–cü ildə “İşıq” nəşriyyatı tərəfindən kütləvi tirajla çap olunmuşdu. Həmin kitabın təkrar nəşri 2014-cü ildə olmuşdu.

1992-ci ildən BDU-da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycanda beynəlxalq jurnalistika üzrə ilk dosent kimi rəhbəliyi altında 20-dən çox magistr dissertasiyası yerinə yetirilmişdir; 3 nəfər doktorantın elmi rəhbəri, Jurnalistika fakültəsinin elmi şurasının üzvüdür. 2004-cü ilin dekabrından BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri vəzifəsində çalışır.

2011-ci ilin iyul ayında BDU-nun professoru elmi adını almışdır.

H.Vəliyev Azərbaycan Mətbuat Şurasının fəxri diplomu ilə təltif olunub [1] .

  1. Azərbaycan dilində təhrif olunmuş şəkildə işlənən əcnəbi coğrafi adların düzgün variantları. “Yeni medianın humanitar aspektləri”. H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfransın materialları. 07 may 2013.,səh.16-22.
  2. Xudu kişi təkcə sazbənd yox, həm də sözbənd idi. “Sazbənd. Saza bənd. ”. “Elm və təhsil” Bakı-2013., səh 52-54.
  3. Azərbaycan dilində işlənən əcnəbi toponimlərdə təhriflər. Təfəkkür Universitetinin elmi xəbərlər jurnalı. №1/2013., səh.102-10
  4. Sadaxlınım alim övladı Bakı “Müntərcim”2015 .11 ç. v.
  1. Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində (Monoqrafiya). B., 1984
  2. Deyl Karnegi. Dostu necə qazanmalı (Tərcümə). B., 1993
  3. Dünya informasiya agentlikləri (Dərs vəsaiti). B., 2003
  4. Beynəlxalq jurnalist təşkilatları (Dərs vəsaiti). B., 2005
  5. Vəliyev H. Xarici ölkələrin jurnalistikası tarixi. B., 2012
  6. Xarici ölkələri jurnalistikası tarixi Bakı “ Poliqrafiya” 2014. Poliqrafiya” Bakı- 2014. . 640 s. 40.ç. v. (Dərslik)
  7. Mark Tven jurnalist kimi. Bakı, “Qanun” 2014.78 s.5ç.( Dərs vəsaiti)
  8. Dost qazanmaq və adamlara təsir göstərmək sənəti Deyl Karnergi. Bakı, “Qanun” 2014, 312s (Tərcümə)
  9. Şerl Sendberq Nell Skovel “Fəallıqdan qorxma” Bakı -2015 (Tərcümə) [2]

İstinadlar

  1. ↑”Kitabın müəllifi Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Həmid Vəliyevdir”. 2018-12-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2013-09-22 .
  2. ↑”Arxivlənmiş surət”. 2022-07-05 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2016-11-10 .
Alim ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

Həmid vəliyevin xarici ölkələrin jurnalistikası tarixi

JURNALİSTİKA
FAKÜLTƏSİ

  • Fakültə haqqında
  • Elmi şura
  • Dekanlıq
  • Kafedralar
  • Laboratoriyalar
  • Metodiki vəsaitlər və tədris proqramları
  • İmtahanlar
  • Dərs cədvəli
  • Tələbə həyatı
  • Görkəmli məzunlar
  • Əməkdaşlarımız KİV-də
  • Konfranslar
  • BDU TV
  • Tələbə Gənclər Təşkilatı
  • MD şöbəsi

Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistika tarixi” adlı kitabı çapdan çıxıb

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistika tarixi” adlı kitabı çapdan çıxıb. Dərslikdə qədim dövrdən XX əsrin axırlarınadək olan müddətdə dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs edilir, kütləvi informasiya vasitələrinin tipoloji inkişafı prosesi nəzərdən keçirilir, müxtəlif ölkələrin və xalqların sosial, qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri, ümumi inkişaf meylləri göstərilir.

