Azərbaycanın Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb
Akademikin Vikipediya səhifəsi yenilənib
Həmkara dəstək kitabı
2020-09-26 12:04:00
“Həmkardan həmkara dəstək” layihəsinin onlayn açılış təqdimatı keçirilib – FOTOLAR
Sentyabrın 23-də Təhsildə inkişaf və innovasiyalar üzrə IVqrant müsabiqəsinin “Həmkardan həmkara dəstək ” layihəsinin onlayn açılış təqdimatı keçirilib. AzEdu.az xəbər verir ki, tədbirdə Ucar rayon Təhsil Şöbəsinin müdiri Rəna xanım Cəfərova,Təhsil şöbəsinin metodistləri,məktəb rəhbərləri və müxtəlif region müəllimləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının himni ilə başladı.Təhsil şöbəsinin müdri Rəna Cəfərova layihə rəhbəri olan Səidə Quliyevanı təqdim etdi və ona xoş arzularını bildirdi.Hər zaman dəstək olacağını dedi. Layihə rəhbəri Quliyeva Səidə layihənin məqsəd və vəzifələri haqqında təqdimat etdi və həyata keçirəcəyi təlimlər haqqında danışdı.O,ilk növbədə Təhsil Şöbəsinin rəhbərinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Biz də Səidə müəllimə fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzu edirik. Fotoları təqdim edirik
Bu bölməyə aid digər xəbərlər
Elm Fondu 300 min manatlıq qrant müsabiqəsi ELAN ETDİ
2023-03-07 11:23:20
Bu bölgələrdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq – RƏSMİ
2023-03-02 16:25:12
İmtahana hazırlaşan müəllimlərə TÖVSİYƏ
2023-02-28 14:33:50
Surqut şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
2023-02-26 13:29:00
Akademikin Vikipediya səhifəsi yenilənib
2023-02-24 17:10:00
“İlin Gənc Müəllimi-2022″də ilk “10-luq”da yer alan Ülviyyə Abdulova AzEdu.az-da – FOTO
2023-02-16 13:50:00
Təhsil İnstitutundan MİQ imtahanları və sertifikasiyaya hazırlaşanlara dəstək
2023-02-15 16:23:00
BDU dosentinin həmmüəllifi olduğu dərslik ABŞ və Böyük Britaniyada nəşr olunub
2023-02-15 10:55:00
Müəllimlər din xadimlərinin müdafiəsinə qalxıblar
2023-02-13 12:16:00
Kimya fənni üzrə kurikulum müzakirəsi təşkil edilib-ARTİ
Azərbaycanın Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb
Azərbaycanın Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliy
17 Mart , 2023 10:35
https://static.report.az/photo/904383f5-2324-3182-a15e-be2e54acdb00.jpg
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb. Bu barədə “Report”a FHN-dən bildirilib. Belə ki, 8 ədəd nəqliyyat vasitəsindən ibarət avtomobil karvanı bu gün səhər saatlarında Kahramanmaraş şəhərindən ölkəmizə yola düşüb. Qeyd edək ki, güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə zəlzələ baş verən ilk gündən etibarən Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə 8 baş xüsusi təlim görmüş xilasetmə iti, 3 ədəd xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi və digər zəruri xilasetmə vasitələri ilə təchiz olunmuş ümumilikdə 760 nəfərdən ibarət xilasedici və tibbi heyət göndərilib. Həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatları nəticəsində FHN-in qüvvələri tərəfindən dağıntılar altından 17-si uşaq olmaqla 53 nəfər sağ, 755-i Kahramanmaraşda və 25-i Hatayda olmaqla 780 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla yanaşı, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə humanitar yardım olaraq 2630 ədəd müxtəlif ölçülü çadır, 707 ədəd qızdırıcı, 5 ədəd böyük gücə malik generator, 540 ədəd çarpayı, 724 ədəd adyal, 724 ədəd adyal üzü, 650 ədəd masa, 2000 ədəd oturacaq, 8000 ədəd geyim dəsti, 20000 cüt corab, 7000 ədəd iplik dəsmal və digər ləvazimatlar çatdırılıb. Həmçinin, ümumilikdə 19330 nəfər zərərçəkmiş Nazirliyin Kahramanmaraş rayonunda qurduğu mobil səhra mətbəxlərində hazırlanan qida ilə təmin olunub.