Dərslik universitetlərin jurnalistika fakültəsinin, filologiya fakültəsinin və humanitar fakültələrin jurnalistika şöbələrinin tələbələri, magistr, dissertant və doktorantlar, xarici ölkələrin jurnalistikası tarixini tədris edən müəllimlər, habelə dünya jurnalistikası tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Həmid vəliyevin xarici ölkələrin jurnalistikası tarixi

(BBC, “The Daily Telegraph”, “Financial Times”ın timsalında)

Böyük Britaniyada mətbuatın yaranma tarixi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi mənbələrdə iddia edilir ki, jurnalistlər XVI yüzillikdə qəhvəxanalarda eşitdikləri informasiyaları bülleten şəklində yayımlayıb və bununla Böyük Britaniya mətbuatının əsasını qoyublar.

1642-ci il burjua inqilabı bir çox sahələrdə olduğu kimi, mətbuatın da inkişafına təsirsiz ötüşməyib, senzura ləğv edilib, dövri mətbuatın yaranma prosesi sürətlənib. Artıq qəzetlər bir-biri ilə polemikalara girişir, maarifçilik işi ilə məşğul olurdular. Böyük Britaniya mətbuat tarixində müstəsna xidmətləri olmuş, dövrlərinin məşhur jurnalistləri olan Con Milton, Con Lilbern, Cerard Uinstenli, Daniel Defo, Cozef Addison, Conatan Svift, Riçard Stil, Koleric, Makkintos, Şeridan, Stüart, Con Valter, Ceyms Perri, Danial Stüart, Con Dillon, eyni zamanda Robert Merdok, Robert, Maksvell, Devi Stivens, F.Uittem-Smitin adlarını xüsusilə qeyd etmək lazımdır. Məhz bu jurnalistlərin yaradıb inkişaf etdirdikləri jurnalistikanın nəticəsidir ki, Böyük Britaniya cəmiyyətinin mətbuata çox böyük marağı vardır. YUNESKO-nun araşdırmalarına görə, kifayət qədər savadlı toplum hesab olunan Böyük Britaniyanın 100 vətəndaşından 47-si hər gün heç olmasa, bir qəzet oxuyur. Ölkənin yaşlı əhalisinin 80 faizi, demək olar ki, hər gün bir səhər qəzetinə müraciət edir

Böyük Britaniyanın yazılı konstitusiyası olmadığına görə, qanun şəklində fikir azadlığına təminat nəzərdə tutulmayıb. Lakin böhtan və özəl həyatın toxunulmazlığının pozulması ilə bağlı mülki iddialar Yüksək Məhkəməyə və ya Qraflıq Məhkəməsinə təqdim olunur. Milli təhlükəsizliyin pozulması, informasiyadan terrorçuların istifadə etməsi, irqi nifrətə təhrik etmə və s. kimi cinayət ittihamlarına hakim və ya Andlar Məhkəməsi tərəfindən baxılmasından əvvəl Krallıq məhkəməsində baxıla bilər. Böyük Britaniyada mediaya aid vahid qanun yoxdur, lakin böhtan, məhkəməyə hörmətsizlik, rəsmi sirrlər kimi qanunlar mövcuddur ki, qeyd edilənlər media üçün xüsusilə əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Böyük Britaniya qəzetləri məhkəmə predmeti olacaq materiallara meyl etmirlər. Konkret olaraq redaksiyanın bununla bağlı məhdudiyyətləri mövcuddur. Böyük Britaniyanın ən çox satılan və keyfiyyət göstəricilərinə görə adı ilk sırada dayanan “The Daily Telegraph” qəzeti peşəkar komanda ilə işləsə də, redaksiyada hüquqşünaslar üçün xüsusi otaq mövcuddur. Hüquqşünaslar qəzetin reputasiyasını (nüfuzunu) qorumaq üçün təqdim edilən yazıları oxuyub böhtan olub-olmamasını müəyyənləşdirirlər. Bəzi hallarda böhtana görə məhkəmələrə cəhdlər olur, lakin belə yazıların qarşısı mümkün qədər alınır. Bununla belə, Britaniyada media problemlərinin tənzimlənməsi üçün 1953-cü ildən Mətbuat Şurası, 1991-ci ildən isə mətbuatla bağlı şikayətlər üzrə Komissiya fəaliyyət göstərməkdədir.

Böyük Britaniyanın bir neçə böyük şəhərlərində media qurumlarının redaksiya və ofislərinin yerləşməsinə baxmayaraq, paytaxt Londonu Britaniyanın mətbuat mərkəzi kimi də təqdim etmək olar. Çünki dünya informasiya siyasətinə təsir etmək gücündə olan ümummilli qəzetlər, televiziya və radio kanalları əsasən Londonda yerləşir.

Müasir Böyük Britaniya mətbuatını qruplaşdırsaq 3 əsas cəhəti qeyd etmək lazımdır:

1. Keyfiyyətli qəzetlər: “The Daily Telegraph”, “The İndependent”, «İndependent on Sunday», “The Times”, “The Guardian”, «Financial Times» və.s (Bunlar həm də ən çox satılan qəzetlərdir).

2. Orta nəşrlər: “Daily Mail”, “Daily Express” və s.

3. Populyar, kütləvi mətbuat orqanları : “The Sun, «Daily Mirror”, «Sunday Mirror», “Daily Star” və s.

Bu qəzetlər bir-birindən məzmununa, materialların verilmə üslubuna, tərtibatına görə fərqlənirlər. Keyfiyyətli qəzetlərin əsas xüsusiyyətləri isə bunlardır:

– siyasi xadimlərin, iqtisadiyyat, mədəniyyət və din xadimlərinin məktubları.

Kütləvi qəzetlər üçün xarakterikdir:

– məşhur adamların şəxsi həyatları;

– alış-veriş xəbərləri və s.

Böyük Britaniya mətbuatı üçün xarakterik olan cəhətlərdən biri də bir çox ölkələrdə olduğu kimi qəzetlərin ayrı-ayrı təşkilatlar, media korporasiyalarda cəmləşməsidir. Belə təşkilatlardan ən böyüyü dünya mətbuat bazarının təxminən 16%-ni nəzarətində saxlayan, Avstraliya mənşəli media maqnatı Rupert Merdoka aid və özündə gündəlik “The Sun”, “Today”, “The Times”, “The Sunday Times”, “News of the World” qəzetlərinin, «Sky Channel» kabel televiziyasının, «Reuters», «Prison PS» xəbər agentliklərini birləşdirən «News International» korporasiyasıdır. İngiltərənin daha bir böyük qəzet konserni «Mirror Group Newspapers» adlanır. Bu konsernin, eyni zamanda, «British printing and communication corporation» və «Pergamon» nəşriyyat şirkətinin pezidenti Robert Maksvellin ölümündən sonra onun KİV sahəsindəki işini oğlanları və baş menecer D.Montqomer davam etdirir. Qrupa gündəlik «Daily Mirror», “Daily Record” qəzetləri, «Sandy Mirror»və «People» kimi bazar günü qəzetləri daxildir. Qəzet bazarında iri nəşrlərdən biri də «United Newspapers» qrupudur. Qrupun sahibi Lord Devid Stivnsdir. Qrupa gündəlik nəşr olunan «Daily Express», «Daily Star» və həftəlik «Sunday Express»qəzetləri daxildir. Lord Rotemirə məxsus gündəlik «Daily Mail” və həftəlik «Mail on Sunday» qəzetlərinin daxil olduğu qrup «Associated Newspapers»dir. «Newspapers Publishing» gündəlik «Independent» və həftəlik «Independent on Sunday» qəzetlərinin birləşdiyi bir qrupdur. Qrupa A.Uittem-Smit rəbərlik edir. Gündəlik nəşr olunan «Guardian» qəzeti və həftəlik əlavəsi «The Observer» «Guardian and Manchester Evening News» qrupuna aiddir. Dünyanın iqtisadi düzənini dəyişmək gücündə olan gündəlik «Financial Times» qəzeti və həftəlik «Economist» «Pearson PLS» holdinqinə məxsusdur. Konrad Blekə aid olan «The Telegraph Media Group» isə özündə gündəlik “The Daily Telegraph”, həftəlik “Sunday Telegraph”və «The Telegraph» qəzetlərini birləşdirir.