HƏMKARA DƏSTƏK I kitabından seçmələr I MƏQALƏ
Azərbaycanda Təhsil islahatlarının yeni mərhələsi başla¬yır.” Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında 2013-cü ildən etibarən, bütün sahələrdə olduğu kimi, təhsildə də ciddi quruculuq işlərinin aparılması barədə müddəalar irəli sürülür. Bu konseptual fikirlər “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində daha da konkretləşdirilərək strateji hədəflər kimi müəyyən olunmuşdur. Orada yeni məzmunun, resurs sisteminin, idarəetmə, mailiyyə və infrastruktur məsələlərinin, xüsusi ilə də pedoqoji kadr hazırlığı məsələlərinin həll olunması xüsusi olaraq müəyyən olunmuşdur.
Bu gün təhsil islahatlarının daha uğurlu aparılmasında ağırlıq mərkəzi daha çox müəllimin üzərinə düşdüyündən onun inkişafı istiqamətində hər hansı dəstəkverici tədbirlərin həyata keçirilməsi zəruri bir məsələ kimi meydana çıxmışdır. Məlum məsələdir ki, müəllimin inkişafını təmin edən və bu günün təhsil müstəvisində onun fəaliyyətini qədərincə istiqamətləndirən vəsaitlərə ehtiyac yaranmışdır.
Əgər ali pedaqoji müəssisələrdə pedaqoji məzmuna innovasiyaların gətirilməsindəki ləngimələri nəzərə alsaq,o zaman bu məsələnin daha dərin köklərə malik olması, boşluqların doldurulması ehtiyacının yaranmasını aydın təsəvvür edə bilərik. Vəsaitin də meydana gəlməsi məhz bu səbəblə bağlı olmuşdur.
Vəsait hazırlanərkən müəllimlərin bu gün daha çox ehtiyac duyduğu məsələlərin kommentariya formasında izahına diqqət yetirilmişdir. Bu zaman son dövrlərdə təhsil proqramları (kurikulumlar) barədə aparılmış araşdırılmalara istinad olunmuşdur.
Materialların şərh olunmasında yığcam və mənalı məzmun təqdim et¬mək cəhdi gözlənilmişdir. Bundan əlavə, təlim strategiyaları məsələlərin seçilməsində məqsəd məzmunun qiymətləndirilmə mexanizm-lərinin bu tip biliklərə ehtiyacının yaranmasından irəli gəlmişdir.
Bundan əlavə, vəsaitdə qiymətləndirilmə vasitələrinə dair nümunələr də öz əksinin tapmışdır.
Ümidvarıq ki, müxtəlif araşdırlmalara əsasən tərtib olunan bu vəsait müəllimlərimizin müasir pedaqoji məsələlərə yiyələnməsində əhəmiyyətli rol oynayacaqdır. Vəsait barədə öz fikrini söyləyən hər kəsə əvvəlcədən təşəkkürümüzü bildiririk.
KURİKULUM ANLAYIŞI BARƏDƏ
Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.
Kurikulum (curiculum)latın sözü olub, lüğəti mənası “kurs, elm, yol, qaçış, istiqamət” deməkdir. Curiculum sözünə ilk dəfə Leyden (1582-ci il) və Qlarqo (1633-cü il) şəhərlərinin universitetlərinin sənəd¬lərində rast gəlinir. 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa başlanmışdır.
İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmişdir. 1970-ci illərdən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda bu termindən keçən əsrin 90-cı illərinin sonundan başlayaraq istifadə olunur.
Kurikulum islahatları Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış ilk kredit sazişi əsasında başlayıb. 15 iyun 1999-cu il tarixində “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunmuşdur.
Comments are closed, but trackbacks and pingbacks are open.