1000 nəfər əməkdaşla fəaliyyət göstərən dünyanın 5 nəhəng ölkəsində yayımlanan və 2 milyondan çox oxucusu olan 150 yaşlı “The Daily Telegraph” qəzeti gündə 3 dəfə – səhər 9:30, günorta 1:30 və axşam 9:30-da 675 min tirajla çap olunur. «The Daily Telegraph» Avropada özünün internet səhifəsini yaradıb, Android və Podcasting xidmətinə qoşulub, yeni proqramlar üçün Microsofta müraciət edib. Qəzetin “Sunday Telegraph” və «The Telegraph» adlı əlavəsi də var. Dünyanın 5 müxtəlif ölkəsində çap olunan və 100-dən çox ölkədə yayımlanan «The Telegraph» həftədə bir dəfə çıxır və London üçün nəzərdə tutulmayıb.

Bir müddət əvvəl “The Daily Telegraph” qəzetinin redaksiyasında Redaktorlar Birliyi fəaliyyət göstərsə də, indi o Birliyi sosial media redaktorları əvəzləyib. Həmin redaktorlar işarası toplaşaraq əsas mövzuları müəyyən edirlər. Qəzet tələbatı vaxtında və operativ ödəyə bilmədiyinə görə, əsas güc qəzetin veb saytının üzərinə düşür. Hazırda istifadəçilər sayta üç istiqamət üzrə diqqət verirlər.

Bu maraq gün ərzində dəyişir. İdmanla bağlı gündəmdə olan qələbə məlumatları və bu kimi xəbərlər digər məlumatları arxa plana keçirir. İPhone 5-in satışa buraxılması xəbəri 4 həftə gündəmi zəbt edib. «The Daily Telegraph»ın veb saytı çox populyardır və 3,5 milyon izləyicisi var. Twitter izləyicilərinin sayı da 3,5 milyondur. Günorta vaxtı sayta 1 milyon adam daxil olur. 2-ci artım britaniyalıların işdən sonrakı saatlarına (5-7 arası – P.İbrahimova) təsadüf edir. Ən çox baxılan məqalələr sağ sütunda qərarlaşır. Əsas ağırlıq mərkəzi şərhlərdədir. Oxucuların şərhləri üçün şərait yaradan redaksiya «oxucu ilə oxucu arasında əlaqə»yə maraq göstərir və «oxucunun oxucu yazısına şərhi»ni verərək yeni mövzular müəyyənləşdirir. Şərhin özünü bir dünya hesab edən “Teleqrafçıların” düşüncələrinə görə, insanlar nə qədər şərh verirsə, bir o qədər xəbərə cəlb olunurlar.

«The Daily Telegraph»ın reklam bölməsindən aydın olur ki, redaksiya əsas gəlir reklamdan oldugu üçün ciddi auditoriyasına rəğmən həftə sonları bəzi alış-satış mərkəzlərini, parfumeriyaları reklam edir. Özü üçün isə Twitter əvəzedilməz məkandır. Çünki jurnalistlər yazılarını Twitterdə reklam edir və bunu veb-sayta girişi artırmaq üçün əla vasitə hesab edirlər.

«The Daily Telegraph» hər zaman yeniliklərə can atır. Tezliklə qəzetin «Gələcəyin stolu» (Table of the future) istifadəyə veriləcək. Bu “elektron stol” istənilən qəzeti izləməyə, üzərinə qoyulan əşyaya toxunmaqla onunla bağlı xəbəri oxumağa imkan yaradacaq. «Üç nöqtə» qəzetində yazıldığı kimi: «Zənn edək ki, dəvət aldığımız şam yeməyinə bir şüşə şərabla getmişik. Şərab şüşəsi stolun üstünə qoyulan kimi, onu aldığımız mağaza, qiyməti, alternativ içkilər haqqında məlumatlarla tanış ola bilərik. Qəzetin işçiləri peşəkar olsalar da, otaqların biri hüquqşünaslar üçündür.

Təkcə Böyük Britaniyada deyil, dünyanın aparıcı biznes xəbərləri təşkilatlarından biri, dəqiqlik və operativliyi ilə iqtisadi düzəni dəyişmək gücündə olan «Financial Times» qəzetidir. Qəzet «Pearson PLS» holdinqə məxsusdur. «Financial Times»-da əməliyyat şöbəsinin rəhbəri və rəqəmsal məsələlər üzrə redaktor müavini Liza Makleod Paşa Bank, British Council Azerbaijan və Böyük Britaniyanın Tomson Fondunun dəstəyi ilə «Bisnes jurnalistika» layihəsi çərçivəsində 16-23 mart 2014-cü il tarixində London səfərləri çərçivəsində adıçəkilən redaksiyada olan bir qrup azərbaycanlı jurnalistə verdiyi məlumata görə, qəzetin əsas işi çap və rəqəmsal əməliyyatları bir yerə toplamaqdır. Qlobal biznes ictimaiyyəti üçün xəbər, şərh, məlumat və təhlillər edən qəzet son 10 ildə daha çox dəyişiklik görüb, nəinki 125 il əvvəl. Dəyişikliklərin surəti daha dərin, düşüncəli və yeniliklərin ardınca getməyə məcbur edir. Bunu ənənəvi jurnalistikada etmək müəyyən çətinliklər yaradır”. 360 min tirajla çap olunan, dünyanın 24 şəhərində yayılan «Financial Times» ilk mətbuat orqanıdır ki, 2010-cu ildə rəqəmsal abunəni üstələyib. Online xəbərlər pulludur və oxumaq üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçmək marketinq və reklam üçün əsasdır. Pulsuz yalnız ayda 8 məqalədən istifadə etmək olar. Qəzetin 8 milyon abunəçisi, 400 min internet istifadəçisi, 640 min çap və rəqəmsal abunəçisi var. 140 müxbir və ümumən 500 nəfərin çalışdığı qəzet «Biznes-two-biznes» prinsipi ilə işləyir Qəzetin çap versiyasından daha çox gəlir əldə edilsə də, əsas ağırlıq veb-sayta verilib. Liza Makleod: «Financial Times» mümkün qədər rentabelli olmağa çalışır. Əgər çap versiyası 20 milyon paund qazandırırsa və onu yaymaq 30 milyona başa gəlirsə, demək, istiqaməti dəyişmək lazımdır. Biz qəzet olaraq Mərkəzi bank və biznes xəbərlərinə önəm verərək 85 qrupla işləyirik. Xəbərin təqdimində sadələşdirməyə yox, maarifləndirməyə önəm veririk.

«Financial Times»ın bir neçə il əvvəl baş vermiş fantastik qiymət artımının maraqlı tarixi var: «Bir gün qəzetin rəhbəri kofe sifariş edir və cəmi 1 paunda satılan «Financial Times»la bir fincan kofe arasındakı qiymət fərqi onu dəhşətə gətirir. Dərhal qəzetin qiyməti aqressiv şəkildə – 3 dəfə artır: 2 paund 30 pens. Qəzetin qiyməti artsa da, vəziyyət dəişmədi. Bu baxımdan, qəzet hazır vəziyyətdədir. 1 ilə olmasa da, yaxın gələcəkdə çap mediasını online əvəzləyəcək.

Qeyd etmək lazımdır ki, informasiya bazarında konkert boşluqları müəyyənləşdirən və hədəfə vuran «Financial Times»ın əsas uğuru müştərinin inamını qazanması, onu məhsulunun unikallağına inandırması, xüsusən fərqli oxucu auditoriyasını nəzərə alaraq əsasən 2 kateqoriyaya bölünən oxucular üçün məlumatların ikihissəli təqdim edilməsidir:

– Qısa vaxt ərzində çox xəbər

«Financial Times» digər təşkilatlardan, media qurumlarından olan yüksək təcrübəli mütəxəssislərlə yanaşı, məzunlar üçün 4 illik təlim proqramlar keçirilir. Öncə test tapşırıqları, sonra xəbər yazma bacarıqları, dil imkanları öyrənilir. Jurnalistikaya maraqlarının olub-olmaması da sübut edilməlidir. Bütün bu prosedurlar bitdikdən sonra yekun müsabiqə olur. Təxminən 600-ə yaxın müraciət müəllifindən yalnız 4 nəfər seçilir. Həmin 4 nəfərə böyük yatırım qoyulur. Onlar çox intensiv təlim məşğələləri ilə yanaşı, davamlı olaraq London Fond Birjası, 6 ay müddətinə Nyu-York və Pekinə təcrübəyə göndərilirlər. Bu müddətdə isə daha yüksək vəzifələrə vəzifələrə təyin edilmirlər. «Financial Times» daha çox data, statistika, riyaziyyat təhsili olan mütəxəssislərə ehtiyac duyur, nəinki jurnalist təhsillilərə. Əvvəl az bilinən dillərdə sərbəst danışan işçilərə üstünlük verilirdisə, bu gün həmin ölkədə uzun müddət iqtisadi sahədə, bankda və s. işləmiş ekspertlərə önəm verilir. Qəzetdə yayımlanan xəbərin iqtisadi sferaya, misal üçün, birjaya təsiri nəzərə alındığından işə qəbul edilən hər bir əməkdaş əxlaq kodeksinə imza atır. Hər il bu kodeks yenilənir. Redaksiyada işləyən işçinin adına səhm varsa, mütləq onu açıqlamalıdır. Əgər onun adına Apple şirkətinin səhmləri varsa, demək, həmin işçi bu şirkətdən yazı hazırlaya bilməz. Bu investisiyanın qiymətləndirilməsi adlanır və baş redaktor onu görür. Hər bir xəbərin ən azı iki mənbəsi olmalıdır. Redaktorlar bu məsələyə son dərəcədə ciddi yanaşırlar. Baxmayaraq ki, hansısa bir xəbər bazarın hərəkətlənməsinə səbəb ola bilər, amma xəbərin 2 mənbəsi yoxdursa, o birmənalı şəkildə yayımlana bilməz. «Tez çıxmaqdansa, düz çıxmaq lazımdır”.

Qeyd etmək lazımdır ki, müasir Böyük Britaniya mətbuatı üçün xarakterik olan 3 əsas cəhətdən biri olan keyfiyyət bölgüsünə aid edilən “The Daily Telegraph” və «Financial Times» həftə sonu şou-bisnes, alış-veriş, mədəniyyət məlumatları, bir sözlə qeyri-ciddi xəbərlərə üstünlük verir və bu addımı qəzetlərin maliyyə vəziyyətinin yaxşılaşmasına olan təkan kimi qiymətləndirirlər.

Nəinki Böyük Britaniyanın, dünyanın ən nəhəng media mərkəzlərindən olan British Broadcasting Corporation (BBC) 1922-ci ildə radioaparatura zavodunda özəl şirkət kimi fəaliyyətə başlayıb. 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq və dövlətin pul dəstəyi ilə 1954-cü ilə qədər televiziya, 1972-ci ildən həm də radio yayımları sahəsində fəaliyyət göstərir. BBC-nin qarşıya qoyduğu əsas məqsəd mədəni, mənəvi və tərbiyəvi verilişlərlə auditoriyanın davranışı və zövqünün formalaşmasına xidmət etməkdir. BBC-nin ictimai korporasiya statusunun olmasına və formal cəhətdən müstəqil sayılmasına baxmayaraq, fəaliyyəti üzərində nəzarət hökumət tərəfindən həyata keçirilir. Hökumət BBC-nin siyasi istiqamətini, maliyyə və rəhbərliyini müəyyənləşdirir. BBC indiyədək Böyük Britaniya jurnalistikasında öz mövqelərini qoruyub saxlamaqdadır. Bu korporasiya hər il 5 kanal vasitəsilə təxminən 4 min saat civarında milli xəbərlər, icmallar, sənədli proqramlar yayımlayır. Bu da ümumi radioməhsulların təxminən 30 faizini təşkil edir. BBC-nin həm də peyk xidməti vasitəsilə 120 milyon auditoriyaya çıxışı var. Ümumiyyətlə, İngiltərənin rəsmi dövlət radioyayımı bir neçə istiqaməti üzrə fəaliyyət göstərir:

Birincisi: Xarici dinləyicilər üçün deyil, daxili dinləyicilər üçün nəzərdə tutulan, orta və uzun dalğalarda yayımlanan yayım. İngiltərə ərazisinin kiçik olduğunu nəzərə alsaq, bu dalğaları qonşu ölkələrdə də tutmaq mümkündür.

İkincisi: Xarici dinləyicilər üçün nəzərdə tutulmuş qısa dalğalarda yayımlanan yayım. Bu yayım ən şaxəli, ən güclü və ən effektli hesab olunur.

Üçüncüsü: Əcnəbi dillərdə qonşu və uzaq dövlətlər üçün qısa və orta dalğalarda yayımlanan yayım. Bu birbaşa İngiltərənin xarici siyasətinə xidmət edir: “BBC nəhəngdir. Nəhəng olan təkcə 8 mərtəbədən, 10 studiyadan ibarət olan bina deyil, həm də 6 min əməkdaşı olan BBC-nin ziyarətçilər üçün qapalı olan geniş newsroom-unda yüzlərlə jurnalistin bir araya gəlməsi, texniki avadanlıqlardan tutmuş, qaynar xəbər otağına, müxtəlif dövlətlərin eyni dilli jurnalistlərinə qədər hər şey mükəmməldir. Sözün həqiqi mənasında, teleradio şirkəti daxilindəki xarici ölkə büroları tapıntıdır. Beynəlxalq arenada mühüm söz sahiblərindən olan nəhəng ölkələrlə yanaşı, bir çox xırda dövlətlərin də BBC-də büroları var. BBC-nin Azərbaycan xidmətinin qonşuları Moskva, Ukrayna, Özbəkistan, İran, Türkiyə təmsilçiləridir. Azərbaycan Xidməti isə yayınlarına 1994-cü il noyabrın 30-da “Danışır London. Efirdə Bi-Bi-Ci-nin Azərbaycan xidmətidir!” ilə başlayıb. Azərbaycan dili Bi-Bi-Ci Ümumdünya Xidməti verilişlərinin dünyaya yayımlandığı 43 dildən biri olub. BBC-nin Bakı Bürosunda Azərbaycanda baş verən hadisələri işıqlandıran 2 müxbir işləyir». BBC-nin Azərbaycan xidməti dünyanın ən qocaman və mötəbər teleradio yayımçılarından biri olan Dünya xidmətinin ən dəyərli ənənələrini özündə yaşadır və bitərəflik, neytrallıq, doğruçuluq və qərəzsizlik kimi dəyərlərdən bir an da sapmır.

Böyük Britaniya kütləvi informasiya vasitələri mədəni, mənəvi və tərbiyəvi verilişləri ilə auditoriyanın davranışı və zövqünü formalaşdırması ilə yanaşı, təkcə İngiltərə deyil, ümumən dünya informasiya bazarında mühüm rol oynayır.

P.S. Məqalənin hazırlanmasında H.Vəliyevin “Xarici ölkələrin jurnalistikası tarixi”, S.Məmmədlinin “Beynəlxalq jurnalistika dünya media sistemində” və V. Zifəroğlunun “Media imperiyası” kitablarından, Paşa Bank, British Council Azerbaijan və Böyük Britaniyanın Tomson Fondunun dəstəyi ilə «Bisnes jurnalistika» layihəsi çərçivəsində 16-23 mart 2014-cü il tarixində Londonda olan bir qrup jurnalistin hazırladıqları məqalələrdən istifadə olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.